İdarəetmə mədəniyyəti
267
Fəsil 4. Etik, hüquqi və siyasi mədəniyyət
Etik mədəniyyət anlayışı və mahiyyəti. Etikanın elm kimi vəzifəsi.
Etik mədəniyyətin dünyagörüşü dəyəri, dini və kübarlıq xarakteri.
Etika - əxlaq haqqında təlim kimi. Peşəkar etikası. Məsuliyyət mədə-
niyyəti. Hüquq mədəniyyəti anlayışı və mahiyyəti. Şəxsiyyətin hüquq
mədəniyyətinin səviyyəsi. Cəmiyyətin hüquq mədəniyyəti səviyyəsinin
ənənəvi göstəriciləri. Hüquqi intizam və hüquqi sistem. Siyasi mədə-
niyyət - kulturologiyanın tədqiqat obyekti kimi. Siyasi mədəniyyət an-
layışı. Cəmiyyətin siyasi mədəniyyəti. Dövlətin siyasi mədəniyyəti.
Dövlətin siyasi institutlarının funksiyaları.
Etik mədəniyyət
Etik mədəniyyət (Yunan dilindən tərcüməsi əxlaq, xarakter, adət mənası-
nı verir) cəmiyyətin sosial-mədəni inkişafı və dövlətin təhlükəsizliyinin
mühüm şərtidir. Etik mədəniyyətin əsasında insanların tələbatları, maraqla-
rı, bilikləri və xarakteri ilə şərtlənən dəyərlər sistemi durur. Etik mədəniyyət
- şüurun və biliyin məcmusunu, lazımi olanın dərk edilməsini, dəyərlər sis-
temini, əxlaqi davranış və münasibətləri, insanların mənəvi həyatını və fəa-
liyyətini ifadə edir. Bu, nailiyyətlərin səviyyəsi və mənəvi inkişafda insanın
və cəmiyyətin keyfiyyəti, həmçinin əsas etibarilə: vətəndaşların anadangəl-
mə keyfiyyətləri, təhsili və tərbiyəsindən, bütövlükdə cəmiyyətin maddi ri-
fah halından asılı olan ictimai şüur formasıdır. Etik mədəniyyət - ictimai
quruluşun, rəsmi ideologiyanın, sinfi maraqların və dəyərlərin maddi və so-
sial-siyasi həyat şəraitinin dəyişməsindən asılı olaraq, məkan və zaman da-
xilində dəyişən təfəkkürün və davranışın mütəhərrik kateqoriyasıdır. O, bir
çox nəsillərin dini və kübarlıq təcrübəsini, insanların tarixi tələbatlarını və
həyati maraqlarını, mənəvi inkişafını müəyyənləşdirən və tənzimləyən ob-
yektiv qanunauyğunluqları əks etdirir. Etik mədəniyyət quldarlıq, feoda-
lizm, kapitalizm, sosializm cəmiyyətlərində ayrı-ayrı sosium və fərdlər
üçün müxtəlifdir.
Elm kimi, etikanın vəzifəsi - insanların əxlaqi cəhətdən təkmilləşdirilmə-
sinə, Xeyirin və Şərin düzgün dərk edilməsinə, şəxsiyyətin mənəvi seçimi-
nin müəyyənləşdirilməsinə kömək edən, insanın və cəmiyyətin mənəviyyat
problemlərinin öyrənilməsidir. Etika gerçəklik haqqında düzgün təfəkkür
və təsəvvürlərin, onlarla şərtlənən, həyatda və fəaliyyətdə müsbət nəticələrə
nail olmağa imkan verən düzgün məqsəd və hərəkətlərin formalaşmasına
kömək edir.
Fuad Məmmədov
268
Etik mədəniyyətin dünyagörüşü dəyəri ondan ibarətdir ki, o, lazımi olan
haqqında, insanın nəsibi və həyatının mənası, ailədə, kollektivdə və cəmiy-
yətdə əxlaq prinsipləri və davranış normaları haqqında aksioloji ideyaları
formalaşdırır. Xeyir və Şərin qiymətləndirilmə meyarları kontekstində “ne-
cə hərəkət etməli” sualına cavab verərkən, bəzi nəzəriyyələr insan təbiətini
lazımınca qiymətləndirməyərək, əxlaqın sosial xarakterindən, digərləri - əx-
laqın ictimai şüur forması olduğunu unudaraq, “insan təbiətinin” dəyişməz-
liyindən çıxış edirlər. Etikanı fərdlərin xoş məramı, tələbatları və meylləri
arasında harmoniyaya nail olma vasitəsi kimi nəzərdən keçirən Kant, mənə-
viyyatın qorunması üçün allahın varlığının və ruhun ölməzliyinin qəbul
edilməsini zəruri sayırdı.
Etika hən dini, həm də dünyəvi xarakterə malik ola bilər. Dini etika ilahi
qaydalarla şərtlənən yüksək aprior prinsiplərə əsaslanmışdır. Dünyəvi etika
- tarixi hadisədir, insanların sosial mənşəyindən, möminlik dərəcəsindən,
sinfi, qrup və şəxsi maraqlarından, həyat tərzi və dəyərlər sistemindən asılı-
dır.
Mahiyyət etibarı ilə etika - əxlaq haqqında, onun mənşəyi və inkişafı,
insanın davranış qaydaları və normaları, ailəyə, bir-birinə, cəmiyyətə, vətə-
nə, dövlətə, bəşəriyyətə qarşı münasibətdə onların vəzifələri haqqında tə-
limdir. Onu iki əsas ölçüdə nəzərdən keçirmək qəbul olunur: insanın müəy-
yən davranış norma və qaydalar kodeksini ifadə edən normativ etika kimi
və əxlaqın fəlsəfi nəzəriyyəsini ifadə edən metaetika kimi. Bütün şəraitlər
üçün vacib olan, əbədi həqiqətlər məcmusu kimi əxlaq tarixən əlaqələndiri-
lirdi:
• Antik cəmiyyətdə - insanların ruhi və cismani həzzə təbii can atma-
ları ilə (Epikur); hissən qavranılmaz “rıfah” ideyası ilə (Platon); təlim
və adətlə şərtlənən “intellektual” və iradəyə əsaslanan “vətəndaş xe-
yirxahlığı” ilə (Aristotel).
• Feodal cəmiyyətində - allaha məhəbbət və ilahi iradə ilə.
• İntibah və Maarifçilik dövründə - insanın və insan şüurunun başlıca
dəyər kimi qəbul edilməsi ilə.
• Burjua cəmiyyətində - azadlıq və bərabərlik ideyaları ilə.
• Sosialist cəmiyyətində - sosial ədalət ideyaları ilə.
• Kapitalist (demokratik) cəmiyyətində - insan iradəsinin müstəqilliyi
ideyası ilə.
Peşəkar etikası
Peşəkar etikası - əmək fəaliyyəti prosesində insanlar arasındakı qarşılıqlı
münasibətlərin mənəvi xarakterini təmin edən davranış kodeksidir. Peşəkar
İdarəetmə mədəniyyəti
269
etikasında öz peşə borcunu vicdanla yerinə yetirməsi və insanlara vicdanla
xidmət etməsinə görə cəmiyyət qarşısında mütəxəssisin mənəvi, sosial və
siyasi məsuliyyət hissi təcəssüm etdirilmişdir. Peşəkar etikası - mənəvi tə-
ləblərin ümumi xarakteri, bəşəriyyətin mənəvi tərəqqisi ilə şərtlənən bu və
ya digər peşə fəaliyyəti üçün spesifik humanist davranış normalarıdır. Bu,
əməyin spesifikliyinə uyğun olaraq konkretləşdirilmiş ümumi mənəvi prin-
siplərdir. Peşəkar etikası - ruhi mədəniyyətin, cəmiyyətin sosial-mədəni hə-
yatına daha çox təsir göstərən sahələri ilə bağlı davranış normalarından irəli
gələn xüsusi mənəvi məsuliyyət və borcda zəruriliklə şərtlənir. Bu, pedaqo-
ji, elmi, tibbi, hüquqi, idarəetmə, bədii, jurnalist, parlament və insanın inki-
şafında və ictimai münasibətlərin tənzimlənməsində aparıcı rol oynayan di-
gər fəaliyyət növlərinə də aiddir.
Siyasətçi və məmurun peşəkar etikası qanunun ruhuna və hər hərfinə sa-
diqliyi, vətənin milli maraqlarına xidməti, dövlətin nüfuzunun möhkəmlən-
dirilməsini, sosial tərəqqinin, ölkə vətəndaşlarının həyat keyfiyyəti və təh-
lükəsizliyinin təmin edilməsini nəzərdə tutur. O, hadisələr, proseslər, fakt-
lar və insanlar haqqında informasiyanın obyektivliyinə, həmçinin ölkə rəh-
bərliyi tərəfindən qəbul edilən siyasi və inzibati qərarların sosial nəticələri-
nə görə, ona bərabər qəbul edilən qərarların əsasını təşkil edən şərhə görə
məsuliyyəti nəzərdə tutur. Bürokratların peşəkar etikası, həmçinin dövlət
qulluqçularının fəaliyyətini, “şaquli” və “üfqi” xidmət əlaqələri, müxtəlif
strukturlar, bölmələr, ayrı-ayrı məmurlar, rəhbərlər və tabeçilikdə olanlar,
müxtəlif dərəcələr və ixtisas nümayəndələri arasında qarşılıqlı təsirin ni-
zamlanmasını təmin edən mənəvi münasibətləri daxil edir.
Məsuliyyət mədəniyyəti
İnsan münasibətlərinin formalaşdırılmasında, müxtəlif mədəniyyət və
xarakterlərin qarşılıqlı təsirində şəxsiyyətin ümumi mədəniyyəti ilə şərtlə-
nən məsuliyyət mədəniyyəti mühüm rol oynayır. Məsuliyyət – siyasi, vətən-
daş, sosial, iqtisadi, milli, dini və s. ola bilər. Məsuliyyətli insan öz fikirləri-
nə, hərəkətlərinə və işlərinə şüuru ilə mütləq nəzarət edir. Hər bir insan
üçün ən mühüm olan sosial məsuliyyətdir. Sosial məsuliyyət, etikanın öz-
özünə qiymət vermək tələbləri, borc hissi və başqa insanlara, kollektivin, cə-
miyyətin və ya dövlətin maraqlarına münasibətdə şəxsiyyətin qərarlarını və
fəaliyyətini nizamlayır. İnsanın məsuliyyəti, həmçinin hamı tərəfindən qə-
bul edilmiş mədəni dəyərlər və ictimai faydalı nailiyyətlərin əhəmiyyəti ba-
xımından, fərdlər, kollektiv və ya cəmiyyət tərəfindən onun davranışı, prin-
sipləri, meyarları və fəaliyyət nəticələrinin qiymətləndirilməsi imkanından
asılı olaraq formalaşır. Məsuliyyət mədəniyyəti kollektivdə insanların davra-
Fuad Məmmədov
270
nışını və fəaliyyətini nizamlayan müəyyən qarşılıqlı münasibətləri saxlamaq
imkanı verir. Bu münasibətlər həm etik, həm də hüquqi xarakter daşıya bilər.
Məsuliyyət mədəniyyəti idarəetmə mədəniyyətinin ən mühüm göstərici-
lərindən biridir. Dövlət idarəçiliyi sistemində məsuliyyətin yüksək əhəmiy-
yəti onunla şərtlənir ki, yüksək səlahiyyətlərə və imkanlara malik, siyasi və
ya inzibati qərarlar qəbul edən rəhbərlərin fərdi mədəniyyəti, ayrı-ayrı in-
sanların taleyinə, cəmiyyətin inkişafına və dövlətin təhlükəsizliyinə böyük
və uzunmüddətli təsir göstərən amildir. Rəhbərlər idarəetmənin inkişafında
əldən buraxılmış imkanların, istifadə edilməyən ehtiyatların və vəsaitlərin,
cəmiyyətə və dövlətə vurduqları, düzəldilməsi mümkün olmayan zərərin
həm siyasi, həm də mənəvi məsuliyyətini bütün tamlığı ilə daşımalıdırlar.
Bununla yanaşı kollegial orqanlarda da verilən tapşırıqların yerinə yetiril-
məsinə görə fərdi məsuliyyət müəyyən edilməlidir, hər kəs məhz öz işlərinə
görə cavab verməlidir. Məsuliyyətli siyasi iş olan dövlət idarəçiliyi prosesi-
ni yalnız etik mədəniyyət prinsipləri və normalarının və ölkənin mövcud
qanunlarının şüurlu olaraq pozulmasına yol verməyən ləyaqətli insanlar
apara bilər. Dövlət idarəçiliyi üzrə tanınmış mütəxəssis olan prof. Q.V.Ata-
mançuk siyasi, peşə və mənəvi məsuliyyət kontekstində Rusiyada dövlət
idarəçiliyinin vəziyyətini tənqidi təhlil edərək qeyd edir ki, “… hakimiyyə-
tə can atan siyasətçiləri və siyasət üçün həqiqətən hazırlıqlı olan insanları
fərqləndirməyi öyrənmək lazımdır və müvafiq surətdə siyasi məsuliyyət
mexanizmlərini və prosedurlarını hazırlamaq lazımdır … yalnız tarixi kate-
qoriyalarla hiss edən və düşünən insan, mühüm dövlət vəzifələrini tuta bi-
lər və onların imkanlarına söykənərək ictimai inkişafa kömək edə bilər”.
Hüquq mədəniyyəti
Mədəni insanın əsas keyfiyyətlərindən biri - mütəşəkkillik, şəxsiyyətin
hüquqi mədəniyyətinin müəyyən səviyyəsini, onun qaydaya, intizama, hü-
quqa, məsuliyyətə, qanunun aliliyinə tərəfdarlığını nəzərdə tutur. Şəxsiyyə-
tin hüquqi mədəniyyət səviyyəsi üç əsas: hüquqi biliklər və yuridik informa-
siya səviyyəsi ilə şərtlənən intellektual; hüquqi əqidələrdə təcəssüm olunan
emosional-psixoloji; biliklərə, əqidələrə və mövcud qanunlara əsaslanan,
davranışda əks olunan davranış göstərici ilə ölçülür.
Hüquq - cəmiyyət mədəniyyətinin ən mühüm sosial institutlarından biri-
dir. O, şəxsi və ictimai həyat fəaliyyətinin qaydaya salınmasında insanların
iradə, maraq və tələbatları ilə əlaqədardır. Hüquq özündə sosial ədalətə can
atma və ümidi, öz hüquqları və azadlıqlarının müdafiəsini, zəmanətli əmə-
yin təmin edilməsini, sabit və təhlükəsiz həyatı təcəssüm etdirir. Müasir de-
mokratik dövlətdə hüquq insanın şüuru, davranışı, fəaliyyəti, sosial münasi-
İdarəetmə mədəniyyəti
271
bətlərinin ayrılmaz hissəsidir. Hüquq düşüncəsində və ya dövlət hakimiyyə-
ti aktı və yuridik qüvvəyə malik olan qanunda ifadə olunmasından asılı ol-
mayaraq, hüquq insanlar arasında, onların cəmiyyətə mənsub olduqlarını
təsdiqləyən və onların həmrəyliyinə və əməkdaşlığına kömək edən əlaqə-
ləndirici həlqədir.
Hüquq mədəniyyəti – insanların cəmiyyətdəki həyat fəaliyyətininin sosi-
al-hüquqi nizamlama funksiyasını yerinə yetirən normalar, dəyərlər, yuridik
institutlar, proseslər və formaların məcmusudur. O, azadlığın, hüquqların
və məsuliyyətin vəhdətini, sosial müdafiəni və insan ləyaqətinə hörməti tə-
min edir. Cəmiyyətin hüquq mədəniyyəti özündə ümumbəşəri və milli də-
yərləri ifadə edən ümumi sosial mədəniyyətin bir hissəsidir. O, şəxsiyyətin
keyfiyyətli hüquqi vəziyyətini, həmçinin cəmiyyətin və dövlətin təşkil edil-
mə səviyyəsini əks etdirir. Hüquqi və etik mədəniyyət bir medalın iki tərəfi
kimi, şəxsiyyətlərarası, ictimai və beynəlxalq münasibətlərdə çox böyük rol
oynayır. Hüquq bu və ya digər davranış normalarını təyin edir və dövlət
idarəçiliyinin əsasıdır, əxlaq isə insanın vicdanı ilə nəzarət edilən mənəvi
seçimi müəyyən edir.
Hüquq mədəniyyəti qanunların müvafiq keyfiyyətini, sosial hüquq qay-
dasının stabilliyini, vətəndaşların dövlət və cəmiyyət qarşısında öz hüquq
və vəzifələrini bilmələrini, xalqın dəyər təsisatı kimi, onların qayda-qanuna
hörmətini, savadlı və yuridik cəhətdən əsaslanmış tərzdə danışmaq qabiliy-
yətini nəzərdə tutur. O, həmçinin azadlığı, digər insanlara hörməti, öz söz-
ləri, əməlləri və üzərinə götürdüyü öhdəliklərə görə şəxsi məsuliyyəti, in-
sanlarda qanunilik və ədalət hissinin tərbiyə edilməsini də nəzərdə tutur. Bu
prosesdə peşəkar hüquq təhsili ilə yanaşı, kütləvi informasiya vasitələri və
bədii ədəbiyyat da əhəmiyyətli rol oynayır.
Cəmiyyətin hüquq mədəniyyətinin əsas komponentləri bunlardır: dövlət
qanunlarını ifadə edən normalar sistemi olan hüquq; hüquqla nizamlanan
ictimai münasibətlər sistemi olan hüquqi münasibətlər; hüquqi nəzarəti, hü-
ququn nizamlanmasını və icrasını təmin edən dövlət orqanları və ictimai
təşkilatlar sistemi olan hüquq idarələri; hüquqi fəaliyyətin ruhi əksetmə sis-
temi olan hüquqi şüur; həm qanunauyğun, həm də qanuna zidd hüquqi dav-
ranış; qanunyaradıcı fəaliyyət; hüquq elmi; hüquqa uyğun fəaliyyət; qanu-
nilik; hüquq qaydası.
Cəmiyyətin hüquq mədəniyyəti səviyyəsinin ənənəvi göstəriciləri bunlar-
dır: qanunvericiliyin sosial əsaslandırılması, normativ aktların məzmunu-
nun xalqın milli mədəniyyət ənənələrinə, psixologiyasına, milli xarakter və
ideallarına, həmçinin cəmiyyətin inkişaf tələbatlarına, dünya inkişafının
mütərəqqi nailiyyətləri, qanunauyğunluqları və tendensiyalarına uyğunlu-
ğu; qanunların reallaşdırılmasının hüquqi mexanizminin tədqiqini, hüquqi
Fuad Məmmədov
272
termin və təriflərin aydınlığını, boşluqların olmamasını, qanunun mənası və
hər hərfinin, onların sərbəst şərhini istisna edən bütövlüyünü nəzərdə tutan,
qanunvericiliyin mükəmməlliyi; mövcud qanunların təyinatının real gözlə-
nilən sosial nəticələrə uyğunluğu, qanunların real icrasına əhalinin şüurlu
hazırlığını nəzərdə tutan, qanunvericilik effekti.
Demokratik ölkələrdə dövlət və hüquqi münasibətlərdə hüquq prioritet-
dir. Qanunun üstünlüyü hamı üçün, ilk növbədə dövlət orqanları üçün əsas
prinsipdir. Hüquq, yuridik normalar şəxsiyyətin yüksək hüquqi statusunun,
insanın ayrılmaz hüquqlarının yerinə yetirilməsinin, dövlət və sosial idarə-
çiliyin demokratik metodlarının zaminidir. Demokratik ölkələrdə hüquq
mədəniyyətinin əlamətlərinə, hüquqi münasibətlərdə olan subyektlərin hü-
quq və vəzifələrinin ekvivalentliyi və tarazlığı kimi, bərabərliyi, azadlığı və
ədaləti aid edirlər.
Demokratik cəmiyyətdə hüquq mədəniyyətinin effektivliyi aşağıdakı
şərtlərdən asılıdır:
Hakimiyyətin müxtəlif şaxələrinin qarşılıqlı nəzarətini nəzərdə tu-
tan demokratik sistemin olması ilə;
Hakimiyyət və cəmiyyət arasındakı münasibətləri nizamlayan və
aşağıdakı funksiyaları yerinə yetirən ombudsman institutunun ol-
ması ilə:
• vətəndaşların hüquqlarının müdafiəsi, şikayətlərinə və ərizələrinə
baxılması;
• illik və xüsusi məruzələrin hazırlanması;
• insan hüquqlarının müdafiəsi üzrə qanunvericiliyin təkmilləşdiril-
məsinə yardım;
• hüquqi maarif və vətəndaş təhsilinin inkişafına yardım.
Demokratiya dəyərlərinə və prinsiplərinə əsaslanan effektiv sosial və
dövlət idarəçiliyini təmin edən hüquqi, etik və idarəçilik vəzifələri arasında
aşağıdakıları qeyd etmək lazımdır:
vətəndaşları və qanunun aliliyini təmin etməyə iqtidarı olan vəzifəli
şəxslər tərəfindən qanunvericiliyin və qanunların icra mədəniyyəti-
nin müntəzəm olaraq təkmilləşdirilməsi;
baza siyasi və inzibati sənədlərin şəffaflığı və idarəetmə sistemində
onlardan düzgün istifadə edilməsi;
vətəndaşların hüquqlarının ədalətli müdafiəsi, vəzifəli şəxslər tərə-
findən hakimiyyətdən sui-istifadənin, proteksionizm, monopolizm
və korrupsiya hallarının aradan qaldırılması, bölgü münasibətləri
mədəniyyətinin inkişaf etdirilməsi;
İdarəetmə mədəniyyəti
273
ölkə vətəndaşları, həmçinin dövlət strukturları və vətəndaşlar ara-
sındakı ziddiyyətlərin, münaqişələrin və mübahisələrin ombudsman
institutunun köməyi ilə yüksək hüquqi və etik tənzimlənməsi;
dövlət quruculuğu və idarəçiliyi prosesləri effektivliyinin ictimai
monitorinq proqramlarının işlənib hazırlanması və reallaşdırılması;
demokratiya, sülh və vətəndaş cəmiyyəti mədəniyyəti, hüquqi, etik,
idarəetmə, istehsal, məişət və gender mədəniyyəti problemləri üzrə
məmurlar və əhali üçün daim fəaliyyət göstərən kulturoloji maari-
fin təşkil edilməsi.
Bütövlükdə cəmiyyət mədəniyyəti kimi, hüquq mədəniyyəti də, qiymət-
ləndirmə prinsipləri və meyarlarındən asılı olaraq, yüksək, orta və aşağı hü-
quq mədəniyyəti kimi interpretasiya edilə bilər. Yüksək hüquq mədəniyyəti -
hüququn, ədalətin və hüquqi qanunların faydalılığının məntiqə uyğunluğunu
və labüdlüyünü dərk etməyə, hüquqi biliklərin əqidəyə çevrilməsinə səbəb
olur. Hüquqi intizam vətəndaşların hüquqi əqidəsi ilə rəsmi hüquq normaları-
nın eyniliyini tələb edir.
Cəmiyyətin hüquqi sistemi, bir çox cəhətdən siyasi-hüquqi firkin və hü-
quq elminin yaradıcı nailiyyətlərinin inkişaf səviyyəsindən, daxili və xarici
tələbatlara uyğun dəyişən dövlət və hüquq nəzəriyyəsinin, həmçinin əhali-
nin hüquqi təhsili və maarifinin səviyyəsindən asılıdır.
Siyasi mədəniyyət
Müasir kulturologiyanın elmi maraq obyektlərindən biri cəmiyyətin və
dövlətin siyasi mədəniyyətidir. Sistemli kulturoloji təhlilin görüş dairəsinə
elmi biliklər və metodlar, dövlət quruculuğu və idarəçiliyinin təcrübə və
texnologiyaları, siyasi həyatı nizamlayan və dövlət hakimiyyətinin effektiv
fəaliyyətini təmin edən institutlar sisteminin fəaliyyəti, dövlət müəssisələri,
siyasi partiyalar və ictimai təşkilatların fəaliyyətinə toxunan ziddiyyətlər və
dəyişikliklər daxildir.
Siyasi mədəniyyət - müəyyən məqsədlərə nail olma maraqlarında sosial
qruplar, millətlər və dövlətlər arasında münasibətlərin nizamlanmasına yö-
nəldilmiş xüsusi elmi biliklər, texnologiyalar və fəaliyyətdir. O, vətəndaşla-
rın siyasi biliyi, bacarığı, mütəşəkkilliyi, etikası, fəaliyyəti və hərəkətlərinin
qiymətləndirmə keyfiyyəti, səviyyəsi və xarakterini, həmçinin siyasi müna-
sibətləri və siyasi həyatı nizamlayan siyasi dəyərlər, normalar və ənənələrin
məcmusunu əks etdirir. Siyasi mədəniyyət, mühüm sosial-siyasi funksiyala-
rı yerinə yetirən dövlət, konstitusiya, ölkə qanunları, siyasi partiyalar, icti-
mai təşkilatlar kimi və permanent inkişaf etmiş institutların fəaliyyətində
Fuad Məmmədov
274
ifadə olunur. Onun əlavə sahəsi həm də millətlər, etnoslar, dini konfessiya-
lar, “maraq qrupları”, beynəlxalq cəmiyyətdir.
Dövlət institutlarını, siyasi partiya və ictimai təşkilatları daxil edən cə-
miyyətin siyasi sistemi, dövlət hakimiyyətinin fəaliyyətini təmin edir və öl-
kənin siyasi həyatını tənzimləyir. Cəmiyyətin siyasi mədəniyyəti - Dövlət
Konstitusiyası və milli qanunvericilikdə möhkəmləndirilmiş hüquq norma-
ları çərçıvəsində, həmçinin milli və ümumbəşəri mədəniyyətin dəyərlər sis-
teminə, beynəlxalq hüquq və beynəlxalq hüquqi aktlara uyğun olaraq inki-
şaf edir. Siyasi mədəniyyət onun daşıyıcıları rolunda çıxış edən insanların
siyasi tələbatları və maraqlarının, onların siyasi hakimiyyətin mövcud me-
xanizminə münasibətinin ümumiliyini nəzərdə tutur. Cəmiyyətin siyasi mə-
dəniyyəti çox zaman ümummədəni keyfiyyətlərlə, cəmiyyət və dövlət qarşı-
sında duran vəzifələrin həllində vətəndaşların siyasi mövqeyi, təşəbbüsü və
fəallığı, müstəqilliyi, məsuliyyəti və mobilliyi ilə, onların öz davranışını
könüllü olaraq demokratik dövlətin siyasi norma və institutlarına tabe etmə
bacarığı və arzusu ilə müəyyən edilir. Siyasi xarakterli insan münasibətləri-
nin əsasında fərdi, ictimai, milli, dövlət, partiya, kommersiya, iqtisadi, dini,
qrup və digər maraqlar durur.
Dövlətin siyasi mədəniyyəti, dövlət hakimiyyətinin yerinə yetirilməsinin
sabitliyi və effektivliyinin, qanunvericiliyin və dövlət idarəetmə aparatının
davamlı olaraq təkmilləşdirilməsinin, düzgün siyasi qərarların qəbulu və
onların cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrinə vaxtında tətbiqi-
nin, xalqın özünüidarə mədəniyyətinin inkişafı, cəmiyyətin sabit inkişafı,
təhlükəsizliyi və tərəqqisinin təminatçısı olan dövlətin möhkəmləndirilmə-
sini nəzərdə tutur. Onun əsas problemi dövlət quruculuğu və idarəçiliyi
məqsədlərinin, fəaliyyət məzmununun, elmi və ideoloji əsaslarının, forma
və texnologiyalarının təyin edilməsi, daxili və xarici siyasətin, xarici ölkə-
lərlə beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı olan dövlət ha-
kimiyyətinin təşkil edilməsidir. Cəmiyyətin inkişaf tələblərinə, daxili və xa-
rici dəyişikliklərə, dünya mədəniyyəti və sivilizasiyasının çağırışlarına uy-
ğun olaraq, demokratik dövlət, vətəndaşların, milli maraqların təmininə yö-
nəldilmiş, dövlət quruculuğu və idarəçiliyi proseslərinə geniş surətdə cəlb
edilməsini, dövlət və ictimai işlərin idarə edilməsində həmkarlar ittifaqları
və qeyri-hökumət təşkilatlarının rolunun artırılmasını nəzərdə tutur.
Dövlətin siyasi institutlarının əsas funksiyaları bunlardır: tərbiyəvi, tən-
zimləyici və qoruyucu. Tərbiyəvi funksiya - dövlət və sosial idarəetmə pro-
sesində iştirak edən vətəndaşların siyasi mədəniyyət və siyasi şüurunun, sə-
riştəliliyinin lazımi səviyyəsinin formalaşdırılmasını nəzərdə tutur. Tənzim-
ləyici funksiya - idarəetmə orqanlarının fəaliyyətinə monitorinq yolu ilə və-
təndaşların siyasi prosesə pozitiv təsirinin təmin edilməsini nəzərdə tutur.
İdarəetmə mədəniyyəti
275
Qoruyucu funksiya - cəmiyyət tərəfindən müdafiə olunan dövlət quruluşu-
nun siyasi dəyərlərinin qorunmasını nəzərdə tutur.
Demokratik dövlətin siyasi mədəniyyətinin mühüm vəzifəsi - cəmiyyətin
rifahı və həyat keyfiyyətinin əsası olan rəqabət qabiliyyətli iqtisadiyyatın
inkişafı, habelə ölkədə idarəetmə, hüquqi, etik, intellektual və informasiya
mədəniyyətinin qabaqlayıcı inkişafının təmin edilməsidir. Siyasi demokrati-
ya mədəniyyətinin effektivliyinə - siyasətdə kortəbii, idarə olunmayan pro-
seslərin və müvəffəqiyyətsizliyin güclənməsinə səbəb olan bürokratizm,
avtoritar idarəetmə üslubu, volyuntarizm, favoritizm, təmtəraqlılıq, qeyri-
mütəşəkkillik, boşboğazlıq, təkəbbür, özbaşınalıq və avanturizm kimi amil-
lər neqativ təsir göstərir.
Dostları ilə paylaş: |