3.5. 20 – ci əsrin dəbi
İkinci dünya müharibəsindən sonra moda səneyesində canlanma müşahidə olunurdu. Müharibə zamanı Parisdən getmək məcburiyyətində qalan dövrünün tanınmış moda xadimləri Parisə geri qayıdırdılar. Bu illərdə, daha doğrusu 1945-ci ildə Parisdə açılan teatr kostyumları sərgisinin əsas məqsədi ictimaiyyətin diqqətini geyim mədəniyyətinə cəlb etmək idi. Bu dövrdə modelyerlər hərbi illərin bir tipli geyimlərdən uzaqlaşmağa çalışırdılar.
Dəb aləminin dönüş nöqtəsini 1947-ci ildə Kristian Dior edir. O, bir neçə məhsulu bir brend altında birləşdirərək, moda imperiyasının əsasını qoymuşdur. O, yeni, maraqlı geyim növləri hazırlayırdı. Bu geyimlər cəmiyyətin az bir qismi üçün nəzərdə tutulmuşdu. Müharibədən yeni çıxmış insanlar üçün bu geyimlər çox bahalı idi. Bütün bunlara baxmayaraq, 1948-ci ildə hər kəs Diorun yeni üslubunu qəbul etdi. Bu üslub “Nyu luk” adlanırdı. Bu geyimlər xüsusi ilə gənclər üçün nəzərdə tutulmuşdu. Bu dövrdə Diorun adı gözəllik etalonu kimi səslənirdi. Dior minlərcə qadının ürəyinə yol tapmağı bacarmışdı. Diorun geyimlərindəki əsas məqam ətəklərədəki incə bel, kiçik çiyinlər və düz enli ətəklər idi. Bu dövrdə Parisdə Diorla yanaşı Yubera de Jivanşi, Cak Fat, Şanel moda evləri də yenidən fəaliyyətə başlamışdı. Bu dövrdə Paris moda evləri öz çiçəklənmə dövrünü yaşayırdı. Dünya modelyerləri Parisə - yeni fəslin dəbini öyrənmək üçün gəlirdilər.
Bu dövrdə Amerika həyat tərzi öz təsirini Avropada da göstərirdi. Geyimlərdə sərbəst üslubdan daha çox istifadə edilirdi. Şalvar artıq qadın geyiminin ayrılmaz tərkib hissəsi idi. Amma hələ də geyimlərdə hərbi geyimin izləri qalmaqda idi.
Kütləvi istehsalın genişlənməsi nəticəsində moda artıq daha geniş kütlələrə təsirini xitab etməyə başlamışdı.
1950-ci ildən başlayaraq süni materiallar meydana gəldi. Bunun nəticəsində təbii materiallar azalmağa başladı. Çünki süni materiallar daha əlverişli hesab olunurdu.
Tanınmış müğənnilər, aktrisalar, moda daşıyıcıları hesab edilirlər. İnsanların onlara bənzəmək istəməsi moda salonlarının daha fəal işləməsinə şərait yaradırdı.
Modadada nəsillər arasındakı ziddiyyət bariz hiss olunurdu. Bu dövrdə də əvvəlki illərdə olduğu kimi, gənc nəsil öz geyimləri ilə fərqlənmək istəyirdi. Gənclər eyniyyətə və stabiliyə qarşı idilər. Bu illərdə Avropaya Amerikadan cins parçalar gətirilməyə başlanıldı. Cins parçalar əhali arsında surətlə populyarlaşırdı. Bu dövrdə əsasən qara rəngli cinslərdən istifadə edilirdi. Onlar təbii və ya sünü dəridən hazırlanırdı. 70-ci- 80-ci illərə xas “kobud” bir üslub var idi. Bu üslubun daşıyıcıları olan panklar - qeyri adi geyimləri, saçlarının fərqli rəngləri və saç düzümləri ilə fərqlənirdilər. 60-ci illərdə hippilər də özlərinin nekonfeksion geyimləri ilə seçilirdilər.
XX əsrin əvvəllərindən başlayaraq 70- illərədək, istər kişilər, istərsə də qadınlar şlyapanın müxtəlif formalarından isifadə edirdilər. 70-ci illərindən sonra isə baş örtükləri ancaq ilin soyuq aylarda istifadə olundu. İsti və sərin aylarda isə müxtəlif formalı saç düzümlərindən istifadə dəbdə idi.
Artıq modada dəyişikliklər və yeniliklər çox surətlə gedirdi. 1967-ci ildə dəbdə olan geyimlərin çoxu gənclər tərəfindən satın alınırdı. Bu dövrdə müxtəlif mətnli və rəsmli maykalar gənclərin ən çox geyindiyi geyim idi. Mini ətəklər İngiltərədə Amerikalı Meri Kuant tərəfindən dəbə gətirilmişdi. Meri Kuant Britaniyada ixraca etdiyi xidmətlərə görə Britaniya imperiyasının ordeni ilə mükafatlandırılmışdı.
Kosmosun kəşfi dəb aləmindən də yan keçmədi. Beləki, şlemlər və ayşəkilli eynəklər dəbə düşdü. Bu dövrdə Kurrec gələcəyin kostyumunu yaradırdı. Bu kostyum parıltılı və gümüşü materiallardan idi, bu da “On art” incəsənətinin elementi kimi qəbul edilir. P.Karden plastikdən ilk geyim hazırlamışdı; Pako Rabonne plastik və metal hissələrdən utopik kostyum hazırlamışdı. Əlbəttə bütün bunlar kosmosun kəşfi ilə bağlı olaraq modelyerlərin öz zəngin fantaziyaları ilə hazırladıqları gələcəyin geyimləri idi.
60-ci ilin sonlarına açıq-saçıq geyimlərdən istifadə ediləyə başlanılmışdı. Bu dövr topleslərin(üst hissəsi olmayan qadın üzgüçü geyimi) daha çox yayılmağa başladığı dövr idi.
1970-ci illərin əvvəllərində yeni romantik üslub meydana gəlməyə başladı. Bu Diorun romantizm üslubundan fərqli olaraq xalq folklorundan bəhrələnən romantizm idi. Bununla əlaqəli olaraq modaya güllü yun parçlar, qauco, ponço, tikməli əfqan gödəkçələri, hind şalı, zuav şalvarlar, ərəb geyimləri daxil olurdu. 70-ci illərinsonunda Kenzo və digər modelyerlər şərq geyim elementlərindən istifadə edərək fərqli bir Avropa geyimi yaradırdılar. Kenzo həmçinin Avropa geyim modasına kənd elementləri də gətirmişdi.
N.Lopran folklor materiallarindan istifadə edərək kolleksiyasına kazak örpəklər, boyar üslubunda paltarlar daxil edmişdi. Bir müddətdən sonra modaddakı bu istiqaməti retro üslub əvəzetdi.
Moda sürətlə inkişaf edirdi. Paris artıq modanın əsas mərkəzinə çevrilmişdi. Burada modelyerlər fərqli üslublarada paltarlar yaradırdılar. Həmçinin tarixi kostyumların təsiri ilə yeni geyimlər yardılırdı. Digər tərəfdən də başqa ölkələrdə qəbul edilmiş üslublar məsələn; Yaponiyadan Samuray üslubu, xalq geyimləri, tayfa geyimləri, Mərkəzi və Cənubi Amerikanın folklor ənənələri və s. ilə yanaşı müxtəlif “ kasıb modası ” geyimləri formasında yeni paltarlar hazırlanırdı. “ Kasıb modası ” adlanan üslub üçün çirkləndirilmiş və ya yırtılmış, “köhnə parça”dan tikilmiş elementlər daxil edilirdi – bu ideyaların ilk müəllifi yapon Rey Kuvakuba idi.
Moda gündəlik geyim tərzinə uyğunlaşdırılırdı. Aerobika, gimnastika və digər idman növlərinin yaranması ilə yeni idman kostyumları da yaranırdı. Artıq elə kostyumlar joqqinqlər yaradırdılar ki, onları həm idman vaxtı, həm də başqa vaxtlarda geyinmək olurdu. Bu dövrün geyimləri sərbəstliyi və rahatliğı ilə seçilirdi.
XX əsrin modası öz zənginliyi və fərqliliyi ilə seçilir. Bu dövrdə moda demək olar ki, hər gün yenilənir.
Hal-hazırda dünyada qəbul olunmuş dörd əsas dəb paytaxtları; Paris, Milan, Nyu-York və London şəhərləri sayılır. Bu şəhərlərdə dünya modasına ciddi təsir göstərən ən böyük dəb şirkətlərinin ofisləri yerləşir. Moda həftələri bu şəhərlərdə keçirilir, moda həftələrində modelyerlər öz yeni dəb kolleksiyalarını nümayiş etdirirlər. Dünyada modanı izləyən xüsusi ixtisaslaşmış jurnallar mövcuddur.
.
Dostları ilə paylaş: |