Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   31   32   33   34   35   36   37   38   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

Şaxələndirmə (klaster) - tərbiyəçi-müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində 
dairə çəkilir və onun mərkəzində yapışdırılmış şəkil ilə bağlı söz və ya ifadələr söyləmək 
uşaqlara tapşırılır. Mərkəzdə yapışdırılmış şəkildən başlayaraq hər növbəti şəkil onunla 
əlaqəli xətlərlə birləşdirilir. Məşğələnin sonunda alınan şaxələndirməyə əsasən 
ümumiləşdirmə aparılır. Bu üsuldan məktəbəhazırlıq qruplarında istifadə oluna bilər. 
Problemli vəziyyət - bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə 
vərdişlərini inkişaf etdirir. Əvvəlcə problem vəziyyət və müzakirə üçün suallar hazırlanır. 


44 
Uşaqlar 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət təsvir olunmuş vərəqlər uşaqlara 
paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir. 
Qruplar öz işlərini bitirdikdən sonra ümumi müzakirə aparılır. 
Oyunlar - r
ollu oyunlar hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı 
tələb edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə 
başqalarının gözu ilə baxmaq imkanı verir. Oyun prosesində uşaqlar rola girir, mövcud 
vəziyyəti başqasının gözü ilə görürlər. Təlim prosesinə belə oyun elementlərinin 
gətirilməsi onun maraqlı olması, uşaqların yaradıcı fəaliyyət göstərməsi imkanlarını 
genişləndirir. 
Suallar - u
şaqların idrak fəallığının artırılmasında böyük rol oynayır. Sualların 
sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi təfəkkürün 
inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmun və mövzu ilə 
bilavasit
ə əlaqəli olmalıdır. 
Söz assosiasiyası - bu üsüldan hər hansı bir mövzunun öyrənilməsinə 
başlamazdan əvvəl, uşaqların həmin mövzu haqqında nə bildiklərini və mövzu 
mənimsənildikdən sonra yeni nə öyrəndiklərini aydınlaşdırmaq məqsədilə istifadə edilir. 
Bu üsulun mahiyyəti ondan ibarətdir ki, tərbiyəçi-müəllim mövzunun məğzini ifadə edən 
əsas sözü uşaqlara təklif edir və onlar eşitdiklərini həmin sözlə əlaqədar assosiativ 
şəkildə xatırladıqları ilk sözləri deyirlər. Bu üsul tərbiyəçi-müəllimə məşğələdə əldə edilən 
nəticələri müqayisəli qiymətləndirməyə, uşaqlara isə təlim prosesində öz inkişaf 
dinamikasını dərk etməyə imkan verir. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin