Nəticə: Yalançının evi yandı, heç kim ona inanmadı.
Ev tapşırığı: Mətndən cəmlik bildirən sözləri seçib yazın.
Qiymətləndirmə: oxunun düzgünlüyünə və müzakirədə iştiraka görə aparıldı.
Həmin nağılın tədrisinə dair ikinci dərsə nəzər yetirək:
Mövzu:Yalançı çoban (2-ci saat)
Dərsin gedişi Motivasiya, problemin qoyuluşu. … söz üz qızardar. Buraxılmış sözün tapılması və suallarla dərsə başlanılır.
Yalanın üstü açılanda hansı hisslər keçirərsiniz?
Tədqiqat sualı: Yalançı olmaq, yalan danışmaq nə üçün pisdir?
Tədqiqatın aparılması: Qruplar yaradılır, hər qrupa iş vərəqi təqdim edilir.
Qrup 1 1.Nağılın məzmununu danışın.
2. Nağılın məzmununa uyğun atalar sözünü seçin.
Yalan ayaq tutar, yeriməz.
Yalançını evinə qədər qovarlar.
Yalançının evi yandı, heç kəs ona inanmadı.