AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,88 Mb.
səhifə11/11
tarix05.03.2017
ölçüsü1,88 Mb.
#10323
1   2   3   4   5   6   7   8   9   10   11
Экономическая и националъная безопасностъ” Москва, 2004

  • Allison L. “Right. Principles. A conservative philosophy of polities”. Oxford, 1984. 180 p.

  • Bob Jessop “Traditionalism, Conservatism and British political Culture” New-York 2011. 288 p.

    РОЛЬ ЛИБЕРАЛЪНОГО КОНСЕРВАТИЗМА В ОБЕСПЕЧЕНИЕ НАЦИОНАЛЪНОЙ БЕЗОПАСНОСТИ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ


    Резюме
    В представленной статье, освещается роль идеологии в обеспечении национальной безопасности Азербайджанской Республики. Самой рациональной идеологией в конкретных условьях является, идеология неолиберализма.
    THE ROLE OF LIBERAL-CONSERVATISM TO PROVIDE OF THE NATIONAL SECURITY OF THE AZERBAIJAN REPUBLIC.
    Summary
    One of the basic problem of national security of the Azerbaijan Republic is ideological line. Azerbaijan prefers to the liberal-konservatism line in this direction. Liberal-konservatism ideology is the best ideology for guarantee of the national security.
    AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK SİYASƏTİNƏ SİYASİ SAHƏDƏ MANE OLAN AMİLLƏRİN MÜƏYYƏN EDİLMƏSİ.
    Günel Qurbanəli qızı Məlikli BDU-nun doktorantı

    guneldoktorant@gmail.com
    Açar sözlər: siyasi təhlükəsizlik, təhlükə, terror, milli təhlükəsizlik, dövlət, Dağlıq Qarabağ

    Ключевые слова: политическая безопасность, угроза, террор. национальная безопасность, государство, Нагорный Карабах.

    Keywords: political security, the threat of terror. national security, government, Nagorno-Karabakh.

    Azərbaycan Respublikasının Milli Təhlükəsizlik siyasətinə bir çox sahələrdə mane olan amillər vardır. Bu təhdidləri araşdırmaqla onları aradan qaldırmaq mümkündür. Milli təhlükəsizlik siyasəti dövlətin təhlükəsizliyinin necə təmin edilməsini nəzərdə tutur.

    Siyasi təhlükəsizliyin mahiyyəti dövlət quruluşuna aid olan məsələlərin müstəqil həll olunmasında millətin və onun yaratdığı dövlət təsisatlarının qabiliyyətini və imkanlarını səciyyələndirir, həmçinin, şəxsiyyətin və cəmiyyətin mənafeyi naminə müstəqil daxili və xarici siyasət yeridilməsini ifadə edir [1, 569].

    Siyasi xarakterli təhlükələrdən qorunması dövlət siyasətinin mühüm vəzifəsini əhatə edir.

    Siyasi təhlükəsizlik hər şeydən əvvəl, cəmiyyətin daxili sabitliyinə əsaslanır. Başlıca sosial qruların mənafeyini əks etdirən sabit siyasi sistemin, siyasi təşkilin, həmin mənafeyi həyata keçirən siyasi rejimin mövcudluğu millətin birliyinə zəmin yaradır və iqtisadi, sosial, mədəni inkişaf vəzifələrinin səmərəli həllinə təminat verir. Bundan əlavə nüfuzlu, xalqın əksəriyyəti tərəfindən müdafiə olunan siyasi idarəetmə orqanları beynəlxalq aləmdə ölkənin mənafeyini müvəffəqiyyətlə müdafiə etməyə qadirdir. Başqa sözlə, həmin orqanlar ölkənin mövqeyini dövlətlərarası münasibətlərin fəal və müstəqil subyekti kimi möhkəmləndirməyə çalışmalıdır və çalışırlar da.Ümumiyyətlə, ölkənin siyasi təhlükəsizliyi cəmiyyətin siyasi sistemi ilə bilavasitə əlaqədardır [1, 568]. Siyasi sahədə əsas təhdidlərdən biri kimi Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşuna qarşı qəsdləri göstərmək olar. Bu baxımdan ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı təcavüzü və ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalıdır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövlətimizin həyatı əhəmiyyətli milli mənafeyi olan dövlət suverenliyi və ərazi bütövlüyünü təhlükə altına qoymuşdur. Belə ki, işğal olunmuş torpaqlar faktiki olaraq Azərbaycanın nəzarətindən kənarda qalmış və bu ərazilərdə Azərbaycan dövlətinin suveren hüquqları məhdudlaşdırılmışdır.

    Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 min insan qətlə yetirilmiş, 50 min insan əlil olmuş, 7 minə yaxın insan əsir və itgin düşmüş, 1 milyona yaxın Azərbaycan vətəndaşı isə öz doğma torpaqlarından qovulmuş, qaçqın və köçkün vəziyyətinə düşmüşdür [2, 41]. Bu münaqişə Azərbaycanın milli təhlükəsizliyi baxımından böyük problemlər yaratmış, ölkənin ictimai həyatının bütün sahələrində, mənfi meylllərin meydana çıxmasının ən təsirli səbəblərindən birini təşkil etməklə, bütövlükdə Azərbaycanın tərəqqisi və inkişafı yolunda ən böyük maneəyə çevrilmişdir.

    Digər bir təhdid kimi milli və dini münasibətlərin kəskinləşməsini, separatçılıq əhval ruhiyyəsinin, etnik, dini və siyasi ekstremizm hallarının yayılmasını göstərmək olar. Ölkədə bu cür halların yaranması və yayılmasında xarici dövlətlərin xüsusi xidmət orqanlarının, xaricdən maliyyəşən və dəstəklənənmüxtəlif təşkilatların, ayrı-ayrı şəxslərin, kəşfiyyat, təxribat və digər pozuculuq fəaliyyətləri əsas rol oynayır. Bu ilk növbədə Azərbaycanın əlverişli geosiyasi mövqeyə və zəngin enerji resurslarına malik olması və eləcə də, ölkəmizlə soyuq münasibətlərdə olan bir sıra dövlətlərin mövcudluğu ilə əlaqədardır. Azərbaycanın müstəqilliyini, inkişafını və digər sahələrdəki uğrunu özləri üçün “təhlükə” sayan dövlətlər ölkənin etnik rəngarəngliyindən istifadə edərək azsaylı xalqların ölkədə fəaliyyət göstərən bəzi separatçı qurumlarını maliyyələşdirməklə, onlara hərbi dəstək verməklə bu qurumları dövlətə qarşı çıxmağa sövq edir, ölkədə milli-etnik zəmində münaqişələr yaratmağa, müxtəlif missioner və dini təşkilatlar vasitəsi ilə dini dözümsüzlüyü təbliğ etməklə dini münasibətləri kəskinləşdirməyə, ölkədəki ictimai-siyasi sabitliyi pozmağa, xaos və kütləvi ixtişaşlar yaratmağa, beynəlxalq münasibətlərin azad və suveren subyekti kimi, Azərbaycanın inkişaf imkanlarının məhdudlaşdırılmasına, onun siyasi cəhətdən asılı vəziyyətə salınmasına və son nəticədə ölkənin parçalanmasına yönəlmişdir.

    Xarici ölkələrin xüsusi xidmət orqanları və başqa təşkilatlar, ayrı-ayrı şəxslər tərəfindən Azərbaycan dövlətinə və onun vətəndaşlarına qarşı yönəlmiş terror fəaliyyəti müasir dövrdə Azərbaycanın siyasi təhlükəsizliyi baxımından əsas təhdidlərdən biridir. Bu gün terrorizm artan xətlə inkişaf edərək, dünyanın qlobal problemlərindən birinə çevrilmişdir. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror hadisələri sübut etdi ki, heç bir dövlət terror aktlarından sığortolanmayıb və terrorizm bütün ölkələri hədəf ala bilər.

    Azərbaycan da terrorizmin doğurduğu acı nəticələri yaşayıb. Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra erməni terrorçularının Azərbaycan ərazisində həyata keçirdikləri müxtəlif terror aktları, Ermənistan xüsusi xidmət orqanlarının planları və bilavasitə dəstəyi əsasında Bakı Metropolitenində baş verən terror partlayışları, Azərbaycan prezidenti H. Əliyevə qarşı bir neçə dəfə terror aktı cəhdləri, yüksək vəzifəli dövlət xadimləri və ictimai xadimlərə qarşı törədilən terror aktları bu qəbildəndir.

    Azərbaycana qarşı yönəlmiş ən böyük terror təhlükəsi Ermənistandan gəlir.

    Dövlət sərhədlərinin hərbi müdaxilə ilə pozulması, sərhəd münaqişələrinin və mübahisələrinin dərinləşməsi, ayrı-ayrı dövlətlərin, təşkilatların və terrorçu qrupların hərbi-siyasi iddiaları kontekstində nüvə və digər kütləvi qırğın silahlarının, onların çatdırılma vasitələrinin və ən yeni hərbi istehsal texnologiyalarının yayılması da əsas xarici hərbi, siyasi təhdidlərdən hesab olunur [3, 80].

    XX əsrin əvvələrindən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi terror aktları həyata keçirən erməni terrorçuları təkcə 1988-94-cü illər ərzində Azərbaycan vətəndaşlarına qarşı 32 terror aktı həyata keçirmiş və bu terror aktları nəticəsində əksəriyyətini qadınlar və uşaqların təşkil etdiyi 2000-ə yaxın öz həyatını itirmişdir

    [4,428]. Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan və terrorizm dövlət siyasəti səviyyəsində dəstəkləyən Ermənistan tərəfindən Azərbaycana qarşı terror təhlükəsi bu gündə qalmaqdadır.

    Azərbaycan prezidenti İlham Əliyev hələ 2003-cü ildə, öz səlahiyyətlərinə başladığı dövrdə heç vaxt torpaqlarımızın itirilməsi ilə barışmayacğını bəyan etmişdi. O, Ermənistanla aparılan danışıqların nəticə verməyəcəyi təqdirdə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün digər zəruri vasitələrdən, konkret desək, hərb yolundan istifadə olunması məsələsinin müzakirəyə çıxarılacağını açıq bəyan edir. Bu qətiyyətli mövqeyi ilə president Azərbaycandan guzəşt umanlara sərt mesaj ünvanlayır, xalqın heç zaman ərazi itgisi ilə barışmayacağını bir daha diqqətə çatdırır. O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tanınması müqabilində rəsmi Bakının da Dağlıq Qarabağa ən yüksək status verməyə hazır olduğunu dəfələrlə vurğulayıb:

    “Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt razılıq verməyəcəkdir. Dağlıq Qarabağda yaşayan insanlara, ermənilərə və oraya qayıdacaq azərbaycanlılara yüksək özünüidarə statusu verilə bilər” [5, 54, 55].

    Həmçinin son dövrlərdə hüquq mühafizə orqanları tərəfindən bir sıra terror qrupları və terror təşkilatların özəkləri aşkar edilərək zərərsizləşdirilmişdir. Bütün bunlar terrorizmi siyasi sahədə Azərbaycanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biri kimi qəbul etməyə əsas verir və Azərbaycan Respublikasının terrorizmə qarşı mübarizəsini şərtləndirir.

    Milli təhlükəsizliyə siyasi sahədə digər təhdidlər kimi, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasını, cinayətkarlığın, xüsusən onun mütəşəkkil, transmilli formalarının artmasını, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin mövcudluğunu, ölkəmizin milli mənafelərinə toxunan mövcud və potensial münaqişələrin mövcudluğunu və s. göstərmək olar.

    ƏDƏBİYYAT



    1. Məcid Əfəndiyev. Siyasi Elmin Əsasları. Bakı-Siyasət-2008, 635 s.

    2. A. Həsənov. Beynəlxalq terrorizm. B. 2003

    3. Müasir Azərbaycan dövrün baxışında II cild: Bakı, 2011. “Azərbaycan qəzetinin redaksiyası, buraxılışa məsul; Bəxtiyar Sadıqov, 352 s.

    4. Ə. Həsənov. Beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. B. 2006.

    5. İlham Əliyevin 5 illik Prezidentlik Fəaliyyəti və Azərbaycanda Vətəndaş Cəmiyyəti- Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası:Sosiloji tədqiqat noyabr-dekabr, 2008;: Bakı -2009.

    ОПРЕДЕЛЕНИЕ УГРОЗ, МЕШАЮЩИХ РЕАЛИЗАЦИИ ПОЛИТИКИ НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ В ПОЛИТИЧЕСКОЙ СФЕРЕ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ


    РЕЗЮМЕ

    Гюнель Меликли


    Во многих областях политики национальной безопасности есть факторы, исследовав которые, можно устранить возможные угрозы. Основные угрозы для политической сферы - это угроза потери независимости государства, суверенитета, территориальной целостности и конституционного порядка. 20 процентов территории Азербайджана оккупировано Арменией, поддерживающей терроризм на уровне государственной политики, в условиях необъявленной войны против Азербайджана; угроза терроризма остается по сей день.

    IDENTIFY SECURITY, HINDERS THE IMPLEMENTATION OF NATIONAL SECURITY POLICY IN THE POLITICAL SPHERE, THE REPUBLIC OF AZERBAIJAN


    SUMMARY

    Melikli Gunel


    In many areas of national security policy, there are factors that are examined, it is possible to eliminate possible threats. The main threat to the political sphere - is a threat of loss of independence, the sovereignty and territorial integrity and the constitutional order. 20 percent of Azerbaijan occupied by Armenia, supported terrorism at the level of public policy, in an undeclared war against Azerbaijan and the threat of terrorism remains to this day.
    ПОНЯТИЕ ОБ ЭКОЛОГИЧЕСКОЙ БЕЗОПАСНОСТИ
    КандиловаУльвия Асям кызы,

    Магистрантка 3-го курса, БГУ.


    Экологическая безопасность – это состояние защищенности биосферы и человеческого общества, а на государственном уровне – государства от угроз, возникающих в результате антропогенных и природных воздействий на окружающую среду.

    В понятие экологической безопасности входит система регулирования и управления, позволяющая прогнозировать, не допускать, а в случае возникновения – ликвидировать развитие чрезвычайных ситуаций.

    Экологическая безопасность реализуется на глобальном, региональном и локальном уровнях.

    Глобальный уровень предполагает прогнозирование и отслеживание процессов в состоянии биосферы в целом и составляющих ее сфер. Во второй половине ХХ в. эти процессы выражаются в глобальных изменениях климата, возникновение «парникового эффекта», разрушение озонового экрана, опустынивание планеты и загрязнение Мирового океана. Суть глобального контроля и управления – в сохранении и восстановлении естественного механизма воспроизводства окружающей среды биосферой, которой направляется совокупностью входящих в состав биосферы живых организмов.

    Управление глобальной экологической безопасностью является прерогативой межгосударственных отношений на уровне ООН, ЮНЕСКО, ЮНЕП и других международных организаций.

    На глобальном уровне стало запрещение испытаний ядерного оружия во всех средах, кроме пока подземных испытаний. Достигнуты соглашения о мировом запрете китобойного промысла и правовом межгосударственном регулировании вылова рыбы и других морепродуктов. Заведены международные Красные книги с целью сохранения биоразнообразия. Силами мирового сообщества проводится изучение Арктики и Антарктиды как естественных биосферных зон, не затронутых вмешательством человека, для сравнения с развитием зон, преобразованных человеческой деятельностью. Международным сообществом принята Декларация о запрещении производства хладагентов фреонов, способствующих разрушению озонового слоя.

    Региональный уровень включает крупные географические или экономические зоны, а иногда территории нескольких государств. Контроль и управление осуществляется на уровне правительства государства и на уровне межгосударственных связей (объединенная Европа, СНГ, союз африканских государств и т.д.). На этом уровне система управления экологической безопасностью включает:

    ·     Экологизацию экономики;

    ·     Экологически безопасные технологии;

    ·     Выдерживание темпов экономического развития, не препятствующих восстановлению качества окружающей среды и способствующих рациональному использованию природных ресурсов.

    Локальный уровень включает города, районы, предприятия металлургии, химической, нефтеперерабатывающей, горнодобывающей промышленности и оборонного комплекса, а также контроль выбросов, стоков и др. Управление экологической безопасностью осуществляется на уровне администрации отдельных городов, районов, предприятий с привлечением соответствующих служб, ответственных за санитарное состояние и природоохранную деятельность.

    Независимо от уровня управления экологической безопасностью объектами управления обязательно являются окружающая природная среда, т.е. комплекс естественных экосистем, и социоприродные экосистемы. Именно поэтому в схеме управления экологической безопасностью любого уровня обязательно присутствует анализ экономики, финансов, ресурсов, правовых вопросов, административных мер, образования и культуры.

    ЛИТЕРАТУРА


    1. Гольдфейн М.Д., Кожевников Н.В., Кожевникова Н.И. Основы экологии, безопасности жизнедеятельности и охраны окружающей среды.

    2. Кривошеин Д.А., Муравей Л.А., Роева И.И. Экологическая безопасность.

    3. Хотунцев Ю.А. Экология и экологическая безопасность.

    ABŞ-IN MÜASIR DÜNYADA YERI

    Əsgərova Aytac Elvin qızı

    Regionşünaslıq ( ABŞvəKanada) fakültəsinin magistrantı

    Hazırda bütün dünyada geniş yayılan siyasi, iqtisadi və sosial münasibətlər sistemi, demokratik dövlət idarəçiliyi və vətəndaş cəmiyyəti modeli məhz ABŞ-a məxsusdur. Dünyanın insan yaşayışı üçün, inkişaf və kommunikasiya baxımından ən effektiv ərazisi, bol təbii sərvətləri, enerji və digər mənbələri ilə zəngin torpaqları da ABŞ-dır.

    ABŞ-ın yeni dünya nizamı və qloballaşmanın strukturunu öz əlində saxlamasını təmin edən əsas mexanizmlərdən biri də onun nəhəng hərbi gücə malik olmasındadır. Soyuq müharibədən sonra əksər dövlətlər hərbi xərcləri azaltsa da, ABŞ əksinə, bir qədər də artırdı. Bunun nəticəsində ABŞ və onun NATO üzrə müttəfiqləri dünyada qlobal hərbi koalisiya yarada bildilər.

    ABŞ politoloqları hesab edir ki, bu ölkənin qoşunu daxil olan hər bir ərazi, dərhal onun geosiyasi maraq çərçivəsinə alınır. Onların fikrinə görə, Amerika dünyanın qloballaşması və yeni nizamına rəhbərlik edə biləcək yeganə super gücdür. O, yerüstü hərbi plasmdarlara söykənərək istənilən əhəmiyyətli düşərgələrə nəzarət edə bilər. O, yeganə dövlətdir ki, bütün dünya okeanlarında hərbi dəniz donanmasına malikdir, havada dominantdır, ilk nüvə zərbəsi imkanını əlində saxlayır, nəzarət, kəşfiyyat, kommunikasiya imkanları genişdir. Qəbul etmək lazımdır ki, ABŞ-la rəqabət aparmağın heç bir perspektivi yoxdur.

    Rusiya və Çində dövlət kapitalizmi, Yaxın Şərqdə İslam, Braziliya ilə Hindistanda isə solçu ruhiyyə hökm sürür. Çinin  uğurlu dövlət kapitalizmi Rusiyanı, Vyetnamı və digər region ölkələrini ondan nümunə götürməyə, azad iqtisadiyyatdan imtina etməyə vadar edir. Ərəb baharı nəticəsində siyasi İslamın dirçəlişi sekulyarizmi gözdən salır. Orta sinfin olmadığı, əhalisinin əksəriyyəti yoxsul kəndli və şəhərlilərdən ibarət Hindistan və Braziliyada isə demokratik azad bazar iqtisadiyyatının yalnız harınlamış elita üçün nəzərdə tutulduğuna inamı artırır. Odur ki, Qərb gələcək addımlarını düşünməlidir. Çoxdan anlamaq lazımdır ki, demokratikləşmə ilə vesternizasiya eyni anlama gəlmir.

    Digər yandan gənc demokratiyalar müstəqil və fərqli xarici siyasət aparırlar. ABŞ hesab edir ki, dəyərlərin ortaqlığı maraqların ortaqlığı ilə eynidir. Yəni bütün demokratik ölkələr ABŞ müttəfiqi olacaqlar. Lakin müasir dünyada yeni demokratiyalar başqa qaydalarla oynayır və Qərbdən azad yeni düzənin formalaşmasını tələsdirir. Odur ki, XXI əsrdə Qərb qloballaşmanın aparıcı rolunu itirəcək.Ona görə də, Amerika yalnız milli maraqlarını deyil, dəyərlərini də düşünməlidir. Bu XXI əsr yeni siyasi modellər bazarı ilə səciyyəvidir.

    ABŞ qloballaşma dövründə vüsət almış regional inteqrasiya proseslərində də yaxından iştirak edir. Bu ölkənin təsiri Avropa İttifaqı, Cənub-Şərqi Asiya və Sakit okean hövzəsi, Avrasiya və başqa regional inteqrasiya çərçivəsində xüsusi hiss olunur. Həmin inteqrasiya mərkəzlərində ABŞ həm dövlət kimi, həm də onu təmsil edən böyük transmilli şirkətlər vasitəsilə iştirak edir. Xüsusən qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrində, transmilli layihələrdə ABŞ həmişə öndə gedir.

    ABŞ-ın xarici siyasət konsepsiyasının əsasında dünyada Amerika maraqlarının, demokratiyanın, insane hüquqları və azadlığının qorunması durur.

    Müasir dövrdə ABŞ planetimizdə fəaliyyət göstərən bütün beynəlxalq və regional təşkilatların üzvüdür. BMT və onun Təhlükəsizlik Şurası, NATO, ATƏT kimi qurumlar ABŞ-ın fəal təşəbbüsü ilə yaranmış və bu gündə bu təşkilatların əsas maliyyə və təşkilatı sistemləri Amerika büdcəsinin üzərində qurulmuşdur.

    Beləliklə, yuxarıda qeyd olunlardan belə nəticəyə gəlmək olur ki, müasir dünyanın siyasi və iqtisadi mənzərəsinə nəzər salanda ABŞ-ın buradakı rolunu görməmək olmur. Görünür XXI əsin bir çox onilliklərində ABŞ özünü beləcə super dövlət kimi göstərəcəkdir.

    İstifadə edilmiş ədəbiyyat siyahısı




    1. Həsənov Ə.M. Müsasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı. “Azərbaycan” nəşriyyatı, 2005.

    2. Həsənov Ə.M. Azərbaycan-ABŞ: Anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa doöru. Bakı, 1997.

    3. Nəsirov E. Azərbaycan-ABŞ münasibətləri. Bakı, 1998.

    4. Paşayev H. ABŞ-la əməkdaşlığın vacib tərkib hissəsi. “Dirçəliş”, İyul, 2003

    МÜНДЯРИЪАТ
    ПСИХОЛОЭИЙА ВЯ ПЕДАГОЭИКА
    FƏLSƏFƏ

    İQTİSADİYYAT
    SOSİOLOGİYA

    POLİTOLOGİYA

    AZƏRBAYCAN RESPUBLİKASI

    TƏHSİL NAZİRLİYİ
    BAKI DÖVLƏT UNİVERSİTETİ

    MÜASİR DÖVRÜN AKTUAL

    PROBLEMLƏRİ
    Ali məktəblərarasi elmi əsərlər toplusu

    BURAXILIŞ № 3

    Elmi redaktor: prof. H.Ə.Əlizadə

    Məsul katib: dos. R.O.Məmmədova


    Kompüter dizaynı – V.K.Musayeva

    Çapa imzalanmışdır: 19 aprel 2010-cu il

    Format: 70 ×108

    Şərti çap vərəqi – 29

    Sifariş № 08

    Tiraj – 100 nüsxə

    MÜASİR DÖVRÜN AKTUAL

    PROBLEMLƏRİ


    BURAXILIŞ № 3, 2010
    \

    TARİX


    FƏLSƏFƏ

    POLİTOLOGİYA

    SOSİOLOGİYA

    PEDAQOGİKA

    PSİXOLOGİYA

    İQTİSADİYYAT

    MƏDƏNİYYƏTŞÜNASLIQ

    SƏNƏTŞÜNASLIQ







    Yüklə 1,88 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   11




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin