Pörtlədilmiş balıqdan xörəklər.
Balığı çiy yaxud əvvəlcədən qızardılmaq şərti ilə pörtlədirlər. Pörtlədilmiş
halda xırda balıqları və dəniz balıqlarını hazırlamaq daha məqsədə uyğundur:
kombla, treska, zubatka, paltusa və s.
Pörtlədilmə zamanı sümüklər yaxşıca yumşalır, ona görə də balığı
sümükləri ilə birlikdə hissələrə ayırmaq olar. Duzlu balığı istifadə etmək daha
məqsədə uyğundur.
Duzlanma zamanı balıq ekstraktiv maddələrin bir hissəsini itirir,
toxumaların strukturu dəyişir, zülalların bir hissəsi denaturatlaşır və onlardan
hazırlanan xörəklər quru və bərk olur. Suda pörtlətmə bu çatışmamazlığı aradan
qaldırır.
Soğanla süddə pörtlədilmiş treska.
Treskanın filesini dərisi ilə birlikdə
porsiyalara ayırırlar,unda urvalayır və əsas üsulla qızardırlar. Balığı qazana
yığırlar, üzərinə çiy doğranmış soğan töküb hamısı birlikdə yüngülcə qızardırlar,
daha sonra üzərinə isti süd töküb hazır olana qədər pörtlədirlər və qaynadılmış
kartofla birlikdə üzərinə xırdalanmış göyərti səpib süfrəyə verirlər.[39]
Tomat sousunda pörtlədilmiş balıq.
Tez-tez hallarda tomat sousunda
treskanı, xeki və digər balıq növlərini, həmçinin kiçik balıqları bütöv halda
(salaka və s. ) pörtlədirlər. Çiy balığı dərisi və sümüyü ilə birlikdə
porsiyalaşdırılmış tikəllərini və ya kiçik balıqları ( başsız ) qazana qoyub tomat
sousu əlavə edib pörtlədirlər. Süfrəyə qaynadılmış kartofla birlikdə verirlər.
Dostları ilə paylaş: |