Fəsil 5. Demokratiya və
vətəndaş cəmiyyəti mədəniyyəti
Demokratiya mədəniyyəti: mahiyyəti, prinsipləri, dəyərləri və nor-
maları. Demokratiya mədəniyyətinin mahiyyəti. Demokratik mədə-
niyyətin başlıca parametrləri. Demokratik mədəniyyət prinsipləri və
dəyərləri. Demokratiyanın inkişafına mane olan sosial hadisələr. Və-
təndaş cəmiyyəti mədəniyyəti. Vətəndaş cəmiyyəti mədəniyyəti anla-
yışı və onun mahiyyəti. Vətəndaş cəmiyyətinin ictimai idealı. Vətən-
daş cəmiyyəti mədəniyyətinin vəzifələri. Vətəndaş cəmiyyəti mədəniy-
yətinə qoyulan tələblər. Gender mədəniyyəti.
Demokratiya mədəniyyəti: mahiyyəti,
prinsipləri, dəyərləri, normaları
Demokratiya - bütün vətəndaşların bərabər olduğu, xalqın özünüidarə
sistemidir, siyasi qərarlar isə azlıqların hüquqlarının müdafiəsi də nəzərə
alınmaqla, vətəndaşların əksəriyyəti tərəfindən qəbul edilir. Demokratiya
mədəniyyəti – ideyalar, prinsiplər, dəyərlər, sosial institutlar, hüquqlar, və-
zifələr və həyat fəaliyyəti texnologiyalarının bütöv, qarşılıqlı əlaqəli siste-
midir. Demokratik mədəniyyətin, özündə onun əsas prinsiplərini və dəyərlə-
rini əks etdirən başlıca rəmzləri – xalq hakimiyyəti, qanunun aliliyi; haki-
miyyətlərin bölünməsi; demokratik idarəetmə üslubu; vətəndaş cəmiyyəti;
insan hüquqları; bazar iqtisadiyyatı; şəxsiyyət azadlığı; şəxsi və sosial mə-
suliyyət; şəxsi və ictimai maraqların harmoniyasıdır.
Demokratik sistem xalq nümayəndələrinin, sağlam düşüncə əsasında ic-
timai maraqlara xidmət etməsi və onların öz fəaliyyətinə görə daşıdığı sosi-
Fuad Məmmədov
276
al məsuliyyətdir. Demokratiya mədəniyyəti ədalətli qanunyaradıcı istehsalı
və ölkə vətəndaşlarının, xalqın maraqlarına cavab verən, hamı tərəfindən
qəbul edilmiş norma və qaydalara könüllü tabeçiliyi, xalqın sosial-mədəni
inkişafı üçün təminatı və geniş imkanlar perspektivini nəzərdə tutur. De-
mokratiya mədəniyyətinin formalaşdırılması və inkişafı, əsas etibarilə hö-
kuməti legitimləşdirən və xalqın nümayəndəliyini təmin edən qanunyaradı-
cı prosesin effektivliyindən asılıdır. Demokratiya mədəniyyəti vətəndaş cə-
miyyəti inkişafının universal əsası və hərəkətverici qüvvəsidir.
Siyasi ölçüdə demokratiya birbaşa və nümayəndəli olur. Müasir dünya-
da daha çox yayılan nümayəndəli demokratiyadır. Bu - müntəzəm, azad,
düzgün və müsabiqəli seçkilərdir ki, onların nəticəsində xalqa hesabat ve-
rən hökumət seçilir. Demokratik dövlətdə hökumət xalqa xidmət etmək
üçün mövcuddur. Belə hökumət öz vətəndaşlarına mədəni nemətlərə, təhsi-
lə və maarifə, azad informasiyaya bərabər və geniş giriş imkanlarını təmin
etməlidir. Xalqın etimadını itirmiş hökumət onun tərəfindən yenidən seçilə
bilər.
Daxili siyasətdə demokratik mədəniyyət - milli maraqlara cavab verən,
intellektual, peşəkar, etik və humanist meyarlar əsasında rəhbər və ekspert-
lərin seçilməsi və istifadəsini təmin edən ədalətli, demokratik, şəffaf kadr
siyasətini nəzərdə tutur. O, vətəndaşların, onların Vətən qarşısındakı xid-
mətlərinə əsaslanan, qiymətləndirilməsi və ictimai tanınmasının obyektiv
prinsipləri və meyarlarını, orta sinfin üstünlüyü hesabına cəmiyyətdə sosial-
siyasi sabitliyə nail olunmasına yönəldilmiş ədalətli bölgü münasibətlərini,
mədəni müxtəliflik və mədəni plüralizmi, milli və dil azlıqlarının maraqla-
rının gözlənilməsini nəzərdə tutur. Xarici siyasətdə - xoş məram və qarşı-
lıqlı anlaşmaya, insan ləyaqətinə hörmətə, mədəniyyətlərin dialoqu və sivi-
lizasiyaların əməkdaşlığına əsaslanan sülh mədəniyyətini nəzərdə tutur.
Demokratiya mədəniyyəti prinsipləri üzərində qurulan cəmiyyət aşağı-
dakıları nəzərdə tutur: hadisələrin işıqlandırılması və qiymətləndirilməsində
obyektiv, düzgün və elmi əsaslı yanaşmanı təmin edən azad və müstəqil
KİV; rəylər və informasiyaların azad mübadiləsi; ictimai debatlar və qərar-
ların açıq qəbulu. Demokratik metodlara əsaslanan idarəetmə mədəniyyəti
zamanın tələblərinə cavab verən, həyat fəaliyyətinin effektiv yollarının, for-
ma və texnologiyaların tapılması; ziddiyyətləri düzgün həll etmək, şəxsi
maraqları ictimai, qrup və dövlət maraqları ilə harmonizasiya etmək, tole-
rantlıq yaratmaq; müxtəlif strukturlar və insanlarla kompromis tapmaq,
əməkdaşlığı və partnyorluğu həyata keçirmək bacarığını tələb edir. Demok-
ratik idarəetmənin aparıcı siyasi sistem prinsipləri bunlardır:
Səslərin əksəriyyətinin qazanılması nəticəsində namizədlərin qələ-
bəsinə əsaslanan - majoritar seçki sistemi. O, siyasi sistem olan demokrati-
İdarəetmə mədəniyyəti
277
yanın əsasını təşkil edən prinsipdir. Bir qayda olaraq, majoritarizm höku-
mətin hakimiyyətini məhdudlaşdıran və şəxsiyyətin fərdi hüquqlarını və az-
lıqların hüquqlarını təmin edən konstitusiya daxilində fəaliyyət göstərir.
Vətəndaşların əsas ayrılmaz hüquqları konstitusiya ilə təmin edilir, onun
müddəaları konstitusiyaya zidd qanunlar əsasında hökumət və məhkəmə tə-
rəfindən pozula bilməz.
“Nəzarət və tarazlıq” sistemi. Bu sistem “hakimiyyətlərin balansı-
nı” təmin edir. Belə yanaşma hər hansı bir idarəetmə orqanı, siyasi institut,
insan qrupları və ya ayrıca şəxsiyyətin əlində hakimiyyətin həddən artıq ol-
duğu situasiyanın qarşısını alır. Məsələn, müstəqil məhkəmə sisteminin ol-
ması qarşılıqlı nəzarət edən və bir-birini tarazlaşdıran həm qanunverici,
həm də icra hakimiyyətinə öz səlahiyyətləri çərçivəsindən çıxmaq imkanını
vermir. Nəticədə vətəndaşların hüquqlarına təhlükə yarada bilən, hakimiy-
yətin ayrıca şəxsiyyət və ya dövlət strukturunun əlində cəmləşməsi imkanı
istisna edilir.
Yüksək demokratik idarəetmə mədəniyyəti maraqların uzlaşdırılmasına,
sosial ədalətə və ictimai rifahın yüksəlişinə, terrorizm, anarxiya və dağıdıcı
proseslərin aradan qaldırılmasına nail olmağa imkan verir. O, vətəndaşların
ictimai-faydalı və rəqabət qabiliyyətli yaradıcı fəaliyyəti, qanunun aliliyinin
gözlənilməsi, cəmiyyətin mənəvi sağlamlığının qorunması üçün əlverişli
şərait yaradır. İdarəetmə proseslərinin desentralizasiya olunması və qərarla-
rın hazırlanması və qəbul edilməsi proseslərinə müstəqil ekspertlərin geniş
dairəsinin cəlb olunması hakimiyyət və məsuliyyət bölgüsü, demokratik
idarəetmə formalarının tətbiqi üçün zəmin yaradır. Demokratik ölkələrdə
sərt dövlət nəzarətini şəxsiyyətin və cəmiyyətin maraqlarının harmonizasi-
yasına imkan yaradan demokratik tənzimləmə əvəz edir.
Demokratik mədəniyyətin formalaşdırılması üzrə praktik fəaliyyət, gənclə-
rin, uşaqların və yaşlı əhalinin, demokratik mədəniyyətin həyat tərzi kimi üs-
tünlüyünü və imkanlarını aşkarlayan demokratiya prinsipləri, dəyərləri və təc-
rübəsinə sistemli şəkildə öyrədilməsinin təşkil edilməsi zəruriliyini nəzərdə tu-
tur. O həmçinin, cəmiyyətin bütün sahələrində demokratiya mədəniyyətinin
formalaşmasına və inkişafına yardım edən yeni sosial mədəniyyət institutları-
nın yaradılmasını tələb edir. Belə institutların ideoloji vəzifəsi azadlıq və müs-
təqillik, məsuliyyət, yaradıcılıq, insan hüquqları və s. bu kimi dəyərlərə əsasla-
nan yeni insanın və fərdi və ictimai münasibətlərin yeni mədəniyyətinin forma-
laşdırılmasına yardım etməkdir. Demokratiya mədəniyyətinin inkişafı korrup-
siya, monopolizm, yoxsulluq, qeyri-proporsional bölgü münasibətlərinin, həm-
çinin cahillik, ləyaqətsizlik, məsuliyyətsizlik, paxıllıq, ikiüzlülük, yaltaqlıq,
yerlibazlıq və milli maraqlara zidd olan digər destruktiv hadisələr və neqativ
keyfiyyətlərin aradan qaldırılmasına imkan verir.
Fuad Məmmədov
278
Mədəniyyətin demokratlaşdırılması prosesi həm “yuxarıdan” - dövlət
strukturları səviyyəsində, həm də“aşağıdan” - vətəndaş cəmiyyətinin mü-
hüm sosial institutu olan qeyri-hökumət təşkilatları səviyyəsində getməli-
dir. Qeyri-hökumət təşkilatları, həmçinin həmkarlar və bələdiyyələr demok-
ratik mədəniyyətin effektiv inkişaf məktəbidir. Həm dövlət, həm də qeyri-
hökumət strukturları və vətəndaşlar, ilk növbədə, müxtəlif səviyyələrin rəh-
bərləri, ölkə konstitusiyası və qanunlarında müəyyən edilmiş dəyərlərə,
normalara və qaydalara ciddi əməl etməlidirlər.
Vətəndaş cəmiyyəti mədəniyyəti
Vətəndaş cəmiyyəti mədəniyyəti – vətəndaşların sosial fəallığı və özünü-
idarəsinin inkişafı hesabına ictimai rifahın yüksəldilməsini təmin edən, bə-
şəriyyətin sosial və siyasi mədəniyyətinin şüurlu, mütərəqqi və daha huma-
nist forması, həyat fəaliyyətinin yüksək mədəniyyətidir. O, məzmun-dəyər
və tarixi-siyasi parametrləri daxil edən, geniş həcmli anlayışı təmsil edən
demokratik mədəniyyətin konkret ifadələrindən biridir. Bu, ictimai-siyasi
sistem olan demokratiya mədəniyyətidir. Vətəndaş cəmiyyəti mədəniyyəti
həyat fəaliyyətinin müxtəlif dəyərləri, normaları və texnologiyalarının məc-
musunu ifadə edir. Onların arasında – siyasi, mənəvi, hüquqi, idarə, sosial,
milli, dini, məişət və digər dəyərlər mövcuddur. Vətəndaş cəmiyyəti mədə-
niyyəti - şəxsiyyətin azadlığı və sosial məsuliyyəti, fikirlərin humanizmi və
plüralizmi, qanuna və qanuni hakimiyyətə, mülkiyyət hüququ və şəxsiyyət
hüquqlarına hörmətdir. O, azad informasiyanı, mədəniyyət nemətlərindən
geniş surətdə faydalanmanı və humanist həyat təminatı sistemini, şəxsiyyə-
tin sosiallaşdırılması və ictimai münasibətlərin tənzimlənməsini, milli-mə-
dəni, dini, sosial və digər ziddiyyətlərin həllini, mədəniyyətlərin və şəxsiy-
yət və cəmiyyətin maraqlarının harmoniyasını nəzərdə tutur. Vətəndaşların
iqtisadi, sosial və siyasi müstəqilliyinə və məsuliyyətinə, insanların fiziki
və mənəvi sağlamlığına, cəmiyyətin ekoloji təhlükəsizliyinə nail olmağa
imkan verən vətəndaş cəmiyyəti mədəniyyətinin formalaşdırılmasının la-
büd şərti, pozitiv xarici ölkə təcrübəsinin, elmi biliklərin və effektliv həyat
fəaliyyəti texnologiyalarının öyrənilməsi, yaradıcı istifadəsi və yayılması-
dır. Yoxsulluğun və korrupsiyanın aradan qaldırılması, davamlı inkişafa və
tərəqqiyə, yüksək bölgü münasibətləri mədəniyyətinə, ictimai maraqlara ca-
vab verən düzgün sosial-mədəni siyasətin həyata keçirilməsinə nail olma
vacib məsələdir.
Vətəndaş cəmiyyətinin ictimai idealı nəzərdə tutur:
· Xidmətlərlə mükafatlandırma arasında uyğunluq.
İdarəetmə mədəniyyəti
279
· Təhsilli, fəal və mənəvi cəhətdən kamil şəxsiyyətlərin formalaşdırıl-
ması üçün şəraitin olması.
· İnsanın həyat fəaliyyəti üçün bərabər ilkin şərtlərin təqdim edilməsi.
· Söz, yaradıcılıq və fəaliyyət azadlığı üçün imkanların mövcudluğu.
· İnsanın öz təyinatını reallaşdırması üçün imkanların mövcudluğu.
· Harmonik və ədalətli ictimai münasibətlərin əldə edilməsi.
· Həyat nemətlərinin ədalətli bölgüsü.
· İnsanın qabiliyyətləri ilə ictimai mövqeyi arasında uyğunluğun olması.
· Vəzifələr və hüquqlar arasında uyğunluq.
· Şəxsi və ictimai maraqlar arasında uyğunluq.
· Borc tələbləri və insan tələbatları arasında uyğunluq.
· Xeyirxah həyat tərzi ilə şəxsi səadətin əldə edilməsi arasında uyğun-
luq.
Yeni ictimai-siyasi sistem olan demokratiyaya real keçid vətəndaş cə-
miyyəti mədəniyyəti qurulmadan mümkün deyil. Demokratik mentalitet
formalaşdırılmadan bu - zamanın ciddi sınaqlarına davam gətirə bilməyə-
cək süni, dərk olunmayan, qeyri-sabit siyasi qurum olacaqdır. Postsovet öl-
kələrində bu problemlərin həllinin mühüm şərti sovet tipli avtoritar-totalitar
mədəniyyət növünün demokratik mədəniyyətə transformasiyasında dövlətin
özünün aktiv fəaliyyəti və onun tərəfindən qeyri-hökumət təşkilatlarının so-
vet tipli avtoritar-totalitar mədəniyyətin – demokratik mədəniyyətə trans-
formasiyası üzrə təşəbbüslərinin dəstəklənməsidir. Eyni zamanda hər bir
vətəndaşın şüurunun dəyişdirilməsi çox vacibdir, çünki fərdlərin mədəniy-
yətini dəyişmədən cəmiyyəti bütövlükdə dəyişmək mümkün deyil. Burada
əlbəttə ki, “yuxarıdan” və “aşağıdan” həyata keçirilən uğurlu və dönməz is-
lahatların zəruri şərti, uyğun elmi əsaslı proqram və layihələrin köməyi ilə
reallaşdırılan, konkret sosial-mədəni siyasətdə təcəssüm olunan dövlətin
aparıcı roludur.
Vətəndaş cəmiyyətində inkişafın mühüm şərti və ictimai orqanizmin əsas
təməl komponenti insanın şəxsi mədəniyyəti, onun həyati dəyərlər haqqın-
dakı təsəvvürləri, biliyi, bacarığı, mütəşəkkilliyi, humanizmi və yaradıcı fə-
aliyyətidir. Buna görə də milli maraqları nəzərə alaraq demokratik dövlətlər
şəxsiyyətin yüksək ruhi mədəniyyətinin formalaşdırılmasına və inkişafına
yardım edən yeni sosial mədəniyyət institutlarının yaradılmasını təşviq
edirlər. Hökumət təhsil, maarif, informasiya və mətbuat, hüquq, elm, iqtisa-
diyyat, incəsənət, səhiyyə, ekologiya, turizm və ölkənin inkişaf tələblərinə
cavab verən digər sahələrdə vətəndaş təşəbbüslərini dəstəkləyir.
Vətəndaş cəmiyyətinin üstünlüklərini və imkanlarını daha tam açmaq və
ümumi rifah üçün istifadə etmək üçün cəmiyyətin hər bir üzvünün cəmiy-
yət qarşısında duran problemləri düzgün başa düşməsi, cəmiyyətin rifahı
Fuad Məmmədov
280
naminə yaradıcı fəaliyyəti, öz vətəndaşlıq borclarına məsuliyyətli münasi-
bəti, vətəndaş cəmiyyəti konstitusiyasını, insan hüquqlarını, mülkiyyət hü-
quqlarını, qüvvədə olan qanunları gözləməsi, qanuni hakimiyyətə hörmət
etməsi lazımdır. Bu - mədəni dəyərlər, qarşılıqlı anlaşma və məhsuldar
əməkdaşlıq üçün zəruri olan, müxtəlif xalqların mədəni dəyərləri, əsas nai-
liyyətləri və xüsusiyyətləri haqqında bilikləri daxil edən kulturoloji təhsilin
əhəmiyyətini şərtləndirir. O, demokratiyanın prinsip, dəyər və normalarının
məktəbəqədər təhsil, orta və ali məktəb səviyyəsində öyrənilməsini nəzərdə
tutur, şəxsiyyət və liderlərin, rəhbər işçilərin, müxtəlif profilli mütəxəssislə-
rin, sadə vətəndaşlar və gənclərin sosial-humanitar hazırlığı üçün geniş im-
kanlar açır. İnsanların iş yerləri və yaşayış yerləri üzrə interaktiv kulturoloji
maariflərndirmə vasitəsilə vətəndaşların sosial-siyasi fəallığının yüksəldil-
məsi metodu mühüm praktik əhəmiyyətə malikdir. Cəmiyyətin həyatının
müxtəlif sahələrinin sosial idarəetmə sistemi üçün yeni rəhbər kadrların ha-
zırlanması və tərbiyə edilməsi prioritet vəzifədir. Belə rəhbər kadrlar yük-
sək ümumi, peşəkar və idarəetmə mədəniyyətinə, çevik təfəkkürə, yüksək
səviyyəli sosial məsuliyyətə, müasir dünya mədəniyyəti tələblərinə cavab
verən elmi bilik və bacarıqlara malik olmalıdırlar. Belə hazırlığın praktik
vəzifələrindən biri sistemli kulturoloji təhlil və demokratik ölkələrin intel-
lektual mədəniyyət nailiyyətləri – Qərbin və Şərqin ictimai inkişaf modellə-
ri, texnologiyaları, müasir sənaye və postsənaye vətəndaş cəmiyyətlərinin
konkret nailiyyətlərinin dövlət quruculuğu və idarəçiliyi praktikasında yara-
dıcı istifadə edilməsi qabiliyyətini yetişdirməkdir. Mühüm vəzifələrdən biri
demokratik mədəniyyət dəyərlərinə sadiq və yeni sosial-siyasi şəraitdə işlə-
mək qabiliyyətinə malik yüksək təhsilli jurnalistlərin peşəkar hazırlığı və
tərbiyəsidir. Müasir jurnalistlər milli və dünya mədəniyyəti və sivilizasiya-
sının tarixi, bəşəriyyərin sosial-mədəni inkişafının nəzəriyyəsi və praktikası
sahəsində “mozaik” deyil, universal elmi biliklərə malik olmalıdırlar.
Vətəndaş cəmiyyətində kütləvi informasiya vasitələrinə məsuliyyətli rol
ayrılır. O, demokratik dünyagörüşün formalaşdırılması, qərarların qəbulu
üçün mühüm mənbə, ictimai müzakirələrin keçirilmə vasitəsidir. Demokra-
tik ölkədə müstəqil KİV-lər həm ictimai, həm də xüsusi sektorlarda obyek-
tiv və nəzakətli, ictimai-faydalı informasiya yaymalıdırlar. Onlar dövlət tə-
rəfindən nəzarət olunmamalı və təzyiq və maraqlar üçün bu və ya digər
qrupların maraqlarında ictimai şüuru manipulyasiya etmə vasitəsi kimi isti-
fadə olunmamalıdır. Bu, cəmiyyətdə jurnalistlərin yüksək ruhi mədəniyyə-
tini, kifayət qədər elmi biliklərini, yaxşı təhsilliliyini, peşəkarlığını, etik
mədəniyyətini və vicdanlı olmasını nəzərdə tutur. Kütləvi informasiya vasi-
tələri ictimai şüurda qanunun aliliyinin təsdiq edilməsinə, cəmiyyətdə de-
mokratiya mədəniyyəti, diskussiyalar və debatlarda yüksək etikanın və nə-
İdarəetmə mədəniyyəti
281
zakətin formalaşdırılmasına və yayılmasına yardım etməlidir. Vətəndaş cə-
miyyətində söz və mətbuat azadlığı hədiyyə edilmir, amma anadangəlmə
hüququ kimi insana məxsus olmasını nəzərə alaraq, demokratik ölkənin
dövlət strukturları ictimaiyyətin və cəmiyyətin hər bir üzvünün maraqlarını
müdafiə edir.
Vətəndaş cəmiyyəti və hüquqi dövlət mədəniyyəti inkişafının mühüm
istiqamətlərindən biri gender mədəniyyətinin inkişafıdır. Gender mədəniy-
yəti kişi və qadın arasında onların şəxsiyyətlərarası ünsiyyətini, ailədə və
cəmiyyətin əsas institutlarında qarşılıqlı fəaliyyətini xarakterizə edən, mün-
təzəm olaraq inkişaf edən sosial münasibətlər sistemini ifadə edir. Gender –
şəxsiyyət və cəmyyətin yüksək etik mədəniyyəti ilə sıx bağlı olan sosial-
mədəni anlayışdır. O yalnız kişi ilə qadın arasında olan bioloji fərqlər haq-
da təsəvvür yaratmır, həm də mentallıq, emosionallıq, təfəkkür və davranış-
dakı fərqlər, həyatda onların sosial rolunun ayrılmasını təsdiqləyir. Gende-
rin bioloji parametrləri insanın cinsi ilə əlaqədar olsa da, sosial-mədəni pa-
rametrlər bir çox cəhətdən insanların mədəniyyəti, onların tərbiyəsi, xarak-
teri, psixologiyası, həyat tərzi, sosial mühitlə, maraqları və peşəsi ilə şərtlə-
nir. Gender bu və ya digər xalqın milli-mədəni sistemi ilə şərtlənən, fərdi
və ictimai səviyyədə kişi ilə qadın arasındakı münasibətlərin sosial-mədəni
modeli kimi təzahür edir. O, milli mədəniyyət və bütövlükdə cəmiyyətin
mədəniyyətinin, cəmiyyətin sosial infrastrukturunun baza ölçülərinin səviy-
yə və xüsusiyyətlərinin dərk edilməsi və qiymətləndirilməsi üçün mühüm
parametrlərdən biridir. Demokratik cəmiyyətdə gender mədəniyyəti ictimai
münasibətlərin tənzimlənməsi və cəmiyyətin və dövlətin idarəetmə mədə-
niyyətinin mühüm alətidir. O, milli və sosial mədəniyyətin inkişafının pozi-
tiv sinergetikasına nail olmağın mühüm amillərindən biri olan sosiomədəni
tarazlığın əldə edilməsinə yardım edir. Cəmiyyətdə bərabərhüquqlu müna-
sibətlərin formalaşdırılması - şəxsiyyətin ahəngdar inkişafı və özünütəkmil-
ləşdirmənin, davamlı inkişaf və bütün cəmiyyətin rifah tələblərinə cavab
verən insanların sosial fəallığının mənbəyidir. Kişi ilə qadının sosial-mədə-
ni rolu və cəmiyyətdə onların qarşılıqlı münasibət mədəniyyəti, əsasən, mə-
dəni ənənələr və təfəkkür və davranış stereotipləri, xalqın sosiallaşmasının
tarixi sistemi ilə müəyyən edilir. Mədəniyyətin mühüm sosial institutların-
dan biri olan gender mədəniyyətinin formalaşması və məzmunu cəmiyyətin
xarakterinin, onun ümumi ruhi və maddi mədəniyyətinin, vətəndaşlarının
psixoloji aurasının dəyişməsi ilə dəyişilir. Gender mədəniyyətinin təhlili bu
və ya digər cəmiyyətin ictimai münasibətlərinin dərk edilməsi, sosial-mədə-
ni inkişaf proseslərinin qiymətləndirilməsi, proqnozlaşdırılması və model-
ləşdirilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Fuad Məmmədov
282
Fəsil 6. İnsan münasibətləri mədəniyyəti -
mühüm milli idarəetmə resursu kimi
Dünya sivilizasiyası tarixinin səhifələrini vərəqləyərkən, insan münasi-
bətləri mədəniyyətinin – etik, hüquqi, bölgü, həmçinin maddi və siyasi ma-
raqlar, hakimiyyət və var-dövlət hərisliyi ilə motivləşən davranışın idarəet-
mədə nə qədər vacib rol oynadığını görməmək mümkün deyil. Davranışın
əsas motivi insan həyatının qorunması və yaxşılaşdırılmasıdır. Lakin əgər
bəzilərində bu qayğı müəyyən etik prinsiplərlə şərtlənirsə, digərlərində o,
sosial ziddiyyətlərə, maraqların və dəyərlərin toqquşmasına, böhranlara və
müharibələrə gətirib çıxarır. Özünüqoruma instinkti və maddi maraqlar, ha-
kimiyyət, şöhrət və var-dövlət hərisliyi, çox zaman mənəvi prinsipləri dağı-
daraq, ədalətsiz siyasətin əsası olurdu.
Şəxsiyyətlərarası münasibətlər mədəniyyəti
Həyat və insan münasibətləri mədəniyyəti. İnsan münasibətlərinin
sirri və “qiymətləndirmənin qızıl qaydası”. Şəxsiyyətlərarası münasi-
bətlər mədəniyyətinə tələblər. Davranış, mədəniyyət və xarakter. Şəx-
siyyət mədəniyyətinin formalaşdırılması amilləri. Mədəni insanın
davranışı və insanın mədəni davranışı. Ünsiyyət mədəniyyətinin xü-
susiyyətləri və qarşılıqlı anlaşmanın sirləri. Müxtəlif xalqların “dil
mədəniyyəti”. Manipulyasiya etmə, rəqabət və əməkdaşlıq. Pozitiv
ünsiyyət, insanların qiymətləndirilməsi və “əvvəlcədən nəzərdə tutul-
muş obraz”. Qarşılıqlı anlaşma mədəniyyəti. Şəxsiyyətlərarası mü-
naqişələrin mahiyyəti və xüsusiyyətləri. Avtoritar şəxsiyyət və konst-
ruktiv diskussiya qaydası. Münaqişəsiz münasibətlərin altı prinsipi.
Qarşılıqlı anlaşma və razılaşma davranışını təmin edən şəxsiyyətlə-
rarası ünsiyyətin tənzimləyiciləri. Düzgün seçimə aparan yol.
Həyat – yollar çoxluğudur ki, onların arasından insan özü üçün düzgün
yolu seçməlidir. Bunu necə etməli? Bunun üçün mümkün qədər qısa müd-
dət ərzində insan düzgün həyat mədəniyyətinin mahiyyəti və xüsusiyyətlə-
rinin öyrənmə və dərketmə pillələrini qalxmalı, yetkinliyə, müdrikliyə çat-
malı və özündə ruhi yaradıcılıq, harmoniya və kamillik qabiliyyətini yetiş-
dirməlidir. İnsanın mədəniyyət dünyası müxtəlif, çoxrəngli, çoxüzlüdür. O
öz təkrarolunmaz fərdi xüsusiyyətləri, coğrafi və milli özünəməxsusluğu ilə
İdarəetmə mədəniyyəti
283
müxtəlif mədəniyyətlərin böyük çoxluğundan ibarətdir. Bununla yanaşı in-
sanların mədəniyyətində çoxlu ümumi cəhətlər və qanunauyğunluqlar var-
dır. Bu qanunauyğunluqları bilmə və dərk etmə, məhsuldar həyat fəaliyyəti
və insan xoşbəxtliyinin başlıca şərtlərindən biri olan insan münasibətləri
mədəniyyətini pozitiv idarə etməyə, tənzimləməyə, harmonizasiya etməyə
və təkmilləşdirməyə kömək edir .
İnsanın digər insanlarla qarşılıqlı münasibətləri onun şəxsiyyəti, psixo-
loji xüsusiyyətləri, xarakteri haqqında müəyyən təsəvvürlər əsasında quru-
lur. Əgər bu təsəvvürlər yanlışdırsa, əgər biz insan münasibətləri mədəniy-
yətinin bir çox qanunauyğunluqlarını və xüsusiyyətlərini bilmiriksə, qarşı-
lıqlı anlaşmaya ümid olmaq olarmı? Axı bizim bir çox bəlalarımız da bil-
məməyimizdən və başa düşməməyimizdən yaranır. Yaxşı məlumdur ki,
məsələn, adi təfəkkürə malik az mədəni insanlar şəxsi nöqsanlarını görmək
iqtidarında olmadıqlarına görə, özlərinin dünyagörüşü xaricində olan hər
şeyi pisləyirlər. Onu da nəzərə almaq lazımdır ki, həyatda çox zaman insa-
nın ziddiyyətliliyi onun varlığının ziddiyyətindən doğulur. Bu və digər real-
lıqları nəzərə alaraq, hər kəs başqalarına diqqətlə yanaşmağa, fikrən özünü
onun yerində təsəvvür etməyə, onun ən yaxşı xüsusiyyətlərini görməyə və
qiymətləndirməyə səy göstərməlidir.
İnsan münasibətləri mədəniyyəti – insanın tərbiyəsi, təhsili, intellekti və
xarakteri, ailədə, kollektivdə və cəmiyyətdə insanlar arasındakı münasibət-
ləri tənzimləyən mədəni dəyərlər sistemi, etik və hüquqi sosial qanunlar və
normalar ilə şərtlənən, insanların davranışında təcəssüm edilən qarşılıqlı in-
san münasibətləri prosesidir. Bu submədəniyyət şəxsiyyət mədəniyyətinin
mühüm göstəricisi, idarəetmə mədəniyyəti, qarşılıqlı anlaşma və effektiv
əməkdaşlığın, sabit həyat fəaliyyəti, sağlamlıq və ailə rifahının mütləq şər-
tidir. O, şəxsiyyətlərarası, ictimai, millətlərarası, dinlərarası, beynəlxalq, ai-
lə, gender, işgüzar, peşəkar və digər münasibətlərin geniş spektrini daxil
edir.
İnsan münasibətləri mədəniyyəti müxtəlif sosial-mədəni sistemlərin və
qrupların öz mədəni təlimatları, sosial qanunlar, sanksiya və stimullaşdırma
sistemlərinə malikdirlər ki, onların vasitəsi ilə fərdlərin və insan birlikləri-
nin davranışını tənzimləməyə çalışırlar. Bu həm də davranışın müəyyən
mənəvi-etik etalonları və nizamlanmış nümunələri və ünsiyyət stereotipləri-
dir. Bununla yanaşı cəmiyyətin ruhi mədəniyyətinin ayrılmaz hissəsi olan
insan münasibətləri mədəniyyəti, bu münasibətlərdə iştirak edən şəxsiyyət-
lərin fərdi mədəniyyətindən, onların dəyər-dünyagörüşü istiqamətlərindən,
hisslərinin mədəniyyətindən, “həyatın daxili qaydalarından” asılıdır. İnsan
digər insanların arasında yaşayır və işləyir və onlarla ünsiyyətdə olaraq, bu
insanlarla intellekt və dərketmə səviyyəsi ilə, öz şəxsi qiymətləndirməsi,
Fuad Məmmədov
284
mühakimələri və təsəvvürlərinin obyektivliyi və ya subyektivliyi ilə sıx
bağlı olan münasibətlərlə şərtlənən müəyyən hisslər keçirərək və göstərə-
rək, mütləq onu əhatə edən sosial aləmi dərk edir. İnsan qəlbinin gözəl bili-
cisi Anton Çexov doğru olaraq qeyd edirdi: “Biləndə ki, sənin sağalmağını
bayram kimi gözləyən adamlar var, o zaman hətta xəstələnmək də xoşdur.”
İnsan təklikdə, başqa insanların sevgisi, hörməti və dəstəyi olmadan xoş-
bəxt ola bilərmi? Saxta xeyirxahlıq bizə xoş gələ bilərmi? Məgər mədəni
insanlarla ünsiyyət əsl təmtəraq deyilmi?
İnsan münasibətlərinin əsas sirləri insanların sözləri, əməlləri, davranı-
şı, fəaliyyəti və şəxsiyyətinin qarşılıqlı qiymətləndirilməsinin incə psixoloji
mexanizmlərindədir. “ Qiymətləndirmənin qızıl qaydası” ondan ibarətdir ki,
konkret əməl əsasında hansısa bir xətalar və ya uğursuzluqlara görə şəxsiy-
yətə ümumi neqativ qiymət və xarakteristika vermək lazım deyil, çünki bu,
insanlar arasında psixoloji sədd yaradan labüd yoldur. İnsanın, onun qabi-
liyyətləri və nailiyyətlərinin xeyirxah və obyektiv qiymətləndirilməsi, min-
nətdarlığın ifadəsi və şəxsiyyətin xidmətlərinin etirafı qarşılıqlı anlaşma,
dostluq, məhsuldar əməkdaşlıq və inkişaf üçün əlverişli şərait yaradır. La-
kin konkret əməl neqativ qiymət də ala bilər. Belə halda bu qiyməti onu tö-
rədən insanın şəxsiyyətinə aid etmək, beləliklə, onun yaxşılaşmasını, tək-
milləşməsini “bağlayaraq”, insanın öz gücünə və imkanlarına inamını öl-
dürmək lazım deyil. Hətta müəyyən səhvə görə insanı məcburən tənqid
edərkən, fikir ayrılığının mahiyyəti haqqında danışmaq lazımdır. Bu zaman
insanı “küncə qovmayaraq”, partnyorun əhəmiyyətini qeyd etmək, onun
üçün müvəffəqiyyətə ümid və pozitiv perspektiv açaraq, qabiliyyətlərinə
inam nümayiş etdirmək lazımdır. Məhz belə yanaşma şəxsiyyətlərarası mü-
nasibətlər mədəniyyətinin tələblərindən biridir.
S.L.Rubinşteynə görə insanın psixi simasının təhlil modeli üç əsas suala
cavab tapılmasını nəzərdə tutur: insan nə istəyir, o nə bacarır, o nədir. Bi-
rinci sual şəxsiyyətin maraqlarını, tələbatlarını, ideallarını, istiqamətləri və
motivlərini müəyyən etməyə imkan verir. İkinci – onun istedadının və qabi-
liyyətinin. Üçüncü – onun xarakterinin. Buna baxmayaraq, insanın əhval-
ruhiyyəsi bir çox amillərdən– digər insanlar tərəfindən məhəbbət və hör-
mətdən, əmək fəaliyyətindən, fiziki səhhətindən, ruhi vəziyyətindən, həyat
tərzindən, üslubundan, hisslərdən, əsasən xüsusi enerji yaradan ehtirasdan
asılıdır. Pozitiv təfəkkür, çətin vəziyyətlərdə dözüm və təmkin, məsuliyyət
hissi, öz şüurunu idarə etmək bacarığı, öz qüvvəsinə inam, öz davranışının
və xeyirxahlığının düzgünlüyünə əminlik mühüm əhəmiyyət kəsb edir.
Onore de Balzak qeyd edirdi ki, insan haqqında fikir söyləmək üçün ən
azı onun düşüncələri, uğursuzluqları və həyəcanlarından agah olmaq lazım-
dır. İnsan hisslərini su və od kimi həm canlandırıcı, yaradıcı, həm də dağı-
İdarəetmə mədəniyyəti
285
dıcı xassələrə malik təbii hadisələrlə müqayisə etmək olar. Hər şey bu xas-
sələrin necə istifadə olunmasından, bu təbii təbiət hadisələrinin nə dərəcədə
ağılla idarə edilməsindən asılıdır. Bu hadisələri dağıdıcı deyil, yaradıcı isti-
qamətə yönəldərək, onları necə idarə etmək olar? Millətindən və dinindən
asılı olmayaraq, yalnız insanın həqiqi dəyər meyarı olan yüksək ruhi mədə-
niyyətin köməyi ilə.
İnsan münasibətləri mədəniyyətinin universal əsası və konkret təzahürü şəx-
siyyətlərarası münasibətlər mədəniyyətidir. O: düzgün qiymətləndirmə və etira-
fı; nəzakəti, ədəbi; şəxsiyyətə hörməti; empatiyanı, başqasının dərdinə şərik ol-
manı; inamı; anlamanı; səmimiliyi; dözümü, təmkini, səbri; psixoloji uyğunlu-
ğu və harmoniyanı; şəxsiyyəti ittiham etmədən ziddiyyətləri aradan qaldırma-
ğı; öz fikirlərini düzgün ifadə etmək bacarığını nəzərdə tutur.
Həyatda hər şey dəyişir, insan münasibətləri də dəyişir: onlar ya inkişaf
edir və möhkəmlənir, ya da sönüb gedir və bitir. Hər şey insanların mədə-
niyyətindən, onların qarşılıqlı münasibətlərinin səmimiliyindən, enerji, xoş
məram, diqqət, əməkdaşlıq etmək istəyi və ziddiyyətləri aradan qaldırmaq
bacarığından asılıdır. İnsanın ailədə və iş yerində gündəlik davranışında
onun şəxsi mədəniyyəti, bilikləri və etikası, tələbatları və maraqları, xarak-
teri və temperamentinin xüsusiyyətləri, baxışları, zövqü, vərdişləri, öz qüv-
vəsinə inam dərəcəsi özünü göstərir. Hələ keçən əsrin əvvəlində Lesli Alvin
Uayt kulturoloji qanunauyğunluğu göstərmişdir ki, ona uyğun olaraq, insa-
nın davranışı onun mədəniyyətinin dəyişməsi ilə dəyişilir. İnsanın davranış
vahidi - əməllərdir. İnsanın daxili əqidəsinə və xassəsinə çevrilərək, böhran
şəraiti və ya mürəkkəb situasiyalarda özünü parlaq şəkildə göstərərək, onlar
ruhi mədəniyyətin güclü mənəvi amili olurlar. U.Tekkereyin fikri yaxşı mə-
lumdur: “Əməl əkin - vərdiş biçərsiniz, vərdiş əkin – xasiyyət biçərsiniz,
xasiyyət əkin - tale biçərsiniz”.
İnsanın davranışı və əməllərində onun xarakteri - şəxsiyyətin bütün psi-
xi və ruhi xassələrinin, fərdi xüsusiyyətlərinin nadir məcmusu üzə çıxır.
Xarakter insanın daxili aləmini, onun daxili mədəniyyətini əks etdirir. O,
insanları valeh edən və ya özündən uzaqlaşdıran əsas keyfiyyətdir. Xasiyyət
fikirlərə, hisslərə və hərəkətlərə möhür vurur, fəaliyyətə təsir göstərir, şəx-
siyyətin tipik, sabit xüsusiyyətləri və xassələrini aşkar edir. Xarakter insan-
ların ünsiyyət prosesində və müəyyən vaxtda təzahür olur. İmmanuil Kant
qeyd edirdi ki, “xarakter prinsiplərə uyğun fəaliyyət göstərmək bacarığın-
dan ibarətdir.” İnsanın xarakterini bilməklə, müəyyən şəraitlərdə onun
əməllərini və davranışını qabaqcadan görmək və proqnozlaşdırmaq, deməli,
onu müəyyən dərəcədə idarə etmək olar. Bax buna görə, erkən uşaqlıqdan,
insanın gələcəyinin bir çox cəhətdən asılı olacağı pozitiv, alicənab xarakter
formalaşdırmaq bu qədər vacibdir. Hətta bəzi vəhşi heyvanların təlim təc-
Fuad Məmmədov
286
rübəsi göstərir ki, qayğı və xeyirxahlıq aqressiv xarakteri – pozitivə dəyişə
bilər. Alicənab xarakter ədalət, məsuliyyət və sabit mənəvi əqidələrə əsas-
lanan əxlaqi keyfiyyətləri əks etdirir. O, insanların qarşılıqlı münasibətində
aydınlıq yaradır, qarşılıqlı anlaşma və harmoniyaya səbəb olur, insanın eti-
barlılığını təmin edir. Belə xarakter möhkəm iradə, qəbul edilmiş prinsiplə-
rə uyğun olaraq, öz davranışını idarə etmək və onu tənzimləmək bacarığını,
başqalarına yardım etməyi nəzərdə tutur. Adətən alicənab insan özündə qə-
tiyyətlilik, mərdlik, fədakarlıq, məqsədyönlülük, dözüm, təmkun, səbr, yu-
mor kimi xüsusiyyətləri cəmləşdirir. Həm də xarakter və ona xas olan xüsu-
siyyətlər sabit vərdiş və keyfiyyətlər kimi, bütün həyat fəaliyyəti prosesində
formalaşır və inkişaf edir. Mənfəətə istiqamətlənən eqoizm və konformizm,
əksinə, etibarsızlıq, təkəbbür, ikili standartlar, məsuliyyətsizlik, xəyanət və
ziddiyyətlər doğurur. Eqoistlər deyil, yalnız alicənab və xeyirxah insanlar
xoşbəxt ola bilərlər, çünki insanın xoşbəxtliyi onu əhatə edənlərə məhəbbət
və qayğını nəzərdə tutur.
İnsanın şüurlu həyatının hər bir günü, həm anadangəlmə keyfiyyətlər
əsasında, həm də sosial mühit – ailədə, kollektivdə və cəmiyyətdə təhsil və
tərbiyə sayəsində formalaşan şəxsiyyət mədəniyyətinin “binasına” bir kərpic
qoyur. Mədəni inkişafın bu başlıca sosial vasitələrinin mühüm vəzifəsi in-
sanın dərk etmə qabiliyyətlərinin yetişdirilməsidir. Benedikt Spinoza qeyd
edirdi ki, dərk etmə – razılığın başlanğıcıdır. İ.V.Höte tamamilə doğru ola-
raq qeyd edirdi ki, “hər kəs dərk etdiyini eşidir”. Buradan aydındır ki, ailə-
də, kollektivdə və cəmiyyətdə qarşılıqlı anlaşma və harmoniyaya nail ol-
maq üçün insanların başa düşmə səviyyəsinin yüksəldilməsinə yardım et-
mək nə qədər vacibdir. Anadangəlmə kar olan kimi, ananın nitqini eşitmə-
yən uşaq da lal böyüyür. Buna görə də şəxsiyyət mədəniyyətinin formalaşdı-
rılması və inkişaf etdirilməsində təlim, təhsil və tərbiyənin rolu aparıcıdır.
Biliklərə və praktik vərdişlərə öyrədilməyən uşaqlara, özlərinin anadangəl-
mə qabiliyyətlərini inkişaf etdirmək, şəxsiyyət və lider olmaq, müdriklyə və
kamilliyə yetişmək çətin olacaqdır.
Nəzərə almaq lazımdır ki, mədəni insanın davranışı və insanın mədəni
davranışı – heç də eyni deyil. Əgər mədəni insan xeyirxahlıq, ziyalılıq, bi-
lik, məsuliyyət və düzgünlüyü təmsil edirsə, insanın mədəni davranışı - yal-
nız mövcud sosial qrupda və ya cəmiyyətdə qəbul edilmiş norma və qayda-
lara zahirən uyğun gələn etiket, davranış və ədalardır. Burada əsas olan ru-
hilik deyil, zahiri atributdur. “Mədəni davranış” anlayışının məna əhəmiy-
yəti ilə insan qəlbinin ruhi halı olan zahiri ayini etiqadla əvəz etməyin zəru-
riliyini əsaslandırmış monoteizmin məğlubiyyətə uğratdığı bütpərəstlik
dövrünün ayini arasında paralelin olduğu məlumdur. Monoteizm – etiqadın
bütpərəstlik ayini üzərində qələbəsini göstərdi.
İdarəetmə mədəniyyəti
287
Mədəni insanın tələbatları, məqsədi, marağı, idealları onun dəyərlər sis-
temini, həyatın mənasını və məqsədlərə nail olma vasitələrini düzgün dərk
etməsi ilə motivləşdirilir. İnsanın motivasiyası bir çox cəhətdən onun daxili
aləmi, dəyər-emosional əhval-ruhiyyəsindən asılıdır. Etiket qaydalarına for-
mal olaraq riayət edən az mədəni insanda, süni xeyirxahlıq arxasında çox
zaman insanlara qarşı laqeydlik, şəxsiyyətə hörmətsizlik və ədəbsizlik du-
rur. Yüksək mədəniyyətli insan öz davranışında zahiri qaydalara formal ria-
yət etməyi deyil, ətrafdakı insanlar, dostlar, ailə, kolleqalar və cəmiyyət
qarşısında öz davranışına görə özünə hörməti, vicdanı, həqiqi mənəvi mə-
suliyyət hissini rəhbər tutur. Mədəni insan başqa insanlarla münasibətlərini
onların sosial mənşəyindən, vəzifə və qohumluq əlaqələrinə görə deyil, on-
ların insani mahiyyətindən, şəxsiyyətin ruhi mədəniyyətindən asılı olaraq,
xeyirxahlıq prinsipləri əsasında qururlar. Bu zaman o, digərlərinə münasi-
bətdə öz davranışının düzgünlüyünü daim şübhə altına alır. Mədəniyyətsiz
insan isə konyunktura düşüncələrini nəzərə alaraq, xüsusilə də ətrafdakılara
xoş təsir bağışlamaq onun üçün əlverişli olan şəraitdə, müəyyən edilmiş
qaydalara və normalara zahirən riayət etməyə çalışır.
Şəxsiyyətlərarası - ailə, qonşu, dost, istehsal, işgüzar və digər münasi-
bətlər mədəniyyəti, öz konkret ifadəsini insanlar arasındakı ünsiyyət mədə-
niyyətində tapır. Həqiqi nəzakət insanlara yaxşı münasibət bəsləməkdir. O,
nəzakət yaradır və ona səbəb olur. İnsanlar arasında ünsiyyət zamanı “şəx-
siyyətlərarası fəzanın fəth edilməsi” yalnız yüksək ruhi mədəniyyətə malik
insanlara xasdır. Mədəni insan - heyranedici insandır, heyranedici insan isə
həmişə cəzbedici qüvvəyə malik olur. Ünsiyyət prosesində yalnız sözlər de-
yil, baxışları, mimikanı, intonasiyanı və s. daxil etməklə, bütövlükdə kom-
munikasiya rol oynayır. Buna görə mədəni insan öz yüksək mədəniyyətini
kommunikasiyanın bu formalarında da göstərməlidir. O, üzünün ifadəsini,
danışıq tərzini, tonunu, intonasiya və mimikasını - öz davranışını “etik nə-
zarətə” almalıdır, çünki bütün bunlar neqativ və ya pozitiv istiqamətdə ün-
siyyətin “psixoloji sahəsini” formalaşdırır. Nəzakət və təvazökarlıq insanın
yüksək ruhi mədəniyyətini və əsl ziyalılığını təsdiqlədiyi halda, nəzakətsiz-
lik – mənasız şöhrətpərəstliyini, borc hissinin olmamasını, səfehlik, lovğa-
lıq, həsəd və digər nöqsanları və qüsurları göstərir.
Ünsiyyət mədəniyyəti – qarşılıqlı anlaşma, harmoniya və məhsuldar
əməkdaşlığa nail olmaq üçün lazım olan şəxsiyyətlərarası əlaqələri, insanın
psixoloji xüsusiyyətlərini və müxtəlif mədəniyyət xüsusiyyətlərinin qanu-
nauyğunluqlarını bilməni nəzərdə tutur. Ünsiyyətin “bumeranq effekti”,
“halə effekti” və “ifratçılıq effekti” xüsusiyyətləri haqqında təsəvvürlərə
malik olmaq da lazımdır. “Bumeranq effekti” - insana xoşagəlməz informa-
siya verilirsə və ya onun xoşuna gəlməyən kəs ona təzyiq gösrərirsə, onu
Fuad Məmmədov
288
inandırıb fikrini dəyişmək iqtidarsızlığını bildirir. “Halə effekti” onunla
şərtlənir ki, məhz ilk təəssüratlar pozitiv və ya neqativ halə yaradır. “İfratçı-
lıq effekti” göstərir ki, həmsöhbət tərəfindən ilk və ya son informasiya daha
yaxşı yadda qalır və ona daha yadda qalan təəssürat göstərməyə qadirdir.
Bu xüsusiyyətləri, həmçinin digər insanın dəyər və motivlərini bilmək – an-
laşılmanın açarıdır. Dəyərli istiqamətlər və gözləmələrin başa düşülməsi,
inam və mərifət, şəxsiyyətə hörmət və empatiya – başqalarının hissləri ilə
yaşamaq, onların ağrısını və sevincini duymaq bacarığı, tərəflərin əvvəlcə-
dən yaranan mümkün yanlış qənaətini və təcavüzkarlığını aradan qaldırma-
ğa kömək edir, dostluq və əməkdaşlıq üçün əlverişli şərait yaradır.
Müxtəlif milli, dini, sosial və digər mədəniyyətlərdə hər bir tarixi zaman
ərzində dəyişilə bilən eyni bir məişət hadisələri haqqında müxtəlif təsəvvür-
lər, müxtəlif etik normalar və adətlər, qaydalar və ünsiyyət etalonları möv-
cuddur. Hər bir “dil mədəniyyəti” insanın baxışını, duruşunu, yerişini və
hərəkətini müxtəlif cür qiymətləndirir. Məsələn, əgər bəzi mədəniyyətlərdə
düz gözün içinə zillənən baxış düzlük və səmimilik nişanəsi kimi qəbul edi-
lirsə, digərlərində - kobudluq, böyüyə hörmətsizlik kimi qəbul olunur. Çin-
lilər öz narazılıqlarını gözlərini geniş açmaqla bildirirlər. Afrikanın ayrı-ay-
rı xalqlarında gülüş – sevinc yox, təəccüb və karıxma əlamətidir. Əgər Av-
ropa cəmiyyətində insana tüpürmə nifrəti bildirirsə, Keniya və Tanzaniyada
yaşayan masai tayfası nümayəndələrində bu - sevgi və xeyirxahlıq ifadəsi-
dir, Amerika hindularında isə pasiyentə tüpürmə həkimin mərhəməti əlamə-
tidir. Buna görə müxtəlif millətlərin, xalqların və etiqadın insanları üçün
universal məna daşıyan qiymətləndirmələr, baxışlar, jestlər, hərəkətlər ola
bilməz. Bəzi xalqlarda razılıq bildirən təsdiqləyici baş hərəkəti, başqaları
üçün, razılaşmama rəmzi və məsələn, bolqarlarda, əksinə ola bilər. Bununla
belə, məhz intonasiyaları, duruşları, jestləri ünsiyyət mühitini formalaşdı-
ran, insanın əsl, “pis maskalanmış” emosional münasibəti haqqında infor-
masiya kimi nəzərdən keçirmək olar. Buna əsaslanaraq, milli və dini mən-
subiyyətindən asılı olmayaraq ünsiyyət mədəniyyəti şəxsiyyətə hörmət üzə-
rində qurulmalıdır.
Ünsiyyət mədəniyyəti statik deyil, dinamik hadisədir, çünki insanlar
arasındakı münasibətlər onların arasında olan əlaqələrin xarakterindən və
onların rəftarından asılı olaraq dəyişir. Amerika psixoloqu A. Bernin ün-
siyyət konsepsiyasına uyğun olaraq, real həyatda (ailədə və ya kollektivdə)
mürəkkəb qarşılıqlı təsirə rast gəlinir ki, burada şəxsiyyətin mədəniyyəti və
xarakterindən asılı olaraq, - manipulyasiya etmə, qeyri-bərabər ölçüyə ma-
lik rəqabət və ya əməkdaşlıq kimi ünsiyyət formaları üstünlük təşkil edə bi-
lər. Bu zaman manipulyasiya etmə passiv müqavimətə çevrilə bilər, rəqabət -
konstruktiv yarışmadan ambisiyaların destruktiv qarşıdurmasına çevrilmək
İdarəetmə mədəniyyəti
289
riski edir, xoş məram üzərində qurulmuş əməkdaşlıq isə qarşılıqlı faydalı
pozitiv münasibətlərin formalaşmasına yardım edir.
Onu da nəzərə almaq lazımdır ki, insanların elə kateqoriyası var ki, baş-
qalarını lağa qoymaq üçün onların zəif cəhətlərini və yanlışlıqlarını üzə çı-
xarmağa və istifadə etməyə çalışırlar. Çətin ki, lağa qoymanı pozitiv ünsiy-
yətə aid etmək mümkün olsun. Mark Tven insanın özünə inamını qırmağa
çalışanlardan, bu cəhətin alçaq adamlara xas olduğunu qeyd edərək, uzaq-
laşmağı məsləhət görürdü. Böyük insan, əksinə, sizə təlqin edir ki, siz də
böyük ola bilərsiniz. Əgər tərəflərdən biri digərini manipulyasiya etmək is-
təyirsə, onda qarşılıqlı anlaşma əvəzinə inamsızlıq və uzaqlaşma əmələ gə-
lir. Manipulyasiya formalarından biri qərəzli davranış niyyətində olan
“oyundur” ki, bu zaman insan heç də nəzərində tutduğunu təsvir etməyə-
rək, həmsöhbəti üçün müəyyən tələ qurur. Çox zaman belə tələlər xasiyyə-
tin zəif tərəflərinə hesablanır: tamahkarlıq, qorxaqlıq, əsəbilik, sentimental-
lıq və s. Belə oyunun “qarmağına” düşən qurban, adətən, maddi, mənəvi və
ya siyasi itkilərlə hesablaşır. Bütövlükdə isə “oyunun” nəticəsi kədər və
məyusluq, soyuqluq və münasibətlərin kəsilməsidir.
Xoş məram üzərində qurulmuş əməkdaşlıq isə tamamilə əks nəticələr
verir. Sosial-mədəni fəaliyyət prosesində insanlar bir-birlərinə qarşılıqlı tə-
sirə məruz qalırlar. Qərb prixologiyasında “interaksionizm” adlanan bu qar-
şılıqlı təsir, kooperativləşdirilmiş fəaliyyətlərin birgə proqramlarına yönəl-
dilən razılaşdırılmış şəxsiyyətlərarası qarşılıqlı təsirin effektiv strategiyası-
nın yaradılmasına kömək edir. Qarşılıqlı münasibətlər mədəniyyətinin key-
fiyyət səviyyəsi nə qədər yüksəkdirsə, mədəni uyğunluq prinsipinin gözlə-
nilməsinə əsaslanan birgə fəaliyyətin nəticələri o qədər yaxşıdır. Əlbəttə ki,
əməkdaşlığın konstruktiv mövqeyini və bunun üçün zəruri olan qarşılıqlı
anlaşmaya nail olmanı yaratmaq üçün digər insanın daxili motivlərini anla-
maq vacibdir. İnsanların qarşılıqlı anlaşma “sahəsi” və keyfiyyəti onların
şəxsiyyət mədəniyyətinin keyfiyyət səviyyəsindən asılıdır. Yüksək mədə-
niyyət prinsipləri və dəyərləri üzərində qurulan ünsiyyət insanı nəcibləşdirir
və yüksəldir. Belə ünsiyyət səmimiyyəti, xeyirxahlığı, düzgün seçilmiş to-
nu, səbri, həmsöhbətini düzgün başa düşməyə qarşılıqlı cəhdi, maraqları və
ümidləri harmonizasiya etmək bacarığını nəzərdə tutur. Əgər ünsiyyətin
əsasını kommunikasiyanın, həmsöhbətin şəxsiyyətinə hörməti və ona qarşı
münasibətdə səmimiyyəti nəzərdə tutan “aktuallaşdırma” kimi tipi təşkil
edərsə, onda nəticə pozitiv olacaq. Səmimiyyət, təmənnasızlıq, həmrəylik
və hörmət uzunmüddətli pozitiv insan münasibətlərinin formalaşdırılması
amilləridir. Yaxşı bir ifadəni yada salaq: “Ən böyük biclik – səmimilikdir”.
Yaltaqlıq, məddahlıq və ifrat konformizm, E.Bernin ifadəsinə görə, insan
münasibətlərinin həqiqi dəyərləri ilə təmin olunmayan “səfehlərin pulu”,
Fuad Məmmədov
290
“fantom kağızlardır”. İyerarxiya pilləsində yuxarıda duranlara hörmət deyil,
yaltaqlıq edən kəs gec-tez onları satacaq, çünki məlum olduğu kimi, yaltaq-
lığın əks tərəfi satqınlıqdır. Bununla yanaşı görünür ki, zəruri tənqid də nə-
zakətli və ədalətli, insanın ləyaqətini alçaltmayan, amma ona daha yaxşı ol-
mağa kömək edən olmalıdır. Artur Şopenqauer hesab edirdi ki, “doza çox
böyük olarsa, dərman məqsədinə nail olmadığı kimi, töhmət və tənqid də
ədalət həddini keçəndə - məqsədinə nail olmur. ”Əməkdaşlıq fəlsəfəsi – zül-
mü, ədalətsizliyi, ixtilafları və sosial-siyasi kataklizmləri doğuran təcavüz-
karlığın və “hakimiyyət iradəsinin” aradan qaldırılması yoludur.
Digər insanlarla ünsiyyətdə ton, üslub, mövqe, ünsiyyət taktikası, həm-
söhbətinin məqsədləri və gözləmələrinin başa düşülməsi, maraqları və mə-
dəniyyəti harmonizasiya etmək bacarığı mühüm əhəmiyyət daşıyır. Ünsiy-
yətdə olduğunuz insanlarda, ruhi rahatlıq duyğusuna səbəb olan pozitiv ün-
siyyəti özündə yaratmağa çalışmaq lazımdır. Bununla yanaşı ünsiyyətdə öz
nəticəsini yalnız şəxsi qiymətləndirmə əsasında qurmaq lazım deyil. Bu
qiymətləndirmələri partnyorların qiymətləndirmələri ilə uyğunlaşdırmaq,
onları başa düşməyə çalışmaq lazımdır. Başqalarının fikrinə qulaq asmaq
və bu zaman şəxsi özünə inama zərər yetirmədən, öz davranışına görə mə-
suliyyət daşımaq lazımdır. İnsanları, həqiqəti təhrif edən, əsaslandırılma-
mış qiymətləndirmədən çəkindirmək lazımdır. İnsan haqqında qeyri-obyek-
tiv təsəvvürə malik olaraq, biz onun sözləri və hərəkətlərində məhz bizim
şüurumuzda “əvvəlcədən nəzərdə tutulmuş obraz” kimi təsdiqlənəni görmə-
yə çalışırıq. Belə yanaşma çox zaman ünsiyyətdə maneəyə çevrilir, qeyri-
səmimilik yaradır və ola bilsin ki, ən sadiq potensial dostların və həmfikir-
lərin itirilməsinə gətirib çıxarır. Qeyd edək ki, “əvvəlcədən nəzərdə tutul-
muş obrazın” formalaşdırılması metodları ayrı-ayrı insanlar və ya bir qrup
şəxslər tərəfindən mümkün ciddi rəqiblərin və əleyhdarların nüfuzdan sa-
lınması və sosial blokadası məqsədilə ictimai rəyi manipulyasiya etmə vasi-
təsi kimi bacarıqla istifadə olunur.
Ünsiyyət mədəniyyəti qarşılıqlı anlaşmaya nail olmanı nəzərdə tutur ki,
onsuz yüksək şəxsiyyətlərarası münasibətlər mədəniyyəti mümkün deyil.
Qarşılıqlı anlaşmanın çətinliyi çox zaman tərəflərin eyni bir faktları və ha-
disələri müxtəlif cür interpretasiya edilməsinə səbəb olan intellektinin və
dəyər istiqamətlərinin müxtəlif səviyyəsindən ibarətdir. Başqasının özünə
qarşı olan münasibət xarakterinin şəxsiyyət tərəfindən qiymətləndirilməsi,
onun müraciət etdiyi tonun qəbul edilməsi, onun sözlərinin arxasında du-
ran, bu sözlərin və münasibətin səmimiliyini təsdiqləyən konkret hərəkət və
real nəticələrin təhlili böyük rol oynayır. Qarşılıqlı anlaşma mədəniyyətinə
həm də o mühüm təsir edir ki, insanların konkret hərəkətləri və əməllərinə
münasibətdə bizim təsəvvürlərimiz və psixoloji istiqamətlərimiz əsasən
İdarəetmə mədəniyyəti
291
həm həyatda, həm də insanların özündə baş verən dəyişikliklərin təhlili ol-
madan, əvvəlki təcrübə ilə formalaşır. Bunu nəzərə alaraq hər kəs sözlərinə
və hərəkətlərinə öz şüuru ilə nəzarət və korrektə etməyin gərəkliyini dərk
etməli, müntəzəm olaraq özünü təkmilləşdirməyə, səmimi olmağa çalışma-
lıdır. Mütəxəssislər hesab edirlər ki, qeyri-səmimiliyə əsaslanan, ”tülkü”
ünsiyyət üslubu, gizlin ziddiyyətlərin düşmənçilik və depressiyaya səbəb
olan bərpa edilməzlik vəziyyətinə çatdırılması ilə nəticələnir. Ziddiyyətlə-
rin həllinin ən yaxşı üsulu – onların real mahiyyəti və xüsusiyyətlərinin
açıq və düzgün müzakirəsi, öz səhvlərini görmə və mərdcəsinə etiraf etmə-
dir. Və burada da məsuliyyət daha yüksək intellektual mədəniyyətli insan-
ların üzərinə düşür, çünki iki mübahisə edən kəsdən ən çox günahkar olanı
daha ağıllı olandır. Beləliklə, qarşılıqlı anlaşma mədəniyyəti nəzakətli ün-
siyyət üzərində qurulur, çünki nəzakətsız ünsiyyət mütləq münaqişələrə gə-
tirib çıxarır.
Münaqişələrin başlıca olaraq üç əsas səbəbdən baş verməsini hesab et-
mək qəbul edilmişdir: bu və ya digər amillərin başa düşülməsindəki fikir
ayrılığına görə; rəylərdəki uyğunsuzluğa görə; eyni bir hərəkətlərə və qə-
rarlara müxtəlif baxışlara görə. Çox zaman iş, ailə və ya şəxsiyyətlərarası
münaqişələrin səbəbi, insanlarda, niyyətlərdə, planlarda və s. şəxsin “ daimi
şübhə” hissi olur ki, bu da nə isə etmək istəyinin itirilməsinə gətirib çıxarır.
Mübahisə edən şəxs özünütəsdiqin təmin edilməsinə can ataraq, üç əsas
mövqe tuta bilər: “mütləqiyyət”, “psevdoloji” (“yalançı”) və “böyüyün
mövqeyi”. “Mütləqiyyət” mövqeyi konstruktiv diskussiya aparmağa qadir
olmayan, öz mövqe dəlillərinin olmamasını rəqibin əsassız günahlandırıl-
ması ilə, damğa vurmaqla, bəzən isə həm də onun şəxsi ləyaqətini alçalt-
maqla kompensasiya etməyə çalışan avtoritar xarakterli insanlara məxsus-
dur. “Psevdoloji mövqe” özünün aprior fikrini məntiq, sağlam düşüncə və
faktlar əsasında sübut etməyə çalışır. Yəni söhbət nəyin bahasına olursa ol-
sun, əvvəlcədən müəyyən edilmiş fikri təsdiq etmək üçün vasitələrin axtarı-
şı haqqında gedir ki, bu da təbii olaraq, mübahisənin qeyri-konstruktiv for-
masına, çox vaxt isə həmsöhbətin şəxsiyyətini alçaltmaq cəhdinə gətirir.
“Böyüyün mövqeyi” öz şəxsiyyət əsaslarının təhlilindən başlayır ki, bu da
konfrontasiya üçün subyektiv səbəblərin yox olmasına kömək edir, mübahi-
sə prosesində qabaqcadan yaranan yanlış fikir, antipatiya və təcavüzkarlıq-
dan xilas olmağa imkan verir.
İnsanın başqa insanlarla əlaqəsi zamanı reallaşdırmağa çalışdığı, hadisə-
lərin, iddiaların qiymətləndirmə və ölçü əhəmiyyətliliyi üsullarını müəyyən
edən emosiyalar, psixoloji istiqamətlər mübahisələrdə mühüm rol oynayır.
Obyektiv qiymətləndirməyə qadir olmayan insan, əsasında: şəxsi alicənab-
lıq illüziyası, ikili etika və “hər şey aydındır” psixoloji göstəriş kimi şəxsi-
Fuad Məmmədov
292
müdafıə reaksiyalarının olduğu öz daxili mövqeyindən çıxış edir. Birinci
halda bu, əks nöqteyi-nəzəri istisna edən özündənrazılıqdır. İkinci halda bu,
şəxsi mövqeyinin bəraəti və həmsöhbətdən ciddi tələb etmədir. Üçüncü hal-
da bu – insanın öz təsəvvürləri çərçivəsindən kənara çıxan, hər şeyi inkar
edən inadkar stereotipdir. Belə insana başqalarının davranış səbəblərinin
izahında həqiqətən hər şey aydındır. Bu, perspektivsiz vəziyyətdir ki, ondan
çıxış - başqalarının pozitiv dəyişdirilməsini öz-özünün pozitiv dəyişilmə-
sindən başlamaq lazım olduğunu dərk etməkdən ibarətdir. Belə yanaşma
özünübəraətdən, subyektiv özünü qiymətləndirmədən və digər şəxsin dəlil-
lərini və əhval-ruhiyyə mənbəyini başa düşərək, onun real keyfiyyətlərini,
mövqeyini və məqsədlərini tam qəbuletmə prinsipinə əsaslanan “humanist
psixologiyaya” yönəlmədən imtinanı nəzərdə tutur. Mübahisəli situasiyalar-
da neqativ tənqidə: “Siz nəyi nəzərdə tutursunuz?” “Siz bununla nə demək
istəyirsiniz?” “Sizin üçün mən nə edə bilərəm?” və s. kimi dostyana sual-
larla cavab vermək bacarığı məntiqə uyğun mövqe hesab edilir.
Bu və ya digər insanlara qarşı qabaqcadan əmələ gəlmiş yanlış fikirlər
insan münasibətləri mədəniyyətinə böyük zərər yetirir, belə ki, onlar şəx-
siyyətin, ola bilsin ki, onunla dostluq və əməkdaşlıq münasibətlərinin quru-
la biləcəyi keyfiyyətləri və xassələrini görməyə və obyektiv qiymətləndir-
məyə mane olurlar. İnsanların adətən həddən artıq qiymətləndirilən “biz”
və lazımi qədər qiymətləndirilməyən “onlar” kimi “biz” və “onlar” məlum
formulu üzrə müqayisə edilməsi - eyni bir etnik, sosial və ya dini qrupa aid
olan, ümumi baxışlar, adətlər, daxili vəhdət, təfəkkür mədəniyyəti xüsusiy-
yətləri ilə birləşən insanların davranış stereotiplərinin qanunauyğun nəticə-
sidir. Qrup üstünlüyü duyğusuna, etnomilli düşüncələr və yanlış fikirlərə
aparan bu yol, insanlar arasında müəyyən çəpər yaradır, eqoizm, ksenofobi-
ya, millətçilik və faşizm üçün ilkin şərait doğurur. Yanlış fikirlərdən uzaq-
laşmaq üçün mühakimə azadlığına, analitik təfəkkürə malik olmaq, davra-
nışını öz şüurunun nəzarətinə almaq, özünün təfəkkür istiqamətləri və stere-
otiplərinin, başqa insanlara qarşı özünün münasibətinin inventarizasiyasının
və şüurlu seleksiyasının vaxtaşırı yenidən tənqidi baxışını keçirmək lazım-
dır.
Əgər öz fikrinin müdafiəsi insan tərəfindən ”mülkiyyətin bir növü” kimi
baxılırsa, onda çox zaman müzakirədə mövqeyini itirməklə, həmsöhbətin
təcavüzkarlığı artır. Başa düşməyə ehtiyac hiss etməyən, özündən razı avto-
ritar şəxsiyyətlər hakim mövqe tutmağa meyllidirlər, faktların reallığına və
mülahizələrin əsaslanmış olmasına baxmayaraq, müzakirə və mübahisələr-
də qazanmağa, üstünlüyə nail olmağa, hakim olmağa can atırlar. Elmin nai-
liyyətlərinə əsaslanan məntiqi dəlillərin əvəzinə, onlar çox zaman ehkamlar
və stereotip təsəvvürlər irəli sürürlər, bunda özünütəsdiq üsulu taparaq, on-
İdarəetmə mədəniyyəti
293
lar tərəfindən müdafiə olunan “həqiqətin” “hamıya məlum olması” və “qə-
dimliyinə” istinad edirlər. Öz haqlılığını elmi və məntiqi cəhətdən sübut
edə bilməmək - yeni qiymətləndirmə və imkanları görmə bacarığına malik,
qabaqcıl dünyagörüşü və innovativ yanaşmaların daşıyıcıları rolunda çıxış
edən opponentlərə qarşı düşməncəsinə münasibətə və qərəzə, “düşmən su-
rətinin” yaradılmasına çevrilir. Mübahisəli şəraitlərin əksəriyyətində avtori-
tar şəxsiyyət ümumi məqsədə nail olmağa deyil, özünün “yeganə düzgün
olan” mövqeyinin müdafiəsi və təsdiqlənməsi üçün saxta məntiqi metodlar-
dan istifadə etməyə can atır, bir qayda olaraq opponentlərin əsassız ittiham
edilməsinə gətirib çıxarır. Belə vəziyyətin mahiyyətini başa düşmək üçün
həqiqi biliyin başlıca mənbəyi olan “nüfuzu” şübhə altına alan, XIII əsr in-
gilis rahib-alimi Rocer Bekonun “biliyin üç mənbəyi”ni yada salmaq kifa-
yətdir.
Maskalanmış şəxsiyyətlərarası münasibətlər, əmək və ya ailə münaqişə-
ləri adətən münaqişənin əsas səbəbinin onun üçün bəhanə tapılması asan
olan uydurma səbəbə aid edilməsi ilə xarakterizə edilir. Belə münaqişələr –
“intizam və nizam uğrunda mübarizə” aparan, onda öz peşəkar səriştəsizli-
yini, insanlarla işləmək bacarıqsızlığını, təşkilatın fəaliyyətində keyfiyyətli
idarəetməni və yüksək nəticələri təmin etmək qabiliyyətsizliyini ört-basdır
edən bəzi rəhbərlər üçün də xarakterikdir. Eyni zamanda konstruktiv müza-
kirə, insanın öz nöqteyi-nəzərini təsdiqləməyə can atmasına rəhbərlik edən
həm əsaslar, həm də onların arxasında duran dəlillər üzərində sübutların və
qənaətlərin qurulduğu real səbəblərin aşkar edilməsini nəzərdə tutur.
Konstruktiv müzakirədə ən birinci, tərəflərin qarşılıqlı zənginləşməsinə sə-
bəb olan yeni biliyin düzgün başa düşülməsi və qazanılması kimi nəzərdən
keçirmək gərək olduğu müzakirə olunan problem və həqiqətin axtarışı ol-
malıdır. V. Kovalyov tərəfindən münaqişəsiz münasibətlər üçün şərait yara-
dan, həm də əlverişli ailə münasibətlərinin qurulması üçün ədalətli olan, al-
tı sadə prinsip təklif edilmişdir:
1. Həmişə nəzakətli olmaq ki, başqalarından da nəzakət gözləməyə
haqq verir;
2. Yaxınlarına və ümumiyyətlə, sizi əhatə edən insanlara daim diqqət
göstərmək;
3. Başqalarının yaxşı cəhətlərinə qəlbən sevinmək, çünki insanları
yaxşılığa doğru dəyişməyin ən sadə yolu, onlarla elə davranmaqdır
ki, sanki onlar artıq sizin görmək istədiyiniz kimidirlər;
4. Tənqidə aludə olmamaq, çünki adam özü haqqında, yaxşı insan ki-
mi təsəvvürləri həmişə məzəmmətlərdən müdafiə etməyə çalışır;
5. Dərhal başqasını yenidən tərbiyə etməyə çalışmamaq, çünki hər kəs
özünəməxsusluq haqqına malikdir;
Fuad Məmmədov
294
6. İstənilən hissləri öldürən davakarlıqdan uzaq olmaq.
Qarşılıqlı anlaşma və davranışın uyğunlaşmasını təmin edən şəxsiyyət-
lərarası ünsiyyətin tənzimləyicisi qismində davranış və insan münasibətləri
standartları, srereotipləri və etalonları çıxış edir. Onlar insana psixoloji cə-
hətdən düzgün diaqnoz müəyyənləşdirmək və düzgün seçim etmək imkanı
verir. İnsan ünsiyyətinin çoxəsrlik təcrübəsini özündə toplamış etalonlara,
stereotiplərə və standartlara, onları təşkil edən əsas - intellektual, emosional
və obrazlı komponentlər prizmasından baxmaq olar. İntellektual kompo-
nent, bu və ya digər insanlara, müəyyən etnoslar, xalqlar, millətlərin nüma-
yəndələrinə münasibətin ifadə olunduğu “etnik stereotiplərin” qiymətlən-
dirmə mülahizələri ilə bağlıdır. Tənqidi təhlil etməyə imkan verən intellek-
tual mədəniyyət, təfəkkür stereotiplərinin qeyri-adekvat ağırlığı ilə yüklən-
məmiş tənqidi təhlilə imkan verdiyi üçün konkret situasiya və ya insanın
düzgün müəyyən edilməsi və qiymətləndirilməsi şərtilə çıxış edir. O,
“ağaclar arxasında meşəni görmək”, etnik və digər stereotip xüsusiyyətləri
aid etmədən, ayrıca fərdin yaxşı cəhətlərini qiymətləndirmək imkanı verir.
Emosional komponent müəyyən standartda əks olunmuş bu və ya digər ha-
disə ilə bağlı yaranan hər hansı bir hissi ifadə edir. Bu komponent insanda
bu və ya digər psixoloji istiqamətlər və müəyyən obyektə münasibətlər for-
malaşdırır. Obrazlı komponent şüurda bu və ya digər insan tipi, etnik və ya
milli tip haqqında təsəvvür kimi mövcuddur. Hər üç komponent qarşılıqlı
əlaqəlidir və Lütfi Zadənin qeyri-səlis məntiq qanunlarına uyğun olaraq,
bir-birinə qarşılıqlı təsir edir. Bu və ya digər komponentin üstünlüyü yaş,
informasiyanın obyektivlik dərəcəsi, analitik təfəkkür, əvvəlcədən forma-
laşdırılmış “surət” və s. kimi amillərdən asılıdır. Lakin şübhəsiz ki, stereo-
tip və standartların komponentlərinin qarşılıqlı təsir dinamikasında şəxsiy-
yətin intellektual mədəniyyəti aparıcı rol oynayır. O, emosional və obrazlı
komponentlərin formalaşmasını, nəticədə isə - insan mədəniyyətinin bütöv-
lükdə inkişaf səviyyəsini də müəyyən edir.
İnsan münasibətləri mədəniyyətində kütləvi sosial-mədəni hadisələrin
psixoloji mexanizmləri müəyyən rol oynayır. Sosial istiqamətlər olan və
özündə çoxəsrlik ünsiyyət təcrübəsini toplayan ənənə, adət, dəb kimi sosial-
psixoloji hadisələr ictimai münasibətlərin tənzimləyiciləri rolunda çıxış
edirlər. İctimai münasibətlər mədəniyyətində moda və reklam müəyyən yer
tutur. Mədəniyyətindən asılı olaraq, müxtəlif insanlarda davranışın müxtəlif
alqoritmləri (qaydalar toplusu) bu və ya digər insanlara, hadisələrə, təzahür-
lərə, faktlara münasibətlər formalaşa bilər. İnkişaf səviyyəsi, cəmiyyətin ru-
hi mədəniyyət dəyərləri və siyasətdən asılı olaraq, moda və reklam insan
həyatında ikili rol oynaya bilər. Moda, istehlakçı cəmiyyət üçün olduqca
xarakterik olan, başqalarının arasında insanı sadəcə fərqləndirmir, əgər o,
İdarəetmə mədəniyyəti
295
insan üçün gözəlliyi və faydalılığı ifadə edirsə, konstruktiv xarakter daşıya
bilər. Əgər moda, reklam və KİV ictimai şüuru manipulyasiya etmək funk-
siyasını yerinə yetirirlərsə, şəxsiyyəti simasızlaşdıraraq, qiymətləndirmə və
münasibətlərin müəyyən normalarına insanı vadar edirlərsə, onları çətin ki,
pozitiv sosial mədəniyyət amilləri kimi nəzərdən keçirmək mümkün olsun.
Bu hadisələrin təsir təbiətini, onların yaranması və fəaliyyətinin psixoloji
mexanizmlərini başa düşmək ictimai münasibətlər mədəniyyətini tənzimlə-
məyə imkan verir.
Yaratma və dağıtma, şərin aradan qaldırılması və xeyirin stimullaşdırıl-
ması insanın mədəniyyətindən, dəyərlər sistemindən, dünyagörüşü, tərbiyə-
si, təsəvvürlərindən, obyektiv informasiya və şəxsiyyətin xarakterindən ası-
lıdır. İnsanın və bütün dünyanın xilası - həyat keyfiyyətinə, inkişafa və rifa-
ha təsir göstərən yüksək intellektual və mənəvi mədəniyyətdədir. Ruhi mə-
dəniyyətin yüksəlməsi ilə hər bir şəxsiyyət və bütün bəşəriyyət səviyyəsin-
də şərin dəf edilməsi imkanları artır. Mədəni insan yalnız özü üçün deyil,
digərləri üçün də yaşamalı, başqalarına səadət bəxş etməyə çalışmalı, insan-
ları qiymətləndirməyi bacarmalı və ona göstərilən diqqət və qayğıya görə
minnətdar olmalı, ədəb qaydalarını gözləməli, yaşlı adamların insana xas
zəifliklərinə qarşı mərhəmətli olmalıdır. Xeyirxahlığa bağlılıq, aydın zəka,
dərin elmi biliklər, səlis məntiq, obyektivlik və cəmiyyətin rifahı üçün yara-
dıcılıq - insana xüsusi ruhi nüfuz və müəyyən suqqestivlik (təlqin etmə qa-
biliyyəti) dərəcəsi verir.
Müxtəlif insanlar başqasının sevincinə və dərdinə müxtəlif cür reaksiya
verirlər. Bəziləri dərdə şərik olur, digərləri həsəd aparır, inciyir və ya baş-
qasının dərdinə sevinir. Doğru və yanlış, konstruktiv və qeyri-konstruktiv,
xeyir və şər arasında seçım şəxsiyyətin mədəniyyətindən asılıdır. Bu seçim
həmişə - müxtəlif həyat şəraitlərində, həyatın müxtəlif mərhələlərində möv-
cuddur. O, insanın intellekti və əxlaqı, onun mənəvi dəyərlər sistemi, xa-
rakteri və iradəsindən asılıdır.
“Xeyirlə Şərin mübarizəsi daimidir. Və bu daimi mübarizədə Şər onunla
daha güclüdür ki, Xeyir üçün bütün vasitələr məqbul deyil, halbuki Şər heç
nədən iyrənmir” (sətri tərcümə).
Mirzə Şəfi Vazehin bu dahiyanə şeirində şərin dəf edilməsi vasitəsi kimi
ruhi mədəniyyətin aparıcı rolunu aşkar edən sosial həyatın mühüm qanuna-
uyğunluğu təcəssüm olunmuşdur. İnsanı Şərdən necə qorumalı? Müasir
dövrdə inzibati-hüquqi metodlarla törədilmiş cinayətə görə yalnız cəza ilə
Şərə qalib gəlmək olarmı? Çətin ki. Yəqin ki, insanların təfəkkürü, niyyət-
ləri və əməllərinin etik korreksiyası sayəsində şərin yaranmasını minimuma
endirərək, onun qarşısını almaq daha düzgündür. Şərin aradan qaldırılması
və insanın xilasının alternativsiz vasitəsi - insanın düzgün tərbiyəsi və təh-
Fuad Məmmədov
296
sili sayəsində formalaşan yüksək ruhi mədəniyyətdir. Məhz düzgün tərbiyə
və təhsil sayəsində, sonra insanın “anadangəlmə” mədəni keyfiyyətlərində
meydana çıxan, humanist mədəniyyətin “ilk kərpicləri” qoyulur. Əgər mə-
dəniyyətin bu anadangəlmə keyfiyyətləri dövlətin əlverişli siyasəti ilə şərt-
lənən cəmiyyətin pozitiv sosial-mədəni mühitinin münbit şəraitinə düşərsə,
onlar gözlənilən nəticələri insana xas yüksək mədəniyyət şəklində mütləq
verəcəkdir. Bu insanların etik və dini mənsubiyyətindən, təbii-coğrafi şəra-
itdən və tarixi zamandan asılı olmayaraq, onların rifahına, sosial və siyasi
təhlükəsizliyinə və həyat keyfiyyətinə nail olmaq üçün zəruri ilkin şəraiti
yaradan - həm intellektual və etik mədəniyyət, həm hüquq mədəniyyəti,
həm cəmiyyətin rifahı naminə yaradıcı fəaliyyət, həm şəxsiyyətlərarası və
beynəlxalq münasibətlər mədəniyyətidir. Əgər dünya mədəniyyəti qoruyar-
sa, yalnız yüksək ruhi mədəniyyət dünyanı xilas edə bilər!
Xeyirin və Şərin mənəvi kateqoriyaları həyatın özü qədər əbədidir.
Onlar insan münasibətləri mədəniyyətinin və ya antimədəniyyətinin həyati
mühitini qidalandırırlar və toxumunu insanın özünün əkdiyi cücərtilər ve-
rirlər. Mədəniyyətin inkişaf prosesini bizim üçün uzun, gözəl və məhsuldar
həyatı təmin etməyə qadir olan pozitiv, canlı istiqamətə yönəltməyi öyrən-
mək lazımdır. Düzgün seçim etmiş mədəni insan öz təbiətinin bütövlüyünü,
insanlıq ləyaqətini, başqaları qarşısında mənəvi məsuliyyətini, səmimiliyini
və xeyirxahlığını formalaşdırmağa çalışmalıdır.
Dostları ilə paylaş: |