FRANSADA TƏHSİL
Fransa ərazisində ilk məktəb hegemonluq dövründə Qalliyada Roma nümu-
nəsi kimi yaradılmışdır. VI-VII əsrlərdə xristianlığın genişlənməsi nəticəsində
monastr və kilsə məktəbləri yaradılır. Sonrakı təhsilin inkişafı VIII-IX əsrlərdə
krallığın dirçəliş mərhələsinə aiddir.
XII əsrdə şəhərlərdə şagirdlərdən yığılan pul hesabına qeyri-kilsə məktəbləri
meydana gəldi. XII əsrin əvvəllərində Parisdəki ilahiyyət məktəbində üç min tə-
ləbə oxuyurdu. XIV-XV əsrlərdə Fransada yaranan kolleclər yüksək səviyyəli təh-
sil müəssisələrindən biri sayılırdı. İlk kolleclər (fransızca “college” sözündəndir)
XV əsrin ortalarında Fransada Sarbon və Navar universitetlərinin nəzdində yaran-
mışdı. Universitetlərə qəbul olmaq üçün kolleci qurtaranlara icazə verilirdi. XVI
əsrdə kolleclər ödənişli, pansion və eksternatlar isə ödənişsiz idi. Sonrakı illərdə
kolleclər tədricən yüksək səviyyədə təhsil verən müstəqil tədris müəssisələrinə
çevrildilər. 1627-ci ildə Fransanın şimalında (Paris, Tuluza, Şampan) fəalliyyət
göstərən kolleclərdə 25 minə yaxın şagird təhsil alırdı. XVIII əsrin ortalarında
Fransada böyük şagird kontingenti olan müqəddəs Loyala kollecində ildə 14 minə
yaxın şagird oxuyurdu. Fransadakı La Şleş məktəbi xüsusilə bütün Avropada məş-
hur idi. Ölkədə ali təhsil məzmununun yeni istiqamətdə inkişafına görə Paris
universiteti xüsusi rol oynayırdı. Burada ilahiyyət və fəlsəfənin tədrisinə xüsusi
yer verilirdi. 1672-ci ildə Parisdə 160-dan çox bələdiyyə məktəbi və ibtidai təhsil
verən yalnız 40 məhəllə məktəbi var idi. XVII əsrin sonunda Fransada yeganə
olan müqəddəs Şarl seminariyasını hər il 20-30 məzun bitirirdi. Fransada XVII-
XVIII əsrlərdə ümumtəhsil məktəblərinin əsas tipi kollec idi. 1700-cü ilin
sonunda ölkədə 73 min şagirdi əhatə edən 562 kollec var idi. O dövrdə Porroyal
məktəbləri daha çox pedaqoji təcrübəyə malik idi. Porroyal məktəbləri ibtidai,
orta və ali təhsil müəssisələri idi. Həmin məktəblər sonrakı dövrlərdə milli təhsil
sisteminin formalaşmasında mühüm rol oynamışdır. XIX əsrdə Qərbi Avropa
ölkələrinin hamısında olduğu kimi, Fransada da dövlətin nəzarəti altında xüsusi
orta məktəblər fəaliyyət göstərirdi. Bu dövrdə 12 yaşlı və yuxarı yaşlı uşaqlar
üçün peşə məktəbləri açıldı. 16 iyun 1881-ci ildən Fransada ümumicbari təhsil hə-
yata keçməyə başladı. Orta təhsil sistemində lisey və kolleclər əsas rol oynayırdı.
Dövlət maarif sistemi mərkəzləşdirilmişdi. Maarif sisteminin quruluşu və funksi-
yaları, tədris proqramları Maarif Nazirliyinin təlimatına görə müəyyənləşdirilir.
Fransa ərazisi hər birinə bir neçə departament daxil olan 23 akademiyaya (tədris
dairəsinə) bölünür: akademiyaya rektor, departamentə akademiyanın müfəttişi
başçılıq edir. Onillik icbari təhsil altı yaşından başlanır. İlk beş ili uşaqlar
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
151
təhsillərini ümumi peşə məktəblərində davam etdirirdi. Fransada yüksək ixtisaslı
kadrlar universitetlərdə və müxtəlif sahə ali məktəblərində hazırlanırdı.
1893-1896-cı illərdə ayrı-ayrı fakültələr əsasında universitetlər yaradıldı. Bu
dövrdə 16 universitet fəaliyyət göstərirdi. 1852-ci ildə lisey və kolleclərin struktu-
runda və proqramında köklü dəyişiklik edildi. Təhsil kursu üç yerə bölündü:
ibtidai, qrammatika və ali. XX əsrdə Fransada faktiki olaraq ibtidai təhsilin iki tipi
var idi: 1) 6-13 yaşlı uşaqların ümumtəhsilini həyata keçirən məktəblər. 2) orta
təhsil müəssisələri hesab olunan məktəblər isə lisey, kollec və özəl məktəblər idi.
Bu tip təhsil müəssisələrinin məzunlarının universitetə qəbul olunmaq hüquqi var
idi. XIX əsrin ikinci yarısında ölkədə bələdiyyə və özəl məktəblər fəaliyyət
göstərirdi. Fransada 10-illik icbari təhsilə böyük əhəmiyyət verilirdi. Özəl mək-
təblərdə təhsil ödənişli idi. İbtidai təhsil 5-illik idi, növbəti təhsil pilləsi kollec idi.
Burada təhsil 4-il davam edirdi. Kolleclər natamam orta məktəblər hesab olu-
nurdu. Tam orta təhsil 3 növ məktəbdə: ümumtəhsil, texnoloji və peşə liseylərində
verilirdi. Sonrakı təhsil ikiillik kütləvi peşə liseylərində davam etdirilirdi.
1871-ci ildə Paris Kommunası məktəblərində köklü yenidənqurma məsələsi
qoyulmuş və ümumicbari təhsillə bağlı tədbirlər görülmüşdü.
Fransada təhsil pulsuzdur. Ölkənin müasir təhsil sisteminin əsası 1880-
1890-cı illərdə qoyulub və 6 yaşından 16 yaşınadək uşaqlar üçün icbari idi. Dövlət
və qeyri-dövlət (özəl) təhsil müəssisələrində məktəblilərin təxminən 20 faizi özəl
orta təhsil müəssisələrində oxuyurdu.
Həm dövlət, həm də özəl təhsil müəssisələri üçün bütün məktəb proqramla-
rını dövlət təsdiq edirdi. Həmçinin müsabiqə və imtahanların keçirilməsi də dövlət
tərəfindən təmin olunurdu, Bakalavr dərəcəsi səviyyəsinədək diplomların veril-
məsi hüququ yalnız dövlətə məxsus idi.
1959-cu ildən sonra özəl təhsilə dövlət tərəfindən yardım edilirdi. Ölkədə
hər 9 özəl məktəbdən 8-i bu yardımdan yararlanırdı. Özəl sektorunda çalışan
müəllimlərin əməkhaqqı və təhsil xərclərini də dövlət ödəyirdi.
Fransanın təhsil sistemi aşağıdakı struktura malikdir:
* məktəbəqədər təhsil (6 yaşınadək);
* ibtidai təhsil (6-11 yaş);
* orta təhsil (11-18 yaş) (orta təhsilin sonunda bakalavr diplomu verilir. Bu
diplom imtahansız universitetə qəbul olmaq hüququ verir);
* ali təhsil.
Müxtəlif pillələrdə təhsilin təşkili və məzmunu, 30 ildən artıqdır ki, həyata
keçirilən islahatlarla müşayiət olunur. Aparılan islahatlar təhsilin demokratikləş-
dirilməsini və onun inkişaf etməkdə olan cəmiyyətin ehtiyaclarına yönəldilməsini
təmin edir. Fransada son illərin təhsil islahatları əsasən aşağıdakılardan ibarətdir:
* 3 yaşından 5 yaşınadək uşaqlar üçün məktəbəqədər uşaq müəssisələri
şəbəkəsinin inkişafı;
MÜDAFİƏ MAHMUDOV
152
* ibtidai məktəblərdən kolleclərə keçid imtahanlarının ləğv edilməsi,
təhsildən geri qalan şagirdlər üçün adaptasiya siniflərinin yaradılması;
* xüsusiləşdirilmiş və ibtidai məktəbdən kollecə qədər qruplara bölünmə
olmadan həyata keçirilməsi;
* təhsilin ödənişsiz olması (şagirdlərin təhsil müddəti ərzində lazımi vəsait-
lərlə təmin olunması, məktəbə gediş haqlarının ödənilməsi);
* yeni fənlərin tədris proqramına daxil edilməsi: informatika, ictimaiyyətin
əsasları və s.
Məktəbəqədər uşaq müəssisələri - "ana məktəbləri" 3 yaşından (boş yer ol-
duqda 2 yaşından) 6 yaşınadək uşaqları qəbul edir. Fransada məktəbəqədər təhsil
icbari olmasa da, faktiki olaraq 3-6 yaşında olan bütün uşaqlar (99,5 faiz) uşaq
müəssisələrinə gedirlər.
"Ana məktəbləri"ni çox vaxt fransız təhsil sisteminin ən böyük uğuru hesab
edirlər. Məktəbəqədər təhsil müəssisələrində siniflər, tədris prosesi yaxşı təşkil
edilir, uşaqların hərtərəfli inkişafı üçün lazım olan bütün amillər nəzərə alınır.
Uşaqlar müvafiq tədris materialları əsasında öyrədilir, bir çox faydalı bilikləri
mənimsəyir və ünsiyyət vərdişlərinə yiyələnirlər.
Bu məktəblərdə uşaqlar üç yaş qrupuna bölünür. Birincisi, 3 yaşından
(bəzən 2 yaşından) 4 yaşınadək uşaqların oynadıqları və danışmaq vərdişlərinə
yiyələndikləri qrupdur. İkincisi, 4 yaşından 5 yaşınadək uşaqların yazma, rəsm və
digər praktik vərdişlər, həm də şifahi ünsiyyət vərdişlərinə yiyələndikləri qrupdur.
Üçüncü böyük qrup isə 5 yaşından 6 yaşınadək uşaqları əhatə edir. Burada uşaqlar
oxu, yazı və hesablama vərdişlərinə yiyələnirlər.
Fransada qəbul edilmiş orta təhsil sistemi özlüyündə üç qrupa bölünür:
* ibtidai məktəb (5 illik təhsil);
* kollec (4 il);
* lisey (3 il).
Adətən, bu təhsil müəssisələri bir-birindən ayrı yerləşir. İbtidai məktəb və
kollec məcburi xarakter daşıyır.
İbtidai məktəb 6 yaşdan 11 yaşadək (əgər uşağın təhsillə bağlı problemi
yoxdursa) davam edir və aşağıdakı pillələrə bölünür:
* hazırlıq kursu;
* ibtidai kurs 1-ci il;
* ibtidai kurs 2-ci il;
* orta kurs 1-ci il;
* orta kurs 2-ci il.
İbtidai məktəbdə dərslər (saat 9-dan 12-dək və saat 14-dən 17-dək) həftədə
dörd gün (27 saat) davam edir. Çərşənbə günü, şənbə günü nahardan sonra və ba-
zar günü uşaqlar istirahət edir. Bu günlər ərzində uşaqlar maraqlarına uyğun ola-
raq müxtəlif idman və bədii dərnəklərdə məşğul ola bilər.
Fransada ibtidai məktəbdə oxuyan şagirdlərə evə tapşırıq verilmir. İbtidai
təhsil dövründə sinifdə bütün fənləri bir müəllim tədris edir.
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
153
İbtidai təhsil almış bütün şagirdlər kolleclərdə oxuya bilərlər. Kollecdə təh-
sil, hər biri 2 il olmaqla iki dövrə bölünür:
* müşahidə dövrü;
* istiqamətləndirici dövr.
Müşahidə dövrünə VI və V siniflər daxildir. (Fransada siniflərin sıralanması
əks istiqamətdə aparılır-VI, V, IV, III). Bu dövrdə tədris prosesi orta təhsilin baza
elementlərini təqdim etməklə, ibtidai təhsili tamamlayır. Bütün uşaqlar kollecə da-
xil olur, bərabər tədris proqramı üzrə dərs keçir və müəyyən olunmuş xarici dillər-
dən birini öyrənirlər.
İstiqamətləndirici dövrə ümumi təhsilin IV və III sinifləri, eləcə də texniki
təmayüllü kolleclərin IV və III sinifləri daxildir. Bu mərhələdə uşaqlar ikinci xa-
rici dili öyrənməyə başlayır və əlavə olaraq latın, yunan və ya digər dilləri seçə
bilir. III sinfin sonunda şagirdlər imtahan verir və kolleci bitirmələri haqda şəha-
dətnamə alırlar.
Bir sıra kolleclərdə xüsusi dərs rejimi vardır. Kollecdə təhsil aldıqları müd-
dət ərzində idman və ya incəsənətin bir növü ilə intensiv şəkildə məşğul olmaq is-
təyən şagirdlər üçün uyğunlaşdırılmış dərs cədvəli üzrə siniflər təşkil edilir (təma-
yüllü kolleclər kimi). Xarici dilin dərindən öyrənildiyi bir neçə fənnin xarici dildə
tədris edildiyi beynəlxalq kolleclər və ya Avropa kollecləri də fəaliyyət göstərir.
Kollecin III sinfindən sonra şagirdlər təhsillərini ya peşə (2 illik), ya da
ümumtəhsil liseylərində (3 illik) davam etdirə bilərlər.
Ümumtəhsil liseyi 3 il ərzində bakalavr diplomu almaq üçün buraxılış imta-
hanına hazırlayır. Liseydəki siniflər "ikinci”, "birinci" sinif və "Terminal" adlanır.
Birinci sinif bakalavr dərəcəsinin müxtəlif növlərinə aparan çoxlu sayda istiqa-
mətlərə – liseylərə malikdir. Birinci sinifdən sonra şagirdlər fransız dilindən ver-
dikləri sınaq imtahanında əldə etdikləri qiymətlər bakalavr dərəcəsi imtahanında
nəzərə alınır. "Terminal", və ya liseyin sonuncu sinif imtahanlarının verilməsi ilə
başa çatır.
Fransızların qısaca "Bak" adlandırdıqları orta təhsil haqqında bu diplom bö-
yük əhəmiyyətə malikdir (Azərbaycanda verilən ali təhsilin bakalavr diplomundan
fərqlənir).
Qeyd etdiyimiz kimi, kolleci bitirdikdən sonra şagirdlər təhsillərini 2-illik
peşə liseylərində də davam etdirə bilərlər.
Peşə liseyləri (Azərbaycandakı texniki peşə məktəblərinə oxşar tədris ocaq-
ları) 2 il ərzində şagirdləri peşəkar diploma hazırlayır.
Müəyyən peşəyə yiyələnmiş şagirdlərə şəhadətnamə verilir. Mehmanxana
təsərrüfatı, nəqliyyat və digər bu kimi sahələr üzrə ixtisaslara yiyələnmiş şagirdlər
isə ümumi peşə təhsili şəhadətnaməsi alırlar.
Fransanın ali təhsil sistemi olduqca çevik və rəngarəngdir. Təhsil müəssi-
sələri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Dövlət tərəfindən qəbul edil-
MÜDAFİƏ MAHMUDOV
154
miş müvafiq sənədlərə baxmayaraq, hər bir universitetin və ali məktəbin bir çox
özünəməxsus xüsusiyyəti var.
Fransada təxminən 85 dövlət universiteti və ya Universitet Mərkəzi (buraya
universitetlərlə yanaşı, institutlar, yəni bir istiqamət üzrə ali təhsil verən təhsil
müəssisələri də daxildir), çoxsaylı ali məktəblər (çoxfənli peşə hazırlığı üçün),
elmi-tədqiqat laboratoriyaları və tədqiqat mərkəzləri vardır.
Dövlət universitetləri nüfuzuna görə daha yüksək qiymətləndirilir və hər
hansı özəl ali təhsil ocaqları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Birin-
cisi, universitetin tədris planları milli təhsil nazirliyi tərəfindən tənzimlənir və
standartlaşdırılır. İkincisi, dövlət universitetlərində dərs deməyə yalnız disser-
tasiya müdafiə etmiş və çoxmərhələli müsabiqəni keçmiş müəllimlər buraxılır.
Təhsili başa çatdırdıqdan sonra universitetlər dövlət diplomları, ya da özlərinin
daxili diplomlarını verirlər.
Universitetlərin nəzdində müxtəlif növ institutlar fəaliyyət göstərir. Bu
sıraya müxtəlif profilli orta texniki peşə hazırlayan və təxminən bizim texnikum-
lara uyğun gələn qısamüddətli texnoloji institutlar, müəyyən dar çərçivəli ixtisas
üzrə magistr səviyyəsində mütəxəssislər hazırlayan Universitet, Peşə İnstitutları
daxildir. Fransada orta və ali təhsil arasında kəskin hədd mövcud deyil. Belə ki,
orta texniki təhsil ali təhsil üçün pillə rolunu oynayır.
Hazırda Fransada "Üçüncü Minilliyin Universiteti" adlanan yeni ali təhsilin
inkişafı planı tətbiq edilir. Bu plan ali təhsil üçün prioritetləri müəyyən edir və in-
kişafın əsas istiqamətlərini göstərir. Bu istiqamətdə qarşıya qoyulmuş əsas hədəflər:
* ali təhsil müəssisələri arasında əməkdaşlığın şəbəkə sistemində təşkili;
* ali təhsil müəssisələrinin əməkdaşlığa açıqlığının və beynəlxalq mobilliyin
dəstəklənməsi;
* yeni informasiya və kommunikasiya texnologiyalarının inkişafı;
* elmi tədqiqatların səmərəliliyinin artırılması.
Fransada universitetlər fakültələrə, tədris-tədqiqat şöbələrinə və filiallara,
yəni ixtisas istiqamətlərinə bölünür. Avropanın hər yerində olduğu kimi, hazırda
Fransa universitetlərində də üç pilləli təhsil sistemidir: lisans, magistr, doktorluq
tətbiq edilir. Lisans Azərbaycandakı bakalavr dərəcəsinə uyğundur və 3-illik
təhsilin yekununda verilir.
Təhsilin ilk üçillik pilləsi lisans diplomunun alınması ilə başa çatır. Lisansın
müxtəlif növləri mövcuddur: mono və ya plüri fənlər üzrə, ümumi, tətbiqi və pe-
şəkar lisans. Lisans pilləsi 180 kreditlə (hər biri 30 kredit olmaqla 6 semestr) qiy-
mətləndirilir. Kreditlər tələbənin biliyinin Avropa qiymətini təmin edir. Bütün
Avropa ölkələrinin universitet diplomları kimi, Fransa universitetlərinin diplom-
ları da Avropa kreditləri sistemində hər birinin öz dəyəri olan fənlər blokundan
ibarətdir.
Lisansın müxtəlif istiqamətləri vardır:
* iqtisadi və sosial idarəetmə;
* hüquq və siyasi elmlər;
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
155
* bədii və mədəniyyət sektoru;
* filologiya və dillər;
* humanitar və sosial elmlər;
* təbii və dəqiq elmlər, texnologiyalar;
* idman və fiziki fəaliyyət texnikası;
* mühəndislik texnologiyaları;
* ilahiyyət.
Lisans diplomları arasında professional və ya peşəkar diplomunu xüsusi
qeyd etmək lazımdır. Birillik lisans peşəkar təhsili alan tələbələr həm nəzəri, prak-
tik məşğələlər, həm də müəssisədə 12 həftədən 16 həftəyədək davam edən iş təc-
rübəsini keçir. Bu peşəkar diplom bank sektoru, mühəndis-tikinti, sənaye, elek-
tronika, turizm, mehmanxana işi və kənd təsərrüfatı sektoruna qədər 1000-dən çox
müxtəlif ixtisas təklif edir. Adətən, lisans diplomuna verilən məhdud yerlər üçün
müsabiqə böyük olur.
Lisans diplomu hazırlığında əcnəbi tələbələr üçün də yerlər nəzərdə tutulur.
Yəni fransız dilini mükəmməl bilən və müxtəlif ali təhsil ocaqlarında təhsil alan,
yaxud da ali məktəbi bitirmiş əcnəbi tələbələr öz sənədlərini birbaşa lisans pillə-
sinin 3-cü kursuna təqdim edə bilər. lisans diplomunu aldıqdan sonra əcnəbilər
magistr səviyyəsində də təhsillərini davam etdirə bilər.
Qeyd edək ki, sığorta, maliyyə, bank işi, metal və taxta konstruksiyaların in-
şası, mexanika, elektrik enerjisi, elektronika sektoru, mülki tikinti, avtomobillərin
təmiri istiqamətlərində Lisans diplomu almaq istəyənlər daha çoxdur.
İkiillik magistr pilləsi dövründə məzuna iki müstəqil diplom verilir: Master
1 (M1) və Master 2 (M2). Burada da seçim etmək imkanı vardır. Elmlə məşğul ol-
maq istəyənlər elmi tədqiqatlar üzrə master diplomu, istehsalatda çalışmaq arzu-
sunda olanlar isə peşəkar master diplomu alırlar. Master səviyyəsi 120 kreditlə
(hər biri 30 kredit olmaqla 4 semestr) qiymətləndirilir. Ümumilikdə, beşillik
"Lisans" və "Master" pillələri 300 kreditlə qiymətləndirilir.
Sonucu üçillik pillə, doktorluq dissertasiyasının müdafiəsi ilə başa çatır.
Doktorant pilləsində təhsil alan namizədlər əvvəlki təhsil sənədləri və gələcək
elmi işin mövzusu təklif olunan məktub əsasında müsahibə yolu ilə seçilir.
Bu pillə seçilmiş ixtisasın dərindən öyrənilməsini tələb edir. Mövzunu
proqrama daxil etməzdən əvvəl namizədlərdən müstəqil elmi iş aparılması tələb
olunur. Bu mərhələni uğurla bitirənlərə doktorant diplomu verilir.
Əcnəbi tələbələr də təhsil pillələrindən asılı olaraq birbaşa Lisans 3 və ya
Lisans 2, Lisans 1, Master 1, Master 2 üçün sənədlərini təqdim edə bilər. Fransa-
nın dövlət universitetləri müvafiq komissiyalar vasitəsilə ali təhsilin bu pillələrin-
də oxumaq istəyənlərin sənədlərinə baxaraq müstəqil qərar verirlər. Bu baxımdan
vahid meyar mövcud deyil.
Fransa ali təhsilində ən çətin mərhələ birinci iki il – L1 və L2 hesab olunur.
Belə ki, ilk iki ildə, əsasən, nəzəri fənlərə üstünlük verilir. Bu zaman fənn
MÜDAFİƏ MAHMUDOV
156
biliklərini qiymətləndirməklə yanaşı, həm də dilə, onun metodologiyasına yiyə-
lənməyi tələb edən yazılı və şifahi imtahanlar keçirilir.
Əcnəbi tələbələrin Fransa universitetlərinə qəbulu üç əsas prinsipə əsaslanır:
* əcnəbi və fransız tələbələrin hüquqlarının bərabərliyi;
* əcnəbi abituriyentlər arasında bərabərlik;
* tələbələrin qəbulu üzrə son sözü demək hüququnu özündə saxlayan
universitetlərin və ali məktəblərin tələblərinə riayət edilməsi.
Fransada bir sıra universitetlər müxtəlif səviyyələrdə ingilis dilində də təhsil
proqramları təklif edir.
Fransada tibb ixtisasları üzrə ali təhsil almaq özünəməxsus müxtəlifliyi ilə
seçilir. Digər ixtisaslara nisbətən, tibb ixtisasları üzrə təhsil daha uzun müddət da-
vam edir. 6 ildən 8 ilədək olan tibb təhsilində tələbələr qarşısında daha mürəkkəb
tələblər qoyulur. Məsələn, olduqca ciddi seçim imtahanından keçməyən tələbələr
ikinci kursda təhsil ala bilmir, müəyyən qədər yaxşı qiymət toplamayanlar
müsabiqədən keçmir və ya imtahandan kəsilənlərə yalnız bir dəfə birinci kursda
təkrar təhsil almaq imkanı verilir.
Həkim-terapevt diplomunu tələbələr 8 illik (bunun bir ili təcrübəyə sərf olu-
nur), stomatoloq və əczaçı diplomunu isə 6 illik təhsildən sonra alırlar. Tibbin hər
hansı sahəsi üzrə ixtisaslaşmaq üçün ordinaturaya daha 4-5 il sərf etmək lazımdır.
Səhiyyənin Dövlət Məktəbində əcnəbilər üçün də açıq olan müxtəlif təhsil
proqramları vardır.
Fransada universitetlərlə yanaşı, müxtəlif profilli ali məktəblər də vardır. Bu
məktəblərə xüsusiləşdirilmiş hazırlıq kursları (ikiillik təhsil) keçdikdən sonra, ya-
xud olduqca çətin müsabiqələr nəticəsində qəbul olmaq mümkündür. Bu ali mək-
təblər özünəməxsusluğu ilə fərqlənir və yüksək səviyyəli idarəetmə kadrlarının
hazırlanmasında onlar əhəmiyyətli nailiyyətlərə malikdirlər.
Bu təhsil ocaqlarında yüksək səviyyəli mütəxəssislər tərəfindən tədris proq-
ramları hazırlanır və dərs keçilir. Burada təhsil alan fransız tələbələr imtahanlara
buraxılmazdan əvvəl müəyyən illər ərzində dövlət qulluğunda və dövlət müəs-
sisələrində çalışacaqlarına razılıq haqda iltizam imzalamalıdır. Ali məktəbdə təhsil
aldıqları dövrdə tələbələr əməkhaqqı alır və əməkdaş təcrübəçi kimi çalışırlar.
Əcnəbi tələbələr də Fransada işləmək və əməkhaqqı almaq hüququ olmadan,
könüllü dinləyicilər qismində müsabiqədən keçməklə bu məktəblərə qəbul ola
bilərlər. Təbii ki, söhbət ixtisasları ali məktəblərin profilinə uyğun gələn yüksək
hazırlıqlı əcnəbi tələbələrdən gedir.
Fransanın nüfuzlu ali məktəbləri arasında Dövlət İdarəetmə Məktəbi, Ali
Kommersiya Məktəbi (özəl), Ali Pedaqoji Məktəb (müxtəlif profilli ən yüksək
səviyyəli pedaqoji və elmi kadrlar yetişdirir), Ali Politexnik Məktəb (dövlət qullu-
ğunda texniki vəzifələr tutmaq üçün yüksək səviyyəli hərbi kadrlar və mü-
həndislər hazırlayır) və Ali Magistrlər Məktəbi (dövlət qulluğunda çalışmaq üçün
hüquq və ədliyyə sahəsi üzrə yüksək səviyyəli kadrlar yetişdirir) daha məşhurdur.
Ölkə üzrə təxminən 200 Ali xüsusiləşdirilmiş Mühəndislik Məktəbi mühəndis
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
157
diplomu vermək hüququna malikdir. Adətən, bu məktəblərdə təhsil müddəti 5 il
davam edir və əksəriyyəti ümumi mühəndislik diplomunun (Lisans+Master) alın-
ması ilə başa çatır. İmtahan zamanı tələbələrdən riyaziyyat və fizika üzrə olduqca
mükəmməl biliklər tələb olunur. Təhsilə iri sənaye müəssisələrində təxminən 12
ay və ya xaricdə iş təcrübəsi də daxildir. Mühəndislik məktəblərinə xüsusiləşdiril-
miş hazırlıq kurslarını keçdikdən sonra və yaxud müsabiqələr yolu ilə (müsabiqə
böyükdür) qəbul olmaq mümkündür. Fransada ali ixtisas məktəbləri adətən, mü-
vafiq nazirliklərin nəzdində yerləşir və müxtəlif sahələr üzrə ixtisaslı kadrlar
hazırlayır.
Universitetlərə daxil olmaq üçün fransız tələbələrin "Baccalaureat" diplo-
muna, yaxud universitetdə təhsili davam etdirmək imkanı verən və orta təhsil
məktəbini, liseyi bitirdiklərini təsdiq edən "BAK" diplomuna malik olmaları
(Fransada lisey şagirdlərinin orta hesabla 70 faizi "BAK" diplomu ala bilir) əsas
şərtdir. Fransa universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr isə fransız
dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş aşağıdakı sənədləri
təqdim etməlidir:
* orta təhsil haqqında attestatın surəti;
* universitetə daxil olmaq üçün test imtahanlarının nəticələri haqqında
çıxarışın surəti (xarici ölkələrdə alınmış orta təhsil haqqında attestat imtahansız
universitetə qəbul olmaq hüququ vermir);
* doğum haqqında şəhadətnamənin surəti;
* zaçot kitabçasının surəti (yaxud universitetdə keçilmiş fənləri göstərən
akademik arayış);
* məktub-əsaslandırma;
* 3 zərf (namizədin ünvanı göstərilməklə ikisi kiçik formatda və biri böyük
formatda) və 2 beynəlxalq kupon-cavab;
* fransız dili üzrə test imtahanının cavabları.
Fransız dili üzrə test əsas (şifahi danışığın başa düşülməsi, dilin quruluşu
haqda bilgi və yazılı mətnlərin başa düşülməsi) və iki əlavə imtahandan (yazılı
vərdişlər və şifahi vərdişlər) ibarətdir. Fransız dili üzrə test imtahanının verilmə-
sinin ən əlverişli vaxtı yanvarın sonunda keçirilən sessiya hesab olunur. Bu zaman
imtahanlara qatılanlar nəticələri martın əvvəlində alırlar, bu da onlara sənədlərini
hazırlamaq və seçdikləri universitetlərə göndərmək üçün əlavə vaxt qazanmaq
imkanı verir.
Onu da qeyd edək ki, əcnəbi tələbələr onların fransız dili üzrə biliklərini
təsdiq edən imtahanda ən azı 350 bal toplamalıdırlar ki, universitetlərə sənəd verə
bilsinlər. İmtahan üzrə nə qədər yüksək bal toplanarsa, onların sənədlərinin uni-
versitet tərəfindən qəbul edilməsi şansı da bir o qədər artmış olur. Əcnəbi tələbə-
lər Fransanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmaq, eləcə də dövlət təqaü-
dü almaq istəyirlərsə, əsas imtahan üzrə dördüncü və ya beşinci səviyyəyə (400-
500 baldan yuxarı) və əlavə sınaqlar üzrə yaxşı qiymətlərə malik olmalıdırlar.
MÜDAFİƏ MAHMUDOV
158
Birinci və ikinci kurslara daxil olmaq üçün (L1,L2) əcnəbi tələbələr sadəcə
fransız dili üzrə test imtahanını deyil, eləcə də əlavə imtahanını verməlidirlər.
Əlavə imtahan əsas imtahandan sonra, müvafiq cədvəlin yazılı qaydada şərh
edilməsi və verilən mövzu üzrə inşa işindən ibarət olan yazılı imtahandır.
Bu gün Fransada təxminən 300000 əcnəbi tələbə təhsil alır. Fransa dünyanın
əcnəbi tələbələrini ən çox qəbul edən üçüncü ölkədir. Bu cür uğurun səbəbi, söz-
süz ki, ali təhsilin keyfiyyəti və ali məktəblərdə təşəkkül tapmış sağlam mühitlə
bağlıdır.
Fransanın dövlət universitetlərində ali təhsil pulsuzdur, yəni burada təhsilə
görə ödəniş edilmir. Lakin hər təhsil ilinin əvvəlində universitetə qeydiyyat haqqı-
na görə ödəniş etmək (pillədən və ixtisasdan asılı olaraq ödənişin miqdarı 150-900
avro arasında dəyişə bilər), eləcə də məcburi illik tələbə sığortasına özv olmaq
lazımdır.
Fransanın dövlət universitetlərində təhsil almaq istəyən əcnəbilərin illik xər-
ci 6000-10000 avro (yataqxana, yemək, yol, dərs vəsaitləri üçün xərc) arasında
dəyişə bilər.
Özəl universitetlərdə isə illik təhsil haqqı 3000-7000 avro miqdarındadır.
Təhsil müəssisəsindən asılı olaraq, bəzən bu məbləğ daha da arta bilər.
Fransada 6 yaşdan 16 yaşadək təhsil icbaridir. Fransız təhsilinin başlıca
prinsipləri: tədris azadlığı (dövlət və özəl müəssisələr), pulsuz təhsil, təhsilin
neytrallığı.
Təhsil bir neçə pillədən ibarətdir:
İbtidai təhsil 3-4 il uşaq bağçasında və 5 il ibtidai məktəbdə.
Orta təhsil 4 il kollecdə və 3 il litseydə.
Ali təhsil, orta təhsilin bitirilməsi haqqında bakalavr diplomu aldıqdan sonra
mümkündür.
Hər il təhsilə ÜDM-nin 6,1%-ə qədəri xərclənir. 2009-cu ilin rəqəmlərinə
görə, ibtidai və orta təhsil məktəblərində 12016484 uşaq oxuyurdu. İbtidai və orta
məktəbdə özəl təhsilin payı tələbələrin 16,9%, ali məktəbdə 14%-ni əhatə edir.
İbtidai təhsil iki pillədən ibarətdir: uşaq bağçası və ibtidai məktəb. Uşaq
bağçasına getmək icbari deyil, lakin 3 yaşdan 5 yaşadək uşaqların adətən 100%-i
uşaq bağçasına gedir.
Bu müəssisə 2 yaşdan 5 yaşadək uşaqlara hesablanmışdır. Uşaq bağçaların-
da 3 yaşdan 5 yaşadək uşaqları 100% götürsək, 2 yaşında olan uşaqların sayı onun
20,9%-ni təşkil edir. Uşaqlar uşaq bağçasında 3, bəzən 4 qrupa bölünürlər: TSP
(fr. tres petite section), PS (fr. Petite section), MS (fr. moyenne section), GS (fr.
grande section). PS və MS qrupları 1-ci təhsil tsiklinə daxildir, GS qrupu 2-ci
təhsil tsiklinə daxildir, bu özündə ibtidai məktəbin iki sinfini birləşdirir.
Uşaq bağçasının vəzifələri:
dili inkişaf etdirmək və yazıya hazırlıq;
məktəbə və şagirdin gələcək statusuna hazırlaşdırmaq;
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
159
özünü ifadə;
dünyanı özü üçün kəşf etmək;
qavramaq, duymaq, təxəyyüldə canlandırmaq, yaratmaq.
İbtidai məktəbdə təhsil altıyaşlı uşaqlar üçün hazırlıq kursundan başlanır və
beş pillədən ibarətdir: (birinci il, 6 yaş), (ikinci il, 7 yaş), (üçüncü il, 8 yaş),
(dördüncü il, 9 yaş), (beşinci il, 10 yaş).
Əsas Təhsil tsikli uşaq bağçasının yuxarı yaş qrupundan başlanır, bu həmin
dövrdür ki, nitq, oxu və yazı kimi baza ibtidai biliklər, sonrakı uğurlu təhsil üçün
bünövrə formalaşır. Şagird tədricən müstəqilliyi mənimsəyir.
Müxtəlif fənlər üzrə Fransa Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş
Cədvəl təhsilin 7 əsas istiqamətinin hər biri üçün müddəti təmin edir.
nitqə və fransız dilinə yiyələnmək;
birlikdə yaşamaq;
riyaziyyat;
həyat bilgisi;
bədii təhsil.
Orta təhsil iki pilləyə bölünür (kollec və litsey) və yeddi il davam edir.
Kollecdə oxumaq icbaridir, dörd il davam edir və üç tsiklə bölünür:
Adaptasiya tsikli – Altıncı sinif. Bu sinfə ibtidai məktəbin bütün məzunları
imtahansız götürülür. Kollecdə birinci il təhsilində məqsəd ibtidai məktəbdə
mənimsənilmiş bilikləri möhkəmləndirmək, bir yerə cəmləşdirmək və şagirdləri
müstəqil təhsilə hazırlamaqdır. Bu sinifdə şagirdlər birinci xarici dili seçirlər.
Mərkəzi tsikli – Beşinci sinif və dördüncü sinif. Bu tsiklin məqsədi mənimsənil-
miş bilik və bacarıqların dərinləşdirilməsidır. Müvəffəqlik dərəcəsinə və liseydə
peşə yönümünün seçilməsinə xüsusi diqqət yetirilir. Beşinci sinifdə kimya və
fizika başlanır, eləcə də fakultativ olaraq latın dili seçilə bilər, dördüncü sinifdə
isə ikinci xarici dil seçilir.
Peşə yönümü tsikli - Üçüncü sinif üç istiqamətdən: ümumi təhsil, texniki və
ya peşə təhsilindən birini seçməyə hazırlaşdırır. Üçüncü sinifdə qədim yunan dili-
ni öyrənmək imkanı yaranır, həm də şagirdlər 3-6 saatlıq “peşə həyatına giriş”
modulunu seçə bilər. Üçüncü sinfin sonunda şagirdlər milli imtahan verir və dip-
lom alırlar. Bu imtahanın nəticələri növbəti sinfə keçilməsində heç bir təsir
göstərmir.
Üçüncü sinfin sonunda şagirdlər ümumi və ya texnoloji liseyin ikinci sinfinə
və ya peşə liseyinə daxil ola bilərlər.
Liseylər üç tipə bölünür: ümumi, texnoloji və peşə. İlk iki liseydə təhsil
müddəti 3 ildir. Ümumi tipli liseylərdə imtahanların yekunlarına əsasən ali məktə-
bə daxil olmaq hüququ verən ümumi bakalavriat verilir. Texnoloji liseyi bitir-
dikdə texnoloji bakalavr adı verilir və öz ixtisası üzrə universitetdə oxumaq üçün
imtahan verir. Peşə liseylərində təhsil 2 ildir, onu bitirdikdə ali təhsilə çıxış
MÜDAFİƏ MAHMUDOV
160
imkanı verməyən peşə təhsili haqqında şəhadətnamə və peşə yararlılığı haqqında
sertifikat verilir. Liseydə üç il oxuduqdan sonra peşə üzrə bakalavr adı almaq olar.
Ali təhsilə yalnız bakalavr olduqda çıxış imkanı verilir. Fransada ali təhsil
sistemi ali məktəblərin və təklif edilən fənlərin çox geniş seçimi ilə fərqlənir.
Ali təhsil müəssisələrinin bir çoxu dövlətə aiddir və tarixən Təhsil Nazir-
liyinə tabe olmuşdur, bu ölkədə ali təhsil bəzi vaxtlarda nazirliyin tərkibində
dövlət katibliyinə tabe idi.
Ali təhsil iki-üç il davam edir, bundan sonra məzunlar diplom alır. Ali təh-
silin bu növü əsas etibarilə sənaye sferasında və ya xidmət sferasında mütəxə-
ssislər hazırlayır.
Uzun müddətli ali təhsil. Universitetərdə və ali məktəblərdə verilir.
Sxematik olaraq Bolonya prosesinədək ali təhsil sistemini bu şəkildə təqdim
etmək olar:
18 yaş – Birinci tsikl. 2 il, ümumi universitet təhsili haqqında diplom.
21 yaş – İkinci tsikl. Licence (MDB ali təhsilində dördüncü kursa müvafiq
gəlir)
22 yaş – Üçüncü tsikl. 1 il, ikinci tsikildən sonra hansı istiqamətdə təhsili
davam etdirmək qərara alınır.
23 yaş – Üçüncü tsikl. 1 il, dərinləşdirilmiş öyrənmə diplomu, tədqiqat
işində öyrənmə və ya ali ixtisaslaşdırılmış təhsil diplomu, peşə diplomu sayılır.
24 yaş – Doktorant 3-4 il. 2002-481 saylı “Bəyannamə” ilə (2002-ci il)
dərəcələrin yeni sistemi tətbiq edilmişdir: bakalavr – lisensiat (3 il) – magistr (2 il)
– doktor (3-4 il). Milli magistr diplomu: magistr-tədqiqatçı və peşə magistri.
Tələbə praktik olaraq hər il hansısa universitet diplomuna müvafiq gələn milli
diplom alır ki, bu da təhsil haqqında fransız diplomlarının anlaşılmasında əlavə
mürəkkəbliklər yaradır.
Ali məktəblər fransız ali təhsil sisteminin özəlliklərindən birini təmsil edir.
Onlar faktik olaraq Fransada dövlət ali universitet təhsili sisteminə qarşı qoyulub
və beynəlxalq səviyyədə müqayisəli təsnifata böyük çətinliklə uyğunlaşır. Fran-
sada ali məktəblərdə oxumaq universitetlərdə oxumaqdan daha nüfuzlu sayılır.
(onlar özündə ikinci növ sistemin müəyyən izlərini qoruyub saxlayır, çünki
daxilolma zamanı heç bir seçimi nəzərdə tutmur, işini sərbəst daxilolma və pulsuz
təhsil prinsipi üzrə qurur).
Ümumi ali təhsil büdcəsinin 30 faizə yaxını dövlət ali məktəblərinə ayrılır.
Orta hesabla bir ildə universitetlərdə bir tələbənin təhsilinə xərc 2005-ci ildə 7.470
avro təşkil edirdi, lakin təkcə ali məktəblərə qəbul olunmaq üçün olan hazırlıq
fakültələrində bu xərc - 13.880 avrodur, demək olar, ikiqat çox təşkil edir. Digər
rəqəmlərə görə bu fərq daha böyükdür: orta hesabla ildə bir universitet tələbəsinə
6.800 avrodan 24 min avroya qədərdir. Fransa universitet təhsili sistemində bir
tələbəyə xərclərin orta göstəricisi 2005-ci ildə 9.280 dollar idi, hansı ki, sonrakı
illərdə bu rəqəm 15.715 dollara bərabər idi, ABŞ-da isə 20.525 dollara çatırdı.
DÜNYADA TƏHSİL SİSTEMLƏRİ
161
Universitetlərdən fərqli olaraq, ali məktəblərə abituriyentlər üçün böyük
müsabiqədən keçmək problemi qarşıda durur. Ali məktəbə daxil olmaq xeyli
mürəkkəbdir; məktəbi bitirdikdən sonra peşə üzrə iş müqayisə olunmaz dərəcədə
yaxşıdır. Məzunların nəinki tam məşğulluğuna zəmanət verilir, həm də çox vaxt
dövlət və özəl sektorda ən nüfuzlu və gəlirli iş yerlərinə qəbul olunurlar.
Fransa Baş Naziri yanında Milli İdarəetmə Məktəbi bütün təhsil və ixtisas-
artırma müəssisələri arasında xüsusi yer tutur. Fransa həyatda uğurlar qazanmaq
istiqamətində hər bir gəncin qarşısında açılan perspektivlər baxımından yeganə
ölkədir.
Avropa Bioinformatika İnstitutunda (ABİ) oxumaq dinləyicilər üçün
pulsuzdur və xərclərin bütün ağırlığı Fransa dövlət büdcəsinin üzərinə düşür (ABİ
büdcəsi vasitəsilə). Bir dinləyicinin təhsilinə dövlət xərcləri, 2005-2006-cı illərdə
təqribən 10 faiz azalmış olsa da, 2006-cı ildə bütün 27 aylıq müddətə görə 56.303
avro və ya ildə təqribən 25 min avro ilə qiymətləndirilirdi ki, bu hətta ABŞ
universitetlərində bir tələbənin təhsilinə orta xərcin göstəricisindən yuxarıdır.
ABİ-nın fransız məzunlarının böyük əksəriyyəti (1945-ci ildən sonra altı
minə yaxın) dövlətdə aparıcı siyasətçilər, fransız qurumlarının başçıları, parla-
mentarilər, yüksək mənsəbli məmurlar, diplomatlar və beynəlxalq təşkilatların
üzvləri, ali instansiya hakimləri, Dövlət Şurasının vəkilləri, yüksək mənsəbli inzi-
bati və maliyyə nəzarətçiləri, çox böyük dövlət və beynəlxalq firma və bankların,
kütləvi informasiya və kommunikasiya vasitələrinin baş menecerləridir. ABİ
Fransaya iki prezident, yeddi baş nazir, çoxlu sayda nazir, senator və Milli Məc-
lisin deputatını yetişdirmişdir.
Ali məktəblərin proqramında, adətən, iki tsikl olur. İlk ikiillik hazırlıq tsik-
lini həm ali məktəbin özünün bazasında, həm də bəzi nüfuzlu liseylərin bazasında
keçmək olar. İkinci tsikl bitdikdə tələbə ali məktəb diplomu alır. Təhsil bitdikdə
məzunlar 6-10 il ərzində dövlət xidmətində işləməli, bununla da dövlətin onun
təhsilinə sərf etdiyi xərclərin yerini doldurmalıdır. Bundan başqa, idarə tabeli-
yində çoxlu sayda xüsusi məktəblər vardır.
Fransa Bolonya prosesi ideyalarının həyata keçirilməsinə tez başladı. Artıq
1999-cu ildə “mastaire” (2002-ci ildə “master”ə dəyişdirildi) dərəcəsi meydana
çıxdı, bu dərəcə avtomatik olaraq univesritet və qeyri-universitet sektorunun beşil-
lik dilomunun sahiblərinə verilirdi. Səciyyəvi haldır ki, Fransada LMD islahatla-
rında doktorant adını almış şəxsin sənədi qanunvericilikdə dəyişiklik olmadan
tanınır, hökumətin dekretləri və nazirliyin qərarları ilə həyata keçirilir. 1999-cu
ilin noyabrında – Avropa əmək bazarında birinci tsikl dərəcəsinə olan tələblər
haqqında Bolonya bəyannaməsinin tələblərindən irəli gələn peşə lisensiatı dərə-
cəsi (klassik lisensiat indiyədək bu tələbə cavab vermir) tətbiq edildi. LMD
(Licence, Master, Doktorat) islahatlarına universitetlərin bir çoxu qoşuldu. Bu,
əsasən onların maddi asılılığından irəli gəlirdi: yenidən təşkilatlanmadan imtina
edildiyi halda, ali məktəbə dövlət maliyyəsi kəskin şəkildə ixtisar edilir. Hökumət
MÜDAFİƏ MAHMUDOV
162
tərəfindən ali məktəblərin muxtariyyatı elan edilmiş və dəyişikliklər yetərincə
mərkəzləşdirilmiş qaydada keçsə də, hər halda fərqli halda keçir. Bəzi ali mək-
təblər bütün yenilikləri eyni vaxtda, bəziləri xüsusi layihələrin təşkili yolu ilə
tədricən tətbiq edir. Universitetlərin qarşılaşdığı başlıca problem lisensiat statu-
sunun qeyri-müəyyənliyidir, aydın deyil ki, bu müstəqil təhsil sənədi gücündədir
və ya növbəti tsiklə bir pillədir?
Dostları ilə paylaş: |