AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   2   3   4   5   6   7   8   9   ...   53

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İdarəetmə mədəniyyəti 

 

33



I HİSSƏ 

 

Kulturologiya - XXI əsrin aparıcı elmi paradiqması  



və idarəetmə mədəniyyətinin elmi əsası kimi 

 

Ruhi mədəniyyətin dəyəri və intellektual mədəniyyətin xüsusi missi-

yası haqqında. Kulturologiyanın xüsusi strateji əhəmiyyəti haqqında. 

Demokratik dövlətçilik mədəniyyəti haqqında. Milli və beynəlxalq idarə-

etmə mədəniyyəti haqqında. Qərb ölkələrində idarəetmə elmi haqqında. 

Müəllifin kulturoloji idarəetmə modeli haqqında. Milli idarəetmə mədə-

niyyətinin təkmilləşdirilməsi üzrə müəllifin tövsiyələri.  

 

Ruhi mədəniyyətin dəyəri və intellektual 



mədəniyyətin xüsusi missiyası haqqında 

 

İnkişafın mürəkkəb dinamikası ilə xarakterizə olunan müasir dünyada, ic-



timai-siyasi quruluş və idarəetmənin müxtəlif sistemləri, həyat fəaliyyəti tex-

nologiyaları, xalqların və  fərdlərin mədəni dəyərlər sistemi ilə şərtlənən bir 

çox dialektik ziddiyyətlər və  çətinliklər aşkar edilir. İnsanın inkişafına xas 

ümumi qanunauyğunluqlarla birləşən təkrarolunmaz tarixi, etnik və milli 

özünəməxsusluq, mədəniyyətlərin və sivilizasiyaların xarakterik fərdiliyi ay-

rı-ayrı xalqların və ölkələrin idarəetmə mədəniyyətinin konkret formaları ilə 

üzvi surətdə qarşılıqlı əlaqədardır. Bununla belə, maliyyə, sənaye və informa-

siya kapitalının monopolizasiya, inteqrasiya və beynəlmiləlçilik proseslərinin 

xarakterik olduğu qloballaşma  şəraitində dövlət idarəçiliyi siyasətində, for-

maları və texnologiyalarında dəyişikliklər baş verir. Dövlət və qlobal idarəçi-

liyin effektivliyinin yüksəldilməsi mühakimələrindən biri odur ki, texnogen 

sivilizasiya təbiətdəki özünü tənzimləmənin baza mexanizmini dağıdaraq, in-

san həyatının keyfiyyətini aşağı salan ekoloji böhrana səbəb olur. Qlobal iqti-

sadi çağırışlar, maliyyə  və  ərzaq böhranı, qlobal istiləşmə, milli və beynəl-

xalq təhlükəsizlik məsələləri, tərəflərin maraqlarına hörmət, onların birliyinə 

nail olmaq cəhdini nəzərdə tutan təhlükəsizlik problemlərinə yeni, elmi və 

məntiqi əsaslandırılmış yanaşmaların hazırlanması və razılaşdırılmasını tələb 

edir. Müasir sivilizasiyanın “təhlükəsiz inkişaf” paradiqması Qərbin və Şər-

qin həyat fəlsəfəsinin yaradıcı sintezini, insan ləyaqətinə inam, razılıq və hör-

mət olmadan mümkün olmayan davamlı inkişaf, qarşılıqlı anlaşma, əməkdaş-

lıq, qarşılıqlı yardım və bəşəriyyətin tərəqqisini təmin edən yeni kulturoloji 

texnologiyaların işlənib hazırlanmasını nəzərdə tutur.  



Fuad Məmmədov

 

 

34



Fəaliyyətin siyasi, iqtisadi, sosial və beynəlxalq sahələrinə toxunan dün-

ya mədəniyyəti və sivilizasiyasındakı daimi dəyişikliklər insanın, cəmiyyə-

tin, dövlətin və bütün bəşəriyyətin inkişafının idarə edilməsi proseslərinə 

xüsusi diqqət tələb edir. Elmin, təhsilin və yüksək texnologiyaların tərəqqi-

sinin, hər bir ölkənin rifahı, həyat keyfiyyəti və təhlükəsizliyinin bir çox cə-

hətdən asılı olduğu idarəetmə  mədəniyyətinin prioritet inkişafı haqqında 

məsələ gündəlikdə  kəskin  şəkildə durur. Dünya maliyyə böhranı, qlobal 

idarəetmə praktikasında nöqsanlar olduğunu aşkar etdi ki, onun nəticəsində 

planetdəki milyonlarla insanların sosial ümidləri acı peşmançılıq və ciddi 

maddi itkilərlə başa çatdı. Eyni zamanda o, bəşəriyyətin yaşaması və inki-

şafı üçün həm qlobal, həm də milli miqyasda idarəetmə  mədəniyyətinin 

təkmilləşdirilməsinin bizim ğünlərdə nə qədər aktual olduğunu göstərdi.  

Məlumdur ki, mədəni inkişafın əsasını insanın öz həyatını qorumaq və 

yaxşılaşdırmaq qayğısı təşkil edir. Qədim dövrlərdən indiyə qədər bəşəriy-

yətin çoxəsrlik inkişaf təcrübəsinin məntiqi-tarixi təhlili insanın həyat fəa-

liyyətinin universal qanunauyğunluqlarının xarakterinə malik bəzi kulturo-

loji kateqoriyaları aşkarlamağa imkan verir. Onlar zəruri inkişaf tempini və 

keyfiyyətini təmin edən üç əsas anlayışa: həyat məqsədinə; inkişaf vasitələ-

ri və enerji mənbəyinəmüvəffəqiyyət şərtlərinə gətirib çıxarır. Məqsəd - in-

san həyatının qorunması və yaxşılaşdırılmasıdır. İnkişaf vasitələri və enerji 



mənbələri – təbiət və mədəniyyətdir. Müvəffəqiyyət şərtləri- effektiv idarə-

etmədir.  İdarəetmədə  səhvlərlə  şərtlənən  rifahın aşağı düşməsi, iqtisadi 

böhranlar, həyat səviyyəsinin enməsi - sosial sabitsizliyə, insanların təca-

vüzkarlığının artmasına, nizam-intizamın pozulmasına, sosial etikanın zəif-

ləməsinə səbəb olur. Əgər bəşəriyyət mütləq prioritet kimi, siyasi maraqları 

da bu prioritetə tabe edərək dünyada yüksək mədəniyyətin real üstünlüyünə 

nail olsa idi, ehtimal ki, bu yalnız həyat keyfiyyətinin yüksəldilməsi imkan-

larının deyil, dünya sivilizasiyasının bir çox ağrılı milli, regional və qlobal 

problemlərinin həlli imkanlarını genişləndirərdi. Həyat - mədəniyyətin in-

san həyatının qorunması  və yaxşılaşdırılmasının permanent prosesi kimi 

dərk edilməsi  ilə  əlaqələndirilən yüksək insan mədəniyyətinin  universal 

meritokratik prinsiplərinə bağlılıqla şərtlənən, qlobal etik cəmiyyətin həm-

rəyliyi kimi, müxtəlif xalqların mədəniyyətlərinin harmonizasiyasına və 

maraqlarının razılaşdırılmasına əsaslanan sosial tam kimi - dünya mədəniy-

yəti və sivilizasiyasının təkmilləşdirilməsini tələb edir. İnsan beyninin gör-

mə imkanları  və deməli, düzgün anlama, bizi əhatə edən obyektiv aləm 

haqqında biliklərimizin səviyyəsi ilə bağlıdır.  Bilməmək baha başa gəlir! 

Siyasətçilər və məmurlar, təşkilat və idarə rəhbərləri, ayrı-ayrı fərdlər idarə-

etmənin elmi əsasları və müasir texnologiyalarını nəinki bilməli, həm də ta-

rixi təfəkkürə malik olmalı, onların fəaliyyəti ilə bu və ya digər dərəcədə 


İdarəetmə mədəniyyəti 

 

35



bağlı olan hadisələr, faktlar və insanlar haqqında informasiyaya yiyələnmə-

lidirlər. Мilli və dünya mədəniyyətinin mahiyyətini, xüsusiyyətlərini, tarixi-



ni və nailiyyətlərini bilmək, ictimai inkişafın qanunlarını və texnologiyala-

rını düzgün başa düşmək, faktları, hadisələri və insanları düzgün qiymət-

ləndirmək qabiliyyəti hər bir mədəni insan, hər bir siyasətçi və idarəçi üçün 

norma оlmalıdır. 

Hazırkı əsər idarəetmə sahəsində - şəxsiyyət, ailə, kollektiv, dövlət, dün-

ya birliyi kimi bütün səviyyələrdə biliklərin və bacarıqların, yaradıcı fəaliy-

yətdəki, həyat rifahı  və keyfiyyətinin yüksəldilməsindəki uğurların müəy-

yən edildiyi biliklərin təkmilləşdirilməsinə elmi rəhbər kimi nəzərdə tutul-

muşdur. Təcrübə göstərir ki, effektiv idarəetməyə  və  həyat keyfiyyətinin 



yüksəldilməsində müvəffəqiyyətə nail olma üçün yalnız biliklər, bacarıqlar, 

mütəşəkkillik və yaradıcı fəaliyyət kifayət deyil. Motivasiya (istək) və im-

kanlar (hakimiyyət səlahiyyətləri və maddi resurslar) da lazımdır. Böhranlı 

situasiyalardan çıxışın axtarıldığı şəraitdə, hər bir lider öz gücünə inam və 

idarəetmə müvəffəqiyyəti  əldə etmək üçün psixoloji qeyri-müəyyənlik və 

daxili ziddiyyətlər vəziyyətini aradan qaldırmaq qabiliyyətinə malik olmalı-

dır. Bu qayda, özünüidarənin - qoyulmuş məqsədlərə çatmanı, şəxsiyyətlər-

arası  və ailə münasibətlərini tənzimləməyin labüd şərti olan şəxsi və ailə 

həyatında da ədalətlidir.  

 İnsanın azadlığına və xoşbəxtliyinə, “xilasa”, milli həmrəyliyə, tərəqqi-

yə, kаmilliyə, sülhə, rifaha yol açan effektiv idarəetmə - yüksək ruhi mədə-



niyyət olmadan mümkün deyil.

3

 Cahillik – şər və miskinlik, mədəniyyət isə - 

bilik, inkişaf və rifahdır. İlk növbədə, sosial təzahür olan, insanların cahilli-

yi ilə şərtlənən şəri azaltmaq və dəf etmək - yüksək ruhi mədəniyyətin inki-

şaf etdirilməsi və yayılması yolu ilə mümkündür. Burada çox şey uşaq və 

gənclərin düzgün tərbiyə edilməsindən, elmi nailiyyətlərə əsaslanan, elmin 

və təhsilin insana verdiyi yüksək mədəni dəyərlər imkanı üzərində qurulan 

məntiqi dəlillər  əsasında yaşlı insanları inandırmaq bacarığından asılıdır. 

Yüksək ruhi mədəniyyət - praqmatik dəyərlərə əsaslanan, təfəkkür stereo-

tipləri ilə şərtlənən, müasir dünya sivilizasiyasının iqtisadi, sosial-siyasi və 

ekoloji qeyri-sabitliyi ilə bağlı böhranların aradan qaldırılması üçün geniş 

imkanlar açan mənbədir. Böhran şəraitində yaşamaq və həyat şəraitini per-

                                                            

3

 “Mədəniyyət” anlayışının yaranması  və onun haqqında dəyişdirici fəaliyyət,  əqli, etik və 



estetik inkişaf kimi təsəvvürlərin genişlənməsi - Böyük Porsiya Katon ( b.e.ə.234-149-cu 

illər), Mark Tuli Siseron (b.e.ə. 106-43-cü illər), Samuel Pufendorf (1632-1694), Avropanın 

maarif xadimləri İ.K.Adelunq (1732-1806), İ.Q.Herder (1744-1803), D.M.Vellanski (1774-

1847), N.A.Berdyayev (1874-1948), P.A.Florenski (1882-1943), N.K.Rerix (1847-1947), 

O.Şpenqler (1880-1936), A.Belıy (1880-1934) və başqalarının adları ilə bağlıdır. 

 


Fuad Məmmədov

 

 

36



manent olaraq yaxşılaşdırmaq, sülh və həyat qabiliyyətli sivilizasiya forma-

laşdırmaq üçün insana – özünün, dövlətin, cəmiyyətin, bəşəriyyətin, indiki 

və gələcəк zamanın qarşısında yüksək məsuliyyət mədəniyyəti gərəkdir. 

Kitabın məqsədlərindən biri mədəniyyət haqqında “iqtisadiyyat üzərində 

üstqurum” olması kimi köhnəlmiş ictimai təsəvvür stereotiplərinin aradan 

qaldırılmasına və onun yaradıcı proses və bütöv sosial sistem kimi düzgün 

başa düşülməsinə kömək etməkdir. Bütün cəmiyyət tərəfindən yaradıcı pro-

ses olan mədəniyyətin mahiyyətinin, onun əsas vəzifələrinin, universal 

funksiyaları  və  dəyişdirici imkanlarının, ideoloji və koordinasiya rolunun 

dərk edilməsi, dövlət quruluculuğu və idarəçiliyi üçün kulturologiyanın 

strateji əhəmiyyətinin qiymətləndirilməsi bir çox siyasi və sosial problem-

lərin həllini asanlaşdırır, ziddiyyətlərin aradan qaldırılmasına və destruktiv 

proseslərin qarşısının alınmasına imkan verir. 

Ruhi mədəniyyətin strukturu, prioritetləri və hərəkətverici qüvvələri icti-

mai tərəqqi üçün həlledici əhəmiyyətə malikdir. Hər bir milli mədəniyyətin 

effektivliyi onun strukturundan asılıdır. Dünya mədəniyyəti və sivilizasiya-

sının inkişaf təcrübəsi göstərdi ki, yüksək rifah halı və həyat keyfiyyəti yal-

nız, mədəniyyətin bütöv sisteminin başlıca hərəkətverici qüvvəsi intellektu-

al mədəniyyət: elm, təhsil, maarif və elmtutumlu informasiya olan ölkələrdə 

təmin olunur. Real müstəqilliyə gedən yol yüksək mədəniyyətdən, vətən-

daşların ümumi maraqlarına əsaslanan mədəni inkişafdan, ilk növbədə, in-

tellektual inkişafdan keçir. İnсanın dəyəri onun milli mənşəyi, silki mənsu-

biyyəti, maddi vəziyyəti və ya dini məzhəbi ilə deyil, şəxsi ruhi mədəniyyə-

ti – humanizmi və insanların rifahı naminə yaradıcı fəaliyyəti ilə müəyyən 



edilir. Başqa sözlə, insanın həqiqi dəyər meyarı şəxsiyyət mədəniyyətidir. O 

isə müəyyən hədlərdə, onun inkişaf və nailiyyətlərini müəyyənləşdirir. Bu-

na görə də öz ölkəsinin və bütün bəşəriyyətin həyatına biganə olmayan hər 

bir mədəni insan ruhi mədəniyyətin yüksəldilməsinə, biliklərin və insan ali-

cənablığının inkişafına yardım etməli, gənc nəslə dünya sivilizasiyasının 

pozitiv təcrübəsini ötürməlidir. Ruhi mədəniyyətin inkişafı – eyni zamanda 

insanın şəxsi ad-sana nail olması yoludur. Şəxsi ad-san irsidən həmişə üs-

tündür, çünki irsən qazanılmış ad-sanı insan hələ qorumağı və özünün həyat 

şəraitdən asılı olmayaraq, şəxsi ləyaqəti və alicənab xarakteri ilə təsdiq et-

məyi bacarmalıdır. Qazanılmış ad-san isə onun şəxsi keyfiyyətlərinin, ruhu-

nun aristokratlığı, qabiliyyətlərinin və yaradıcı fəaliyyətinin nəticələri, onun 

insanlar, Vətən və  Bəşəriyyət qarşısında  şəxsi xidmətlərinin ifadəsidir. 



Dünyanı qatı eqoizmdən və ksenofobiyadan, iztirablardan və daim böhran-

lara məruz qalan texnogen sivilizasiyanın dağıdıcı proseslərindən yalnız 



yüksək ruhi mədəniyyət xilas edə bilər.  

Ömür qısadır və insanlar bu reallığı müxtəlif cür başa düşürlər. Bəziləri 



İdarəetmə mədəniyyəti 

 

37



öz əməyi və xeyirxahlığı ilə adını gələcək nəsillərin yaddaşına yazmağa və 

əbədi şöhrət qazanmağa tələsir, digərləri isə həyatdan öz xeyirlərinə istifadə 

etmək üçün yaşayırlar. Bu məsələdə  hər bir insanın mövqeyini onun ruhi 

mədəniyyəti, tərbiyəsi, dünyagörüşü, həmçinin cəmiyyətdə üstün olan də-

yərlər sistemi müəyyən edir. Bununla belə, hamımız yadda saxlamalıyıq ki, 

böyük məqsədlərsiz, böyük işlər yoxdur. Fridrix  Şiller demişdir ki, insan, 

onun məqsədləri böyüdükcə, böyüyür. Şübhəsiz ki, burada söhbət yüksək 

mədəniyyətli insandan gedir, çünki şəxsiyyətin, onun ruhi mədəniyyətinin, 

intellektual və  mənəvi səviyyəsinin inkişafı olmasa, məqsədlərin inkişafı 

mümkündürmü? Özünün мədəni inkişafa ehtiyacı olan kəs başqalarının mə-

dəni səviyyəsini qiymətləndirə və yüksək məqsədlər qoya bilərmi? Hər bir 

xalqda, bu və ya digər dərəcədə, əqlin və qəlbin mədəniyyətinin harmonik 

vəhdət təşkil etdiyi yüksək mədəniyyətli insanlar və  yalniz anladıqlarını 



eşidən kəmsavad, cahil, asanlıqla idarə oluna bilən insanlar vardır. Dövlət 

və sosial idarəçiliyin ən mühüm vəzifələrindən biri kulturoloji təhsil və ma-

arif vasitəsi ilə  nəinki birinci kateqoriyalı insanların biliyini, qabiliyyətini 

və imkanlarını artırmaq, həmçinin bəlkə də daha artıq dərəcədə, etnik mən-

şəyindən, dinindən, yerləşdikləri təbii-coğrafi  şəraitdən və mühitdən asılı 

olmayaraq, ikinci kateqoriyalı insanların mənəvi mədəniyyət səviyyəsini 

permanent olaraq yüksəltməkdir. Düzgün sosial-mədəni siyasətin köməyi 

ilə bütün dünyada pozitiv insan keyfiyyətlərinin stimullaşdırılması və inki-

şafı üçün şəraitin yaradılması zəruridir. Bu hər bir dövlət üçün üç mühüm 

idarəetmə məsələsinin: insan kapitalı mədəniyyətinin inkişafının, cəmiyyə-

tin davamlı, harmonik sosial tərəqqisinə (cəmiyyət mədəniyyətinə) nail olma 

və cahillyin, ksenofobiya və fanatizmin aradan qaldırılması, xalqların mə-

dəni eyniliyi və qarşılıqlı anlaşması hesabına beynəlxalq münasibətlər mə-

dəniyyəti inkişafının eyni vaxtda həllinə imkan verər.  

Cəmiyyət mədəniyyəti nədir? Bu - intellektual mədəniyyət və humanist 

etika, inam və xeyirxahlıq, yüksək incəsənət, rəqabət qabiliyyətli iqtisadiy-

yat, insanın təbii hüquq və azadlıqları, şüurlu qanunlar, düşünülmüş siyasət 

və ədalətli idarəetmədir. Bu - təfəkkür mədəniyyəti və zamanı idarəetmə mədə-

niyyəti, əmək, qidalanma və tibb mədəniyyətidir, bu - şəhərsalma mədəniyyəti, 

yaxşı yollar, abad evlər və parklardır, bu - insan həyatının sağlamlığının və 

ömür uzunluğunun asılı olduğu ekoloji mədəniyyət, fərdi və beynəlxalq 

münasibətlər mədəniyyəti, ailə və insan xoşbəxtliyi mədəniyyətidir. Cəmiy-



yətin sabit inkişafı daha çox qanunların, qaydaların və intizamın icra mədə-

niyyətindən, rifaha, davamlı inkişafa və tərəqqiyə yol açan fəaliyyətin elm 

tutumlu texnologiyalarının istifadəsini nəzərdə tutan yüksək  əmək mədə-

niyyətindən asılıdır. Cəmiyyətdə nizam və intizam ədalətlə saxlanılır, əda-



lət isə insanların qabiliyyətləri, imkanları və xidmətlərinin haqlı qiymətlən-

Fuad Məmmədov

 

 

38



dirilməsi və qəbul edilməsinə, vəzifələrin düzgün bölünməsinə, statusun və 

sosial imtiyazların doğru təyin edilməsinə istinad edir.  

Tarixən cəmiyyətin ruhi mədəniyyətinin formalaşmasında din böyük rol 

oynayıb və oynayır. Ruhi mədəniyyət fenomeni olan hər bir dində üç kom-

ponent iştirak edir: inam, ibadət, mənəviyyat. Bütün dinlərin  əsasını inam 

təşkil edir. İnam – insanın, yüksək aprior mənəvi prinsiplərdə və ali şüura 

istinadla bağlı olan psixoloji təhlükəsizlikdə  qəlbin tələbatı ilə  şərtlənən 

vicdanıdır. O, xalqların etnik-tarixi ənənələrindən asılı olan sərhədlərə ma-

lik deyil. İbadət – müxtəlif dinlərdə öz xüsusiyyətlərinə malik olan ayindir. 

Mənəviyyat - insanların əxlaqi tərbiyəsinin və cəmiyyətin adətlərinin yaxşı-

laşdırılması, yoxsulluqla yanaşı, cinayətlərin  əsas səbəbi olan tamahkarlıq 

və paxıllığın aradan qaldırılması zərurəti ilə bağlı bütün dinlərin əsas vəzi-

fəsidir. İnsan mədəniyyətinin qədim sosial institutu olan dinin başlıca məq-

sədi - mənəvi mədəniyyətin formalaşdırılması və qorunmasıdır.  

Xeyirxah vərdişlərin tərbiyə edilməsində dinlə bərabər, aksioloji baxım-

dan neytral olan, təbiətin və insanın həyat fəaliyyəti qanunauyğunluqlarını 

aşkar edən və sübuta yetirən, insanların neqativ кeyfiyyətlərini və onların 

dağıdıcı nəticələrini, onların düzgün həyat fəaliyyətinə, insan münasibətləri 

mədəniyyətinə vurduğu ziyanı izah edən  elm yardım edir. Həyat göstərdi 

ki, yalnız öyüd və  nəsihətlər insan şüurunun dəyişdirilməsinə  hər zaman 

yardım etmir. İnsanların şüurunu dəyişməyə və sosial-mədəni həyatda onla-

rın, cəmiyyətin və dövlətin mənafeyinə cavab verən proqressiv islahatların 

işlənib hazırlanması və həyata keçirilməsinə yönəldilmiş aktiv fəaliyyətini 

motivasiya etməyə kömək edən həqiqi elmi biliklər, inandırıcı  dəlillər və 

əsaslar lazımdır. Sosial şərin azaldılması, insan təbiətinin yaxşılaşdırılması, 

neqativ qaydalar və vərdişlərin aradan qaldırılması, insanların tərbiyələndi-

rilməsi və nəcibləşdirilməsinin effektiv vasitələrindən biri də sosial reallı-

ğın, ağıla və  məntiqə zidd və  həyatın dəyişən tələblərinə cavab verməyən 

tarixi rəvayətlərin və keçmişin qanunlarının tənqidi təhlilidir. 

Vətənə  məhəbbət, vətənpərvərlik hər bir ölkənin ziyalılarından aktual 

sosial-mədəni problemlərin obyektiv tənqidi, elmi əsaslandırılmış  təhlilini 

tələb edir, çünki onlar olmadan milli inkişaf proseslərinin düzgün tərəqqi və 

təkmilləşdirilməsi yollarının axtarışı mümkün deyil. Millətçilikdən azad və-

tənpərvərlik və mədəniyyətdən məhrum yaradıcı fəaliyyət mümkündürmü? 

Yüksək mədəniyyət olmadan mənəvi dəyərlərin və maraqların harmonizasi-

yası, insan ləyaqətinə hörmət və qarşılıqlı anlaşma mümkündürmü? Vətənə 

inam və milli mədəniyyətə bağlılıq bütün xalqın vicdanlı və fasiləsiz əməyi, 

ədalətli siyasət, yüksək dövlət idarəçiliyi mədəniyyəti olmadan mümkün de-

yil. Bu əxlaqi stimulların həyat qabiliyyətinin qorunması intellektual, etik, 



hüquqi və idarəetmə  mədəniyyətinin qabaqlayıcı inkişafını  tələb edir. Bu-

İdarəetmə mədəniyyəti 

 

39



nunla belə, o, milli iqtisadiyyatın rəqabət qabiliyyətli olmasını, resurslardan 

düzgün istifadə edilməsini, yoxsulluq və korrupsiyanın aradan qaldırılması-

nı, cəmiyyətin rifahının və onun təhlükəsizliyinin durmadan artırılmasını 

təmin edən ədalətli bölgü münasibətlərini nəzərdə tutur. 



Xalqın mədəniyyətinin inkişafı üçün bu gün ən mühüm olan nədir? Biz 

bu gün dünya mədəniyyəti və sivilizasiyası tarixindən hansı  dəyərləri və 

nailiyyətləri mənimsəməliyik?  İmmanuil Kantın tənqidi təhlilini və Albert 

Eynşteynin nonkonformizmini. Bu, xalqın, cəmiyyətin və dövlətin həyat fə-

aliyyətində durğunluq və böhranlardan tərəqqipərvər dəyişikliklərə aparan, 

ölkənin dövlət siyasətində intellektual mədəniyyətin mütləq  əhəmiyyətli 

prioritetinin ən yaxşı sübutudur. Belə dövlət prioritetinin yüksək etik mədə-

niyyət və sosial ədalət prinsipləri ilə  vəhdəti sülhə, rifaha, demokratiyaya 

və milli tərəqqiyə yol açır. Qədim rəvayətlərin tənqidi təhlili haqqında daha 

danışmayaraq, innovativ yanaşma və “məlum həqiqətlərin” yeni interpreta-

siyası  mənimsəmə stereotiplərini,  müxtəlif hadisələr, faktlar və  təzahürlər 

haqqında formalaşan təsəvvürləri dəf edərək, çox zaman elmdə keyfiyyətcə 

yeni həyat imkanlarını aşkar edən inqilablara gətirib çıxarır. Məgər Koper-

nik, Bruno, Qaliley, Nyuton bəşəriyyətə, təbiət qanunlarına və dünyaya ye-

ni nəzərlə baxmağın yollarını göstərmədilərmi? Məgər Albert Eynşteyn və 

Lütfi Zadə zaman və  məkanın yeni interpretasiyasının, qeyri-səlis məntiq 

imkanlarının kəşfi sayəsində elm dünyasını inqilаbiləşdirmədilərmi? Bu və 

bir çox başqa görkəmli alimlərin dünyaya xüsusi, keyfiyyətcə yeni məntiqi 

baxışа əsaslanan inqilabi işləri bizim məkan və zaman, materiya və enerji 

haqqında təsəvvürlərimizi köklü surətdə  dəyişdi, reallığın yeni anlayışına, 

yüksək texnologiyaların yaradılmasına açar oldu.  

Dünya mədəniyyəti və sivilizasiyasının inkişaf təcrübəsi göstərdi ki, sosial-



mədəni tərəqqi intellektual mədəniyyət səviyyəsi ilə düz mütənasib və cəmiyyə-

tin cahillik səviyyəsi ilə tərs mütənasibdir. Dahi Azərbaycan mütəfəkkiri Niza-

mi Gəncəvi hələ XII əsrdə qeyd edirdi ki, “qüvvət elmdədir, başqa cür heç kəs 

heç kəsə üstünlük eyləyə bilməz”. Bəşəriyyətin yaddaşında fövqəladə ağıl və 

intuisiya, misilsiz iradə və cəsarət rəmzi kimi qalan Cordano Bruno hələ XVI 

əsrdə deyirdi ki, elmin zirvəsini fəth etmək mütləq deyil, hamının dərk etməyə 

can atması kifayətdir. Bu həqiqət bu gün də öz əhəmiyyətini itirməmişdir. Ha-

mının alim olması vacib deyil, lakin şəxsiyyətin intellektual inkişaf prosesinin 

özü, xüsusən, dünya inkişafının müasir mərhələsində, cəmiyyət üçün praktik 

əhəmiyyətə malikdir. İntellektual mədəniyyətin qabaqlayıcı inkişafının əhəmiy-



yəti ondadır ki, intellekt - insanın, cəmiyyətin və dövlətin yeniləşən, tükənməz 

strateji resursudur, onun əsasında duran elm isə, təhlükəsiz və rahat həyat üçün 

zəruri olan müdrikliyə doğru aparır. Yüksək intellekt dünyanın tarixi inkişafının 

hərəkətverici qüvvəsidir. Kəşflər və ixtiralar düzgün başa düşüldükdə və istifa-



Fuad Məmmədov

 

 

40



də edildikdə, onun nailiyyətləri planetin milyonlarla insanının həyatı üçün əlve-

rişli imkanları təmin edir. Yüksək intellekt yalnız elmi-texniki və sosial tərəq-

qinin əsası yox, həm də insanların rifahını və təhlükəsizliyini təmin edən haki-

miyyətə, cəmiyyətin, müxtəlif həyat fəaliyyəti sahələrinin ağılla idarə edilməsi-

nə vəsiqədir.  

Humanist mənəviyyatla  şərtlənən  intellekt,  insan inkişafının tükənməz 

mənbəyidir. Yüksək intellektə əsaslanan elm və təhsil uğurları - ölkənin rə-

qabət qabiliyyəti məsələsidir.  Əmək məhsuldarlığı elmi və texniki nailiy-

yətlərdən, təhsilin səviyyəsindən asılıdır, deməli, dövlətin beynəlxalq rey-

tinqinin göstəricisi olan cəmiyyətin maddi rifahı və həyat keyfiyyəti də on-

dan asılıdır.  Əgər istehsalın effektivliyinə  intellektual mədəniyyət  imkanları 

prizmasından baxsaq, görərik ki, elmsiz yeni, rəqabət qabiliyyətli, yüksək key-

fiyyətə  və  aşağı maya dəyərinə malik texnologiyaların yaradılması mümkün 

deyil.  İnsanların rifahı  və  həyat keyfiyyətinin intellektual mədəniyyətdən 

asılılıq dərəcəsini, həmçinin idarəetmə  mədəniyyətinin milli inkişaf üçün 

strateji əhəmiyyətini anlamaq üçün Dünya Bankının tədqiqatlarına müraciət 

etmək kifayətdir. Bu tədqiqatlarda müəyyən edilmişdir ki, ölkənin iqtisadi 

inkişafının 76%-i fundamental elmin nailiyyətləri və texologiyalarına əsas-

lanan inkişaf səviyyəsi ilə, 19%-i idarəetmə  mədəniyyətinin səviyyəsi ilə, 

yalnız 5%-i ölkənin xammal bazası ilə təmin olunur. 

Dünyanın aparıcı ölkələri – elm, yüksək texnologiyalar və  təhsilin qa-

baqlayıcı inkişafını  təmin edən intellektual mədəniyyətin prioritet inkişafı 

əsasında tərəqqi edən ölkələrdir. Qeyd etmək kifayətdir ki, üçüncü minilli-

yin əvvəli üçün ABŞ-ın ümumdaxili məhsulunun əsas hissəsini intellektual 

məhsulun istehsalı  və reallaşdırılmasından alınan gəlir təşkil edirdi. İntel-

lektual inkişafın qabaqlayıcı inkişafı  nəticəsində 2003-cü ildə Almaniya 

ÜDM-un (ümumdaxili məhsulun) göstəricilərinə görə ABŞ  və Yaponiya-

dan sonra 3-cü yeri tutmuşdur. Onun mədəniyyətinin həyati fəaliyyətini 

qiymətləndirmək üçün qeyd edək ki, 2008-ci ildə Almaniya kimi eyni ener-

ji miqdarı sərf edən Ukrayna, Almaniya ÜDM-nun yalnız 10%-ni istehsal 

etmişdir 

4

. Bununla belə, Almaniyada iqtisadi inkişafdan gələn gəlirin bö-



lüşdürülməsi mədəniyyətində yüksək göstəricilər əldə edilmişdir ki, bu da, 

yüksək həyat standartlarına malik orta sinfin sabitliyini təmin edir. İdarəet-

mə effektivliyi ilə də iş analoji qaydadadır, belə ki, о, - bilik və texnologi-

yalarla, mütəxəssislərin mütəşəkkilliyi, təcrübəsi, etikası  və innovativ fəa-

liyyəti ilə  şərtlənən keyfiyyəti ilə düz, idarəetmə prosesindəki məsrəflərlə 

tərs mütənasibdir. Bu qanunauyğunluqların dərk edilməsi bizə aşağıdakıları 

təsdiq etməyə imkan verir: xalqın intellektual potensialı dövlətin mədəni 

                                                            

4

 Əlbəttə, bu rəqəmlər daim dəyişir. 



İdarəetmə mədəniyyəti 

 

41



strateji varıdır, onu adekvat qiymətləndirmək, hər vasitə ilə qorumaq, sə-

mərəli istifadə etmək, fasiləsiz inkişaf etdirmək zəruridir. 

Müasir dünya sivilizasiyasının inkişaf vektoru - yüksək bilik və peşəkar 

fəaliyyət mədəniyyyətini, beynəlxalq idarəçiliyin nəticələrinə görə bəşəriy-

yət qarşısında daşıdığı  məsuliyyət mədəniyyətini, etik və dini dəyərlərin 

harmoniyası və dünya xalqları maraqlarının uyğunlaşdırılmasına əsaslanan 

yüksək  əxlaqi prinsipləri özündə birləşdirən ruhi mədəniyyətlə müəyyən 

olunmalıdır. Bunun üçün dünya mədəniyyəti və sivilizasiyasının həyat fəa-

liyyətini təmin edən elmi biliklərə, humanist etika və yaradıcılığa, qarşılıqlı 

anlaşmaya, mədəniyyətlərin və maraqların harmoniyasına, davamlı inkişaf 

məqsədilə həmrəyliyə və qarşılıqlı əməkdaşlığa əsaslanan dünya birliyinin 

sosial- mədəni mühitini müntəzəm olaraq təkmilləşdirmək lazımdır. Dünya 

mədəniyyəti tarixçisi N.İ. Konrad ümumi inkişaf qanunlarının  хаs olduğu 

ümumdünya tarixi prosesin vəhdətini qeyd edirdi. Humanizmi - intellektual 

və etik mədəniyyətin vəhdəti və  bəşəriyyətin inkişaf meyarı kimi, insanın 

ruhi azadlığı  və inkişaf təzaharü kimi yüksək qiymətləndirərək, alim şərə 

qarşı mübarizə üsulunu humanizmin bütün dünyada yayılmasında görürdü 

ki, onun da ayrılmaz hissəsi kimi intellektual fəaliyyət çıxış edirdi.  

Məlum olduğu kimi, xaos nəzəriyyəsinə uyğun olaraq, kompleks sistem-

lərin təkamülü nizam və ya xaosla xarakterizə edilən sabit və qeyri-sabit 

dövrlərin təbii növbələşməsini nəzərdə tutur. Bununla bərabər, tendensiya-

lar (arxasınca xaos nöqtəsi gələn) “inkişaf həddinə” malikdir və bir çox 

amillərin – fərdi və sosial münasibətlərin, siyasətin, təbii resurslarla təmi-

nat, elmi kəşflər, ziddiyyətlər, müharibələrin və s. dəyişməsindən asılı ola-

raq, öz vektorunu dəyişə bilərlər. Sinergetikası insanın şüurundan, yeni tə-

şəbbüslər və fəaliyyətlərdən asılı olan, bir çox cəhətdən xaotik “cəlb edən” 

adlandırılan amillərlə  təyin olunan təkamül sistemləri dinamikası sosial-

mədəni sistemlərin nisbətində çətin təyin olunandır. Dünya sivilizasiyasına 

müvafiq olaraq bu proseslərin sinergetikası - insanın ağlı və iradəsinə əsas-

lanan təbii, texniki və sosial elmlərin ən yeni nailiyyətlərinə, xüsusən, müa-

sir kulturologiyanın innovasiyaları hesabına, düzgün idarəetmə qərarları va-

sitəsilə məqsədyönlü şəkildə tənzimlənməli və yönəldilməlidir.  

Professorlar Ervin Laslo və Mixael Laytman bəşəriyyətin mənəvi mədə-

niyyətinin inkişafı, insan şüurunun pozitiv dəyişdirilməsi, bütün dünyada 

eqoizmin azaldılması  və altruizmin möhkəmləndirilməsi vasitəsilə müasir 

sivilizasiyanın dəyişdirilməsi zəruriliyi haqqında danışırlar. Professor Mi-

xael Laytman bioloji həyatın və insan orqanizminin müqayisəli təhlilini 

apararaq qeyd edir ki, eqoizm bəşəriyyət üçün məhvedicidir, altruizm isə 

təbii ehtiyatlardan düzgün istifadənin, sivilizasiyanın ümumi harmoniyasınа 

nail olmanın, yaşamanın şərtidir. Bu fikri, hər bir təkamül prosesinə fərdiləşmə, 


Fuad Məmmədov

 

 

42



münaqişələr və rəqabət mərhələlərinin daxil olduğunu, nəticədə fərdlərin ümu-

mi harmonik sistemdə birləşdiyini hesab edən  Еlizabet Satorisin nöqteyi- 

nəzəri də təsdiq edir.  

Budapeşt klubunun banisi və prezidenti, tanınmış alim E. Laslo, daha 

harmonik və təhlükəsiz gələcək maraqlarında, bizim təfəkkür və davranışı-

mızın dəyişdirilməsi, dünya birliyinin inkişafı ilə idarəetmə proseslərinin 

nəzarəti və  təkmilləşdirilməsi yolu ilə texnogen sivilizasiyanın dəyişdiril-

məsi vacibliyinə diqqət yetirir. Söhbət, məlum olmayanın məharətlə idarə 

edilməsi, şəxsiyyətin yeni, eqoizm rasionalizmi stereotiplərindən azad, yük-

sək intellektual mədəniyyətə, kulturoloji təfəkkürə və problemlərin həllinə 

yanaşmaya əsaslanan dərrakəli şüurlu seçmə yolu ilə arzu olunanı həqiqətə 

çevirmə bacarığından gedir.  

Beləliklə, aydın olur ki, insanın xilası, onun yaradıcı həyat fəaliyyətinin 

bütün qarşılıqlı əlaqəli sahələrini əhatə edən yüksək ruhi mədəniyyətdədir. 

İnsan dəyərinin əsil meyarı milli və dini mənsubiyyəti deyil, şəxsiyyətin ru-

hi mədəniyyəti – bilikləri, bacarıqları, mütəşəkkilliyi, xeyirxahlığı, məsu-

liyyəti, möhkəm iradəsi, yaradıcı fəaliyyəti, insanlara xidmətidir. Şəxsiyyə-

tin mədəni potensialını reallaşdırmaq üçün bilik və bacarıqlar kifayət deyil, 

bunun üçün siyasi və maliyyə dəstəyi, yaradıcı nəticələrin və mütəxəssislə-

rin özlərinin milli və beynəlxalq maraqlarını nəzərə alaraq, düzgün istifadə 

edilməsi də zəruridir. Bu isə artıq idarəetmə mədəniyyəti problemidir. Döv-

lət idarəçilik orqanları yaradıcı şəxsiyyətin potensialını düzgün qiymətlən-

dirməyə qabil olmalı, ondan insanın, cəmiyyətin və dövlətin maraqlarında 

istifadə etmək üçün əlverişli şərait yaratmalıdır. Hər bir ölkə siyasətinin so-

sial-mədəni məqsədi insanların cahilliyi, bacarıqsızlığı və qeyri-mütəşəkkil-

liyinin aradan qaldırılması, cəmiyyətin fəaliyyətinin müxtəlif sahələri üçün 

mütəxəssislərin hazırlanması, vətəndaşların pozitiv tərbiyəsi, onların bilik 

və bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai maraqlara cavab verən 

fəal yaradıcı fəaliyyətə cəlb edilməsidir. Həmçinin, xeyirxah istək və insan 

dəyərlərinin prioriteti, sülh mədəniyyəti və müxtəlif xalqların və dinlərin 

nümayəndələrinin sağlam düşüncəyə əsaslanan əməkdaşlığını, qarşılıqlı an-

laşma və mədəniyyətlərin harmonizasiyasını təmin edən beynəlxalq mədəni 

siyasətin işlənməsi və həyata keçirilməsi vacibdir.  

Еlm və  təhsilin inkişaf prioritetlərinə, informasiya texnologiyalarının 

geniş istifadəsinə  əsaslanan “Biliklər cəmiyyəti”, müasir dünyada mədəni 

mübadilə, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün Qərb və Şərq sivilizasiya-

ları arasında geniş imkanlar açır. O, C. Bernalın təsvir etdiyi gələcəyin iki 

variantı olan “Arzu” və “Tale” arasında düzgün seçim etməyə imkan verir, 

şüuru arzunun seçilməsinə  və bu arzunun həyata keçirilməsinə istiqamət-

lənmiş kreativ fəaliyyətə yönəldir.  



İdarəetmə mədəniyyəti 

 

43



Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin