Fənn: Azərbaycan dili (III sinif)
Mövzu: Sözlərin deyilişi və yazılışı
Təlim nəticəsi: 1. Mətni düzgün, sürətli, intonasiya ilə oxuyur.
2. Sözlərdə son cingiltili samitin kar qarşılığı ilə tələffüz edilməsini bilir və nitqində əməl edir.
3. Oxu zamanı orfoepiyaya dair qaydalara əməl edir.
İş forması: böyük qrup
İş üsulu: əqli hücum, diskussiya, suallar
Resurs: şəkillər, plakat, iş vərəqləri və s.
Dərsin gedişi Motivasiya, problemin qoyuluşu: Müəllim üçüncü sinif dərsliyindəki(səh.189) sözlərin deyilişi və yazılışı ilə əlaqədar qaydanı oxuyur, şagirdləri bu qayda ilə tanış edir. Lövhədən “Belə yazılır. Belə tələffüz edilir”başlığı olan plakatı asır.
Daha sonra isə uşaqlarla oyun keçirir. Uşaqlara oyunun şərtlərini öncədən bildirir. Belə ki, sözlərin düzgün tələffüzü ilə bağlı suallar səsləndirir. Üstəlik bu zaman müəllim “Kim tez deyər” oynundan istifadə edir, şagirdləri daha tez düşünməyə vadar edir. Müəllim sualları belə ünvanlayır:
-Zəif yoxsa zəyif?
-Nailə yoxsa Nayilə?
-Teatr yoxsa teyatr? və s.
Tədqiqat sualı: Biz sözləri yazıldığı kimi desək oxu düzgün olarmı?
Tədqiqatın aparılması: Müəllim lövhədə 10 söz yazır və şagirdlərdən bu sözlərin düzgün tələffüz şəklində deməsini tələb edir. Bu sözlər ağıllı lövhədə də verilə bilər.
Memarlıq, onlar, əcdadlarımız, müasir, təbiət, saat, təbii, çörək, ürək, bilək.
Sonra şagirdlər dərslikdən növbə ilə “Qobustan” mətnini hissələrlə (6 hissə) oxuyrlar[4, s.190]. Müəllim şagirdlərin oxusunun düzgünlüyünə nəzarət edir.
Məlumat mübadiləsi: Müəllim şagirdlərin oxusunu yoxlayır. Onların düzgün tələffüzə, düzgün oxuya aid cavablarını dinləyir. Dinlədikcə uşaqları qiymətləndirir və vaxta qənaət etmiş olur.
Məlumatin müzakirəsi: Müəllim sözlərin düzgün tələffüz qaydalarını lövhədə qeyd edir(ibtidai siniflərdə sözlər transkripsiya içərisində verilməyə bilər). Şagirdlərə oxu mətninə dair suallar verir.