Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu


Birgəfəaliyyət üçün aşağıdakı işlərin aparılması zəruridir



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   9   10   11   12   13   14   15   16   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

Birgəfəaliyyət üçün aşağıdakı işlərin aparılması zəruridir: 
- uşağın meyil və maraqlarının müəyyən edilməsi;
- müxtəlif fəaliyyət növlərində (təsviri, bədii-nitq, musiqi, oyun, səhnələşdirmə) bədii 
bacarıqların inkişafının dəstəklənməsi;
- təəssürat ilə uşaqların emosional sahələrinin genişləndirilməsi əsasında estetik 
hisslərin oyadılması; 
- digərlərinin, bədii obrazın fikrinə şərik olma bacarıqlarının, incəsənət əsərlərinin 
fərqli qavranılmasına və bədii ifadə vasitələrinin fərqləndirilməsi üçün şəraitin yaradılması; 

bədii fikrin ixtiyari təcəssümünün təlimi; 

əyani-obrazlı təfəkkür, obrazlı təxəyyülün inkişafı. 
E
lementar təlim fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir:

davranış normalarının mənimsənilməsində uşağın imkanları nəzərə alınmaqla 
reqlamentləşdirilmiş fəallıq şəraitində davranış qaydalarının izah olunması; 

nitqin müşayiəti ilə məsələlərin həlli üsulları ilə tanışlıq; 

fəaliyyətin idrak motivlərinin, idrak maraqlarının formalaşması. 
5-
6 yaşlı uşaqların fəaliyyət növləri üzrə inkişafı.
İdraki praktik fəaliyyət üçün aşağıdakı işlərin aparılması zəruridir: 

idraki bacarıqların inkişafı; 

müxtəlif fəaliyyət növlərində sensor etalonunun tədqiqi;

müşahidə, yaradıcı təxəyyülün inkişafı, müqayisə etmək, ümumiləşdirmək, nəticə 
çıxarmaq, təsnif etmək bacarıqlarının inkişafı;

yaddaşın növlərinə əsaslanmaqla uğurlu yaddasaxlama üçün şəraitin yaradılması. 
Ünsiyyət fəaliyyəti üçün aşağıdakı işlərin aparılması zəruridir: 
- mübahisəli vəziyyətin qeyri-zorakılıq yolu ilə həll olunmasının, ünsiyyətdə əxlaqi 
normaların aşılanması; 
- böyüklər və digər uşaqlara idraki, praktik və kommunikativ məsələlərin həlli üçün 
suallar vermək bacarığının formalaşdırılması; 
- ünsiyyət zamanı etibar və hörmətin aşılanması; 
- dostluq münasibətləri üçün şərait və imkanların yaradılması, kollektivçilik və 
liderliyin formalaşdırılması; 
- başqa 
insanların emosional vəziyyətinin başa düşülməsi bacarıqlarının 
formalaşdırılması; 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin