: posttravmatik stress, travmatik situasiya, psixososial model, neqativ stressor.
Ключевые слова: посттравматический стресс, травматическая ситуация, психосоциальная модел, негативный стрессор.
Keywords: post – traumatic stress, traumatic situation, psycho-social model, negative stressor.
Posttravmatik stress sahəsində aparılan araşdırmaların retrospektiv təhlilindən aydın olur ki, bu araşdırmalar stress tədqiqatlarından asılı olmayaraq aparılmışdır. İndiyə qədər də bu iki sahənin müəyyən edilmiş ümumi xüsusiyyətləri çox azdır. Hal - hazırda posttravmatik stressin etiologiyası, yaranma mexanizmi və inkişafında vahid qəbul edilmiş nəzəri konsepsiyada mövcud deyildir. Lakin çoxillik tədqiqatlar nəticəsində bir sıra nəzəri modellər işlənib hazırlanmışdır.
Tədqiqatlar göstərmişdir ki, ekstremal situasiyadan çıxış yolları, posttravmatik stress vəziyyətinin aradan qaldırılması üsulları (travma haqqında istənilən xatirələrdən qaçış, işə qapılma) və sonrakı adaptasiyanın uğurlu olması vasitələri arasında sıx əlaqə mövcuddur. Müəyyən edilmişdir ki, burada iki strategiya daha effektivdir [2]:
1) travmatik situasiyanı təhlil etmək və həmin hadisəni tam dərk etmək üçün xatirələrə məqsədyönlü qayıdış;
2) travmadan zərərçəkmiş şəxsin hadisəni dərk etməsi.
Posttravmatik stress travmatik situasiya nəticəsində yaranır. Travmatik situasiya – şəxsiyyətə güclü mənfi təsir göstərən ekstremal hadisədir. Bu situasiyalar açıq və şiddətli təhlükə hesab edilir və gözlənilməz mənfi təsirin doğura biləcəyi fəsadların öhdəsindən gəlmək üçün insandan fövqəladə qüvvə tələb edir. Travmatik situasiyada insan özü və ya onun əhatəsində olan insanlar həyati təhlükə ilə qarşı qarşıya gəlir, ekstremal, intensiv, güclü təsirə məruz qalırlar. Bu isə təsadüfi deyildir, çünki travmatik situasiyalar güclü neqativ stressorlar sırasına aid olmaqla, insanda onun imkanları ilə üst-üstə düşməyən həddə ciddi gərginlik vəziyyəti yarada bilir [1].
Posttravmatik stressin yaranması üçün psixotravmatik situasiyanın intensivliyi ilk amildir. Digər risk amillərinə aşağı təhsil səviyyəsini, pis sosial vəziyyəti, xroniki stressi, travmatik hadisədən öncə olan psixiatrik problemləri, psixiatrik pozuntulardan əziyyət çəkən qohumların olmasını və s. aid etmək olar. Bundan əlavə, posttravmatik stressin yaranmasına səbəb olan amillərə xarakterin aksentuasiyasını, sosiopatik pozuntuları, intellektual inkişafın aşağı səviyyəsini, alkoqol və ya narkotik asılılığın olması kimi insanın şəxsi keyfiyyətlərini daxil edirlər.
Posttravmatik stressin müvəffəqiyyətlə aradan qaldırılmasında sosial şərait, xüsusilə ətrafdakıların sosial dəstək amili çox böyük məna kəsb edir. Bu mövqe “psixososial” model adını almışdır.
Psixososial yanaşmaya əsasən travmaya reaksiya modeli çoxamillidir. Nəzərə almaq lazımdır ki, hər bir amil stress reaksiyasının inkişafına səbəb olur. Qorovitsinin təklif etdiyi informasiya modeli posttravmatik stressin əsasını təşkil edir.
Qorovits tərəfindən işlənib hazırlanmış bu modeldə posttravmatik stressin koqnitiv, psixoanalitik və psixofizioloji modellərinin sintezinə cəhd göstərilmişdir. Stress – əsas hissəsi koqnitiv sxemlərlə uzlaşmayan daxili və xarici informasiya kütləsidir [4]. Bu zaman informasiya yüklənməsi baş verir. İşlənilməmiş informasiya şüurdan şüursuzluğa keçirilir, lakin aktiv formada saxlanılır. Ağrıdan qaçmaq prinsipinə tabe olaraq insan informasiyanı qeyri-şüuri formada saxlamağa meyl göstərir. Bəzən informasiya emalı prosesində travmatik informasiya şüurlu hala keçə bilir. İnformasiya emalının sonunda travma artıq aktiv vəziyyətdə olmur. Psixoloji, eləcə də bioloji amil bu dinamikaya daxil edilirlər. Bu növ reaksiya vermə fenomeni – şoka salan informasiyaya normal reaksiyadır.
Nə üçün travmaya məruz qalmış insanların bəzilərində posttravmatik stressin psixoloji simptomları təzahür edir? Bu suala cavab vermək üçün posttravmatik stressin əmələ gəlməsinə gətirib çıxaran üç qrup amillər müəyyən edilmişdir [5]:
-
travmatik hadisə ilə bağlı amillər: travmanın ağırlığı, ona nəzarətsizlik, gözlənilməzlik;
-
müdafiə amilləri: baş vermiş hadisəni dərk etmək qabiliyyəti, sosial dəstəyin olması, özünü ələ almaq bacarığı;
-
risk amilləri: travma zamanı yaş, keçmiş mənfi təcrübə, anamnezdə psixi pozuntular, intellektin və sosial – iqtisadi vəziyyətin aşağı səviyyədə olması.
Bununla bərabər psixososial yanaşmanın tərəfdarları ətraf mühit amillərinin qeyd edilməsinin zəruriliyini də vurğulayırlar. Bundan başqa, hətta bəzi müəlliflər sosial dəstək amillərini, dini etiqadı, demoqrafik amilləri, mədəni xüsusiyyətləri, əlavə stressin olub olmadığının nəzərə alınmasını vacib hesab edirlər. Heç şübhəsiz ki, bütün bunlar posttravmatik stressin şiddətinə, sürəkliliyinə, onun nəticələrinin xarakterinə bu və ya digər dərəcədə təsir göstərir. Təbii ki, burada digər şərtlər də az rol oynamır və bu baxımdan posttravmatik stressi intensivləşdirən bir neçə məqamı da qeyd etmək yerinə düşərdi. Bunlar aşağıdakılardır [3]:
-
situasiyanın nə dərəcədə təhlükəli olaraq qavranılması;
-
həyati təhlükənin nə dərəcədə obyektiv olması;
-
subyektin faciəvi hadisəyə yaxın olub olmaması (o, fiziki olaraq zərər çəkməyə, lakin qəzanın nəticələrini, qurbanların cəsədlərini görə bilər);
-
insana yaxın olan şəxslərin faciəvi hadisəyə nə dərəcədə cəlb olunması, onların zərər çəkib çəkməməsi, göstərdikləri reaksiya və s.
Bu xüsusilə uşaqlar üçün əhəmiyyətlidir. Əgər valideynlər baş vermiş hadisəni çox ağır hadisə kimi qavrayır və buna vahiməli reaksiya verirlərsə, psixoloji cəhətdən uşaq özünü təhlükəsiz hiss etmir.
Posttravmatik stressin psixososial modelinin bir sıra nöqsanları olmasına baxmayaraq, ətraf mühit amilinin buraya daxil edilməsi fərdi fərqləri ayırmağa imkan verir. Lakin bununla belə psixi travmaya məruz qalmış insanların əvvəlki vəziyyətə qayıtması və adaptasiya prosesinin nisbətən ağrılı keçməməsi üçün bir sıra sosial amillərin nəzərə alınması vacibdir. Adətən belə sosial amillər sırasına aşağıdakıları aid edirlər: travmanın fiziki izlərinin olub olmaması, maddi vəziyyətin sabit olub olmaması, keçmiş sosial statusun saxlanıb saxlanılmaması, cəmiyyət tərəfindən xüsusilə yaxın insanlardan sosial dəstəyin olub olmaması və s.
Bununla belə, sosial dəstək ən vacib amil hesab olunur. Bəzi hallarda bu amillərin nəzərə alınmaması ilə rastlaşırlar ki, bu da yol verilən deyil. Məsələn, müharibədə olmuş insanlara münasibətdə onların sosial əhatəsindəki insanların göstərdiyi neqativ reaksiyaların yaratdığı bəzi stressogen situasiyalar müəyyən edilmişdir: hərbi təcrübəsi olan insan cəmiyyətə lazım deyil; müharibə və onun iştirakçıları heç kəs tərəfindən tanınmırlar; müharibədə olan və olmayan insanlar arasında qarşılıqlı anlaşma mövcud deyil; cəmiyyət veteranlarda günahkarlıq hissini formalaşdırır və s. [6].
Bütün bunlar travmatik stress vəziyyətinin yaşanmasının gedişində dəstək zamanı, eləcə də cəmiyyət tərəfindən yardım və anlaşmanın olmadığı hallarda posttravmatik stressin formalaşmasında sosial amillərin obyektiv olaraq çox vacib rolunu təsdiq edir.
Qeyd etmək lazımdır ki, tez-tez posttravmatik stressin subyektləri ikinci sarsıntını qohumların, ətrafdakı insanların, tibb heyətinin və sosial işçilərin travma keçirmiş insanların qarşılaşdıqları problemlərə mənfi reaksiyaları nəticəsində keçirirlər.
İnsanların psixi travma almış şəxsə mənfi reaksiyaları travma faktını, travma ilə insanın iztirabları arasında əlaqəni inkar etməkdə, zərərçəkmişə neqativ münasibətdə və onu günahlandırmaqda, kömək etməməkdə təzahür edir.
Bəzi hallarda zərərçəkmişlərə hiperhimayə göstərilir və onları ətraf mühitdən təcrid edirlər. Nəticədə reabilitasiya və readaptasiyada bir sıra çətinlik yaranır.
Beləliklə, posttravmatik stressin inkişafı və gedişi üçün sonrakı ikinci dərəcəli amillər də xüsusi əhəmiyyət kəsb edir. Onların arasında sosial (sosial – psixoloji) amillər kompleksi aparıcı yeri tutur. Belə ki, çox vaxt insana travmadan sonra baş verən hadisələr travmanın özündən daha güclü təsir göstərir. Posttravmatik stressə məruz qalmış insanlara psixoloji xidmətin göstərilməsində bütün bunların nəzərə alınması olduqca vacib məsələdir. Aparılan tədqiqatlar və eləcə də bu istiqamətdə praktikada rast gəldiyimiz hallar, eləcə də müşahidələrimiz posttravmatik stressin inkişafının profilaktikası və onun gedişini yüngülləşdirmək üçün ilk olaraq istiqamətlərdə müəyyən işlərin həyata keçirilməsini tələb edir: zərərçəkmişə yaşantılarını bölüşməyə imkan verən psixososial terapiya; erkən və uzunmüddətli sosial dəstək; zərərçəkmişin reabilitasiyası, readaptasiyası və psixoloji təhlükəsizlik hissinin aşılanması; zərərçəkmişin onun kimi psixoloji travma almış insanlarla birgə psixoterapevtik işdə iştirakı; təkrar travmanın olmaması və s.
ƏDƏBIYYAT
-
Cavadov R. Ə., Tağıyeva G. B. Ekstremal şəraitlərdə psixoloji xidmət, Bakı, 2006, 259 s.
-
Гринберг Дж. Управление стрессом, СПб, 2002, 496 с.
-
Малкина-Пых И. Г. Экстремальные ситуации, Москва, 2005, 960 с.
-
Словарь психолога-практика/Сост. С. Ю. Головин. 2-е изд, Минск, 2003, 976 с.
-
Тарабрина Н. В. Практикум по психологии посттравматического стресса, СПб, 2001, 272 с.
-
Черепанова Е.М. Психологический стресс, Москва, 1996, 96 с.
Резюме
Статья посвящена изучению психосоциальной модели посттравматического стресса. При оказании психологической помощи людям, побывавшим в экстремальных ситуациях, следует принять во внимание одно очень важное положение – настоящее бедствие наступает тогда, когда кончается действие стихии и начинается оказание помощи пострадавшим. Важное значение для развития и течения посттравматического стресса имеют вторичные факторы, среди которых комплекс социальных (социально-психологических) факторов занимает, ведущее место, так как нередко то, что происходит с человеком после травмы, воздействует на него даже сильнее, чем сама травма.
Resume
The article is devoted to studying of theoretical models of a post-traumatic stress. When rendering a psychological assistance to the people who have visited extreme situations, it is necessary to take into consideration one very important situation – the real disaster comes when action of elements comes to an end and assistance by the victim begins. Importance for development and the course of a post-traumatic stress secondary factors among which the complex of social (social and psychological) factors borrows, have a leading place as that occurs to the person after a trauma is frequent, the trauma influences it even more strongly, than.
DUYĞU VƏ QAVRAYIŞIN ŞAHİD İFADƏLƏRİNİN FORMALAŞMASINDA ROLU
Psixologiya üzrə fəlsəfə doktoru Y.Ə.Vəliyeva
Psixologiya üzrə əlsəfə doktoru E. Ə.Əhmədova
Şahid ifadələrinin formalaşması məhkəmə psixologiyasının böyük praktik əhəmiyyətə mailk olan məsələlərindən biridir. Hüquq ədəbiyyatında şahid ifadələrinin formalaşması prosesinin müxtəlif mərhələləri ayırd edilir. Şahid ifadələrini «üç psixoloji prosesin məhsulu» kimi xarakterizə edilir. Bu proseslər aşağıdakılardan ibarətdir:
-
müəyyən faktı şahidin qavraması;
-
qavranılmış faktı şahidin yadda saxlaması;
-
dindirmə zamanı şahidin həmin faktı canlandırması, yaxud yada salması.
Bir sıra hallarda, məsələn, avtomaşının zərbəsi, bıçaq zərbəsi və ya başqa predmetlərin zərbəsi nəticəsində şüurunu itirmiş zərərçəkənin dindirilməsi zamanı ifadələrin formalaşması məhz duyğu mərhələsindən başlayır. Bu zaman zərərçəkən öz qavrayışı haqqında deyil, yalnız duyğuları haqqında şahidlik edə bilər. Bu cəhəti nəzərə alan müstəntiq zərərçəkənin duyğularını bütün təfərruatı ilə ilə aydınlaşdırır. Həsasslıq bir sıra amillərdən ( müvafiq şəraitdə qalma müddəti, bir sıra qıcıqlayıcıların təsiri, insanın təcrübəsi, fizioloji halətləri və s.) aslıdır.
Təcrübə göstərir ki, duyğu mərhələsinin ayırd edilməsi zərərçəkənin ifadələrini düzgün təhlil etmək üçün xüsusi əhəmiyyətə malikdir. Müstəntiq və hakimlər qavaryışın düzgünlüyünü təhlil etdikləri bütün hallarada, xüsusilə qavrama imkanlarının, ümumiyyətlə, şübhəli olduğunu nəzərə alaraq dindirilənin duyğuları ilə maraqlanırlar.
Bəzən müstəntiq eyni bir hadisənin iki şahidin müxtəlif ifadələrinə heç bir əsas olmadan şübhə ilə yanaşa bilər; əgər şahidlərdən birincisi qaranlığa tamamilə alışmış, ikincisi isə həmin şəraitdə cəmi bir neçə saniyə olmuşdursa, o zaman aydın məsələdir ki, ikinci şahidin verdiyi ifadə dəqiq və tam olmayacaqdır. Bu isə onun ifadəsinə şübhə ilə yanaşmaq üçün əsas ola bilməz. İyə (məsələn qaz iyinə) alışma qəza şəraitində qeyri-cinayətkarcasına hərəkətsizliklə nəticələnə bilər.
Müxtəlif qavrayış tipləri - sintetik, analitik, qarışıq, obyektiv və subyektiv tiplər fərqləndirilir.
Şahidin qavrayış tipi onun ifadələrində də öz əksini tapır. Sintetik qavrayış tipinə mənsub olan şahid təfərruata diqqət yetirmir. Analitik qavrayış tipinə mənsub olan şahid isə daha çox təfərruatı ayırd edir. Qarışıq qavrayış tipi isə analitik-sintetik qavrayış tipi kimi onların hər ikisi üçün səciyyəvi olan xüsusiyyətlərlə fərqlənir.
Obyektiv qavrayış tipinə mənsub olan şahid qavradığı cisim və hadisələri olduğu kimi, heç bir əlavə etmədən təsvir edir. Subyektiv qavrayış tipinə mənsub olan şahid isə, əksinə, ifadə verərkən cisim və hadisələri qavradığı zaman keçirdiyi hisslərə, aldığı təəsürata, özünün münasibətlərinə xüsusi diqqət yetirir. Bunun da nəticəsində hətta bəzən şahidlik vəzifəsinin vicdanla yerinə yetirən və istintaqa həqiqətən kömək etmək arzusunda olan şəxslər belə qavradıqları hadisələr haqqında istintaqa düzgün olmayan, birtərəfli və ya səthi məlumat verirlər. Onu da qeyd etmək lazımdır ki, obyektiv qavrayış tipinə mənsub olan şahidlərin də ifadələrində müəyyən hökm və əqli nəticələrə təsadüf olunur.
Beləliklə də biz şahid ifadələrinin formalaşmasını psixoloji planda aydınlaşdırmağa çalışdıq. Burada əsas diqqəti şahid ifadələrinin formalaşmasında duyğu və qavrayışın roluna həsr etdik. Şahidlə kontakt yaradarkən, onun ifadələrini təhlil edərkən və qiymətəlndirərkən, unudulmuş cəhətlərin hafizədə bərpa olunmasına kömək göstərərkən həmin psixoloji qanunauyğunluqların nəzərə alınması zəruridir.
ƏDƏBİYYAT
-
Əliyev B.H. Cinayət və mülki prosesdə məhkəmə psixoloji ekspertizası problemləri. Bakı, Azərnəşr, 1996, 200s.
-
Əliyev B.H. Məhkəmə psixoloji ekspertizası. Bakı, BDU, 1994, 83s.
EMOSİONAL İNTELLEKT ANLAYIŞININ PSİXOLOJİ MAHİYYƏTİ
Mehdiyeva Gülnar Vahid qızı
ADPU-nun II kurs magistrantı
Açar sözlər:özünüdərk, hissləri idarə edə bilmə, özünü hərəkətə keçirmə, empatiya, münasibətləri idarə edə bilmə.
Key words:self-consciousness, mastery over feelings, self-propulsion, empathy, ability to manage relations.
Ключевые слова:самоосознание,чувства, умение контролировать, мобилизовать себя, эмпатия, управление взаимоотношениями.
İntellekt - məlumat əldə etmə, öyrənmə və problem həll etməyə imkan yaradan şüuri bacarıqlar kompleksi kimi təyin olunur. Ümumi intellekt bir-biri ilə zəncir kimi əlaqəli olan zehni bacarıqlardan ibarət qavrayışı ifadə edir. Bir başqa mənada isə intellekt “fikirlərini şüuri olaraq yeni bir işə istiqamətlənə bilmə bacarığı, həyatın gətirdiyi yeni məsuliyyət və tələblərə zehni olaraq uyğunlaşa bilmə vəziyyətidir”.
IQ (zehni intellekt) dərəcəsi yaxşıdır, amma IQ dərəcəsinin çox yüksək olmasına baxmayaraq şəxsi ya da iş həyatında müvəffəqiyyətli olmayan insanlar da vardır. Bu cür insanlar başqa insanlarla konfiliktdə olur və müvəffəqiyyətdən uzaqlaşırlar. Çox vaxt da bunun nə üçün belə olduğunu başa düşə bilmirlər. Bunun yeganə bir səbəbi vardır – EQ (emosional intellekt) baxımından zəifdirlər.
Emosional intellekt zaman qədər qədimdir. 1920-ci ildə Amerikalı psixoloq Edvard Torondayk “Sosial intellekt” anlayışını irəli sürdü. Daha sonra bu mövzudakı emosional faktorlar IQ testlərinin atası sayılan Devid Veçsler tərəfindən kəşf edildi. (3.29-31)
İntellekt əvvəllər tək bir faktor ilə izah olunduğu halda daha sonralar birdən çox faktor ilə izah olunmağa başlamışdır. Bir vaxtlar sadəcə olaraq ədədi və şifahi sahədəki bacarıqlar intellekt kimi qəbul edildiyi halda, daha sonralar intellektin tək bir sahəyə aid edilə bilinməyəcəyi, fərqli intellekt sahələrinin qəbul edildiyi çoxlu intellekt tərifinə daha çox etibar edilməyə başlanıldı. İntellektin ölçülməsi isə daha problemli bir mövzudur.
Ancaq intellekt deyiləndə ağla ilk olaraq IQ-Akademik İntellekt (şüuri intellekt) gəlir. Bu ölçülə bilən, şəxsi intellektdir. Hər insanın öz IQ-sü vardır. Daha çox istifadə edilən Stanfort-Binet testinə görə IQ-nü ölçmək mümkündür. Buna görə 80-90 intellekt göstəricisinə malik olanlar ancaq ibtidai təhsil ala bilir. 90-110 arasındakılar kollec təhsilini müvəffəqiyyətlə başa çatdıra bilərlər. Universitetdə oxuyanlar ümumilikdə 110 intellekt göstəricisindən çox olan insanlardır. İntellekt göstəricisi 130 və daha çox olanlar üstün intellektli şəxslər kimi qəbul olunurlar. (3.35)
IQ-Akademik intellekt bütöv bir intellekti göstərir (riyaziyyat, fizika və s.). Ancaq çoxlu intellekt nəzəriyyəsi müzakirə olunduqda 1995-ci ildən sonrakı dövrlərdə yeni bir anlayış ortaya çıxdı.
Emosional intellekt anlayışı psixologiyaya H. Qardnerin, P. Saloveyin və C. Mayerin 1980-ci illərdə apardıqları tədqiqatlarla daxil oldu. Lakin emosional intellekt nəzəriyyəsi Daniel Qolemanın “Emotional İntelligence” (1995) adlı kitabının nəşrindən sonra populyarlaşdı. Ümumi şəkildə emosional intellekti H. Qardnerin nəzəriyyəsindəki interpersonal və intrapersonal intellektlərin cəmi kimi, başqa sözlə, insanın özünü və başqalarını başa düşmək qabiliyyəti kimi izah etmək olar.
Salovey və Mayerə görə emosional intellekt "özünün və başqalarının hisslərinə və emosiyalarına diqqət edərək onları bir-birindən fərqləndirmək və bu informasiyadan istifadə edərək öz düşüncəsini və hərəkətlərini idarə etmək qabiliyyətidir."
D. Qolemanagörəemosionalintellektəaşağıdakısahələrdaxildir:
Özünüdərketmə – özemosiyalarını dərketmə və onları qiymətləndirmə qabiliyyəti, özünəinam;
Özünüidarəetmə – özemosiyalarını idarəetmə, etibarlılıq, uyğunlaşa bilmək və optimist düşünə bilmək qabiliyyətləri;
Özünü motivasiya etmə - emosiya və impulsları idarə edərək özünü hərəkətə keçirmə;
Sosial həssaslıq – empatiya, təşkilat daxilində başqalarına qarşı diqqətlilik; (4.81)
Münasibətlərin idarə edilməsi – ruhlandırıcı rəhbərlik, təsiretmə, başqalarının inkişafına səbəb olma, müsbət dəyişikliklərə səbəb olma, konfliktlərin idarə edilməsi, kollektiv iş görmə qabiliyyəti.
Aparılan tədqiqatlar işə qəbul olunarkən IQ-nün çox vacib olduğunu ancaq işdə təltif edərkən EQ-nün vacibliyinin ortaya çıxdığını göstərir. İstər həyatdakı müvəffəqiyyətdə, istərsədə sosial müvəffəqiyyətdə bu nisbətin 20%-i IQ, 80%-nin isə EQ olduğu müəyyən olunmuşdur. Başqa sözlə: “şəxsi intellekt=IQ+EQ” nün dəyişik nisbətlərdə məcmusudur.
Beləliklə “emosional intellekt” nədir? Emosional intellekt - özümüzü və ətrafımızdakıları idarə edə bilməyi asanlaşdıran, hisslərimizi dərk etmə, anlama və təsirli şəkildə istifadə edə bilmə bacarığıdır.
Özümüzü hərəkətə keçirə bilmə, maneələrə baxmayaraq yoluna davam edə bilmə, impulsları nəzarətdə saxlama. əhval-ruhiyyəni nizamlama, sıxıntıların fikirləşməyə mane olmasına yol verməmə, özünü başqasının yerinə qoya bilmə və ümid bəsləmə kimi xarakterizə edilən emosional intellekt IQ-nün əksinə olaraq yeni qavrayışdır. Həyatda insanlar arasındakı fərqliliklərin nə dərəcədə bundan qaynaqlandığını söyləmək çox çətindir. Ancaq əldə edilmiş məlumatlar olduqca güclü, hətta yeri gəldikdə IQ-dən də güclü bir təyinedici olduğunu göstərir. IQ-nün təhsil və həyat təcrübələri ilə dəyişilə bilməyəcəyi qeyd edildiyi halda emosional intellektin inkişaf etdirilə biləcəyi qəbul edilir.
“Emosional intellekt” bir meqa qabilliyyətdir. Yəni xam intellekt də daxil olmaqla mövcud olan digər qabiliyyətlərimizdən nə qədər yaxşı istifadə edə biləcəyimizin göstəricisidir.
IQ-nün tərifi məhdud dil və riyazi qabiliyyətlərin təsiri altındadır. İnsanın ancaq bir şagird və təhsil üzvü olaraq müvəffəqiyyətini göstərir. Həyat yolu akademik dünyadan uzaqlaşdıqca bu təqribi qabiliyyətlərin zəiflədiyi bir reallıqdır.
Emosional intellekt beş əsas başlıq altında birləşir:
1.Özünüdərk: özünü tanımaq hər hansı bir hiss keçirərkən onu dərk edə bilmə emosional intellektin özəyidir. Real hisslərimizi dərk edə bilməmək bizi onların insafına buraxır. Hisslərini dərk edən insanlar həyatlarını daha yaxşı idarə etməklə, kiminlə evlənəcəklərindən tutmuş hansı işə girəcəklərinə qədər şəxsi qərar vermək lazım olan məsələlərdənə fikirləşdiklərini çox yaxşı bilirlər. (1.62)
2.Hissləri idarə edə bilmə: hissləri uyğun şəkildə idarə edə bilmək qabiliyyəti özünüdərk əsasında inkişaf edir. Özünü sakitləşdirmə, hədsiz qayğılardan, pessimizm, küsəyənlikdən xilas olma bacarığı bu qavrayış daxilində qiymətləndirilir. Bu qabiliyyəti zəif olan insanlar sıx-sıx narahatlıqla mübarizə apardıqları halda, qüvvətli olanlar həyatın xoşagəlməz sürprizləri və tərslikləri ilə qarşılaşdıqdan sonra özlərini daha asan ələ ala bilirlər. Müvəffəqiyyətli lider müvəffəqiyyətsizliklə rastlaşdıqda məntiqli və soyuqqanlı davranaraq yaradıcı həll yolları tapır. (2.12)
Çin atalar sözündə belə deyilir: “çox sevincli anınızda heç kimə bir şey vəd etməyin, çünki peşmanlıq keçirə bilərsiniz, çox qəzəbli anınızda heç kimə cavab verməyin, o dəqiqə reaksiya göstərməyin, sonra üzülə bilərsiniz”.
3.Özünü hərəkətə keçirmək (motivasiya): hissləri bir məqsəd istiqamətində birləşdirə bilmək, diqqətli olma, özünü hərəkətə keçirə bilmə, özünə hakim ola bilmə və yaradıcılıq üçün çox vacibdir. Emosional özünə nəzarət, nəfsə hakim olma və fövri davranışları zəbt edə bilmə hər uğurun arxasında duran amildir. Duyğularımız - fikirləşmək və planlaşdırmaq, uzaq hədəflərə doğru istiqamətlənmək, problemləri həll etmək kimi qabiliyyətlərimizə ya mane olur, ya da gücləndirir. Bundan başqa anadan gəlmə şüuri qabiliyyətlərimizdən istifadə etmə bacarığının sərhədlərini müəyyən edərək həyatda nələr edə biləcəklərimizi müəyyənləşdirir. Buna görə də emosional intellekt sözün əsl mənasında təməl bir qabiliyyətdir və digər bütün qabiliyyətlərimizə dərindəntəsir göstərən bir gücdür. Motivasiyanın kənardan gözlənilməsi həyatda uğur qazanılması istiqamətində ən böyük təhlükədir. Motivasiyanın təməlində - ümid bəsləmək, əhvalı pozmamaq, səbrlə səy göstərmək durur. Edisson kəşfini 1000 təcrübədən sonra əldə etdi. O, 999 uğursuz təcrübəni 1000-ci təcrübənin təlimi olaraq xarakterizə etmişdir.
İnsanın özünü və birlikdə işlədiyi insanları uğura fokuslayaraq motivasiya edə bilməsi emosional intellekt sahibi liderlərə aid bir xüsusiyyətdir.
4.Empatiya (başqalarının hisslərini anlama): emosional özünüdərk əsasında bacarıqdır. Empatiyanın əsası özünüdərkdir. Duyğular nə qədər aydındırsa, hissləri müəyyən etməyi bir o qədər yaxşı bacarırıq. Özünün nə hiss etdiyi barəsində heç bir fikri olmayanlar ətrafdakı insanların nə hiss etdiyini anlamaqda tamamilə acizdirlər.Çünki qayğının,şəfqətin özəyi olan emosional ahəng empatiya bacarığından qaynaqlanır. Başqalarının hisslərini anlamaq, onları idarə edə bilmək ancaq empatiya yolu ilə mümkün ola bilər. Başqalarını anlaya bilmək mühakiməsiz və müdafiəsiz dinləməkdən başlayır. Qarşı tərəfin onun hisslərini anladığımızı hiss etməsi, buna inanması kifayətdir.
Empatiya başqalarının fikir və hisslərini anlamağa çalışmaq, rəftarlarını onların ruhi vəziyyətlərinə görə müəyyənləşdirmə bacarığıdır. (2.13)
5.Münasibətləri idarə edə bilmək: münasibət qurma sənəti yüksək səviyyədə başqalarının hisslərini idarə etmə bacarığıdır. Bu sosial bacarıq liderliyin əsas şərtidir və 4 ayrı bacarıqdan ibarətdir.
-
Qrupları təşkil edə bilmə - liderliyin başlıca bacarığı təşkilat daxilində insanları hərəkətə gətirib cəhdlərinin koordinasiyasını təşkil edir.
-
Müzakirə edərək həll yolu tapma - münaqişələrin qarşısını alan, ya da alovlanan anlaşılmazlıqlara çarə tapan ara düzəldənlərə xas bacarıqdır.
-
Şəxsi əlaqə - əlaqəyə girməyi ya da insanların hisslərini və maraqlarını dərk edib ona uyğun reaksiya verməyi asanlaşdırır.
-
Sosial analiz - insanların hisslərini, niyətlərini və problemlərini kəşf edə bilmə bacarığıdır.
Bir tam olaraq götürdükdə bu bacarıqlar şəxsiyyətlərarası münasibətlərin maneəsiz inkişafını təmin edən və cazibədarlığın, sosial uğurun, hətta xarizmanın lazımlı amilidir. Sosial əlaqə intellekti yüksək olan şəxslər insanlarla rahat münasibət quran, onların reaksiyalarını, hisslərini ağıllıcasına oxuyan, istiqamətləndirən, təşkil edən və insanı fəaliyyətə alovlandıra bilən münaqişələrin öhdəsindən gələn şəxslərdir.
Aparılan tədqiqatlara görə emosional intellekt məhrumluğu adamın ailə həyatından peşə müvəffəqiyyətinə, ictimai əlaqələrindən sağlamlıq vəziyyətinə qədər bir çox sahədə çox pis nəticələr doğura bilir. Ancaq D.Qolemana görə emosional intellekt doğuşdan gələn bir xüsusiyyət deyil. İnsan beyninin quruluşu səbəbindən uşaqlıqda alınan emosional dərslər həyat boyunca davranış tərzini təyin edir.
Emosional intellektli insanlar digər insanları olduğu kimi qəbul edib, onları dinləyib anladıqları üçün sevilirlər və yoldaşlıq əlaqələri daha güclü olur. Həyat yüksək bilikli amma müvəffəqiyyətsiz insanlarla doludur. Bu insanlar bilikləri yüksək olmasına baxmayaraq, reallığı dərk etməmiş və həyatda uduzmuşlardır. Məsələn, biliklərini tək cəmiyyəti tənqid etmək üçün istifadə etmiş və ya hər şeyi kiçik hesab etdiklərindən, ya da sadə gördüklərindən, mübarizə aparmamışlar, beləcə adi insanların əldə etdikləri bacarıq və nailiyyətə çata bilməmişlər. İnsanlarla yaxşı münasibət qura bilməmişlər, müəyyən bir hədəfə doğru getməmişlər, tənbəlliklərinin öhdəsindən gəlməyib və ya biliklərini lazımsız məqsədlər üçün istifadə ediblər. Bilik bir gücdür, istifadə edilməsə, ya da yaxşı bir məqsəd üçün istifadə edilməsə heç bir işə yaramaz .
Həyatda müvəffəqiyyətli olmaq üçün ağıllı olmaq bəs etməz, emosional intellektin də yüksək olması lazımdır.
ƏDƏBİYYAT
-
Gaye Özdemir Yaylacı, Kariyer yaşamında duygusal zeka ve iletişim yeteneği, Hayat yayıncılık, İstanbul, 2008, s. 60-71
-
Stefan Konrad, Claudia Hendl, Duygularla güçlenmek, Hayt yayınları, İstanbul, 2005, s. 11-13
-
Steven J.Stein, Howard E.Book, EQ Duygusal zeka ve başarının sırrı, Özgür yayınları, Ankara Cad.31∕2 Cağaloğlu-İstanbul, 2003, s. 32-38
-
Даниел Гоулман, Эмоциональный интеллект, Сбербанк. Москва 2011, 79-85
ПCИХОЛОГИЧЕСКАЯ СУЩНОСТЬ ПОНЯТИЯ ЭМОЦИОНАЛЬНОГО ИНТЕЛЛЕКТА
РЕЗЮМЕ
Эмоциональный интеллект - это умение мобилизовать себя, не смотря на препятствия продолжать свой путь, контролировать импульсы, регулирование настроения, не позволять проблемам мешать нам думать, уметь ставить себя на место других и надеяться.
THE PSYCHOLOGICAL ESSENCE OF THE CONCEPT OF EMOTIONAL INTELLIGENCE
SUMMARY
Emotional Quotient, which can be defined as self-propulsion, ability to go on despite hardships, postponing prediction by mastering over drives, adjusting the spiritual state, not allowing the problems to hinder thinking, empathy, and fostering hope.
KİÇİK MƏKTƏBLİLƏRDƏ MƏFHUMLARIN MƏNİMSƏNİLMƏSİNİN
PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
Zülfiyyə Əsgərova
Gəncə Dövlət Universiteti III kurs magistrantı
Bəşər tarixində təbiətin çoxsaylı, gizli, möcüzəli sirrlərinə aid kəşflər edilsə də hələ kainatda öz kəşfini, öz həllini gözləyən saysız problemlər mövcuddur. İnsan müasir dövrümüzdə də fasiləsiz olaraq həlli zəruri olan çoxsaylı məsələrlə, problemlərlə qarşılaşır. Təbii ki, öz həllini, kəşfini gözləyən bu rəngarəng problemlər insan təfəkkürünə, onun sosial təbiətinə yeni tələblər verir, qarşıya çıxan gözlənilməz problemlərin həlli üçün köhnə, əvvəlki biliklər azlıq edir. Çünki varlıq-kainat nəhayətsiz olduğu üçün onun öyrənilməsi, kəşfi də sonsuz və nəhayətsizdir.
Təfəkkür də bu sonsuzluğun dərinliklərinə, irəlini əvvəlcədən görməyə, nəhayətsiz naməlumları məluma yönəlmiş bir idrak prosesidir. Bildiyimiz kimi təfəkkür ali psixi fəaliyyətin insana məxsus forması olub,cisim və hadisələrin, onlar arasında əlaqə və qanunauyğunluqlarından əlaqəli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli qabiliyyət təşkil edir. Başqa sözlə təfəkkürü intellektin aktiv fəaliyyət forması da adlandırmaq olar. Duyğu, qavrama, təsəvvür proseslərindən fərqli olaraq təfəkkür prosesində insan faktları müqayisə edir, onların arasında əlaqələri,qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunun əsasında mühakimə yürüdür. Beləliklə, insanın psixologiyasıda təfəkkürün formalaşması, xüsusilə də məhfhumların mahiyyətini dərk etmək insanın həyat və fəaliyyətinin əsasını təşkil edir. Məfhumların məminsənilməsi lap kiçik yaşlardan başlayır.
Psixologiyada təfəkkür müxtəlif formaları təzahür edir. Bu formalar aşağıdakılardan ibarətdir : məfhum, hökm, əqli nəticə (istidlal)
Cisim və ya hadisələrin mühüm və özünəməxsus olan əlamət və keyfiyyətlərinin vəhdətindən ibarət olan təfəkkür formasına məfhum deyilir. Məsələn, “insan” məfhumu şüura malik olmaq, planlı işləmək, fikirləri nitq vasitəsilə ümumiləşdirmək kimi keyfiyyətləri özündə əks etdirir. Bu keyfiyyətlər bir vəhdət halında birləşib “insan” məfhumunu yaradır. Məfhumlar ümumi, fərdi, konkret və mücərrəd növlərdə ifadə olunur. Məsələn, “insan” məhfumu ümumi, “məhəbbət” məfhumu mücərrəd, “kitab” məhfumu konkret, “Əhməd” məfhumu digər yanaşmada fərdi, “əlifba kitabı” xüsusi səciyyə daşıyır. Məfhumlar qanunauyğun şəkildə birləşərək, hökm forması alırlar. Məfhumların məzmunu hökmlər vasitəsilə daha geniş ifadə olunur. Hökmlər cisim və hadisələr arasında qanunauyğun əlaqə və asılılıqların olub-olmamasını ifadə edən məfhumlara mürəkkəb təfəkkür formasıdır. Məsələn, “Qarabağ Azərbaycan Respublikasının ayrılmaz bir hissəsidir” hökmü Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq edir.
Məfhumlar çoxlu qarşılıqlı keçidlərlə təsəvvürlərlə bağlıdır və eyni zamanda ondan əhəmiyyətli dərəcədə fərqlənir. Onlar psixoloji ədəbiyyatda eyniləsdirilsələr də gercəkliyi inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir. Təsəvvürlər obrazlı-əyanidir, biləvasitə verilmiş informasiyanı qavrayışda inikas etdirir. Real təfəkkür proseslərində təsəvvür və anlayışlar bəzi vəhdlikdə verilir. Məhfum və təsəvvürlər çətinliklər zamanı xüsusi ilə aşkar bir yerdə verilir. Məhfumlar keyfiyyətcə təsəvvürlərdən fərqlidir,təsəvvürlər obrazlarla fərdi şüurda anlayışlar sözlərlə vasitəli yaranır və tarixi inkişafın məhsuludur.
Uşaqlar istər fiziki, istərsə də psixi cəhətdən inkişaf etdikcə cisim və hadisəllərin qeyri mühüm əlamətləri ilə mühüm əlamətləri öyrənməyə başlayır, onların lüğət ehtiyatı artır və bu əsasda çoxsaylı məfhumlara yiyələnirlər. Uşaqlar çox zaman bu mühüm əlamətin nədən ibarət olduğunu düzgün bilmir və buna görə də bir məhfumu başqa məfhumla qarışdırırlar. Məsələn, ana məfhumu haqqında uşağın biliyi ilə tanış olmaq üçün ona “Ana kimdir və ya ana nədir?”- suali verildikdə belə cavab alınır : “Ana mehribandır”, “Ana adamı çox istəyir”. Deməli, ana məfhumunun mühüm əlaməti uşağa aydın deyildir. Lakin onlar həyat təcrübəsi əldə etdikcə, biliklər sisteminə yiyələndikcə tədricən məfhumların mühüm əlamətləri ilə qeyri mühüm əlamətlərini fərqləndirməyi öyrənirlər. Uşaqlar məfhumlara yiyələnərkən, zahiri, bəzən də təsadüfi və daha aydın nəzərə çarpan əlamətlərə istinad etməkdən, onlarla əməliyyat aparmaqdan cisimlərin mühüm əlamətlərini aşkar etməyə, açmağa keçirlər. Bu isə uşaqların həyat təcrübəsinin artması və yaşına müvafiq biliklərə yiyələnmələri ilə bağlıdır.
Kiçik yaşlı məktəblilər ibtidai sinifləri əhatə edir. Bura 6-10 və ya 7-11 yaşa qədər uşaqlar daxildir. İbtidai sinif şagirdlərinin fizioloji, psixoloji və sosial inkişafı məktəbəqədər yaşlı uşaqların inkişafından xeyli dərəcədə fərqlənir.
Kiçik məktəblilərin özlərinə məxsus psixoloji xüsusiyyətləri vardır: bu yaşda qeyri-ixtiyari diqqət, mexaniki hafizə, konkret təfəkkür üstünlük təşkil edir. Onların nitq bacarığı da zəif olur. Çox vaxt şagirdlər mətnləri şer kimi əzbərləyir, mexaniki yadda saxlamağa çalışırlar. Bunun qarşısı alınmasa, onlarda əzbərçilik yarana bilər
Bu yaşda əsas fəaliyyət növü təlimdir: təlimdə uşaq biliklərə yiyələnir, tərbiyə olunur və psixi cəhətdən inkişaf edir. Müəllim şagirdlərə öz təlim əməklərini düzgün təşkil etməyə, öyrənmənin səmərəli yollarını öyrətməyə çalışmalıdır.
Kiçik yaşlı şagirdlərin psixi inkişafının da özünəməxsus keyfiyyətləri vardır. Bu yaş dövründə uşaqların iradi (ixtiyarı) diqqəti nisbətən zəif inkişaf etmiş olur. Onlar uzun müddət fikirlərini toplamaqda çətinlik çəkir, diqqətlərini iki iş üzərində bölə bilmirlər. Kiçik məktəblilərdə mexaniki hafizə qüvvətli olsa da, saxlanması yalniz mexaniki yolla deyil, həm də məntiqi yolla olur. Bu yaş dövrünü səciyyələndirən xüsusiyyətlərdən biri də onlarda təfəkkürün inkişafıdır. Şagirdlər ətraf aləmin hadisələrinin səbəb-nəticə əlaqələrinin mahiyyətinə dərindən nüfuz etməyi öyrənmədən əvvəl bu yaş dövründə təfəkkür məşqləri keçir. Bu məşqlər nəticəsində onlar əşya və hadisələrin mahiyyətini görürlər. Uşaqlar canlı obrazı əvvəlcə görür, sonar onu təsəvvür edir və təsəvvüründə yaradır. Bu isə yeni məhfumların öyrənilməsinə gətirib çıxarır. Yeni məfhumarın mahiyyətinin açıqlanması isə müəllimin köməyi ilə həyata keçirilir.
Təfəkkür sosiol cəhətdən şərtlənən psixi prosesdir. Hər bir fərdin təfəkkürü insanların ictimai-tarixi təcrübəsinə istinad edir: təfəkkür sayəsində fərdi təcrübə bəşəriyyətin əldə etdiyi zəngin bilik ehtiyatına qoşulur. Çünki əqli əməliyyatlar, proseslər, fəndlər və s cəmiyyət tarixinin inkişafında, ictimai-tarixi təcrübədə təşəkkül tapır. Odur ki, təfəkkür ali idrak prosesi kimi hadisələrin gələcək mənzərəsini verə bilər. Təfəkkür sayəsində insanın fikri prosesi bu gündən gələcəyə və ya əksinə gələcəkdən bu günə istiqamətində cərəyan edə bilər.
Kiçikyaşlı məktəblilər daim axtarışda olub bilmədiklərini öyrənməyə həvəs göstərirlər. Onlar ətraf aləm, təbiət, əmək, müxtəlif əşyalarla tanış olur, onların keyfiyyət və xüsusiyyətlərinə dair biliklərə yiyələnirlər. Əgər bu yaş dövründə təfəkkür və onun məfmumu düzgün dərk olunmasa, bu uşağın gələcək həyat və fəaliyyətində səriştəsizlik, çətin dərketmə kimi problemlərə gətirib çıxara bilər.
ƏDƏBİYYAT
-
Q.E.Əzimli “Yaş və pedaqoji psixologiyanın müasir problemləri” Bakı, 2008, 472 s.
-
Ə.Əlizadə, Ə. Bayramov “Ümumi psixologiya” Bakı, 2001, 415 s.
-
Ə. Qədirov “Yaş psixologiyası” Bakı, 2003, 350 s.
ЮНОСТЬ КАК ПЕРИОД АКТИВНОГО ФОРМИРОВАНИЯ
ЖИЗНЕННЫХ ПЛАНОВ.
Гурбанова М.Ф.
Магистрант III курса
Ключевые слова: юность, жизненные планы, профессиональное самоопределение, планирование семьи.
Açar sözlər: gənclik, həyat planları, peşə seçimi, ailə planlaşdırılması.
Key words: juvenility, life plans ,choice of profession ,family planning.
Юность – это период возрастного развития, характеризующийся активными изменениями во всех сферах личности, в ее мировоззрении и отношениях с окружающими, и разделяющийся на 2 этапа: ранняя юность – 15-17 лет и поздняя юность(молодость) – 18-23 года. Характерная черта юношеского возраста – формирование жизненных планов. С одной стороны, жизненный план-это процесс обобщения и укрупнения целей, которые ставит перед собой личность, интеграции и иерхаризации ее мотивов, становлении устойчивого ядра ценностных ориентаций, которые подчиняют себе частные, преходящие стремления. С другой стороны, идет процесс конкретизации и дифференциации мотивов и целей.
В первую очередь, создание жизненного плана для юноши – это выбор профессии, и это неслучайно: близость к завершению школы требует профессионального и личностного самоопределения, и юношеский возраст испокон веков был связан с поисками ответов на два вопроса: «каким быть?» (нравственно-личностный выбор) и «кем быть?» (профессиональный выбор). Оба эти процесса идут параллельно и взаимозависимо. Объединяющим их направлением развития является движение от детской зависимости к взрослой ответственности. Данные исследования, проведенного Т.В.Снегиревой указывают на отчетливую тенденцию, характерную для юности: сочетание критического отношения к себе в прошлом и устремленность в будущее.
Для юноши выбор профессии – это, в первую очередь ,моральная проблема. Помимо собственно интереса к определенной профессии, потребности в самоактуализации и самовыражении, выбор той или иной профессии молодым человеком зачастую определяется социальной престижностью данной профессии, образовательным уровнем и профессией родителей, материальным благосостоянием семьи. Большое значение имеет также предполагаемый уровень зарплаты, хотя с возрастом наблюдается тенденция к снижению данной зависимости.
Согласно Реану А.А. ,помимо выбора профессии, планирование жизненного пути юноши включает также создание семьи. Еще в ранней юности на основании их собственных наблюдений и выводов, у девушек и юношей создается представление о том, какой они хотели бы видеть свою семейную жизнь и в каком возрасте хотели бы создать семью. Согласно данным статистики, большинство браков заключается для девушек в возрасте 20-24 лет, а для юношей в возрасте 24 лет. Мотивация брака включает в себя по крайней мере 5 основных мотивов: любовь, духовную близость, материальный расчет, психологическое соответствие, моральные соображения.
Говоря о планировании семейной жизни, нельзя обойти вопрос планирования численности семьи, то есть рождения детей. Большинство молодых людей полагает, что обзаводиться детьми надо не ранее 24 лет.
Рассматривая формирование жизненных планов в период юности важно отметить также и то, какое воздействие оказывают на него семья и общество. Хотя детско-родительские связи в этом возрасте заметно ослабевают, влияние которое оказывают родители на формирование жизненного план юноши по-прежнему остается довольно велико. Это объясняется тем, что семья обычно служит моделью определенного образа жизни и является для человека источником важных жизненных ценностей и убеждений.
Литература:
-
Кон И.С. Психология ранней юности. М.: Просвещение, 1989.- 254 с.
-
Кон И.С. Психология юношеского возраста. М.:Просвещение, 1979. – 175 с.
-
Немов Р.С. Психология. В 3 кн. Кн. 2. Психология образования.— М.:Просвещение: ВЛАДОС, 2001. - 496 с.
-
Реан А.А. Психология человека от рождения до смерти. СПб.: ПРайм-Еврознак ,2002. – 656с.
JUVENILITY AS A PERIOD OF ACTIVE FORMATION
OF LIFE PLANS
Juvenility is a period spanning 16-24 years. Special characteristic of this age period is the creation of life plans. It includes the professional choice and family planning. A strong influence on the formation of the life plans of the young man has its own family.
GƏNCLIK HƏYAT PLANLARININ FƏAL
FORLAŞMASI DOVRÜ KIMI
Gənclik dövrü 15 - 24 yaş arasını əhatə edir. Həyat planlarının yaradılması – bu yaş dövrün əsas xüsusiyyətlərindən biridir. Buna peşə seçimi və ailə planlaşdırılması daxildir. Ailə, həyat dəyərlərinin mənbəyi olaraq, həyat planlarının formalaşmasına güclü təsir göstərir.
Dostları ilə paylaş: |