Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   29   30   31   32   33   34   35   36   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

Hərəkətli oyunlar. Sadə məzmunlu hərəkətli oyunlardan istifadə edilir. Bu zaman 
oyunu əvvəlcə kiçik qruplarla, sonra isə birgə təşkil etmək məqsədəuyğundur. 
Didaktik oyunlar. O
yuncaqlar və stolüstü çap oyunları uşaqların inkişafı üçün 
mühüm vasitədir. Belə oyunlar uşaqların diqqətinin, təfəkkürünün, qavrayışıının, 
təxəyyülünün, kiçik motor hərəkətlərinin inkişafını təmin edir. Oyuncağı hissələrə ayırmaq 
və yığmaq üzrə oyunların təşkili məqsədəuyğundur. 
3-
6 yaşlı uşaqlarla iş zamanı geniş imkanları olan əqli hücum, tap-tapmaca
nağıletmə, müzakirə, şaxələndirmə (klaster), problemli vəziyyət, oyunlar, suallar, söz 
assosiasiyası kimi təlim üsullarından istifadə edildikdə müsbət nəticələr əldə etmək 
mümkündür.
Əqli hücum - birgə səy nəticəsində konkret problemin bir neçə həllinin işlənib 
hazırlanması, müəyyən vaxt ərzində bütün uşaqların problemlə bağlı ideyalarının 
toplanması, təlim fəaliyyətinin stimullaşdırılmasıdır. Əqli hücüm uşaqlara öz fikirlərini 
sərbəst ifadə etmək imkanı verir və fikrin müxtəlifliyinin zəruriliyini başa düşmək üçün 
şərait yaradır. Bu üsuldan məşğələlərdə problemli situasiya, fikir müxtəlifliyi yaratmaq və 
həlli yollarını tapmaq üçün istifadə edilir. Uşaqların fəallığının artırılmasına və onlar 
tərəfindən ideyaların irəli sürülməsinə imkan yaradır. Bu üsuldan, demək olar ki, bütün 
məşğələlərdə istifadə etmək mümkündür. 
Tap-tapmaca - oyun-
tapmaca formasında keçirilən bu üsul uşaqlarda yüksək fəallıq 
yaradır. Tərbiyəçi-müəllim lövhədə dairəvi kart asır, onun arxasında yeni mövzu üzrə 
“açar söz” mahiyyəti daşıyan anlayışın şəkli yapışdırılır. Kartın şəkil olmayan tərəfi 
uşaqlara tərəf asılır. Uşaqlara şəklin arxasında gizlədilmiş anlayışın xüsusiyyətlərinə aid 2 
və ya 3 yönəldici söz sadalanır. Yaxud lövhəyə kartın yanında həmin anlayışa aid şəkillər 
yapışdırılır. Uşaqlar həmin şəkillərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar (məsələn
qış fəslinə aid qar, Şaxta baba və s.). Uşaqlar anlayışı tapmaqda çətinlik çəksələr, əlavə 


43 
olaraq yeni xüsusiyyətlər sadalanır. Uşaqlar öz fərziyyələrini dedikdən sonra tərbiyəçi-
müəllim kartı çevirir. Anlayışın düzgün tapılmasında fəallıq göstərənlər qeyd olunur.
Çətinlik çəkənlərə öz fikirlərini əsaslandırmaq üçün imkan yaradılır. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin