Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu


 T əlimin təşkilinə verilən tələblər



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   27   28   29   30   31   32   33   34   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

2.3. T
əlimin təşkilinə verilən tələblər 
Məktəbəqədər yaşlı uşaqların hərtərəfli inkişafının və keyfiyyətli təlimin təmin 
olunması və müsbət emosional mühitin yaradılması üçün təlim fəaliyyətinin təşkili zamanı 
bir sıra əsas tələblər nəzərə alınmalıdır: 
-
uşaq ləyaqətinə hörmət; 

təlimin uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun forma, metodlar əsasında 
təşkili; 
-t
əlim prosesində fəaliyyətin böyüklər və uşaqlar arasında əməkdaşlıq əsasında 
qurulması; 
-
uşaqların təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi; 
-
uşaqların fiziki və psixi zorakılığın bütün formalarından qorunması; 
-
ailələrin təlim fəaliyyətinə bilavasitə cəlb edilməsi. 
Təlimin təşkili zamanı aşağıdakı prinsiplərə istinad edilməlidir: 
-
şəxsiyyətyönümlülük - uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı tələb edir. 
Həyatda lazım olan ən zəruri dəyərlərin formalaşdırılmasını bir vəzifə kimi qarşıya qoyur. 


41 
Bu 
iş məktəbəqədər təhsil mərhələsindən başlayır. Ona görə də təlimin məzmununda və 
həyata keçirilməsində onun nəzərə alınması vacib hesab edilir; 
-
diferensiallaşdırma və fərdiləşdirmə - uşaqların fərdi xüsusiyyətlərinin, maraq və 
tələbatlarının, fiziki və əqli inkişaf səviyyələrinin, psixofizioloji xüsusiyyətlərinin nəzərə 
al
ınması, onların təliminin bu xüsisiyyətlər əsasında təşkil olunmasını tələb edir; 
-
idrak fəallığı - məktəbəqədər təhsil materiallarının koqnitiv xarakter daşımasına, 
onun fəal təlim şəraitində reallaşdırılmasına imkan yaradır, uşaqlarda hər hansı 
problemin həlli tələbatını, onlarda idrak proseslərinin fəallaşdırılmasını gücləndirir; 
-
əyanilik - məktəbəqədər təhsil müəssisəsində uşaqların öyrənməyə olan marağını 
stimullaşdırır, öyrəndiklərinin daha keyfiyyətli mənimsənilməsinə şərait yaradır; 
-
əməkdaşlıq - “tərbiyəçi-müəllim-uşaq-valideyn” münasibətlərində qarşılıqlı fəaliyyətin 
təmin olunmasını nəzərdə tutur; 
-
nəticəyönümlülük - fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında 
qurulmasını tələb edir. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin