Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Ümumi və ilkin tədqiqatlar. Beynəlxalq marketinq tədqiqatlarının aparılması mərhə­lələ­ri



Yüklə 0,65 Mb.
səhifə34/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   30   31   32   33   34   35   36   37   ...   160
Beynelxalq marketinq muhazire

4. Ümumi və ilkin tədqiqatlar. Beynəlxalq marketinq tədqiqatlarının aparılması mərhə­lələ­ri.

Marketinq tədqiqatlarının əksəriyyətində ilkin məlumatların toplanılması zəruri olur. Çünki bunlarsız keçinmək mümkün olmur. Odur ki, ilkin məlumatların toplanması üçün ən əvvəl xüsusi plan hazırlanmalıdır. Bu planda: tədqiqat metodları, tədqiqat alətləri, seçmə planının hazırlanması, auditoriya ilə ünsiyyət və s. əks etdirilməlidir.

Tədqiqat metodları. İlkin məlumatların toplanmasında 3 əsas üsuldan ( metoddan ) istifadə edilir. Bunlar aşağıdakılardır:


  • Müşahidə metodu;

  • Təcrübə metodu;

  • Sorğu ( anket sorğusu ) metodu.

Müşahidə metodu – tədqiqatçının bilavasitə adamlarla və şəaraitə nəzarət etməklə ilkin məlumat toplanılmasının əsas üsullarından biri hesab edilir.

Təcrübə metodu – tədqiqatçı “ əsas kütlədən ” ( istehlakçılardan ) nümunə üçün bir qrup seçir. Həmin nümunə qrupunda təcrübə yolu ilə tədqiqat apararaq, müxtəlif qiymətlər ala bilən dəyişkən kəmiyyətlərin hər bir fərdə etdiyi təsirə dair informasiya toplanılır.

Nümunə qrupunu seçərkən aşağıdakı 2 üsuldan istifadə edilir:


  1. Təsadüfi üsulla seçmə;

  2. Təsadüfi olmayan üsulla seçmə.

Sorğu ( anket sorğusu ) metodu – marketinq tədqiqatlarını keçirərkən bu metoddan daha çox istifadə olunur.

Marketinq tədqiqatlarına başlamazdan əvvəl müəssisə tam əmin olmalıdır ki, bu, müəssisəyə istehlakçıların real tələblərinin tam ödənilməsi hesabına sahibkarlıq fəaliyyəti nəticələrini ( gəliri ) yaxşılaşdırmaq üçün zəruridir. Başqa sözlə, istehlakçıların ehtiyaclarını və potensial tələblərini dəqiq müəyyən etmək, problem üzrə qəbul edilən qərarların əhəmiyyətini nəzərə alaraq, onların tam ödənilməsi yolu ilə sahibkarlıq fəaliyyətinin səmərəliliyini təmin etmək üçün münasib təklifləri vermək vacibdir. Əgər marketinq tədqiqatlarının bütün prosesləri dəqiq, düzgün və kompleks halda planlaşdırılıbsa, bu zaman verilmiş təkliflər əsaslandırılmış və həqiqətəndə də onların reallaşdırılması yaxşı nəticələr verəcəkdir. Adətən iqtisadi ədəbiyyatlarda marketinq tədqiqatlarının 6 əsas mərhələsini qeyd edirlər .



  1. Bazar problemlərinin müəyyən edilməsi.

  2. Tədqiqat planının işlənilməsi.

  3. Məlumatların toplanılması.

  4. Toplanmış məlumatların təhlili və inteqrasiyası.

  5. Nəticələrin ümumləşdirilməsi, hesabatın hazırlanması və təqdim edilməsi.

  6. Marketinq qərarının qəbul edilməsi.

Beynəlxalq marketinq tədqiqatlarının əsasmı informasiya təminatı təşkil edir. Buraya beynəlxalq marketinq sisteminin bütün elementlərinin vəziyyoti və dinamikası haqqında informasiyanın kodlaşdırılması vo axtarışı, məlumatların saxlanılmasının təşkili, marketinq sənodlərinin tərtibinin kompleks vasitələri və metodları daxildir.

Mütəxəssislərin fıkrinco, beynəlxalq marketinq sferasında qərarların qəbulu və sahibkarhğın moqsədinin osaslandırılması obyektiv və subyektiv amillərin tosiri altında formalaşır. Obyektiv amillərə əmtəəbazar münasibətlori vo beynolxalq mühit göstəriciləri aiddir. Subyektiv amillər isə beynəlxalq şahibkarlarır, şəxsiyyət xarakteristikası ilə müəyyən edilır.

Marketinqin nəzəri və praktiki əsaslarına görə, beynəlxalq marketinq tədqiqatlarının əsas istiqamətləri milli bazar infrastrukturunun və ətraf mühitin oxşar tədqiqatlarının istiqamətlərindən praktiki olaraq fərqlənmir.

Mütəxəssislərin təklif ediyi beynəlxalq marketinq tədqiqatlarının əsas istiqamətlərindən göründüyü kimi, xarici bazar sferasında aparılan marketinq tədqiqatları konkret istehlakçıların mallara bazar tələbinin və tələbatının öyrənilməsinə yönəlmişdir. Bazarın öyrənilməsi marketinqin tədqiqi üçün əsas ohıb, malların müvəffəqiyyətli satışı üçün əhəmiyyətli olan bütün şərtlərin təhlilini əks etdirir.

Nəzərə almaq lazımdır ki, beynəlxalq marketinqin prinsipləri və tədqiqat istiqamətləri marketinqin ümumi prinsip və tədqiqat istiqamətlərinə əsaslanır.

Beynəlxalq maketinqin məqsədi və funksiyaln bir-birini tamamlamaqla beynəlxalq marketinq kompleksində öz əksini tapır.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin