Despot – elə bir padşaha deyilir ki, öz işlərində və davranışında heç bir qanuna tabe olmasın, xalqın malına və canına həddi-hüdudu olmayan təsəllütü olsun. Belə padşahların hakimiyyəti altında olan xalq kütlələri alçaq və rəzil qullara çevrilib, hər cür azadlıq və insanlıq hüququndan məhrum olurlar. Despotizm sözü ərəb dilində olan “istibdad” kəlməsi ilə çox düzgün ifadə olunur. Ərəblərdə hətta belə bir məsəl də vardır: “Hər kəs öz rəyində müstəbid olarsa, mütləq həlak olar.”
Fanatik – ibarətdir o adamdan ki, dinə, məzhəbə və millətinə o dərəcədə təəssübkeş ola ki, öz məzhəbinə və əqidəsinə müxalif və millətinə müğayir olan xalqa nisbət şiddətli ədavəti və nifrəti olub, fürsət tapdıqda onun canına və malına qəsd etməkdən çəkinməz, onun haqqında təmamilə rəhmsiz olar.
Proqres – ibarətdir ondan ki, xalq hər xüsusda – elmdə, sənayedə və görüşlərində daim tərəqqiyə can atsın, cəhalət və barbarlıqdan nicat tapmaq üçün çalışsın” (3, сящ.201).
Ümumiyyətlə, onun müxtəlif elm sahələrinə aid terminlərə şərhi olduqca maraqlıdır:
Literatur – ibarətdir hər növ təsnifdən, xah nəsr ilə ola, xah nəzm ilə;
Poeziya – ibarətdir o növ inşadan ki, şamil ola bir şəxsin ya bir tayfanın əhvalatının və əxlaqının həqiqətəuyğun bəyanına və ya bir mətləbin həqiqətəuyğun şərhinə və ya elmi-təbiət övzasının həqiqətəuyğun vəsfinə, nəzm ilə fövqəlqayə cövdət və təsirdə (3, сящ.206).
Liberal – ibarətdir o kəsdən ki, xəyalatda bilkülliyə azad olub heç vaxt din və məzhəbin hədə-qorxusuna müqəyyəd olmaya və əqlə sığışmayan işlərə və qanuni-təbiətin dairəsindən kənar işlərə heç vaxt etibar etməyə, əgərçi dünya tayfaları o xüsusda şahidlik verələr. Səltənət övzası haqqında da hikmətli fikirlərə sahibi ola, azad düşüncəyə malik ola.
Şarlatan – ibarətdir riyakar, əvamaldadan və aravuruşduran adamdan (3, сящ.217).
Politika – ibarətdir küllü-ümüz və ülumdan ki, səltənətə və məmləkətə təəllüqü və şümulu ola və səltənətin və məmləkətin səlahi onda mənzur oluna (3, сящ.218).
Ədib yenə “Kəmalüddövlə məktubları” əsərində padşahları xalq ilə əlbir olmağa, ürəkbir müttəfiq olmağa çağırarkən xalqın iştirakı ilə qanunlar yaratması və parlament təsis etməyi məsləhət görür. Və dərhal dövrün oxucusuna tanış olmayan parlament sözünə izah verir: “Parlament ibarətdir ki, iki palatadan ki, birincisində xalq, ikincisində nücəba vəkilləri əyləşirlər və bütün qanunlar birinci məclisdə tərtib olunub ikinci palatanın müzakirəsinə verilir, qəbul olunduqda padşahın təsdiqinə çatır və imza edilir. Və padşah əslən qadir deyil ki, bu qanunların xilafına iqdam etsin” (3, сящ.221). Xalq da, onun fikrincə, “belə padşahı əmin-amanlıq, ədalət və səadətin dayağı hesab edər. Onun sayəsində patriot olar” (3, сящ.221). Yazıçı, əlbəttə, patriot sözünü vətənpərvər kəlməsi ilə əvəz edə bilərdi. Sanki onu istilah kimi vurğulayır və daha geniş mətləb aydınlığı gətirir; bu termini belə izah edir: patriot – ibarətdir o kimsədən ki, vətən təəssübü və millətin məhəbbəti üçün can və malına müzayiqə etməyə və öz vətəninin və millətinin mənfəəti və azadlığı üçün çalışa və cəfalara düşə (3, сящ.221). Protestant termininin izahını verməzdən öncə onun mahiyyətini islam dini ilə müqayisədə aydınlaşdırır. Onun fikrincə, islam dini yalnız o zaman yaşaya bilər ki, insanlar onu şüur və mərifət əsasında dərk etsinlər. Yolunu da göstərir: onun (islamın – N.M.) əhkamını dəyişdirməli; artıq şeyləri atmalı, Allah hüququ sayılan bütün məşəqqətli təklifləri tamamilə rədd edərək, onlardan azad olmaq lazımdır (3, сящ.247).” Bu xüsusda Avropa xalqlarını müqayisə edərək bildirir ki, onlar xristian olsalar da, həqiqətən protestantdırlar. Protestantlığa xalq anlamında və dilində səlist bir izah verir: protestantizm – ibarətdir o məzhəbdən ki, ondan Allaha sitayiş etmək və bəndələrin ibadət etmək təklifləri götürülüb, ancaq insanların hüququ saxlanılmalı...(3, сящ.247).
Revolyusiya terminini həqiqi mənasında izah edir: revolyusiya – ibarətdir ondan ki, xalq zalim və despot padşahın qanunsuz rəftarından təngə gəlib, üsyan qaldırmaq üçün dilbir olub onu devirsin, öz asayiş və səadəti üçün qanun qəbul etsin. Lakin onun həmçinin yeni məzhəblərin qəbulunda rolunu vurğulyır; bu, ədibin öz mülahizəsidir, beləliklə revolyusiya termininin məna əhatəsini daha da genişləndirir: revolyusiya (– N.M.) və ya məzhəb əqidələrinin puç olmasını anlayıb, ruhanilərin əleyhinə birləşib üsyan qaldıralar və özlərinə filosofların məsləhəti ilə bir yeni məzhəb seçələr (3, сящ.258).
M.F.Axundov terminləri “lüğəvi” və “istilahi mənaları”na ayırır; lüğəvi dedikdə müstəqim, nominativ, istilahi isə məcazi məna nəzərdə tutur. Məsələn, yüksək İranın “Millət” qazeti münşisinə yazdığı “Kritika” adlı məqaləsində yazır: “Əgər “millət” sözündən məqsədin onun istilahi mənasıdırsa, əgər İran qövmünü nəzərdə tutubsansa, məsçid İran qövmünə məxsus deyildir, bəlkə cəmi islam tayfaları məsçid sahibidirlər” (3, сящ.320). Yaxud həşərat sözünün lüğəvi və istilahi mənalarını belə açıqlayır: “ – Həşərat kəlməsi lüğətcə qamus sahibinin yazdığına görə, xırda heyvan və cücülərdən ibarətdir... İstilahda isə ağılsız, vəhşi sifətli, bərbəri xasiyyət, şüursuz, mərifətsiz və kövdən adamlara işarədir” (3, сящ.330). “Mirzə Ağanın pyesləri haqqında kritika” məqaləsində ümumiyyətlə drama fənni haqqında tam bir mənzərə yaradır və alınma sözlərin izahını belə verir: “... vaxtınızı fransızların istilahınca “drama” fənni adlanan bu şərəfli fənnə sərf edərək çox tərəqqi edəcəksiniz... Teatr – uca və geniş bir salondan ibarətdir ki, içərisi üç tərəfdən divarlarla bitişmiş olur, altlı-üstlü lojaların üzü salonun dördüncü tərəfinə baxır... O vaxt drama sənətinin ustadları – ki, fransızca onlara aktyor deyirlər... (3, сящ.335).
M.F.Axundov xüsusilə Avropa dilləri alınmalarını dilimizin qrammatik qaydalarına uyğunlaşdıraraq işlətmişdir; bu terminlərin əksəriyyəti bədii və canlı danışıq dilinə keçmişdir. Bununla belə, əcnəbi terminləri “özününküləşdirməsi” bəzən dostlarının iradına səbəb olmuşdur. Məsələn, Cəlaləddin Mirzənin ona yazdığı məktubda deyilənlər fikrimizə sübutdur. O yazır: “Mənim heç kəsə xüsusilə sizə irad tutmaq qüdrətim yoxdur. Lakin bu kiçik məsələni dostluq xatirinə sizə yazıram: bilmirəm, necə olmuşdur ki, bəzi fransız sözlərini ərəb dilinə gətirmişsiniz. Məsələn, teleqraf – teleqrafiya, joğrafi – coğrafiya, politik – politika, kolonel – qolonel, qramer – gramer olmuşdur...” (3, сящ.449). Müəllif xahiş edir ki, fransız və rus adlarını həmin dillərdə olduğu kimi yazasınız. M.F.Axundovun Kristof Kolumbu Xristofor Qolumb, kritiki qritika, matematiki matematika, korespondensi qorespondis kimi yazması dostunu narahat edir.
M.F.Axundov ələlxüsus dram əsərlərində işlətdiyi terminlərin əksəriyyəti ümumxalq xarakteri daşıyan sözlərdir. Məsələn, “Hekayəti-Müsyo Jordan” komediyasında ümüumxalq xarakterli sözlər və bitkiçiliyə aid spesifik alınma terminlər çarpazlaşır; termin kimi funksiyaları kontekstdə müəyyənləşir. Məsələn, Müsyo Jordanın nitqinə diqqət yetirək: “...Məsələn bu ot ki, görürsünüz latınca bunun adı aqantusdur ki, mənim təcrübəmə görə qarın ağrısına çox faydası var.., bu otun adı latınca serastrum alpinumdur ki, göz ağrısına nəhayət mənfəəti var.., bu otun adı latınca qamlina afriqanadır ki, diş ağrısının əlacı münhəsirdir buna... Bu otun adı latınca qombretumdur ki, bu zamana qədər Yevropada hərgiz məşhur deyildi... Və hamı tapdığım nəbatatın və ələfiyyatın mahiyyətini, xasiyyətini bu qərar ilə yazıb aləmə bildirəcəyəm” (3, сящ.33). M.F.Axundov bu kimi alınma terminlərin ümümxalq dilində yayılması və onları məhdudluqdan çıxarıb kütləviləşməsində xeyli iş görmüşdür.
Maraqlıdır ki, rus dilindən alınan söz və terminlərin Azərbaycan dilində qarşılığı olsa da tipin dil xüsusiyyətini nəzərə alıb mənbə dili sözlərindən istifadə etmişdir. Bu hər hansı tip yaxud surətin nitqinin asanlıqla seçilə bilən səciyyəvi cizgisidir. Xüsusilə dram əsərlərində surətlər xarakterləri ilə yanaşı özünəməxsus danışıq xüsusiyyətləri ilə də tipikləşirlər. Məsələn, “Tarverdi. Heç bilmirəm nə qayırırlar; orda arabanın atını əyləyiblər; kuçer qaçıb özünü kolluğa saldı”(3, сящ.60). Kuçer əvəzinə arabaçı da işlədə bilərdi. Yaxud “Hekayəti-xırsi-quldurbasan” əsərində: “Kazak... iyirmi birinci nomerin fövcündən kazak Sotnikov türkcə öyrənmək istəyir” (3, сящ.67).
Yazıçı daha çox vəzifə adı bildirən rus sözlərindən istifadə etmişdir: naçalnik, poçotnik, pristav, qaradavoy. Məsələn, “Heydər bəy. Naçalnik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə” (3, сящ.122).
Söz veribdir sizə Qruzenştern,
Poçotniklik işi möhkəm olubdur (3, сящ.163).
Bu sıraya Avropa sözlərini də əlavə etmək olar:
Söz müxtəsər, dünən yetişdi xəbər:
İmperator yəni edib müqərrər (3, сящ.161).
Qeyd edək ki, o dövrdə onun işlətdiyi rus sözləri və terminləri, məsələn, teleqraf xəbərləri (3, сящ.333), kritika(3, сящ.333), matematika (3, сящ.334), pasport (2, сящ.108), titulyarni sovetnik (2, сящ.124), kavaler (2, сящ.127) geniş ictimai kütləyə, xalqa tanış deyildi. Qarşıya qoyduğu məqsəddən asılı olaraq belə sözləri orijinaldakı kimi işlətmiş və onlardan yaradıcı şəkildə istifadə etmişdir. Başqa bir misala diqqət edək. “Akademik Dorna cavab” məqaləsində işlətdiyi akademiya sözünü digər məqaləsində milli ekvivalentlə əvəz edir: “Əgər akademiya xeyirxahlıq üzündən mənim layihəmi qəbul edərsə, mən özümü tamamilə xoşbəxt hesab edərək, bütün ömrüm boyu faydalı olması inkaredilməz bu əsərin yayılması uğrunda yorulmadan çalışaram” (2, сящ.102). “Əgər Elmlər Evinin məşvərət sahibləri istəsələr, nəzərdən keçirə bilərlər (2, сящ.105, 128).
Elə bu kimi sözlərin mənzərəsi sübut edir ki, ədib dövrünün həm ictimai-siyasi, həm də mədəni-maarif məsələləri ilə yaxından tanış olmuşdur. M.F.Axundovun əsərlərinin dili çox zəngindir; işlətdiyi terminlər adi məişətdən tutmuş ictimai-siyasi hərəkata qədər geniş bir sahəni əks etdirir.
Ədəbiyyat
1. Bax: Azərbaycan ədəbi dili tarixi ( Sovet dövrü). III c., Bakı, 1982.
2. M.F.Axundov. Əsərləri. 3 cilddə, III c. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1962.
3.M.F.Axundov. Bədii və fəlsəfi əsərləri. Bakı, Yazıçı, 1987.
4.A. Axundov. Dilin estetikası. Bakı, Yazıçı, 1985.
Nadir Mamedli
Doctor of philology, professor
The loan terms in the creative works of Mirza Fatali Akhundov
Summary
In the second half of XIX century there was a great tendency in replacing the terms of Arabic and Persian with the terms of national and Russian, Europe terms in Azerabijani terminology. The modification of this correlation depended on the requirement of the time. During those times the progressive intellectual men of the time influenced on the process of the Azerbaijani language being a source of terminology. Undoubtedly, the first place was occupied by M.F.Akhundov who had a new sense, view. He was engaged in terminology successively, showed examples to his ancestors.
According to the writer, loan-words prevent from distorting new conceptions, observing scientific exactness and give opportinuties of our nations to the usage of science and culture created by the progressive nations as well. While writing scientific-theoretical, philosophical-political, literary-critical works M.F.Akhundov kept the terms borrowed from Europe and Russian. He explained their meanings at the same time though.
The language of his works is very rich. The terms he used enclose the vast area beginning from daily life to social-political movement.
Надир Мамедли
Доктор филологических наук, профессор
Заимствованные термины в творчестве М.Ф.Ахундова
Резюме
Во второй половине ХХ века в терминологии азербайджанского языка усиливается тенденция замена терминов арабско-персидского происхождения терминами национального, русского и европейского языков. Мена данного соотношения было требованием времени. Передовые просветители того периода содействовали процессу превращению азербайджанского языка как терминологический источник. Безусловно, среди этих просветителей передовое место занимал М.Ф.Ахундов. Он последовательно занимался терминологией и показал пример своим соратникам.
По мнению просветителя, заимствованные термины способствуют искажению новых понятий, соблюдению научной точности, в том числе открывает возможности нашему народу использовать передовые научные и культурные достижения, соданные прогрессивными народами. М.Ф.Ахундов в своих научно-теоретических, философско-политических, литературно-критических произведениях заимствованные термины из европейских и русского языков сохранял в исконном виде. Однако, чтобы прояснить значение этих понятий, он тут же дает им соответствующую интерпретацию.
Язык его произведения очень богат, термины, употребляемые им, охватывает как повседной, так и социально-политической сфер жизни.
İ.Y. CƏFƏRSOY
SİNAY DAĞINDA ALBAN YAZISI
Açar sözlər: Sinay dağı, alban, perqament, uti, kalak.
Key words: Sina mountain, Albanian, parchment, uti, kalak.
Ключевые слова: Синайские горы, Албан, пергамент, ути, калак.
Bizim yazılı ədəbiyyatımızın bir çox nümunələri xristianlıq dövründə yaradılmışdır. Onların xeyli hissəsi məhv edilmiş, salamat qalanlar erməni, gürcü, yunan, Suriya əlyazmalarının arasında itib-batmışdır. Ona görə təsadüfi deyil ki, alban əlifbası ilə yazılmış bir perqament Qırmızı dəniz sahilindəki Müqəddəs Katerina monastırından tapıldı (Alexidze, 2003a, 44-52).
Nə qədər ki, biz türk xalqlarının yaratdıqları xristian mədəniyyətinə yiyə durmamışıq, ermənilər Qafqaz albanlarının yazılı mənbələrinə, tarixi-memarlıq abidələrinə iddialarını davam etdirəcəklər.
Ermənilər son çağlara qədər albanların etnogenezində türk etnoslarının varlığını danırdılarsa, indi onlar yeni “nəzəriyyə” irəli sürürlər. Yazırlar ki, Albaniya Şərqi Qafqazda dağlıq ölkənin adıdır. Alban adlı etnos tarixən mövcud olmamışdır (Акопян 1987. 3-303).
Halbuki Urartu hökmdarlarının e.ö. 782-ci ildə yazdırdıqları kitabələrdə albanların Göyçə gölü ilə Kür çayı arasında yaşadıqları aydın göstərilmişdir (Пиотровский 1959, 80, 270; Мещанинов 1927, 37-38; Меликишвили 1960, 287, 437 və s).
Kayseri şəhəri yaxınlığındakı Kül təpədən tapılan mixi yazılar göstərir ki, albanlar Cənubi Qafqaza gəlməzdən öncə e.ö. II minillikdə Orta Anadoluda yaşayırdılar (Янковский 1968, 103, 164).
Albanlar xristianlığı qəbul edəndən sonra müqəddəs torpaqlarda monastırlar tikdirməyə və köçərək icmalar şəklində Yerusəlimdə, Sinay dağında yaşamağa başladılar. Səkkiz yüz il keçəndən sonra onların bir perqamenti Sinay dağının ətəyindəki gürcü monastırından tapıldı (Alexidze 2003, 44-52; Aleksidze 2003a, 5-126).
Düzdür, İlya Abuladze 1937-ci ildə Matenadaranda saxlanan erməni salnamələri arasından alban əlifbası ilə yazılmış bir əlyazması tapmışdı. Ancaq o zaman L.Meliksetbekov başda olmaqla erməni alimləri həmin mətnin alban dilində olması fikrinə qarşı çıxdılar (Меликсетбектов 1942. 25-55).
Bundan 63 il sonra Gürcüstan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşları Sinay monastırından bir əlyazması tapdılar. Məlum oldu ki, həmin mətn nə gürcü, nə erməni əlifbası ilə yazılmışdır. Zaza Aleksidze Mingəçevirdən tapılan yazı ilə Sinay perqamentini tutuşduraraq belə nəticəyə gəldi ki, həmin mətn alban əlifbası ilə yazılıb. O əlifba ki, ermənilər onun son nümunələrini məhv etdiklərinə əmin olmuşdular.
Xristian tədqiqatçılar etiraf edirlər ki, Sinay monastırı və onun qiymətli əlyazmaları Məhəmməd peyğəmbərin qayğısı nəticəsində salamat qalmışdır. Peyğəmbərimiz əleyhissəlam Sinay monastırının qorunması üçün xüsusi sərəncam fərman vermişdir (Alexidze 2003, 46-49).
Xilafət zəifləyəndə səlibçilər Sinay yarımadasını tutdular. Avropanın xaçlı döyüşçüləri 1099-cu ildə monastırı ələ keçirib. 1270-ci ilə qədər əllərində saxladılar. 170 il ərzində bir neçə hücrəni at tövləsinə çevirdilər. Əlyazmaların bir hissəsi onların zamanında yanıb külə döndü (Aleksidze 2003b, 16).
Səlibçilər qovulandan sonra müsəlmanlar monastırın bircə daşına toxunmadılar. 1515-ci ildə müqəddəs torpaqlar Osmanlı sultanlığının tərkibinə daxil edildi. Monastırın bütün imtiyazları özünə qaytarıldı. Həm Osmanlı sultanlarının, həm Məhəmməd peyğəmbərin imzaladıqları sənədlər yad dinlərə hörmətimizin tarixi nümunələri kimi Sinay və Yerusəlim kilsələrində saxlanmaqdadır.
Zaza Aleksidze bütün bunların müqabilincə tanrımızın rəsuluna Məhəmməd deyir. Peyğəmbər sözünü dilinə gətirmir. Əvəzində bütün Avropa kilsələrinin lənətlədiyi Bonapart Napoleonun sərəncamını ağız dolusu tərifləyir.
Zaza Aleksidzenin ilk məqaləsi Gürcüstan Elmlər Akademiyasının “Xəbərlər”ində dərc olunanda İqrar Əliyev bayram sevinci ilə yazırdı: – Z.Aleksidze Sinay perqamentini Uti dilinin köməyi ilə oxuyub. Uti dili türk dili deyil (Алиев 2002. 284).
Söz yox ki, uti və alban dilləri təmiz türk dili deyil, hibrid dildir. Sami və ari leksikası ilə birgə onun lüğət fondunda yüzlərlə türk sözü var ki, İ.Əliyevlə Z.Aleksidze onları görmək istəmirlər.
Onlardan fərqli olaraq Abkar Payzat (o özü milliyyətcə utidir) keçən əsrin 30-cu illərində uti və Urartu dilləri arasında bir çox uyğunluqlar görmüşdür. Ermənilər hələ kitab nəşriyyatda ikən – 1936-cı ildə utili alimin əleyhinə təbliğata başladılar. Onu ittiham edirdilər ki, Abkar Payzat Urartu kitabələrində uti dilindəki türk sözlərinin paralellərini axtarır.
Gözlənilmədən çin şuşədən çıxdı. Məlum oldu ki, V.Qukasyanın, (Qukasyan 1984, 16), L.Meliksetbekovun (Меликсетбеков 1942. 25-55) və b. iddia etdikləri kimi uti dilindəki türk sözləri alınma deyil. Onlar utilərin öz sözləridir. Həmin sözlər utilərin dilində Urartu dövründən mövcud olmuşdur.
Utilərin və Urartu kitabələrinin dilindəki bir çox sözlər və söz kökləri türk dillərindən alınma deyil. Əslən türk olan utilərin öz sözləridir. Türk etnosları Urartu tayfa ittifaqına başçılıq etmiş, nəticədə türk leksikası ilə zəngin olan alban, kür, uti, etrusk dilləri yaranmışdır.
Uti dilinə yaxın olan Sinay yazısının dili türk və qeyri-türk sözlərin qatışığından ibarətdir. Ancaq orada türk sözləri o qədər də çox deyil. Bu da ondan irəli gəlir ki:
1. Sinay perqamenti dini mövzuda yazılmışdır. Orada daha çox kilsə terminləri işlənmişdir;
2. Əlyazmanın mətni həmcə kiçik moizə və dualardan ibarətdir. Ona görə də orada dünyəvi leksikanın azlığı təbiidir.
Bizim üçün maraqlıdır ki, Sinay perqamentində yazıya alınmış xeyli sözün həm türk, həm Yafəs (alban, iber, uti, kür və s.) dillərində paralelləri vardır. Onlar yığcam şəkildə aşağıdakılardan ibarətdir:
– kalak “şəhər”. Z.Aleksizdenin fikrincə, kalak türk sözü ola bilməz. Çünki uti dilində olduğu kimi, gürcü dilində şəhər anlamında kalak sözü vardır (Aleksidze 2003b, 125).
Gürcü dilində kalak sözünün varlığı yetərli deyil ki, onun qeyri-türk mənşəyi haqqında fikir yürüdəsən. İndiki gürcülərin əcdadları Tiflisi tutmazdan qabaq burada yaşayan iberlərin dilində kalak sözü vardı (Marr 1927. 132).
Utilərin dilinə yaxın olan Urartu kitabələrində kalak sözü “qala” mənasında işlənmişdir (Меликишвили 1956, 175, 329). Bu da təbiidir. Çünki həm Urartu, həm Albaniya etnoslarına çox zaman türk nəsilləri başçılıq etmişdir.
Alban, uti dilləri Yafəs dilləri qrupuna daxildir. Məlumdur ki, Yafəs xalqlarının formalaşmasında türk etnosları iştirak etmişdir (Шор. 1931. 223-244). Ona görə də, onların dilində türk sözlərinin varlığı təbiidir.
Bəziləri belə hesab edirlər ki, kalak assur, yəni sami sözüdür. Düzdür, Assuriya mixiyazılı mənbələrində qala, istehkam mənasında kalak sözü tez-tez işlənir (Шопен 1852,27; Шопен 1866. 201; Qaşqay 2006. 129). Ancaq bu, onu bildirmir ki, kalak türk yox, sami mənşəli sözdür.
Assurlar mənşəcə qeyri-sami etnos idilər. Onlar yüz illərlə cənub-qərbdən ölkələrinə basqın edən aramey tayfalarının təsiri altında öz köklərindən uzaqlaşdılar. Artıq e.ö. XI əsrdə Assuriya əhalisinin xeyli hissəsini akkadlar semitləşdirmişdilər.
E.ö. IX-VIII əsrlərdə Assuriyanın bir tayfası özünü Kalak adlandırırdı (Шопен 1852. 571; Шопен 1866, 201). Onların şəhəri Assuriyanın iki inzibati mərkəzindən biri sayılırdı (Qaşqay 2006, 129). Bu da onu göstərir ki, Kalak Assurdan sonra ölkənin ən güclü nəsli olmuşdur.
Belə hesab edirik ki, kalaklar sonradan şimala köçmüş, Türkiyə ilə Gürcüstan arasında Axal Kalak tarixi mahalını yaratmışdır. Fikrimizi Cənubi Qafqazda çoxsaylı Kalak kəndlərinin varlığı təsdiq edir. XIX yüzillikdə İrəvan quberniyasının Sürməli (Шопен 1852, 495, 521) və Tiflis quberniyasının Sıqnax (Пагирев 1913. 110) qəzalarında Kalaklı kəndləri vardı. XX əsrin əvvəllərində Gəncə qəzasında Kələk kəndi qeydə alınmışdı (Список 1922. 14).
Urartu kitabələrindəki e-qal “saray”, “istehkam” və uti, iber, alban dillərindəki kalak “qala” sözləri türk mənşəlidir. Buna uyğun olaraq dilimizdə qalaqlamaq – daşları üst-üstə yığmaq feli vardır.
– talavar. Bu söz Sinay perqamentində “talvar” mənasında işlənmişdir (Aleksidze 2003b. 125). Gürcü dilində talavari, erməni dilində tağalar sözlərinin varlığı heç də onu bildirmir ki, bu söz türk mənşəli deyil. Gürcü dilinə həmin söz iber, erməni dilinə h’aylardan keçmişdir. N.Y.Marr qədim erməni və gürcü dillərinə həsr etdiyi əsərlərində göstərmişdir ki, iber və h’ay dilləri iltisaqidir və indiki erməni, gürcü dillərinə qohum deyildir (Marr 1903. XXVII-XXIX). Biz çoxsaylı dil faktlarına istinadən sübuta yetirmişik ki, həmin dillər türk dillərinin iştirakı ilə yaranmışdır (Cəfərsoy 2007. 42-56; Джафарсой 2008. 58-63; Cəfərsoy 2009. 120-129).
Sinay perqamentindəki talavar sözü indi dilimizdə talvar formasında işlənir.
– abazak “quldur”. Z.Aleksidze bildirir ki, erməni dilindəki avazak və gürcü dilindəki avazaki Sinay yazısındakı abazak sözünə uyğundur (Aleksidze 2003b. 125). O nəzərə almır ki, türk dillərinin qıpçaq qrupunda buna uyğun olaraq avaz qəssab, başkəsən sözü vardır.
– korba “qurban”. Tərcüməçi onu yəhudi, gürcü və erməni dillərindəki korban “sovqat”, “ianə” sözləri ilə əlaqələndirir. Nəzərə almır ki, türk dillərində də həmin mənada qurban sözü işlənir.
Yexan – Sinay perqamentində aylardan biri yexan adlanır (Aleksidze 2003. 36). Gəncəkli Kürək (Kurakos Qangzaketsi) yazır ki, albanlar ən isti aya yəxna deyirlər. Fikrimizcə, yexan/yəxna “yandırıb-yaxmaq” felinin arxaik variantıdır. Dədəmiz Qorqudun kitabında buna uyğun olaraq yəxni “qaynadılmış ət” sözü vardır.
– buxacuq “tanrı” (Aleksidze 2003b. 73. 87. 122). B-ğ buxacuq teoniminin qısa yazılış formasıdır. Ancaq Z.Aleksidze onu “bixacuq” oxuyur. Utilər son zamanlara qədər tanrıya bixacuq yox, buxacuq deyirdilər (Шопен 1866. 433; Qukaşyan 1984. 14-17).
Söz yox ki, buğa totemik tanrı adıdır. Cahilliyə dövründə əcdadlarımız tanrını yalnız insan deyil, həm də heyvan və quş formalarında təsəvvür edirdilər. Düşünürdülər ki, alplar və ərənlərin cismi ölür, ancaq ruhları ölmür, bir heyvanın və quşun bədəninə köçərək yaşayır.
H’Ayların dilində buxa tanrının buğa şəklində qoyulan bütünə deyilirdi (Шопен 1866. 483). H’Aylar indiki ermənilərin əcdadları olsaydılar, öz totem tanrılarını türkcə adlandırmazdılar.
Türklər kimi Urartu dövrünün bir çox etnosları buğaya sitayiş edirdilər. 1912-ci ildə İ.A.Orbeli Torpaq kaladan mərmər lövhə üzərində buğa şəkli tapmışdır. Ondan 4 il sonra Van gölü yaxınlığında arxeoloji qazıntılar zamanı qanadlı buğa bütü tapıldı. Bütün qanadları qızıldandır (Пиотровский 1944.35). Bu da buğanın göyləri təmsil etdiyinə işarədir.
Əski türk inancı ilə uti, iber və h’ay qəbilələri özlərini tapındıqları ərvah heyvanın adı ilə Buğa adlandırırdılar. Xaçın hakimi Həsən Cəlal nəvəsinə Ağ Buğa adı vermişdi. Hülakilər dövründə Mtsxeti atabəyi Ağ Buğa totem adı daşıyırdı (Петрушевский 1949. 252).
Musa Xorenli (VII əsr) yazır ki, Day mahalının bir vilayəti Buxa adlanır (Хоренский 1809.232; 1893.294). Sen-Marten həmin vilayətin adını Puxa kimi oxuyur (Шопен 1852.24).
Türk kökənli etnoslar buğaya olan əski inancların özləri ilə Piriney yarımadasına aparmışlar. Buğa döyüşləri bizdə unudulmuş, İspaniyanın bir çox vilayətlərində indiyədək qalmışdır.
Akademik İ.İ.Meşşaninov 1927-ci ildə nəşr etdirdiyi bir məqaləsində yazırdı: – İberlər buğanı müqəddəs sayırdılar. Buğaya olan etiqad Qafqaz ilə Piriney yarımadasının qədim xalqları arasında etnogenetik bağlar olduğunu göstərir (Мещанинов 1927.28). Bütün bunlar təsdiq edir ki, Buğa totemik tanrı kimi Yafəs xalqlarının xristianlığa qədərki inancında əsas yerlərdən birini tutmuşdur.
–kul “bilək”, “əl” (Aleksidze 2003b. 122). Bu sözün türk mənşəyini təsdiq etmək üçün nümunələr verməyə ehtiyac yoxdur. Yalnız onu qeyd etmək lazımdır ki, Л.Меликсетбеков, Q.Kapantsyan Urartu yazılarında bu sözləri tapdığına görə, 1936-1937-ci illərdə Abkar Payzatı dar ağacına çəkmişdilər.
–ğar, “oğul”, “bala” (Aleksidze 2003b. 87, 122). Bu söz türk dillərindəki qarın, qarındaş, qardaş sözlərinin köküdür.
–içi “özü”, -içey “özünün” (Aleksidze 2003b. 89, 12). Bu əvəzliyin kökü türk dillərindəki iç zərfidir. Özümüz, öz aramız sözlərinin sinonimi kimi Azərbaycan türkcəsində “içimiz” deyimi işlənir.
–viçi “qardaş” (Aleksidze 2003b. 89, 122). “V” səsartımı kimi xald mənşəli yazılarda çox işlənir. İçi qədim türk yazılı abidələrindəki içi – eçi “böyük qardaş” sözünün arxaik variantıdır: – Bəğ ərigcə sabıkbasar eçimiz. “Divanü-luğat-it-türk”də də içi sözü “böyük qardaş” mənasında verilmişdir (MK. IV. 2006, 209).
–ke “qabağa” (Aleksidze 2003b. 122). Van-Urartu yazılarında qabaq, ön zərfləri ka sillabik formantı ilə göstərilmişdir (Меликишвили 1960. 41, 378). Ke, ka türk dillərindəki ka+bak, ka+rşı sözlərinin köküdür.
–tur “çay” (Aleksidze 2003b. 122). Buna uyğun olaraq türk dillərində türümək “axmaq”, “çağlamaq” feli vardır.
Düşünürük ki, Sinay dağı alban yazılarının tapıldığı son yer olmayacaqdır. Çünki albanlar müqəddəs torpaqlarda kilsələr, monastırlar çox tikdirmiş və icmalarla köçərək orada yurd salmışlar. Musa Kaqankatuklunun yazdığına görə, ancaq Qüds şəhərində və ətrafındakı dağlarda albanların 6 kilsəsi, 9 monastırı olmuşdur (Albaniya tarixi. 1993. 172, 173, 174).
Antik yunan və latın tarixçilərinin yazdığına görə, albanların bir hissəsi Midiya dağlarında yaşayırmış (Страбон. XI.7.1; XI-VII). Musa Kaqankatuklu yazır ki, albanlar ketarlarla (Albaniya tarixi 1993. 15) – Güney Azərbaycanın ən əqdim etnosu ilə qohumdurlar. Məlumdur ki, Ketar nəslindən kuman və gəray türkləri çıxmışdır.
Azərbaycan ərazisində iki Albaniyanın olmasını Musa Xorenli təsdiq edir. Onun kitabının 1809-cu il nəşrində göstərilir ki, Albaniya Kür çayının şimalında yerləşir. Bundan başqa Alvaniya adlı başqa bir ölkə də olmuşdur. Həmin Alvaniya Atropatenin bir vilayəti kimi göstərilmişdir. (Хоренский 1809. 230, 231). “Erməni tarixi”nin 1893-cü il nəşrində belə bir qeyd var: – Paytakaran mahalı Araz çayından bir az aralıda yerləşir. Onun bir vilayəti Alevan adlanır (Хоренский 1893-293). Buradan aydın görünür ki, Midiya dağlarında yaşayan albanlar Kürlə Araz arasına köçmüş, Beyləqan yaxınlığında Alvan etnik-inzibati vahidini yaratmışlar.
Qədim “İber salnaməsi”nin və orta əsr gürcü salnamələrinin tədqiqi göstərir ki, albanların aranda yaşayan hissəsi İslam dinini qəbul etmiş, dağlarda yurd salanlar xristianlıqdan dönməmişdir. Təbrizli Arakel yazır ki, ərəblər albanların yalnız bir qismini müsəlman edə bildilər (Даврижещи. 1973. 514).
Albanların bir çox nəsilləri sasanilərlə, ardınca ərəblərlə döyüşə-döyüşə Alazan və İori çaylarının arasına, meşəli dağlara çəkilmiş, orada Kax, Kux, Ana, Toz, Er, Ucar və başqa knyazlıqları yaratmışlar. Gürcü salnamələrində onların ölkəsi Kaxeti, Kuxeti, Ereti, Anian, Ucarma, Tuşeti və s. adlandırılır.
Həmin knyazlıqların əhalisi gürcü deyildi. İndikilərdən fərqli olaraq köhnə nəsil gürcü tarixçiləri bunu etiraf edirlər. Yazırlar ki, Gürcüstanın Ana kəndlərinin əhalisi Albaniyadan gəlmədir (Адонц 1908, 56-57, 420; Орбели 1911.6).
XIX əsrdə yaşamış arxeoloq və tarixçi P.İoseliani yazır: – Albaniyanın seçmə nəsilləri cənubdan gələn işğalçılara boyun əymirdilər. Onlar Kaxetinin meşəli dağlarına çəkilir, Alazan və İori çaylarının sahillərində yurd salırdılar. Həmin nəsillər Çolak, Uti, Çumlak, Çor, Er, Turdu və başqaları idi (Иоселиани 1966, 6,7).
Kaxeti daim müstəqil çarlıq kimi Kartli ilə hərbi münaqişədə olmuş, yalnız rus işğalından sonra onların arasındakı döyuşlərə son qoyulmuşdur. İki çarlıq arasında amansız mübarizənin kökü onda idi ki, kaxetiyalılar gürcü deyildilər. P.İoselianinin dediyi kimi, tatar və ya alban mənşəli idilər.
Bunu gürcü katolikosunun daşıdığı titullardan daha aydın görmək mümkündür. Nə zaman ki, Kartli çarı Kaxetini özünə tabe edirdi, o zaman gürcü katolikosu özünü gürcülərin və albanların dini rəhbəri adlandırırdı (Иоселиани 1866, 7).
Söz yox ki, gürcülərin kilsə başçısı bütün albanların dini rəhbəri deyildi. O yalnız özünü Kaxetidə yaşayan albanların dini başçısı saya bilərdi.
Güman edirik ki, Yerusəlimin, Ermənistan və Gürcüstanın kilsə salnamələri AMEA-nın əməkdaşları tərəfindən tədqiq olunarsa, oradan alban dilində yazılan yeni sənədlər tapılacaqdır.
Dostları ilə paylaş: |