Fəsil 3. Mədəniyyət və sivilizasiya
Sivilizasiya anlayışı. Sivilizasiya haqqında təsəvvürlərin inkişafı.
İlk sivilizasiyaların əlamətləri. Lokal-tarixi sivilizasiyaların fərqlən-
dirici xüsusiyyətləri. Şərqin və Qərbin mədəniyyət və sivilizasiyasının
inkişaf xüsusiyyətləri. O. Şpenqler və A.Toynbiyə görə lokal siviliza-
siyalar. Mədəni tərəqqi və mədəni tənəzzül. Antik dünyada mədəni tə-
rəqqini görməyə üç yanaşma. Sosial-mədəni inqilab.
Sivilizasiya – şəhər həyat tərzi, dövlətçilik və dövlət idarəçiliyinın əmələ
gəlməsi, təhsilin, təşkil olunmuş maddi istehsalın və pul tədavülünün, hüquq və
beynəlxalq münasibətlər institutlarının inkişafı ilə bağlı olan, mədəniyyətin in-
kişafının müəyyən tarixi pilləsidir. Sivilizasiya həyat fəaliyyətinin forma və
texnologiyalarının nisbətən statikliyi və sabitliyi ilə fərqlənən, yaradılmış bir sı-
ra sosial mədəniyyət institutlarını özündə təcəssüm etdirir. Sivilizasiyanın mə-
dəniyyətdən əsas fərqi ondadır ki, sivilizasiya çərçəvəsi daxilində insanın və
cəmiyyətin irəliləyən inkişafını təmin edən mədəniyyətlə, onun qabaqcıl xarak-
teri ilə yanaşı, həm də destruktiv proseslər yer alır.
Antik tarixi konsepsiyalarda mədəni tərəqqi ideyası ardıcıl olaraq irəli
sürülürdüsə də, bu təkamül sırasında sivilizasiyanın formalaşması ilə bağlı
sərhədin aydın göstərilməsi hələ yox idi. “Mədənəiyyət” sözü kimi, “sivili-
zasiya” sözünü də ilk dəfə qədim romalılar işlətmişlər. Bu terminlə onlar,
öz inkişaf səviyyəsinə görə barbarların primitiv səviyyəsinı və yaşayış tər-
zini üstələyən şəhər həyat tərzini ifadə edirdilər. Yaradıcı və qurucu prosesi
ifadə edən “mədəniyyət” anlayışından fərqli olaraq “sivilizasiya” anlayışı,
bəşər tarixinin müxtəlif dövrlərində ona xas olan neqativ, dağıdıcı proseslə-
ri dialektik olaraq özündə birləşdirən tarixi sosial-mədəni birliyi göstərir.
Ötən minilliklərdə sivilizasiyanın zirvələrinə aparan çətin yolu qan selləri al
qana boyamışdı, zorakılıq, amansızlıq və dağıntılar, “antimədəniyyət” təza-
hürləri kimi, müasir sivilizasiyalı dünyada da yer almışdır. Bununla yanaşı
cəmiyyətin keyfiyyət vəziyyəti və səviyyəsini, ona daxil olan mədəniyyət-
lərin inkişaf tarixinin qeyri-bərabərliyini əks etdirən sivilizasiya, tərəqqi yo-
lu ilə irəliləyişin ümumi tendensiyalarına malik bəşəriyyətin mədəni inkişaf
prosesinin ümumdünya-tarixi vəhdətini təsdiqləyir.
“Sivilizasiya” sözünün kökü latın mənşəlidir, “civis” – vətəndaşlıq, şə-
hər əhalisi, vətəndaşlar, cəmiyyət mənasını ifadə edir. O, Avropa elmi və
ədəbiyyatının istifadəsinə yalnız XVIII əsrdə daxil olmuşdur və ilk əvvəl
mədəni inkişafın ümumi səviyyəsini ifadə edirdi. Bu anlayışa, əhəmiyyətli
dərəcədə davranış, ədəb, nəzakət normaları da daxil edilirdi ki, bu, bizim
Fuad Məmmədov
260
günlərdə də “sivil insan” ifadəsində saxlanmışdır. İ.Kant, O.Şpenqler,
A.Toynbi, M.Veber, F.Koneçnı, L.Qumilev, L.Meçnikov və digər alimlər,
sivilizasiyanın mahiyyətini, onun mədəniyyətdən əsas fərqlərini göstərməyə
cəhd edərək, müxtəlif cür nəzərdən keçirirdilər.
XIX əsrin 20-30-cu illəri üçün “sivilizasiya” anlayışı böyük dövrlərin,
xalqların çox böyük nailiyyətlərinin, insan tərəfindən yaradılan hər şeyin
sintetik ifadəsi üçün daha tez-tez istifadə olunmağa başladı. Bu anlayışın
yayılması və möhkəmlənməsi fransız tarixçisi F.Gizonun əsərləri, həmçinin
ingilis tarixçisi Q.Boklun Avropa, Fransa və İngiltərədə sivilizasiya tarixinə
həsr olunmuş əsərləri böyük rol oynamışdır. XIX əsrin əvvəlində F. Gizo
tərəfindən, bütövlükdə bəşəriyyətin sosial-mədəni nailiyyətlərinin cəmi ki-
mi vahid ümumbəşəri sivilizasiyanın və ayrı-ayrı xalqların, ölkə və region-
ların etno-milli nailiyyətlərini və xüsusiyyətlərini əks etdirən lokal siviliza-
siyaların real həyatda eyni zamanda mövcud olduğunu göstərmək məqsədi-
ni daşıyan, sivilizasiyanın etno-tarixi konsepsiyası formulə edildi. XX əsrdə
üç əsas: unitar, stadial (mərhələli) və lokal-tarixi yanaşma qəbul edildi. Bu
dövrdə sivilizasiyanın “etnoqrafik” konsepsiyası formalaşmağa başladı ki,
onun mahiyyəti, hər bir xalqın öz sivilizasiyasına malik olması haqqında tə-
səvvürlərə aparırdı.
Sivilizasiyaların dövriləşdirilməsinə də müxtəlif alimlər və mütəfəkkir-
lər - H.V.F.Hegel, S.Solovyov, K.Marks, K.Yaspers, M.Veber, P.Çaada-
yev, N.Berdyayev, R.Genon, M.Petrov və başqaları tərəfindən çoxsaylı ya-
naşmalar mövcuddur. Bunların arasında ən geniş yayılanı K.Yaspersin
“məhvər sivilizasiyalar” konsepsiyasıdır ki, o, b.e.ə. I minilliyin ortalarını
arxaik dövrün mifoloji təfəkkürünü əvəz edən fəlsəfənin dominantasına
əsaslanan yüksək ruhi mədəniyyət səviyyəli “məhvər” sivilizasiyaların baş-
lanğıc nöqtəsi hesab edirdi.
Q. Çayld ilk sivilizasiyaların on əlamətini formulə etdi. Onlara aşağıda-
kılar aid edilirdi: şəhərlər; monumental ictimai tikililər; vergi və ya xərac;
ticarəti daxil etməklə, intensiv iqtisadiyyat; sənətkar-mütəxəssislərin ayrıl-
ması; yazı; elmin rüşeymləri; inkişaf etmiş incəsənət; imtiyazlı siniflər;
dövlət. K.Klakxon ilk sivilizasiyaların yalnız üç əsas əlamətini ayırmışdır:
monumental memarlıq; şəhərlər; yazı.
Lokal-tarixi sivilizasiyaların fərqli xüsusiyyətlərinə aiddir: təbii-coğrafi
şərait; cəmiyyətin sosial-mədəni kodu; din; həyat tərzi; elmi-texnoloji inki-
şafın xarakteri; təşkilat və idarəçilik texnologiyaları; hüquqi sistem; etnik
tarixin xüsusiyyətləri. Şərq və Qərb özünün mədəni inkişaf xüsusiyyətlərinə
malikdir. Şərqdə mədəniyyət simvolu - ənənəvi mədəniyyət, ruhi ikişafın
əsası (Hegelə görə) – din, Şərq sivilizasiyasının əsası isə dövlətdir. Şərq
ənənəvi-mühafizəkar mədəniyyət dayaqlarının ilk dəfə formalaşdığı dünya
İdarəetmə mədəniyyəti
261
sivilizasiyasının və insan mədəniyyətinin beşiyi hesab edilir. Sosial və dini
normalar, əxlaqi və hüquqi standartlar çox vaxt padşahın, fironun və ya im-
peratorun şəxsiyyətində cəmləşirdi. Bununla yanaşı kollektivçi və əsasən
ənənəvi və dini mədəniyyətin xarakterik olduğu Şərqdə əksər hallarda mə-
nəvi (ailə), bədii, ekoloji, həmçinin sosial-iqtisadi və sahibkarlıq dəyərləri-
nə üstünlük verilirdi. Qərbdə mədəniyyət simvolu - yenilikçi mədəniyyət,
ruhi inkişafın əsası – fəlsəfə, Qərb sivilizasiyasının əsası – insandır. Qərb
ölkələrində etik mədəniyyətin prioritet dəyərləri – şəxsiyyətə hörmət, məsu-
liyyət və dürüstlükdür, Şərq ölkələrində - böyüyə hörmət, sədaqət və dö-
zümdür. Qərbdə, ona xas fərdiyyətçi, yenilikçi və dünyəvi mədəniyyətlə,
bir qayda olaraq intellektual, texnoloji, hüquqi, etik, siyasi, sosial-iqtisadi
və ekoloji dəyərlərə üstünlük verilir. İnsana yönəldilmiş Qərb mədəniyyəti-
nin ardıcıl inkişafının nəticəsi - azad şəxsiyyətin və demokratiyanın forma-
laşmasıdır, ən mühüm nailiyyəti isə - insanın inkişafına, texnoloji və sənaye
tərəqqisinə imkan verən elmin, - mədəniyyətin müstəqil sosial institutu ki-
mi təşəkkül tapmasıdır. Bəşəriyyətin müasir inkişaf dövrü qanunauyğun-
luqlarından biri ondan ibarətdir ki, Şərq ilə Qərb arasındakı mədəni müba-
dilənin daimi dialektik prosesi, dünya mədəniyyəti və sivilizasiyasının de-
mokratlaşması və qloballaşması müxtəlif ölkələr, xalqlar və fərdlərin mədə-
ni paradiqmalarının dəyişməsinə təsir göstərir.
O. Şpenqler tərəfindən lokal sivilizasiyalara: Antik, Qərbi Avropa, Ərəb, Mi-
sir, Babil, Hind, Çin, Mayya mədəniyyətləri aid edildi. A. Toynbi tərəfindən aşa-
ğıdakı lokal sivilizasiyalar ayrılmışdır: Şumer-Akkad, Misir, Suriya, İnd, Çin,
Hind, Egey, Antik, Qərbi, Pravoslav, İslam, And, Mərkəzi Amerika. A.Toynbi-
nin sivilizasiyaların tarixi dövranı konsepsiyasına uyğun olaraq, lokal sivilizasi-
yaların əsasında etnik və ya dil mənsubiyyəti deyil, dini mənsubiyyət dururdu.
Dünya sivilizasiyası üçün mədəni inkişafın həm zaman, həm də məkan
daxilində təbii qeyri-bərabərliyi xarakterikdir. Bəşəriyyətin sosial-mədəni
inkişafının tarixi prosesi dialektik ziddiyyətlə fərqlənərək, mədəni tərəqqi
və mədəni tənəzzül hadisələrinin məcmusunu təcəssüm etdirir, onların bir-
ləşməsi konkret cəmiyyətin və ya sivilizasiyanın proqressiv inkişaf templə-
rini müəyyən edir. Mədəni tərəqqi daha az kamildən daha artıq kamilə doğ-
ru inkişaf prosesini əks etdirir. Mədəni tərəqqinin səviyyəsi yaradılan mə-
dəni dəyərlərin keyfiyyəti və kəmiyyəti, onların cəmiyyətdə yayılma miq-
yası və mənimsənilmə dərinliyi ilə ölçülür. Tərəqqinin vəziyyəti ilə həm
bütövlükdə mədəniyyət sistemi, həm də onun ayrı-ayrı altsistemləri xarak-
terizə oluna bilər. Bütövlükdə mədəniyyət prosesi, onun ayrı-ayrı sahələri-
nin geriləməsi, hətta tənəzzülü ilə müşayiət oluna bilər ki, bu, həmin prose-
sin dialektik xarakteri ilə izah olunur. Tarixən mədəni tərəqqi ilk növbədə
insanın intellektual fəaliyyətinin inkişafında və onun nəticələrinin istehsal
Fuad Məmmədov
262
qüvvələrinin inkişafı üçün istifadə olunmasında görünürdü. Bu, insanın ef-
fektiv enerji mənbələrinin: insan enerjisindən – heyvan enerjisinə, su ener-
jisinə, külək enerjisinə, faydalı qazıntılar enerjisinə, atom enerjisinə, günəş
enerjisinə qədər axtarışlarındakı tarixi müvəffəqiyyətləri nümunəsində daha
aydın izlənilir. Mədəni tənəzzül - yuxarıdan aşağıya enmə, geriləmə, təşki-
lat səviyyəsinin aşağı düşməsi, öz dövrünü keçirmiş forma və strukturlara
qayıdış prosesi kimi xarakterizə olunur. Mədəni tənəzzülün klassik nümu-
nəsi kimi, Hindistanda harappa və Yunanıstanda krito-miken yazı sistemi-
nin itməsi ilə müşayiət olunan qədim sivilizasiyaların tənəzzülünü göstər-
mək olar. Bu şəraitdə müəyyən mədəni varisliyin qorunması üçün əlverişli
mühiti xüsusi sabitlik və regenerasiya qabiliyyətinə malik olan icmalar ya-
radırdı.
Mədəni inkişafın qeyri-bərabərliyi ayrı-ayrı insanların, həyat fəaliyyəti-
nin müxtəlif sahələrinin, şəhərlərin və kəndlərin, xalqların və dövlətlərin
müxtəlif inkişaf səviyyəsində öz əksini tapır. O praktik olaraq bütün – fərdi
(müxtəlif həyat fəaliyyəti sahələrində qabiliyyətlərin və inkişafın müxtəlif
səviyyəsi), yerli, regional, milli, beynəlxalq səviyyələrdə yer tutur. İnsanın
mədəni qeyri-bərabərliyi – müxtəlif həyat fəaliyyəti sahələrində (təhsil,
elm, incəsənət, sənətkarlıq, etika, dilləri bilmək) insanın bilikləri, bacarıqla-
rı, mütəşəkkilliyi, mənəviyyatlılığının səviyyəsi ilə bağlı olan sosial ölçü-
dür. Ölkənin mədəni qeyri-bərabərliyi – kəndlərin, regionların, şəhərlərin,
habelə fərdlərin sosial-mədəni inkişafının müxtəlif səviyyələri ilə bağlı olan
sosio-coğrafi ölçüdür. Dünya birliyinin mədəni qeyri-bərabərliyi, - konti-
nentlər, regionlar, ölkələr, xalqlar, millətlər, etnosların sosial-mədəni inki-
şafının müxtəlif səviyyəsi ilə bağlı sosial-coğrafi ölçüdür.
Milli mədəniyyətlərin inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün
“aşağı mədəniyyətlilik həddi” anlayışı da istifadə olunur. Bu, insanın həya-
ta, onun gündəlik formalarına yaradıcı-passiv adaptasiyasıdır. Lakin mədə-
niyyətin əsl mahiyyəti insanın yaradıcı qabiliyyətlərini həyat, sosial tərəqqi
və inkişaf maraqlarında reallaşdıran yaradıcı fəaliyyətdədir. Yaradıcı fəa-
liyyətsiz və mədəni mübadiləsiz mədəniyyət məhv olur.
Dünya sivilizasiyası tarixində vaxtaşırı olaraq, “mədəniyyət böhranları”
yer tutmuş və yer tutur. Bu, sosial-mədəni inkişafın sabit formalarının da-
ğılmasına gətirib çıxaran kəskin, sərt dönüşlərdir, mənəvi, intellektual, bə-
dii və digər dəyərlərin pozulması, adətlərin və həyat səviyyəsinin zəifləmə-
si ilə təhsildə, iqtisadiyyatda və insan münasibətləri mədəniyyətində dep-
ressiyalarla müşayiət olunur. Pis tərəfə dəyişən ictimai inkişaf şəraiti mədə-
ni dəyərlər və həyat reallıqları arasında ziddiyyətə, millətin yaradıcı ruhu-
nun zəifləməsinə gətirib çıxarır.
İdarəetmə mədəniyyəti
263
Qeyri-bərabər inkişafın antonimi, o cümlədən, insanlar, xalqlar və onla-
rın mədəniyyətləri arasındakı təbii fərqləri də istifadə etməklə, ona can atıl-
malı olan harmonik inkişafdır. Mədəni tərəqqisiz və sosial inqilablarsız har-
monik inkişaf mümkün deyil. Mədəni tərəqqi ideyası antik dövrün Avropa
tarixi konsepsiyalarında müxtəlif cür əks olunmuşdur. Birinci yanaşma yeni
eranın birinci minilliyinin əvvəllərinə aiddir, ibtidai demokratizmin hüquq
qaydalarının dağılması şəraitində qədim yunan mifoloji təfəkkürü üçün bə-
şəriyyətin mədəni inkişafı haqqında yaxşıdan pisə doğru enməsi haqqında
təsəvvür xarakterik idi. Belə ki, Gesiod bəşəriyyət tarixini bir-birini ardıcıl
əvəz edən beş dövrə bölür: qızıl, gümüş, mis, qəhrəmanlıq və dəmir. Gesio-
dun təsəvvürünə görə bu, insanların mənəviyyatının tədricən pozulduğu,
yoldan çıxdığı və daha da pis olduğu, tərzinə görə əks işarəli təkamül idi.
İkinci yanaşma I minilliyin ortalarında Yunanıstanda stsientist təfəkkü-
rün inkişafı ilə əlaqədardır ki, onun çərçivəsi daxilində əvvəlki bədbin mən-
zərə, bəşəriyyətin birbaşa təkamülü prinsipi üzrə qurulmuş görmə ilə əvəz
olunur. Bu fəlsəfi baxışı biz Esxilin “Zəncirlənmiş Prometey” əsərində,
Prometeyin bəşər övladını öyrətdiyi, ibtidai primitivizmdən sənətlərə və
elmlərə döğru inkişaf yolunun salınmasında tapırıq. Burada mədəni dəyi-
şikliklərin yaradıcısı ilahi mənşəli mədəni qəhrəman idi. İnsan mədəniyyə-
tinin təkamülünü belə görməyə biz, bütün mədəni nemətlərin allahın və
qəhrəmanların bəxşişi kimi nəzərdən keçirildiyi Protaqorun “İnsan cəmiy-
yətinin ilkin vəziyyəti haqqında” əsərində şərh olunan Platonun fəlsəfəsin-
də də rast gəlirik.
Üçüncü yanaşma yenə də yeni eranın birinci minilliyinin ortalarına təsa-
düf edən, mədəni tərəqqini insanın özünün yaradıcıılığı kimi nəzərdən ke-
çirən əks baxışları nümayiş etdirir. B.e.ə. V əsrin əvvəllərində Ksenofan
təsdiqləyirdi ki, “Başlanğıcdan allahlar insanlara hər şeyi aşkar etməmişlər,
lakin insanlar tədricən, axtararaq, daha yaxşını tapırlar.” Bu fikir qədim
dünyanın dahi materialisti, atomistika nəzəriyyəsinin banisi, qədim yunan
filosofu Demokrit tərəfindən öz ardıcıl inkişafını tapmışdır. Ümumi kosmik
və insan tarixini nəzərdən keçirərək, Demokrit cəmiyyətin inkişafının əsas
hərəkətverici qüvvəsinin ehtiyac, zərurət və tələbat olduğunu hesab edirdi.
İnsanın heyvani həyat tərzi səviyyəsindən, onun müasiri olduğu Yunanıstan
mədəniyyəti səviyyəsinə qədər insan təkamülünə Demokritin baxışları ta-
rixçi Diodor tərəfindən şərh edilmişdir, bunun ardınca isə Lukretsi Karın
“Şeylərin təbiəti haqqında” poemasında öz parlaq təcəssümünü tapmışdır.
Bu məşhur əsərdə zooqoniya və antropoqoniyadan sonra ibtidai insanın hə-
yatı və mədəniyyətinin - dil, hüquq və din kimi mühüm təzahürlərinin mən-
şəyi xarakterizə edilmişdir.
Fuad Məmmədov
264
Qeyri-bərabər inkişafın daimi dialektik prosesini ifadə edən bəşəriyyətin
mədəni təkamül prosesində hərdənbir, öz mahiyyətinə, mənasına və bəşə-
riyyətin tarixi taleyinə təsirinə görə müxtəlif olan sosial-mədəni inqilablar
baş verir. Qlobal (epoxal), regional və ya lokal xarakter daşıyan bu inqilab-
lar, hər şeydən əvvəl, ideoloji, maarifçi və texnoloji xarakterli vəzifələr qo-
yur və həll edir. Onlara: milli maraqlara, zamanın tələblərinə cavab verən
və dünya mədəniyyəti təcrübəsi, elm, texnika və texnologiyanın tərəqqisini
labüd olaraq nəzərə alan yeni ideologiyanın yaranması; iqtisadi inkisafı və
bütün cəmiyyətin rifahını təmin edən dövlət idarəçiliyinin yeni formaları;
şəxsiyyətin elmi dünyagörüşünün formalaşmasına səbəb olan, xalq kütlələ-
rinin təhsili, tərbiyəsi və maarifində yeniliklər və s. aiddir. Bu vəzifələrın
yerinə yetirilməsi dövlət tərəfindən uyğun hüquqi sənədlər, təşkilati tədbir-
lər və maliyyə şəraiti ilə təmin edilir. Sosial-mədəni inqilabların ümumi xü-
susiyyəti odur ki, onların hamısı bu və ya digər formada insan şüurunun, in-
tellektinin inkişaf məhsuludur, insan dühasının nailiyyətləridir. Dünya mə-
dəniyyəti tarixində, bu və ya digər intellektual və mənəvi yeniliklərə əsasla-
nan, paleolit, aqrar, intellektual, dini-mənəvi, elmi, sənaye, elmi-texniki və
digər inqilablar məlumdur.
50-40 min il bundan əvvəl olan paleolit inqilab, antropogenezdən sosio-
genezə keçid və “Homo Sapiens” tipli insanın yaranması ilə xarakterizə
edilmişdir.
B.e.ə. 8-5-ci minilliklərdə baş verən aqrar (neolit) inqilab müəyyən
fərqli əlamətlərə malikdir. Onlara aiddir: qida məhsullarının istehsalı və
yığmadan (meyvə və s.) istehsal iqtisadiyyatına keçid; təsərrüfat və sosial
təşkiletmə və idarəetmə təcrübəsinin toplanması; sosial institut olan elmin
ilk rüşeyminin formalaşması; sosial-siyasi şəraitin dəyişməsini əks etdirən
yeni ideoloji qanunların yaradılması; mədəniyyətin epoxal tipini parlaq ifa-
də edən və bəşəriyyətin inkişafında tarixi qanunauyğunluq kimi, keyfiyyət-
cə yeni mərhələnin - sivilizasiyanın yaradılmasına gətirib çıxaran aktiv kul-
turogenez prosesinin başlanğıcı.
B.e.ə. IV-III minilliklərdəki qlobal sosial-mədəni inqilab, tarixən öz in-
kişaf formasını keçirmiş ibtidai cəmiyyətdən bəşəriyyətin ilk sivilizasiyala-
rının yaranmasına keçidə - Şumer, Misir, Çin, Hindistan və digər sivilizasi-
yalarda dünya mədəniyyətinin qızıl fonduna daxil olan yazı sisteminin
meydana çıxmasına gətirib çıxarmışdır. O, informasiya və yazının (ilk intel-
lektual (informasiya) inqilab) inkişafı və yayılması, sinfi cəmiyyət və dövlət
kimi sosial mədəniyyət institutlarının yaranması, sosial iyerarxiyaya əsasla-
nan hakimiyyətin institutlaşdırılması və dövlət idarəçilik sisteminin yaradıl-
ması ilə müşayiət edilirdi. Bu inqilabi prosesdə: təlim və təhsilin təşkili, hü-
quqi sistemlərin və dini dünyagörüşü qanunlarının yaradılması, elmin rü-
İdarəetmə mədəniyyəti
265
şeymləri, incəsənət, dini ayin, tibbi fəaliyyət, xarici siyasət və s. institutları-
nın yaradılması baş verirdi. Onun mühüm göstəriciləri aşağıdakılar idi: me-
tallurgiya, tikinti, istilik texnikası, dulusçuluq istehsalında və iqtisadiyyatın
digər sahələrində texnoloji tərəqqinin tətbiq edilməsi; ictimai istehsalın təş-
kili və idarə edilməsinin gələcək inkişafı – kooperasiya, əmək bölgüsü və
ixtisaslaşma; daxili və beynəlxalq əlaqə vasitələrinin, hər şeydən əvvəl,
çarxlı (təkərli) miniklərin və gəmiqayırmanın genişləndirilməsi hesabına
əsaslı surətdə yaxşılaşdırılması. İlk sivilizasiyaların yaranması ilə nəticələ-
nən qlobal inqilab üçün: əməyin ardıcıl bölünməsi - əqli əməyin fiziki
əməkdən, sənətin əkinçilikdən ayrılması; mübadilə və ticarətin genişləndi-
rilməsi; təcrübənin toplanması, möhkəmləndirilməsi və ötürülməsi, onun
fərdidən sosiala çevrilməsi; yenilikçi mədəniyyətin mühafızəkar mədəniy-
yətdən üstünlüyü də xarakterik idi.
B.e.ə. II minilliyin sonunda ilk dini-mənəvi inqilabların rəmzləri bunlar
idi: Mərkəzi Asiyada, İranda və Qafqazda Zərdüştlüyün təşəkkülü; Misirdə
Exnaton dini islahatı; Babilistanda arxaik dini təsəvvürlərin kökündən dəyi-
şilməsinə və yeni dini sistemlərə keçidə səbəb olan monoteizmin meydana
çıxması.
Kitabın kəşfi ilə əlaqədar ikinci informasiya inqilabı əvvəlcə Çində, ye-
ni eradan əvvəl, təqribən 1300-cü ildə baş vermişdir.
B.e.ə. I minilliyin əvvəlinə aid edilən dəmir inqilabı bəşəriyyət tərəfin-
dən dəmirin kəşfi və istifadəsinə gətirib çıxarmışdır.
I minilliyin ortalarına aid olan intellektual inqilab, arxaik dövrün mifo-
loji təfəkkürünü əvəz edən fəlsəfənin dominantasına əsaslanan ruhi mədə-
niyyətin yüksək səviyyəsinin yaranmasına imkan yaratmışdır.
B.e.ə. I minillikdən bizim eranın I minilliyinə qədər olan dövrə aid olan
yəhudi dini, buddizm, xristianlıq və islamın yaranması ilə nəticələnən dini-
mənəvi inqilablar, dünya xalqlarının əksəriyyətinin monoteizmə qəti surət-
də keçidini ifadə etmişdir.
Kitab çapı üçün orta əsrlər Çin qurğusunun yaradıcılıqla istifadəsi əsa-
sında XV əsrdə Almaniyada baş vermiş kitab çapı sahəsində inqilab (üçün-
cü informasiya inqilabı), İohan Quttenberq tərəfindən kitabların mətbəə
nəşrinin və tirajının yayılmasını mümkün edən əl çap dəzgahının və punso-
nun ixtirası və praktikaya tətbiqi - kütlələrin akkulturasiyası, təhsilin, el-
min, dinin və incəsənətin cox dəyərli inkişaf vasitəsi olmuşdir.
XVII əsrdə Avropada elmi inqilab, elmin sosial institut kimi təşəkkül
tapmasına və gerçəklik haqqında obyektiv biliklərin işlənməsi və nəzəri cə-
hətdən sistemləşdirilməsi ilə məşğul olan müasir elmlərin əsasının yaradıl-
masına gətirdi. O, elmin strukturunun, dəkretmə prinsipləri, kateqoriyaları,
metodları və təşkili formalarının dəyişdirilməsinin əsasını qoymuşdur.
Fuad Məmmədov
266
XVII-XX əsrlərdə Avropa və Asiyadakı sosial-mədəni (burjua-demokra-
tik) inqilablar müasir dünyanın mühüm siyasi institutu olan demokratiyanın
əsasını qoymuşdur.
XVIII əsrın sonunda İngiltərədə buxar mühərriklərinin ixtirası ilə əlaqə-
dar olan sənaye inqilabı, bütün dünyada elmi-texniki tərəqqi üçün geniş im-
kanlar açmışdır.
XIX əsrin axırı - XX əsrin əvvəlində nüvə fizikası sahəsindəki kəşflərlə
bağlı olan təbiətşünaslıq sahəsində inqilab, bəşəriyyətin mikroaləm haqqın-
da təsəvvürlərini dəyişmiş, təbiətin insanın mənafeyi naminə dərk edilməsi
və dəyişdirilməsinin böyük imkanlarını aşkarlamış, sosial-iqtisadi həyatda
əsaslı keyfiyyətli dəyişikliklərin başlanğıcına gətirib çıxarmışdır.
SSRİ-də XX əsrin 20-30-cu illərində yer alan mədəni inqilab, keçmiş
Sovet İttifaqı respublikalarında əhalinin savadsızlığının aradan qaldırılması,
ziyalı kadrların hazırlanması, elmin, ali təhsilin və incəsənətin güclü poten-
sialının formalaşdırılması ilə nəticələnmişdir.
XX əsrin 50-ci illərinin ortalarında olan elmi-texniki inqilab, istehsal
qüvvələrinin keyfiyyətcə dəyişdirilməsində elmin aparıcı amilə çevrilməsi-
nə səbəb olmuşdur.
XX əsrin ikinci yarısının texnoloji inqilabı yüksək texnologiyaların ya-
radılmasında fundamental tədqiqatların rolunun artmasına səbəb olmuşdur.
XX əsrin ikinci yarısının dördüncü informasiya inqilabı elmi əməyin və
bəşəriyyətin sosial həyatının kompüterləşməsinə səbəb olmuş, sənaye cə-
miyyətindən informasiya cəmiyyətlərinə və ya “biliklər cəmiyyətlərinə” ke-
çidi göstərmişdir.
XX-XXI əsrlərin qlobal sosial-mədəni inqilabı yeni elmi kəşflərin art-
ması, yüksək idarəetmə texnologiyaları və metodlarının yaradılması və tək-
milləşdirilməsinin, müxtəlif xalqların mədəniyyətləri və sivilizasiyalarının
qarşılıqlı təsiri və sintezinin inkişafı ilə xarakterizə edilir. O, iqtisadiyyat,
siyasət, təhsil, incəsənət, ticarətdə inteqrasiyalı proseslərlə, dünya mədəniy-
yəti üzrə vahid mədəni-informasiya məkanının formalaşması, mədəni müx-
təlifliyin qorunması və yeni translokal mədəniyyətlərin yaradılması, lokal
və qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın inkişafı ilə müşa-
yiət edilir.
İntellektual və mənəvi tərəqqiyə əsaslanan sosial-mədəni nailiyyətlər
mədəniyyətlərin yeni tarixi tiplərinin formalaşmasına təsir göstərirdi, onla-
rın tərkibində isə öz növbəsində dünya mədəniyyəti və sivilizasiyasının gə-
ləcək tərəqqisi üçün ilkin şərtlər formalaşırdı.
Dostları ilə paylaş: |