Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu


  Təlimin təşkilində istifadə olunan forma və üsullar



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   28   29   30   31   32   33   34   35   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

2.4. 
Təlimin təşkilində istifadə olunan forma və üsullar 
1-
3 yaşlı uşaqlarla öyrənmə prosesində fərdi, yarimqruplarla və kollektiv, 3-6 yaşlı 
uşaqlarla isə fərdi, cütlərlə, qruplarla və kollektiv iş formalarından istifadə edilir.
Pedaqoji proses ətraf mühitin və əşya aləminin fəal tədqiqi prosesində uşağın bütün 
inkişaf sahələri üzrə fəaliyyət növlərinin kompleks inkişafı üzərində qurulmalı, 
şəxsiyyətyönümlülük prinsipi əsasında təşkil olunmalıdır.
Fərdi iş zamanı uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi və onların 
müstəqil fəaliyyət göstərməsi üçün imkan yaranır.
Cütlərlə iş zamanı uşaqların hər hansı problemin həllində bir-birinə kömək 
göstərmələrinə, əməkdaşlıq etmələrinə, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk 
etmələrinə imkan yaranır.
Qruplarla iş (3-4 nəfər) zamanı uşaqlar kiçik qruplarda birləşir, işin gedişində 
əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunurlar. Bu zaman uşaqlar 
müstəqil fikir söyləmək, digərlərini dinləmək imkanı əldə edirlər.
Kollektiv iş zamanı kollektivdə işləmək, birgə fəaliyyət göstərmək və kommunikativ 
bacarıqların inkişafı təmin edilir.
1-
3 yaşlı uşaqlarla iş zamanı aşağıdakı iş üsullarından istifadə edilə bilər: 
Süjetli-rollu oyunlar - hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı 
tələb edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə baxmaq 
imkanı verir. Oyun prosesində uşaqlar rola girir, mövcud vəziyyəti görürlər. Tərbiyəçi-


42 
müəllim ilə birgə fəaliyyət göstərir, tanış süjetə yeni epizodlar qoşur. Böyüklərın köməyi ilə 
öz oyunu üçün oyuncaqlar seçir. Tərbiyəçi-müəllim suallar qoymaq yolu ilə oyunu inkişaf 
etdirməyi bacarır. (“Gəlincik yedi. Sonra o nə edəcək?”, “Salfet haradadır?”, “Gəlincik 
yatmaq i
stəyir?” və s.). Təlim prosesinə belə oyun elementlərinin gətirilməsi onun 
maraqlılığını, uşaqların yaradıcı fəaliyyət göstərməsi imkanlarını genişləndirir: 
-oyuncaq t
ikinti materiallarından (böyük və kiçik ölçülü plastmas kərpiclər) istifadə 
edərək süjetli oyunun inkişafı üçün tikinti quraşdırmağa həvəs göstərir;
-o
yun prosesində müəyyən rola uyğun hərəkətlər (ananın və ya atanın, həkimin, 
sürücünün rolunu ifa edir, tanıdığı heyvanların səsini və hərəkətlərini təqlid edir və s.) 
edir. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin