Kulturologiyanın strateji əhəmiyyəti haqqında
5
İdarəetmə mədəniyyəti və elminin inkişafı üçün insanın həyat fəaliyyəti
qanunları, texnologiyaları və imkanları haqqında elm – kulturologiya - fun-
damental əhəmiyyətə malikdir. O özündə ayrı-ayrı hadisələrin zaman və
məkan daxilində dəyişikliyini ifadə edən tarixi prosesin, mədəni institutla-
rın və hadisələrin mahiyyətini, funksiyaları və strukturunu statik əks etdirən
formal prosesin, və zaman daxilində mədəniyyət formalarının ardıcıl dəyiş-
məsini əks etdirən təkamül prosesinin tədqiqini inteqrasiya edir. İnsanın hə-
yat fəaliyyətinin tarixi və nəzəriyyəsini daxil edən kulturologiya - insanın,
cəmiyyətn və dövlətin inkişaf prosesinin qanunauyğunluqları haqqında da-
im yaradıcı surətdə zənginləşən biliklər sistemidir. O, tədqiqatların anlayışı,
metodologiyası və universal metodlarını işləyib hazırlayır, insanın tarixi in-
kişaf təcrübəsini, dövlət quruculuğu və idarəçiliyi təcrübəsini öyrənir, ümu-
miləşdirmələr edir və nəticələr çıxarır, insanın təkmilləşməsinə yardım
edən yeni strategiya və modellər, ictimai tərəqqini təmin edən davamlı, rə-
qabət qabiliyyətli və təhlükəsiz texnologiyalar yaradır.
Effektiv idarəetmə üçün kulturologiyanın əhəmiyyəti ondan ibarətdir ki,
o, sistemli analizin və tədqiqatçılıq prinsipləri kompleksinin istifadəsi əsa-
sında nəzəriyyələrin, hadisələrin, proses və texnologiyaların daha artıq ob-
yektiv elmi şərhini həyata keçirməyə imkan verir. Bu elm faktlar, hadisələr,
təzahürlər, proseslər, nailiyyətlərin, qəbul edilən siyasi, iqtisadi, sosial, bey-
nəlxalq qərarların və insanın xidmətlərinin obyektiv ekspert qiymətləndiril-
məsini təkmilləşdirməyə, böhran hallarının yaranmasına səbəb olan ictimai
inkişafın obyektiv və subyektiv ziddiyyətlərini vaxtında aşkar və dəf etmə-
yə imkan verir. Tarixin və öyrənilən problemin müasir durumunun tənqidi
təhlili əsasında o, strateji əhəmiyyətli alternativ qərarların axtarışını həyata
keçirir.
Kulturologiyanın inzibati-dövlət idarəçiliyi, qərarların qəbul edilməsi,
danışıqlar prosesinin həyata keçirilməsi, unitar və federal sistemlərdə inno-
vativ fəaliyyətin idarə edilməsi üçün əhəmiyyətini xüsusi qeyd etmək la-
zımdır. Universal biliklərə əsaslanan kulturoloji yanaşma, məqsədlər iyerar-
xiyasının və strategiyanın düzgün müəyyənləşdirilməsinə, dövlət idarəçili-
yinin daha səmərəli formaları, metodları və texnologiyalarının seçilməsinə
yardım edir. O, cəmiyyətin rifahı və təhlükəsizliyi, sosial tərəqqi, həmçinin
dövlətin həyat qabiliyyətinin asılı olduğu strateji məsələlərin həlli üçün
əvəzedilməzdir. Kulturoloji yanaşma ideoloji və etik problemlərlə, sistemin
5
Qərb ölkələrində kulturologiya çox zaman mədəni və ya sosial antropologiya adlanır.
Fuad Məmmədov
44
institutlarının fəaliyyət koordinasiyası ilə, siyasi proqnozlaşdırma, liderlik
problemləri, məmurların seçilməsi, hazırlanması və yenidən hazırlanması
ilə, dövlət qulluğu personalının idarə edilməsi, münaqişələrin və böhranla-
rın idarəetmə texnologiyaları ilə bağlı məsələlərin uğurla həll edilməsi he-
sabına yeni idarəetmə keyfiyyətinin yaradılması üçün böyük imkanlar açır.
Kulturologiya - özündə texnoloji mədəniyyəti, təşkiletmə mədəniyyətini və
insan münasibətləri mədəniyyətini birləşdirən, demokratik idarəetmə mədə-
niyyətinin təkmilləşdirilməsi üçün zəruri əsas olan dövlətçiliyin innovativ
nəzəri modellərinin və praktik tövsiyələrin hazırlanması üçün elmi – meto-
doloji bazadır.
Qarşılıqlı əlaqəli, qarşılıqlı asılı və ziddiyyətli dünyaya xas fasiləsiz hə-
rəkət və dəyişmələr, zaman və məkan daxilində insan cəmiyyətinin inkişaf
proseslərinin, obyektiv həyat tələbatlarına uyğun olaraq, vaxtında korreksi-
ya edilməsi və təkmilləşdirilməsinə imkan verən permanent sistemli kultu-
roloji təhlilini tələb edir. Dövlət və sosial idarəetmə təcrübəsi üçün kulturo-
loji texnologiyalar mühüm əhəmiyyətə malikdir. Kulturoloji texnologiyalar
– elmi metodlar və insanın həyat fəaliyyətinin praktik vasitələrinin: intel-
lektual, etik, sosial, siyasi, hüquqi, iqtisadi, bədii, ailə, məişət, səhiyyə, eko-
loji və ruhi və maddi mədəniyyətin digər sahələrində istehsal, təşkiletmə və
idarəetmə vasitələrinin məcmusudur. Buradan, kulturologiyanın dövlətçilik
mədəniyyətinin təkmilləşdirilməsi üçün strateji əhəmiyyəti aşkar olur, çünki
o, qloballaşma şəraitində milli inkişafın rəqabət qabiliyyətli tükənməz intel-
lektual kapitalı və innovativ mənbəyi olur. Sistemli kulturoloji yanaşma
müasir elmi nailiyyətlər əsasında idarəetmə fəaliyyətinin struktur və texno-
logiyalarının təkmilləşdirilməsi məqsədi ilə tələbatları və tendensiyaları
düzgün qiymətləndirməyə imkan verir.
Kulturologiya - nisbətən gənc elmdir. Buna baxmayaraq, öz universal
xarakterinə görə onu müasir “elmlərin şahzadəsi” edən geniş tədqiqat im-
kanlarına malikdir. O, insanın inkişaf nailiyyətləri və imkanlarının sistemli
şəkildə öyrənilməsi, strateji planlaşdırmanın, dövlətin inkişaf konsepsiyala-
rının, strategiya və prioritetlərinin işlənib hazırlanması, böhranların aradan
qaldırılması və yüksək mədəniyyətin tənəzzülünün qarşısının alınması, da-
ha yaxşı gələcəyin qurulması, insanın və idarəetmənin bütün səviyyələrdə
təkmilləşdirilməsi, bəşəriyyətin inkişaf qanunauyğunluqları və texnologiya-
larının dərk edilməsi üçün əvəzedilməz olmuşdur. Kulturologiya insan şüu-
runun dərk edilməsi və dəyişdirilməsi imkanını verir ki, onsuz insanların
effektiv idarə edilməsi mümkün deyil. Dünya mədəniyyəti tarixinin, sivili-
zasiyanın inkişaf qanunları və texnologiyalarının, insan münasibətləri və
beynəlxalq münasibətlər mədəniyyətinin, təfəkkürün və ictimai rəyin for-
malaşdırılması proseslərinin sistemli kulturoloji təhlili müasir sosial mü-
İdarəetmə mədəniyyəti
45
həndisliyin, tarixi proseslərin düzgün dərk edilməsi və effektiv idarəetmə
qərarlarının qəbul edilməsinin, gələcəyin proqnozlaşdırılması və qurulması-
nın əsasında durur.
Kulturologiyanın müstəqil elm kimi XX əsrin 20-ci illərində başlayan
yaranması - tarix, fəlsəfə, sosiologiya, psixologiya, həmçinin bihevioristik
psixologiya
6
, psixiatriya, antropologiya, iqtisadiyyat və digər elmlərin inki-
şafı ilə şərtlənmişdir. İnsanların davranış tədqiqinə Amerika kulturoloqu,
professor Lesli Alvin Uayt ciddi töhfələr vermişdir. 1930-cu ildən onun tə-
rəfindən ABŞ-ın Miçiqan universitetinin antropologiya şöbəsində mədəniy-
yətin təkamülü problemləri üzrə məhsuldar tədqiqatlar inkişaf etdirilmişdir.
Əfsuslar olsun ki, elmdə və cəmiyyətdə yeniliyə qarşı müqavimət qanunu-
nun fəaliyyəti sayəsində hətta Amerika kimi innovativ ölkədə, alimin bö-
yük elmi kəşflərinin qəbul edilməsi yalnız keçən əsrin 50-ci illərində müm-
kün oldu. E.B.Teylorun və L.Morqanın təkamül ənənələrini bərpa edərək
L.A.Uayt, insanın fikirləri, hərəkətləri və əşyaları rəmzi olaraq mənimsə-
məsi qabiliyyəti ilə əlaqəli olan, mədəniyyətin prinsip etibarilə yeni kon-
sepsiyasını işləyib hazırladı. O, mədəniyyətə, insanın qabiliyyətləri ilə şərt-
lənən rəmzləşdirilmiş hadisə və əşyaların qarşılıqlı əlaqəsini aid edirdi.
Bunların sırasına ideyalar, münasibətlər, hisslər, etiqadlar, fəaliyyətlər, dav-
ranış modelləri, adətlər, qanunlar, institutlar, maddi obyektlər, vasitələr,
əmək alətləri, mexanizmlər, əsərlər, incəsənət formaları və başqaları daxil
edilmişdir. Bu zaman Uayt mühüm kulturoloji qanun ifadə etmişdir ki, ona
uyğun olaraq, insanın davranışı onun mədəniyyət funksiyasıdır (B=f(C)),
bunun da nəticəsində mədəniyyətin dəyişməsi ilə davranış dəyişir. Horatsi,
İbn Hаldun, Kant, Herder, Kondorse, Bahofen, Kont, Taylor, Morqan,
Spenser və başqalarının əsərlərinə istinad edərək, L.A. Uayt sübut etdi ki,
təkamül nəzəriyyəsinə görə, bir formanın digərindən törəməsi təkcə bioloji
aləm üçün deyil, həm də insan cəmiyyətinə, mədəniyyətə yanaşmada da
ədalətlidir. Bunu nəzərə alaraq alim belə bir mövqeyə əsaslanırdı ki, təka-
mül prinsipi bəşəriyyətin tarixinin və bizi əhatə edən aləmin tədqiqi üçün
başlıca prinsipdir.
Bilikdə üstünlük – yaşamağın və inkişafın, hökmranlığın və qələbənin,
istehsalın məhsuldarlığı və səmərəli istehlakın, mütərəqqi ideologiyalar və
düşünülmüş siyasətin mütləq şərti olub, var və olacaqdır. Müasir dünya ta-
rixi mərhələsində kulturologiya XXI əsrin hakim paradiqması – sosial-siya-
si inkişafın aktual problemlərinin qoyuluşu, metodoloji cəhətdən onların
düzgün təhlili və fərdi, lokal, regional, milli, qlobal səviyyələrdə daha ef-
6
İnsanın davranışının, stimullara sırf fizioloji reaksiya kimi başa düşülməsini öyrənən.
Fuad Məmmədov
46
fektiv həllinin aparıcı konsepsiyası, modeli olmuşdur. Мüasir elmi kəşflərə
və nailiyyətlərə əsaslanan, fasiləsiz olaraq yeniləşən və genişlənən biliklər
kulturologiyanın görüş dairəsindədir. Bu biliklərin düzgün qiymətləndiril-
məsi və dünya sivilizasiyasının inkişaf proseslərində və ayrı-ayrı sosial mə-
dəniyyət institutlarının inkişafındakı dəyişiklikləri nəzərə alaraq, yaradıcı-
lıqla istifadə edilməsi əmək məhsuldarlığının artırılması, insanların həyat
fəaliyyəti keyfiyyətinin yüksəldilməsi və dövlət idarəçiliyi sisteminin tək-
milləşdirilməsi üçün geniş imkanlar açır.
Kulturologiya, fundamental elm kimi - dövlət, iqtisadi və sosial idarəet-
mə mədəniyyəti ilə bağlı düzgün elmi əsaslandırılmış strateji və situativ qə-
rarların işlənilməsi və dərk edilməsi, şəxsiyyətin və ailənin yüksək mədə-
niyyətinin formalaşdırılması, ictimai münasibətlərin ahəngdarlığınа nail ol-
maq üçün əvəzedilməzdir. Kulturologiyanın xüsusi rolu onunla şərtlənir ki,
müasir dünyada inzibati xarakterli və inteqral həlli metodların istifadəsini
tələb edən problemlərin sayının artması müşahidə olunur. Kulturologiya
strateji inkişafın daha düzgün modellərinin (paradiqmalarının), həmçinin
konkret siyasi, idarəçilik və sosial şəraitdə yaranan tətbiqi məsələlərin həlli
üçün alqoritmlərin (qaydaların və fəaliyyətlərin) seçilməsi imkanını verir.
Buna - məntiq, tarixilik prinsipi və dialektika, həmçinin sistemli yanaşmaya
əsaslanan tədqiqat metodları kimi universal metodoloji prinsiplər imkan ya-
radır. Bu prinsiplərə və metodlara istinad edərək, кulturologiya mürəkkəb
problemlərin və konkret situasiyaların öyrənilməsinə, düzgün metodoloji
yanaşmanı təyin etməyə imkan verir, effektiv idarəetmə qərarlarının qəbulu
üçün tövsiyələr hazırlayır. Eyni zamanda kulturologiya, həm də müxtəlif
ölkə alimləri və din xadimlərinin öz yaradıcı fəaliyyətlərində riayət etdiklə-
ri yüksək ruhi mədəniyyət prinsiplərinə qarşı duran zorakılığın və mənəvi
pozgunluğun, mənəvi relyativizmin təbliğinə qarşı humanist fəlsəfə mənbə-
yidir.
Dövlət quruculuğu və idarəçiliyi, insanın həyat fəaliyyətinin innovativ
texnologiyalarının işlənib hazırlanması, ictimai münasibətlərin tənzimlən-
məsi, kadrların hazırlanması və tərbiyə edilməsi, həyat keyfiyyətinin və ri-
fahın artırılması, inkişafın başlıca amili kimi mədəniyyətin fasiləsiz mo-
dernləşdirilməsi üçün kulturologiyanın strateji əhəmiyyətini qiymətlən- dir-
mək çətindir. Gəlin, özümüzə sual verək: feodal mentaliteti üstünlük təşkil
edən ölkələrə yüksək demokratiyanı tez və ağrısız daxil etmək olarmı? Çə-
tin ki. Çox güman ki, əvvəlcə demokratiya mədəniyyətinin inkişafı, kultu-
roloji maarifin və təhsilin, demokratik etika və hüquq dəyərlərinin yayılma-
sı vasitəsi ilə vətəndaşların şüurunun müsbət dəyişdirilməsini nəzərdə tutan
“hazırlıq dövrü” lazımdır. Burada əsas rol ölkənin kulturologiya elminin
nailiyyətlərinə əsaslanan sosial-mədəni siyasətinə məxsusdur. Məhsuldar
İdarəetmə mədəniyyəti
47
sosial-mədəni siyasət - yüksək mədəniyyətə malik, cəmiyyətin və dövlətin
rifahı naminə məhsuldar yaradıcı fəaliyyətlə məşğul olan kreativ-yaradıcı
insanları, onlara xüsusi sosial status və imtiyazlar verməklə, qanunvericilik-
lə qorumalı və stimullaşdırmalıdır. Eyni zamanda o, anti-mədəni davranışı,
özbaşınalığı, zorakılığı, yalanı, oğurluğu, korrupsiyanı və vətəndaşların cə-
miyyətə və dövlətə ziyan vuran digər dağıdıcı, neqativ fəaliyyətinin qarşısı-
nı almalı və onu zərərsizləşdirməlidir. Müasir kulturoloji təhsil və maarif
insan təbiətinin və insan xarakterinin təkmilləşdirilməsinə, dövlətin və bü-
tün bəşəriyyətin sabit və təhlükəsiz inkişafı məqsədilə yüksək ruhi mədə-
niyyətə malik, potensialından ictimai tərəqqinin, qarşılıqlı anlaşma və
əməkdaşlığın həlledici dərəcədə asılı olduğu insanların, pozitiv şəxsiyyətlə-
rin və liderlərin formalaşmasına yardım edir. Kulturoloji maarif planetdəki
milyonlarla insanın şüurunun pozitiv dəyişdirilməsinə, onun yüksək eqoizm
buxovlarından azad edilməsinə, planetar miqyasda insanın həyat fəaliyyəti-
nin altruist harmoniyasının labüdlüyünə, bəşəriyyətin birliyini dərk etməyə,
dünyagörüşün humanist dəyərlərlə zənginləşdirilməsinə yol açır. O, biliklə
cahillik arasındakı uçurumun dəf edilməsinə, eqoizmlə altruizm arasında ta-
razlığa nail olmağa, bütöv biososial sistem olan dünya birliyinin ümumi
maraqlarına cavab verən qarşılıqlı anlaşma, beynəlxalq həmrəylik və razı-
laşdırılmış fəaliyyət üçün mədəni mühit yaratmağa imkan verir.
Kulturologiya münaqişələrin aradan qaldırılması, xalqların və dövlətlə-
rin sabitliyinin təminatı və təhlükəsiz inkişafı, mədəniyyət və sivilizasiyala-
rın məhsuldar dialoqunun həyata keçirilməsi, sülh mədəniyyəti və gender
bərabərliyinə nail olunması, beynəlxalq münasibətlər mədəniyyətinin inki-
şaf etdirilməsi üçün də az əhəmiyyətli deyil. Kulturologiyanın strateji əhə-
miyyəti 2008-ci ildə başlanan, nəinki dünya maliyyə sistemindəki müəyyən
çatışmamazlıqları, həm də qlobal idarəetmə sisteminin təkmilləşdirilməsi
zərurətini aşkarlayan dünya maliyyə böhranı ilə əlaqədar, daha da artır. Bi-
zə elə gəlir ki, antiböhran proqramlarını nəzərdən keçirərək, birtərəflilikdən
və əsassızlıqdan azad, milli və beynəlxalq səviyyələrdə idarəetmə qərarları-
nın qəbul edilməsinə, yeni paradiqma və alqoritmlərin işlənib hazırlanması-
na imkan verən kulturoloji təhlil imkanlarının daha fəal istifadəsinin zəruri-
liyinə diqqət yetirmək olardı.
Dünya mədəniyyəti və sivilizasiyası inkişafının tədriclə artan hakim in-
tellektual faktoruna çevrilən kulturologiya, insanların kreativliyinin yüksəl-
məsinə yardım edir. Sosial-iqtisadi tərəqqi, həyat rifahı və keyfiyyət mən-
bəyi olan “biliklər cəmiyyətinin” formalaşması şəraitində, elmi tədqiqatlar
yolu ilə əldə edilmiş kulturoloji biliklər tədricən insanın, cəmiyyətin və
dövlətin təşkiledici inkişaf prinsipləri olur, yaradıcı fəaliyyətin inkişafına
pozitiv təsir göstərir. Kanadanın Toronto universiteti nəzdində “Martin
Fuad Məmmədov
48
Prosperity İnstitute” institutunun direktoru Riçard Florida və Kanada Al-
bertа universitetinin professoru, kulturoloq Niko Şter əmindirlər ki, bəşə-
riyyətin gələcəyi “biliklər cəmiyyətinin” və “kreativ sinfin” – “gələcəyi də-
yişən insanların” ardıncadır. “Bilik cəmiyyətində” elmin aparıcı rolunu xü-
susi qeyd edən Niko Şter haqlı olaraq qeyd edir ki, “elmdə və onun vasitə-
silə elə bir yeni aləm yaranır ki, orada bilik bütün sahələrdə (tərəfimizdən
qeyd edilmişdir – F.M.) və artan ölçüdə insan fəaliyyətinin əsas və rəhbər
prinsipinə çevrilir.” Kulturoloji biliklər, səriştəlilik və məsuliyyət uğurlu
və sabit inkişafın şərtidir. Bu gün universal kulturoloji biliklər olmadan elm
və texnologiyanın, tibb və ekologiyanın, dövlət idarəçiliyi və hüquq siste-
minin inkişafını təmin etmək üçün zəruri olan təhsilin yüksək keyfiyyətini
təsəvvür etmək çətindir. Bu gün kulturoloji biliklər sənaye və kənd təsərrü-
fatı istehsalı, tikinti və nəqliyyat, ticarət və xidmət sahələrindəki ehtiyacları
ödəmək üçün ixtisaslı fəhlə qüvvəsi resurslarının formalaşdırılması üçün də
zəruridir. Əmək bazarı tələbatına uyğun olaraq, mütəxəssislərin yenidən ha-
zırlanması, müxtəlif peşələrə və maraqlara malik insanlarda universal kul-
turoloji biliklərin formalaşdırılmasını da tələb edir.
Beləliklə, bu gün kulturologiya insanın inkişafı və effektiv idarəetmə
üçün universal elmi əsasdır. O, insanın həyat fəaliyyətinin rəqabət qabiliy-
yətli texnologiyalarının, cəmiyyətin sosial tələbatlarına və zamanın çağırış-
larına uyğun idarəetmə metodlarının işlənib hazırlanmasında əvəzedilməz
rol oynayır. Universal kulturoloji biliklərin danılmaz üstünlükləri ondadır
ki, geniş biliklərə malik siyasətçilər, məmurlar və mütəxəssislər mürəkkəb
problemlərdə daha yaxşı istiqamət alırlar və həyat dialektikası ilə şərtlənən
dəyişən şərait və yeni texnologiyalarla bağlı gözlənilməz situasiyalarda
düzgün qərarlar qəbul edə bilərlər. Özünün inteqral xüsusiyyətinə görə, kul-
turologiya, həm də qarşılıqlı anlaşma, ziddiyyətlərin aradan qaldırılması və
xalqlar arasında səmərəli əməkdaşlığın yaradılması üçün zəruri olan univer-
sal ümumbəşəri dildir. O, yalnız mədəniyyətlərin və sivilizasiyaların dialo-
quna deyil, həm də həyatın mənasının axtarışına, həqiqət axtarışında olan
insanın fundamental təyinatının dərk edilməsinə, bəşəriyyətin gələcəyi üçün
мəsuliyyətin formalaşmasına kömək edir. Kulturologiya, mədəni uyğunsuz-
luğu aradan qaldıraraq, müxtəlif millətlərə və dinə, yaşa, cinsə, irqə və ya-
şayış yerinə malik insanlara birləşmək imkanı verən universal mədəni prin-
sipləri formalaşdırır.
Dünya sivilizasiyasının qloballaşması və çağırışları ilə əlaqədar dialek-
tik dəyişikliklər şəraitində dövlətin daxili və xarici siyasət prinsipləri, me-
yarları və dəyərlərinin işlənib hazırlanmasında, cəmiyyətin institusional tək-
milləşdirilməsində və insan münasibətləri və beynəlxalq münasibətlər mədə-
niyyəti texnologiyalarının permanent yaxşılaşdırılmasında kulturologiyanın
İdarəetmə mədəniyyəti
49
mühüm metodoloji rolunu qeyd etmək lazımdır. Bunu nəzərə alaraq, müva-
fiq peşə təhsili olan ekspertlərin çalışmalı olduğu ədliyyə, iqtisadiyyat və
bəzi digər sahələr istisna olmaqla, bütün səviyyələrdə dövlət və sosial ida-
rəçiliyinə kulturoloqların cəlb edilməsi idarəçilik fəaliyyəti keyfiyyətinin
yüksəldilməsi üçün geniş perspektivlər açır.
Kulturologiyanın geniş diapazonu onun fənlərarası xarakter daşıması ilə
şərtlənir. Bu fundamental elm bir çox sosial, humanitar və təbiət elmlərinin
metod və nailiyyətlərini özünə inteqrasiya edir. Bu, tarix və fəlsəfə, antro-
pologiya və psixologiya, sosiologiya və politologiya, iqtisadiyyat və hüquq,
coğrafiya və ölkəşünaslıq, tibb və ekologiya, diplomatiya və dinşünaslıq, fi-
lologiya və dilçilik, sənətşünaslıq və pedaqoqikadır. Bununla yanaşı ənənə-
vi elm sahələrini dəyişdirməyərək, o özünün xüsusi metodologiyasına, ob-
yekt və predmet tədqiqatlarına malikdir. Kulturologiyanın obyekti – insanın
yaradıcı həyat fəaliyyəti, onun tarixi və pozitiv nailiyyətləridir. Kulturolo-
giyanın predmeti - həyat fəaliyyətinin daha effektiv prosesləri və texnologi-
yalarının, dəyər və normalarının tədqiq edilməsi, mədəniyyət və sivilizasi-
yanın inkişaf qanunlarının aşkar edilməsi, dövlət siyasətinin praktik tövsi-
yələri və strateji modellərinin, insanın, cəmiyyətin, dövlətin və dünya birli-
yinin tərəqqipərvər və təhlükəsiz inkişafının yeni metod və imkanlarının iş-
lənib hazırlanmasıdır.
Məlum olduğu kimi, insanın şüuru onu əhatə edən real aləmi yalnız əks
etdirmir, həm də onu yaradır. Kulturologiyanın yüksək mənəvi əhəmiyyəti
həm də onunla şərtlənir ki, o, insan şüurunun pozitiv dəyişdirilməsi yolu ilə
sosial şərin aradan qaldırılmasına imkan verir. Əfsuslar olsun ki, real həyat-
da ədalətsizlik və yalan kifayət qədərdir. Əgər biz bəşəriyyəti obrazlı olaraq,
кürə formasında təsəvvür etsək, orada Xeyirlə Şərin dialektik vəhdətdə oldu-
ğunu görərik. Xeyir – məhəbbətə, biliyə və yaradıcı əməyə əsaslanan mədə-
niyyət, “həyat sferasıdır”. Şər –insan təbiətinin tamahkarlıq, həsəd və yalan,
ikiüzlülük və zorakılıq, ikili əxlaq və xəyanət kimi keyfiyyətləri ilə şərtlənən
ruhi və maddi pozulmalardır, hər şeydən əvvəl, mənəvi destruktiv proseslər-
dir. İnsanın neqativ keyfiyyətləri arasında tamahkarlığı və paxıllığı xüsusi
qeyd etmək lazımdır. Paxıllıq – cahillik üçün əlverişli şərait olan şəri yaradır.
Buna görə də mədəni tərbiyə və inkişafın köməyi ilə paxıllığı aradan qaldıra-
raq, biz sosial şərin azaldılmasına, deməli, “həyat kürəsini" təşkil edən хeyi-
rin və mədəniyyət sahəsinin böyüməsinə kömək edirik. Bunu nəzərə alaraq,
ilk növbədə, yüksək ruhi mədəniyyət yaradıcıları və daşıyıcıları olan ziyalıla-
rın vəzifəsi - “həyat kürəsi” olan xeyirxahlığın və mədəniyyətin sosial bazası-
nı daim artırmaq, bununla da, insanın iztirab və zülm zonası olan “şər və anti-
mədəniyyət” kürəsini təbii halda kiçiltməkdən ibarətdir.
Fuad Məmmədov
50
Kulturologiyanın imkanlarına və onunla bağlı tarixin və indiki zamanın
tənqidi təhlilinə istinad edərək, vətəndaş özünüdərkinin, öz xalqına, cəmiy-
yətə, vətənə görə fəxr hissinin formalaşdırılmasına səbəb olan idarəetmə si-
yasəti və mədəniyyəti yaratmaq lazımdır. Ziyalıların, ilk növbədə, yaradıcı
fəaliyyətindən mədəniyyətin inkişaf səviyyəsinin müəyyən dərəcədə asılı
olduğu alimlərin, müəllimlərin və mütəxəssislərin statusunu qanunvericilik-
lə yüksəltmək zəruridir. Çünki mədəniyyətin intellektual, siyasi, idarəetmə,
iqtisadi, sosial, etik, hüquqi, tibbi, ekoloji, bədii, diplomatik və digər sahə-
lərinin inkişafı - böhranların və sosial bəlaların aradan qaldırılması, dövlət
üçün təhlükəli ziddiyyətlərin qarşısının alınması və həll edilməsində cəmiy-
yətin qabiliyyətlərini yüksəldir. Universal kulturoloji biliklərin mənimsənil-
məsi siyasətçilərə və idarəçilərə, öz fəaliyyətində sistemli kulturoloji yanaş-
madan istifadə edərək, cəmiyyətdə və beynəlxalq sosial-mədəni məkanda
maraqların şüurlu razılığını əldə etməyə və həmrəylik enerjisinin yaradıl-
masına imkan verir.
Deyilənləri ümumiləşdirərək, qeyd etmək olardı ki, dövlət quruculuğu
və idarəçiliyi üçün kulturologiyanın strateji əhəmiyyəti aşağıdakı imkanlar-
la şərtləndirilmişdir:
Vətənin və dünya mədəniyyəti və sivilizasiyasının tarixi, nəzəriyyəsi
və təcrübəsinin müqayisəli təhlilinə əsasalanaraq, milli inkişafın məqsədlə-
rini daha yaxşı formalaşdırmaq, strateji istiqamətlərini təyin etmək və aktu-
al dövlət prioritetlərini müəyyən etmək.
Yüksək milli inkişafı və əməyin keyfiyyət templərini təmin edən, hə-
yat fəaliyyəti və dövlət idarəçiliyinin zamanın çağırışlarına uyğun universal
modellərini, idarəçilik strategiyaları və innovativ texnologiyalarını yarat-
maq, - onlarsız beynəlxalq səviyyədə dövlətin rəqabət qabiliyyəti mümkün
deyil.
Мilli inkişafın, dövlət quruculuğu və idarəçiliyinin maraqları naminə
alim və mütəxəssislərin yaradıcı fəaliyyətinin nəticələrinin vaxtında və ef-
fektiv istifadəsinin balanslaşdırılmış proqramlarını işləyib hazırlamaq.
Düzgün sosial-siyasi qərarların qəbul edilməsi üçün zəruri olan uni-
versal kulturoloji biliklərə malik idarəçi kadrların, həmçinin mənəvi və
maddi mədəniyyətin müxtəlif sahələri üçün geniş profilli mütəxəssislərin
effektiv hazırlanması və tərbiyə edilməsini həyata keçirmək.
Milli maraqları, tələbatları, mədəni dəyərlər sistemini və resursları nə-
zərə alaraq, dünyanın inkişaf xüsusiyyətləri, nailiyyətləri, qanunları və ten-
densiyalarının sistemli kulturoloji təhlili əsasında ölkənin gələcək inkişafı-
nın elmi əsaslanmış proqnozlarını işləyib hazırlamaq.
Yüksək ruhi mədəniyyət prinsipləri və dəyərləri əsasında terrorizmin
qarşısının alınması, münaqişələrin aradan qaldırılması və konstruktiv bey-
İdarəetmə mədəniyyəti
51
nəlxalq əməkdaşlığı, mədəniyyət və maraqların harmonizasiyasını təmin
edən mədəniyyət və sivilizasiyaların məhsuldar dialoqunu həyata keçirmək.
Dövlət quruculuğu və idarəçiliyində, siyasi, inzibati, sosial, iqtisadi və
beynəlxalq fəaliyyət üçün şəxsiyyət və liderlərin hazırlığında bu strateji el-
min inkişafına Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu
Akademiyasında verilən diqqət, kulturologiyanın artan rolunun sübutların-
dan biridir. 2000-ci ildən etibarən Akademiyada “Kulturologiya və işgüzar
kommunikasiyalar” kafedrası uğurla fəaliyyət göstərir. Kafedra idarəetmə
proseslərinin təhlili və proqnozlaşdırılmasına sistemli kulturoloji yanaşma-
ya malik, ictimai inkişaf qanunauyğunluqları, mədəniyyətin bütöv sistemi-
nin müxtəlif sahələrinin inkişaf spesifikasını, həyat fəaliyyətinin təşkili və
tənzimlənməsi haqqında universal kulturoloji biliklərə malik mütəxəssislər
hazırlayır. Akademiyanın Beynəlxalq dövlət qulluğu və idarəçiliyi institu-
tu,- beynəlxalq təcrübədən yaradıcı istifadə, dövlət qulluğu islahatları üzrə
dünya təcrübəsinin öyrənilməsi və onun cəmiyyətin sosial-iqtisadi inkişafı-
na təsirinin qiymətləndirilməsi əsasında dövlət idarəçiliyi effektivliyinin
yüksəldilməsinə istiqamətlənən sistemli kulturoloji tədqiqatları həyata keçi-
rir. Görünür, kulturologiyanın strateji əhəmiyyətinin kifayət qədər dərk
edilmədiyi ölkələrdə bu təcrübənin yayılması barədə düşünmək lazımdır.
Əgər ölkə beynəlxalq idarəetmənin obyekti deyil, subyekti olmaq istəyirsə,
o, kulturologiyanın (dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzə-
riyyəsi), insanın və sosial inkişaf qanunlarının öyrənilməsinə çox ciddi fikir
verməli, müasir milli və beynəlxalq kulturoloji idarəetmə texnologiyalarını
mənimsəməli və permanent olaraq təkmilləşdirməlidir.
Dünya sivilizasiyası inkişaf tendensiyalarını nəzərə alaraq, demokratiya
yoluna qədəm qoymuş ölkələr özlərinə xas ən yaxşı mədəni nailiyyətləri və
zəngin mədəni irsi qorumaq və inkişaf etdirmək şərti ilə, “ənənəvidən” “in-
novativ” cəmiyyətə keçid tempini artırmalıdırlar. Мüasir kulturologiyanın
fundamental nailiyyətləri üzərində qurulmuş sosial-mədəni siyasətin bu ya-
naşmanın əsasını təşkil etməsi məqsədəuyğundur. Belə siyasət mədəniyyə-
tin müxtəlif sosial institutlarının balanslaşdırılmış inkişafını, ideoloji və in-
formasiya təminatını, qloballaşma şəraitində milli tərəqqinin hüquqi və etik
tənzimlənməsini təmin etmək iqtidarındadır. Kulturologiyanın strateji əhə-
miyyətini nəzərə alaraq, inkişaf etməkdə olan dövlətlərin milli maraqların-
dan çıxış edərək, kulturologiyanı ümumi orta, orta peşə təhsili və ali mək-
təb təhsilinə fəal surətdə tətbiq etmək, xüsusi təhsil institutları, fakultələr və
kafedralar, tədqiqat institutları, universitetlər, maarif və məsləhət-ekspert
kulturoloji mərkəzləri, kulturologiya akademiyaları yaratmaq zəruridir.
Kulturologiyanın beynəlxalq əhəmiyyətinin artması da aşkardır.Yer üzündə
həyatın qorunması və yaxşılaşdırılması naminə xalqların və dövlətlərin qar-
Fuad Məmmədov
52
şılıqlı təsiri, həmrəyliyi və sosial-mədəni əməkdaşlığı zamanın alternativsiz
tələbidir. Lakin bu vəzifənin həyata keçirilməsində müvəffəqiyyət, çox za-
man onların, müxtəlif xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşma, hör-
mət və inamа səbəb olan ruhi mədəniyyət səviyyəsindən asılıdır. Dünya iq-
tisadi böhranının qarşısını alan ən yaxşı modellərin axtarışı və dünya iqtisa-
diyyatında balansın pozulmasını aradan qaldırmağa qadir olan yeni maliyyə
arxitekturasının yaradılması yalnız iqtisadi sahə ilə məhdudlaşa bilərmi?
Yoxsa o da qarşılıqlı əlaqəli bütöv sosial sistemin hərəkətverici qüvvəsi ki-
mi, ruhi mədəniyyətin həyat qabiliyyətinin inkişafını tələb edir? Şübhəsiz
ki, ikinci suala müsbət cavab vermək lazımdır. Bunun həyata keçirilmə şər-
ti şəxsiyyət mədəniyyətinin, hər bir ailədə, hər bir şəhərdə və kənddə, hər
bir küçədə, hər bir kollektivdə, hər bir cəmiyyətdə - bütün dünyada yüksək
əqli və mənəvi mədəniyyətin inkişaf etdirilməsidir. Bu, konkret situasiya və
ümumi qanunauyğunluqlarını nəzərə alaraq, qlobal səviyyədə qərarların qə-
bulunun təkmilləşdirilməsinin elmi əsası kimi, kulturologiyanın inkişafının
beynəlxalq əhəmiyyətini bir daha qeyd edir. Belə yanaşma insan münasibət-
ləri və beynəlxalq münasibətlər mədəniyyətinin norma və dəyərlərinin tən-
zimlənməsini, universal prinsiplərin düzgün tətbiqini və müasir dünyanın
daimi dəyişiklikləri şəraitində hadisələrin, faktların, şəxsiyyətlərin və nai-
liyyətlərin obyektiv qiymətləndirilməsini tənzimləməyə kömək edəcək.
Dostları ilə paylaş: |