Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə68/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   62   63   64   65   66   67   68   69   70
C.Nabat Monoqrafiya

Nəticə və ümumiləşdirmə: Müəllim bütün keçilənləri ümumiləşdirir. Sözün düzgün tələffüzü və mətnin düzgün oxusu ilə bağlı qaydaları bir daha şagirdlərin nəzərinə çatdırır.
Yaradıcı tətbiqetmə: Müəllim şagirdlərə sinifdənxaric oxu üçün əlavə material oxumağı və burada tələffüzünü bilmədiyi sözlərin orfoqrafiya-orfoepiya lüğətindən istifadə edərək tələffüz formalarını öyrənməyi tapşırır.
Qiymətləndirmə: Müəllim oxunun düzgünlüyünə dair müəyyən olunmuş meyarlar əsasında tərtib etdiyi qiymətləndirmə cədvəlinə görə şagirdləri qiymətləndirir.
Təfəkkürü inkişaf etdirən fəal(interaktiv) təlim üsulları tədrisin səmərəsini xeyli artırır. Oxunun tədisi hər bir şagird üçün fəallığı təmin edən, onların inkişafını tənzimləyən, irəli getməyə həvəsləndirən, fakt və hadisələrin emosional mənimsənilməsinə şərait yaradan fəaliyyət sahəsinə çevirir. Fəal təlimdə şagirdlərə öyrənməyin yollarını öyrətmək əsas məsələ olduğu üçün onların kitab üzərində işləməsi, düzgün oxu vərdişlərinə yiyələnməsi, oxuduğu mətn üzərində düşünməsi, mətnin ideyası, məqsədi, hadisələrin nəticənin necə olacağı və ya necə olması haqqında fikirlərinin müəllim tərəfindən pozitiv qarşılanması, səhvə yol verilən məqamların çox ustalıqla aradan qaldırılması zəruridir. Şagirdlərə müəllimi diqqətlə dinləmək, müstəqil işləmək, oxuduqlarını başa düşmək, tutuşdurmaq, qiymətləndirmək, təşəbbuskar və yaradıçı olmaq vərdişləri aşılamaq son dərəcə vacibdir. Əgər belə olmazsa, şagirdlərdə mexaniki əzbərçilik meylləri kök salacaqdır.
Fəal(interaktiv)təlim metodlarından və iş formalarından hər bir mövzüya uyğun olaraq istifadə edilməlidir. Belə ki, kollektiv təlim forması və ənənəvi iş metodlarının əksəriyyəti müasir dövdə də aktuallığını itirməmişdir. Lakin orup işindən istifadə və fəal təlim metodlarının tətbiqi dərsin optimallığını daha da yüksəldir, tədris olunan material maksimum fəallıqla, təşəbbüskarlıqla, maraqla öyrənilir.
Oxu dərslərində əqli hücum metodundan yeni mövzunun izahından əvvəl, yaradıcı çalışmaların icrasında, ümumiləşdirmə və nəticələrin çıxarılmasında, ümumiyyətlə, dərsin hər hansı mərhələsində istifadə edilə bilər. Bu metoddan istifadə şagirdlərin daxili potensialını üzə çıxarmağa kömək edir. Onların fəallığı, müstəqil düşünmə, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmə və s. məntiqi təfəkkürün, yaradıcı təfəkkürün inkişafını təmin edir.
Təcrubi iş prosesində “Güc birlikdədir” mətninin tədrisində işgüzar səs-küy üsulundan istifadə edildi [4, s. 162-163]. Qruplar üzrə iş təşkil olundu. Hər qrupa üzərində “Biz birlikdə güclüyük” ifadələri yazılmış vərəqlər təqdim edildi. Bu zaman həyatla müqayisəyə imkan verildi. Yəni şagirdlər mətndəki hadisələri həyatla inteqrasiya edib, uyğun misallardan istifadə edə bilərdilər. Qruplarda mətnin oxusu başa catdıqdan sonra qrup üzvləri cavab vermək uçun fikir mübadiləsi apardılar. 4-5 dəqiqəlik fikir mübadiləsindən sonra qrupun liderləri cavab verirlər.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin