Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə49/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   45   46   47   48   49   50   51   52   ...   70
C.Nabat Monoqrafiya

Məlumat mübadiləsi və müzakirəsi mərhələsində qrupların cavabları dinlənilir. Tapşırığı düzgün yerinə yetirən və suallara cəld cavab verən qruplar üstünlük qazanırlar.
Sonra qrupların cavabları meyarlarla qiymətləndirilir.
Beləliklə, dərsin birinci mərhələsi başa çatır.
II mərhələ başlayır. Bu zaman suallardan istifadə edilir.
Lövhədə cümlələr görüntülənir(və ya yazılır):

  1. Qəşəng, gözəl, yaraşıqlı bir qız içəri daxil oldu.

  2. Cavan, gözəl və yaraşıqlı qız həkimimiz idi.

Müqayisələr aparılmaqla cümlələr müzakirə edilir.
Müəllim:
-Cümlələrdə təkrar edilən sözlər hansılardır?
Şagird:
-Qəşəng, gözəl, yaraşıqlı sözləri cümlələrdə təkrarlanır.
Müəllim:
-Düzdür, bu sözlər necə sözlərdir?
Şagird:
-Bunlar mənaca yaxın, formaca müxtəlif sözlərdir.
Müəllim:
-Bu sözlərə sinonimlər deyilir. Sinonimlərin tərifini necə vermək olar?
Şagird:
- Mənası eyni, yazılışı və deyilişi fərqli sözlərə sinonim sözlər deyilir.
Müəllim:
-Düzdür, sinonimlər mənaca yaxın olsa da, işlənmə yerindən asılı olaraq müəyyən fərqləri vardır. Məsələn, ürək, könül, qəlb və s.
Qruplara yeni iş vərəqləri paylanır və onlar yeni iş vərəqləri ilə işləyirlər.
Ölkə qrupu
Cümlələrə uyğun sinonimləri əlavə edib yazın.
1. Dilbər sənət seçməkdə (ürəyinin, könlünün) səsinə qulaq asdı.
2.Günlərimiz biri-birindən (şən, sevinclı) keçirdi.
3. Ulduzlar sayrışır,(göy, səma) nagıllar aləminə bənzəyirdi.
Torpaq qrupu
Cümlələrə uyğun sinonimləri əlavə edib yazın.
1. (kiçik, balaca) bacım müsiqini çox sevir.
2. Şıxəli (qəşəng, yaraşıqlı) gənc idi.
3. Arif (körpə, balaca) it balasının qayğısına qalırdı.
Şəhər qrupu
Cümlələrə uyğun sinonimləri əlavə edib yazın.
1. Hər kəs öz (el, oba) adət-ənənələrini yaşatmalıdır.
2. Mübariz (balaca, kiçik) yaşlarından düşmənə nifrət bəsləyirdi.
3. Kərənəklər bahar sevinci ilə (gülə, çiçəkyə) qonurdu.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin