istifadə olunur. Porsiyalaşdırılmış tikələrə duz, istiot səpir, unda urvalayır, süddən
və yumurtadan hazırlanmış lezyonda ( termin, linqvistika ) isladır və yenidən
urvalayırlar. Urvalanma bu dəfə unda deyil ağ urvada ( yəni boyat çörəyin ağ
13
qızdırılmış yağda qızardır, yağını süzür və qızardıcı şkafda qızartmanı
tamamlayırlar. Balığı xırdalanmış cəfəri və tumları və qabığından təmizlənmiş
limon dilimləri və fritürdə qızardılmış kartofla qarnirləyirlər. Xörəyin yanına
ayrıca olaraq turşuya qoyulmuş xırda xiyarlı mayonez yaxud şərablı tomat sousu
verilir.
Xəmirdə qızardılmış balıq (orli).
Bu xörəyin hazırlanması üçün sudak,naxa,
çay xanı balığı və nərəkimilər fəsiləsinə aid olan balıqlardan istifadə olunur. Balığı
təmiz filelərə ayırır, uzununa kəsilir və marinadlaşdırırlar. Marinadlaşmadan sonra
balığın tikələri cəfəridən təmizlənir, xəmirə batırılır və yağda qızardılır. Xəmir
üçün suya yaxud südə bir qədər şəkər tozu, bitki yağı əlavə olunur, un ələnir və
qarışdırılır. Balığı qızartmazdan əvvəl xəmirə yaxşı çalınmış yumurta ağı əlavə
olunur.
Qızardılmış balıqları kağız salfetlə örtülmüş porsiyalaşdırılmış qablara
qoyurlar, yanına cəfəri, qızardılmış fri və limon dilimi qoyulur. Sous qabında
ayrıca olaraq tomat sousu və ya turşuya qoyulmuş xırda xiyarlı mayonez verilir.
Açıq odda qızardılmış balıq.
Qrildə
balıq
. Təzə seld, ağ qızılbalıq , siqa, nelma yaxud ağ balıq filelərini
30
0
lik bucaq altında porsiyalara ayırır və duz, istiot səpib, bitki yağı və sirkə
yaxud limon şirəsi çiləyib 25-30 dəqiqə ərzində soyuqda marinadlaşdırırlar.
Marinadlaşmış balığı pörtlətmədən qızardırlar. Sudakı, siqanı, kapitan balığını,
paltusu porsiyalara ayırır, duzlayıb 10-15 dəqiqə saxlayırlar, qurudub, əridilmiş
yağla yağlayıb, ağ urvada urvalayırlar.
Hazırlanmış balığı donuz şpiqi sürtülmüş məhəccərin üzərinə qoyurlar.
Balıq tikələrinin əvvəlcə bir tərəfini sonra isə digər tərəfini o vaxta qədər
qızardırlar ki, onun içərisi tam bişmiş olsun. Amma bu zaman balığın səthində
tünd, yanmış xəttlər əmələ gələcək. Qarnir kimi bütöv pomidor,
marinadlaşdırlmış xiyar, baş soğan, yaşıl soğan, 4-5 sm-lik dilimlərə ayrılmış
limon verilir. Xörəyi fritürdə qızardılmış kartof ilə qarnirləmək olar.
14
Soğanı marinadlaşdırmaq üçün qazana sirkə və bitki yağı tökülür, elə
orayada baş soğan , şəkər tozu, duz , dəfnə yarpağı, mixək və ya darçın əlavə
olunur, qarışdırılır, 75-80
0
C temperatura qədər qızdırılır və dərhal soyudulur.
Ş
Dostları ilə paylaş: