Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu


  Təlimin planlaşdırılması və təşkili metodikası



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   32   33   34   35   36   37   38   39   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

2.5. 
Təlimin planlaşdırılması və təşkili metodikası 
Məktəbəqədər təhsil müəssisəsində təlimin səmərəli təşkili işin düzgün 
planlaşdırılmasından başlayır. Düzgün planlaşdırma üçün yerinə yetiriləcək təlim işlərinin 
əvvəlcədən layihələndirilməsi xüsusi didaktik əhəmiyyət kəsb edir. Məktəbəqədər təhsil 
müəssisəsində planlaşdırmanın, əsasən, aşağıdakı iki növündən istifadə edilməsi zəruri 
hesab edilir: 
 
illik (perspektiv) 
planlaşdırma; 
 
həftəlik (cari) planlaşdırma. 
İllik planlaşdırma standartların reallaşması məqsədilə inkişaf sahələrinə əsasən hər 
yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Məktəbəqədər təhsil proqramının 
(kurikulumun) 
əsas istiqamətlərinə müvafiq olaraq müəyyənləşdirilmiş həmin sahələrin 
planlaşdırılmasında inteqrativlık prinsipi ciddi şəkildə gözlənilir. 
H
əftəlik planlaşdırma altstandartların həyata keçirilməsi məqsədilə ayrı-ayrı 


45 
məşğələlər və məşğələdənkənar fəaliyyət sahələri (oyun, gəzinti, əyləncə, sağlamlaşdırıcı 
tədbirlər və s.) üzrə aparılır.
Uğurlu və nəticəyönümlü təlim prosesinin təşkili əvvəlcədən mükəmməl hazırlanmış 
planlaşdırmadan asılıdır. Bu növ planlaşdırma özündə tərbiyəçi-müəllimin hər hansı inkişaf 
sahəsi üzrə nəzərdə tutulmuş yaş qrupu üzrə illik fəaliyyətini əhatə edir. Orada konkret yaş 
qrupu üzrə məzmun standartları, məşğələ, mövzular, inteqrasiya, resurs və tarix kimi 
məsələlər əhatə olunur.
Perspektiv planlaşdırma həm müvafiq yaş qrupunun, həm də ayrı-ayrı uşaqların 
inkişaf səviyyəsini nəzərə alaraq müəyyən zamanda təlim və tərbiyənin vəzifələrini 
konkretləşdirməlidir.
Məşğələlərdə mövzuların ardıcıllığı planlaşdırılarkən aşağıdakılar nəzərə 
alınmalıdır: 

inkişaf sahəsi daxilində inteqrasiya; 

inkişaf sahələri arası inteqrasiya; 

ardıcıllığın qurulması;

məntiqi ardıcıllıq; 

psixoloji ardıcıllıq (sadədən mürəkkəbə doğru, yaxından uzağa prinsipi); 

xronoloji 
ardıcıllıq. 
Perspektiv (illik) planlaşdırma aşağıdakı nümunəvi sxem üzrə aparılır: 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin