AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU
DИLЧИLИK
ИNSTИTUTUNUN ЯSЯRLЯRИ
«Елм вя тящсил»
Бакы – 2012
Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 14 mart 2012-ci il tarixli iclasının (protokol № 04) qərarı ilə çap olunur
Redaksiya heyəti: akad A. A. Axundov
AMEA-nın müxbir üzvü K.M. Abdullayev
fil.e.d., prof. Q. Ş. Kazımov
fil.e.d., prof. Q. İ. Məşədiyev
fil.e.d., prof. S. H. Mehdiyeva
fil.e.d., prof. S. A. Sadıqova
fil.e.d. R. H. Eyvazova
fil.e.d. prof. İ. O. Məmmədli
fil.e.d. M. M. Mirzəliyeva
fil.e.d. prof. Məsud Mahmudov
fil.e.d. İlham Tahirov
fil.üzrə fəl.d. T.A.Quliyev
Baş redaktor: fil.e.d., prof F. Y. Veysəlli
Buraxılışa məsul: fil.e.n. E. İnanc
Dilçilik İnstitutunun Əsərləri № 2.
Bakı, “Elm və təhsil”, 2012, 176 сящ.
ISBN: 978-9952-809-85-5
© Nəsimi adına Dilçilik İnstitutu, 2012
© “Elm və təhsil”, 2012
Texniki tələblər:
TİMES NEW ROMAN şrifti ilə, 12 ölçüdə, 1 intervalla, həcmi 10 səhifəyə qədər, 1-ci səhifənin yuxarı sağ küncündə I sətirdə müəllifin adı, atasının adı, soyadı, II sətirdə iş yeri , vəzifəsi, III sətirdə e-mail və tel. nömrəsi göstərilir, məqalənin başlanğıcından sonra üç dildə (Azərbaycan, ingilis və rus) 5-6 açar söz, sonda isə, istifadə olunmuş ədəbiyyat siyahısı və məqalənin dilindən asılı olaraq, iki dildə (5 sətirdən artıq olmamaq şərti ilə) xülasə verilməlidir.
Məqalə çap olunmuş və electron (RW disk) variantda təqdim olunmalıdır.
Qeyd: Məqalədə qrammatik, üslubi və imla (orfoqrafik) səhvlərə görə müəllif məsuliyyət daşıyır.
Redaksiya heyəti
MÜNDƏRİCAT
F.Y.Veysəlli. M.F.Axundzadə və əlifba məsələsi 3
N.B.Məmmədli. M.F.Axundov yaradıcılığında alınma terminlər 13
İ.Y.Cəfərsoy. Sinay dağında alban yazısı 23
Ф.А.Гусейнов. Гипотетические взгляды на
эволюцию языка с точки зрения природы языковой способности 32
Ç.M.Qaraşarlı. Етруск мятнляринин тцрк дилляри ясасында дцзэцн тяръцмяси
мейарлары 39
N.F.Seyidəliyev. B.B.Əhmədov.(1935-2012) 53
B.B.Məhərrəmli. Türk dillərində əvəzlik köklərində fonoloji və semantik
transformasiyalar 55
A.E.Ələkbərova. “Kitabi-Dədə Qorqud” abidəsinin dilində felin növ
kateqoriyası 64
E. Ə.Şükürlü. “Balik” topoformanti və bu sözlə düzələn türk şəhər adları 73
Y.M.Cəfərov. Yeni onomastik vahidlər - domen adları 80
T. R. İsmayilova. Azərbaycan ədəbi dilinin inkişafinda Füzuli mərhələsi 90
İ.K.Məmmədova. M.F.Axundzadənin əlifba layihəsi 95
N.Ə.Əliyeva. Struktur sintaksisdə fel qovşağı məsələsi 103
N.M.Hacıyeva. Komiklik yaratmada fonetik üslubi cəhətlər 113
R.X.Rəcəbova. Frazeoloji vahidlərin dildə ifadəsi 122
S.R.Əliyeva,
Ş.Q.Qasımova. Elan və bildirişlərin struktur-semantik xüsusiyyətləri 128
M. B.Əsgərov. Sözün yaranması və mənimsənilməsi prosesi dil
və dərketmənin minimal vahidlərinin modulyatoru kimi 134
З. М.Алиева. Взаимосвязь философских и языковых категорий 142
G.B.Paşayeva. Dilin lüğət tərkibinin zənginləşməsində terminlərin rolu 155
R.M.Nəsirova. Morfoloji qoşulma mofoloji üsulun xüsusi bir növü kimi 162
P.Fərrox. Söz birləşməsinə semantik-qrammatik baxış 169
N.Ə.Xəlifəzadə. «Ошафраненный» поэт 176
F.Y.VEYSƏLLİ
M.F.AXUNDZADƏ VƏ ƏLİFBA MƏSƏLƏSI*
Açar sözlər: əlifba, fonoqrafik yazı, sillabik yazı, islahat
Key words: alphabet, fonoqrafic writing, syllabic writing, reform
Ключевые слова: алфавит, фонографическое письмо, силлабическое письмо, реформа
Azərbaycanda elmi-fəlsəfi və bədii-linqvistik fikrin formalaşmasında və inkişafında görkəmli maarifpərvər xadim M.Ş.Vazeh (1792-1852) və M.F.Axundzadənin (1812-1878) xidmətləri misilsizdir. Düzdür, nə M. Şəfi, nə də M.Fətəli Azərbaycan dili və dilçiliyi haqqında ayrıca kitab yazmayıb. Lakin birincinin dilimizin tədrisi və özəllikləri haqqında söylədiklərini üç il ərzində Azərbaycan dilini öyrətdiyi alman professor F.fon Bodenştedtin kitablarından əldə etdiyimiz məlumatlar1, ikincinin isə əlifba ilə bağlı çabaları2 bunu söyləməyə əsas verir ki, onlar bizim dilçiliyimizin ilk pionerləri olublar. Dili bilməyən və duymayan adam, onu dərindən başa düşə bilməyən nə yaxşı müəllim ola bilər, nə də əlifba islahatçısı. F. fon Bodenştedt öz kitabında müəllimi M.Şəfini son dərəcə istedadlı, erudisiyalı və orijinal bir insan kimi səciyyələndirir, onun geniş dünyagörüşünə malik olduğunu xüsusi qeyd edir. F.fon Bodenştedt dil seçiminə toxunaraq yazır ki, o, Qafqazda ən geniş yayılmış Azərbaycan dilini ona görə seçmişdi ki, bu dil Qafqazda ümumi bir dil idi, onu çox tez öyrənmək olardı3. F.fon Bodenştedt həm də yazır ki, həftədə 3 dəfə dil dərslərinə onunla bərabər iki nəfər digər avropalı da gəlirdi. F.fon Bodenştedt eyni zamanda qeyd edirdi ki, Azərbaycan dili M.Şəfi üçün təkcə gündəlik ünsiyyət vasitəsi deyil, həm də o, tamam başqa düşüncə tərzinə malik Avropa intelligensiyasına şərq mədənityyətini aşılamaq üçün mühüm alətdir. M.Şəfi özünün rəhbərlik etdiyi “Müdriklik divanı”nda bədahətən şeirlər deyərdi, F.Bodenştedt isə onları yazıb dəftərinə köçürərdi, sonradan alman dilinə çevirib Almaniyada çap etdirərdi. Professor F.fon Bodenştedt həmin kitabın 30-cu səhifəsində yazırdı ki, M.Şəfi təkcə şeir deməklə kifayətlənmirdi, həm də o şeirlərin semantik və poetik təhlilini verirdi. Təəssüf ki, nə o şeirlər, nə də onların linqvistik təhlilini əks etdirən yazılı materiallar öz dilimizdə gəlib bizə çatmayıb. Ancaq onun bir çox dilləri mükəmməl bilməsini və mətnləri məharətlə təhlil etməsini bizim həmyerlimizi böyük filosof və şair adlandıran F.fon Bodenştedtin əsərindən bilirik. Eyni zamanda biz Eçmiadzindən qayıdandan sonra F.fon Bodenştedtə M.Şəfinin bağışladığı “Müdrikliyin açarı” („Schlüssel zur Weisheit») bağlamasının taleyindən indiyə qədər xəbərsizik. Bunları özü ilə Almaniyaya aparan F.fon Bodenştedt bu haqda öz trilogiyasının 45-ci səhifəsində yazır.
Azərbaycan xalqının digər mütəfəkkiri, dramaturqu və maarifçisi M.F.Axundzadə xalqımızın tarixinə ilk orijinal komediyalar müəllifi, filosof, romançı kimi daxil olmaqla yanaşı, həm də latın əlifbasının ideoloqu və islahatçısı kimi daxil olmuşdur4. M.Fətəlinin oğlu Rəşidin “Azərbaycan ədəbiyyatı tarixi materialları”, (I, 2-ci hissə, Bakı, 1925) kitabının müəllifi F. bəy Köçərliyə bildirdiyinə görə, M.Fətəli Gəncədə olarkən M.Şəfilə tanış olur və M.Şəfi onun dünyəvi dünyagörüşünə, Avropa mədəniyyətinə üz çevirməkdə həlledici rol oynadığını xüsusi olaraq vurğulayır5. Elə F. fon Bodenştedt də yazır ki, M.Fətəli 1840-cı ildə Tbilisidə qəza məktəbinə şərq dilləri üzrə müəllimlik işinə düzəlməsində ona köməklik göstərmişdir. 1863-cü ildə M.Fətəli İstambula gedir və ərəb əlifbasının sadələşdirilməsi haqqında layihəsini sultana təqdim edir. Bu barədə o, ərəb dilində yazdığı kitabında söhbət açır. Ancaq Ə.Cəfəroğlunun yazdığına görə, o kitab hələ də tapılmayıb6. Bu məktubda nə layihə, nə də şərhlər vardır. Ona görə də Ə.Cəfəroğlu qeyd edir ki, M.Fətəlinin təklif etdiyi əlifba layihəsinin əsl mənzərəsi hələ də aydınlaşmamış qalır (s.334). O da məlumdur ki, M.Fətəli ömrünün sonuna qədər əlifba islahatı ideyasından imtina etməmişdir, lakin onun müraciətləri Türkiyədə və İranda özünə tərəfdar tapmamışdır. Düzdür, o, sonralar ilkin ərəb sillabik əlifbasının islahatı ideyasından əl çəkir və bütövlükdə latın fonoqrafik əlifbasına keçmək qərarına gəlir. Özü də o bu əlifbaya sivilizasiya məsələsi kimi baxır, öz seçimini onunla əsaslandırır ki, latın qrafikalı əlifba islam dünyasında Avropa mədəniyyətini tezləşdirəcək, şərq xalqlarının daha tez və asanlıqla maariflənməsinə və savadlanmasına kömək edəcəkdir. Eyni zamanda latın qrafikalı əlifbanın qəbul edilməsini M.Fətəlinin əleyhdarları öz qədim mədəniyyətindən qoparılıb xristianlığın ağuşuna verilməsində bir vasitə kimi görürdü.
M.Fətəlinin qatı əleyhdarı kimi tanınan Ə. Süavi “Müxbir” qəzetinin 1867-ci il 47-ci sayında “Xəttimizin islahı” adlı məqaləsində iddia edirdi ki, dəyişikliyə qalsa, bütün xalqların işlətdiyi yazı sistemlərində islahat lüzumuna əsla şübhə ola bilməz. O, yunanlarda, fransızlarda, ingilislərdə və s. əlifba problemlərinin olduğuna nümunə gətirirdi və bildirirdi ki, əlifbada dəyişiklik xalqı yaddaşsızlıq azarına yoluxdurar və xalq öz tarixinin müəyyən kəsimindən məhrum olar. Ə.Süavi əlifba islahatına eyhamla işarə edərək yazırdı ki, “məsələyə dair yazılan islah təkliflərini istanbulluların yazması lazım gəlir”7. Bu məqalə ilə M.Fətəli dostu, İranın Parisdəki səfiri Mirzə Yusif xan vasitəsilə tanış olmuşdu və ona tutarlı cavab yazaraq Londona “Müxbirin” redaksiyasına göndərmişdi. Lakin qəzetin nəşri dayandırıldığından cavab çap olunmamışdı. M.Yusif xanın 1869-cu ildə M.Fətəliyə yazdığı məktubdan bəlli olur ki, M.Fətəlinin tənqidi yazısı Ə.Süaviyə çatıb. M.Yusif xan yazırdı: “Süavi əfəndi əlifba və Sizin tənqid barəsində bir söz demədi. Sizinlə razılaşıb sakit oturdu. Onun “Müxbir” qəzeti daha çıxmır. İndi elmi kitablar çap edir. Həqiqətən bilikli gəncdir. Lakin əlifba məsələsində onun da fikri başqalarının fikri kimi əyri gedir”. V.Quliyev bunları dərindən təhlil edərək belə nəticəyə gəlir ki, əlifba islahatı ilə bağlı məsələ ictimailəşdi və bu da M.Fətəli ideyalarının geniş yayılması üçün əlverişli şərait yaradırdı. Əlifba islhatının qızğın tərəfdarı M.Yusif xan bunu təsdiqləyərək M.Fətəliyə yazırdı ki, əlifba islahatı ilə bağlı İstanbulda çıxan “Tərəqqi” qəzetində çoxlu yazı dərc olunur. Londonda çıxan “Hürriyyət” qəzeti də islahata geniş yer ayırır. Ə.Süavinin məsələyə bələd olmamasını, özündən müştəbehliyini, nihilizmini və ədasını qəti şəkildə rədd edərək M.Fətəli yazırdı: “İndi Süavi əfəndi istəyir ki, biz uşaqlarımızı oxutmaq üçün “Gülüstan”, “Bustan”, Hafizin divanını və başqa dərs kitablarını da Quran kimi fəthə, zəmmə, tənvin, mədd, təşdid, cəzm, vəqf (hərfüstü və hərfaltı işarələr) əlamətləri ilə dolduraq və əlifbamızda olmayan bəzi saitləri bildirmək üçün hətta hərflərin üstünə 1,2,3,4,5 kimi həndəsi rəqəmlər qoyaq.”8
M.Fətəli qəti şəkildə öz ideyasını müdafiə edərək bildirirdi ki, Süavi əfəndi zamin ola bilməz ki, onun irəli sürdüyü dəyişikliklər uşaqlarımızın qəzet oxuya bilməsini tezləşdirəcək. Ona görə də Ə.Süavinin gös-tərdiyi yazı qaydaları qəbulolunmazdır. “Süavi əfəndinin təklif etdiyi üsul islahat deyil, bir çətinliyin üzərinə başqa çətinliyin əlavə olunmasıdır.” M.Fətəlinin əlifba islahatı köklü və radikal şəkildə ərəb əlifbasından imtina edib latın qrafikalı əlifbaya keçməyi tələb edirdi. Bununla bağlı M.Fətəli yazırdı ki, yeni əlifba qəbul olunandan sonra köhnə irsi tədricən yeni qrafikaya köçürəcək, bununla da işsiz alimlər üçün gözəl bir iş olacaq və elm sahəsində böyük bir hərəkat başlayacaq. Yeni əsərlər yaranacaq və yeni aləm qurulacaqdır.
M.Fətəli 1857-ci ilin sentyabrında “Ərəbcə, farsca və türkcədən ibarət olan islam dillərinin yeni əlifbası” adlı layihəni tamamlayır, ardınca isə ömrünün son günlərinə qədər bu layihənin həyata keçməsi üçün yorulmadan çalışmışdır. Özü də onun əlifba uğrunda mübarizəsi üç mərhələdən ibarət olmuşdur.
Birinci mərhələdə o, ərəb əlifbasının təkmilləşdirilməsini təklif edirdi. Qrafemlərin altında və üstündə qoyulan nöqtələrdən imtina, sözdə hər bir saitin öz qrafik işarəsinin olması onun bu mərhələdəki fəaliyyətinin əsasını təşkil edirdi. Məlum olduğu kimi, ərəb dilində yalnız samitlər işarələnir və saitlərin yazıda gəstərilməsinə ehtiyac qalmır. Yəni yazıda fonoloji prinsipin gözlənilməməsi əsas götürülürdü.
İkinci mərhələdə bu prinsip daha da təkmilləşirilir, hər fonemin yazıda öz işarəsinin olması və onların ayrı yazılışı tövsiyyə olunurdu. Bu da mövqeyindən asılı olmayaraq dilin hər bir foneminin eyni cür yazılması demək idi. Bunlar göstərir ki, M.Fətəli kortəbii də olsa fonoqrafik yazının mahiyyəini və üstünlüyünü dərk edirdi. Ona görə də o, bu yazı sistemini ərəb əlifbasında reallaşdırmq istəyirdi. Bu prinsip əlifbanın son dərəcə təkmilləşdirilməsi, başqa sözlə, ərəb əlifbasında istifadə olunan 120 işarənin 4 dəfə azaldılması demək idi.
Beləliklə, əlifba sahəsində çabaları onu vadar etdi ki, ümumiyyətlə ərəb əlifbasından tam imtina etsin və bütövlükdə latın əlifbasına keçid uğrunda mübarizəyə qalxsın. Bu da M.Fətəlinin əlifba sahəsində fəaliyyətinin 3-cü mərhələsini təşkil edilir. Bu mərhələdə o nəinki hər bir fonemin yazıda ayrıca işarəsinin olmasını israr edirdi, həm də yazı işinin tam şəkildə yeniləşməsini irəli sürürdü ki, bu da ərəbdən fərqli olaraq soldan sağa yazmaq demək idi. Bunun fizioloji, psixoloji və linqvistik əsasları vardır. Yazı soldan başlayanda kağız üzərində yazılanı izləmək, gözlə müşahidə etmək imkanı yaranır. İnsanın danışıq mərkəzinin beynin sol yarımkürəsində yerləşməsi bunu zəruri edən psixoloji amillərdən biridir. Soldan sağa yazarkən insan yazdığı anda özünə nəzarət edə bilir. M.Fətəli bununla bağlı əsl fonetist və fonoloq kimi belə deyirdi: “Soldan sağa yazılıb oxunan, sözlərin tərkibindəki bütün saitlərin samitlərin sırasına daxil edilən və bütün nöqtələrdən imtina edilən alfabeti əlifbadan başqa heç bir xəttin hərflərini qəbul etmirəm və heç bir zaman da qəbul etməyəcəyəm.”
M.Fətəli əlifba uğrunda mübarizəsində qələbə qazanmaq üçün o zaman üç imperiyaya qarşı vuruşurdu. Onlardan fars və türk dövlətləri ərəb, Rusiya isə kirill əlifbasından istifadə edirdi. Osmanlı imperatorluğu və fars İran dövləti ənənəni qırmaq istəməzdi. Ruslar isə nə o zaman, nə də indi latın qrafikasının üstünlüyünü başa düşə bilmirlər. Buna baxmayaraq M.Fətəli bütün vasitələrdən istifadə edərək məqsədinə çatmaq istəyirdi. 1857-ci ilin sentyabrın 23-də Qafqaz canişinliyinin yüksək rütbəli canişini K.F.Lelliyə təqdim etdiyi yazılı məruzədə razılıq əsasında əlifba layihəsini öz hökümətinə çatdırmaq üçün İranın Tiflis konsulluğuna verdiyini bildirirdi. Noyabrın 12-də isə Qafqaz canişinin razılığı ilə layihəsini Osmanlı dövlətinin ali divanına vermək məqsədilə Rusiyanın Konsontinopoldakı (İstanbuldakı) səlahiyyətli nazirinə göndərilməsini xahiş edirdi.
M.Fətəli hər cür vasitələrdən istifadə edərək əlifba layihəsinin qəbul olunmasına çalışırdı. O dövrdə şərqşünaslıq sahəsində çalışan alimlərə, o cümlədən alman əsilli, S.Peterbrq Asiya muzeyinin direktoru B.A.Dorna (1806-1885) M.Fətəli məktub göndərir. 1860-cı il fevralın 20-də M.Fətəliyə yazdığı cavab məktubunda Dorn M.Fətəlini böyük zəka sahibi adlandırır, lakin əlifbanın qəbulunda çətinliklər olacağını bildirir. Bu çətinliklər təkcə müsalman aləmindən deyil, həm də Avropa şərqşünaslarından gələcək, çünki onlar ərəb qrafikasında yazılmış əsərlərinin dövriyyədən çıxacağından narahat olacaqlar və ona görə də bu işə razılıq verməyəcəklər. Rus alimlərinin məsələyə mənfi münasibətini başa düşdüyündən layihənin Rus Akademiyasında müzakirəsini M.Fətəli israr etmir.
Ciddi maraq doğuran məsələlrdən biri də M.Fətəlinin M.Kazımbəyə (1802-1870) məktubudur. M.Fətəli öz məşhur həmyerlisinə yazırdı: “Son zamanlar islam əlifbasının ərəb, fars və türk dillərinin yazılış və oxunmasındakı nöqsanları müşahidə edərək həmin dillərin öyrənilməsini asanlaşdırmağı lazım bildim. Peterburqda şöhrət sahibi cənabınızdan başqa mənim ürəyimdəkilərdən lazımınca xəbər tuta bilən və əlifba islahının xeyirli nəticələrindən tam başı çıxan başqa şəxs təsəvvürümə gəlmədyindən mənə yəqin olmuşdur ki, həmin kitabçanı (layihəni-F.V.) şöhrət sahibi cənabınızın mütaliəsinə verəcəklər. Buna görə də ümid edirəm ki, cənabınız daim sizi şöhrətləndirən təbii insaf və fitri hüsni-əqidənizə əsasən bu məsələ haqqında ancaq həqiqəti söyləyəcəksiniz”9. V.Quliyev yazır ki, M.Kazımbəy M.Fətəlinin əlifba islahatını ciddiyə almamışdır.
İranın Paris səfiri Mirzə Yusif xan əlifba məsələsində M.Fətəli ilə həmfikir olmuş, 6 oktyabr 1860-cı il tarixdə M.Fətəliyə yazdığı məktubda o, göstərir ki, layihəni M.Kazımbəyə vermiş, o isə əvəzində söz vermişdi ki, çox yaxşı bir məqalə yazacaq.
O zaman M.Fətəli Paris, London və Vyanada da özünə tərəfdarlar toplamağa çalışsa da, hətta bunu Qafqaz canişininin razılığı ilə bu ölkələrdəki rus diplomatik nümayəndələri vasitəsilə edirdi ki, Rusiyanın təşəbbüsü bəyəndiyini göstərsin, ancaq bir nəticə hasil olmadı.
Onun mübarizəsinə köməklik edənlər də olmuşdu. 1863-cü ildə Osmanlı Cəmiyyəti Elmiyyəsində onun layihəsi müzakirəyə çıxarıldı. O, Qafqaz canşini böyük knyazdan bütün xərclərin ödənməsi şərtilə 3 aylığa İstanbula ezamiyyə icazəsi alır. Rus səfirinin tərcüməçisi vasitəsilə layihəni Osmanlı dövlətinin sədrəzəmi Fuad Paşaya təqdim edir. Lakin M.Fətəlinin təklifi qəbul olunmur, İranın İstanbuldakı naziri Mirzə Hüseyn xanın təsirindən dolayı yazırdı ki, İstanbul alimləri və nazirləri onun fikrini qəbul etməyə razılıq vermədilər. İranın İstanbuldakı səlahiyyətli naziri Mirzə Hüseyn xanın M.Fətəliyə ədavəti də osmanlıların onun fikirlərilə razılaşmamalarına qüvvət verdi”. Layihəni qəbul etməsə də, onun ( rus dövlətinin - F.V.) könlünü almaq üçün Osmanlı dövləti M.Fətəlini hökumət mükafatı-dördüncü dərəcəli Məcidiyyə ordenilə təltif etdi.
M.Fətəli o zaman İran və Türkiyə hakimiyyət dairələrinin iradəsini sındıra bilmədisə də, özündən sonrakı həmvətənləri Həsən bəy Zərdabi, M.A.Şaxtaxtılı, C.Ünsizadə, Firudin bəy Köçərli və başqa ziyalılar onun əlifba haqqında ideyalarını qızğın müdafiə etdilər. Bunun da nəticəsi olaraq xalqımız bu böyük maarifçi filosof M.Fətəlinin ideyalarını bir neçə cəhddən sonra nəhayət 1992-ci ildə həyata keçirdərək birdəfəlik latın qrafikalı əlifbaya keçdi.
Ədəbiyyat
Veysəlli F. Mirzə Şəfi Vazeh: yozmalar və faktlar, Bakı, 2010.
Cəfəroğlu Ə. Seçilmiş əsərləri. Bakı. BSU, 2008.
Veysəlli F. Göstərilən əsəri, s.55.
Cəfəroğlu Ə. Göstərilən əsəri, s.325.
Yenə orada, s.327.
Yenə orada, s.333-337.
Quliyev V. M.Fətəli və Əli Süavi: bir mübahisənin tarixçəsi. 525-ci qəzet, Bakı, 23 iyun 2012, s.24-25
Sitat V. Quliyevin məqaləsindən götürülüb.
Quliyev V. Göstərilən əsəri, s.24.
Ф.Вейсялли
М.Ф. Ахундзаде и проблема алфавита
(Резюме)
Первый драматург, основоположник жанра романа в Азербайджане и философ М.Ф.Ахундзаде всю жизнь боролся за проведение реформы алфавита. На начальном этапе он выступал за радикальную реформу арабского алфавита. Позже он окончательно отвернулся от этой идеи и ратовал за переход к латинице.
В жизни он не смог сломить сопротивление своих оппонентов. Однако впоследствии его соотечественники добились того, что наш народ сегодня пользуется латинской графикой.
F.Veyselli
M.F.Akhundzadeh and problem of alphabet
(Summary)
This article deals wifa the problems of latin grafics in Azerbaiyan. He tryed at the beginning to reform an arabic syllabic grafics. Then he intersfad that the arabic grafics is unaivelobel for Azerbaiyan language. He began to make her reform only into latin grafics.
NADİR MƏMMƏDLİ
M.F.AXUNDOV YARADICILIĞINDA
ALINMA TERMİNLƏR
Açar sözlər Ключевые слова Key words
Despot
Fanatik
Proqres
Literatur
Liberal
Politika
Parlament
Patriot
Revolyusiya
Kuçer
|
деспот
прогресс
литературный
фанат
либеральный
политика
парламент
патриот
революция
кучер
|
despot
fan
progress
literary
liberal
politics
parliament
patriot
revolution
cabman
|
İctimai həyat təkmilləşdikcə dil də tərəqqi edir. Dil hər bir xalqın təfəkkür güzgüsüdür – zaman keçdikcə cilalanır, xalqın tərəqqi göstəricisi olur. Dilin inkişafının əsasını cəmiyyətin inkişafı, bu dildə danışan xalqın tarixi təşkil edir. Azərbaycan dramaturgiyasının və realist satirik nəsrin banisi M.F.Axundovun dili ilə müasir dilimizi müqayisə etdikdə bir daha aydın olur ki, zaman keçdikcə ədəbi dil normalarımız yalnız əvəzetmə, seçmə əməliyyatında daxili imkanlarına və ümumxalq danışıq dilinə arxalanır. Yaşadığı dövrdə dil sinfi səciyyə daşısa da M.F.Axundov dilə xalqın yalnız başa düşməsi meyarı ilə yanaşmışdır. M.F.Axundovu tanıdan, ona şöhrət gətirən əsərlərinin dilində məhz milli kaloriti mühafizə etməsidir.
M.F.Axundovun dil siyasətində terminlərə münasibəti çox maraqlıdır. Bu məsələ ilə bağlı o, kifayət qədər nəzəri mülahizələr irəli sürür və terminoloji prinsiplərə düzgün əməl etməyi tövsiyə edir.
Terminologiyamızın formalaşması, inkişafı və zənginləşməsində ərəb və fars mənşəli terminlərin tarixi rolu, xidməti vardır. XIX əsrin əvvəllərinədək Azərbaycan dili terminologiyasının, demək olar ki, 90 faizi ərəb və fars dillərindən alınmalar olmuşdur. V.Aslanova görə, Azərbaycan ədəbi dilində milli elmi terminlər XIX əsrin II yarısında yaranır; bu, M.F.Axundovun dövrünə təsadüf edir (1, сящ.41).
Milli mətbuatın yaranması, dərsliklərin tərtib edilməsi, xalq dilindən yaradıcı şəkildə istifadə etmə terminologiya sahəsinə də təsir və uğurlarını göstərir, hətta adi məişət sözləri termin məqsədində işlədilir. XIX əsrin II yarısında elmi terminlər hətta tərcümə əsərlərində ərəb dilində olduğu kimi saxlanılmışdır (1, сящ.41). Bu, elm və mədəniyyət anlayışları ilə əlaqədar ərəb dilində hazır terminlərin olması, ərəb, eləcə də fars dilinin yeganə alınma mənbəyi olması ilə bağlı idi. Həm də bu sözlər təkcə Azərbaycan dilində deyil, əksər şərq dilləri terminologiyasında eyni məna və məzmun daşıyırdı. Şübhəsiz, bu terminlərin forma və məzmununun dəyişməsi də istisna deyildir. M.F.Axundov məqalələrinin birində yazırdı: “Ərəblərin evi yıxılsın! Ərəb dilini öyrənmək o dildə danışan xalq olmadığımıza görə başımıza böyük bir bəladır” (2, сящ.163). M.F.Axundov alınma terminlərin, xüsusilə də yeni terminlərin ümumxalq dilində başa düşülməsi, yayılması və məhdudluqdan çıxarıb kütləviləşməsi üçün əvəzolunmaz xidmətlər göstərmişdir. O, seçmə prinsipi ilə ədəbi dildəki az başa düşülən terminləri ümumxalq dili sözləri ilə əvəz edir. Dövrü üçün bu əvəzlənmələr ilkin cücərtilər idi. “Fehristi-kitab” məqaləsində olduqca maraqlı məsələyə toxunur: “Ona binaən təvəqqe edirəm ki, sən də mənim kimi adəmi türki dilində – adam yazasan, toxmu – toxum, cifti – cüt, müqəyyədi – mugayat, övrəti – arvad, qaidəni – qayda və habelə özgə əlfazı ki, xəvvas və avamın istemalında müştərəkdir, fəqət xəvvasa mütəəlliq olan əlfaz qoy öz imlayi-əslisində baqi qalsın; necə ki, təkəllümdə dəxi vəz`i-əslisi ilə tələffüz olunur” (3, сящ.313). Ümumilikdə isə M.F.Axundov dövrün bəlasından – ərəb və fars dilləri terminoloji mənbəyindən – yan keçə bilməmişdir. Bunlardan bir hissəsi məhdud dairədə işlənən terminlərdir: cəzairçi, müt`ə, sihabi-saqib, nəvvabi-əşrəf, bösət, rükni-rabe`, həzliyyat, xilafi-məzaqi-müsənnif, məvaizi-əcibə, söfti-mütəkəllimə, mütəarif, hərarəti-nariyyə, əczayi-əsrariyyə, filizzafi-kəsifə, şəkkaki-müsəxxiri-əcinnə, fəqəreyi-əxirəra, düvəli-müəzzəm, füqərayi-kasibə, məvadi-heyvaniyyə izafət birləşməli terminləri mənbə dildə olduğu kimi işlətmişdir. Ümumi əlamət kimi dilimizə keçən terminlərdə izafət əlaməti e səsini i səsi ilə əvəz etmişdir: milləti-islam, vəz`i-bəyan, tərhi-təşbih, vəsaili-iqtibas, ərəqi-kükürt, ümənayi-dövcət, əczayi-iksir, cismi-maye, elmi-kimya və s. Təsadüfi deyildir ki, bu kimi ərəb və fars mənşəli terminlər ümumişlək xarakter daşımadığı, bəziləri köhnə anlayışlar bildirdiyi və Azərbaycan dilinin leksik-semantik, qrammatik təbiəti ilə uyğunluq təşkil etmədiyi üçün ədəbi dilimizin sonrakı mərhələlərinə gəlib çatmamışdır. Əlbəttə, burada başqa bir səbəb də var. Azərbaycan dilində təyin edən sözün təyin olunan sözdən əvvəl gəlməsi mühüm sintaktik xüsusiyyətlərdəndir. “Dilimiz bütün tarixi boyu özünün bu xüsusiyyəti ilə, təyin edən sözün təyin olunan sözdən sonra gəlməsi sintaktik qanuna malik olan ərəb və fars dillərinə qarşı durmuşdur” (4, сящ.97). Təsadüfi deyildir ki, M.F.Axundovun dilinin səmimiliyi, doğmalığı ədəbi dil və ümumxalq dili əlaqəsi nöqteyi-nəzəridən onun ümumxalq dilinə, qrammatik qanunlarına sədaqətindən irəli gəlirdi. Lakin onlardan bəzisi həm o, həm də müasir dövrdə işlənən sözlər olduğu üçün izafətləri anlaşıqlıdır. Ədibin dilində geniş yer tutan və dövrün ziyalılarına da aydın olan bir sıra ərəb və fars mənşəli terminlər sonralar dilimizdə sabitləşmiş, hətta milliləşmə prosesində iştirak etmişlər. Məsələn, toxum, fərman, millət, təbabət, sərmayə və s. Bu gün də müasir terminoloji lüğətlərə daxil olmuşlar.
Qeyd edək ki, ərəb və fars mənşəli müxtəlif sahə terminləri M.F.Axundovun dilində eyni səviyyədə işlənməmişdir. Daha çox pedaqoji (məs., təhsil, məktəb, kitab, dəftər, və s.), siyasi-ictimai, (məs., parlamaent, məşrutə, duma, şuar, natiq, konsul və s.), tarix (məs., bəy, xan, pristav, rəncbər, şah, vəzir, sərbaz, fərraş, fərman, divan və s.), dini (məs., imam, şeyx, axund, minbər, qiblə, şəriət, küfr, ibadət, ehsan və s.), iqtisadiyyat (məs., xərc, qiymət, məbləğ, bazar, sərvət, mülk, varis və s.), coğrafi (məs., çöl, biyaban, kürreyi-ərz, diyar, məşriq, məğrib), hüquq (məs., hakimi-şər, şikayət, məhkəmeyi-mürafiə, şahid, varis, vəkili-mürafiə, divanbəyi, ədayi-şəhadət, zaminə vermək, şahidi-mötəbər və s.), idarə (məs., ezamiyyət, təlimat, dərkənar, ərizə, şikayət, təxsisat, sənəd, əmlak, təsisat və s.), maliyyə (məs., rüsum, sərmayə, iflas, məsrəf və s.), musiqi (məs., muğənni, sazanda, rəqqasə və s.), ədəbiyyatşünaslıq (məs., dastan, divan, ədib, əruz, məcaz, nəzirə, hekayə, beyt, iqtibas, mərsiyə, nəsr, rəvayət, təskirə, təxəllüs, faciə, həcv və s.) terminləri üstünlük təşkil edir. Ərəb mənşəli ictimai-siyasi və fəlsəfi terminləri bu gün də Azərbaycan terminologiyası, ümumiyyətlə leksik tərkibinin canlı elementləridir. Bu da ondan irəli gəlir ki, fəlsəfə terminləri, terminoloji mənası ilə yanaşı fəal danışıq vahidləridir. Ancaq bəzən Avropa mənşəli fəlsəfə terminlərinə də müraciət edir: “Naturalistlər şəriətçilərə deyirlər: səbəblərin silsiləsi ya sonsuz olaraq uzanmalıdır...” (3, сящ.298). Dilçilik terminləri ərəb mənşəli olaraq qalır, ruslaşdırılmır, avropalaşdırılmır: əlifba, nəhv, sait, xətt və s.
M.F.Axundovun dilində bəzi ərəb mənşəli terminlər xüsusiləşmiş, yəni yalnız terminoloji mənası sabitləşmiş, ümumişlək mənası passivləşmişdir. Məsələn, hökm sözü buna nümunədir; bu sözün terminoloji mənası ümumişlək mənasını üstələyir. Məsələn: “Hakimi-Şər`. Mükərrər, mən belə işlərdə müvafiqi-vaqe hökm etmişəm” (3, сящ.149). Və ya: “Məsələn, dövlət tərəfindən hökm verilər ki, yeni xətti məktəblərdə öyrənsinlər, qazetlərdə də çap olunar...” (3, сящ.117). Burada hökm sərəncam mənasını daşıyır. Canlı danışıqda isə hökm sözünü buyruq, əmr sözləri əvəzləyir.
Maraqlıdır ki, M.F.Axundovun dilində xüsusilə ərəb və fars mənşəli ədəbiyyatşünaslıq terminləri rus və Avropa qarşılıqları ilə paralel işlənir: zirvə (ərəb) – kuliminasiya (latın), faciə (ərəb), – tragediya (yunan), münaqişə (ərəb) – konflikt (latın), surət (ərəb) – obraz (rus).
Həmin ərəfədə “üç mənbə sözləri” paralel olaraq terminologiyamızda işlənir. Bir tərəfdən tarixi ənənədən qaynaqlanan nəfsi-əmmarə, kümeyti-bənan, məxarici-kəsirə, rüsumi-siyasət, məvaddi-nəbatiyyə, duvəli-müəzzəm və s. bu kimi ərəb və fars sözü, digər tərəfdən paroxod, drama, kritika, naçalnik kimi rus alınmaları və nəhayət, yer qatı, yer qabığı və s. kimi Azərbaycan sözləri. XIX əsrin II yarısı Azərbaycan dili terminologiyasında ərəb və fars mənşəli sözlərin milli və rus, Avropa dilləri terminləri ilə əvəz edilməsi meyli çox güclənir. Əlbəttə, bu nisbətin dəyişməsi zamanın, dövrün tələblərindən irəli gəlirdi. Həmin dövrdə Azərbaycan dilinin terminoloji mənbə olması prosesinə dövrün mütərəqqi ziyalıları təsir göstərməyə çalışırlar. Şübhəsiz ki, bu ziyalılar sırasında ilk yeri yeni düşüncəli, əqidəli M.F.Axundov tuturdu. O, terminologiya ilə bağlı ardıcıl məşğul olur, sələflərinə nümunə göstərirdi.
M.F.Axundov dilin daxili qanunlarından istifadə edərək, xüsusilə də söz köklərinə sözdüzəldici şəkilçi artırılaraq yaxud söz birləşmələri vasitəsilə yeni terminlərin yaradılmasının tərəfdarı olmuşdur. İlk baxışda bəzən süni görünən bu terminlər elmi dildə işləndikcə əcnəbi sözlərə ehtiyac qalmır. M.F.Axundov alınma terminlərə də münasibət bildirir. Əvvəla o, zəruri əcnəbi elmi-texniki terminlərin tərcüməsini doğru saymır; onlar tərcümə olunduqda məna təhrif olunur, izah əvəzinə dolaşıqlıq yaranır. M.F.Axundov yazır: “Müxtəlif bilikəri öyrənmək üçün bu gün biz məcburuq ki, Avropa xalqlarının dillərindən istənilən mənanı verən saysız-hesabsız sözlər alaq və öz dilimizdə işlədək: cünki bu kimi sözlərin qarşlığı bəhs edilən üç dilimizdən1 heç birində yoxdur. Bundan başqa bəzi yerlərin, ölkələrin və şəhərlərin adını şöhrətini bildirən sözlər də bizim indiki əlifba ilə əsla düzgün yazılıb oxuna bilməz” (2, сящ.166). Mirzə Yusif xana ikinci məktubunda bu məsələyə aydınlıq gətirir: “Biz tibb, fizika, riyaziyyat, məişət elmi və başqa bu kimi elmləri və sənətləri necə öyrənə bilərik? Bir halda ki, belə elmlər əvvəllərdə bizim aramızda məlum olmamışdır, bizim əlifba ilə avropalıların işlətdikləri yeni istilahları oxumaq çətindir. Bizim işlətdiyimiz üç dildən birində olan kitablarda bu elmi istilahlar yoxdur, biz isə bu kitabları Avropa dillərindən ərəb, fars və ya türk dilinə tərcümə edərkən, bu istilahları olduğu kimi saxlamağa məcburuq. Belə olduqda, bizim əlifbamızla bu istilahları necə düzgün yazıb oxuya bilərik? Nəhayət, biz öz dilimizdə bu məsələlərə dair necə əsərlər yaza bilərik?” (2, сящ.317). Ədibin fikrincə, alınma terminlər yeni məfhumların təhrif olunmasının qarşısını alır, elmi dəqiqliyə riayət olunur, həmçinin xalqımızın mütərəqqi xalqların yaratdıqları qabaqcıl elm və mədəniyyətdən istifadə etmələrinə imkan verir.
M.F.Axundov elmi-nəzəri, fəlsəfi-siyasi, ədəbi-tənqidi əsərlər yazarkən Avropa və rus dili alınmalarını olduğu kimi saxlayır, lakin həmin anlayışlara aydınlıq gətirmək üçün yerindəcə izahını verir. Məsələn, məşhur “Kəmalüddövlə məktubları” traktatında İran hökümətinə müraciətlə yazdıqlarına diqqət edək: “Heyif sənə, ey İran! Hanı o dövlət, hanı o şövkət, hanı o səadət? Ac, çılpaq ərəblər səni min iki yüz həştad ildir ki, bədbəxt etmişlər. Sənin torpağın indi xarabadır, əhalin nadandır və sivilizasioni-cahandan bixəbərdir və azadlıqdan məhrumdur. Sənin padşahın despotdur və despot zülmünün təsiri və ruhanilərin fanatizminin gücü sənin zəifliyinə və gücsüzlüyünə bais olubdur, sənin qabiliyyətini kütləşdirib, cövhərini – əqlini paslandırıbdır... Sənin padşahın dünyanın proqresindən tamamilə qafil və bixəbər öz paytəxtində əyləşibdir” (3, сящ.201). Daha sonra bu fəlsəfi-siyasi mətndəki sivilizasion, despot, fanatizm və proqres terminlərini orijinal şəkildə izah edir:
“Sivilizasion – cəhalət və barbarlıqdan qurtarıb məişət işlərində mərifət kəsb edib, elm, sənaye və əxlaqda mümkün qədər kəmala yetməkdən və mədəniyyət yolunda irəliləməkdən ibarətdir.
Dostları ilə paylaş: |