35
şənliklərində, xüsusilə, toy-düyündə səsləndirilmişdir.
Birinci
qrup zərb alətləri kus, boxul, nağara (qoşa nağara)
, təbil, dəf (qaval)
, dünbək, dairə
və s. ilə təmsil olunmuşdur.
Kus – Azərbaycanda zərbə vurmaq yolu ilə səsləndirilən ən qədim musiqi alətlərindən biri
olmaq etibarilə kusun silindrşəkilli sağanağı çox böyük olmuşdur. Gövdəsi təbili xatırladan kus
mis və ya bürüncdən hazırlanardı.
37
Hərbi səfər zamanı böyük gövdəli kus öküz və ya kəl
arabasında aparılar və iki nəfər təbilçi tərəfindən başı toppuzlu toxmaq vasitəsilə
səsləndirilərdi.
38
Bir
qayda olaraq, kusun üzərinə aşılanmış gön çəkərdilər. Çox vaxt toppuz və
ya dəyənəyin başına parça, yaxud dəri dolayarmışlar. Bəzən kus öküz vətərindən düzəldilmiş
şallaq vasitəsilə səsləndirilərmiş.
39
Kusun haray-həşir qoparan gurultulu səsini mötədil hala salmaq üçün onun gövdəsi köşə ilə
dartılıb tor şəklində bağlanardı.
Hərbi musiqi aləti olmaq etibarilə kusun nərə qoparan guppultusu savaş zamanı
döyüşçülərin qanını coşdurur, zəfər əzmini artırırdı.
Elə bu səbəbdən də, döyüş zamanı kus çox
vaxt digər hərb çalğı alətləri olan kərənay, nəfir, sur, şeypur ilə birgə çalınardı.
Musiqişünas mütəxəssislərin fikrincə, keçmişdə kusun böyük,
orta və kiçik olmaqla,
müxtəlif ölçüləri mövcud olsa da, onların hamısı eyni ad daşımışdır.
40
E.Kempfer XVII əsrin
sonlarında Azərbaycanda olarkən kusun uzunsov formalı böyük ölçülü növünü təsbit etmişdir.
41
Təbil. Zərb musiqi alətlərinin ən geniş yayılmış qədim növü təbil sayılır. Əvvəllər təbilin
sağanağı ağac və ya saxsıdan olmuş, hər iki başına aşılanmış dana dərisi (kosala) çəkilmişdir.
İbtidai təbillərin sağanağı çox böyük, həm də ellips formasında, ortası isə xaşal olmuşdur.
42
Təbil yumru başlı
dəyənək vasitəsilə çalınmışdır.
Sonralar təbil mis və ya bürüncdən hazırlanmaqla, onun forması dəyişib qıf halına
düşmüşdür. Ən başlıcası isə, aşılı dəri təkcə onun gen ağzına çəkilmişdir. Təbilin səsinin
gurultusunu gücləndirmək məqsədilə onun üz pərdəsi dartılı halda saxlanılır.
Bunun üçün üz
pərdəsinin kənar halqalarına keçirilmiş köşə vasitəsilə təbilin gövdəsi çal-çarpaz bağlanır.
43
Kus kimi, təbilin də üz pərdəsi çox vaxt qurd dərisindən çəkilərdi. Onu, həmçinin dəyənək
vasitəsilə səsləndirərdi.
44
Təbilin qıfvari kiçik növü «təbil-bas» adlanmaqla, ən çox quş ovu zamanı istifadə olunardı.
Bu səbəbdən də o, çox vaxt «şahin təbili» adlanmışdır. Şahin, tərlan, qırğı və digər «öyrədilmiş»
əl quşları vasitəsilə ov edən ovçular onu atın yəhərinin sol böyrünə bağlayar və səsləndirməklə
ov quşunu geri çağırardılar.
45
Keçmişdə təbil-bas, həmçinin məişət
musiqi aləti kimi toy-düyün, ailə şənliklərində də
istifadə edilmişdir. Məişət şənliklərində çalınan kiçik təbil «nəqrəzan» da adlanardı.
46
Nağara. Gumbultulu səs çıxaran zərb alətlərinin bir qismi kiçik sağanaqlı olmaları ilə
səciyyələnir. Bunların arasında
nağara xüsusi yer tutur. Nağaranın silindrvari sağanağı əvvəllər
saxsıdan, sonralar əymə, nazik ağac lövhədən hazırlanmışdır. Onun sağanağının hər iki başına
aşılanmış dəridən üz pərdəsi çəkilir.
Nağara digər musiqi alətlərinin müşayiəti ilə çalınmaqla əl, yaxud qoşa çubuqla
səsləndirilir. Balaban və ya sazı müşayiət
etdikdə o əllə, zurnanı müşayiət etdikdə isə çubuqla
çalınır.
Ölçüsündən asılı olaraq nağaranın «böyük», «bala», «cürə» adları ilə bəlli olan müxtəlif
növləri yaranmışdır. Bundan əlavə, onun «qoşa nağara», yaxud «döyrə» («daray»)
adlanan
xüsusi tipoloji növləri də yaranmışdır.
Dostları ilə paylaş: