FƏLSƏFƏ
ARQUMENTASİYA VƏ ƏSASLANDIRMA
b/m A.M.Allahverdiyev,
BDU-nun Fəlsəfə kafedrası
Açar sözlər: Arqumentasiya nəzəriyyəsi, arqumentasiya, sübut, əsaslandırma, dəlil.
Ключевые слова: Теория аргументации, аргументация, доказательство, обоснование, довод.
Keywords: theory of argumentation, reasoning, evidence, reasoning, argument.
“Arqumentasiya” anlayışı çoxmənalıdır. Araşdırmalar göstərir ki, latın dilində olan “arqumention” sözü beş müxtəlif mənada işlədilir: 1) dəlil və ya arqument; 2) diskussiya və ya fikir mübadiləsi; 3) mübahisə; 4) əsaslnadırma üsulu (məntiqi mənada); 5) xüsusi fəaliyyət növü. Deyilənləri ümumiləşdirərək “arqumentasiya” termininin üç əsas mənasını göstərmək olar.
1) Arqumenasiya subyektin auditoriyanın müəyyən müddəa ilə bağlı mövqeyinin dəyişdirilməsinə yönələn fəaliyyəti kimi;
2) Arqumentasiya tezisin əsaslandırılması üsulu kimi;
3) Arqumentasiya tezisin əsaslandırılması kimi.
Bunların sırasında “arqumentativ fəaliyyət” anlayışı ən geniş həcmə malikdir, belə ki, o, mühakimələrin təhlili zamanı ən müxtəlif aspektlərdən istifadə edilməsini nəzərdə tutur.
“Arqumentasiya” anlayışının yuxarıda göstərilən mənaları bir-birilə sıx bağlıdır. Arqumentativ fəaliyyətin müəyyən komponentlərindən (subyektdən, məqsəddən, zaman və məkandan və s.) təcrid olunmaqla biz əsaslandırmanı əldə etmiş oluruq. Əsaslandırmanın konkret məzmunundan təcrid olunmaq isə əsaslandırma üsulunun meydana çıxmasına səbəb olur.
Müasir dövrdə arqumentativ fəaliyyətin və əsaslandırma prosedurlarının tədqiq edilməsi ən müxtəlif elm sahələri tərəfindən həyata keçirilir. Onların sırasında arqumentasiya nəzəriyyəsi xüsusi yer tutur. Arqumentasiya nəzəriyyəsi xüsusi yer tutur. Arqumentasiya nəzəriyyəsi digər elmlərin bu sahədə öyrəndiklərini sistemləşdirir və ümumiləşdirir.
Arqumentasiya əzəriyyəsində tədqiq edilən mühüm məsələlərdən biri arqumentasiya, sübut və əsaslandırmanın qarşılıqlı əlaqəsi məsələsidir. Arqumentasiya (arqumentativ fəaliyyət) hər hansı fikir və ya hərəkətin əsaslandırılmas üçün arqumentlərin gətirilməsi bacarığı, mühüm arqumentlər vasitəsilə kimi isə inandırmaq üsuludur. Bu mənada arqumentasiya həmişə dialoji səciyyə daşıyır. Arqumentasiya təkcə “təfəkkür texnikasını” (məntiqi) deyil, həm də “inandırma texnikasını” (insanın fikir, hiss və iradəsini tabe etmək bacarığını) ehtiva edir.
Arqumentasiya sübutdan fərqli olaraq ünvanlı səciyyə daşıyır. Arqumentasiyadan istifadə edən şəxs hər bir konkret situasiyada qarşılıqlı əlaqədə olduğu auditoriyanın spesifikliyini mütləq nəzərə almalıdır, halbuki sübut hamı üçün eyni olur. Ötürülən məlumatların məqbulluq dərəcəsini artırmağa çalışan müəllif onları elə şəkildə təqdim etməlidir ki, təqdim etmənin strukturunun özü məlumatların maksimum tam qavranlımasını təmin etsin. Bu məsələnin həlli inandıran şəxsin mühakimə yürüdərkən istinad etdiyi əsas müddəaları aşqar formada nümayiş etdirməsi ilə bağlıdır. Belə əsasların sayının mümkün qədər çox olması və ötürülən məlumatın məzmununa daxil olan fikirlər arasındakı əlaqələrin dəqiq göstərilməsi arqumentasiya prosesinin uğurlu alınmasını təmin edən şərtlərdir.
Sübutdan inandırma üsulu kimi istifadə olunduğu hallarda tezisin həqiqi olmasının əsası kimi təkcə arqumentlərin həqiqiliyi deyil, eləcə də müvafiq əqli nəticənin düzgün forması çıxış edir. Lakin bir çox hallarda arqumentasiya prosesində mühakimə əvvəlcədən seçilmiş müqəddimələrə və dəqiq qurulmuş əqli nəticələrə söykənmir, digər inandırma vasitələrindən də, məsələn, hadisələrin real gerçəklikdəki faktik vəziyyətindən, ən müxtəlif vədlərdən, gumanlardan və s. geniş istifadə edilir. Bu onu göstərir ki, arqumentasiyanın strkturuna məntiqdə təsvir edilən sübutun formasına heç də həmişə müncər olmayan üsullar daxildir. Elmi-tədqiqat praktikasında bəzən mövcud hipotezlər içərisindən ən perspektivlisini seçmək zərurəti yaranır. Bu zaman başqalarını bir hipotezin digərlərindən üstün olduğuna inandırmaq lazım gəlir. Belə də seçilən variantın lehinə gətirilən dəlillər qismində ya empirik tədqiqatların yoxlanılmış nəticələrini ifadə edən mülahizələr, ya da nəzəri müddəaları ifadə edən mülahizələr çıxış edirlər. Deməli, inandırma prosesi çoxsəviyyəlidir və onun məzmununda öz təbiəti etibarilə müxtəlif olan əsasları fərqləndirmək lazımdır.
Aydındır ki, arqumentasiya heç də həmişə hansısa qəti bir mütəşəkkil sistem kimi tədqim oluna bilməz. Ötürülən informasiyaların müəllifi bir çox hallarda təkcə təklif etdiyi tezisin həmsöhbətləri tərəfindən qəbul edilmədinə çalışmır, o gətirdiyi dəlillərin özlərinin effektivliyini, məhz həmin mühakimə üsulundan istifadə edilməsinin faydalı olduğunu nümayiş etdirmək üçün əlavə səylər göstərir. “Arqumentasiya lehinə arqumentasiya” insanlararası ünsiyyət səviyyələrinin sayını artırır, ona görə də mühakimənin mütəşəkillik dərəcəsinin artırılmasına yönələn hərəkətlər xüsusi əhəmiyyət kəsb edir. Məntiqdə bu məsələ “əsaslandırma” adlandırılan xüsusi əməliyyat vasitəsilə həll edilir.
Əsaslandırmanın mahiyyəti ondan ibarətdir ki, ötürülən informasiyaya inamı artıran və irəli sürülən tezisin qəbul edilməsini stimullaşdıran bütün müddəalar aşqar formada sadalanır. Lakin bu müddəalar bir-birilə vahid formada bağlı olmaya da bilərlər. Bəzən real praktikada elə hallara rast gəlinir ki, bir-birindən uzaq olan əsasları qarşılaşdırarkən, onların qarşılıqlı surətdə uyuşmayan olması meydana çıxır. Ona görə də əsaslandırma nə ayrıca götürülən əqli nəticənin, nə də belə əqli nəticələr ardıcıllığının qurulmasına müncər edilmir. Bu prosedurun strukturunda həm məntiqi, həm də qeyri-məntiqi elementlərin mövcudluğunu onunla şərtlənir ki, o, tezisin həqiqiliyinin müyyənləşdirilməsindən daha çox onun inandırıcılığının artırılmasına yönəlir.
Elə təsəvvür yaranır ki, təqdim edilən dəlillər nə qədər çox olarsa, auditoriya informasiyanı ötürən müəllifə bir o qədər tez razılaşar. Lakin qeyd olunmalıdır ki, dəlillərin həddindən çox olması qurulan mühakiməni müəyyən mənada dağıdır, bir qrup dəlillərdən digər dəlillərə keçid ardıcıllığına nəzarət etmək imkanını zəiflədir. Bunların nəticəsində sadalanan müddəaların üst-üstə düşmədiyini dərhal aşkar etmək mümkün olmur. Bu hal arqumentasiya prosesində müxtəlif çətinliklər törədir. Təsadüfi deyildir ki, formal məntiqin əsas qanunlarından biri “kafi və zəruri əsas qanunu” adlanır. Bu qanun irəli sürülən tezisin əsaslandırılması üçün gətirilən dəlillərin sayının mümkün qədər az olmasını tələb edir.
Hal-hazırda əsaslandırma proseduru (sübutla yanaşı) mühüm arqumentasiya forması kimi nəzərdən keçirilir, ona görə də bir çox elm sahələrinin (məntiq, arqumentasiya nəzəriyyəsi, elmin metodologiyası və s.) nümayəndələrinin xüsusi diqqətini cəlb edir.
Əslində əsaslandırmann irəli sürülən tezisin mənimsənilməsinə nəinki birbaşa aidiyyəti vardır, o, tezisin qəbul edilməsi ilə bağlı müəyyən qərarların çıxarılmasına kömək edir, bu qərarların səmərəliliyinin adekvat qiymətləndirilməsini təmin edir, optimal fəaliyyət strategiyasının seçilməsi imkanını yaradır. Bütün bunlar əsaslandırma əməliyyatından müxtəlif kommunikasiya proseslərində və arqumentləşdirmə aktlarında fəal surətdə istifadə edilməsini şərtləndirir. Müxtəlif arqumentasiya üsullarının hərtərəfli təhlili zamanı, bir qayda olaraq onun aşağıdakı aspektləri fərqləndirilir:
– faktual ( arqumentlər qismində istifadə edilən faktlar haqqında informasiya);
– ritorik ( nitq vasitəsilə və emosional təsiretmənin forma və üslubları );
– aksioloji ( müəyyən dəyərlərə istinadetmə );
– etik ( universal əxlaq normalarına əsaslanma );
– məntiqi ( arqumentlərin ardıcıllığı və ziddiyətsizliyi; onların təşkili və məntiqi cəhətdən məqbul olan nəticəçıxarmalar )
Arqumentasiyanın bu və digər aspektləri auditoriyaya ən güclü formada təsir göstərməyi nəzərdə tutur. Odur ki, onlar bir-birini qarşılıqlı surətdə tamamlayırlar. Faktual aspekt arqumentasiyanın “materiyasını”, digərləri isə onun formasını müəyyən edirlər. Lakin onların mühümlük dərəcəsi konkret situasiyadan asılı olaraq dəyişir. Məsələn, gündəlik həyatda, məişətdə arqumentasiyanın xalis məntiqi vasitələrindən nadir hallarda istifadə edilir. Digər tərəfdən, düzgün nəticəçıxarma müqəddimə və aksiomların intuitiv inandırıcılığından asılı deyildir. Onun məcburiliyi hökmlərin qarşılıqlı əlaqəsinin nəticəçıxarma qaydalarına uyğun gəlməsilə əlaqədardır. Müqəddimə və aksiomların həqiqiliyi ilə bağlı yəginlik, əminlik olduqda isə məntiqi nəticəçıxarma məntiqi sübuta, yəni ən güclü arqumentasiya üsuluna çevrilir.
Sübut və arqumentasiya anlayışları ilə yanaşı arqumentasiya nəzəriyyəsinin mərkəzi anlayışlarından biri də əsaslandırma və sübut arqumentasiyanın başlıca tərkib hissələridir. Əsaslandırma arqumentasiyanın məcburi, sübut isə arzuolunan elementidir. Əksər hallarda oları heç fərqləndirmirlər də, sübuta yaxın olan mühakimələr sistemini sübut kimi qəbul edirlər. Bu özünü daha çox humanitar sahələrdə göstərir. Qeyd olunmalıdır ki, əsaslandırma hər bir mühüm arqumentasiyanın zəruri şərtidir. Sübut isə bu tfəkkür aktının yalnız kafi (lakin zəruri yox) şərti kimi çıxış edir.
Əsaslandırma, bir qayda olaraq sübutdan zəif olur. Əsaslandırmadan tələb olunan yalnız inandırıcılıqdır, inandırıcılıq isə heç vaxt mütləq səciyyə daşımır.
Əsaslandırma müəyyən mənada haqq qazandırma aktıdır. Biz kiminsə davranışına, hansısa rəyə haqq qazandırmaq, müəyyən nəzər nöqtəsini inkişaf etdirmək, qərar çıxarmaq, seçim etmək istədikdə qəlbimiz də ağlımız kimi fəal surətdə zəruri arqumentlər axtarışına çıxır. Bu zaman istifadə etdiyimiz inandırma elementlərinin vərdişlərə əsaslanan intuitiv prosesə qoşulması baş verir. Bu mənada həm səbəbin göstərilməsi, həm faktdan induksiya, həm də məntiqi nəticəçıxarma arqument rolunu oynaya bilər.
Əsaslandırma üsulları ən müxtəlif arqumentasiya priyomlarının nüvəsini təşkil edir. Lakin arqumentasiya priyomları əsaslandırma üsulları ilə məhdudlaşmır. Arqumentasiya zamanı təkcə korrekt priyomlardan deyil, eləcə də qeyri-korrekt priyomlardan istifadə edilir. Bundan başqa, arqumentasiya proseduru canlı insan fəaliyyəti kimi nəinki irəli sürülən tezisi, həm də arqumentasiya kontekstini, ilk növbədə auditoriyanı nəzərə almalıdır.
Ədəbiyyat
-
Герасимова И.А., Новоселов М.М. Аргументация как методология убеждение М., Вопросы философии 2003, N-10.
-
Ивин А.А. Теория аргументации М., 2000.
Резюме
В статье рассматриваются некоторые вопросы теории аргументации. В ней анализируются такие основные понятия теории аргументации, как аргументация, доказательство, обоснование. Подчеркивается необходимость учитывать то обстоятельство, что процесс аргументации обычно осуществляется на различных уровнях межчеловеческого общения.
Summary
This article discusses some problems in the theory of argumentation. It will explore the basic concepts of the theory of argumentation as reasoning, proof, substantiation. Emphasizes the need to consider the fact that the process of reasoning is usually performed at different levels of interpersonal communication.
ZAMANIN EKZISTENSIONAL FUNKSIYASI
İsmayılova Fidan Şərif qızı
BDU – nun II kurs magistrantı
Açar sözlər: zaman, məkan, insan, substansional, relyativ, hərəkət, materiya, müxtəlif, mövcud.
Ключевые слова: время, пространство, человек, субстанциональная, реляционная, движения, материя, разный, существовать.
Key words: time, space, human, substational, reliative, motion, substance, various, existence.
Zaman problemi insanı həm rasional, həm də emosional səviyyədə daim maraqlandırır. İnsan və zaman daim bir-biri ilə əlaqədə olub vahid bir vəhdət təşkil edir. Zamanla insanın yaranma tarixi eynidir. Onlar ayrılıqda mövcud ola bilməzlər. O, insanla əlaqədar olduğuna görə heç vaxt aktuallığını itirmir. İnsanlar nəinki keçmişi barədə təəssüflənirlər, həmçinin gələcəyə görə də narahat olurlar, çünki ən azından geri dönməyən zaman axını onları ölümə sürükləyir. Zaman insan probleminin özü kimi tarixən həll olunmamış qalmışdır.
İnsan dünyaya, onu əhatə edən mühitə, dəyərlər sisteminə, keçmişə, gələcəyə və s. həmişə eyni münasibətdə olmur. Onun zamandan asılı olaraq dəyişən şüuru, mövcudluğu, hafizəsi, psixoloji qabiliyyətləri vardır [ 2, səh. 505 ].
Zaman insanın ancaq fiziki mövcudluğunu deyil, həm də insan keyfiyyətlərinin və insanın özünü büruzə verməsinin ölçüsüdür. Zaman malik olduğu sürəkliliyi, axıcılığı sosial həyata məcburi qəbul etdirmir. Əslində insanın mahiyyətini bu sürəkliliyi, axıcılığı bu reallığın hərəkətinin formaları bizim zamanın müəyyənləşməsinə dəlillər verir. Insandan, onun şüurundan və həyat fəaliyyətindən asılı olmayaraq zaman dünyanın dünyanın ümumi səciyyəsi kimi özünü göstərir.
Zamandan təklikdə bəhs etmək mümkün deyil. Çünki zaman tək başına bir dəyər kimi insansız öz mənasını itirir. Tək başına bir məna ifadə etmir. Maddinin yaradıldığı an zamanın başladığı andır. Zaman və maddi obyekt eyni anda yaradılmışdır. Zaman keçmiş, indiki və gələcək məfhumlarını əlaqələndirir. Keçmiş – artıq olub keçən hadisələri əhatə edir. O indiki və gələcək zamana təsir edir. Gələcək – indiki zamandan yaranacaq gələcək hadisələri ifadə edir. İndiki zaman isə özündə reallıqda mövcud olan hadisələri əks etdirir. Qarşılıqlı hərələt o zaman ola bilər ki, obyektlər eyni vaxtda mövcud olsunlar. Keçmişdə mövcud olan obyektin artıq indiki zamanda eyni ilə mövcudluğu qeyri-mümkündür.
Kainatda, maddi varlığında baş verən bütün dəyişmələrin başlanğıcı və sonu olduğundan onlar zaman daxilində başa düşülür. Maddi həyatda baş verən istənilən dəyişmələrin əsasını onun zamanla bağlı dinamikası təşkil edir. Başqa sözlə desək, bu dəyişmələr məkan-zaman daxilində baş verir. Məhz bu halda zaman artıq operatordur və istiqamətliliyi ilə xarakterizə olunur. Hər bir maddi dəyişmənin, prosesin bir formadan digərinə və yaxud başqa pilləyə keçidi zamanla bağlı olur. Prosesin və ya dəyişmənin getdiyi müddət İ.Priqojinin dili ilə desək [6, səh.246-251] artıq təcrid olunmuş zaman deyil; proseslə bağlı, istiqamətli zaman oxu ilə bağlıdır. Bu zaman operatoru maddi aləmdə baş verən dəyişmələr ilə birlikdə vahid bir vəhdət şəklində mövcuddur.
İ.Priqojinin zaman haqqındakı fikirləri bir mənalı şəkildə Heraklitin “Bir çaya iki dəfə girmək olmaz” [ 6, səh. 247 ] zamanla bağlı söylədikləri fikirləri bir daha təsdiq edir.
İşıq sürəti mütləqdir. Zaman iki referans nöqtəsi arasındakı hərəkəti göstərdiyi üçün işıq sürətindən sürətli ola bilməz. Yəni zamanın maksimum sürəti işığın sürətinə bərabərdir. İnsan əqli və fiziki təcrübələrini, sosial və təbii mühitdən əldə etdiklərini müəyyən zaman müddətində yaşayır. İnsan axıb gedən zamanı hiss edir və düşünür.
Zaman haqqında müxtəlif dövrlərdə müxtəlif yanaşmalar və fikirlər mövcud olmuşdur. Zaman haqqında daha çox araşdırmalar aparan filosoflardan ikisinin nəzəriyyəsini xüsusi qeyd etmək lazımdır: Aristotel sistemi və Demokritin atomizm təlimi. Demokrit fikrincə: “Kainatın başlanğıcı - atomlar və boşluqdur, yerdə qalanlar isə fikirlərdə mövcuddur”. Dünyalar sonsuz qədər çoxdur, onlar zamana görə başlanğıca və sona malikdirlər. Aristotel göstərir ki, zaman hərəkətsiz mövcud deyildir, lakin o özü də hərəkət demək deyildir [1]. Zamanın bu modeli əsasında indiki relyativ konsepsiya formalaşmışdır.
Zaman və onun mövcudluq formaları haqqında təbii-elmi biliklərin inkişafı tarixində iki təlim irəli sürülmüşdür: substansional və relyativ. Substansional təlimin tərəfdarları qədim yunan atomistləri (Levkipp, Demokrit, Epikür və b.) zamanı sadəcə sürəklilik kimi başa düşmüş və metafizikcəsinə materiyadan və hərəkətdən ayrı salınmaqla, müstəqil substansiya səviyyəsinə yüksəldilmişdir.
Relyativ təlim isə Aristotelin adı ilə bağlı olmuş və bu təlimin nümayəndələri “təbiət boşluqdan qorxur” ideyası irəli sürüb, özlərinin “dolu” məkan ideyasını, substansional təlimin “boş” məkan ideyasına qarşı qoymuşlar.
İ.Kant belə hesab edirdi ki, zaman insanların gözünün, qulağının, bir sözlə qavrayışlarının verdiyi şəbəkədir və insanlar yalnız bu şəbəkədə şəkillənmiş, görünüş almış olanı görürlər. Deməli, məkan və zaman qavrayışımızın özününkü olduğu üçündür ki, onları qavrayışların içində hadisələrsiz təsəvvür edə bilirik. Deyə bilmərik ki, bu güclü sübutdur, ancaq Kantın dediyinə qüvvət, ayrı-ayrı canlıların qavrayışında dünya xeyli fərqlənən məkan-zaman biçimlərində görünür.
Neopozitivist Q.Rayhenbax yazırdı ki, zaman “həmişə insan zəkasını çıxılmaz vəziyyətə salmışdır” [7, səh.11]. İnsanın zamana münasibəti ancaq müasirliyə münasibət kimi qiymətləndirilə bilməz. İnsan-zaman tsiklində insan-keçmiş, insan-indiki və insan-gələcək bir-birindən ayrılmazdır, lakin eyni zamanda fərqlənir [2, səh 507]. Zaman, bir anı digər an ilə müqayisə etdiyimiz halda meydana gələn anlayışdır. Zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisələrə söykənir. Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldıqda var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdir. Zamanın necə axdığını, ya da axıb axmadığını əsla bilmirik. Bu da zamanın mütləq gerçək olmadığını, yalnız qavrayış forması olduğunu göstərir. Ümumi Nisbilik Nəzəriyyəsinə görə, "zaman mütləq deyil, onun ölçdüyümüz hadisələr silsiləsində müstəqil varlığı yoxdur". Lakin zaman məkanla birlikdə mövcuddur. Zaman qayıtmazdır. Zamanın bir ölçüsü vardır: - keçmişdən gələcəyə doğru istiqamət, yəni bir istiqamətlidir.
Vəziyyətindən danışmaq mənasızdır. Saatın kəfkirinin hərəkətini onun əqrəbinin fırlanması ilə qarşılaşdırmaq mümkündür, lakin mütləq zamanın axını ilə qarşılaşdırmaq mümkün deyil.
Empriokritizmin banisi, görkəmli fizik E.Max belə hesab edirdi ki, zaman anlayışı orta əsrlərin qalıqlarıdır. Onun fikrincə, zamanın başqa cisimə nisbətindən kənarda onun məkan və zaman Məkan və zaman haqqında materialist təsəvvürlər öz mənşəyini antik dövrün naturfəlsəfəsindən götürsədə, bu problem təbii-elmi əsasda ilk dəfə klassik fizikada öyrənilmişdir ( Q.Qaliley, İ.Nyuton və b. ) Məkan və zaman haqqında təsəvvürlərin inkişafında Qalileyin nisbilik prinsipinin xüsusi əhəmiyyəti olmuşdur. Nyutonun təlimində məkan və zaman hərəkətdə olan materiyadan, maddi gerçəklikdə baş verən mexaniki proseslərdən asılı olmadığı üçün mütləqdir.
N.Bergson qeyd edir ki, “Biz zamanı düşünmürük, lakin yaşayırıq. Çünki həyat zehnin sərhəddini aşır”. Berqson inanırdı ki, dünya vahid sistemdir. Dünyanı əmələ gətirən sistem, onun elementləri həmişə eyni qanunlara tabe olsaydılar, onda dünya zamandan kənar olmalı idi. Halbuki zamanla əlaqədar olma, ondan asılılıq hər şeyin mövcudluğunun ilkin şərtidir. Deməli, varlıq – dünya əlaqədir, əlaqəli komleksidir, zaman isə bu kompleksin həyati atributudur. Bu kompleksin zamanda və zaman vasitəsilə mövcudluğu sübut edir ki, dünya özü zamandır .
Zamanın xarakteri belədir ki, insan bütün sferalarda intellektin gücünə əsaslanmadan keçinə bilməz. K.Yaspers yazırdı ki, “biz elə bir əsrdə yaşayırıq ki, yer insanların ayaqları altında titrəyir”.
Məqalədə bəşər tarixinin müxtəlif inkişaf mərhələlərində zaman anlayışına münasibət və onun müxtəlif zamanlarda görkəmli şəxsiyyətlərin münasibəti məsələlərinə toxunulmuşdur. Araşdırmalar göstərir ki, Aristotel dövründə və müasir təlimlərin zaman məfhumuna yanaşmaları təxminən yaxındır. Zaman və onun başlıca konsepsiyalarının təhlili göstərir ki, zaman və insan birlikdə mövcuddur, onları bir-birindən təcrid etmək olmaz. Beləliklə, zaman fundamental ekzistensional olmaqla bəşəri mövcudluğun fundamental şərti kimi çıxış edir.
Ədəbiyyat.
-
Черняков А. Г. Онтология времени. Бытие и время в философии Аристотеля, Гуссерля и Хайдеггера. СПб., 2001.- 460 с.
-
İsmayılov F.Q. Seçilmiş əsərlər. Beş cilddə, IV cild. Bakı, “Oğuz Eli”, 2011 - 676 səh.
-
Молчанов В.И. Время и сознание. Критика феноменологической философии. Моног. М.; Выст. 1988 – 144с.
-
Маммедалиев З.Г. Время и проблема форм его проявлений. Баку, Элм, 1998 – 185с.
-
Яройя-Смирнова В. Н. Истоки концептуализации времени в древнегреческой философии и современные направления анализа времени //Тр. Тбилис. ун-та.— Тбилиси, 1989.— Т. 292.
-
Пригожин И. От существующего к возникающему. М., Наука. 1985 – 327с.
-
Г.Райхенбах. Напреление времени. М., 1962, с.11.
ЭКЗИСТЕНЦИОНАЛЬНАЯ ФУНКЦИЯ ВРЕМЕНИ.
РЕЗЮМЕ
Исмаилова Фидан
В статье были затронуты отношения к концепции времени на различных этапах истории человечества, а также отношение различных выдающихся личностей к этому понятию. Исследования показали, что подходы к понятию времени, современные и времен Аристотеля, приблизительно одинаковы. Анализ ключевых понятий времени показывает, что существует единство времени и человечества, их невозможно изолировать друг от друга.
EXISTENTIAL FUNCTION OF TIME.
SUMMARY
Ismailova Fidan
The article highlights the attitude of various outstanding people to the concept of time at different stages in the history of mankind. Studies have shown that contemporary approaches to the concept of time are similar to those of Aristotle's time. Analysis of the key concepts of time shows that there is a unity of time and mankind and they cannot be isolated from each other.
İNSAN HƏYATININ MƏNASI. HƏYAT VƏ ÖLÜM
Adgözəlova Gülnar Adil q.
BDU-nun II kurs magistrantı
Açar sözlər: insan, həyat, ölüm, tarix
Ключевые слова: человек, жизнь, смерть, история
Key words: human, life, death, history
İnsan yeganə varlıqdır ki, özünün ölümünün baş verəcəyini həyatının müvəqqəti olmasını dərk edir. Odur ki, həyatın mənası, insan həyatının məqsədi məsələsi onun qarşısında daha kəskin durur. Insan həyatının mənası xeyir və şər, ədalət və ədalətsizlik, həqiqət və yalan arasında düzgün mövqe tutub məqsəd seçməkdən, həmin hərəkətlərə cavab tapmaqdan ibarətdir. Insan çox zaman həmin suallara dini mövqedən “ruhun əbədi yaşayacağı” ilə, “axirət mükafatı” alacağı ilə cavab verməyə çalışmışdır. Insan öz tarixi təcrübəsi ilə yəqin etmişdir ki, insan ölməzliyini ancaq özü qazana bilər, fiziki cəhətdən olmasa da, o mənən, mənəviyyatca ölümə qalib gələ bilər.
Dini təlimlərə görə insan həyatının mənası özünün dini ehkamlara itaət etməyə və ayinləri icra etməyə hazırlamaq, onlara daxili inam bəsləmək, Allaha, axirətə, taleyə etiqad etmək və s. ibarətdir. Dini təlimə görə Allaha inam, etiqad olmadan həyatın mənasını təsəvvür belə etmək olmaz.
Hər bir dövrün filosoflarının bu mövzuya münasibəti birmənalı olmamışdır. Qədim yunan filosofu olan Sokrat belə bir fikir yürütmüşdür ki, “İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. Sokrat insanları mənəvi və intellektual cəhətdən inkişaf etməyə, təkmilləşməyə çağırırdı. Onun fikirincə pislik, paxıllıq və şər savadsızlıq (və), biliksizlik üzündən əmələ gəlir. Bilik yer üzündə bütün bağlı qapıların açarıdır.
Sokrat insan həyatının xeyirxah əməllərdə görürdü. Sokrat deyirdi ki, xeyirxahlığın mahiyyətini dərk etmək əxlaqi dəyərlərin mahiyyətini dərk etmək deməkdir.
Xeyirxahlığı dərk etmək əxlaqi kamilliyə, xeyirxahlığa nail olmağa hazırlıqdır. Sokrata görə həqiqi, mənəvi əxlaqi kamillik, xoşbəxtlik, gözəllik eyni zamanda insan üçün xeyirli olanları bölmək deməkdir.
Platona görə düzgün həyatyın nə olduğunu anladıqları zaman pis əməllərə heç vaxt yol verməyəcəklər. Platona görə prinsipcə hamı üçün yalnız düzgün bir həyat mövcuddur, o da xeyirxahlıqdır. O insanın arzu və istəklərindən, rəyindən asılı olmayan bir şeydir.
Aristotel isə belə hesab edirdi ki, “Həyat hərəkət deməkdir, su da axmayanda iylənir”.
Orta əsrlər fəlsəfəsi yaşamağın mənasını Allahın seyr edilməsində, onun dərk olunmasında görürdü. Bu dövrdə həyat haqqında hər bir ideya və təsəvvür ilahiyyatın kənizinə çevrilmişdi.
Dostları ilə paylaş: |