AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

 

İdarəetmənin effektivlik formulu 

 

                                                              Keyfiyyət 

                 İdarəetmə effektivliyi =  

                                                             Məxariclər 



 

Keyfiyyət: idarəçinin bilikləri, təcrübəsi, mütəşəkkilliyi, etikası, innova-

tiv fəaliyyəti ilə müəyyən edilir.  



Məxariclər – təşkil etməyə və idarəçilik sisteminə qoyulan investisiya-

ların optimallığını təmin edən  idarəetməyə elmi yanaşmadan asılıdır. 



 Dövlət idarəçiliyinin effektivliyinə nail olma aşağıdakıları tələb edir: 

 xalqın milli mədəniyyət xüsusiyyətlərini nəzərə almaqla, beynəlxalq 

tələblər səviyyəsində kadrların xüsusi hazırlığı və yenidən hazırlığı; 

 elmin nailiyyətləri və milli və qlobal idarəetmənin beynəlxalq təcrü-

bəsi əsasında idarəetmə texnologiyalarının təkmilləşdirilməsi; 

 biliklərin və milli maraqların üstünlüyü prinsipi üzərində qurulan 

düzgün kadr siyasətinin həyata keçirilməsi; 

 dövlət quruculuğu və idarəçiliyi problemlərinin sistemli kulturoloji 

təhlilinin inkişaf etdirilməsi; 


Fuad Məmmədov

 

 

246



 kulturoloji təhsil və maarif şəbəkəsinin genişləndirilməsi.  

Düzgün qərarların qəbul edilməsi  əsasən, hadisələr, faktlar və insanlar 

haqqında informasiyanın obyektivliyindən, onlara verilən qiymətin düzgün-

lüyündən yaxud yanlışlığından asılıdır. Təcrübəli rəhbər həm informasiya-

nın mahiyyətini, həm də informasiya verən şəxsin əsaslandığı motivləri tən-

qidi təhlil edir. Məsələn, rəhbər tərəfindən obyektiv qiymətləndirməyə yar-

dım edən suallar aşağıdakılar ola bilər: 

 Öz intellektual və etik səviyyəsinə görə sözü gedən obyektləri qiy-



mətləndirməkdə həmin şəxs nə dərəcədə qabiliyyətli və səlahiyyətlidir? 

 Onun tərəfindən verilən informasiyanın, hadisələrin, faktların və in-



sanların neqativ ya pozitiv qiymətləndirilməsinin  əsasında hansı motivlər 

durur? Bu qiymətləndirmələr, - şəxsi maraq, insana yaxşı olmayan (yaxşı) 

münasibət, paxıllıq, öz mövqeyinə mənfəət və ya təhlükə mülahizəsi və s. 

kimi subyektiv amillərlə şərtlənməyib ki?  

 

İdarəetmənin uğur formulu 

 

Bu formul idarəetmə sahəsində  təcrübəli menecer və mütəxəssislərin 

çoxsaylı tövsiyələrinin məntiqi sintezi əsasında tərtib edilmişdir. Bu, idarə-

çinin keyfiyyətlərinə, onun fəaliyyət metodları  və  şəraitinə olan aşağıdakı 

tələblərə aparır:  

1.  Liderin yüksək peşəkarlıq və ümumi mədəniyyəti. Güclü məntiq və  

möhkəm iradə. Elmi biliklər, təcrübə və uzaqgörənlik. 

2.  Şüurlu, həyat qabiliyyətli ideyalar, fəaliyyət azadlığı, qətiyyətlilik  

və fədakarlıq. 

3.  Məqsədin düzgün müəyyənləşdirilməsi (əldə edilə bilən məqsədlə- 

rin formalaşdırılması). 

4.  Dəqiq strateji planlaşdırma. Tələbatların və vasitələrin düzgün təh- 

lili. Prioritetləri seçmək bacarığı. 

5.  İdarəetmə texnologiyalarının elmi əsaslandırılması. 

6.  Problemlərin düzgün dərk edilməsi və ətraflı düşünülməsi.  

7.  İşin dəqiq təşkili, fəaliyyət planı. Vəzifələr zəncirindən əsas həlqə- 

nin seçilməsi. 

8.  Qələbəyə inam və uğurda əminlik. Şəxsi məziyyətlərini və nöqsan- 

larını görmə.  

9.  Əsas ziddiyyətin aşkar edilməsi və düzgün həll edilməsi. 

10. İlkin kulturoloji, sosioloji və marketinq tədqiqatlarının aparılması. 

11. Resursların düzgün sərf edilməsi. 

12. Kadrların düzgün seçilməsi və yerləşdirilməsi. Əməyi qiymətlən- 

dirmək və mükafatlandırmaq bacarığı. 



İdarəetmə mədəniyyəti 

 

247



13. İnsanlarla işləmək, dinləmək, inandırmaq və maraqları uyğunlaşdır- 

maq bacarığı. Personalın idarə edilməsində tələbkarlıq və qayğı.  

14. İşə həvəs, maraq göstərmək. Perspektivin olması.  

15. Məsuliyyət mədəniyyəti. Hər kəsin şəxsi məsuliyyətinin müəyyən  

edilməsi.  

16. Obyektiv informasiyanın mövcudluğu və xalqın ənənələrini bilmə. 

17. Düzgün hüquqi və maliyyə təminatı. 

18. Prosesin monitorinqi, real və gözlənilən nəticələrlə nəzərdə tutulan 

planın korreksiyası.  

19. Gözlənilən nəticələrin proqnozlaşdırılması. 

20. Nəzərdə tutulmuiş planların praktik təcəssümünə yönəldilmiş inad-

lı, vicdanlı əmək. 

21. Liderin xarizmatik keyfiyyətləri. 

 

Demokratik idarəetmə effektivliyinin tərkib hissələri 

 

İdarəetmə effektivliyi: 

1.  Təşkilat liderinin idarəetmə  mədəniyyətindən (liderin intellektual 

mədəniyyəti, keyfiyyətləri, idarəetmə bacarığı və metodlarından); 

2.  Təşkilat kollektivinin mədəniyyətindən (istehsal texnologiyaları, pe-

şəkarlıq, etika, dəyərlər sistemi, işçilərin yaxşı  işləmək istəyi və 

əmək məhsuldarlığından); 

3.  Təşkilati resursların keyfiyyəti və təşkilatda istifadə olunan informa-

siya texnologiyalarının səviyyəsindən yaranır

Kollektivin effektivliyi şəxsi mədəniyyət səviyyəsi ilə - əməkdaşların bi-

likləri, bacarıqları, mütəşəkkilliyi, etikası, yaradıcı  fəaliyyəti və onların 

yaxşı işləmək istəyi ilə şərtlənir. Hər iki amil iş şəraiti və düzgün motivasi-

yadan: 


1.  Effektiv təhsil sistemi, kulturoloji maarifçilik və treninqlərin kömə-

yi ilə kadrların müntəzəm hazırlığı, peşəkar yenidən hazırlığı və tərbiyəsin-

dən;  

2.  İdarəetmə və ya istehsal fəaliyyətinin elmi təminatından; 



3.  Əməyin texniki və texnoloji təminatından; 

4.  Əməkdaşların maliyyə təminatından ( sosial müdafiəsindən); 

5.  Əməyin psixoloji təminatından (rəhbərlik tərəfindən  əməkdaşlara 

diqqət və qayğıdan) asılıdır. 



Yüksək idarəetmə mədəniyyəti ruhi və maddi istehsalın yüksək effektiv-

liyini təmin edir, öz növbəsində, o, yüksək bölgü münasibətləri mədəniyyə-

ti, məsuliyyət və istehlak mədəniyyəti şəraitində, ictimai rifahın və insanla-

rın həyat keyfiyyətinin yüksəlməsinə  səbəb olur. Demokratik idarəetmə 



Fuad Məmmədov

 

 

248



mədəniyyətində  mərkəzi yeri təşkilati mədəniyyət, kadrların hazırlığı  və 

tərbiyəsi ilə birbaşa əlaqəli olan insan kapitalının idarə edilməsi tutur. O, 

iki mühüm prinsipin həyata keçirilməsini tələb edir: təşkilatda yeniliklər 

uğrunda mübarizə və “insan qəlbi” uğrunda mübarizə. 



 

Demokratik idarəetmə vəzifələri 

 

Demokratik idarəçilik milli maraqlara cavab verən aşağıdakı vəzifələrin 

həyata keçirilməsini nəzərdə tutur: 

1.  Ən yaxşı milli ənənələrin və mədəni irsin saxlanması ilə, dünya elmi 

və texnologiyasının ən yeni nailiyyətləri əsasında xalqın təhsili və maarifinin 

prioritet inkişafı hesabına milli mədəniyyətin intellektuallaşdırılması. 

2.  Milli mədəniyyətin demokratlaşdırılması, cəmiyyətin bütün siniflə-

ri və sosiumlarının dövlət proqramlarının reallaşdırılmasına və milli məq-

sədlərə nail olunmasına cəlb edilməsi. 

3.  Mütərəqqi inkişaf üçün stimul olan sağlam milli ideyanın tətbiqi 

əsasında milli şüurun inkişafına kömək etmək. 

4.  Dialektik inkişafın obyektiv qanunları, ölkənin milli maraqları  və 

qloballaşmanın çağırışları  əsasında, hüquq normalarının və sosial etikanın 

təkmilləşdirilməsi. 

5.  Cəmiyyətin bütün vətəndaşları, sinifləri və sosiumlarının mədəniy-

yət və maraqlarının harmonizasiyası. 

6.  Milli inkişaf probleminin müntəzəm ictimai müzakirəsi, ekspertlə-

rin tövsiyələtini nəzərə almaqla geniş debatlar. 

7.  Ölkənin demokratlaşdırılması, maarifləndirilməsi və modernləşdi-

rilməsi proseslərinə ictimai nəzarətin həyata keçirilməsi. 

8.  Demokratiya prinsipləri və demokratik ölkələrin inkişaf təcrübəsi 

əsasında idarəetmə sistemlərinin, dövlət institutlarının, istehsal qüvvələri və 

ictimai münasibətlərin modernləşdirilməsi. 

 

Demokratik idarəetmə effektivliyinin artırılması şərtləri 



 

Demokratiya dəyərləri və prinsiplərinə əsaslanan effektiv sosial və döv-

lət idarəçiliyi aşağıdakıları nəzərdə tutur: 

1.  Bütün səviyyələrdə  məmurların, bələdiyyə  və QHT rəhbərlərinin 

səriştəliliyinin və peşəkar etikasının daimi inkişafını təmin edən xüsusi kul-

turoloji təlimini və yenidən hazırlığını.  

2.  Beynəlxalq nailiyyətləri, milli mədəniyyətin xüsusiyyətlərini və 

dövlətin imkanlarını nəzərə almaqla innovativ kulturoloji idarəetmə texno-

logiyalarının işlənıb hazırlanmasını. 


İdarəetmə mədəniyyəti 

 

249



3.  Dövlət və sosial idarəçiliyi xarici təcrübəsinin davamlı milli inkişaf 

maraqlarında yaradıcılıqla istifadəsini. 

4.  İdarəçilik qərarlarının qəbul edilməsi prosesində milli və beynəl-

xalq ekspertlərin tövsiyələrinin və ictimai rəyin nəzərə alınmasını. 



Demokratik idarəçiliyin effektivliyi, aşağıda göstərilənlərin təmin edil-

məsini nəzərdə tutan bir sıra hüquqi, etik, idarəçilik vəzifələrinin həll edil-

məsi ilə şərtlənmişdir: 

  qanunvericiliyin və qanunların icra mədəniyyətinin vətəndaşlar  və-

qanunun aliliyinin təmin edilməsinə cavabdeh olan vəzifəli şəxslər 

tərəfindən daima təkmilləşdirilməsi; 

  siyasi və inzibati baza sənədlərinin şəffaflığı və idarəetmə sistemində 

onların düzgün istifadəsi; 

  vətəndaşların hüququnun ədalətlə qorunması, vəzifəli şəxslər tərəfin-

dən hakimiyyətdən sui-istifadə edilməsinin, proteksionizm, monopo-

lizm, korrupsiya hallarının vaxtında qarşısının alınması, bölgü mədə-

niyyəti mühasibətlərinin inkişafı;  

  ölkə vətəndaşları arasında, həmçinin beynəlxalq strukturlar və vətən-

daşlar arasında olan ziddiyyətlərin, münaqişələrin və mübahisələrin 

ombudsman institutu vasitəsi ilə yüksək hüquqi və etik tənzimlənmə-

si mədəniyyəti;  

  dövlət quruculuğu və idarəçiliyi prosesləri effektivliyinin ictimai mo-

nitorinq proqramının işlənib hazırlanması və reallaşdırılması; 

  demokratiya, sülh və vətəndaş cəmiyyəti, hüquq, etik, idarəetmə, is-

tehsal, məişət və gender mədəniyyəti problemləri üzrə əhalinin daimi 

fəaliyyətdə olan kulturoloji maarifləndirilməsi sisteminin təşkili. 

 

Metodologiya 



 

Sistemli yanaşmanın  əsasında duran, tərəfimizdən seçilən kulturoloji 

metodologiyanın ən mühüm məğzini:  

 

  Məntiq; 



  Tarixilik prinsipi; 

  Dialektika  

 təşkil edir. 

Bu elmi yanaşmaların məcmusu obyektiv elmi dünyagörüşün formalaş-

masına, dünya mədəniyyəti və sivilizasiyasının tarixi dəyişikliklərinin mən-

zərəsini, məkan və zaman daxilində insanın, cəmiyyətin, dövlətin və dünya 

birliyinin texnoloji inkişaf imkanlarını tam şəkildə görməyə kömək edir.  


Fuad Məmmədov

 

 

250



 Məntiq - təfəkkürün forma və qanunları haqqında elm kimi, bəşəriyyə-

tin tərəqqisi naminə  mədəniyyətin obyektiv inkişaf proseslərini düzgün 

dərk etməyə imkan verir. Burada bir sıra alimlərin nailiyyətləri, xüsusilə, 

Aristotelin deduktiv məntiqi, Frensis Bekonun induktiv məntiqi, Kantın 

formal, metafizik məntiqi və Hegelin dialektik məntiqi istifadə olunur. Kul-

turoloji tədqiqatlarda ilk dəfə olaraq, Lütfi Zadənin qeyri-səlis məntiq nəzə-

riyyəsi də tərəfimizdən metodoloji işlənilmişdir.  

● Tarixilik prinsipi üç əsas funksiyanı yerinə yetirir: öyrənmə, metodo-

loji və dünyagörüşü. Öyrənmə funksiyası təbiətə, cəmiyyətə və özünə qarşı 

münasibətdə insanın yerini və rolunu müəyyən edir. Metodoloji funksiya 

mədəni hadisələri və prosesləri keçmişdən gələcəyə doğru hərəkət kimi nə-

zərdən keçirməyə, zamanın müxtəlif dövrlərində mədəniyyətin məzmununu 

və struktur dəyişikliklərini aşkar və müqayisə etməyə, müxtəlif mədəniy-

yətlərin komparativ təhlilini keçirməyə kömək edir. Dünyagörüşü funksiya-

sı - obyektiv elmi dünyagörüşünün formalaşmasına, dünyanın bütün milli 

mədəniyyətləri üçün ümumi olan, mədəniyyətlərin ümumi məntiqi, insanın 

norma və prinsipləri ilə şərtlənən mədəni universallıqların aşkar edilməsinə 

yardım edir. 

● Dialektika, materiya və ruhun inkişaf qanunlarına əsaslanaraq, hadisə-

lərin mahiyyətini, onların hərəkətini, ziddiyyətlərini və əlaqəsini aşkar edir. 

  

Mədəniyyətin əsas tədqiqat metodları və prinsipləri 

 

Kulturoloji tədqiqatın əsas metodu kimi, tərəfimizdən, bütöv sosial sis-

tem olan mədəniyyətin kompleks şəkildə, fənlərarası öyrənilməsinə imkan 

verən, öz aralarında bir-biri ilə üzvi qarşılıqlı  əlaqəli - məntiqi, keyfiyyət, 



kəmiyyət, struktur, funksional, tarixi, məkan, müqayisəli, situativ, antropo-

loji, psixoqrafik və demoqrafik metodların məcmusu əsasında universal sis-

temli yanaşma müəyyən edilmişdir.  

1.  Məntiqəuyğun nəticələrə gətirıb çıxaran ardıcıl mühakimələrə əsas-

lanan məntiqi təhlil, hadisələrin daxili qanunauyğunluğunu anlama-

ğa imkan verir. 

2.  Müəyyən tarixi dövrdə konkret cəmiyyət mədəniyyətinin  keyfiyyət 

təhlili, onun xüsusiyyətlərini və effektivliyini müəyyən etməyə yar-

dım edir.  

3.   Kəmiyyət təhlili, mədəniyyətin inkişafının keyfiyyət xarakteristika-

larına, fəaliyyət və proqnozlaşdırma qabiliyyətinə qiymət verməyə 

imkan yaradır.  


İdarəetmə mədəniyyəti 

 

251



4.  Struktur təhlil, mədəniyyətin ayrı-ayrı sahələrini və onların qarşılıqlı 

əlaqələrini bütöv mədəniyyət orqanizmində nəzərdən keçirməyə im-

kan verir.  

5.   Funksional təhlil, ekstrosomatik sistem kimi, mədəniyyətin fəaliyyəti-

ni təmin edən məqsədlərin, praqmatik xarakteristikaların, mədəniyyə-

tin, əşyaların və hadisələrin mahiyyətini dərk etməyə yardım edir.  

6.  Genetik-tarixi təhlil,  mədəniyyətin inkişafını zamanın müəyyən 

dövründə tədqiq etməyə imkan verir. 

7.  Məkan təhlili, sosial mühit, siyasi rejim, iqtisadi, iqlim, ekoloji və 

digər şəraitlər daxil olmaqla, müəyyən çoğrafi ərazidə mədəniyyətin 

vəziyyətini və inkişafını öyrənməyə imkan verir.  

8.   Müqayisəli təhlil,  müxtəlif mədəniyyətlərin ümumi xassələrini və 

səciyyəvi xüsusiyyətlərini müəyyən etməyə kömək edir.  

9.  Situasiyalı təhlil, insanın həyat fəaliyyətinə (subyekt və obyekt) təsir 

göstərən konkret situasiyaların yaxud dəyişən şəraitlərin öyrənilmə-

si və düzgün dərk edilməsi imkanını verir.  

10.  Antropoloji təhlil, mədəniyyətin etnoqrafik və etnoloji xüsusiyyət-

lərini, həyat tərzi,  ənənələr və adətlər, sosial münasibətlər sistemi, 

mədəniyyətin inkişaf dinamikası  və onun nəsillər vasitəsilə ötürül-

mə mexanizmini öyrənməyə imkan verir. 

11.  Psixoqrafik  təhlil, sosial-mədəni mühit, mədəni dəyərlər sistemi, 

həyat tərzi,  ənənələr, insanların anadangəlmə  mədəni keyfiyyətləri 

ilə şərtlənən motiv və üstünlüklərinin öyrənilməsinə yardım edir. 

12.  Demoqrafik  təhlil,  insanların yaşı, cinsi, təhsili, gəlir səviyyəsi,  

uzunömürlülüyü  və digər parametrləri haqqında informasiya alma-

ğa imkan verir. 





“Kulturologiya piramidası” universal metodu 

 

 Milli  irsin  qorunması  və  cəmiyyətin modernləşdirilməsinə yönəldilmiş, 



milli mədəniyyətin inkişafına elmi cəhətdən yardım etmə, sosial-siyasi mədə-

niyyətin təkmilləşdirilməsi və effektiv praktik fəaliyyətin təmin edilməsi 

məqsədilə, dünya kulturoloji fikrinin öyrənilməsi  əsasında tərəfimizdən ilk 

dəfə olaraq, insanın inkişafı və mürəkkəb idarəetmə problemlərinin sistemli 

təhlilinə innovativ kulturoloji yanaşma işlənib hazırlanmışdır. Bu - effektiv 

innovativ idarəetmə modellərinin qurulması üçün “kulturologiya piramidası” 

universal metodudur. O, cəmiyyətin, dövlətin və  bəşəriyyətin inkişaf sürəti 

və keyfiyyətinin yüksəldilməsi üçün yeni imkanlar açan, həmçinin insanın 

özünün təkmilləşməsinə imkan verən mədəniyyətin dərk edilməsi və dəyişdi-

rilməsinin üç məntiqi səviyyəsini nəzərdə tutur. Səkkiz pilləni daxil edən bu 



Fuad Məmmədov

 

 

252



iyerarxik qarşılıqlı əlaqəli səviyyələr ardıcıl olaraq - ”öyrənmə”, “dərk etmə” 

və “yaratma” səviyyələrı kimi tərəfimizdən müəyyən edilmişdir.  

1.  Birinci səviyyə - “öyrənmə, idrakın dörd pilləsinin – mahiyyətlərin, 

xüsusiyyətlərin, tarixin və nailiyyətlərin təhlili əsasında qurulur.  

2.  İkinci səviyyə - “dərk etmə”, insanın, cəmiyyətin, dövlətin və bütöv-

lükdə bəşəriyyətin həyat fəaliyyətinin müəyyən sahələrinin konkret 

və ya universal inkişaf qanunları və texnologiyalarının dərk edilmə-

sini və mənimsənilməsini nəzərdə tutur.  

3.  Üçüncü səviyyə - “yaratma”, aktiv kulturogenez metodlarından isti-

fadə etməklə, yeni imkanların aşkar edilməsi, həyat fəaliyyətinin ye-

ni, rəqabət qabiliyyətli texnologiyalarının işlənib hazırlanmasını, 

həmçinin zaman və məkan daxlində mədəniyyətin gələcək inkişafı-

nın qurulmasını nəzərdə tutur. 

Bizim innovativ modelin praktik dəyəri onun:  

  Mürəkkəb fərdi, sosial, dövlət və beynəlxalq problemlərin, həyat 

fəaliyyətinin inkişaf qanunları  və texnologiyalarının düzgün başa 

düşülməsi; 

  İnsanın həyat fəaliyyətinin ən müxtəlif sahələri və problemlərinin, 

həmçinin bütün səviyyələrdə idarəetmə problemlərinin sistemli və 

situativ təhlili; 

  Milli və beynəlxalq idarəetmədə düzgün siyasi, iqtisadi, hüquqi və 

sosial qərarların qəbul edilməsi; 

  Müxtəlif ölkələrdə insanın inkişafı, dövlət quruculuğu və müasir 

idarəetmə modelləri və proqnozlarının işlənib hazırlanması;  

  Fərdi və beynəlxalq münasibətlər mədəniyyətinin təkmilləşdirilmə-

si, insanın özünü təkmilləşdirməsi, şəxsiyyətin özünüidarəsi və ai-

lənin idarə edilməsi effektivliyinin yüksəldilməsi  



 üçün istifadə edilmə imkanı ilə şərtlənmişdir. 

 

Milli və beynəlxalq sosial-mədəni siyasət 



 

Sosial-mədəni siyasət anlayışı. Sosial-mədəni inkişaf konsepsiyası. 

Milli sosial-mədəni siyasətin əsas vəzifələri. Milli sosial-mədəni siya-

sətin həyata keçirilməsinin əsas metodları. Milli sosial-mədəni siya-

sətin əsas prioritetləri. Beynəlxalq sosial-mədəni siyasətin əsas vəzi-

fələri.  

 

Sosial-mədəni siyasət – həyat rifahı və keyfiyyətinin yüksəldilməsini tə-

min edən siyasət, mədəni irsin qorunması, intellektual, etik, hüquqi, idarə-

etmə, bədii, istehsal və məişət mədəniyyətinin, istehlak mədəniyyəti, səhiy-


İdarəetmə mədəniyyəti 

 

253



yə və ekologiya, cismani mədəniyyət, idman, turizm, kitab nəşri və insanın 

həyat fəaliyyətinin digər sahələrinin inkişafıdır. Dövlət sosial-mədəni siya-

səti, ideoloji metodların köməyi ilə ölkə vətəndaşlarının daim artan maddi 

və mənəvi tələbatlarının təmin edilməsinə yönəldilmiş fəaliyyəti əlaqələn-

dirir. O, dövlətin etik və hüquqi sisteminin effektivliyinin təmin edilməsin-

də, gənc nəslin mənəvi sağlamlığının yaxşılaşdırılmasında,  əmək məhsul-

darlığının yüksəldilməsində, intensiv amillər hesabına ümummilli məhsu-

lun artırılmasında, iqtisadi strukturların təkmilləşdirilməsində mühüm rol 

oynayır. Sosial-mədəni siyasətin strateji vəzifəsi dövlətin mütərəqqi inkişa-

fı və milli mədəniyyətin gələcəyinin qurulması üçün daim yeni imkanların 

yaradılmasıdır.  

Ölkənin sosial-mədəni siyasətinin dəyəri, onun dövlətin milli maraqları-

na nə dərəcədə cavab verməsi ilə şərtlənir. Onun məhsuldarlığı – hansı də-

yərlər və normalar, prinsiplər və meyarlar əsasında qurulmasından, müxtə-

lif xalqların həyat fəaliyyəti texnologiyalarının kulturoloji seçimi və sinte-

zinin necə  həyata keçirilməsindən, zamanın sınağından keçmiş  Qərbin və 

Şərqin mədəni nailiyyətlərinin, lokal və dünya sivilizasiyasının təcrübəsi və 

inkişaf qanunlarının nə dərəcədə nəzərə alınmasından çox asılıdır.  

 Sosial-mədəni siyasətin mühüm funksional vəzifələrindən biri milli-

mədəni dəyərlər sisteminin qorunması və inkişafıdır. Məlumdur ki, xalqın 

mədəni dəyərləri - xalqın həyat fəaliyyətini tənzimləyən, dövlət siyasətinin 

ideoloji əsasını təşkil edən, insanların şüuru, psixologiyası, intellekti, dün-

yagörüşü, motivləri,  əxlaqı, davranışı, xarakteri və taleyinə  təsir göstərən 

sabit mədəni oriyentirlərdir. Bu sistemin aparıcı həlqəsi, cəmiyyətin nailiy-

yətlərinin göstəricisi və  həyat səviyyəsinin meyarı - xalqın intellektual və 

mənəvi potensialıdır. Demokratik ölkələrdə  mənəvi mədəniyyətin  ənənəvi 

dəyərləri – böyüyə hörmət, uşaqlara məhəbbət, səbr, sədaqət, qonaqpərvər-

lik ilə yanaşı hər bir vətəndaş üçün şəxsiyyətə hörmət, səmimilik, məsuliy-

yət vacib etik normadır. Bununla bərabər mədəni irsin və sağlam mentalite-

tin, ənənələrin və dinin qorunması prosesi - ümumbəşəri dəyərlərin tətbiqi, 

milli elmin tərəqqisi, innovativ siyası fəaliyyətin genişləndirilməsi, ictimai 

əməyin intellektuallaşdırılması, keyfiyyətli kulturoloji təhsilin və maarifin 

inkişaf etdirilməsi ilə uyğunlaşdırılır.  

Müasir dünya sivilizasiyasında kulturoloji elmin metodologiyası və nai-

liyyətləri əsasında hazırlanmış sosial-mədəni siyasət - davamlı, rəqabət qa-

biliyyətli, səmərəli iqtisadiyyatlı  və  zəngin orta sinifli təhlükəsiz hüquqi 

dövlətin yaradılması üçün zəruri şərtdir. Sosial-mədəni, o cümlədən iqtisadi 

problemlərin effektiv həlli sosial-mədəni siyasətin düzgün həllindən, zamanın 

obyektiv tələbatlarına və çağırışlarına onun cavab verə bilmək qabiliyyətindən 

çox asılıdır ki, burada hakim rol müasir kulturologiya elminə məxsusdur.  



Fuad Məmmədov

 

 

254



Dünya sivilizasiyanın tarixi göstərir ki, hər bir ölkənin sosial-mədəni tə-

rəqqisinin sürət və keyfiyyəti cəmiyyətin intellektual mədəniyyətinin səviy-

yəsi ilə düz mütənasib, cahillik səviyyəsi ilə tərs mütənasibdir. Bu asılılığa: 

elm, təhsil, maarif, siyasət, idarəçilik, iqtisadiyyat, mənəviyyat, hüquq, sə-

hiyyə, incəsənət, din, dəyərlər sistemi, maraqlar, işin keyfiyyəti və  əmək 

mədəniyyəti məlum təsir göstərir. Bunu nəzərə alaraq milli sosial-mədəni 

siyasət, idarə baryerləri, habelə incəsənətin inkişafı və milli irsin qorunma-

sının ənənəvi inkişaf fəaliyyəti ilə məhdudlaşmayaraq, insan kapitalının in-

kişafına, intellektual inkişafa və gənclərin və uşaqların mənəvi tərbiyəsinə, 

şəxsiyyət və liderlərin formalaşdırılmasına, xalq kütlələri tərəfindən inno-

vativ mədəniyyətin yüksək mənimsənilmə səviyyəsinə nail olunmasına bi-

rinci dərəcəli diqqət ayırmalıdır. Ruhi mədəniyyətin elmi idrak, ideoloji, 

praktik və proqnozlaşdırma funksiyalarından düzgün istifadə edərək o, milli 

mədəniyyətin məhsuldar genezisi, ənənəvi və yenilikçi mədəniyyətin düşü-

nülmüş kulturoloji sintezi, milli mədəniyyətin sistem və strukturunda mütə-

rəqqi islahatların keçirilməsi hesabına dövlətin möhkəmləndirilməsinə yar-

dım etməlidir. Demokratik ölkənin sosial-mədəni siyasəti milli ideologiya-

nın təkmilləşdirilməsi, insanların  şüurunda pozitiv dəyişikliklərin yaradıl-

ması, yüksək sosial həyat keyfiyyətinin əldə edilməsi, davamlı sosial-mədə-

ni tərəqqi, dövlətin daxili və xarici təhlükəsizliyi, istehsal, mühafizə, cə-

miyyətdə milli-mədəni dəyərlərin yayılması və mənimsənilməsi üçün əlve-

rişli şəraitin yaradılması ilə əlaqədardır. O, ruhi və maddi mədəniyyətin bü-

töv sosial sistemini ifadə edən yaradıcı fəaliyyətin müxtəlif sahələrinin qar-

şılıqlı əlaqəli inkişafını təmin etmək, insanların həyata passiv uyğunlaşma-

sının aradan qaldırılmasına kömək etmək, onlarda fəal vətəndaş mövqeyini 

formalaşdırmaq, ölkənin milli maraqlarına uyğun olaraq, əhalini mühitin 

aktiv yaradıcı dəyişdirilməsinə səfərbər etmək iqtidarındadır.  

Sosial-mədəni siyasətin işlənib hazırlanması  və  həyata keçirilməsinə 

məsul dövlət idarəçiliyi orqanı, ilk növbədə cəmiyyətin və dövlətin dinamik 

inkişafı maraqlarında sosial-mədəni fəaliyyətin bir çox subyektlərinin bir-

ləşməsinə imkan verən ideoloji və əlaqələndirici xarakterli funksiyanı yeri-

nə yetirməlidir. Bu missiyanın yeni tarixi şəraitdə postsovet ölkələri tərəfin-

dən müvəffəqiyyətlə yerinə yetirilməsi mədəniyyətin sovet dövründən irsən 

keçmiş “iqtisadiyyatın üstqurumu” kimi dar çərçivədə  təyinindən imtina 

edilməsi ilə  şərtlənir. Müstəqil dövlətlərin milli maraqlarına cavab verən 

yeni sosial-mədəni siyasətin əsasını, mədəniyyətin bütöv sosial sistem kimi, 

insanın ağlı, hissləri və fiziki əməyi ilə yaradılan “süni təbiət” prosesi kimi 

düzgün elmi anlamı  təşkil etməlidir. Belə kulturoloji yanaşma dövlətçilik 

mədəniyyəti səviyyəsinin gələcək yüksəlişi və istehsal qüvvələrinin, daxili 

və xarici siyasətin, həyat tərzi və həyat təminatı sistemlərinin, ictimai, bey-



İdarəetmə mədəniyyəti 

 

255



nəlxalq münasibətlərin və cəmdə, milli mədəniyyət və sivilizasiyanın bütöv 

sosial sistemini təşkil edən fəaliyyətin digər sahələrinin balanslaşdırılmış 

inkişafına nail olmaq üçün şərait yaradır. O, intellektual, bədii, istehsal, mə-

işət, istehlak, tibbi, ekoloji, hüquq-mühafizə və hərbi mədəniyyətin dinamik 

qarşılıqlı  əlaqəli inkişafını stimullaşdırmağa, mədəni irsin qorunması, cis-

mani mədəniyyət və idman, kitab işinin və s. inkişafı üzrə  fəaliyyəti yeni 

səviyyəyə qaldırmağa imkan verir. Bununla yanaşı şəxsiyyətin, ailənin və 

cəmiyyətin mədəniyyəti daim dövlətin diqqət mərkəzində olmalıdır. Uyğun 

dövlət müəssisələri rəhbərlərinin insanların bilikləri, bacarıqları, mütəşək-

killiyi, mənəviyyatı və yaradıcı fəaliyyətinin inkişafı və qiymətləndirilməsi-

nə, bütövlükdə vətəndaşların əqli və mənəvi mədəniyyətinin inkişafına han-

sı diqqət və qayğı ilə yanaşmasından cox şey asılıdır.  

 “Homo sapiensin” tarix səhnəsindəki ilk addımlarından başlayaraq bu-

günə kimi mədəniyyət - insan həyatının qorunub saxlanması və yaxşılaşdı-

rılması vasitəsidir. Bu baxımdan hər bir milli mədəniyyətin effektivliyi hə-

min mədəniyyətə aid olan vətəndaşların həyat fəaliyyətinin keyfiyyəti ilə 

ölçülür. Bu keyfiyyət mümkün qədər qısa tarixi müddət və mümkün qədər 

minimal vəsaitlər hesabına əldə edilməli və təkmilləşdirilməlidir ki, bu da 

intellektual mədəniyyətin qabaqlayıcı inkişafı olmadan, sadəcə, mümkün 

deyil. Qloballaşma şəraitində rəqabət qabiliyyətli və təhlükəsiz inkişafın tə-

min edilməsi zəruriliyi inkişaf etməkdə olan ölkələrin cəmiyyəti və dövləti 

qarşısında – dünyanın aparıcı ölkələrinin sosial-mədəni, o cümlədən iqtisa-

di inkişaf səviyyəsinə yüksəlmək kimi milli strateji məqsəd qoymuşdur. Bu 

strateji məqsədin həyata keçirilməsi üçün kifayət qədər ambisiyalı ikili mə-

sələ həll edilməlidir: mümkün qədər qısa tarixi vaxt ərzində dünyanın apa-

rıcı ölkələrini, fəaliyyət keyfiyyəti və əmək mədəniyyətinə görə bu ölkələr-

dən geri qalmağa yol verməmək şərti ilə sosial-mədəni inkişaf templəri üz-

rə, heç olmasa bir az qabaqlamağa nail olmaq. Bu məsələnin uğurlu həlli 

maddi nemətlər istehsalçılarının  şüurunda inqilabi dəyişiklikləri, yüksək 

əmək mədəniyyəti və idarəetmə mədəniyyətinin formalaşdırılmasını, sosial 

məsuliyyət mədəniyyətini, Vətənə xidmət mədəniyyətini tələb edir. O əsa-

sən cəmiyyətdə intellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinin qa-

baqlayıcı inkişafı ilə, xalqın emosional üstünlüklü sosial-mədəni kodunun 

rasional üstünlüklü həyat fəaliyyəti mədəniyyətinə yenidən oriyentasiya et-

məklə seyretmədən böyük dəyişikliyə doğru istiqamətlənməsini şərtləndirir.  

Deyilənlər güman etməyə  əsas verir ki, inkişaf etməkdə olan ölkələrin 

davamlı sosial-mədəni inkişafı sosial-mədəni siyasətin aşağıdakı mühüm 

məsələlərinə yönəldilməsi ilə şərtlənir: 



Fuad Məmmədov

 

 

256



  Milli mədəniyyətin modernləşdirilməsi sayəsində, insanın tələbatla-

rının daha tam şəkildə təmin edilməsi və şəxsiyyətin potensial imkanlarının 

reallaşdırılması üçün əlverişli sosial şəraitin yaradılması. 

  Sistemli kulturoloji yanaşmaya əsaslanan yüksək dövlət idarəçiliyi 

mədəniyyəti hesabına insan, elmi, maliyyə, iqtisadi, təşkilati, hüquqi, infor-

masiya resurslarının daha effektiv istifadəsi. 

  Dövlətin həyat qabiliyyətini artıran, xalqın ümumi mədəniyyətinin, 

ölkədə kütləvi mədəniyyətin etik və estetik səviyyəsinin yüksəldilməsinə 

kömək edən elitar mədəniyyətin inkişafına yönəldilmiş kulturoloji proqram 

və layihələrin yaradılması və reallaşdırılması. Bu məqsədlə dövlət institut-

ları və xüsusi kulturoloji tədqiqat mərkəzlərinin, kulturoloji təhsilin və ma-

arifin təşkil edilməsi.  

  Kütləvi informasiya vasitələri ilə işıqlandırılan materiallarda “bilik-

lər cəmiyyətinin“ inkişafı, peşəkar mədəniyyətin təkmilləşdirilməsi, intel-

lektual mədəniyyətin və xalqın ənənəvi milli dəyərlərinin inkişaf problem-

lərinə diqqətin gücləndirilməsi.  

   Milli-mənəvi dəyərlərin və insana xas yüksək mədəniyyət norma-

larının yalnız insanların vətənpərvərlik tərbiyəsi sistemində deyil, həm də 

həyat tərzi və üslubunda, etika, estetika, reklam, moda, asudə vaxt və əhali-

yə xidmət sahəsində yayılması. 

  Milli və dünya mədəniyyətinin  ən dəyərli nailiyyətlərinin ailə  və 

uşaqların sosial tərbiyəsi və təhsili sistemində, uşaq ədəbiyyatı və incəsənə-

tində, uşaq təşkilatları  və düşərgələrində keçirilən tədbirlər və oyunlarda 

təbliği, bu dəyərlərə hörmət və məhəbbət hissinin formalaşdırılması. 

  Milli mədəniyyət yaradıcılarının – alimlər, müəllimlər, həkimlər, 

incəsənət xadimləri, ilk növbədə intellektual, səhiyyə, istehsal, etik, bədii, 

idarəetmə və hüquqi mədəniyyətin inkişafını təmin edən mütəxəssislərin la-

yiqli yaşayışı  və  məhsuldar yaradıcı  fəaliyyəti üçün zəruri olan təşkilati, 

maddi və mənəvi şəraitin yaxşılaşdırılması. 

  Ziyalıların, Vətən qarşısında xidməti olan, milli maraqlara xidmət-

də fədakarlıq göstərən və sosial-mədəni tərəqqini təmin edən bütün vətən-

daşların yaradıcı əməyinin hökumət tərəfindən ədalətlə qiymətləndirilməsi; 

qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi.  

Verilmiş konsepsiyaya uyğun olaraq müəllif tərəfindən milli və beynəl-

xalq sosial-mədəni siyasətin əsas vəzifələri, həyata keçirilmə metodları və 

prioritetlərinin müəyyən edilməsi cəhdi edilmişdir.  



Milli sosial-mədəni siyasətin  əsas vəzifələri bunlardır: intellektual po-

tensialın - elm, təhsil və yüksək texnologiyaların qabaqlayıcı inkişafı üçün 

əlverişli  şəraitin yaradılması; insan kapitalının inkişafı, qloballaşma  şərai-

tində cəmiyyətin davamlı daxili inkişafını və dövlətin rəqabət qabiliyyətini 



İdarəetmə mədəniyyəti 

 

257



təmin edən şəxsiyyət və liderlərin formalaşdırılması; xalq kütlələri tərəfin-

dən innovativ mədəniyyətin yüksək qavrama qabiliyyətinin səviyyəsini tə-

min edən kulturoloji maarifçiliyin effektiv dövlət sisteminin təşkili, gənclə-

rin və uşaqların intellektual inkişafı və mənəvi tərbiyəsi; milli incəsənətin 

inkişafı və mədəni irsin qorunması; fəaliyyət koordinasiyasının təmin edil-

məsi, müxtəlif statuslu sosial-mədəni fəaliyyət subyektlərinin əməkdaşlığı-

na və partnyorluğuna yardım; yüksək təşkiletmə və idarəetmə mədəniyyəti-

nə nail olmaq; cəmiyyətin ruhi və maddi mədəniyyətinin modernləşdirilmə-

si; dünyanın aparıcı ölkələri ilə milli mədəniyyətin mütərəqqi kulturogene-

zinə, milli-mədəni dəyərlər sisteminin təkmilləşdirilməsinə, beynəlxalq mü-

nasibətlər mədəniyyətinin inkişafına və sivilizasiyaların əməkdaşlığına im-

kan yaradan mədəni dialoq və mübadilənin həyata keçirilməsi. 

 Milli sosial-mədəni siyasətin həyata keçirilməsinin əsas metodları bun-

lardır: dünya sivilizasiyasının inkişaf təcrübəsi və tendensiyalarını  nəzərə 

almaqla, sosial-mədəni tərəqqinin ümumi fəlsəfəsinin, milli-mədəni inkişaf 

konsepsiyasının, sosial-mədəni fəaliyyət proqramları  və layihələrinin işlə-

nib hazırlanması; dövlət quruculuğu və idarəçiliyi strateji problemlərinin 

həllinə yönəldilmiş sistemli kulturoloji tədqiqatların təşkili; keyfiyyət və 

sürətə görə elmi strategiya və davamlı inkişaf texnologiyalarının işlənməsi; 

innovativ fəaliyyət vasitəsilə ruhi mədəniyyət sistemində permanent struk-

tur dəyişikliklərin aparılması; yüksək ixtisaslı kadrların hazırlığı, qiymət-

ləndirilməsi və düzgün istifadəsi; müəyyən edilmiş həyat fəaliyyəti istiqa-

mətlərinin proqressiv inkişafını təmin edən hüquqi və etik normaların tək-

milləşdirilməsi; məqsədli strateji maliyyələşdirmənin həyata keçirilməsi; 

prioritet istiqamətlərin maddi-texniki inkişaf şəraitinin təmin edilməsi; zə-

ruri resursların müəyyənləşdirilməsi (insan, təhsil, elmi, maliyyə, iqtisadi, 

təşkilati, hüquqi); mədəniyyət təşkilatlarının fəaliyyət şəbəkəsi və effektiv-

lik monitorinqi.  

Müəllif hesab edir ki, inkişaf etməkdə olan ölkələrin müasir milli sosial-

mədəni siyasətinin əsas innovativ prioritetləri, bədii mədəniyyətin və mədə-

ni irsin ənənəvi inkişaf xüsusiyyətlərinin qorunması şərti ilə, aşağıdakı kimi 

müəyyənləşdirilə bilər: 

1.  Elmin, təhsilin, maarifin, informasiyanın, yüksək texnologiyaların 

qabaqlayıcı inkişafı ilə əlaqədar olan - intellektual mədəniyyət. Uyğun mad-

di şəraitdə intellektual mədəniyyət - strateji dövlət prioriteti, istehsal qüvvə-

lərinin inkişafının, təbiətin və  cəmiyyətin dəyişdirilməsinin, insana lazım 

olan həyat nemətlərinin yaradılmasının başlıca amili olur.  

2.  Milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan - etik mədəniyyət

Yüksək mənəviyyatlılıq, xeyirxah iradə, insanlıq olmasa, intellektual mədə-

niyyət nəinki yaradıcı, həm də  cəmiyyət üçün dağıdıcı qüvvələrə xidmət 


Fuad Məmmədov

 

 

258



edə bilər. Etik mədəniyyət yalnız insan münasibətlərinin dəyər tənzimləyi-

cisi deyil, həm də qüvvədə olan qanunların icrasını  təmin edərək, hüquqi 

mədəniyyətin zəruri əsasıdır. 

3.  Qanunların aliliyini və təkmilləşdirilməsini, əhalinin hüquqi savad-

lılığını, qanunların icra mədəniyyətini nəzərdə tutan - hüquq mədəniyyəti

Hüquq mədəniyyəti insan hüquqlarının müdafiəsini, cəmiyyətin sosial, si-

yasi və iqtisadi həyatının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin 

mühüm tənzimləmə amilidir.  

4.  İdarəçilik peşəkarlığı və etikasının məcmusunu ifadə edən - idarə-

etmə mədəniyyəti. İdarəetmə mədəniyyəti, onun səviyyəsindən xalqın rifah 

halının və həyat keyfiyyətinin, dövlətin davamlı sosial, siyasi və iqtisadi in-

kişafının, beynəlxalq nüfuz və təhlükəsizliyinin asılı olduğu strateji priori-

tetlərdən biridir.  



Beynəlxalq sosial-mədəni siyasətin əsas vəzifələri qismində nəzərdən ke-

çirilməyə  aşağıdakılar təklif edilə bilər: müxtəlif ölkələrin sosial-mədəni 

fəaliyyətinin koordinasiyası, müxtəlif ölkə  vətəndaşları və xalqlarının mə-

dəniyyəti, dini və maraqlarının ahəngdarlığı üçün yeni beynəlxalq sosial 

mühitin formalaşdırılmasını, onların qarşılıqlı əlaqəli inkişafını, sülh mədə-

niyyətinin təsdiqini və insanların rifahının yüksəldilməsini nəzərdə tutan 

proqramların və layihələrin işlənib hazırlanması və həyata keçirilməsi; dün-

yanın müxtəlif ölkələrində dünya mədəniyyəti və sivilizasiyası tarixinin, 

mədəni nailiyyətlərin və bəşəriyyətin sosial-mədəni inkişaf təcrübəsinin fə-

al surətdə öyrənilməsinə, müxtəlif ölkələrdə kulturoloji biliklərin və effek-

tiv həyat fəaliyyəti texnologiyalarının yayılmasına yönəldilmiş beynəlxalq 

kulturoloji maarif sisteminin yaradılması; milli mədəniyyətlərin demokrat-

laşmasına, xalqların intellektual, etik və hüquqi mədəniyyətinin prioritet in-

kişafına, milli dövlətlərdə demokratik idarəetmənin elmi əsaslandırılmış 

sistemlərinin, demokratiyanın etik-hüquqi normaları və humanist prinsiplə-

rinin tətbiqinə yardım; dünya mədəniyyəti və sivilizasiyası üzrə Beynəlxalq 

Şuranın yaradılması, dünyanın sabit və  təhlükəsiz inkişafı maraqlarında 

mədəniyyətlərin dialoqu və sivilizasiyaların əməkdaşlığını təmin edən, yeni 

sosial-mədəni məkanı  və beynəlxalq münasibətləri formalaşdırmaq iqtida-

rında olan ekspert-kulturoloqlarının hazırlanması  və müxtəlif ölkələrin li-

derlərinin yenidən hazırlanması üçün Beynəlxalq Dünya mədəniyyəti Uni-

versitetinin açılması.  

Sadalanan şərtlərin həyata keçirilməsi insanın aktual inkişaf problemlə-

rini düzgün görməyə və həll etməyə, qloballaşma şəraitində müasir beynəl-

xalq sosial-mədəni siyasətin, beynəlxalq münasibətlər sisteminin və həyatın 

humanistləşdirilməsinin təkmilləşdirilməsinə yardım edər.  

 


İdarəetmə mədəniyyəti 

 

259



Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin