NİDERLANDDA TƏHSİL
Ölkənin rəsmi adı Niderlanddır və Niderland əvəzinə ölkəni Hollandiya da
adlandırırlar. Hollandiyada təhsil müəssisələrinin 70 faizi özəl, 30 faizi dövlətə
məxsusdur.
Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli ölkədir. Bu
ölkənin ali təhsil müəssisələri ingilis dilində təxminən 1150 tədris proqramı təklif
edir. Onların bir çoxu bakalavr və magistr proqramları, qalanları isə qısamüddətli
kurslar və ixtisasartırma proqramlarından ibarətdir. Ölkənin ilk ali təhsil müəs-
sisəsi olan Leyden Universiteti 1575-ci ildə yaradılıb. Hollandiyanın 14 dövlət
universitetinin 10-u dünyanın ən nüfuzlu 200 universiteti arasında yerləşmişdir.
Kiçik ölkə olmasına baxmayaraq, Hollandiyanın kimya, fizika, tibb, iqtisadiyyat
və sülh sahələri üzrə 18 Nobel mükafatçısı var.
Məktəbəqədər təhsil. Hollandiyada 4 yaşdan aşağı uşaqlar üçün məktəbə-
qədər təhsil nəzərdə tutulmayıb. Onlar üçün xüsusi uşaq qayğı mərkəzləri fəaliy-
yət göstərir. Ölkədə təxminən 300 min uşaq (2004-cü ilin statistikasına görə)
qayğı mərkəzinə gedir. Bu mərkəzlər hökumət və valideynlər tərəfindən maliy-
yələşdirilir. Qayğı mərkəzləri 6 aydan 3 yaşadək uşaqlar üçün nəzərdə tutulub.
İbtidai təhsil. Hollandiyada ibtidai təhsil 4 yaşdan 12 yaşadək davam edir.
İbtidai məktəblər özəl və ya dövlətə məxsus təhsil ocaqlarına bölünür. Bu iki
məktəb arasında yeganə fərq ondan ibarətdir ki, özəl məktəblər uşaqları qəbul
edərkən seçim apara bildikləri halda, dövlət məktəbləri bu imkandan məhrumdur.
Dövlət təhsil ocaqlarında təhsil pulsuzdur. Valideynlər yalnız məktəbin saxlanıl-
masına və əlavə tədbirlər üçün müəyyən məbləğdə vəsait verir. Bu məktəblərdə
uşaqlar dərsliklərlə pulsuz təmin olunurlar. Hollandiyada tədris proqramları mü-
rəkkəbliyi ilə fərqlənir. Məsələn, ana dili, riyaziyyat, fizika, kimya, biologiya kimi
əsas fənlərlə yanaşı, başqa ölkələrdə, adətən, universitetlərdə tədris metodikası,
tibbin əsasları, iqtisadiyyat, mühasibat uçotu kimi fənlər də Hollandiya məktəblə-
rində tədris olunur. Məktəb proqramlarına ingilis, alman və fransiz dilləri ilə
yanaşı, latın və yunan dilləri də daxil edilib.
Orta təhsil. Hollandiyada təxminən 700 orta məktəb fəaliyyət göstərir. Orta
məktəblərə şagirdlər 12 yaşından sonra qəbul edilir. Uşaqların məktəbə getməsi
icbaridir. Səkkizillik ibtidai təhsildən sonra şagirdlər test imtahanları verirlər. İm-
tahanlar iki gün davam edir. Test imtahanının nəticəsi və müəllimin zəmanəti uşa-
ğın hansı istiqamət üzrə təhsil alacağını müəyyənləşdirir. Şagirdlər orta məktəbdə
təhsillərini, əsasən, 4 istiqamət üzrə davam etdirirlər:
MÜDAFİƏ MAHMUDOV
172
1. Birinci istiqamət üzrə təhsil alan şagirdlər universitetlərə hazırlanır.
Burada təhsil 6 il davam edir.
2. İkinci istiqamət üzrə təhsil alan şagirdlər ali peşə məktəblərinə hazırlanır.
Burada təhsil 5 il davam edir.
3. Üçüncü istiqamət üzrə isə şagirdlərə 4 illik peşə təhsili təklif olunur.
4. Dördüncü istiqamətə 6 illik təhsili nəzərdə tutan praktiki təhsil daxildir.
Üçüncü istiqamət üzrə təhsil alan şagirdlər nailiyyət qazana bilmədikdə, onda
onlar əmək bazarına daxil olmaq üçün hazırlanan praktik təhsilə yiyələnə bilər.
Orta məktəbi birinci istiqamət üzrə bitirən şagirdlər universitetlərə daxil ola
bilər. İkinci və üçüncü istiqamətlər üzrə oxuyan şagirdlər isə keçid proqramları
vasitəsilə universitetlərə daxil olmaq imkanı əldə edir. Ümumi orta təhsilli gimna-
ziyalarda və realnı orta məktəblərdə də (təhsil müddəti 6 ildir) almaq mümkündür.
Bu məktəblərin məzunları da universitetlərə daxil olmaq hüququ qazanır. Hollan-
diyada fiziki və əqli cəhətdən zəif uşaqlar üçün xüsusi məktəblər fəaliyyət gös-
tərir. Bu tədris ocaqlarının şagirdləri sadə tədris planı üzrə təhsil alırlar. İlk təhsi-
lini digər ölkədə başlamış uşaqlar üçün Hollandiyada beynəlxalq məktəblər fəaliy-
yət göstərir. Bu məktəblərdə bütün fənlərin tədrisi ingilis, fransız və alman dillə-
rində aparılır. Hollandiya orta təhsil sistemində fənlər və tədrisin məqsədləri
müvafiq qanunla tənzimlənir. Bu, hökumətə ölkə üzrə vahid təhsil standartlarını
saxlamaq imkanı verir.
Texniki peşə təhsili. Hollandiyada 40 regional peşə təhsili mərkəzi fəaliy-
yət göstərir. Onlar mühəndislik və texnologiya, iqtisadiyyat, səhiyyə və sosial
müdafiə sahələri üzrə peşə təhsili təklif edir. Kənd təsərrüfatı, ekologiya və qida
sənayesi sahəsində peşə təhsili kənd təsərrüfatı üzrə təhsil mərkəzləri tərəfindən
verilir. Bu mərkəzlər ölkənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maliyyələş-
dirilir. Həmin mərkəzlərin nəzdində 700-dən artıq peşə təhsili kursları fəaliyyət
göstərir. Bu kurslara 16 yaşdan yuxarı şəxslər qəbul edilir.
Hollandiyada sosial sahələr üzrə 200-dən artıq tədris proqramı təklif edən
43 kollec vardır.
Ali təhsil. Hollandiyada ali təhsil sistemi üçpilləlidir. Birinci pillədə üçillik
və dördillik bakalavr proqramları təklif edilir. Təhsilin sonunda humanitar və ya
təbiət elmləri bakalavr dərəcəsi verilir. Dərəcənin alınması üçün üçillik təhsildə
180 və ya dördillik təhsildə 240 kredit (Avropa Kredit Transfer Sisteminə əsasən)
almaq lazımdır.
İkinci pillədə magistr proqramları təklif olunur. Burada təhsil 1 və ya 2 il
davam edir. Magistr dərəcəsinin alınması üçün müvafiq olaraq 60 və ya 120 kredit
qazanmaq lazımdır. Təbiət elmləri və texnologiyalar sahəsi üzrə ikiillik proq-
ramlar nəzərdə tutulub.
Ali təhsilin üçüncü pilləsinə doktorluq (Dr., PhD-nin analoqu) proqramı
daxildir. Bu pillədə təhsil almaq istəyənlərin magistr dərəcəsinin olması zəruridir.
Doktorluq dərəcəsi yalnız universitetlər tərəfindən təklif olunur. Bu pillədə təhsil
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
173
ən azı dörd il davam edir. Doktorluq dərəcəsinin alınması üçün təhsilin sonunda
dissertasiya işi müdafiə olunmalıdır.
Ali təhsil müəssisələri. Hollandiyada ali təhsil sisteminə universitetlər,
Beynəlxalq Təhsil İnstitutları və peşə texniki təhsili universitetləri fəaliyyət gös-
tərir. Klassik universitetlər əsasən humanitar elmlərin tədrisi və elmi-tədqiqatların
aparılması ilə məşğul olur.
Hollandiyada fəaliyyət göstərən 11 Beynəlxalq Təhsil İnstitutu digər ali
təhsil müəssisələrindən fərqli olaraq, yalnız bakalavr proqramları təklif edir. Hər il
bu institutlara təxminən 13 min əcnəbi tələbə daxil olur. Bu təhsil ocaqlarında
təhsil müddəti 18 ay davam edir. Ali peşə təhsili universitetləri isə tələbələri kon-
kret peşə sahələri üzrə hazırlayır. Ölkədə dövlət tərəfindən tanınmış 14 klassik
universitet fəaliyyət göstərir. Bu universitetlərdən üçü texniki ali təhsil müəssisə-
sidir. Həm də ölkə ərazisində 42 ali peşə təhsili universiteti vardır. Universitetlər,
əsasən, tələbələrin (6 mindən 30 minədək) sayına görə fərqlənir. Hollandiya ali
təhsil müəssisələrinə ildə təxminən 185 min tələbə qəbul olunur. Başqa ölkələrdən
fərqli olaraq, Hollandiyada nüfuzlu universitet anlayışı yoxdur. Ölkənin bütün
universitetlərinin diplomu eyni qüvvəyə malikdir və başqa ölkələr tərəfindən
qəbul edilir. Buna görə də universitetlər məşhurluğuna görə deyil, tələbənin yiyə-
lənmək istədiyi ixtisasa uyğun olaraq seçilir. Ölkədə 2002-ci ildə qəbul olunmuş
ali təhsil haqqında Qanuna əsasən, universitetlər tərəfindən təklif edilən bütün təd-
ris proqramları akkreditasiyadan keçirilir. Akkreditasiyanın əsas məqsədi univer-
sitetlər tərəfindən təklif olunan proqramların yüksək standartlara uyğunluğunu tə-
min etməkdir.
Əcnəbi tələbələr. Bir il ərzində Hollandiya universitetlərinə təxminən 59
min tələbə daxil olur. Onlardan təxminən 42 mini əcnəbi tələbələrdir. Bu tələbə-
lərin arasında Almaniya, Belçika, Çin, İndoneziya və Vyetnamdan olanlar üstün-
lük təşkil edir. Əcnəbi tələbələr əsasən biznes və idarəçilik, sosial elmlər, səhiyyə,
mühəndislik, incəsənət sahələrinə üstünlük verir. Hollandiya hökuməti hər il
əcnəbi tələbələr üçün təxminən 5 milyon avrodan artıq təqaüd üçün vəsait ayırır.
Hollandiya universitetlərinə daxil olmaq istəyən əcnəbi tələbələr ilk növbədə mü-
vafiq təhsil proqramını seçməlidirlər. Bu ölkədə oxumaq istəyənlər orta təhsil
haqqında attestatı, TOEFL (500-550 bal) və ya IELTS (6 baldan yuxarı) imtahan-
ları və ya müvafiq kurslar üzrə alınmış qiymətlərə dair sənədləri (ingilis dilində
oxumaq istəyənlər) ali məktəblərə təqdim etməlidir. Bütün bu sənədlər ingilis
dilinə tərcümə olunmalı və notariat qaydasında təsdiqlənməlidir.
Hollandiyada təhsil xərclərinin miqdarı inkişaf etmiş digər ölkələrlə müqa-
yisədə azdır. İllik təhsil haqqı Avropa İttifaqına üzv olan ölkələrin vətəndaşları
üçün təxminən 1500 avro təşkil edir. Avropa İttifaqına üzv olmayan ölkələrdən
gələn tələbələr üçün isə illik təhsil haqqı nisbətən yüksəkdir. Holland dilində ali
təhsilin haqqı ildə orta hesabla 1,5-5 min avro təşkil edir. İngilisdilli proqramlara
əsaslanan təhsil nisbətən bahadır. Məsələn, Amsterdam Universitetində Avropa
MÜDAFİƏ MAHMUDOV
174
İttifaqına üzv olmayan dövlətlərin vətəndaşları üçün bakalavr təhsilində illik xərc
orta hesabla 7 min avro, magistr təhsili isə 9 min avro təşkil edir. Bir tələbə üçün
dərslik və tədris materiallarının illik xərci isə 800-1000 avro miqdarında dəyişir.
2006-cı il may ayının 1-dən ölkədə Davranış Kodeksi qüvvəyə minib. Ko-
deks Hollandiyanın ali təhsil müəssisələrində əcnəbi tələbələrlə işin mahiyyətini
müəyyən edir. Bu kodeksi imzalayan ali təhsil ocaqları əcnəbi tələbələrə yüksək
keyfiyyətli tədris proqramları təklif etdiklərinə zəmanət verir. Yalnız Davranış
Kodeksinə qoşulan universitetlər Avropa İttifaqına üzv olmayan ölkələrdən tələbə
qəbul edə bilər. Bu Kodeksin tələblərinə əsasən, ali təhsil müəssisəsi əcnəbi tələ-
bələrə öz tədris proqramları haqqında ətraflı məlumat verməlidir. Buraya təhsil
müəssisəsinin akkreditasiya statusu, tədris prosesinin keyfiyyətinin qəbul şərtləri,
eləcə də əcnəbi tələbələr üçün maraqlı və vacib olan digər qaydalar haqqında
məlumatlar daxildir. Əcnəbi tələbələr üçün nəzərdə tutulmuş məlumat ingilis
dilində və ya əcnəbi tələbənin ana dilində olmalıdır. Təhsil müəssisəsi əcnəbi tələ-
bəyə hansı xidmətləri (məsələn, vizanın alınması, yaşayış yeri ilə təmin edilməsi
və s.) etmələri haqda ətraflı məlumat verməlidir. Avropa İttifaqına üzv olmayan
ölkələrdən gələn tələbələrə Davranış Kodeksini qəbul etməyən ali məktəblərdə
təhsil almaq üçün viza verilmir.
Ölkədə təhsil almaq istəyənlər holland dilində tədris olunan milli və ya ingi-
lis dilində tədris edilən beynəlxalq proqramı seçə bilər. Hər il təxminən 12 min
hollandiyalı tələbə xarici ölkələrdə təhsil alır. Onların 6 mindən çoxu dövlətdən və
ya Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində təqaüd alır. Hol-
landiya hökuməti xaricdə təhsil alan tələbələrə ildə təxminən 2 milyon avro
(2004-2005-ci illərin statistikasına əsasən) vəsait ayırır.
Təqaüdlərin alınması. Hollandiyada təhsil almağın ən asan yolu tələbə
mübadiləsi proqramlarıdır. Ölkə universitetlərinin əksəriyyəti dünyanın bir çox
ölkələrinin ali təhsil müəssisələri ilə tələbə mübadiləsi üzrə əməkdaşlıq sazişi
imzalayıb. Hügens adına təqaüd bakalavr və ya magistr pillələrinin sonuncu kur-
sunda təhsil alan tələbələrə verilir. Bu proqram çərçivəsində doktorluq dərəcəsi
üzrə təqaüd ayrılmır və ölkənin ali təhsil sahəsi üzrə beynəlxalq əməkdaşlıq təşki-
latı tərəfindən reallaşdırılır. Proqram Hollandiyanın Təhsil, Mədəniyyət və Elm
Nazirliyi tərəfindən maliyyələşdirilir. Nazirlik təqaüd çərçivəsində əcnəbi tələbə-
lərə hər il dörd milyon avro məbləğində vəsait ayırır. Bu məbləğin bir hissəsi hol-
land dilini öyrənən tələbələr üçün nəzərdə tutulur. Təqaüd 6 və ya 24 ay müddə-
tinə təqdim olunur. Proqrama əsasən, bir tələbəyə 900 avro məbləğində aylıq
təqaüd (tibbi sığorta daxil olmaqla), təhsil haqqı, viza alınması üçün rüsum və
təyyarə biletinin dəyərinin kompensasiyası verilir.
Hügens adına təqaüd çərçivəsində təhsil almaq istəyənlərdən bakalavr dip-
lomu, Hollandiya universitetindən proqramı qazanması haqqında arayışın alınması
və yaş həddinin 35-i keçməməsi tələb olunur. Namizəd təhsilin aparılacağı dili
(ingilis və ya holland) bilmə səviyyəsini təsdiqləyən sənədi də təqdim etməlidir.
Əcnəbi tələbə və doktorantlar üçün ən tanınmış təqaüd proqramlarından biri də
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
175
MTEC-dir (Matra Training for European Cooperation). MTEC proqramı CROSS
Bürosu (Hollandiya ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında təhsil sahəsində
əməkdaşlıq üzrə agentlik) tərəfindən 1994-cü ildən həyata keçirilir. MTEC proq-
ramı çərçivəsində bir il müddətinə magistr təhsili üçün təqaüdlər təklif edilir.
MTEC təqaüdləri bakalavr dərəcəsi almış, müvafiq sahələrdə çalışan məzun və
mütəxəssislərə verilir. Magistratura bir neçə alt proqrama bölünür. Bu sıraya
Amsterdam Universitetinin hüquq fakültəsində Beynəlxalq və Avropa hüququ
magistrı, Tvent Universitetində Dövlət idarəçiliyi magistri, Maastrixt Universiteti-
nin tibb fakültəsində ictimai səhiyyə magistri, mədəniyyət və incəsənət fakül-
təsində Avropa tədqiqatları magistri proqramları daxildir. Həm də Hollandiyada
TEMPUS (Trans-European Mobility Programme for University Studies) proqramı
çərçivəsində təhsil almaq mümkündür. TEMPUS Avropa İttifaqının ali təhsil
müəssisələri, müstəqil dövlətlər (keçmiş sovet müttəfiq respublikaları), Qərbi Bal-
kan, Avropa İttifaqına üzv olmayan Şərqi Avropa və Aralıq dənizi hövzəsi dövlət-
ləri ilə həyata keçirdiyi əməkdaşlıq proqramıdır. Proqramın məqsədi keçmiş sosia-
list düşərgəsinə daxil olmuş ölkələrdə universitetlərin modernləşdirilməsi və ali
təhsil sahəsində islahatlara yardım göstərməkdir.
Avropa Komissiyasının həyata keçirdiyi Erasmus Mundus proqramının
məqsədi Avropa ali təhsilinin keyfiyyətinin artırılması və Avropa İttifaqına üzv
olmayan ölkələrlə əməkdaşlığı inkişaf etdirməkdir. Bu proqram 2008-ci ilin 21
oktyabr tarixində Avropa Parlamenti tərəfindən qəbul olunub. Avropa İttifaqına
üzv olan və olmayan ölkələrin tələbələri bu proqramın təqaüdü hesabına Hollan-
diyada da təhsil ala bilər.
Hollandiya çiçəklənən, inkişaf etmiş sənaye ölkəsidir. Onun təhsil sistemi
başqa dövlətlərdən götürülməmişdir. Hollandiyanın təhsil sistemi özündə yaran-
mış, inkişaf etmiş və ölkənin bütün adət-ənənələri ilə sıx bağlıdır. 15,5 milyon
əhalisinin təxminən 450 min nəfəri müxtəlif formada ali təhsil almışdır. Hollandi-
yada paralel fəaliyyət göstərən üç cür ali təhsil vardır. Tədris ili sentyabr ayından
iyun ayına qədər olan dövrdür.
Ali təhsil sistemi. Hollandiyada ali təhsil ocaqlarının iki növü vardır:
universitetlər və ali texniki məktəblər. Ali texniki təhsili politexnik təhsil müəssi-
sələrində və kolleclərdə almaq olar. Universitet tələbələri ancaq elmi istiqamətdə
hazırlanır. Kolleclər, adətən, təcrübəyə istiqamətlənir və onlar tələbələri peşəkar-
lıq fəaliyyətinə hazırlayır. Ali təhsil sistemində bir ixtisasdan başqasına keçmək
mümkündür. Artıq 50 ildir ki, Hollandiyada əcnəbi tələbələr də təhsil alır. 1950-ci
ildə bu məqsədlə ölkədə xüsusi (özəl) ali məktəblər yaradılmışdı. Onlar tələbələr-
dən yüksək hazırlıq səviyyəsi tələb edir, inkişaf etməkdə olan ölkələrdən gələn
tələbələrə xüsusi diqqət yetirilirdi.
Ölkədə hal-hazırda 14 institut, təxminən 150 ixtisaslaşdırılmış kurs vardır.
Bunlar ilk növbədə öz nüfuzunu saxlayaraq hər kəsin arzularına və tələblərinə ca-
vab verir. Kurslar tələbələri yeni metod və texnologiyalarla təmin edir. Tələbələr
MÜDAFİƏ MAHMUDOV
176
vətənlərinə qayıdan zaman onların biliklərini təcrübədə tətbiq edə biləcəklərini
yoxlayırlar. 14 ali texniki institut və 70 universitetə müsahibə yolu ilə gəlmiş
əcnəbi tələbələrə eyni zamanda ingilis dilində bir neçə kurs təklif edirlər. Həmin
kurslar dərəcə almaq üçün proqramın bir hissəsini və ixtisaslaşdırılmış kursları
əhatə edir. Bu kurslarda təhsil alan tələbələr imtahan verdikdən sonra bakalavr və
magistrə ekvivalent dərəcələr ala bilər. Bütün tədris prosesi dörd və ya beş il
davam edir. Əcnəbi tələbələr, adətən, Hollandiyada fənlər üzrə imtahan qiymət-
lərini öz ölkələrinə köçürür və orada təhsillərini başa çatdırırlar. Hollandiyanın
universitet, kollec, ixtisaslaşdırılmış institutları başqa ölkələrin ali məktəbləri ilə
əməkdaşlıq edir və ikitərəfli razılaşmalar həyata keçirirlər. Ali təhsil dövlət və
hökumət qanunları ilə idarə olunur. Təhsil başa çatdıqdan sonra tələbəyə şəhadət-
namə, diplom, bakalavr və ya magistr dərəcəsi verilir. Sertifikat almaq üçün bir
neçə həftə, diplom üçün bir neçə ay və dərəcə almaq üçün bir ilə qədər və ya daha
çox vaxt lazım olur. Qəbul zamanı tələbələr bir çox proqramları kifayət qədər qısa
müddətdə həyata keçirir və həmin proqramların zamini olan bakalavr dərəcəsi və
ya ona bərabər nüfuzlu orta təhsil müəssisəsinin diplom verilir.
Hollandiyada cəmi 214 universitet və Açıq Universitetlər fəaliyyət göstərir.
Həmin təhsil müəssisələrinin əsas məqsədi tələbələrə gələcəkdə elmi işçi (tədqi-
qatçı) olmaq üçün təhsil verməkdir, eyni zamanda bir çox tədris proqramları üzrə
peşə təhsilini davam etdirir. Universitetlər sahəsinə və təhsil alan tələbələrin sayı-
na görə (6 mindən 30 minə qədər) fərqlənir. Hazırda universitetlərdə 150 minə ya-
xın tələbə təhsil alır. Britaniya və Afrika təhsil sistemindən fərqli olaraq, Hollan-
diya təhsil sistemində diplomlar iki cür dərəcəyə malikdir. Hər bir tələbə dokto-
rant diplomu alır. Diplomlar bəzi ixtisaslar üzrə 4 il, əyani təhsildən sonra, bəzi-
sində isə mühəndislik işi, təbiət elmləri, kənd təsərrüfatı və.s. sahəsində 5 ildən
sonra verilir. Tələbənin tədris prosesində akademik borcu olduqda ali təhsil
tamamlanmamış hesab olunur.
Ölkədə akademik proqram tələbəyə veriləcək diploma uyğun əsas tədqiqat-
lar sahəsi üzərində cəmləşir. Hətta birinci tədris ilində tələbələr ümumi fənləri
öyrənmirlər. Ona görə ki, abituriyentlər iki il universitetə qəbul olmaq üçün hazır-
laşdıqda belə fənlər həmin proqrama daxil olunur. Universitet proqramlarının əsas
hissəsini müstəqil tədqiqatlar təşkil edir. Əsas tələb diplom işidir. Diplom işi tələ-
bənin apardığı müstəqil tədqiqat işi əsasında tərtib edilmiş elmi işdir. Ən yaxşı
işlər elmi jurnallarda məqalə şəklində çap edilir. Tədqiqatlar universitetin profes-
sorunun elmi rəhbərliyi altında aparılır. Növbəti elmi dərəcənin (doktor dərə-
cəsinin) alınması üçün tələbə dissertasiya yazır. Doktorant diplomu
anqlosaks
ali
təhsil sistemində magistr diplomuna bərabər tutulur.
Texniki universitetlərin bütün təhsil proqramları peşə fəaliyyətinə istiqamət-
lənmişdir. Ölkədə bu tipli 50-dən artıq ali məktəb vardır. Belə universitetlərdə
tələbələrin sayı ən çox 20-25 min nəfər, bəzi tədris müəssisələrində isə azdır.
Hollandiyada bu tipli ali təhsil müəssisələrində 280 mindən artıq tələbə təhsil alır.
Texniki universitetlərin akademik proqramı iki pilləlidir və anqlosaks sistemindən
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
177
fərqlənir. Ona ancaq 4 illik təhsildən sonra diplom verilir. Şirkətlərdə, yaxud
başqa cür təşkilatlarda təcrübə keçmə iş proqramının mühüm elementidir, yəni bu
proqram tələbələrin peşə vərdişlərinə diqqəti cəlb edir. Universitetlərdən fərqli
olaraq, peşə təhsilində tədqiqat işləri aparılmır və sonrakı elmi dərəcə almaq üçün
təhsilin davam etdirilməsi təklif olunmur. Texniki universitetləri bitirənlərin
hamısı bakalavriata ekvivalent olan diplom alır və gələcəkdə təhsillərini doktoran-
turada davam etdirə bilər. Texniki universitetlərin bəzilərində isə tələbələrə ma-
gistr təhsil pilləsində təhsillərinin davam etdirilməsi təklif olunur. Adətən, tədris
prosesi ingilis dilində aparılır, bu hal əsasən əcnəbi tələbələrə şamil edilir. Təhsil
bir-iki il davam edir. Bu universitetlərin magistraturasına daxil olmaq üçün yalnız
ali təhsil haqqında diplom, əcnəbi tələbələrdən isə bakalavr və ya ona ekvivalent
diplom tələb olunur. Ölkənin 15 beynəlxalq ali texniki məktəbində elmin müxtəlif
sahələrində məzunlar sonrakı təhsillərini davam etdirə bilir. Təhsil ingilis dilində
aparılır və bu məktəblər əcnəbi tələbələr üçün təşkil olunmuşdur. Bu cür təhsil
müəssisələrinə qəbul olunmaq üçün ali təhsil haqqında diplom və bir neçə il iş
təcrübəsi tələb olunur. Beynəlxalq institutlarda üç-dörd min tələbə təhsil alır.
Başqa universitetlərdə də texniki universitetlər kimi ingilis dilində kurslar təklif
olunur.
Beynəlxalq texniki təhsil müəssisələrində akademik proqram üzrə “Beynəl-
xalq təhsil” kateqoriyasına aid edilən proqramlar əsasında bütün kurslar ingilis di-
lində keçilir. Onlar bir və ya iki il müddətinə qədər ola bilər. Bir çox hallarda əc-
nəbi tələbələrdən öz ölkələrində bakalavr diplomu və ya ona ekvivalent diplom
almaq tələb olunur, sonra isə uzunmüddətli proqramlar üzrə magistr diplomu
almaq üçün iş aparılır. Tələbələr magistraturanı bitirdikdən sonra doktorluq dərə-
cəsi almaq üçün təhsilini davam edə bilər.
Ölkədə ali təhsil bütün dünyada öz keyfiyyəti ilə tanınır, buna isə xüsusi
hazırlanmış nəzarət və keyfiyyət sistemi vasitəsilə nail olunur. Hollandiyanın
Təhsil Nazirliyi ali təhsil sistemində dövlət standartlarına uyğun yüksək keyfiy-
yətə nail olunmasına zəmanət verir. Beləliklə, abituriyentlər ali məktəbi seçərkən
təhsilin keyfiyyəti barədə narahat olmur, onlar ancaq maraqlı olduqları ixtisasın
istiqaməti haqda düşünürlər. Ölkədə hər bir universitet ayrılıqda özünəməxsus
struktur və daxili qaydaya malikdir. Təhsil müəssisələri ancaq keyfiyyət parametr-
ləri ilə fərqlənir. İşə götürən rəhbərlik tərəfindən məzunlardan ilk növbədə diplom
tələb olunur və onun hansı universitetə məxsus olması əhəmiyyətli deyil.
Avropa İttifaqı və Avropa iqtisadi məkanı ölkələrindən (Avstraliya, Belçika,
Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtali-
ya, Lixtenşteyn, Lüksemburq, Monako, Norveç, Portuqaliya, İspaniya, İsveçrə və
Böyük Britaniya) olan tələbələrin öz ölkəsinin vətəndaşının qüvvədə olan şəxsiy-
yət vərəqəsi olmalıdır. Bütün başqa ölkələrdən olan tələbələrin isə gəlmə vizaları
olmalıdır (bir çox hallarda qəbul olunmaq üçün istədikləri institutlar həmin mər-
hələni keçərkən kömək edirlər). Onlar öz vətənində olarkən viza və yaşayış üçün
MÜDAFİƏ MAHMUDOV
178
müraciət etməlidir. Viza yalnız tədris ili müddətinə verilir. Bu cür icazə alan
tələbələrin Hollandiyada işləmək hüququ yoxdur. Onlara tibbi sığorta da lazımdır.
Daha ətraflı məlumat üçün öz ölkənizdə fəaliyyət göstərən Hollandiyanın səfirliyi
və ya onun diplomatik nümayəndəliyi ilə əlaqə saxlamaq məqsədə uyğundur.
Dərəcə almaq üçün tədris prosesi adi proqramlarla Holland dilində həyata
keçirilir. Universitetlərə və ya kolleclərə daxil olmazdan əvvəl holland dilində
imtahan verilməsi tələb olunur. Bir çox universitetlər holland dili kursları təşkil
edir. Əcnəbilər üçün dil öyrədilməsini təşkil edən məktəblər və digər təhsil müəs-
sisələri vardır. Beynəlxalq təhsil almaq üçün ingilis dilini yaxşı səviyyədə bilmək
zəruridir. Bir çox ali məktəblərə daxil olmaq üçün TOEFL imtahanında ən azı 550
bal toplamaq lazımdır, bəzi hallarda isə başqa dildə təhsil almaq mümkündür.
Tədris ili üçün xərc 14000 florinə yaxındır. Beynəlxalq təhsil üçün ödəniş isə 200
florindən 30 000 florin arasındadır. 7-15 yaşlı uşaqların 8 illik təhsili icbari və
puluzdur. Təhsil müddəti ibtidai məktəblərdə, tam orta ümumi təhsil verən gimna-
ziyalarada və realnı orta məktəblərdə 6 ildir. Təhsil müddəti 3-4 il olan orta
məktəblər də var, lakin bunları bitirənlərin ali məktəblərə daxil olmaq hüququ
yoxdur. Peşə təhsilini verən ixtisas məktəblərində təhsil müddəti bir neçə aydan 5
ilə kimidir. Ölkədə 15 ali məktəb, o cümlədən 6 universitet var (1980). Böyük ki-
tabxanaları: Amsterdam və Leyden universitetlərinin kitabxanaları, Haaqada Kral
Kitabxanası. Muzeyləri: Amsterdamda Dövlət muzeyi, Van Qoq Milli muzeyi,
Rembrandtın ev muzeyi, Haaqada Bələdiyyə muzeyi, Poçt muzeyi, Leydende
Milli etnoqrafiya muzeyi və s.
Dostları ilə paylaş: |