Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   ...   30   31   32   33   34   35   36   37   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

Nağıletmə - məlumatın tərbiyəçi-müəllimdən uşağa ötürülməsi və dinləmə 
bacarıqlarının inkişafı üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun 
zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa 
nağıletmə 10-15 dəqiqə ərzində aparılır. Nağıletmə ilə bağlı aşağıdakı məsələlər diqqət 
mərkəzində saxlanılır: 
- n
ağıletmənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək; 
- n
ağıletmə zamanı ardıcıllığı gözləmək; 
- n
ağıletmədə süjetli şəkillərdən istifadə etmək
- d
igər əyani və texniki vasitələrdən istifadə etmək. 
Tərbiyəçi-müəllim məlumatın ötürülmə prosesini verbal (suallar vermək) və vizual 
(uşaqların üz ifadələrini və jestlərini müşahidə etməklə) tənzimləyir. 
Müzakirə - mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı 
mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün 
qərar qəbul etmək üçün imkan yaratmaqdır. Uşaqların ünsiyyət, kommunikativ 
bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır. Uşaqlar sual və replikalarla 
müzakirələrə qoşulur, fakt və hadisələrdən istifadə etməklə inandırıcı nitq nümayiş 
etdirirlər. Qazandıqları bilik və bacarıqları təcrübədə tətbiq etmək imkanı əldə edirlər. 
Müzakirəyə başlamazdan əvvəl uşaqlara qaydalar izah edilir. Mövzu aydın ifadə 
olunur. 
Müzakirələr bu prosesi inkişaf etdirən suallar vermək və uşaqların cavablarını 
nəzərdən keçirməklə tənzimlənir. Bu zaman cavabı “bəli” və ya “xeyr” olan qapalı suallar 
vermək məqsədəuyğun hesab edilmir. Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün 
baş verdi? Bu, başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin 
fikrinizcə, həmin obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə 
üçün?” kimi suallardan istifadə olunur. Bu təlim üsulundan böyük və məktəbəhazırlıq 
qruplarında istifadə edilir. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin