Fəsil 2. Mədəniyyət, kulturologiya, idarəetmə mədəniyyəti və
sosial-mədəni siyasət anlayışlarına müəllifin yanaşmaları
Metodologiya və metodlar
Kulturologiya anlayışı. Kulturologiyanın funksiyaları. Mədəniy-
yət anlayışı. Mədəniyyət - bütöv sosial sistem kimi. Mədəni insan for-
mulu. Mədəniyyətin inkişafının obyektiv-tarixi amilləri. Mədəniyyətin
effektivlik formulu. Mədəniyyətin faydalı iş əmsalı və entropiyası. So-
sial-mədəni tərəqqi formulu. İdarəetmənin effektivlik formulu. İdarə-
etmənin müvəffəqiyyət formulu. Demokratik idarəetmə effektivliyinin
tərkib hissələri. Demokratik idarəetmə vəzifələri. Demokratik idarə-
etmə effektivliyinin yüksəldilməsi şərtləri. Metodologiya və metodlar.
Sistemli kulturoloji təhlilin başlıca prinsipləri. Effektiv innovativ ida-
rəetmə modellərinin qurulması üçün “kulturoloji piramida” univer-
sal metodu. Milli və beynəlxalq sosial-mədəni siyasət.
Fuad Məmmədov
238
Kulturologiya anlayışı
Kulturologiya – insanın yaradıcı həyat fəaliyyəti haqqında, onun mahiyyəti,
xüsusiyyətləri, tarixi, nailiyyətləri, inkişaf qanunları, texnologiyaları və dəyiş-
dirici imkanlarını aşkarlayan elmdir. Bu - özünəməxsus çoxpilləli öyrənmə pi-
ramidasıdır ki, onun pillələri ilə qalxarkən, insan tədricən xüsusi elmi biliklərin
sahibi olur və indini pozitiv idarə etmək və dəyişmək, daha yaxşı gələcəyi gör-
mək və qurmaq bacarığını dəfələrlə artıran müdrikliyə yaxınlaşır. Bu - insanın
yaradıcı həyat fəaliyyətinin yaranmasını, inkişaf təcrübəsini və qanunauyğun-
luqlarını, vəhşilik, barbarlıq və sivilizasiya dövrünün minillikləri ərzində top-
lanmış ideologiyası, nailiyyətləri və üsullarını əks etdirən bir çox tarixi və nə-
zəri biliklərin elmi sintezatorudur.
Kulturologiya elm və tədris fənni kimi cəmiyyətin inkişafı üçün universal
strateji və konkret praktik əhəmiyyətə malikdir. Bu əhəmiyyət onunla şərtlənir
ki, kulturologiya müxtəlif sosial institutların və mədəniyyət sahələrinin təka-
mülünü onların tarixi qarşılıqlı əlaqəsində görmə qabiliyyətini aşkar edir və za-
manın tələblərindən asılı olaraq, bütövlükdə cəmiyyətin sosial sistem mədəniy-
yətinin effektiv inkişafı üçün taleyüklü əhəmiyyətə malik olan prioritetləri təs-
hih edərək, onları müəyyən etməyə imkan verir. Müasir elmin nailiyyətlərinə
istinad edərək, kulturologiya idarəetmə fəaliyyətinin strukturu və texnologiya-
larının təkmilləşdirilməsi məqsədi ilə cəmiyyətin inkişafının həm tələbatlarını,
həm tendensiyalarını düzgün qiymətləndirməyə imkan verir. Sistemli kulturo-
loji təhlil mədəni hadisələrin real həyat dialektikasından ayrılıqda ideoloji trak-
tovkası və abstrakt interpretasiya imkanını aradan qaldırır, onları real qiymət-
ləndirməyə, milli inkişaf tələbatları və maraqlarını, dünya sivilizasiyası tərəqqi-
sinin tarixi qanunauyğunluqları və tendensiyalarını nəzərə alaraq, cəmiyyətin
və dövlətin inkişafını effektiv idarə etməyə və düzgün qurmağa imkan verir.
Mədəniyyət tarixi qədim dövrlərdən bizim günlərədək dünya mədəniyyəti
və sivilizasiyasının təşəkkül və inkişaf tarixini əhatə edir. Buraya bəşəriyyətin
yaradıcı tarixinin bütün tarixi dövrlərinin tədqiqi, texnologiyalarının, inkişaf
qanunauyğunluqlarının təhlili, ən əhəmiyyətli nailiyyətlərin, görkəmli şəxsiy-
yətlərin lokal və dünya sivilizasiyasının inkişafına töhfəsinin aşkar edilməsi və
qiymətləndirilməsi daxildir.
Mədəniyyət nəzəriyyəsi mədəniyyətin metodologiyasını, mədəniyyət və si-
vilizasiyanın tarixi inkişaf təcrübəsinin elmi-nəzəri ümumiləşdirilməsini, mə-
dəni antropologiya, sosial antropologiya, etnologiya, mədəniyyətin fəlsəfəsi,
mədəniyyətin sosiologiyası, mədəniyyətin psixologiyası, mədəniyyətin teologi-
yası, mədəniyyətin sinergetikasını, sosial-mədəni inkişaf modelləri, layihələri
və texnologiyalarının işlənib hazırlanmasını, dünya mədəniyyəti və sivilizasi-
yasının gələcəyinin qurulmasını daxil edir.
İdarəetmə mədəniyyəti
239
Kulturologiyanın funksiyaları
Kulturologiyanın tədqiqat, maarifçilik, metodoloji, istehsal, ideoloji,
idarəçilik və quruculuq funksiyaları vardır.
Tədqiqat funksiyası - məkan və zaman daxilində tarixin, mədəniyyətin
və sivilizasiyanın nailiyyətlərinin dərk edilməsinə, təzahürlərin, hadisələrin,
faktların və insanın inkişaf proseslərinin mahiyyəti və xüsusiyyətlərinin
düzgün başa düşülməsinə imkan verən əsas qanunauyğunluqların kəşfi və
ruhi və maddi həyatın müxtəlif sahələrində daha effektiv həyat fəaliyyəti
texnologiyalarının aşkar edilməsidir.
Maarifçilik funksiyası - müxtəlif ixtisaslara, yaşa, cinsə və dinə malik
insanların təhsilinə və maariflənməsinə, yüksək ixtisaslı mütəxəssislərin ha-
zırlanmasına, cəmiyyətin müxtəlif ruhi və maddi mədəniyyət sahələri üçün
şəxsiyyətlərin və liderlərin formalaşdırılmasına imkan verən, dünya mədə-
niyyəti və sivilizasiyası inkişafının tarixi və nəzəriyyəsi sahəsində universal
biliklərin yayılmasına yardımdır.
Metodoloji funksiya - öyrənilən obyektlərin daha tam dərk edilməsinə, on-
ların təbiəti və inkişaf qanunlarının düzgün başa düşülməsinə, texnologiyaları-
nın dəyişdirilməsi və təkmilləşdirilməsinə, inkişafın alternativ modelləri və in-
novativ imkanlarının yaradılmasına imkan verən, sistemli kulturoloji yanaşma
prinsiplərinə əsaslanan metodologiya və metodların hazırlanmasıdır.
İstehsal funksiyası - bəşəriyyətin sosial-mədəni təcrübəsinin başa dü-
şülməsi, insanın, insan münasibətləri və beynəlxalq münasibətlər mədəniy-
yətinin təkmilləşdirilməsi, sosial və dövlət fəaliyyətinin, dövlət quruculuğu,
milli və beynəlxalq idarəetmənin müxtəlif sahələri üzrə mütəxəssislərin ha-
zırlığı üçün zəruri olan universal kulturoloji biliklərin istehsalıdır.
İdeoloji funksiya - dövlətin maraqlarına cavab verən, elmin ən yeni nai-
liyyətlərinə və milli mədəniyyət dəyərlərinə əsaslanan, insanların mənəvi,
hüquqi və estetik tərbiyəsinə, ictimai münasibətlərin tənzimlənməsinə, milli
inkişaf məqsədlərinə nail olunmasında əhalinin yüksək sosial fəallığı və
mobilliyinə yardım edən proqressiv ideologiyanın formalaşdırılmasıdır.
İdarəçilik funksiyası - insanların maddi rifahı və həyat keyfiyyətinin tə-
min edilməsinə, ictimai tərəqqiyə, daxili və beynəlxalq təhlükəsizliyə nail ol-
ma məqsədilə cəmiyyətin istehsal və sosial həyat fəaliyyətinin təşkil edilməsi
üzrə dövlət aparatının effektivliyinin yüksəldilməsinə imkan verən kulturolo-
ji idarəetmə texnologiyalarının yaradılması və təkmilləşdirilməsidir.
Quruculuq funksiyası - yoxsulluğun aradan qaldırılmasına, ekoloji təhlü-
kəsizlik və davamlı inkişafa nail olmağa yardım edən, əvvəlki nəsillərin təcrü-
bəsini, bəşəriyyətin müasir elmi və texnoloji nailiyyətlərini nəzərə alan, gələ-
Fuad Məmmədov
240
cəkdə milli və qlobal inkişafın kreativ ssenariləri və effektiv modellərinin yara-
dılmasıdır.
Mədəniyyət anlayışı
Mədəniyyət – ikinci süni təbiətdir, insanın ağlı, hissi və fiziki əməyi ilə
yaradılan bütün pozitivlərdir. Bununla yanaşı o, tarixi yaradıcı prosesdir,
xaos və cahillikdən – biliyə, nizama, inkişafa və rifaha doğru yoldur. Mədə-
niyyətin inkişafının əsasını təşkil edən əsas motiv - insan həyatının qorunub
saxlanması və yaxşılaşdırılması haqqında qayğıdır.
Rifahın texnoloji yüksəldilmə amili kimi, insanların ruhi və maddi tələ-
batlarının təmin edilməsi üçün lazım olan həyat fəaliyyəti və effektiv məh-
sul istehsalı texnoloğiyalarının yaradılmasına yönəldilmiş fəaliyyət kimi,
mədəniyyətin rolunu anlamaq, onun düzgün elmi dərkinə kömək edir.
Elmi anlamda mədəniyyət – üçlükdür: təbiətin, insanın özünün və cə-
miyyətin dərk edilməsi və dəyişdirilməsi prosesi, nəticədə yaradılan ruhi və
maddi dəyərlər və normalar, həmçinin onların istehsal, qorunma, istifadə və
translyasiya texnologiyaları.
Kontekstual anlamda mədəniyyət – hər hansı bir hadisənin, fəaliyyət sa-
həsinin, fərdi və sosial münasibətlərin və ya insanın özünün inkişaf səviy-
yəsinin keyfiyyət xarakteristikasıdır. Bu anlayış insanın, millətin, cəmiyyə-
tin və bütövlükdə bəşəriyyətin həyat fəaliyyətinin müxtəlif sahələrinə mü-
nasibətdə tətbiq edilə bilər.
Məhdud və adi anlamda mədəniyyət – bu, başlıca olaraq incəsənət, folk-
lor, ənənələr, mədəni irs, etik normalardır.
Mədəniyyət - bütöv sosial sistem kimi
Bədii şəkildə mədəniyyəti - cəm halında müasir cəmiyyətin sosial struk-
turunu təşkil edən, sosial institut və mədəniyyət hadisələrinin öz aralarında
qarşılıqlı əlaqəli üzvi şəkildə inkişaf etdiyi kürə kimi təsəvvür etmək olar.
Onlara aiddir: təhsil, maarif və tərbiyə; elm və texnologiyalar; iqtisadiyyat
və maliyyə vəsaitləri; ideologiya; təşkil etmə və idarə etmə; hüquq və qa-
nunvericilik; etika; bədii mədəniyyət (incəsənət) və mədəni irs
23
; həyat tər-
zi
24
; həyat təminedici sistemlər
25
;
informasiya və mətbuat; daxili və xarici
siyasət; beynəlxalq münasibətlər; din.
23
Ədəbiyyat və publisistika, musiqi incəsənəti, təsviri incəsənət, folklor incəsənəti,
dekorativ-tətbiqi incəsənət, teatr incəsənəti, kino incəsənəti, memarlıq incəsənəti, sirk
incəsənəti, zərgərlik işi, xalçaçılıq, dizayn, şifahi, yazılı və maddi mədəniyyət abidələri və s.
24
Dil, adətlər, ənənələr, din, etika, hüquq, əmək, məişət, istirahət və əyləncə, davranış,
idman məşğələləri, hobbi, sosial-mədəni həyatda iştirak.
İdarəetmə mədəniyyəti
241
Mədəni insan formulu
Hər bir ölkənin başlıca milli sərvəti insanlardır. Bu sərvətin dəyəri, stra-
teji resurs olan, son nəticədə, sivil dövlətin tərəqqisi, qüdrəti və rəqabət qa-
biliyyətliliyinin asılı olduğu mədəni insanların kəmiyyəti və keyfiyyəti ilə
müəyyən edilir. Şəxsiyyətin mədəni keyfiyyətləri nə qədər yüksək olarsa, o
daha yüksək sosial pillədə dayanmalıdır. İnsanın yüksək mədəniyyəti onun
öz rifahı və cəmiyyətin rifahı üçün peşə və yaradıcı imkanlarını müəyyən
edir. Bu sosial kapitalın hərəkətverici qüvvəsi intellektual və etik mədəniy-
yətdir.
Tərəfimizdən hazırlanmış mədəni insan formulu aşağıdakı keyfiyyətləri
birləşdirir:
1. Bilik.
26
2. Bacarıq – həyat fəaliyyəti vərdişləri və texnologiyaları.
27
3. Mütəşəkkillik - nizam-intizama bağlılıq, müstəqillik, məsuliyyət, iradə,
enerji.
4. Mənəviyyat - humanizm, məhəbbət, dostluq, vicdan, ləyaqət, dürüstlük, hə-
qiqətə bağlılıq, ədalət, xeyirxahlıq, inam, vətənpərvərlik.
28
5. Yaradıcı fəaliyyət.
29
İnsanın mədəniliyini səciyyələndirən ilk üç keyfiyyət, mənəviyyatlılığın
olmadığı halda, dağıdıcı, destruktiv qüvvəyə xidmət edə bilər. Birinci dörd
keyfiyyət birlikdə şəxsiyyətin pozitivlik göstəricisi olsa da, bu, passiv mə-
dəniyyəti təsdiq edir. Yaradıcı fəaliyyət daxil olmaqla, bu keyfiyyətlərin be-
şinin də mövcud olduğu halda insan fəal mədəniyyət daşıyıcısı olur.
Mədəniyyətin obyektiv-tarixi inkişaf amilləri
Mədəniyyətin inkişafı – əsasən bir sıra daxili və xarici amillərdən asılı
olan mürəkkəb tarixi prosesdir. Bu – təbiət, hava, ətraf mühit, qidalanma,
ənənəvi təsəvvürlər, əhalinin psixoloji, intellektual, emosional xüsusiyyət-
ləri, dini əqidə, dövrün xarakteri, inkişaf motivasiyası, qonşuların təsiri, hə-
yatın, ekologiyanın, siyasətin dəyişilməsi və s.-dir.
25
Mənzil, qidalanma, geyim, əmək, kommunal-təminat sistemi (su, qaz, işıq), tibb, cismani
tərbiyə, idman, ekologiya, tikinti, tele-radiokommunikasiya, rabitə, ticarət, müdafiə, hüquq-
mühafizə orqanları, təhlükəsizlik xidməti, nəqliyyat.
26
Mühüm mənbələr – elm və təhsil.
27
Mühüm mənbələr
– bilik və təcrübə.
28
Mühüm mənbə – tərbiyə.
29
Bilik səviyyəsi, bacarıq, mütəşəkkillik, pozitiv mənəviyyatla müəyyən olunur və çox
zaman mədəni insanın yaradıcı qabiliyyətlərindən asılı olan şüurlu tələbatıdır.
Fuad Məmmədov
242
Bir çox daimi və dəyişən şəraitlərin təhlili əsasında tərəfimizdən beş
əsas amil ayrılmışdır:
1. Təbii-coğrafi şərait.
2. Mədəniyyətin genetik kodu (anadangəlmə mədəni keyfiyyətlər).
3. Sosial mühit.
30
4. Tarixi şərait.
5. Mədəni mübadilə.
Beş amilin hamısı son dərəcə vacibdir. Belə ki, təbii şəraitdən asılı ola-
raq, insanın xarakteri və qabiliyyətləri ilə bağlı müəyyən xüsusiyyətlər
əmələ gəlir. Məsələn, uzaq şimal və uzaq cənub ölkələrində təbii şəraitdən
asılı olaraq, inkişafın ilk mərhələlərində intellektual mədəniyyət tədriclə in-
kişaf edirdi. Yer kürəsinin əlverişli təbii şəraitli orta zonasında (xüsusilə,
allüvial çay vadilərində), zehni əməyin fiziki əməkdən daha erkən ayrılma-
sına imkan verən mədəni tərəqqi tempi əvvəldən daha yüksək idi. Bununla
yanaşı “ifrat zərurət lazımi effekti doğurur” məntiqinə əsasən, yaşama məq-
sədilə əqli qabiliyyətlərin inkişafını tələb edən daha sərt şəraitlər olan yerə
nisbətən, planetin orta zonasında mədəni inkişaf əhəmiyyətli dərəcədə sü-
rətlə gedirdi. Bu, bir sıra ada dövlətlərinin, ilk növbədə İngiltərə və Yaponi-
yanın misalında daha yaxşı görünür. Sözsüz ki, millətin, müəyyən sosial-ta-
rixi və siyasi şəraitində əmələ gələn genetik kodu bu inkişafda həlledici rola
malikdir. Ölkənin sosial-mədəni, həmçinin siyasi inkişafının mütərəqqi də-
yişikliklərinin mümkün olmadığı tarixi şəraitlə də iş analoji vəziyyətdədir.
Mədəni mübadiləsiz, həm fərdi səviyyəsində, həm də ayrı-ayrı ölkələr sə-
viyyəsində sosial-mədəni inkişafın qeyri-bərabərliyi qarşılıqlı anlaşmada,
milli mədəniyyətlərin və vahid dünya sivilizasiyasının inkişafında dəfedil-
məz maneə ola bilərdi.
Beş amilin xüsusi əhəmiyyəti ilə yanaşı, bunlardan ən mühümü, əsasən,
dövlətin siyasi rejimindən asılı olan sosial mühitdir. Tarix göstərir ki, insa-
nın və cəmiyyətin sosial-mədəni inkişafı üçün daha əlverişli olan – şəxsiy-
yətin formalaşması və onun qabiliyyət və nailiyyətlərinin fərdlərin, cəmiy-
yətin və dövlətin rifahı maraqlarında istifadəsi üçün bərabər hüquq və im-
kanlar yaratmağa kömək edən demokratik quruluşdur. Dövlətin siyasi reji-
mi və dövlət idarəçiliyi mədəniyyəti ilə şərtlənən sosial mühitin əhəmiyyəti
haqqında Almaniya Federativ və Demokratik Respublikaları və bir sıra di-
gər ölkələrdəki nailiyyətlərin, sosial üstünlüklərin, həyat rifahı və keyfiyyə-
30
Sosial mühit üç səviyyədə formalaşır: ailə, kollektiv, cəmiyyət. O, dövlətin siyasi
rejimindən, sosial-mədəni siyasətin düzgünlüyindən və elmin, təhsilin və tərbiyənin inkişaf
səviyyəsindən asılıdır.
İdarəetmə mədəniyyəti
243
tinin komparativ təhlili əsasında fikir söyləmək olar. Eyni bir genetik kod,
lakin müxtəlif ideologiyalar və siyasi sistemlərdə biz fəaliyyətin müxtəlif
inkişaf imkanlarını və müxtəlif nəticələrini görürük. Sözsüz ki, bu xüsusiy-
yətlər ruhi mədəniyyət, xüsusən elmi-texniki tərəqqi və informasiya mədə-
niyyətinin inkişafı nəticəsində müəyyən dərəcədə dəyişilir. Bu mühakiməni
mütləqləşdirmədən qeyd edək ki, bizim təsəvvürlərimizə görə hər bir konk-
ret hadisənin və bütövlükdə həyat fəaliyyəti mədəniyyətinin təkmilləşdiril-
məsi imkanlarının obyektiv qiymətləndirilməsini dərk etməyə Lütfi Zadə-
nin qeyri-səlis məntiq nəzəriyyəsinə və Piter Çeklandın “yumşaq təfəkkür”
sisteminə müraciət kömək edir.
Mədəniyyətin effektivlik formulu
Qədim dövrlərdən bizim günlərə qədər həyatın qorunması, saxlanması
və yaxşılaşdırılması, fasiləsiz olaraq artan insan tələbatlarının ödənilməsi
barədə qayğı bəşəriyyətin mədəni inkişafının əsasıdır. Burada sosial-mədə-
ni tərəqqinin sürət və keyfiyyəti mədəniyyətin effektivliyi ilə müəyyən edi-
lir. Cəmiyyətin mədəniyyət effektivliyi nə qədər yüksəkdirsə, iqtisadi inki-
şafın səviyyəsini xarakterizə edən ümumi ictimai məhsul göstəriciləri bir o
qədər yaxşıdır, insanın inkişaf indeksi, həyat rifahı və keyfiyyətinin səviy-
yəsi daha yüksəkdir.
Həyat fəaliyyəti keyfiyyəti (Q)
Mədəniyyətin effektivliyi (F) = ------------------------------------------
Məxariclər (N) x Zaman (T)
Həyat fəaliyyəti keyfiyyəti – həyat fəaliyyətinin əlamətləri, xüsusiy-
yətləri və faydalılıq ölçüsünün cəmi, onun fərdi və ictimai tələbatları təmin
etmək qabiliyyətinin dərəcəsidir. O, birbaşa olaraq, cəmiyyətin ruhi və hər
şeydən əvvəl, intellektual səviyyəsindən, həmçinin mədəni fərdlərin kəmiy-
yəti və keyfiyyətindən asılıdır.
Məxariclər – təhsilə, tərbiyəyə, elmə, idarəetməyə, texnologiyaya,
istehsala, incəsənətə, səhiyyəyə, ekologiyaya və s. maliyyə və əmək xərclə-
ridir.
Zaman – yeni həyat fəaliyyəti keyfiyyətinin əldə edilməsini təmin
edən ruhi və maddi dəyərlər və normalar istehsalına sərf edilən vaxtdır.
Həyat fəaliyyəti keyfiyyətinin inkişafı, xərclərin və inkişaf müddətinin
azaldılması aşağıdakılarla müəyyənləşdirilir:
Elmin və yüksək texnologiyaların səviyyəsi ilə;
Şəxsiyyətin mədəniyyəti və onun yaxşı işləmək istəyi ilə;
Fuad Məmmədov
244
Əmək və bölgü münasibətləri mədəniyyəti ilə;
Milli gəlirin və ümumi ictimai məhsulun səviyyəsi ilə;
İntensiv amillər hesabına (yəni işçilərin sayını və məsrəflərin həcmini
artırmadan) əmək məhsuldarlığının (effektivliyinin) artırılması ilə;
İqtisadiyyatın struktur təkmilləşdirilməsi ilə;
İctimai əməyin təşkili və stimullaşdırılması ilə;
Dövlətin hüquqi və etik sisteminin effektivliyi ilə;
Səhiyyə, ekologiya, cismani tərbiyə və idmanın səviyyəsinin inkişaf
etdirilməsi ilə;
İstehlak mədəniyyəti ilə və s.
Mədəniyyətin faydalı iş əmsalı və entropiyası
Müasir cəmiyyətlərin və dövlətlərin mədəniyyətinin inkişaf səviyyəsi və
effektivliyi haqqında mülahizə yeritməyə imkan verən başlıca parametrlər-
dən biri - insanın həyati tələbatlarını ödəyən, əhalinin zəruri maddi və ruhi
nemətlərlə - əşyalarla, xidmətlərlə və şəraitlə təminatını nəzərdə tutan ri-
fahdır. Rifah – müəyyən dövr ərzində yaradılmış ruhi və maddi nemətlər,
əşyaların və xidmətlərin dəyərinin qiymətləndirilməsi ilə ölçülür.
Mədəniyyətin inkişaf səviyyəsi və effektivlik göstəricisi olan rifah -
əmək məhsuldarlığından, mədəniyyətin faydalı iş əmsalı və entropiya dərə-
cəsindən asılıdır.
Enerjinin çevrilməsinə (dövri prosesdə işə çevrilən) münasibətdə fəaliy-
yət texnologiyalarının effektivliyini xarakterizə edən mədəniyyətin faydalı
iş əmsalı faydalı istifadə olunan enerjinin fəaliyyət prosesində istifadə olu-
nan enerjinin ümumi miqdarına nisbəti ilə təyin olunur:
Sərf olunmuş faydalı enerji (iş)
Mədəniyyətin FİƏ = -------------------------------------------
Sərf olunmuş ümumi enerji (iş)
Ruhi və maddi dəyərlərin istehsalı prosesində mədəniyyətin entropiyası -
“səpələnməsi” faydalı nəticəyə çevrilməyən ümumi enerjinin (işin) bir his-
səsinin itirilməsi baş verir. Bunu aşağıdakı formulla ifadə etmək olar:
Sərf olunmuş ümumi enerji (iş)
Mədəniyyətin entropiyası =
Sərf olunmuş faydalı enerji (iş)
İdarəetmə mədəniyyəti
245
Məhsul vahidinin istehsalına sərf olunan, zamanın miqdarı ilə ölçülən
əmək məhsuldarlığı müəyyən dərəcədə intellektual mədəniyyətin inkişaf sə-
viyyəsi və elmi nailiyyətlərin texnoloji tətbiqindən asılıdır.
Sosial-mədəni tərəqqi formulu
Dünya mədəniyyəti və sivilizasiyası tarixi belə bir qanunauyğunluq çı-
xarmağa imkan verir ki, ona uyğun olaraq, ölkənin sosial-mədəni tərəqqi
templəri və keyfiyyəti intellektual mədəniyyətin inkişaf səviyyəsi ilə düz
mütənasib və cəmiyyətin cahillik səviyyəsi ilə tərs mütənasibdir.
Bu qanunauyğunluğu aşağıdakı formulla izah etmək olar:
İntellektual mədəniyyət
S K =
,
Cahillik
burada SK - cəmiyyətin sosial-mədəni tərəqqi templəri və keyfiyyətidir.
Sosial-mədəni tərəqqi templərinə və keyfiyyətinə təsir edən amillər:
elm, təhsil, maarif, siyasət, idarəetmə, iqtisadiyyat, mənəviyyat, hüquq, din,
dəyərlər sistemi, maraqlar, fəaliyyət keyfiyyətidir.
Dostları ilə paylaş: |