AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   2   3   4   5   6   7   8   9   ...   53

MÜƏLLİFDƏN  

 

Bu gün əqli və mənəvi mədəniyyətin inkişaf problemləri, şəxsiyyət, ailə, 

kollektiv, cəmiyyət və dövlət, milli və beynəlxalq idarəetmə mədəniyyəti-

nin təkmilləşdirilməsi, ”biliklər cəmiyyətinin” əsasını təşkil edən intellektu-

al mədəniyyətin prioritet inkişafı, həm milli dövlətlər, həm də bütövlükdə 

dünya birliyi üçün aktualdır.  

Planetin bütün ziyalı insanlarını, şəxsiyyətin dəyərinin onun ruhi mədə-

niyyəti ilə – insana əzəldən xas, aprior olan, seçimindən asılı olmayaraq 

milli və dini mənsubiyyətdən yaxud doğulduğu yerdən yüksəkdə duran 

keyfiyyətlə müəyyən olunduğunun dərk edilməsi ilə şərtlənən - ruhi yaxın-

lıq birləşdirir. Sokrat doğulduğu yeri – Kainat, özünün təyinatını isə - bütün 

bəşəriyyətə  məhəbbəti və xidməti hesab edirdi. Vətənpərvərlik, vətənə  və 

xalqına məhəbbət - ziyalının öz vətəndaşlarına yüksək ruhi mədəniyyət aşı-

laması, onların təhsilinə və tərbiyəsinə yardım etməsi, qabiliyyətləri və vər-

dişlərini, insanlıq və vətəndaşlıq ləyaqətini, əməyə məhəbbətini inkişaf et-

dirməsində ifadə olunmalıdır. Özü üçün xoşbəxt həyat qurmağa, arzularını 

və  məqsədlərini həyata keçirməyə, cəmiyyətin rifahı naminə kreativ icti-

mai-faydalı  əməklə  məşğul olmağa, həyatda ləyaqətli iz qoymağa qadir 

olan vətəndaşların “ruhi istehsalı” yolu ilə Vətənə xidmət etməsi – yüksək 

mədəniyyətli insanların şərəfli missiyasıdır.  

Bəşəriyyətin çoxillik inkişaf təcrübəsi göstərdi ki, mədəniyyət aşağıdakı 

məntiqi ardıcıllıqla təqdim edilməsi mümkün olan, insanın həyat fəaliyyəti-

nin məqsədi, vasitəsi (texnologiyaları) və nəticəsi kimi ifadə olunur: məq-

səd: insan həyatının yaxşılaşdırılması və qorunması, xoşbəxtliyə nail olma; 

inkişaf vasitələri və enerji mənbələri: təbiət və mədəniyyət; gözlənilən nəti-

: ruhi və maddi dəyərlər, təhlükəsizlik, həyat rifahı və keyfiyyəti. Müvəf-

fəqiyyətə kömək edən şərt – intellektual, etik, hüquqi, idarəetmə və iqtisadi 

mədəniyyətin prioritet və qarşılıqlı əlaqəli inkişafıdır.  

Təbii hadisə olan təbiət sinergetikasından (özünütəşkilindən) fərqli olaraq, 

mədəniyyət sinergetikası - bəşəriyyətin elmi bilikləri və sosial təcrübəsinə 

əsaslanan sosial-mədəni siyasət, məhsuldar idarəetmə, təhsil və  tərbiyə ilə 

şərtlənən, əsasən süni prosesdir. Güclü ruha - biliklə zənginləşdirilmiş ağıla, 

gözəl hisslərə və möhkəm iradəyə malik ləyaqətli cəmiyyət üzvlərinin, şəx-

siyyət və liderlərin formalaşdırılması və inkişaf etdirilməsi dövlət tərəfindən 

vətəndaşların intellektual, etik və hüquqi mədəniyyətinin prioritet inkişafını 

tələb edir. İnsanların idarəetmə mədəniyyətinə öyrədilməsi

1

, insanın müvəf-



                                                            

1

 Çayda  üzən idarə olunmayan, yaxud pis idarə olunan qayıq, çayın yüksək hərəkət 



dinamikası və sürətinə malik mərkəzi axarından çıxa bilər, və kiçik çayda sıxılaraq, nəzərdə 

tutulan məqsədə vaxtında yetişmədən uzun müddətə aralana bilər.  



İdarəetmə mədəniyyəti 

 

15



fəqiyyətli özünüidarə və ailəsini idarəetmə texnologiyalarına, istəyi və xüsusi 

idarəetmə qabiliyyəti olan vətəndaşların isə yüksək ruhi mədəniyyətə əsasla-

nan, effektiv sosial, iqtisadi, dövlət və beynəlxalq idarəetməyə yiyələnməsinə 

yardım - milli dövlətlərin və beynəlxalq birliyin mühüm vəzifəsidir.  

Dünya və milli mədəniyyət nailiyyətləri haqqında, diaqnostika, sosial tera-

piya və böhranların aradan qaldırılması metodları haqqında, insanların həyat 

fəaliyyəti və dövlət idarəçiliyinin kulturoloji texnologiyaları haqqında biliklər 

olmadan peşəkar siyasətçi və məmurların formalaşdırılması prosesini təsəvvür 

etmək çətindir. Bu gün ictimai inkişaf qanunauyğunluqları və tendensiyalarının 

ilkin sistemli kulturoloji təhlili olmadan düzgün qərarların qəbul edilməsi 

mümkün deyil. Bu baxımdan dövlət qulluğu mütəxəssisləri ciddi kulturoloji 

hazırlıq keçməli, dünya və milli mədəniyyət tarixi və  nəzəriyyəsini, müasir 

dövlət idarəçiliyi mədəniyyətinin və elminin əsaslarını dərindən öyrənməlidir-

lər. Bu - hadisələr, faktlar və proseslərin mahiyyəti haqqında düzgün təsəvvür-

lərin formalaşmasına, zаmanın xarakterini, insanların psixologiyasını, innova-

tiv qabiliyyətlərin və liderlik keyfiyyətlərinin inkişafını obyektiv dərk etməyə, 

yeni imkanları görmək və onların praktik həyata keçirilməsi texnologiyalarını 

yaratmaq qabiliyyətinə səbəb olan kulturoloji təfəkkürün yetişdirilməsinə im-

kan verir. Daxili və xarici siyasətini sistemli kulturoloji tədqiqatların elmi nəti-

cələri əsasında quran dövlətlər, öz ölkələrinin dinamik inkişafını və etibarlı təh-

lükəsizliyini təmin edən sosial texnologiyaları daha yaxşı tərzdə təkmilləşdirir-

lər. Onlar dünya sivilizasiyasının çağırışlarına özlərinin adekvat cavab vermək 

qabiliyyətini yüksəldir, daha yaxşı gələcək qurmaq və onun еffektiv idarə edil-

məsinin xüsusi imkanlarını genişləndirirlər.

2

 

                                                            



2

 

Effektiv milli və beynəlxalq idarəetmə üçün zəruri olan kulturoloji təfəkkür və universal 



kulturoloji biliklərin formalaşdırılması üçün: Q.V.F.Hegel, J.J.Russo, F.M.A.Volter, 

İ.V.Höte, C.Neru, E.Teylor, L.Morqan, F.Boas, L.Uayt, M.Mid, A.Maslou, A.Toynbi, 

O.Şpenqler, M.Veber, İ.Kant, F.Engels, M.Hоrkhaymer, Q. Markuze, T. Adorno, Q.Rikkert, 

Y. Habermas, Y.Lippert, K.Yaspers, B.Malinovski, A. Bоqdanov, C. Bernal, Lütfi Zadə, 

həmçinin T. Parsons, H. Hesse, V. Diltey, İ.Saburo, E. Orteqa-Qasseta, İ.Herder, Q.Zemmel, 

P. Sorokina, A.Veber, D.Bella, A. Berqson, J.Attali, E.Auerbax, V.Vindelband, R.Merton, 

E.Munye, T.Nakane, V.Osvald, T.Şarden və digər görkəmli alimlər, yazıçılar və 

maarifçilərin əsərlərinin, həmçinin Frankfurt məktəbi və “Annallar” məktəbi tədqiqatlarının 

öyrənilməsi və istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. İnsanın inkişafı, dövlət 

quruculuğu, milli və beynəlxalq idarəetmə üçün kulturologiyanın elmi və praktik dəyərinin 

daha dərindən dərk edilməsi üçün: N.Konrad, M.Бaxtin, V.Vernadski, Q.Vernadski, 

L.Qumilyov, N.Berdyayev, M.Blok, N.Rerix, V.Muravyov, M.Kaqan, L.Gertman, A.Petrov, 

Q.Volkov, D.Lixaçov, Q.Draç, K.Razloqov, V. Stepin, A.Zapesotski, D.Spivak, 

O.Astafyeva, M.Yeşiç, S.Artanovski, A.Blok, V.Polikarpova, A.Markova, İ.Levyaş, 

Y.Rojdestvenski, A. Kravçenko, V.Polişşuk, L.Mixaylova, V.Rozin, P.Qureviç, Y.Malyuqa, 

G.Antipov, A.Koçergin, V.Davidoviç, Y.Jdanov, İ.Zlobin, V.Mejuyev, M.Kim, V. Masson 

və digər rus alimlərinin əsərləri mühüm əhəmiyyətə malikdir.  


Fuad Məmmədov

 

 

16



Hər bir ölkənin dövlət idarəetmə sistemi milli inkişafın, həmçinin dünya 

sivilizasiyasının real prosesləri ilə diktə edilən, dəyişikliklərə məruz qalan 

idarəetmə sistemi effektivliyinin yüksəldilməsinə yardım edən mənbələrin 

və metodların, məqsədlərin və gözlənilən nəticələrin müəyyən edilməsi və 

permanent düzəlişlərini nəzərdə tutur. Birincilərə - davamlı inkişaf, rifah, 

həyat keyfiyyəti, fiziki və mənəvi sağlamlıq, təhlükəsizlik, müdafiə qabiliy-

yəti, rəqabət qabiliyyəti və etibarlı gələcəyi aid etmək olar. İkincilərə - bi-

liklər, texnologiyalar, hüquq, etika, məsuliyyət, innovativ fəaliyyət, kadrla-

rın hazırlığı və yenidən hazırlığı və səmərəli istifadəsini, həmçinin mövcud 

resursları, reallıqları  və inkişaf perspektivlərini nəzərə almaqla, effektiv 

idarəetmə  qərarlarının qəbul edilməsinə imkan verən kulturoloji təhlilin 

metodologiyа və metodlarını aid etmək olar. Bizə elə gəlir ki, belə kulturo-

loji yanaşma həm milli, həm də beynəlxalq maraqlara cavab verir. Strateji 

prinsip kimi, o həm milli, beynəlxalq, bələdiyyə, iqtisadi, sosial və ailə ida-

rəçiliyi üçün, həm də yaşadığı ölkədən, peşəsindən və həyat fəaliyyəti sahə-

sindən asılı olmayaraq, şəxsiyyətin, hər bir ayrıca götürülmüş insanın özü-

nüidarəsi üçün müvəffəqiyyətlə istifadə oluna bilər.  

İdarəetmə prosesləri texnologiyalarının təkmilləşdirilməsi üçün sistemli 

kulturoloji yanaşmanın səmərəliliyi onunla şərtlənir ki, o həm fərdi, həm də 

kollektiv səviyyədə məqsədlərin seçimi, prioritetlərin müəyyənləşdirilməsi, 

düzgün qərarların qəbul edilməsi, danışıqlar prosesinin həyata keçirilməsi 

və innovativ fəaliyyətlə bağlı mürəkkəb məsələlərin həllini ən yaxşı tərzdə 

tapmağa imkan verir. Buna əsaslanaraq, mövcud əsərin hazırlanması zama-

nı tərəfimizdən, insanın özünü təkmilləşdirməsi üçün zəruri olan, həmçinin 

siyasi quruluşundan asılı olmayaraq, müxtəlif ölkələrdə müasir dövlət ida-

rəçiliyi sisteminin təkmilləşdirilməsinin dərk edilməsi üçün vacib hesab 

edilən insanın inkişafı və idarəetmə prosesləri qanunauyğunluqları və xüsu-

siyyətlərinin aşkar edilməsi və ümumiləşdirilməsi məqsəd olaraq qarşıya 

qoyulmuşdur. Biz müvəffəqiyyətə, rifaha, yaradıcılığa və xoşbəxtliyə can 

atan hər bir insanın məhsuldar həyat fəaliyyəti üçün lazım olan universal 

kulturoloji bilikləri əks etdirmək istəmişik. Vəzifələrdən biri şəxsiyyətləra-

rası, işgüzar və beynəlxalq münasibətlərin təkmilləşdirilməsi üçün, şəxsiy-

yətin özünüidarə  mədəniyyətinin, ailənin idarə edilməsi mədəniyyətinin 

formalaşdırılması və inkişafı üçün zəruri olan konkret biliklərin və texnolo-

giyaların sistemləşdirilməsi idi. Bununla bərabər sistemli kulturoloji yanaş-

maya istinad edərək, demokratik inkişaf yoluna qədəm qoymuş ölkələrin 

milli təcrübədə yaradıcılıqla istifadəsi üçün faydalı olan, bir sıra aparıcı 

dövlətlərin dövlətçilik mədəniyyəti və dövlət idarəçiliyinin tarixi təcrübəsi-

ni tərəfimizdən oxucunun diqqətinə çatdırmaq cəhdi edilmişdir. Bu məq-

sədlə kitabda, Qərb ölkələrində  qəbul edilmiş dövlət idarəçiliyi metodları, 



İdarəetmə mədəniyyəti 

 

17



normaları  və qaydaları göstərilmiş,  əsas elmi məktəblər, dövlət idarəçiliyi 

problemlərinin tədqiqinə yanaşmalar nəzərdən keçirilmiş, bir-birini tamam-

layan “klassik məktəbin” və neoklassik “insan münasibətləri məktəbinin” 

əsas nailiyyətləri göstərilmişdir. Burada demokratik federal və unitar döv-

lətlərin idarəetmə təcrübəsi də əks olunmuş, ABŞ, Birləşmiş Krallıq, Alma-

niya və Fransada dövlət qulluğunun xüsusiyyətləri, Yaponiya, Çin və Tay-

vanın iqtisadi inkişaf “sirləri” tədqiq edilmişdir. Əsərdə M.Veberin, A.Fa-

yolun, E.Teylorun, V.Vilsonun, L.D.Uaytın, P.Çeklandın, P.Drukerin, Li 

Yakokkanın, C.Adairin əsas konsepsiyaları, yanaşmaları və idarəetmə mo-

delləri, Q.V.Atamançukun, İ.A.Vasilyenkonun və bir çox digər alimlərin və 

mütəxəssislərin dövlət idarəçiliyi nəzəriyyəsi əks etdirilmişdir. Qərb ölkələ-

rinin dövlət idarəçiliyi tarixi və nəzəriyyəsi kontekstində “davranış” (bihe-

vioral), “sistemli”, “situasiya” yanaşmalarının, “postbihevioralizmin”, “mo-

dernizmin”, “struktur funksionalizmin” mahiyyəti açıqlanmış, A.Maslou, 

M.Follet, D.İston, F.Hersbeq, D.Mak-Qreqor, T.Parsons, Q.Saymond, 

D.Smitsberq və digərlərinin personalın idarə edilməsi mədəniyyətinin inki-

şafına töhfəsi göstərilmişdir. Əsərdə, həmçinin P.Çeklandın ”yumşaq təfək-

kür” sisteminin, A.Maslou, D.Mak-Qreqor, P.Laykertin “təşkilati inkişaf 

konsepsiyası”, L.Erhardın “dövlət idarəçiliyinin sosial konsepsiyası”, S.Bi-

erin “təşkilati kibernetika”, M.Prelo və M.Düverjenin “institutlar nəzəriy-

yəsi”, M.Ponyatovski, E.For, V.J.d`Esten və digərlərinin konsepsiyalarının 

mahiyyəti göstərilmişdir.  

Metodoloji cəhətdən hazırkı kitabın əsasını, innovativ effektiv idarəetmə 

modellərinin qurulmasına imkan verən, müəllif tərəfindən işlənib hazırlan-

mış “kulturoloji piramida” universal metodu təşkil edir. O, nəzərdən keçiri-

lən tədqiqat obyektlərinin, indiki halda – insanın və dövlətin idarəçilik pro-

seslərinin mahiyyəti, xüsusiyyətləri, tarixi, nailiyyətləri, inkişaf qanunları 

və texnologiyalarının sistemli təhlilini nəzərdə tutur. Seçilmiş metodologi-

ya və kulturoloji yeniliklər daimi dəyişikliklər və qeyri-müəyyənliklər şəra-

itində konkret siyasi, iqtisadi, hüquqi və sosial problemlərin obyektiv təhli-

lini həyata keçirməyə və onların daha optimal həllini tapmağa imkan verir. 

Bu prosesləri öyrənmə və dərk etmə, mövcud olanların təkmilləşdirilməsi-

nə, insanın, cəmiyyətin və dövlətin həyat rifahı və keyfiyyətinin yüksəldil-

məsinə, daha yaxşı gələcəyin qurulmasına və təhlükəsizliyə yönəldilmiş ye-

ni idarəetmə modelləri və texnologiyalarının yaradılmasına qeyri-məhdud 

imkanlar açır. Tərəfimizdən təklif edilən, 12 tədqiqat metodunun istifadəsi-

ni nəzərdə tutan sistemli kulturoloji təhlil - Kainatın məkan, zaman, forma 

və hərəkət kimi parametrlərilə sıx bağlıdır. Bu, müxtəlif təbii-coğrafi, sosi-

al-siyasi, etnik və tarixi şəraitlərdə inkişaf etmiş ayrı-ayrı mədəniyyətlərin 

konkret forma və mahiyyət xüsusiyyətlərinin aşkar edilməsi və qiymətlən-



Fuad Məmmədov

 

 

18



dirilməsi, məkan və zaman daxilində onların dəyişiklikləri və inkişaf ten-

densiyalarını tədqiq etmək üçün unikal imkanlar yaradır. Bununla bərabər 

o, insanın həyat fəaliyyəti qanunlarının dərk edilməsini və insanların milli 

və coğrafi yaşama sərhədlərindən asılı olmayaraq, universal sosial-mədəni 

dəyəri təmsil edən yeni kulturoloji biliklərin yaradılmasına imkan verir.  

Kitabda: qədim və orta əsrlər dövründə Şərq və Qərb ölkələrində dövlət 

idarəçiliyi tarixi; kulturologiyanın mahiyyəti, metodologiyası və metodları, 

dövlət quruculuğu və idarəçiliyi üçün onun strateji əhəmiyyəti;  şəxsiyyət 

mədəniyyəti; özünüidarə  mədəniyyəti; ailə  mədəniyyəti; liderlik mədəniy-

yəti; insan münasibətləri mədəniyyəti (şəxsiyyətlərarası və işgüzar); məsu-

liyyət mədəniyyəti, etik, hüquqi və siyasi mədəniyyət; demokratiya və və-

təndaş  cəmiyyəti mədəniyyəti; beynəlxalq münasibətlər mədəniyyəti; bey-

nəlxalq hüquq, sülh mədəniyyəti və münaqişələrin həlli; dövlət sosial-mə-

dəni siyasəti; dövlətçilik və dövlət qulluğu mədəniyyəti; demokratik ölkə-

lərdə dövlət idarəçiliyinin mahiyyəti, funksiyaları və xüsusiyyətləri; idarə-

etmə elmi və təşkilati mədəniyyət tipləri; demokratik idarəetmənin elmi ya-

naşmaları, prinsipləri və  məktəbləri; idarəetmə üslubları  və modellərinin 

təhlili; şəxsiyyət və liderlərin formalaşdırılması vasitələri; dövlət, sosial, iq-

tisadi və beynəlxalq idarəetmə vəzifələri, texnologiyaları və xüsusiyyətləri; 

dövlət və beynəlxalq idarəetməyə innovativ yanaşmalar və s. kimi mühüm 

mövzular da nəzərdən keçirilir. Kitabın tarixi hissəsinin icmalında idarəet-

mə üslubu və cəmiyyətin sosial və siyasi sabitliyi arasında səbəb-nəticə əla-

qəsini meydana çıxarmaq, dövlətçilik mədəniyyəti və dövlət idarəçiliyinin 

sosial münasibətlərin psixologiyası  və  mədəniyyətinə  təsirini aşkar etmək 

cəhdi edilmişdir.  

Struktur cəhətdən, müəllif kitabın materialını - dövlət, iqtisadi və sosial 

idarəetmə mədəniyyətinin müxtəlif tərəflərdən və bir çox nöqteyi-nəzərlər-

dən baxılmasını nəzərdə tutan universal kulturoloji piramidanın məntiqi ilə 

uyğunluqda qurmağa çalışmışdır. Bu zaman idarəetmə elmi sahəsində ta-

nınmış alimlərin nailiyyətləri və əsərləri ilə yanaşı, müəllifin özünün kultu-

roloji yanaşmaları və işləmələrindən də istifadə edilmişdir. Dövlət idarəçili-

yi mədəniyyətinin bütöv mənzərəsinin yaradılması və tələbə və məmurların 

əsaslanması üçün zəruri olan nəzəri və təcrübi biliklərin formalaşdırılması 

məqsədilə, Q.V. Atamançukun, İ.A.Vasilenkonun, Piter Drukerin, C.Adairin, 

Li Yakokkanın, Deyl Karneqinin, S.V.Pronkinin, O.E.Petruninanın və digər 

görkəmli müəlliflərin qiymətli  əsərlərindən zəruri materiallar tərəfimizdən 

istifadə edilmiş və kulturoloji baxımdan yenidən qiymətləndirilmişdir. Mü-

əllif üçün, onun tərəfindən istifadə edilmiş, Ervin Laslo, Mixael Leytman, 

Ceroma K.Qlenn, Teodor C.Qordon, Con Templton, Bodo Şefer, Mirzəkə-

rim Norbəyov və digər alimlərin və mütəxəssislərin şəxsiyyətin özünüida-



İdarəetmə mədəniyyəti 

 

19



rəsi və  gələcəyin tədqiqi problemləri üzrə ciddi əsərləri də mühüm maraq 

doğurmuşdur.  

Ola bilsin, əsərdə sistemləşdirilmiş kulturoloji biliklərin mənimsənilmə-

sindən, insanın həyat fəaliyyətinin bütün səviyyələrdə inkişafının effektiv 

idarə edilməsinin mahiyyəti, xüsusiyyətləri və metodlarının öyrənilməsi, 

dərk edilməsi və praktik istifadəsindən gözlənilən nəticələri sosial inkişafın 

aşağıdakı parametrlər üzrə yaxşılaşdırılması üçün yeni imkanların meydana 

çıxması nöqteyi-nəzərindən qiymətləndirmək olardı: dövlət idarəçiliyi sis-

teminin effektivliyi hesabına cəmiyyətin sabit inkişafı, insanın şəxsi azadlı-

ğı  və müstəqilliyi səviyyəsinin yüksəldilməsi; xalqın rifahı, vətəndaşların 

bilikləri, vərdişləri, qabiliyyətləri və etikasının inkişaf etdirilməsi hesabına, 

onların xoşbəxtlik imkanlarının genişləndirilməsi; insan ömrünün keyfiyyə-

ti və uzunluğu; cəmiyyətin fiziki və mənəvi sağlamlığı; cəmiyyətin və döv-

lətin təhlükəsizliyi; ölkənin müdafiə qabiliyyəti; ölkənin qlobal miqyasda 

rəqabət qabiliyyəti; millətin və bütün bəşəriyyətin etibarlı gələcəyi.   

Hazırkı kitab özündə universal sistemi, bir çox xarici ölkə alimləri tə-

rəfindən işlənmiş kulturoloji biliklər sintezini təcəssüm etdirən mühazirə-

lər kursu, və insanların praktik həyat fəaliyyəti üçün rəhbər kimi nəzərdə 

tutulmuşdur. O bütün fəaliyyət səviyyələri və sahələrində olan rəhbərlər, 

dövlət qulluqçuları, mütəxəssislər, həmçinin ailə başçıları, gənclər, qadın-

lar və yaşlı nəslə aid insanlar üçün, özünün uğurlu inkişafı və təkmilləş-

məsində maraqlı olan hər bir insan üçün müəyyən edilmişdir. O, dövlət 

quruculuğu və idarəçiliyində düzgün qərarların qəbul edilməsinə, sosial 

sahə və biznes idarəçiliyi qabiliyyətinin inkişafına, effektiv idarəetmə üs-

lubunun seçilməsinə, insan münasibətləri mədəniyyətinin mahiyyətini an-

lamağa və təkmilləşdirməyə, uğurlu liderlik bilikləri və vərdişlərinin inki-

şafına, insanın özünüidarəsinə, ailənin qurulması  və idarə edilməsinə, 

uşaqların düzgün tərbiyəsinə yardım etmək üçün nəzərdə tutulmuşdur. 

İnteqral fundamental elm kimi, kulturologiyanın özündə daşıdığı univer-

sal biliklər - peşəsindən, yaşından, yaşadığı yerdən, millətindən və dinin-

dən asılı olmayaraq, bütün insanlara lazımdır. Buna əsaslanaraq,  əgər 

oxucular mənim bu əməyimdən öz həyatlarının yaxşılığa dogru dəyişdiril-

məsi, müvəffəqiyyətli özünüidarə və səmərəli özünü təkmilləşdirmə üçün 

faydalı biliklər əldə edə bilsələr, çox sevinərdim. 



 

 

 

 

 

 

Fuad Məmmədov

 

 

20



MİNNƏTDARLIQLAR 

 

Akademiklər - Aleksandr Zapesotskiyə, Maqsud Əliyevə, Asəf Nadirova, 

Ziyad Səmədzadəyə, Urxan Ələkbərova, AMEA-nın müxbir üzvləri - Nizami 

Cəfərova, Rəna Məmmədovaya, professorlar - Olqa Astafyevaya, Nəriman 

Həsənzadəyə, tarix elmləri doktoru Musa Quliyevə, tarix sahəsində  fəlsəfə 

doktorları, dosentlər - Firdovsiyyə Əhmədovaya və Tahir Behbudova, iqtisa-

diyyat sahəsində fəlsəfə doktoru, dosent Eldar Azadova, Ailə, Qadın və Uşaq 

problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya, Milli Məc-

lis deputatları - Elmira Axundova və professor Asim Mollazadəyə, general 

Vladimir Timoşenkoya, siyasətçilər, diplomatlar, incəsənət xadimləri - Toşi-

kazo Mutoya, Serik Primbetova, Hüseynağa Sadıqova, Ağaəli  İbrahimova, 

politoloq - Svetlana Bayramovaya, sahibkar - Nazim Abdullayevə  mənim 

əməyimə verdikləri yüksək qiymətə görə səmimi təşəkkürümü bildirirəm.  

Monoqrafiyanın yüksək kulturoloji ruhunu, bütün ideyaları və xüsusiy-

yətlərini qoruyub saxlamaqla, Azərbaycan dilinə  tərcüməsi və redaktəsi 

xüsusunda çox səbr, diqqət və məsuliyyət tələb edən təqdirəlayiq əməyinə 

görə istedadlı kulturoloq, “Simurq” Beynəlxalq kulturoloji jurnalının tərcü-

məçisi və redaktoru Şəlalə Kəsəmənliyə xüsusi minnətdarlığımı bildirirəm.

 

 Kitabın üz qabığının bədii tərtibatına görə dizayner Emin Talışxanova, 



nəşriyyatın rəhbəri Qeys Əbilova, səhifəbağlayan Elvir Əbilova və digər iş-

çilərə yüksək əmək mədəniyyətinə görə ürəkdən minnətdarlığıмı bildirirəm.  

Həmçinin, hazırkı  nəşrin işıq üzü görməsinə bu və ya digər dərəcədə 

yardım edən bütün kolleqalarıma - Azərbaycan Respublikasının Prezidenti 

yanında Dövlət İdarəçilik Akademiyası “Tarix” kafedrasının əməkdaşlarına 

təşəkkür edirəm. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İdarəetmə mədəniyyəti 

 

21



KİTAB HAQQINDA RƏYLƏR 

     


“...Özünün çoxillik tədqiqatları  və fundamental əsərləri ilə Rusiyada 

və digər ölkələrdə yaxşı tanınan, kulturologiyanın inkişafına ciddi töhfə 

verən və Azərbaycan elmində bu istiqamətin əsasını qoyan professor Fuad 

Teyyub oğlu Məmmədovun xidmətlərini qeyd etməyə bilmərəm. Xüsusilə 

onun, elmi anlamda məzmunlu universal kulturoloji biliklər toplusu olan 

və Azərbaycan kulturologiya elminə şərəf gətirən “İdarəetmə mədəniyyə-

ti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyasının adını  çəkmək istərdim. 

İdarəetmə problemlərinə, idarəçilik proseslərinin sistemləşdirilməsi və 

təsvirinin yeni formasına orijinal kulturoloji yanaşma, Şərq və Qərb ölkə-

lərində dövlət idarəçiliyi tarixi, nəzəriyyəsi və praktikasına kulturoloq ba-

xışı sayəsində, monoqrafiya xüsusi elmi və praktik dəyər kəsb edir. Pro-

fessor tərəfindən işlənib hazırlanmış “kulturologiya piramidası” universal 

metodu idarəetmə elminin təkmilləşdirilməsi üçün paradiqma kimi çox 

böyük əhəmiyyətə malikdir, müxtəlif effektiv idarəetmə səviyyələrinin in-

novativ modellərinin yaradılması üçün yeni imkanlar açır”.  

A.S.Zapesotski, 

kulturoloq, Sankt-Peterburq Həmkarlar İttifaqları 

 Humanitar Universitetinin rektoru, professor, RTA Rəyasət heyətinin üzvü, 

kulturologiya elmləri doktoru, Rusiyanın əməkdar elm xadimi, akademik 

 

“F.T.Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübə-

si” monoqrafiyası Azərbaycan Respublikası dövlət quruculuğunun müxtə-

lif sahələri üçün aparıcı demokratik ölkələrdə yayılmış idarəetmə  mədə-

niyyətinə qoyulan müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların 

– politoloqlar, hüquqşünaslar, diplomatlar, idarəçilərin, istehsalat mene-

cerlərinin kultoroloji hazırlığındakı tələbatlarla yaradılmışdır. O, 90-cı il-

lərin sonunda Azərbaycanın rəhbərliyi tərəfindən irəli sürülən, qərb ölkə-

lərinin təcrübəsi əsasında milli dövlət idarəciliyi sisteminin modernləşdi-

rilməsi strateji vəzifəsinin reallaşdırılmasına konkret töhfədir.  

Monoqrafiyada qərb ölkələri inzibati-dövlət idarəçiliyinin proqressiv 

təcrübəsi, demokratik dövlətçilik mədəniyyəti hərtərəfli tədqiq edilmiş və 

yaradıcı şəkildə yenidən işlənmiş, müasir idarəçilik strategiyaları və tex-

nologiyaları, elmi idarəetmə prinsipləri və təşkilati mədəniyyət tipləri, in-

novativ fəaliyyət, hüquqi və informasiya təminatı, dövlət idrəçiliyinin təş-

kili, qiymətləndirilməsi və  təkmilləşdirilməsi məsələləri açıqlanmışdır. 

Burada, idarəetmə elmində ABŞ-ın, Almaniyanın, Birləşmiş Krallığın və 

Fransanın nəzəri məktəbləri və istiqamətlərinin nailiyyətləri, unitar və fe-

deral dövlətlərdə dövlət qulluğu mədəniyyətinin xüsusiyyətləri  əks olun-


Fuad Məmmədov

 

 

22



muşdur. Bununla yanaşı əsərdə Şərq və Qərb ölkələrinin qədim, orta əsr-

lər və yeni dövrdə dövlət idarəçiliyi tarixinə ciddi yer ayrılmış, Yaponiya-

nın, Çinin və Tayvanın dövlət və iqtisadi idarəçilik təcrübəsinə, rus alim-

lərinin nəzəri nailiyyətlərinə kulturoloji nəzər yetirmişdir.  

Dərs vəsaitinin müsbət cəhətlərindən biri, insanın həyat fəaliyyətinin 

inkişaf qanunları, texnologiyaları və imkanları haqqında, XXI əsrin aparı-

cı elmi paradiqması olan kulturologiyanın  əsaslarının  şərh edilməsidir. 

Tələbələrin interaktiv təliminin və məmurların ixtisasının artırılması üçün 

professor Fuad Məmmədov tərəfindən işlənib hazırlanmış, metodoloji in-

novasiya kimi kulturologiyada ilk dəfə olaraq, Lütfi Zadənin qeyri-səlis 

məntiq nəzəriyyəsinin onun tərəfindən istifadə edildiyi innovativ metodo-

logiya və sistemli kulturoloji tədqiqatlar mühüm metodoloji əhəmiyyətə 

malikdir. Onun tərəfindən işlənib hazırlanmış “kulturologiya piramidası” 

universal metodu, mədəniyyətin elmi tərifi”, “mədəni insan”, “mədəni in-

kişaf amilləri”, “mədəniyyət, sosial sistem kimi”, “mədəniyyətin effektiv-

liyi”, “idarəetmə effektivliyi”, “sosial-mədəni tərəqqi effektivliyi”, “insan 

kapitalı, inkişaf etməkdə olan sistem kimi” anlayışların məzmun-məna 

genişləndirilməsi və Azərbaycan sosial-humanitar elmində milli kulturo-

logiyanın müstəqil istiqamətinin əsasını qoymuş digər formullar və kate-

qoriyalar böyük əhəmiyyətə malikdir.  

Kitabın məzmunu dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, si-

yasətçi və məmur kadrların hazırlığı və yenidən hazırlığı üçün yüksək el-

mi, tədris və praktik dəyərə malik materialların zənginliyi və şərhinin sis-

tematikliyi ilə diqqəti cəlb edir”. 



O.N.Astafyeva,  

kulturoloq, “Vətəndaş cəmiyyəti və sosial kommunikasiyalar”  

Elmi-Təhsil Mərkəzinin direktoru, Rusiya Federasiyası  

Prezidenti yanında Rusiya Xalq təsərrüfatı və Dövlət qulluğu  

  Аkademiyasının YUNESKO kafedrasının professoru,  



fəlsəfə elmləri doktoru, professor  

 

“Görkəmli kulturoloq-alim, tarix elmləri doktoru, dünya mədəniyyəti 

və sivilizasiyasının tarixi və  nəzəriyyəsi, həmçinin milli və beynəlxalq 

idarəetmə mədəniyyəti problemlərini əhatə edən tədqiqatları ilə Azərbay-

can elmində yeni elmi istiqamətin – beynəlxalq aləmdə tanınan milli kul-

turologiyanın əsasını qoymuş, elmdə öz üslubu, yaradıcılıq dəsti-xətti ilə 

seçilən hörmətli professor Fuad Məmmədovun “İdarəetmə  mədəniyyəti. 

Xarici ölkələrin təcrübəsi” fundamental monoqrafiya xarakterli dərs vəsa-

iti də, birinci növbədə, Azərbaycanda kulturoloji məlumatın, yəni dünya 

mədəniyyəti tarixinin əsaslı öyrənilməsinə, ali məktəblərdə  tədrisinə,  əs-

lində gəncliyin hərtərəfli inkişafı kimi vacib məsələlərə həsr olunmuşdur.  


İdarəetmə mədəniyyəti 

 

23



Mən bir dəfə bu görkəmli alimə, yaşının nisbətən azlığına baxmaya-

raq, “Azərbaycanda kulturologiya elminin atası” demişəm. Bu sahədə 

onun xidmətləri həqiqətən də danılmazdır. Kulturoloji tədqiqatlarının qiy-

mətli elmi nəticələri ilə o, bütöv sosial sistem kimi mədəniyyətin yeni el-

mi anlamını vermişdir.  

Onun tərəfindən, elm və tədris üçün çox qiymətli olan, yeni kulturoloji 

metodologiya və tədqiqat metodları məcmusu işlənib hazırlanmış və prak-

tikada müvəffəqiyyətlə  tətbiq olunmuş, “kulturologiya piramidası” uni-

versal metodu təklif edilmiş, kulturologiyada ilk dəfə olaraq, Lütfi Zadə-

nin qeyri-səlis məntiq nəzəriyyəsi istifadə edilmişdir. Burada bir sıra dün-

ya xalqlarının mədəni inkişafının, dövlətçilik və idarəetmə  mədəniyyəti-

nin zəngin tarixi təcrübəsi, onların mədəniyyəti, həyat tərzi və dini xüsu-

siyyətləri geniş surətdə təhlil edilmişdir. Bununla yanaşı təqdirəlayiq hal-

dır ki, Fuad Məmmədov – Nəsirəddin Tusi, Mirzə  Fətəli Axundzadə  və 

digər görkəmli mədəniyyət xadimlərinin mədəni irsinin təhlili və qiymət-

ləndirilməsi əsasında milli və dünya sivilizasiyasının inkişafına Azərbay-

can mədəniyyətinin də verdiyi töhfələri  əks etdirmişdir. Həyat fəlsəfəsi-

nin inkişafı, özünü təkmilləşdirmə, “yollar çoxluğu” olan həyatda düzgün 

yolun seçilməsinə yardımçı olduğuna görə, onun bu əsərini, haqlı olaraq, 

“həyat kitabı” adlandırırlar.  

Sonda Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 

sözlərini sitat gətirmək istərdim: “Yüksək mədəniyyətə malik olan xalq 

həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir!” 

Nəriman Həsənzadə,  

Xalq şairi,  

kulturoloq, professor,  

Milli Aviasiya Akademiyası  

 Dil və ədəbiyyat kafedrasının müdiri  

 

“Uzun illərin ağır zəhməti, dərin elmi araşdırmaların və parlaq istedadın, 



yerli və xarici təcrübənin mükəmməl öyrənilməsi hesabına başa gəlmiş bu 

monumental, samballı, çoxcəhətli kitab Azərbaycan elminə, mədəniyyətinə, 

təhsilinə layiqli bir töhfədir.  

  Kulturologiya  -  insan  və onun fəaliyyəti haqqında elmdir. Professor 

F.Məmmədov uzun illərdir ki, ölkəmizdə kulturologiya elminin yaradıcısı, 

patriarxı və bu elmin təşkilatçısı kimi tanınır və fəaliyyət göstərir. Dövlət ida-

rəçiliyində kulturologiya elminin əhəmiyyətli məsələləri bütün əsər boyu qır-

mızı xətlə keçir. Müəllif əsaslı dəlillərlə göstərir ki, yalnız bu elmin nəzəriy-

yəsini, milli və beynəlxalq mədəniyyətlərin tarixini və əsaslarını dərindən bi-

lən kəs dövrün, zamanın tələb etdiyi mütəxəssis ola bilər. Peşəsindən, tutdu-



Fuad Məmmədov

 

 

24



ğu mövqeyindən, vəzifəsindən asılı olmayaraq, müasir dövlət məmuru hər bir 

sahədə kulturoloji yanaşmanı yaxşı bilməli və buna əməl etməlıdir. Belə olar-

sa, şəxsiyyətin hərtərəfli inkişafı yüksək səviyyədə təmin olunar, idarə aparatı 

dəqiqliklə normal fəaliyyət göstərə bilər. 

Əsərlə tanış olanda aydın olur ki, kitabda göstərilən səmərəli idarəçilik 

metodunun  əsasını müəllifın  şəxsən işləyib hazırladığı  və bütün idarəçilik 

məsələlərinə cavab verən universal “kulturoloji piramida” metodu təşkil edir. 

Ona görə də kitabdakı materiallar dövlət idarəçiliyi mədəniyyətinin bütün tə-

rəflərini əhatə edir. Buradakı kulturoloji məntiq budur ki, idarəçilikdə yüksək 

nailiyyətlər yalnız idarəçilik mədəniyyətinə sahib olmaqla mümkündür. 

Əsər tələbələr, məmurlar və ümumilikdə bütün cəmiyyət üçün faydalı və 

zəruridir. Bütövlükdə əsər bugünkü Azərbaycan təhsilinin ruhuna uyğundur. 

Müəllim və tələbələrin kulturologiya elminə olan ehtiyacını tam ödəyən bir 

dərs vəsaitidir. 

Müəllif çox haqlı olaraq beynəlxalq idarəçiliyin əsasının beynəlxalq mü-

nasibətlər mədəniyyətindən asılı olduğunu göstərir. 

Əsəri oxuyanda görürsən və yaxşı mənada heyrət edirsən ki, bugünkü cə-

miyyətdə baş verən bütün prosesləri müəllif çox həssaslıqla verə bilmişdir. 

İdarəçilikdə inkişaf etmiş dünya ölkələrinin demokratik, iqtisadi, etik, 

davranış, peşə hazırlığı,  şəxsiyyətin özünüidarə  və liderlik mədəniyyətinin 

öyrənilməsinin və tətbiq edilməsinin əhəmiyyəti vurğulanır. 

Təkrardan çəkinmədən deyə bilərik ki, professor Fuad Məmmədovun bu 

əsəri təqdirəlayiq əsərdir. Ona ğörə də bu kitabın nəşr olunub geniş yayılması 

çox vacibdir, bunu mən də ürəkdən istəyirəm”.  



Musa Quliyev, 

tatix elmləri doktoru, AR Prezidenti yanında Dövlət  

İdarəçilik Akademiyası Doktorantura şöbəsinin rəhbəri 

 

“Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yeni tədris olu-



nan fənlər sırasında “İdarəetmə  mədəniyyəti” fənninin  əhəmiyyəti ondan 

ibarətdir ki, yeni dövlət quruculuğu üçün hazırlanan kadrların mənimsədiyi 

bilgilər içərisində universallığı və spesifıkliyi ilə fərqlənir. Effektiv idarəçi-

liyin innovativ modellərini qurmaq üsullarını tədris edən əsərə dərs vəsaiti 

kimi böyük ehtiyac vardır. Müəllif kitabın əvvəlində idarəetmə mədəniyyə-

tinə yiyələnmənin özəlliyini şərh edir. Dərs vəsaiti həm nəzəri, həm də təc-

rübi bilikləri mahiyyətinə görə uzlaşdırır. Dövlətçiliyə və dövlət idarəçiliyi-

nə kulturoloji baxışı  təhlil etməklə yanaşı  şəxsiyyətlərin və liderlərin for-

malaşmasında, dövlətçilik mədəniyyətinin və strateji idarəçiliyin təkmilləş-

məsində kulturologiyanın metodoloji əhəmiyyətindən bəhs edilir. Müxtəlif 



İdarəetmə mədəniyyəti 

 

25



ictimai, siyasi, dövlət idarəçiliyi sahələrində idarəetmə mədəniyyətinin təs-

nifatı verilir. 

Xarici ölkələrin təcrübəsini təhlil edən müəllif idarəetmə  mədəniyyəti-

nin Azərbaycanda tətbiqi yolları barəsində elmi əsaslı müddəalar irəli sürür. 

Fuad Teyyub oğlu Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkə-

lərin təcrübəsi” adlı dərs vəsaiti nəinki Dövlət İdarəçilik Akademiyasında, 

həmçinin respublikanın digər ali məktəblərində  təhsil alan tələbələr üçün 

son dərəcə faydalı vəsaitdir. Bu baxımdan bu dərs vəsaitinin nəşr olunması 

məqsədə müvafiqdir”. 

Firdovsiyyə Əhmədova,  

 Azərbaycan Respublikasının Prezidenti  

yanında  Dövlət İdarəçilik Akademiyası  

Tarix kafedrasının müdiri, dosent 

 

 “



Professor Fuad Teyyub oğlu Məmmədovun dərs vəsaiti kimi tövsiyə 

olunmuş  “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” kitabı ensik-

lopedik xarakter daşıyan, fundamental bir əsərdir.

 

Bu monoqrafik əsərdə - insanın, ailənin, personalın, cəmiyyətin və döv-



lətin idarə edilməsi fəlsəfəsi və texnologiyaları, orijinal tədqiqat metodları 

ilk dəfə olaraq, kulturoloji səpkidə dərindən təhlil edilmiş və yaradıcı for-

mada verilmişdir. 

Milli inkişaf və milli təhsilin tələbatlarının təhlili əsasında, burada döv-

lət idarəçiliyi sisteminin inkişafı və təkmilləşdirilməsi üçün elmi və praktik 

dəyəri olan ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, Yaponiya və başqa 

demokratik ölkələrin dövlət idarəçiliyi orqanlarının strukturu, funksiyaları, 

xüsusiyyətləri, texnologiyaları və modelləri təsvir edilmişdir.  

Eyni zamanda əsərdə qərb ölkələrində idarəetmə elminin əsas mərhələ-

ləri, məktəbləri və nailiyyətləri, “biliklər iqtisadiyyatı”nın inkişafını təmin 

edən demokratik ölkələrin təcrübəsi ardıcıl şəkildə öz əksini tapmışdır. Bu-

rada qərb ölkələrində uğurla istifadə olunan elmi idarəetmə prinsipləri, təş-

kilat mədəniyyəti növləri, federal və unitar ölkələrdə dövlət qulluğu, bələ-

diyyələrin və QHT-lərin idarəetmə təcrübəsi göstərilmişdir. Monoqrafiyada 

Maks Veberin, Vudro Vilsonun, Anri Fayolun, Leonard Uaytın, Piter Dru-

kerin, Li Yakokkanın, Qriqori Atamançukun və bir çox başqa tanınmış 

alimlərin dünya idarəetmə elminə verdikləri töhfələr açıqlanmışdır.  

Bununla yanaşı müəllif öz dəyərli kulturoloji metodologiyasını və tədqi-

qat metodlarını işləyib hazırlamışdır. Bunlardan “kulturologiya piramidası” 

universal metodunu, idarəetmənin effektivlik formulunu, istehsalın effek-

tivlik formulunu, idarəetmənin uğur formulunu, sosial-mədəni tərəqqi for-

mulunu və bir çox başqalarını göstərmək olar.  



Fuad Məmmədov

 

 

26



Dövlət idarəetmə mədəniyyətinə davamlı inkişaf, rifah, həyat keyfiyyəti, 

fiziki və mənəvi sağlamlıq, təhlükəsizlik, müdafiə qabiliyyəti, rəqabət qabi-

liyyəti, etibarlı gələcək kimi kulturoloji kateqoriyalara nəzər salaraq - milli 

maraqlar təminatı baxımından müəllif - biliklər, texnologiyalar, hüquq, eti-

ka, məsuliyyət, innovativ fəaliyyət, kadrların hazırlığı və istifadəsi məsələ-

lərinə xüsusi diqqət ayırmışdır. 

Kitabda bir sıra Şərq və Qərb ölkələrinin dövlətcilik və dövlət idarəçili-

yinin tarixi və nəzəriyyəsinə kulturoloji baxış, Azərbaycan və dünya mütə-

fəkkirlərinin mövqeləri, nəhayət, tələbələr və məmurlar üçün nəzərdə tutul-

muş test sualları, seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar dərs 

vəsaitinin praktik dəyərini daha da artırır. 

Beynəlxalq standartlar səviyyəsində hazırlanmış və dərs vəsaiti kimi təs-

diq olunmuş bu fundamental monoqrafiya tələbələr, müdavimlər, müəllim-

lər, alimlər, məmurlar üçün olduqca dəyərli bir mənbədir”.  



Eldar Azadov, 

                                

Azərbaycan Respublikasının Prezidenti yanında  

                          Dövlət İdarəçilik Akademiyasının İqtisadi idarəetmə  

fakultəsinin dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent  

 

  “Milli kulturologiyanın banisi, Azərbaycan Respublikasının Prezidenti 

yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovun 

“İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” dərs vəsaiti elmi və pe-

daqoji cəhətdən Azərbaycanda insan kapitalının inkişafı üçün müstəsna 

əhəmiyyətə malik olan Şərq və Qərb ölkələrinin dövlətçilik və dövlət idarə-

çiliyi mədəniyyəti təcrübəsinin sistemləşdirilmiş şərhini ifadə edir.  

Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi və Azərbaycanın dövlət 

quruculuğunda Qərb ölkələrinin dövlətçilik mədəniyyəti təcrübəsinin öyrə-

nilməsi və yaradıcı istifadəsinin zəruriliyi haqqında tələbatlarına uyğun ola-

raq hazırlanmış bu kitab, müəllifin çoxillik əməyinin ifadəsidir. O yalnız 

xarici idarəçilik təcrübəsinin sistemləşdirilmiş tarixi şərhini deyil, həm də 

idarəçi kadrların, o cümlədən, “Azərbaycan 2020: gələcəyə baxış” milli in-

kişaf konsepsiyası kontekstində milli ekspert-kulturoloqların hazırlığı üçün 

son dərəcə aktual olan universal kulturoloji biliklər toplusunu özündə  əks 

etdirir.  Əsər sözsüz ki, dövlət və sosial idarəetmə sahəsində milli kreativ 

potensialın inkişafı və innovativ fəaliyyətin həyata keçirilməsi üçün qiymətli 

mənbədir.  

Fuad Məmmədov tərəfindən dünya kulturologiyasında ilk dəfə Lütfi Za-

dənin qeyri-səlis məntiq nəzəriyyəsi istifadə edilmişdir. Onun tərəfindən işlə-

nib hazırlanmış innovativ metodologiya və sistemli kulturoloji təhlil metodla-

rı, ilk dəfə formulə edilmiş “idarəetmə mədəniyyəti”, “mədəniyyətin elmi an-



İdarəetmə mədəniyyəti 

 

27



lamı”, “mədəni insan formulu”, “insan kapitalı, dinamik sistem kimi”, “mə-

dəni inkişaf amilləri”, “mədəniyyət, bütöv sosial sistem kimi”, “idarəetmənin 

effektivtik formulu”, “sosial-mədəni tərəqqi formulu”, “kulturoloji piramida” 

universal metodu və idarəçilik prosesləri və situasiyalarının tədqiqi üçün sis-

temli təhlil vahidlərini ifadə edən digər kulturoloji innovasiyalar Azərbaycan 

və xarici alimlərin, dövlət xadimlərinin, deputatların və diplomatların yüksək 

qiymətini qazanmışdır. Yalnız onu qeyd etmək kifayətdir ki, dünya kulturo-

logiyasına verdiyi töhfəyə görə Fuad Teyyub oğlu Məmmədov iki Beynəl-

xalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir”.  

Тahir Behbudov, 

kulturoloq, tarix sahəsində fəlsəfə doktoru, 

 BDU-nin Politologiya və sosiologiya kafedrasının 

 müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi 

 

 “Mən bu tədqiqatın yüksək elmi səviyyəsini qeyd etmək istərdim ki, bu 



da onun Azərbaycan dilinə tərcüməsini vacib edir. Çox təəssüf ki, bizim tə-

ləbəlik dövrümüzdə belə kitablar olmayıbdır. Düşünürəm ki, əgər biz idarə-

etmə mədəniyyəti sahəsində biliklərlə yaraqlansaydıq, bir çox problemlər-

dən xilas olmaq olardı. Mən bu fundamental əsərin meydana çıxmasını, de-

yək ki, akademik Ziyad Səmədzadənin ”Böyük yolun mərhələləri” yaxud 

akademik Ramiz Mehdiyevin “İrs haqqında düşünərkən” kitabı kimi, elmdə 

nə isə keyfiyyətli bir sıçrayış, dönüş kimi qiymətləndirirəm. Nə üçün onlar 

məhz bu gün meydana çıxıblar? Düşünürəm ki, burada bunun öz qanunauy-

ğunluğu gizlənir, çünki məhz bugün Azərbaycan dövlətçiliyinin keyfiyyət-

cə yeni təşəkkül mərhələsi gəlib çatmışdır. Əsaslar yaradılıb, bazis qurulub, 

irəli hərəkət etmək, idarəetmə mədəniyyəti sirlərinə yiyələnmək, bizim si-

yasi elitanın intellektual potensialını inkişaf etdirmək, “hakimiyyət – cə-

miyyət – dövlət – fərd” qarşılıqlı münasibətlərində ümumi mədəniyyəti in-

kişaf etdirmək lazımdır. “İdarəetmə mədəniyyəti” kitabı zamanında meyda-

na çıxmışdır. O həm əhatə dairəsinə, həm də mövzuya nüfuzetmə dərinliyi-

nə görə ensiklopedikdir, müəllif müxtəlif dövlət idarəçiliyi sistemlərini, 

müxtəlif modelləri müxtəlif tarixi dövrlərdə nəzərdən keçirir. Lakin ən də-

yərlisi odur ki, o idarəetmə  mədəniyyətinin öz xüsusi konsepsiyasını  sıra-

landırır, milli idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi üzrə öz dövləti-

nin qarşısında orijinal vəzifələr qoyur. Bir də bunu qeyd etmək istərdim: 

müxtəlif dövlət idarəçiliyi modelləri və nəzəriyyələrini nəzərdən keçirərək, 

müəllif görkəmli Azərbaycan alim-mütəfəkkirləri – NəsirəddinTusinin, 

M.F.Axundzadənin əsərlərinə və irsinə müraciət edir ki, bu da bizim dövlət 

idarəçiliyi təcrübəmizin olmaması haqqında bədxahlarımızın danışdığı indi-

ki halda xüsusilə vacibdir. Hüquq mədəniyyətinin, siyasi mədəniyyətin, de-


Fuad Məmmədov

 

 

28



mokratik vətəndaş cəmiyyətinin formalaşdırılması metodlarına həsr edilmiş 

bölmələr çox maraqlıdır. Müəllif yüksək, mən hətta deyərdim ki, ideal plan-

ka təşkil edir ki, ona hər kəs və ya insan birliyi can atmalıdır. İnanmaq istər-

dim ki, cəmiyyətdə insanın deyil, qanunun hakimlik edəcəyi, insanların güc 

qanununa deyil, qanunun gücünə tabe olacaqları gün uzaqda deyil. Fuad 

Məmmədovun dəyərli kitabı məhz buna səsləyir və bunu öyrədir. Bu alim-

ziyalının sözləri ilə  əməli bir-birindən ayrılmır və o öz monoqrafiyasında 

haqqında danışdığı Şüurlu, Xeyirxah, Əbədi olanı əkərək, həyatda addımla-

yır. Mən bizim hamımıza və müəllifə bir şeyi: respublikamızın dövlətçilik 

quruculuğu praktikasında öz kulturoloji nəzəriyyələrinin praktik təcəssü-

münü görməyi arzulayıram”.  

Elmira Axundova, 

 Milli Məclis deputatı  

 

“Professor Fuad Məmmədovun  əsərlərini fərqləndirən  əsas keyfiyyət 



odur ki, o, mədəniyyət kateqoriyasını sistemli şəkildə  tədqiq edir. Burada 

mən onunla tam razıyam. Cəmiyyətin rasional idarə edilməsi üçün güclü in-

san kapitalına malik olan dövlətə öz müstəqilliyinin qorunması  və inkişaf 

etdirilməsi üçün yüksək idarəetmə mədəniyyəti gərəkdir ki, onun olmaması 

halında qabaqcıl dünya mövqeləri, təhsil sistemi və elmin inkişafı, yüksək 

peşəkarlıq və ümumiyyətlə, mədəniyyət haqqında söz belə gedə bilməz. Fuad 

Məmmədovun əvvəlki kitabları kimi, bu nəşr də Azərbaycan cəmiyyətində 

mədəniyyətə sistemli yanaşmanı zəruri edir. Təqdirəlayiq haldır ki, AR Pre-

zidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İdarəetmə mədəniyyə-

ti” fənninə yaşıl işıq yandırılıb və o gələcək idarəçilər tərəfindən öyrənilir. 

Ölkəmiz özünün təbii və intellektual-mədəni potensialı ilə yüksək inkişaf 

etmiş ölkələrin ilk sıralarında olmalıdır, bu isə yalnız bütün strukturlarda, 

subyektiv deyil, bütöv, qlobal mənada, idarəetmə mədəniyyətinin bacarıqla 

tətbiqi zamanı mümkündür. Ölkəmizdə idarəçilik mədəniyyətinin inkişafı 

üçün çoxlu imkanlar mövcuddur ki, bunlar dövlətin özünün iqtisadi və sosi-

al siyasətindən irəli gəlir. Görkəmli alim olmaqla Fuad Məmmədov, cəmiy-

yətin inkişafına yönəldilən və onun mədəniyyəti ilə qırılmaz şəkildə bağlı 

olan son dərəcə yüksək proqnozlaşdırma qabiliyyətinə malikdir. ...Buna gö-

rə də mən professor Fuad Məmmədova bu fundamental və bu gün bu qədər 

zəruri olan elmi əsər üçün hədsiz minnətdaram”. 



Ziyad Səmədzadə,  

akademik, Milli Məclisin  

İqtisadi Siyasət Komitəsinin sədri  

 


İdarəetmə mədəniyyəti 

 

29



“Mən yalnız müəllifi deyil, Azərbaycan ziyalılarının bütün nümayəndə-

lərini bu gözəl kitabın işıq üzü görməsi münasibətilə təbrik etmək istərdim. 

Bu yüksək elmi tədqiqat onunla sevindirir ki, o, Azərbaycanda meydana 

çıxmışdır, və millətinin taleyi və inkişafı onun üçün birinci əhəmiyyət kəsb 

edən insan tərəfindən yerinə yetirilmişdir. Kitab rus dilində yazılmışdır, o 

mütləq Azərbaycan və ingilis dillərinə tərcümə edilməlidir ki, mümkün ol-

duqca daha çox sayda insanlar onunla tanış olsunlar və onu layiqincə qiy-

mətləndirə bilsinlər. Təəssüf edirəm ki, o bir qədər əvvəl, mən Komitə rəh-

bərliyi vəzifəsinə yenicə başlayanda nəşr edilməmişdir, çünki işimin lap 

başlanğıcında idarəetmənin nə olduğunu aydın təsəvvür edərək ondan çoxlu 

fayda götürə bilərdim. Bu əsər mütləq nəinki ali həlqələrin, həm də bütün 

hakimiyyət strukturları  rəhbərlərinin stolüstü kitabı olacaqdır.  İdarəçilik 

Akademiyası ilə sıx əməkdaşlıq edən bir insan kimi, onun rektoruna, pro-

fessor Seyfəddin Qəndilova bu kursu akademiyanın dərs proqramına saldığı 

üçün minnətdarlımı ifadə edirəm. Bu gün idarəetmə mədəniyyətini mənim-

səmədən, idarəçilik professionallarının təşəkkülü mümkün deyil. Mən 

Azərbaycan ictimaiyyətini bu qədər  əhəmiyyətli fundamental əsərin işıq 

üzü görməsi münasibətilə təbrik edirəm, yüksək intellekt və yaradıcılıq is-

tedadına malik olan professor Fuad Məmmədova isə gələcək uğurlar arzu-

lamaq istəyirəm”.  



Hicran Hüseynova,  

Ailə, Qadın və Uşaq problemləri üzrə 

 Dövlət Komitəsinin sədri, professor 

 

“Fuad Məmmədovun kitabları özünün orijinallığı ilə məni cəlb edir. Mədə-



niyyətşünaslıqla Azərbaycanda çox alimlər məşğul olublar, lakin kulturologi-

yanı elm kimi ilk dəfə məhz Fuad Məmmədov kəşf edib və onu lazımi səviy-

yəyə qaldırıb. Nə üçün? Çünki bunların arxasında onun həqiqi mədəniyyəti tə-

cəssüm etdirən idarəetmə mədəniyyəti dövlətçilik mədəniyyəti ilə, mən deyər-

dim ki, hətta özünün çox da qədim olmayan köklərinə malik yerli idarəetmə 

mədəniyyəti ilə sıx əlaqəlidir. Buna görə də mən professor Fuad Məmmədovun 

kitabının meydana çıxmasını olduqca zamanında və gərəkli hesab edirəm”.  

Nizami Cəfərov,  

professor, 

                                            Milli Məclisin Mədəniyyət məsələləri Komitəsinin sədri,  

                                         Azərbaycan Milli Elmlər  Akademiyasının  müxbir üzvü                    

                         

“Mən professor Fuad Məmmədovun kitabının təqdimatında iştirak etməyi 

özümə şərəf bilirəm. Hələlik yalnız Yaponiyanın idarəçilik təcrübəsinin təhlil 

edildiyi iki bölməni oxumağa müvəffəq olmuşam. Bu səhifələrdən bizim ölkə-



Fuad Məmmədov

 

 

30



mizə müəllifin dərin hörməti keçir. Kitabda “İtirilmiş onillik” təsvir edilmişdir 

ki, bundan sonra Yaponiya son illər öz yeni dövlətçilik istiqamətini axtarır, 

çünki bizim üçün uzunmüddətli iqtisadi inkişaf zamanı heç vaxt geri dönməyə-

cək. Biz yaponlar ölkəmizin taleyini özümüz həll etməliyk. Kitab hər şeydən 

əvvəl, Azərbaycan auditoriyası üçün nəzərdə tutulmuşdur, lakin düşünürəm ki, 

o biz yaponlara da, vətənimizin taleyi haqqında düşüncələrdə çoxlu faydalı işa-

rələr verəcəkdir. Kitabı sonadək oxuyandan sonra mən professor Fuad Məm-

mədovla şəxsən rəy mübadiləsi etmək istərdim. Bu elmi tədqiqata sərf edilmiş 

böyük əməyinə görə professora dərin ehtiramımı bildirirəm”.  

Toşikazo Muto, 

 

diplomatik missiya başçısının müavini,  

Yaponiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi  

 

“Mən Fuad Məmmədovun, çox dərin biliklərin unikallığı ilə fərqlənən kita-



bı ilə tanış olmaq imkanı əldə etmişəm...Çox şey orada ilk dəfə səsləndirilir: 

məsələn, idarəçilik problemlərinə, yeni formalara, motivasiya sistemlərinə, 

şəxsiyyət, ailə, dövlət səviyyəsində idarəçilik proseslərinə ilk dəfə olaraq kultu-

roloji baxış  təqdim edilmişdir. Qədim dövrdən başlayaraq indiki zamanadək, 

Şərq və Qərb ölkələrinin dövlət idarəçiliyinə ilk dəfə olaraq kulturoloji baxış 

verilmiş, Misir, Hindistan, Çin, Roma və digər ilk sivilizasiya ölkələrinin döv-

lətçilik mədəniyyəti prosesləri göstərilmişdir. Professor çox böyük miqdarda 

mənbələri araşdırıb, o, mədəniyyətə vahid sosial sistem kimi, kulturologiyaya 

isə texnologiyaların və ümumbəşəri fəaliyyətin inkişaf qanunlarını açıqlayan 

elm kimi yanaşır. Özünün geniş təyinatında kulturologiya dövlətin və ayrılıqda 

hər bir şəxsiyyətin tərəqqisini təmin etməlidir... Mən professor Fuad Məmmə-

dovun səbrinə və əməksevərliyinə valeh oluram, çünki şəxsən o özü – mədə-

niyyət hadisəsinin daşıyıcısıdır. Arzu edərdim ki, onun əməyi hakimiyyət və 

xalq tərəfindən layiqincə qiymətləndirilsin”.  



Vladimir Timoşenko, 

                                                                                general 

 

“...Professor Fuad Məmmədovun “İdarəetmə  mədəniyyəti” kitabının 

meydana çıxması, cəmiyyətimizdə baş verən pozitiv dəyişikliklərin açıq-ay-

dın şahidi və göstəricisidir. Azərbaycan üçün kulturologiya sahəsi yenidir və 

o, ölkəmizdə bu elmi başlayandır, yüksək məhsuldarlı alim-tədqiqatçıdır. 

Diqqətəlayiq haldır ki, tezliklə Dillər Universitetində və digər təhsil ocaqla-

rında Fuad Məmmədovun müəllimlər, tələbələr və ekspertlərlə bu gün bu qə-

dər tələb olunan mövzuya həsr edilmiş görüşü keçiriləcəkdir. Əgər gəncləri-

miz bu elmi mənimsəməsələr, biz dünyaya sübut edə bilmərik ki, nə üçün 

Ü.Hacıbəyli, Q.Qarayev, digər dünya səviyyəli alimlər məhz bizim ölkəmiz-

də meydana çıxmışlar. Tələbələr bu dəyərlər və biliklər əsasında tərbiyə edil-


İdarəetmə mədəniyyəti 

 

31



məlidirlər. Fuad Məmmədovun fəaliyyəti, onun əsərləri cəmiyyətimizdə bu 

prosesləri inkişaf etdirərək, məhz bu nəcib məqsədə xidmət edir, çünki mədə-

niyyət dövlətimizin siyasətinin strateji istiqamətidir”.  

  Asim Mollazadə,  

Milli Məclis deputatı, professor  

 

“Mən müəllifin geniş elmi potensialını, onun tədqiqatçı istedadını qeyd 

etmək istərdim. Beynəlxalq siyasət üzrə mütəxəssis olaraq, kitabda hər şey-

dən əvvəl məhz bu istiqamətə fikir verdim. Qeyd edim ki, professor Fuad 

Məmmədov bu məsələləri kifayət qədər yüksək peşəkarlıqla işıqlandırmış-

dır. Bir almanşünas kimi qeyd etməliyəm ki, Almaniyada kulturologiya el-

minin meydana çıxması, tarixi və inkişaf tendensiyalarına dair professor 

Fuad Məmmədovun elm cəhətdən sübut edilmiş  və obyektiv əsaslandırıl-

mış baxışları  və fikirləri, analitik düşüncələri öz əksini tapmışdır.  İkinci 

dünya müharibəsindən sonra Almaniya ciddi surətdə dağılmışdı və dünya-

nın ən qabaqcıl dövlətlərindən birinə çevrilmək üçün səylə düşünülmüş və 

bacarıqla həyata keçirilə biləcək idarəçilik mədəniyyəti tələb olunurdu. 

Mən professoru bu böyük uğur münasibətilə təbrik edirəm, çünki belə bir 

kitabın işıq üzü görməsi – həm elm, həm də  mədəniyyət hadisəsidir. Heç 

bir elektron vasitələr bizim üçün qiymətli kitabı əvəz edə bilməz”.  

  Hüseynağa Sadıqov,  

keçmiş xarici işlər naziri,  

Azərbaycanın Almaniyadakı keçmiş səfiri  

 

“Bu əsərin əhəmiyyətinin, professorun öz fiqurunun şərhə ehtiyacı yox-

dur... Ölkənizdə olduğum iki il ərzində  mənim kitab rəfim, fəxr etməyə 

haqqınız olan istedadlı Azərbaycan müəlliflərinin yeni, maraqlı nəşrləri ilə 

getdikcə daha çox dolur. Neft və qaz nə vaxtsa tükənə bilər, bu yaradıcılıq 

məhsulları ilə  əsrlərlə qalacaqdır. Mən kitabın müəllifini tarix elmi üzrə 

mütəxəssis kimi tanıyırdım, indi isə onun istedadının daha bir sərhəddi di-

gər - kulturologiya və dövlət idarəçiliyi sahəsində aşkar oldu. Bu gün kitab 

yazmaq və nəşr etdirmək son dərəcə çətindir, bunu mən özümdən bilirəm. 

Professor Fuad Məmmədov Azərbaycanın mədəni-intellektual həyatına çox 

böyük töhfə verir. Bizim xalqlarımız və dövlətlərimiz arasında dostluğun 

möhkəmləndirilməsi işində onun gördüyü böyük işinə görə mən ona min-

nətdaram. Əminəm ki, bu, professorun sonuncu kitabı olmayacaq.”  

  Serik Primbetov,  

Qazaxstanın Azərbaycandakı  

  fövqəladə və səlahiyyətli səfiri  

 


Fuad Məmmədov

 

 

32



“Mən professor Fuad Məmmədovu iyirmi ildən artıqdır ki, tanıyıram, və bu 

kitabın yaradılmasına sərf edilmiş səylərin və çox böyük zəhmətin şahidiyəm. 

Professor sadəcə görkəmli alim deyil, həm də hər birimizin fəxr etməyə haqqı-

mız olan geniş miqyaslı şəxsiyyətdir, azərbaycanlıdır, çox böyük mədəniyyət 

daşıyıcısı, böyük hərflə İnsandır. Onun tərəfindən təşkil edilən elmi seminarlar-

da insanlar böyük elm və mədəniyyət məktəbi keçirlər, onlar öz torpağını sev-

məyi və onunla, onun tarixi və irsi ilə fəxr etməyi öyrənirlər, onlar İnsansevər-

lik məktəbini keçirlər. Onun bütün fəaliyyəti ölkəmizin və onun sərvətlərinin 

şöhrətləndirilməsinə, mədəniyyətin inkişafına yönəldilmişdir, bir çox qeyri-hö-

kumət təşkilatları onun “Simurq” mədəniyyət Assosiasiyasının “şinelindən” 

çıxmışlar. Bütün bu illər ərzində Fuad Məmmədov inam və həqiqətlə öz xalqı-

na və dövlətinə xidmət etmişdir. Mən professoru uğuru münasibətilə təbrik edi-

rəm və ona elmdə gələcək qələbələr arzulayıram”.  

  Svetlana Bayramova

 politoloq  

 

 “...Bu gün biz bu unikal kitabı əlimizdə tutmaq şərəfinə malikik. ...Hə-



yatımızın mühüm tərkib hissəsi – ünsiyyətdir, və mən professor Fuad Məm-

mədovla ünsiyyətdə olarkən, həyatımın ən xoş dəqiqələri və saatlarını yaşa-

yıram. Fuad Məmmədov – elmimizin fəxridir, böyük hərflə  Şəxsiyyətdir, 

bizim milli sərvətimizdir”. 



  Ağaəli İbrahimov

professor, Azərbaycan Xalq  rəssamı, 

Rəssamlar İttifaqının katibi 

Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin