Nəfəsli musiqi alətləri tipoloji zənginliyə malik olub, sümsü, tütək, zurna (züy), ney, nay, kərənay, balaban (bülban), tulum, ərgənun, seypur, nəfir, şahnəfir, mizmar, musiqar və s. ilə
təmsil edilmişdir.
Bunların arasında materialının bəsit (qarğı) olmasına və asan əldə edilməsinə görə sümsü, tütək və neydaha kütləvi səciyyə daşımışdır. Bu alətləri icad edənlər də, onları səsləndirənlər də
sadə əmək adamları olmuşlar. Elə bu səbəbdən də el arasında tütəyə çox vaxt «çoban tütəyi» də
deyilir.
Tütək – Sümsü kimi, tütək də qarğıdan düzəldilmişdir. Sümsüdən azca böyük olan
(uzunluğu 30-35 sm) tütəyin üfürülən ucuna ağacdan yonulmuş nazik «dilçək» keçirilir və bunun
sayəsində hava axınının fasiləsizliyi və qənaətlə sərf olunması təmin edilir.
Tütəyin üzərində 7, altında 1 deşik açılır və bunları barmaqla qapayıb açmaqla, ondan
çıxan səsin ucalığı, ahəstəliyi və məlahəti tənzimlənir. Hazırda tütək təkcə qarğıdan deyil, ağac
və misdən də düzəldilir.
Balaban - çox qədim zamanlardan Azərbaycanda geniş yayılmışdır. Fərdi üfləmə musiqi
aləti olmaq etibarilə o, həm sazəndə dəstəsinin tərkibində müşayiətçi (dəmkeş), həm də müstəqil
çalğı aləti kimi istifadə olunmaqdadır.
Əsasən, toy-düyün və digər el şənliklərində istifadə olunan balaban tut və ya ərik ağacından
tütəksayağı lülə formasında düzəldilməklə, üzərində 8, altında bir ədəd deşik açılır. Üfürülmüş
hava axınını tənzimləmək üçün onun başına qarğı qabığından yonulub düzəldilmiş müştük taxılır. Müştüyün dilçəkləri yastı hala salındığından el arasında ona «yastı balaban» da deyilir.
Musiqi avazının kökünü dəyişdirmək üçün müştüyün ortasına mütəhərrik xərək keçirilir. Orta
əsrlərdə balaban Yaxın Şərq ölkələrində «bülban» adı ilə geniş yayılmışdır.
29
Ney - qarğı, ağac və ya bürüncdən lülə formasında düzəldilməklə, uzunluğu 60-70 sm-ə
çatır. Onun üzərində 3-dən 6-ya qədər girdə deşik açılır. Bu deşiklərin qapanıb açılması ilə səs
təranələrinin müxtəlif ucalıqda çıxması təmin olunur.
Nəfəsli musiqi alətlərinin bu tipoloji növlərinin hər üçü həm forma və quruluş etibarilə,
həm də çalğı-səsləndirilmə tərzinə görə bir-birinə çox yaxın olub təklikdə səsləndirilə bilir.
Onların hər birinin köməyi xudmani çalğı məclisini yola vermək, musiqisevərlərin könlünü
oxşamaq olurdu.
Nay - Tipoloji cəhətdən, xüsusilə çalğı tərzinə görə, neyə çox yaxın olan nəfəsli musiqi
alətlərindən biri olmaq etibarilə nay çox gur, uca-zil səsi ilə seçilmişdir. Nayın lüləsinə bərk hava
axını üfürməklə, çox uca, həm də gur səs havacatı əldə olunmuşdur. Elə bu səbəbdən də, onu
əmin-amanlıq, toy-düyün məclislərində səsləndirmək olmurdu. Güclü hava axını nayın lülə
boşluğunda gur və uca səs titrəyişi əmələ gətirərək, təranəni zilə ucaldırdı. Elə bu səbəbdən də o,
hərbi çalğıçılar dəstəsi üçün səciyyəvi musiqi aləti sayılmışdır.
30
Nayın harayı köçəbə
∗
türk tayfaları arasında tarixən səfərbəredici siqnal, köç və ya yürüş
üçün xəbərdarlıq işarəsi rolunu oynamışdır.