Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu


. Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   25   26   27   28   29   30   31   32   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

4.3
. Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir 


34 

4.3.1. 
Ətrafdakılarla 
mehriban davranır. 
4.3.1. Verilmi
ş qaydalara 
d
özümlülük nümayiş 
etdirir. 
4.3.1. M
üxtəlif 
situasiyalarda d
özümlülük 
n
ümayiş etdirir. 
4.3
.1. Ətrafdakı insanlar 
aras
ındakı fərqlərə (fiziki, irqi, 
milli, dini, cinsi, sosial) 
d
özümlülük nümayiş etdirir. 

4.3
.2. Fəaliyyət zamanı 
güzəştə gedir, bölüşür və 
digərlərinə kömək edir. 
4.3.2. 
Böyüklərə və 
həmyaşıdlarına qarşı 
xeyirxahlıq, qarşılıqlı 
kömək, dostluq, diqqət 
nimayiş etdirir. 
4.3.2. 
Özünün və 
yoldaşlarının hərəkətlərini 
düzgün qiymətləndirir, 
oyuncaqlarını, rollarını 
bölüşür. 
4.3.2. 
İnsanlara 
qarşı 
qayğıkeş münasibət bəsləyir
çətinlik zamanı kömək edir. 


35 
1.8.
İnkişaf sahələrinin inteqrasiyası 
Məktəbəqədər təhsildə inteqrasiya məktəbəqədər yaşlı uşaqların təfəkküründə 
dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa 
istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur 
əlaqələri qurmaq və onları sistemləşdirməkdir. Təlim vəzifələri o zaman daha səmərəli 
həll olunur ki, tərbiyəçi-müəllim təlim-tərbiyə prosesinin təşkilində inteqrativ yanaşmadan 
məqsədyönlü şəkildə istifadə edir. Tərbiyəçi-müəllim inkişaf və təlim prosesini elə təşkil 
etməlidir ki, bütün fəaliyyət növlərində uşaqlardan daha çox hərəki fəallıq tələb edilsin. 
Belə yanaşma fiziki inkişafı stimullaşdırmaqla yanaşı, digər vəzifələrin də daha uğurlu 
həllinə kömək edir. Digər tərəfdən bir inkişaf sahəsi üzrə təşkil edilmiş prosesdə digər 
inkişaf sahələrinin vəzifələrinin həllinə də diqqət yetirmək zəruridir:

hərəkətli və idman oyunları zamanı təhlükəsiz davranış vərdişlərinin 
formalaşdırılması; 

fiziki mədəniyyət məşğələlərində mənəvi keyfiyyətlərin (cəsurluq elementləri, bir-
birinə kömək etmək, özünün və yoldaşlarının hərəkətini qiymətləndirmək və s.) inkişafı 
üçün pedaqoji situasiya yaradılması;

idman avadanlıqlarının yığışdırılmasına uşaqların cəlb edilməsi; 

uşaq təfəkkürünün fəallaşdırılması (oyunu, avadanlığı, oyuncağı və s. müstəqil 
seçmək, məkana bələdləşmə üçün xüsusi tapşırıqlar, böyüklərin əməyini, heyvanların 
hərəkətini imitasiya etməklə ətraf aləm haqqında təsəvvürlərin möhkəmləndirilməsi və s. 
vasitəsilə); 

hərəki fəallıq prosesində hərəkət və tapşırıqların adlandırılması ilə fəal nitqin 
genişləndirilməsi; 

şeir, saymaca, nəğmələrin oyun və tapşırıqlarla müşayiət olunması; 

uşaqların diqqətinin estetik cəhətdən yoldaşlarının, tərbiyəçi-müəllimin xarici 
görünüşünə, müəssisənin tərtibatına yönəldilməsi və s.
Analoji olaraq, inteqrativ yanaşma 4 inkişaf sahəsi üzrə vəzifələrin reallaşdırılması 
zamanı nəzərə alınmalıdır.
Şaquli inteqrasiyada yaş qrupları və inkişaf sahələri arasındakı əlaqə, ardıcıllıq 
və sistemlilik, üfüqi inteqrasiyada isə hər yaş dövrü üzrə müxtəlif inkişaf sahələri üzrə 
əsas və altstandartlar arasındakı əlaqəlilik və ardıcıllıq təmin olunur.
Bütün hallarda uşağın inteqrativ standartlar əsasında bacarıqlara yiyələnməsi 
diqqət mərkəzində saxlanılır. Məzmun yaş qrupuna uyğun olaraq sadədən mürəkkəbə 
prinsipi əsasında məntiqi ardıcıllıq və sistemlə müəyyənləşdirilmişdir. Məktəbəqədər 
təhsilin sonunda ümumi təlim nəticələri təqdim olunmuşdur ki, burada da ibtidai 
təhsillə məktəbəqədər təhsil pilləsi arasındakı varislik gözlənilmişdir. 


36 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin