Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   33   34   35   36   37   38   39   40   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

 
Standartlar 
Məşğələ 
Mövzular 
İnteqrasiya 
Resurslar Tarix 
 
Cari planlaşdırma aparılarkən məşğələnin mərhələlərinə diqqət yetirilməlidir. 
Məşğələ aşağıda göstərilən istiqamətlər üzrə planlaşdırılmalıdır: 
• standart; 
• mövzu; 
• məqsəd; 
• inteqrasiya; 
• iş forması; 
• iş üsulu; 
• resurslar. 


46 
Məşğələnin mərhələləri: 
Məktəbəqədər təhsil müəssisəsində fəal təlim metodlarları ilə aparılan məşğələlərin 
əsasən üçmərhələli strukturla həyata keçirilməsi məqsədəuyğun hesab edilir: 
- a
ktuallaşdırma və ya motivasiya (mövcud biliklərin səsləndirilməsi və ya marağın 
yaradılması); 
- d
ərketmə (yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi); 
- t
ətbiqetmə (qazanılmış bilik və bacarıqların tətbiq edilməsi). 
Aktuallaşdırma və ya motivasiya - məşğələ aktuallaşdırma, yəni mövcud biliklərin 
aşkara çıxarılıb səsləndirilməsi ilə başlayır. Əgər motivasiya yaratmaq çətin və ya 
mümkün deyilsə, o zaman aktuallaşdırma ən yaxşı çıxış yoludur. Əlbəttə motivasiya ilə 
başlanan məşğələ daha cəlbedici olur, lakin hər mövzu üçün maraqlı və cəlbedici 
motivasiya qurmaq mümkün olmayanda, aktuallaşdırmadan istifadə edilir.
Motivasiyanı necə qurmaq lazımdır? 
• Diqqəti cəlb etmək və uşağı maraqlandırmaq. 
• Müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq. 
• Müstəqil tədqiqata həvəsləndirmək. 
• Məktəbəqədər yaşlı uşağın imkanlarına müvafiqliyi nəzərə almaq. 
• Uşağı öz bacarığını həyata keçirməyə sövq etmək. 
Dərketmə - yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi
tapşırıqları həlletmə prosesində məlumatların, faktların axtarılması və toplanmasıdır. 
Dərketmə bilik və bacarıqların vəhdətdə formalaşması prosesidir. Verilmiş işi yerinə 
yetirmək üçün uşaqlar iş formasından asılı olaraq fikir mübadiləsi əsasında tədqiqat 
aparır, ümumi nəticəyə gəlirlər.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin