Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə27/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   23   24   25   26   27   28   29   30   ...   194
Nəfir.  Misdən boru şəklində düzəldilmiş  nəfəsli alətlərdən olan nəfirin səsi kərənaya 
nisbətən az gurultu vermişdir. Kərənaydan bir qədər qısa olan nəfirin kəl buynuzu təki əyilmiş 
növü «şahnəfir» adlanmışdır. Mütəxəssislərin fikrincə, vaxtilə şahnəfiri məhz kəl buynuzundan 
düzəldirmişlər.
35
 
Nəfirin müştüyü zurnasayağı qarğı qabığından yonulub hazırlanmışdır. Kərənay və şeypur 
kimi nəfir də hərbi səciyyəli nəfəsli musiqi aləti olub XIX əsrdən etibarən istifadədən çıxmışdır. 
Şeypur.  Ərəbcə boru mənasını ifa edən  şeypur istilahı, həmçinin, hərb sənəti üçün 
səciyyəvi nəfəsli musiqi alətini bildirmişdir. Əsasən döyüşün başlanması, yaxud bitməsi siqnalını 
bildirmək məqsədilə işlənmişdir. Kərənay kimi, misdən uzun boru şəklində düzəldilən şeypurun 
ağzı xeyli gen olmuşdur. Hərbi musiqi aləti sayılan şeypurdan, həmçinin ölkənin üzərini düşmən 
təhlükəsi alan zaman haray qoparan səfərbəredici musiqi aləti kimi də istifadə olunmuşdur. 
Keçmişdə Şərq şəhərlərində şeypur əhalini rəsmi hökm və sərəncamlardan hali etmək üçün də 
işlənmişdir. 
Tulum.  Qədim tarixə malik nəfəsli musiqi alətlərindən biri olmaq etibarilə tulum  
mürəkkəb təkamül yolu keçmişdir. Zəmanəmizədək gəlib çatmış tulum iki hissədən - aşılanmış 
davar dərisindən tikilib içərisinə hava üfürülən tuluqdan və onun qollarına keçirilmiş zurnaya 
bənzər nəfəsli musiqi alətindən ibarətdir. Tulumda, musiqi çalmaq üçün, adətən, ona bir ədəd 
qarğı  lülə, 1-2 ədəd  müştük keçirilirdi. Lülə vasitəsilə tulum vaxtaşırı hava ilə doldurulur, 
müştüklərə taxılmış lülələrdən biri ilə musiqi çalınır, digəri ilə züy tutulur. Bunun üçün tulumçu 
onu qoltuqda tutub sıxmaqla içindəki havanı aramsız olaraq çalğı alətinə ötürür və sağ  əlin 
barmaqları ilə istənilən havanı çalır, bu halda sol əlin barmaqları ilə digər tütəkdə züy tuturdu. 
Musiqar. Qədim musiqi alətlərindən biri olan musiqar zəmanəmizədək gəlib çatmamışdır. 
Musiqar biri digərindən azca uzun olan, 8 ədəd ağac lülədən ibarət olmuşdur.
36

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin