Bu proses zamanı qlükoza hələlik
identifikasiya olunma-
yan (müəyyən edilməyən) birləşməyə - «V» çevrilir. Həmin
birləşmə isə, öz növbəsində şikim turşusunun əmələ gəlməsi
üçün başlanğıc material hesab edilir.
Göbələklərin metabolizmində əmələ gələn aralıq
məhsullardan biri də spirtlərdir. Spirtlər, bir çox göbələk
növlərində, xüsusilə də, mukor və fuzarium növlərinə aid
göbələklərdə geniş şəkildə əmələ gələn maddələrdir. Asperqillus
növünə məxsus olan göbələklər də müəyyən miqdarda spirt
əmələ gətirirlər. Fuzarium göbələkləri, nəinki təkcə heksozaları,
onlar həm də pentozaları da qıcqırda bilirlər. Lakin istehsalat
şəraitində spirti, maya göbələklərinin köməyilə tərkibində şəkər və
ya nişasta olan xammallardan alırlar. Bu halda, tərkibində nişasta
olan xammal, əvvəlcə şəkərə çevrilməlidir.
Bir çox göbələklərdə, mübadilə proseslərinin gedişində
xeyli miqdarda yağın əmələ gəlməsi müşahidə olunur. Belə ki,
bəzi göbələklərdə, o cümlədən, penisillin, asperqillum,
fuzarium və mayada toplanan yağın miqdarı, göbələyin quru
çəkisinin təxminən 20 – 25%-nə bərabərdir. Göbələklərdəki
yağlar, adətən, sərbəst və doymamış yağ turşularından ibarətdir
və bu baxımdan onlar bitki yağlarını xatırladır. Göbələklərdə
yağların əmələ gəlməsi, mühitdə C/N nisbətinin karbonun
xeyrinə olması zamanı və mühitdə üzvi turşular, xüsusilə də,
sirkə turşusunun əlavə edilməsi zamanı xeyli sürətlənir.
Yağların biosintezində, karbohidrat mübadiləsində yaranan
asetaldehid iştirak edir.
2 CH
3
COH
⎯
⎯
⎯ →
⎯
aldolaza
CH
3
· CHOH · CH
2
· COH
⎯
⎯ →
⎯
− O
H
2
Dostları ilə paylaş: