Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   26   27   28   29   30   31   32   33   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

2. 
Təlim strategiyaları 
2.1. 
İnkişaf və təlim strategiyalarının mahiyyəti 
Strategiya - 
əvvəlcədən müəyyən edilmiş nəticəyə (nəticələrə) çatmaq üçün 
hazırlanan məqsədlər zənciri, subyektin məqsədinə çatması üçün düşünülmüş planlı 
fəaliyyət modelidir. Strategiya minimal əmək, vaxt və resurs sərf etməklə optimal nəticəyə 
necə çatmağın yollarını göstərir. Strategiyanın məzmununa fəaliyyət istiqamətinə uyğun 
olaraq 
məntiqi qərarlar toplusu daxildir. Təlim strategiyaları təlim prosesinin təşkilinə 
verilən tələbləri, istifadə edilən forma, üsul və vasitələri əhatə edir.
Fasiləsiz təhsil sisteminin tərkib hissəsi olan, gözlənilən nəticələri ilə fərqlənən 
məktəbəqədər təhsil pilləsi sonrakı mərhələlər üçün əsas bünövrə rolunu oynayır.
Təhsil həm də bütövlükdə tərbiyəçi-müəllim, uşaq və valideynin birgə fəaliyyətinin 
yekunu olduğundan, ona nəticə kimi baxılır, tam və mərhələli prosesin sonu kimi 
qiymətləndirilir. Məktəbəqədər təhsilin proqramında (kurikulumda) təlim strategiyaları 
aşağıdakı məsələləri əhatə edir: 
- təlim prosesi və onun təşkili prinsipləri; 
- təlimin təşkilində istifadə olunan forma və üsullar; 
- təlimin planlaşdırılması. 
Təlim prosesində təlim strategiyasının vacibliyi ondan ibarətdir ki, o, əlverişli metod və 
usullarla 
uşaqların səmərəli təliminə imkan yaradır. Təlim strategiyalarına inteqrativ 
yanaşma təlimin keyfiyyətinin və uşaqların uğurlarının artmasına gətirib çıxarır. 
 
2.2. 
İnkişafetdirici təlim mühitinin təşkili 
İnkişafetdirici təlim mühiti uşağın təfəkkür, sosial, emosional, fiziki və yaradıcı 
inkişafına böyük təsir göstərir. Tərbiyəçi-müəllim fiziki və psixoloji baxımdan təhlükəsiz və 
həvəsləndirici mühit yaradaraq uşağın müstəqil və qrup layihələri, oyun, müxtəlif vasitələr, 
digər uşaqlarla və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafını dəstəkləyir. 
Uşaqyönümlü mühitin yaradılması işində aşağıdakı tələblər nəzərə alınmalıdır: 
• uşağın ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə 
quraraq öyrənməsi və biliklər qazanması; 
• uşağın inkişafını və öyrənməsini təmin etmək üçün onun maraq, ehtiyac və güclü 
tərəflərinin nəzərə alınması. 
Elementar tədqiqatların aparılması, yeniliklərin kəşf edilməsi və fikir mübadiləsinə 
şərait yaradan mühitin qurulması məsuliyyəti tərbiyəçi-müəllimin üzərinə düşür. Belə 
mühitdə tərbiyəçi-müəllimin rolu uşağın özünüifadəsini dəstəkləməkdən, arzu olunan 
davranış və şəxsi keyfiyyətlərin: “Niyə?”, “Nə üçün?” suallarının verilməsinin, ətrafdakılara 


37 
qarşı hörmət və qayğının göstərilməsinin, məsuliyyət hissinin təmin olunmasından 
ibarətdir. 
Məktəbəqədər təhsil müəssisəsində təşkil edilən inkişafetdirici mühitə aşağıdakılar 
aiddir:
- daxili 
inkişafetdirici mühit (müəssisənin və qrupun daxili mühiti) - fəaliyyət mərkəzləri 
belə mühitin yaradılması üçün əsas vasitədir. Belə mühit uşağın maraq (müxtəlif mərkəzlər 
və müxtəlif materiallar) və ehtiyaclarına (uşağın fəaliyyət mərkəzini seçmək imkanı) uyğun 
təlimi təcrübədə həyata keçirməyə imkan verir; 
- x
arici inkişafetdirici mühit (uşaq bağçasının həyətyanı sahəsi) – müəssisənin 
həyətyanı sahəsi daxili məkanda mümkün olmayan imkanları təmin edir. 
Müəssisənin həyətində oyun məkanına təbiət elementləri: ağaclar, bitkilər, yeməli 
meyvə və tərəvəzlər, qum, daş, gil, su və s. daxil olmalıdır. Bu məkan təbiətlə əlaqə, 
imkan və kəşfləri təmin etməyə qadirdir. Belə sahələr ətraf aləmin öyrənilməsinə, təbiətə 
qayğının vacibliyinin dərk edilməsinə kömək edir, eyni zamanda fasiləsiz ekoloji təhsili 
təmin edir. 
Həm daxili, həm də xarici inkişafetdirici mühit uşağın təliminin bütün aspektlərini 
təmin edir və tərbiyəçi-müəllim, uşaqlar, ailələr və yerli ictimaiyyət arasında ünsiyyətə 
kömək edir.
İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması bütün inkişaf sahələri üzrə uşağın 
təliminə müsbət təsir göstərir. 
İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması üçün məktəbəqədər təhsil 
müəssisəsində müxtəlif fəaliyyət mərkəzləri (guşələr) təşkil olunur. Bu mərkəzlər inkişaf 
sahələri üzrə qurulur və uşağın inkişafını təmin edir. Qrup otaqlarında şəraitin bu cür 
yaradılması uşağa sərbəst seçim imkanı verir. Hər yaş qrupunda bir neçə fəaliyyət mərkəzi 
yaradılır ki, bunların da hər birində tədqiqat və oyunlar üçün kifayət qədər materiallar 
təqdim olunur. Fəaliyyət mərkəzləri yaş qruplarına uyğun uşağın maraq və inkişaf 
ehtiyacları, məktəbəqədər təhsil müəssisəsində mövcud olan təlim resursları nəzərə 
alınmaqla tərtib olunur:
- uşağın maraq və inkişaf ehtiyacları; 
- m
əktəbəqədər təhsil müəssisəsində mövcud olan təlim resursları.
Fəaliyyət mərkəzləri (guşələr) dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur: 
• riyaziyyat guşəsi; 
• kitab guşəsi; 
• stolüstü oyunlar guşəsi; 
• elm guşəsi; 


38 
• təsviri fəaliyyət guşəsi; 
• qum və su guşəsi; 
• oyuncaq tikinti materialları guşəsi; 
• süjetli-rollu oyunlar guşəsi; 
• məişət-təsərrüfat guşəsi; 
• milli guşə; 
• gəlincik guşəsi; 
• nəqliyyat guşəsi; 
• təbiət guşəsi; 
• əl əməyi guşəsi (məktəbəhazırlıq qrupunda). 
Fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilir və xüsusi materiallarla təchiz 
olunur. 
Bu materiallar həm tərbiyəçi-müəllim, həm valideyn, həm də uşaqlar tərəfindən 
hazırlana bilər. 
Mərkəzlərdə qoyulan materiallar (kitablar, oyuncaqlar, həndəsi fiqurlar, oyuncaq 
qablar, mətbəxə aid oyuncaqlar, kağız, qələmlər, karton, boyalar, plastilin, pazllar, 
müxtəlif bitkilər, yarpaqlar) uşağın əli çatan vəziyyətdə qoyulmalı və o həmin materiallarla 
yaradıcı və müstəqil davranmağa həvəsləndirilməlidir. Fəaliyyət mərkəzləri elə 
yaradılmalıdır ki, orada uşaqlar kiçik qruplarda bir-birilə oynayıb ünsiyyət qura, istədikləri 
fəaliyyət mərkəzlərini özləri seçə bilsinlər. Həm də fəaliyyət mərkəzlərində uşaqlar birgə 
oynamaq v
ə əməkdaşlıq etməyi öyrənirlər.
İnkişafetdirici və dəstəkləyici təlim mühiti uşağın müstəqilliyinə imkan yaradır, onun 
təhsil uğurunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 
Böyüklər uşağın öyrənmə prosesinə təsir göstərən şəraiti və materialları təmin edir. 
Onların qarşılıqlı münasibətlər daxilində fəaliyyət göstərmələrinin və özlərini ifadə 
etmələrinin reallaşmasına imkan yaradır, lakin oyun prosesini formalaşdıran rol və 
vəzifələri uşaqlar özləri müəyyənləşdrirlər. Oyun uşaqlarda tədqiqat, risketmə, 
sosiallaşma və təlimə motivasiyanı stimullaşdırır.
Oyunların bütün növləri məktəbəqədər yaşlı uşaqların inkişafı və təlimi üzrə 
pedaqoji fəaliyyətin əsası olmalıdır. Məktəbəqədər yaş dövründə uşaqların oyun 
kateqoriyaları aşağıdakılardır: 

t
əklikdə oyunlar - materiallar və ideyalarla təkbaşına oyun; 

paralel oyunlar - b
əzən təkrarlayaraq, bəzən isə həmin materiallardan istifadə 
edərək fərqli fəaliyyət növünü həyata keçirməklə bir-birilə yanaşı oyun; 

əməkdaşlıq oyunları - ümumi maraqlarla qarşıya qoyulan problemləri həll etmək 
üçün ideya və rol mübadiləsi aparmaq yolu ilə uşaqlar qrupunun əməkdaşlıq 


39 
oyunları; 

sərbəst oyunlar - təkbaşına və ya yaşıdları ilə oyun (bu zaman yalnız oyun 
iştirakçılarının ehtiyacı olduqda və onlar kömək üçün müraciət etdikdə böyüklər 
dəstək göstərə bilər); 

sensomotor oyunlar - 
müxtəlif materiallardan hazırlanmış oyuncaqların köməyi ilə, su 
və qumu qarışdıraraq və ya papye-maşedən formalar hazırlamaqla həm lamisə 
üzvlərinin, həm də fiziki hərəkətlərin istifadəsi ilə əşyaların (obyektlərin) 
xüsusiyyətlərinin öyrənilməsi; 

konstruktorla oyunlar - 
taxta kubların və ya leqoların istifadəsi ilə oyuncaq maşınlar 
üçün qarajların tikintisində müxtəlif konstruksiyaların yaradılması; 

süjetli-rollu oyunlar - xəyali (məsələn, ananı və ya atanı, mağazada satıcını, 
xəstəxanada həkimi və s. təsvir edərək) obrazların yaradılması, hisslər, hadisələr, 
insanlar, heyvanların imitasiyası və təsviri, müvafiq dil və jestlərdən istifadə edilməsi; 

simvolik oyunlar - 
simvolik və ya xəyali olaraq konkret əşya-obyekt, hərəkət və ya 
hadisələrin təsvir olunması (uşaqlar böyüdükcə onların simvolizə etmək istədikləri 
əşyanın forma və funksiyaları üzrə əvəzedicilərdən - taxta parçaları və ya qutular 
kimi obyektlərdən istifadə etməyə başlayırlar). Simvolik oyun konstruktiv və dramatik 
oyunu təşkil edir. 
Körpələr qrupunda təlimin oyun-məşğələ formasında keçirilməsi məqsədəuyğundur. 
Oyun-
məşğələlər uşağın düzgün və ahəngdar inkişafına kömək edir, lakin müstəqil oyun 
prosesində böyüklərin təsiri olmadan bu oyunlar uşağın bacarıqlarının formalaşmasına 
təsir edə bilməz. Oyun-məşğələlər uşağın böyüklərin nitqini anlamasına, ətrafa 
bələdləşməsinə kömək edir. 
Təlimin səmərəli təşkili üçün tərbiyəçi-müəllim aşağıdakıları bacarmalıdır: 

hər bir fəaliyyətdə uşaqlarla birgə iştirak etmək; 

qrup otağı və materialların estetikliliyini təmin etmək; 

uşaqların inkişafında və təlimində irəliləyişi sənədləşdirmək; 

təlim və təcrübələr arasında əlaqələri görmək üçün uşaqlara kömək etmək; 

təqdim edilən iş vasitəsilə öz biliyini ifadə etməkdə uşaqlara kömək etmək; 

valideynlərlə əməkdaşlıq etmək; 

layihələr barədə həmkarları və valideynlərlə dialoq aparmaq. 
Təlim prosesi şərti olaraq aşağıdakı kimi bölünə bilər: 

uşaq fəaliyyətinin müxtəlif növlərinin təşkili prosesində həyata keçirilən təlim 
fəaliyyəti; 


40 

rejimə əsasən həyata keçirilən təlim fəaliyyəti; 

uşaqların müstəqil fəaliyyəti; 

proqramın realizəsi zamanı ailələrlə qarşılıqlı əməkdaşlıq. 
Təlim 
prosesinin 
təşkilində 
uşaqların 
yaşına 
uyğun 
iş 
formaları 
müəyyənləşdirilməlidir. İş formasının seçilməsi zamanı tərbiyəçi-müəllim uşaqların 
kontingentini, mədəni və regional xüsusiyyətləri nəzərə alaraq, məktəbəqədər təhsil 
müəssisəsinin şəraitinə, həmçinin öz təcrübə və yaradıcılığına əsasən yanaşmalardan 
istifadə edə bilər.
Məktəbəqədər yaş dövründə təlim fəaliyyəti inteqrasiya və oyun elementləri daxil 
edilməklə təşkil edilir. Fəaliyyət uşaq üçün maraqlı və əyləncəli olmalıdır:
- didaktik, s
üjetli-rollu, hərəkətli, musiqili, yallı xarakterli, səhnələşdirilmiş, imitasiya 
xarakterli hərəkətli oyunların keçirilməsi; 
- m
üxtəlif janrlı bədii uşaq ədəbiyyatının oxunması və müzakirəsi; 

uşaqlarla situativ söhbətlərin təşkili; 
- g
əzinti zamanı fəslə uyğun təbiətdəki dəyişikliklərin müşahidəsi; 

əməli fəaliyyətin (rəsm, yapma, kəsib-yapışdırma) təşkili; 
- mahnıların və rəqslərin ifa olunması; 

hərəkətlərin inkişafı üzrə məşğələlərin təşkili; 

müxtəlif rejim anlarında fəaliyyətin təşkili. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin