Müəllifin kulturoloji idarəetmə modeli haqqında
Məlumdur ki, təbiətdə qeyri-müəyyənlik var. Hələ 1927-ci ildə kvant
mexanikasının yaradıcılarından biri olan Nobel mükafatı Laureatı Verner
Heyzenberq elektron, proton və materiyanın digər hissəciklərinin ikili kor-
puskulyar dalğalı təbiətini əks etdirən kvant nəzəriyyəsinin fundamental
müddəası olan qeyri-müəyyənlik prinsipini formalaşdırmışdır. Bu prinsipə
uyğun olaraq, fiziki sistemi xarakterizə edən əlavə fiziki kəmiyyətlər (mə-
sələn, koordinat və impuls) eyni vaxtda dəqiq qiymət ala bilməz. Belə bir
İdarəetmə mədəniyyəti
89
qeyri-müəyyənlik tam sosial sistem olan mədəniyyətdə də, amma daha bö-
yük miqyaslarda mövcuddur. Burada qeyri-müəyyənlik amilləri qismində,
ayrı-ayrı insanlarda müxtəlif olan əhval-ruhiyyə, enerji, xarakter, bilik, ira-
də və sosial, habelə təbii şəraitdən asılı olaraq dəyişə bilən insanın digər
mədəniyyət göstəriciləri çıxış edə bilər.
Kollektiv və cəmiyyət səviyyəsində qeyri-müəyyənlik daha çox artır, bu
da insanların idarə edilməsi mürəkkəbliyini göstərir. Bir çox dəyişən kə-
miyyətlər kimi, böyük kollektiv və sosial qrupların davranışını proqnozlaş-
dırmaq çətin məsələ olur. Əgər bu problemə “insanın davranışı onun mədə-
niyyətinin dəyişməsi ilə dəyişilir” formulunu müəyyənləşdirən L.A. Uaytın
prizmasından yanaşsaq, onda cəmiyyətdə və kollektivdə yüksək ruhi mədə-
niyyətin formalaşmasının nə qədər vacib olduğu aydın olur ki, onun norma-
larına sadiqlik, konkret situasiyalarda insanların davranışının proqnozlaşdı-
rılması və əvvəlcədən xəbər verilməsi imkanlarını genişləndirir. Bu, xüsusi-
lə, əgər insan kapitalının və ictimai əməyin məhsuldarlığının artmasının
əsasını təşkil edən intellektual mədəniyyət ilk olaraq inkişaf etdirilərsə,
dövlətin sosial- mədəni inkişafının böyük ehtiyatıdır, çünki maddi rifah is-
tehsalçılarının başlıca mənbəyi intellektdədir.
Dövlət idarəçiliyi proseslərinin təkmilləşdirilməsi maraqlarını nəzərə
alaraq, müəllif tərəfindən innovativ effektiv idarəetmə modelinin qurulma-
sına imkan verən “kulturoloji piramida”
10
universal metodu hazırlanmışdır.
Bu, universal biliklərə, düzgün anlama və yaradıcılıq fəaliyyətinin səmərəli
istifadəsi və cəmiyyətin və dövlətin layiqli gələcəyinin qurulmasının effek-
tiv idarə edilməsi üçün yeni imkanlar açan texnologiyalara aparan, üçsəviy-
yəli, çoxpilləli “kulturologiya piramidası”dır. O, tərəfimizdən təklif olunan
bir sıra metodoloji prinsiplərin və ifadə edilən baza kulturoloji anlayışların
və kateqoriyaların istifadəsini nəzərdə tutur. Metodoloji prinsiplərə: məntiq,
tarixilik prinsipi və dialektika aiddir. Baza anlayışlarına: mədəniyyətin elmi
anlamı, mədəniyyətin bütöv sosial sistem kimi başa düşülməsi, mədəni in-
san formulu, mədəniyyətin inkişafının obyektiv tarixi amilləri, sosial-mədə-
ni tərəqqi formulu, mədəniyyətin effektivlik formulu, istehsalın effektivlik
formulu, idarəetmənin effektivlik formulu və nəhayət, kulturoloji piramida-
nın üç: öyrənmə, dərk etmə, və yaratma səviyyəsinin anlaşılmasını nəzərdə
tutan yaradıcılıq formulunu ehtimal edir. Öyrənilən obyektin sistemli kultu-
roloji təhlili məqsədilə tərəfimizdən, mürəkkəb və sistemyaradıcı dövlət
idarəçiliyi problemlərinin düzgün və daha səmərəli həllinin hazırlanması və
əsaslandırılması üçün 12 tədqiqat metodu məcmusu təklif edilmişdir.
11
10
Bax. bölmə: “Kulturoloji piramida” universal metodu
11
Bax. bölmə: Mədəniyyətin əsas tədqiqat metodları və prinsipləri
Fuad Məmmədov
90
Bu metodların birgə istifadə edilməsi dövlət qərarlarının qəbul edilməsi
və həyata keçirilməsi proseslərində yarana bilən sabit və dəyişən kəmiyyət-
ləri, real situasiya amillərini və qarşılıqlı əlaqələrini nəzərə alan optimal, ta-
razlaşdırılmış idarəetmə modelinin qurulmasına imkan verir. Universal kul-
turoloji model çərçivəsində rəhbərə, - konkret şəraitlərə operativ reaksiya
verərək və mövcud qeyri-müəyyənliklərin xarakterini öyrənərək, dəyişən
situasiyanın tələblərinə hansı idarəetmə strukturları və metodlarının daha
çox cavab verəcəyini, hansı idarəetmə innovasiyalarının təşkilatın və ya
dövlətin effektivliyini və rəqabət qabiliyyətini təmin edə biləcəyini perma-
nent müəyyən etməyə imkan verən situativ təhlil xüsusi yer tutur. Müvəffə-
qiyyət, situasiyanın obyektiv şərhi, əsas daxili və xarici “situativ dəyişənlə-
rin”, qoyulmuş məsələnin həlli üçün vacib, məntiqi cəhətdən nöqsansız və
effektiv (verilmiş şəraitdə) olan tədqiqat metodlarının düzgün seçimi, qəbul
ediləcək qərarların ehtimal edilən nəticələrini qabaqcadan görmək bacarığı
ilə müəyyən edilir. Daxili dəyişənlərə - idarəetmə sisteminin məqsədləri,
vəzifələri, strukturu, texnologiyaları, əməkdaşları aiddir. Xarici dəyişənlərə -
siyasi proses, iqtisadiyyatın vəziyyəti, elmi-texniki tərəqqi, sosial-mədəni
dəyişikliklər, qrup maraqlarının təsiri aiddir.
Müəllif tərəfindən təklif edilən kulturoloji model, idarəetmə texnologi-
yalarının təkmilləşdirilməsinin institusional və bihevioral konsepsiyalarının
üstünlüklərini özündə birləşdirən, Qərb ölkələri və Rusiyanın dövlət idarə-
çiliyinin əsas konsepsiyalarının elmi və praktik dəyərinin qəbul edilməsi,
universal yanaşma yaradılması məqsədilə onların nailiyyətlərinin analizi və
sintezi əsasında qurulmuşdur. O, insan fəaliyyətinin strateji sahəsi kimi,
cəmdə idarəetmə prosesini səciyyələndirən amillərin spektrlərinin tədqiq
edilməsi imkanını verir. Model bir çox sosioloq, politoloq, psixoloq, iqti-
sadçılar və əsərləri dövlət idarəçiliyi problemlərinə həsr edilmiş digər mütə-
xəssislərin elmi nailiyyətlərini özündə birləşdirir. Bu sistemli kulturoloji
yanaşma, effektiv qərarlar üçün zəruri olan problemlərin mahiyyətini ob-
yektiv aşkarlamağa, daha uğurlu metodları və konsepsiyaları birləşdirməyə,
elmi əsaslandırılmış nəticələri ifadə etməyə imkan verir. Tərəfimizdən ilk
dəfə irəli sürülən, triada kimi yaradıcı prosesi, onun nəticələri və texnologi-
yalarını özündə birləşdirən mədəniyyətin elmi anlamı konsepsiyası – mədə-
niyyət fenomeninə yeni yanaşmadır. O bütövlükdə mədəniyyəti yalnız təd-
qiq etmək deyil, həm də onun ayrı-ayrı sosial institutlarını təhlil etmək və
modelləşdirməyə imkan verən məntiqi metod kimi istifadə oluna bilər.
“Kulturoloji piramidanın” universal metodları ilə birləşmədə mədəniyyətin
elmi anlamı - siyasətdə, iqtisadiyyatda, elm, təhsil, hüquq, beynəlxalq əla-
qələr və sosial-mədəni fəaliyyətin digər sahələrində, bu institutların effektiv
idarə edilməsi üçün yeni imkanlar açaraq, inkişafın mahyyətinin, xüsusiy-
İdarəetmə mədəniyyəti
91
yətləri, mexanizmləri, əlaqələrinin, qanunları və texnologiyalarının dərin-
dən açılmasına yardım edir.
Universal və xüsusi biliklərə əsaslanmış təklif edilən modelin praktik
tətbiqi, nəinki milli mədəniyyətin ənənəvi xüsusiyyətlərinin “nəzərə alın-
masını”, həm də tənqidi təhlili və yeni şəraitlərdə öz proqressiv əhəmiyyəti-
ni itirmiş sosial-mədəni stereotiplərdən imtina edilməsini nəzərdə tutan mil-
li və beynəlxalq inkişaf təcrübəsinin yeni oxunuşunu nəzərdən keçirir. Bu
səbəbdən, o, həm də beynəlxalq idarəçilik üçün zəruri olan sistemli kulturo-
loji tədqiqatda və dünya təcrübəsi üzrə siyasi, inzibati, iqtisadi və sosial
idarəetmənin yaradıcı istifadəsində faydalı ola bilər. Bununla bərabər təklif
edilən model qabaqlamaya işləyərək dünya prosesi tendensiyalarından, si-
tuasiyalardan, daxili və xarici şəraitin fasiləsiz dəyişikliklərindən asılı ola-
raq, milli səviyyədə fəaliyyətin bütün istiqamətləri və sahələrində effektiv
idarəetmənin yeni kreativ imkanlarının yaradılmasına kömək edə bilərdi.
Onun istifadəsi, demokratik sistem şəraitində özünün yüksək effektivliyini
sübut etmiş geniş profilli peşəkar idarəçilərin - “ceneralistlərin” və “cene-
ralist” idarəetmə üslubunun hazırlanması və inkişafı üçün də məqsədəuy-
ğun hesab edilir.
Deyilənlər, inkişaf etməkdə olan ölkələr üçün yeni kulturoloji idarəetmə
texnologiyaları və modellərinin hazırlanması və tətbiqinin aktuallığını, kul-
turologiyanın inkişafının hüquqi təminatının, idarəçi kadrların hazırlanma-
sının universal elmi əsası kimi kulturologiyanın institutlaşdırılması haqqın-
da müvafiq qanunun qəbul edilməsinin, dövlət siyasəti və dövlət idarəçiliyi
sisteminin inkişafının, həmçinin insanların həyat fəaliyyətinin təkmilləşdi-
rilməsinin əhəmiyyətini bir daha təsdiq edir.
Milli idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi üzrə
müəllifin tövsiyələri
Yüksək milli idarəetmə keyfiyyətini təmin edən şərtlərdən biri - dövlət fəa-
liyyətinin müxtəlif sahələrinə məsul rəhbərlərin və liderlərin universal elmi və
peşə bilikləri səviyyəsinin daim yüksəldilməsidir. Kulturoloji tədqiqatların və
onların milli maraqlarda effektivliyinin təmin edlməsi üçün kulturoloq-alimlə-
rin dövlət quruculuğu və idarəçiliyi praktikası ilə sıx əlaqəsi mühüm əhəmiyyə-
tə malikdir. Demokratik dövlətdə mütərəqqi düşünən alimlərin innovativ fəa-
liyyəti siyasi hakimiyyət tərəfindən dəstəklənir və təşviq edilir. Dövlət idarəçi-
liyi sahəsində innovativ fəaliyyətin həyata keçirilməsi və milli inkişafın məh-
suldar antiböhran proqramlarının hazırlanması üçün sosial-mədəni inkişafın
mürəkkəb proseslərinin müstəqil kulturoloji ekspertizaya əsaslanan, real ger-
çəkliyin obyektiv dərk edilməsini təmin edən məqsədli kulturoloji tədqiqatların
Fuad Məmmədov
92
təşkil edilməsi və hüquqi təminati zəruridir. Birləşmiş Krallıq, ABŞ, Fransa,
Almaniya və başqa aparıcı demokratik dövlətlərin dövlət idarəçiliyi təcrübəsi-
nin komparativ təhlili inkişaf etməkdə olan ölkələrin dövlət idarəçiliyi sistemi-
nə kulturoloqların fəal cəlb edilməsinin məqsədəuyğunluğunu göstərir. Univer-
sal biliklərə malik “ceneralistlərin” (kulturoloqların - F.M.) mənəvi və maddi
mədəniyyətin konkret istiqamətlərindən yaxşı baş çıxaran ekspertlərdən üstün-
lüyü, - “ceneralistlərin” problemləri və strateji perspektivləri, idarəetmə fəaliy-
yətinin daha effektiv koordinasiyalarını və gələcəyin qurulmasını bütöv şəkildə
görmə bacarığından ibarətdir. Onların daha universal imkanları, ekspert rəylə-
rini proqram və layihələrə dəyişmək bacarığı, dövlətin mənafeyi və məqsədlə-
rinə cavab verən tarazlaşdırılmış siyasi, iqtisadi və sosial qərarların qəbul edil-
məsinə yardım edir.
Bu təcrübəni nəzərə alaraq, inkişaf etməkdə olan ölkələrin bütün ali və
orta məktəblərində kulturoloji təhsili nəinki təşkil etmək, habelə “yeni de-
mokratiyalarda” dövlət idarəçiliyi sahəsində istifadə üçün hazırlanan mə-
murlara xüsusi kulturoloji hazırlığın, kulturologiya və idarəetmə mədəniy-
yəti üzrə mühazirə və interaktiv treninqlərin keçirilməsini təmin etmək zə-
ruriliyi meydana çıxır. İdarəçilik əməyinin düzgün stimullaşdırılması məq-
sədilə, idarəçiliyin “klassik” və “neoklassik” məktəblərinin nailiyyətləri
təhlilinə əsaslanaraq, tərəfimizdən mütəxəssislərin idarəetmə mədəniyyəti
səviyyəsinin, onların peşə keyfiyyətləri, qabiliyyətləri və xidmətlərinin
prinsipləri və qiymətləndirilmə meyarları təklif edilmişdir:
Ümumi elmi və xüsusi biliklər.
Ciddi peşə təcrübəsi.
Təşkilati-idarəçilik qabiliyyətləri.
Yüksək etik mədəniyyət.
Korporativ etika.
İdarəçilik fəaliyyətinin konkret nəticələri.
İnnovativ fəaliyyət sahəsində nailiyyətlərinin milli və beynəlxalq
aləmdə tanınması.
Hər bir ölkənin milli mənafeyini nəzərə alaraq, siyasətçilərin və liderlə-
rin ali korpusundan - nazirlər, icra hakimiyyəti başçıları, parlament komis-
siyalarının sədrləri, hüquqi strukturların rəhbərlərindən başlayaraq, haki-
miyyətin müxtəlif sahələrini təmsil edən bütün səviyyələrdə bürokratlar
üçün sistemli şəkildə idarəetmə mədəniyyəti üzrə interaktiv treninqlərin ke-
çirilməsi zəruridir. Onlar tərəfindən idarəetmə mədəniyyəti sahəsində bey-
nəlxalq standartlara uyğun universal biliklərin mənimsənilməsi, cəmiyyətin
tələbatları və dünya sivilizasiyasında baş verən dəyişikliklərə müvafiq döv-
lət idarəçiliyi keyfiyyətinin fasiləsiz inkişafını təmin edə bilərdi. Bu zaman
müsabiqə sisteminin yayıldığı orta korpuslu məmurların kulturoloji hazırlı-
İdarəetmə mədəniyyəti
93
ğı, idarəçi personalın beynəlxalq sertifikatlar metodlarının köməyi ilə qo-
yulmuş vaxt ərzində onların peşə səriştəsinin və ümumi mədəniyyətinin
dövlət yoxlanışı ilə başa çatmalıdır. Bununla yanaşı idarəetmə və liderlik
mədəniyyətinin əsaslarını istedadlı gənclərə də öyrətmək lazımdır. Dövlət
quruculuğu və idarəçiliyi üçün kulturologiyanın artan strateji əhəmiyyətini
nəzərə alaraq, milli və beynəlxalq idarəetmə, insanın və təbiətin ekologiya-
sı, beynəlxalq münasibətlər, informasiya və s. sahələrdə çalışmaq üçün xü-
susi ekspert-kulturoloqların hazırlanması, həmçinin kulturologiya sahəsində
siyasətçilərin və ali korpus məmurlarının yenidən hazırlanması məqsədi ilə
müxtəlif Qərb və Şərq ölkələrində kulturologiya Ali məktəbləri və ya Aka-
demiyalarının
12
açılması haqqında düşünməyin vaxtı çatmışdır. Bu məktəb-
lərin nəzdində, cəmiyyətin daxili siyasətinin və sosial təhlükəsizliyinin uğurları
üçün mühüm olan vətəndaşların müxtəlif kateqoriyalarının və gənclərin de-
mokratiya mədəniyyəti və hüquqi dövlətin əsaslarına kulturoloji təlimini və
maarifini təşkil etmək olardı.
Demokratik idarəetmə sisteminin prinsipləri, dəyərləri, texnologiyaları
və üstünlüklərinin mahiyyətinin kulturoloji anlamı, inkişaf etməkdə olan öl-
kələrin davamlı milli inkişafı və onların yüksək inkişaf etmiş dövlətlərin si-
vil dünyasına dərin inteqrasiyası üçün geniş imkanlar açan dövlət və sosial
idarəçiliyinin fəal və yüksək effektli islahatlarının həyata keçirilməsi üçün
məmurların daxili motivasiyasını stimullaşdırır.
Bununla əlaqədar, “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının,
Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən bəyənilmiş, inkişaf etmək-
də olan ölkələrin dövlət quruculuğunda yararlı ola biləcək bir sıra kulturoloji
innovasiyalara diqqət yetirmək istərdik. Onlardan bəziləri bunlardır:
1. İntellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinin qabaqlayıcı
inkişafının dövlət prioritetlərinin müəyyənləşdirilməsi.
2. Milli və beynəlxalq strateji inkişaf problemlərinin sistemli tədqiqinin
həyata keçirilməsi üçün dövlət səviyyəsində kulturologiyanın milli mərkəzləri-
nin və ya institutlarının yaradılması.
3. İnkişaf etməkdə olan dövlətlərdə dövlət qərarlarının qəbul edilməsi
və reallaşdırılmasına məsul siyasətçi və məmurların ali korpusunu təmsil
edən, nazirlərdən, icra hakimiyyəti başçıları və digər vəzifəli şəxslərdən
başlayaraq, bütün səviyyələrdə siyasətçi və idarəçilər üşün daimi fəaliyyət
göstərən kulturologiya və demokratik idarəçilik mədəniyyəti üzrə geniş tre-
ninqlər şəbəkəsinin təşkil edilməsi.
12
Yuxarıda adı çəkilən Dünya mədəniyyəti Beynəlxalq Universiteti də bu rolda çıxış edə
bilər.
Fuad Məmmədov
94
4. Kulturologiyanın bütün səviyyələrdə məktəblərin təlim proqramla-
rına ayrıca daxil edilməsi, bütün ali məktəblərdə kulturologiya kafedraları
və mərkəzlərinin açılması.
5. Əhalinin müxtəlif kateqoriyaları üçün geniş kulturoloji maariflən-
dirmə şəbəkəsinin təşkili. Regionlarda lokal elmi-maarifləndirici kulturoloji
mərkəzlərin yaradılması.
6. BMT nəzdində, konsepsiyası hələ 1995-ci ildə bir çox Azərbaycan
alimləri və xarici diplomatlar, həmçinin bir sıra xarici ölkə səfirlikləri və
BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən bəyənilmiş, Beynəl-
xalq Dünya mədəniyyəti Universitetinin açılması.
13
Fikrimizcə, milli dövlət idarəçiliyi mədəniyyəti effektivliyinin yüksəl-
dilməsinə, həmçinin:
İnkişaf etməkdə olan ölkələrin dövlət idarəçiliyi təcrübəsində, öz
üstünlüklərini Qərb ölkələri və Yaponiyada göstərmiş düzgün strategiya,
texnologiya, etika, sosiologiya və estetikaya, prinsip və metodlara əsasla-
nan idarəetməyə sistemli kulturoloji yanaşmanın tətbiqi .
İnzibati amirlik sistemi üçün xarakterik olan hakimiyyət mədəniy-
yətindən - hakimiyyət, rol, vəzifə və şəxsiyyət mədəniyyətinin kombinasi-
yasına əsaslanan demokratik təşkilati mədəniyyətə tamamilə və hər yerdə
keçmə.
“Demokratik idarəetmə mədəniyyəti” haqqında milli qanunların qə-
bul edilməsi.
Qanunların yüksək icra mədəniyyəti mexanizmlərinin işlənib hazır-
lanması və təcrübədə tətbiqi.
İnkişaf etməkdə olan ölkələrin alimləri və mütəxəssisləri tərəfin-
dən, idarəetmə mədəniyyəti üzrə milli dövlət idarəçiliyi sisteminin davamlı
inkişafı və təkmilləşdirilməsi məqsədilə, qərb idarəçilik təcrübəsindən yara-
dıcılıqla istifadə edilməsinə yardım edən ədəbiyyatın hazırlanması və nəşr
edilməsi.
Müstəqil milli və xarici ekspertlərin iştirakı ilə dövlət idarəçiliyi
sisteminin permanent islahatı prosesinin ictimai monitorinqinin həyata ke-
çirilməsi.
Dövlət quruculuğu və idarəçiliyinin strateji resursu kimi intellektual
mədəniyyətin qabaqlayıcı inkişafının zəruriliyi haqqında irəli sürdüyü-
müz müddəanın hüquqiliyi dövlətin yalnız məkan və zaman daxilində
innovativ inkişafının aktual tələbatları ilə deyil, həmçinin “qızıl mil-
yard konsepsiyasının” əsas müddəaları və dünya sivilizasiyasının inki-
13
Bizə elə gəlir ki, müasir dünyada beynəlxalq idarəetmə effektivliyinin yüksəldilməsinə dünya
mədəniyyəti və sivilizasiyası Beynəlxalq Parlamentinin yaradılması da yardım edə bilərdi.
İdarəetmə mədəniyyəti
95
şaf tendensiyaları ilə də təsdiqlənir. Futuroloqlar Piter Şvars və Piter
Leyden tərəfindən hazırlanmış gələcəyi görməyin pozitiv ssenarisi də
inkişafin əsası kimi intellektual mədəniyyətin qiymətləndirilmə əhə-
miyyəti ilə əlaqədardır. Bu ssenariyə əsasən, iqtisadi şəbəkədə “texno-
logiyanın beş böyük dalğası” – fərdi kompüterlər, rəqəmsal telekommu-
nikasiyalar, biotexnologiyalar, nanotexnologiyalar və alternativ ener-
getika üzərində təsis edilmiş davamlı iqtisadi yüksəliş, 2020-ci ilə qə-
dər bütün dünyada yoxsulluğun aradan qaldırılmasına və daha yaxşı,
ekoloji cəhətdən təhlükəsiz dünyanın - firavanlıq sivilizasiyasının tə-
şəkkülünə kömək edəcəkdir. Bu sahələrdə elmi-texniki tərəqqinin stra-
teji fəaliyyətinin balanslaşdırılmış koordinasiyası məqsədilə, bu istiqa-
mətlərdə qarşılıqlı əlaqəli inkişafın nəticələrinin qiymətləndirilməsi,
monitorinqi, koordinasiyası üçün və qlobal səviyyədə iqtisadi, sosial və
siyasi qərarların düzgün qəbul edilməsi üçün zəruri olan demokratik
idarəetmə mədəniyyətindən daha geniş istifadə etmək məqsədəuyğun
hesab edilir.
Fuad Məmmədov
96
II HISSƏ
Bir sıra Şərq və Qərb ölkələrinin dövlətçilik
və dövlət idarəçiliyinin tarixi və nəzəriyyəsinə
kulturoloji baxış
Dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin tarixi və nəzəriyyə-
sindən. Dövlətçiliyin iki tarixi forması haqqında. Bəşəriyyətin ilk sivili-
zasiyalarında dövlətçilik mədəniyyəti tarixindən. Şumer-Mesopotamiya
sivilizasiyası. Kiçik Asiya, Aralıq dənizi, Ərəbistan, Yaxın və Orta Şərq
dövlətləri. Türkiyə. Qədim Misir. Mərkəzi Asiya. Qədim Hindistan. Qə-
dim Çin və Qədim Koreya. Qədim Yunanıstan. Qədim Roma. Yaponiya.
M.N. Tusi və M.F.Axundzadənin ictimai tərəqqi, insan münasibətləri
mədəniyyəti və idarəetmə mədəniyyətinə baxışları.
Dövlətçilik və dövlət idarəçiliyi mədəniyyəti haqqında
Biz artıq bilirik ki, kulturologiyanın fundamental vəzifəsi ruhi və maddi
mədəniyyətin müxtəlif sahələrində, müxtəlif təbii-coğrafi, tarixi, sosial və
siyasi şəraitlərin konkret təzahüründə insanın həyat fəaliyyətinin əsas qanu-
nauyğunluqlarının aşkarlanması, düzgün dərk edilməsi və obyektiv qiymət-
ləndirilməsidir. Bu vəzifə nöqteyi-nəzərindən dünyanın müxtəlif ölkələrinin
dövlətçilik və dövlət idarəçiliyi tarixinə də yeni tərzdə nəzər salmaq imkanı
açılır.
Müxtəlif ölkələrin mədəniyyət və sivilizasiyasının təşəkkül və inkişaf
formaları təbii-coğrafi və tarixi şəraitlə, xalqın genetik kodu ilə, mədəni
mübadilə səviyyəsi və mədəniyyətə həssaslığı ilə, sosial mühit və siyasi re-
jimlə şərtlənir. Üzvi surətdə digərləri ilə qarşılıqlı əlaqədə olan bütöv mədə-
niyyət sisteminin hər bir sosial institutu öz strukturuna, funksiyasına, ener-
jisinə, vektoruna və hərəkət səciyyəsinə malikdir. Buna görə bütün mədə-
niyyət sisteminin fəaliyyət və inkişaf qanunauyğunluqlarının düzgün başa
düşülməsi yalnız, ümumi və xüsusi amillərin, sosial institutların, hadisələ-
rin və onların arasındakı əlaqələrin çoxölçülü tədqiqatını nəzərdə tutan sis-
temli yanaşma şərtilə mümkündür. Sistemli kulturoloji təhlilin yüksək elmi
və praktik əhəmiyyəti ondan ibarətdir ki, o, dünya mədəniyyəti və siviliza-
siyası inkişaf tarixinin əsas nailiyyətləri və qanunauyğunluqlarını daha dol-
ğun aşkar etməyə, dərk etməyə və düzgün qiymətləndirməyə, tarixin müx-
təlif mərhələlərində, müxtəlif ölkələrdə və müxtəlif xalqlarda bu qanunauy-
İdarəetmə mədəniyyəti
97
ğunluqların forma və xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir. Sis-
temli kulturoloji təhlil dünya sivilizasiyasının müxtəlif mərhələlərində müx-
təlif ölkələrdə dövlətçiliyin yaranması və inkişafının əsil mahiyyətini və qa-
nunauyğunluqlarını aşkar etməyə imkan yaradır. Müqayisəli təhlil müxtəlif
dövlətçilik tipləri və dövlət idarəçiliyi sistemlərinin təşəkkül tapması və də-
yişilməsi prosesləri qanunauyğunluqlarının konkret formalarının başa dü-
şülməsinə və elmi ümumiləşdirilməsinə yardım edir. Məntiqi anlayışlardan
və tarixi faktlardan, analiz və sintezdən istifadə etməklə, o, nəinki ictimai
inkişafın mürəkkəb proseslərini düzgün müəyyənləşdirməyə, həm də zama-
nın tələblərinə və sonsuz hərəkətdə olan dünya dəyişikliklərinə adekvat zid-
diyyətlərin həllini, cəmiyyətin dəyişdirilməsi və mütərəqqi inkişafını təmin
edən dövlət quruculuğu və idarəçiliyinin effektiv modellərini və innovativ
texnologiyalarını hazırlamağa imkan verir.
Dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin mahiyyəti və xüsusiy-
yətlərinin düzgün dərk edilməsi məqsədi ilə hazırkı əsərdə, insan mədəniy-
yətinin bu vacib sahəsinin Şərq və Qərb ölkələrində təşəkkülü və inkişaf ta-
rixi və qanunauyğunluqlarını tədqiq etmək, sistemli kulturoloji yanaşmanın
köməyi ilə bu problemin başlıca nəzəri məsələlərini nəzərdən keçirməyə tə-
rəfimizdən ilk dəfə təşəbbüs edilmişdir. Nəzərə almaq lazımdır ki, “dövlət-
çilik” anlayışı geniş məna daşıyır. Bu termin həm dövlətin sinonimi kimi,
həm onun yaranma prosesində dövlət elementi kimi, həm hüquqi sistem da-
xil olmaqla, dövlət və ictimai-siyasi həyat institutları kimi, həm də sırf döv-
lət institutları (ictimai-siyasi institutlardan fərqli olaraq) kimi tətbiq olunur.
Bizim tədqiqat işimizdə “dövlətçilik” anlayışı “dövlət quruluşu”, “dövlət
qurulması”, “dövlət hakimiyyətinin qurulması” mənasında tətbiq olunur.
Dövlətçilik mədəniyyəti və dövlət idarəçiliyi mədəniyyəti bir-biri ilə sıx
əlaqədardır. Əgər dövlətçilik, hakimiyyət orqanları fəaliyyətinin müəyyən
nizam və prinsiplərini nəzərdə tutan dövlət qurumunu (quldarlıq, feoda-
lizm, kapitalist, unitar, federal və s.) ifadə edirsə, onda dövlət idarəçiliyi –
ideoloji xarakter və hakimiyyətin özü ilə şərtlənən, siyasi rejimlə sıx bağlı
olan, dövlətin həyat fəaliyyətini təmin edən intellektual, etik və inzibati-hü-
quqi metodlar sistemidir. Dövlətçilik – müəyyən idarə formasının, dövlət
aparatının, hüquqi və etik sistemin, ictimai münasibətlər mədəniyyətinin
aid olduğu ideologiyaya əsaslanan dövlət təşkilatıdır. Dövlətçilik mədəniy-
yəti bir çox cəhətdən mədəniyyətin - cəmiyyət, hakimiyyət, siyasi rejim,
mülkiyyət, hüquq, əxlaq, siniflər, silklər, sosial münasibətlər, siyasi partiya-
lar, ictimai təşkilatlar və s. kimi sosial institutlarının inkişaf səviyyəsindən
asılı olmuşdur və asılıdır. Qədim və orta əsrlər dünyasında dövlətçiliyin və
dövlət idarəçiliyinin bu və ya digər yaranma fərziyyələrini əks etdirən müx-
təlif konsepsiyalar L.Morqan, F.Engels, N.K.Mixaylovski, Henri Men, Ru-
Fuad Məmmədov
98
dolf Pampiriye, J.Hezertin və elmin bir çox digər etnoloq, sosioloq, tarixçi
və nəzəriyyəçilərinin tədqiqatlarında öz əksini tapmışdır. Dövlətçilik mədə-
niyyəti məsələləri yalnız xüsusi tarixi, o cümlədən, milli dövlətlərin yara-
dılmasına həsr edilmiş əsərlərdə (N.S.Derjavin, Y.V Qotye, V.İ.Piçet,
Z.R.Neyedla və b.) deyil, həm də “ilahiyyət təlimləri”, “müqavilə”, ”coğra-
fi”, “psixoloji” nəzəriyyələri, “sosial darvinizm”, “ictimai münasibətlər”,
“zorakılıq və işğalçılıq” nəzəriyyələri, ”fenomenoloji”, “marksist” konsep-
siyaları adı ilə məlum olan və dövlətçiliyin yaradılma səbəbləri, şərtləri və
üsullarının müxtəlif nöqteyi-nəzərlərini şərh edən digər bir sıra nəzəri əsər-
lər və konsepsiyalarda öz əksini tapmışdır. Cəmiyyətin siyasi təşkilatı olan
dövlət, müxtəlif siniflərin və sosial qrupların maraqları ilə sıx bağlıdır.
Müxtəlif sinfi cəmiyyətlərə ayrı-ayrı dövlətçilik tipləri uyğun gəlir - quldar-
lıq, feodal, kapitalist, sosialist. Tarixi tipindən asılı olmayaraq, hər bir döv-
lət - vasitəsilə cəmiyyətin idarə edilməsini həyata keçirən siyasi təşkilat ki-
mi, öz məzmunu, funksiyalarının qarşılıqlı əlaqəsi, fəaliyyətinin forma və
metodları ilə fərqlənir.
Ölkənin dövlətçilik mədəniyyətinə hər bir xalqın ümumilikdə mədəniy-
yətini müəyyən edən eyni əsas amillər təsir göstərir. Bu, təbii-coğrafi şərait,
xalqın genetik kodu, sosial mühit, tarixi şərait və mədəni mübadilədir. Biz
burada, yuxarıda adı çəkilən, beş obyektiv-tarixi amillə müəyyən edilən
dövlətçilik mədəniyyətinin, onun formaları və texnologiyalarının inkişaf
vektoruna uyğun ümumi qanunauyğunluğunun təzahürünü görürük ki, bun-
lardan sonuncu ikisi beynəlxalq münasibətlərlə sıx bağlıdır. Eyni zamanda
bu prosesdə subyektiv insan amili - insanın mədəniyyəti, öz zəmanəsini qa-
baqlayan, ağıllı siyasət və düzgün idarəetməni həyata keçirən görkəmli şəx-
siyyətlərin və liderlərin şüurlu təsiri həlledici əhəmiyyət qazanır. Xalqların
inkişaf səviyyəsi ilə diktə edilmiş bir sıra səbəblər dövlət təşkilatı və idarə-
etmə prinsiplərinin dəyişdirılməsinə imkan yaratdı. Həyat göstərdi ki, ida-
rəetmə bacarıqları heç də həmişə irsən ötürülmürdü, xalq hər hakimə eti-
mad göstərmirdi. Avropa dövlətlərində əcdadlarının hökmdar olduğunu gü-
man edən irsi kahinlərin yaranması müstəqil kahin nəsillərinin formalaşma-
sı ilə başa çatmadı, belə ki, Roma papası VII Qriqori nigahsızlıq institutunu
tətbiq etməklə, ruhaniləri ailə qurmaq hüququndan məhrum etdi.
Dövlətçilik mədəniyyətinin dəyəri onun sosial məzmunu və rolu ilə mü-
əyyən edilir. Demokratik ölkədə hakimiyyətin idarə və fəaliyyəti xalqın ira-
dəsi və fəaliyyəti ilə ayrılmamalıdır. Demokratik mədəniyyət prinsipləri
əsasında fəaliyyət göstərən müasir kapitalist dövlətində dövlət siyasəti mü-
əyyən sinif və qrupların deyil, bütün xalqın maraq və iradəsini ifadə etməyə
qabildir. Görünür ki, belə siyasətin ən uğurlu ifadələrindən biri - Norveç
Krallığında qəbul edilmiş “ümumrifah dövləti” formuludur. Vaxtaşırı məq-
İdarəetmə mədəniyyəti
99
sədyönlü mədəni islahatlar keçirilməsini tələb edən belə siyasətin həyata
keçirilməsində ziyalılara, hər şeydən əvvəl, intellektual elitaya məsul rol
ayrılır. İnellektual, etik və hüquqi mədəniyyətin qabaqlayıcı inkişafını tə-
min edən elmi əsaslı mədəni islahatlar olmadan cəmiyyətin effektiv iqtisadi
inkişafı, milli müstəqilliyi və sosial tərəqqisi, yüksək dövlətçilik və dövlət
idarəçiliyi mədəniyyətinə nail olma mümkün deyil. Cəmiyyətin və dövlətin
həyat fəaliyyətini təmin edən, elm, təhsil, istehsalat, incəsənət sahəsi və di-
gər sahələrdə məşğul olan ziyalılar intellektual azadlıqdan istifadə etməli-
dirlər. Onun üçün daha artıq əlverişli rejim şəraiti yaratmaq lazımdır, çünki
o, mədəniyyətin inkişafının başlıca hərəkətverici qüvvəsi, cəmiyyətin da-
vamlı inkişafinı, tərəqqi və təhlükəsizliyini təmin edən qüvvədir.
Dövlətçilik mədəniyyətinin mahiyyəti və xüsusiyyətləri daha çox dövlə-
tin daxili və xarici funksiyaları ilə xarakterizə edilir. Dövlətin başlıca vəzi-
fəsi cəmiyyətin sabit inkişafının, tərəqqi və təhlükəsizliyinin təmin edilməsi,
rifahının yüksəldilməsi, ictimai münasibətlərin öz vətəndaşlarının mədəniy-
yəti və maraqlarının harmonizasiyası əsasında tənzimləməsindədir. Bu
missiyanın həyata keçirilməsinə, uğurlu daxili inkişafa nail olma üçün əlve-
rişli xarici şəraitin yaradılmasına yönəldilən dövlətin xarici siyasəti, bütün
beynəlxalq münasibətlər sistemi də tabedir. Bu proseslərin effektivliyini tə-
min edən universal əsas və başlıca hərəkətverici qüvvə, demokratik ölkələr-
də inkişafı intellektual, etik, hüquqi və idarəetmə mədəniyyəti əsasında hə-
yata keçirilən ruhi mədəniyyətdir. Bəşəriyyətin yüksək ruhi mədəniyyətinin
əsasında onun xeyirxahlığa, həqiqətə və ədalətə bağlılığı durur.
Məlum olduğu kimi, dövlətin əsas əlamətləri: rəsmi siyasi hakimiyyət,
vətəndaşların ərazi təşkili və ölkənin müstəqilliyidir. Rəsmi hakimiyyət ida-
rəetmə aparatı vasitəsi ilə həyata keçirilir ki, bu və ya digər maraqların qa-
nunvericiliklə həyata keçirilməsinə imkan verən siyasi hakimiyyət onun
əlində cəmləşmişdır. Rəsmi hakimiyyətin həyata keçirilməsi dövlətin seçil-
miş və yaradılmış orqanlar sistemi vasitəsilə baş verir, burada hər bir həlqə
müəyyən fəaliyyət, səlahiyyət sahəsinə, öz xüsusiyyətləri ilə fərqlənən ida-
rəetmə texnologiyaları vasitəsilə dövlət adından fəaliyyət göstərmək kom-
petensiyasına malikdir.
Dövlət orqanları səlahiyyətlərinin xarakteri və həcmi ilə fərqlənirlər.
Ümumi və xüsusi (müəyyən sahəyə aid olan) kompetensiyanın ali, regional
və yerli orqanları mövcuddur ki, onların funksiyaları konkret idarəçilik və-
zifələri çevrəsi ilə cızılmışdır. Dövlət idarəçiliyi aparatının bütün tərkib
hissələri subordinasiya və koordinasiya prinsipləri əsasında vahid mexa-
nizm kimi fəaliyyət göstərir.
Fuad Məmmədov
100
Hakimiyyət səlahiyyətlərinə və onları təmin etmə (təşkilati-siyasi, hüqu-
qi və iqtisadi) vasitələrinə malik vahid dövlət orqanları sistemini təmsil
edən dövlət aparatına öz məqsəd və vəzifələrinə, yaradılma qaydasına,
kompetensiyasının həcmi və xarakterinə malik müxtəlif dövlət hakimiyyəti
orqanları daxildir. Bunlar – dövlət hakimiyyətinin səlahiyyətli orqanları;
dövlət idarəçilik orqanları, ədliyyə orqanları və prokurorluqlar; silahlı qüv-
vələr, dövlət təhlükəsizlik orqanları və ictimai asayişin mühafizəsi orqanla-
rı; diplomatik xidmət orqanlarıdır. Dövlət idarəçiliyinin mərkəzi, sahə və
yerli orqanları dövlət hakimiyyəti tərəfindən qəbul edilən qanunlar və digər
normativ aktlar əsasında fəaliyyət göstərirlər, onlara hesabat verirlər və nə-
zarəti altındadırlar.
Qanunvericiliklə hakimiyyət səlahiyyətlərinə malik dövlət idarəçilik or-
qanlarının funksiyaları və rolunun başa düşülməsi və qiymətləndirilməsi
aşağıdakı suallara cavab vasitəsilə həyata keçirilir: mövcud orqanın missi-
yasi nədir, öz missiyasını həyata keçirmək üçün o hansı məqsədləri əldə
rəhbər tutur, bunun üçün o nə edir, hansı texnologiyalar vasitəsilə qoyul-
muş məqsədlərə nail olur, onun strukturu necədir?
Məlumdur ki, kapitalist dövlətçiliyi İngiltərədə, ABŞ-da, Fransada və
Almaniyada daha tam inkişafa nail olmuşdur. Buna görə hazırkı kitabda,
başlıca olaraq, məhz bu ölkələrin dövlətçilik və dövlət idarəçiliyi təcrübəsi
nəzərdən keçirilmişdir. Lakin demokratik ölkələrdə qəbul edilmiş, bizi ma-
raqlandıran konkret idarəetmə mədəniyyəti texnologiyalarını təhlil etməz-
dən əvvəl, bu dünya mədəniyyəti sahəsinin təkamülünü düzgün anlamaq
üçün, qədim və orta əsrlər dövründə Qərb və Şərq ölkələrində dövlətçilik
və dövlət idarəçiliyinin formalaşması və inkişaf tarixinin bəzi xüsusiyyətlə-
ri ilə tanış olaq.
Baxmayaraq ki, dövlətçilik və dövlət idarəçiliyi ilk dəfə quldarlıq cəmiy-
yətində meydana gəlmişdir, artıq ibtidai-icma quruluşu şəraitində mədəniy-
yətin bu sosial institutlarının yaranması üçün ilkin şərait formalaşmışdır.
Məlum olduğu kimi, insan cəmiyyətinin heç bir təşkilati forması hakimiy-
yətsiz, idarəetmə və sosial normalarsız mövcud ola bilməz. Görkəmli Ame-
rika sosioloqu L.Morqan, özünün “Qədim cəmiyyət” fundamental əsərində
ibtidai özünüidarə xüsusiyyətlərini göstərmişdir ki, onun əsasını əmək pro-
sesinin ümumi mülkiyyəti təşkil edirdi, hakimiyyət forması isə icbarilik
aparatını tələb etməyən mənəvi avtoritet idi. Azadlıq, bərabərlik və qardaş-
lığa əsaslanan özünüidarə sisteminin ali orqanı ümumi yığıncaq idi ki, onun
üçün icmanın iradəsinin izharı ilə bağlı olan ibtidai demokratizm xarakterik
idi. Yığıncaq, müəyyən vaxt müddətinə, məhdud səlahiyyətlərlə, istənilən
vaxt geriyə çağrıla biləcək icma məsləhətçisini seçirdi. Müharibə vaxtı sər-
kərdə seçilirdi. İcmaların birliyi, təşkilati quruluşu icmanın özünə oxşar
İdarəetmə mədəniyyəti
101
olan fratriyanı (qardaşlıq) yaradırdı. Fratriyalarn birləşməsi tayfanı forma-
laşdırırdı. Tarixi inkişaf prosesində tayfaların ictimai-iqtisadi və ideoloji
konsolidasiyası prosesi baş verirdi, ümumi idarəetmə, torpağın birgə istifa-
dəsi və xarici sərhədlərin qorunması, adətlərin, sosial normaların, ənənələ-
rin formalaşması yaranırdı.
İctimai əmək bölgüsü ictimai münasibətlərdə dəyişikliklərə səbəb oldu,
istehsal qüvvələrinin inkişafını stimullaşdırdı. Heyvandarlığın ayrılması (ic-
timai əmək bölgüsünün birinci pilləsi) sərvətin artmasına imkan verdi və
müntəzəm mübadilə imkanı yaratdı. Bu dövrün dəyişiklikləri cəmiyyətin
azad insanlara (ağalar) və qullara bölünməsində ifadə olundu. Sənətkarlığın
əkinçilikdən ayrılması (ictimai əmək bölgüsünün ikinci pilləsi) mülkiyyət
təbəqələşməsinə - azad əhalinin varlılara və yoxsullara ayrılmasına səbəb
oldu. İnsanların xüsusi təbəqəsinin - ərzaq mübadiləsi ilə məşğul olan tacir-
lərin yaranması (ictimai əmək bölgüsünün üçüncü pilləsi) əmlak təbəqələş-
məsi prosesini dərinləşdirdi.
İctimai münasibətlərdə olan dəyişikliklər hakimiyyətin yeni formalarını
və cəmiyyətin yeni idarəetmə sistemlərini yaratdı: qəbilə, fratriya və tayfa-
nın demokratik özünüidarə orqanları, rəhbərlik etmə və həyat fəaliyyəti
proseslərinin və yeni sosial törəmələrin - siniflərin münasibətlərini tənzim-
ləmək zəruriliyi qarşısında qalan, fərqlənən tayfa əyanının avtoritar idarəet-
mə orqanlarına çevrilirdilər. Qədim cəmiyyətin həyat fəaliyyətinin yeni for-
ması - dövlətçilik belə əmələ gəlməyə başladı ki, onun da missiyası: isteh-
sal və istehlakla bağlı ümumi maraqların təmin edilməsi, ictimai münasi-
bətlərin tənzimlənməsi və xarici düşmənlərdən müdafiəsi oldu. Dövlət ha-
kimiyyəti olmadan, özünüidarənin köhnə icma sisteminin köməyi ilə daxili
ziddiyyətlərin həlli artıq mümkünsüz idi. Xüsusi mülkiyyətin meydana çıx-
ması əmlak sahibliyini tənzimləyən və ictimai münasibətləri dəyişən yeni
sosial qanunların yaradılmasını tələb etdi. Həyata keçirilməsi və tətbiqi
dövlət hakimiyyəti orqanlarının səlahiyyəti olan adi hüquq belə yarandı.
Bununla yanaşı cəmiyyətdə hüquqla deyil, insanların xeyir və şər haqqında-
kı təsəvvürlərinə əsaslanan etik normalarla tənzimlənən adət və ənənələr
saxlanılırdı. Dövlətçiliyin meydana çıxması ilə insanların hüquq düşüncəsi
dəyişilir. Torpaq, mal-qara və qullar üzərində şəxsi mülkiyyət yarandıqca,
müxtəlif icmaların qarşılıqlı münasibətləri arasında olan qədim qan qisası
adəti icmanın öz daxilində tətbiq olunan hüquq normasına çevrilir. Elə bu
dövrdə cinslərin hüqüqi bərabərsizliyi, atalıq hüququna əsaslanan yeni tipli
ailənin bərqərar olması meydana çıxdı.
Dövlətçiliyin inkişafı və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi
qanunauyğunluqlarını dərk etmək üçün quldarlıq ölkələrinin mədəniyyət ta-
rixinin, həmçinin Şərq və Qərb quldarlıq və feodal ölkələrinin sosial-mədə-
Fuad Məmmədov
102
ni təcrübəsinin vərəsəlik proseslərinin müqayisəli öyrənilməsi mühüm əhə-
miyyətə malikdir.
Quldarlıq dövlətçiliyinin formalaşması həm daxili, həm də xarici səbəb-
lərlə şərtlənirdi. Bir tərəfdən, qədim əkinçi icmalarının mədəni tərəqqisi,
sənətkarlıq və ticarətin inkişafı mülkiyyət təbəqələşməsini tezləşdirərək,
onların mənafeyini qoruyan sarsılmaz hakimiyyətin təşəkkül tapmasında
maraqlı olan iri mülkiyyətçilər və quldarlar sinfinin formalaşmasına imkan
yaradırdı. Digər tərəfdən, bu proses, həm daxili təhlükələrdən və xarici təh-
didlərdən müdafiə üçün, həm də ölkənin sosial-iqtisadi zənginləşməsi vasi-
təsi kimi baxılan istilaçı müharibələrin aparılması üçün zəruri olan ordunun
mərkəzləşdirilməsi tələbatı ilə şərtlənirdi. Bu tələbatlar nəticəsində seçkili
tayfa başçılarının irsi hakimiyyətli hökmdarlarla qanunauyğun əvəz edilmə-
si və insanların həyat fəaliyyətinin təşkil və idarə edilməsinin zəruri forma-
sı kimi dövlətin yaranması prosesi baş verdi.
Bəşəriyyətin ilk sivilizasiyalarının dövlətçiliyi qeyri-məhdud hakimiy-
yətli “ilahi mənşəli” hökmdarın mərkəzləşdirilmiş istibdad monarxiyalarını
və dövlət idarəçiliyinin mürəkkəb bürokratik sistemini ifadə edirdi. Qədim
Şərq ölkələrinin quldarlıq dövlətçiliyinin hər bir tipi üçün öz xüsusiyyətləri
xarakterik idi. Misir üçün bu, – mərkəzləşdirilmiş totalitar-istibdad rejim,
Babil üçün – güclü şəhər mədəniyyəti və iqtisdiyyatda xüsusi sektorun ol-
ması, Aşşur üçün – quldarlıq cəmiyyətinin hərbiləşdirilmiş xarakteri, Persi-
ya üçün – imperiya əyalətləri idarəçiliyinin federativ xarakteri, icma-kasta
sistemli Hindistan üçün – varnov-kasta sistemi ilə şərtlənən və ölkənin mə-
dəni bütövlüyü ilə bağlı siyasi parçalanma və dövlətçilik formalarının müx-
təlifliyi, Çin üçün – silki dərəcənin xas olduğu, sosial dərəcələrlə və konfut-
si-budda həyat fəlsəfəsi sistemi ilə mərkəzləşdirilmiş istibdad rejimi idi.
Şərq istibdadı ölkələrinin quldarlıq dövlətçiliyi üçün (Şumer, Babil, Aşşur,
Misir, Het şahlığı, Mitanni, Hindistan, Çin) ibtidai icma quruluşunun azad
əhalinin məcburi istismarı, patriarxal köləlik, torpağa kollektiv sahibliklə
kənd icmasının saxlanması, qəbilə əyanlar şurası, qan qisası hüququ və b.
institutların olması xarakterik idi. Uzaq keçmişlərin sinfi cəmiyyətlərinin
ümumi mədəni tərəqqisi fonunda, istismar formaları və istehsal tələbatları
arasındakı ziddiyyətlərin doğurduğu sosial-iqtisadi böhran, vaxtaşırı istib-
dad monarxiyalarının müvəqqəti zəifləməsinə və feodal-federal tendensiya-
larının və inkişaf formalarının güclənməsinə gətirib çıxarırdı. Müəyyən qa-
nunların tətbiqi yolu ilə quldarlıq cəmiyyəti ziddiyyətlərinin yumşaldılması
və öz hakimiyyətinin və var-dövlət payının artırılması üçün hakim sinfin
ayrı-ayrı qrupları arasındakı mübarizəni aradan qaldırmaq cəhdləri gözləni-
lən nəticələri vermirdi.
İdarəetmə mədəniyyəti
103
Dövlətçiliyin əmələ gəlməsi icmanın ümumi mülkiyyətindən cəmiyyətin
xüsusi mülkiyyətinə keçməsi ilə müşayiət olunurdu. Qədim Şərq dövlətçili-
yinin xüsusiyyətlərindən biri o idi ki, quldarlıq dövlətlərində mülkiyyət yal-
nız torpaq, əmlak, istehsal vasitələri ilə deyil, həm də istehsalın canlı qüv-
vəsi - qullarla təmsil edilirdi. Bir sıra alimlərin fikrincə, intellektual mədə-
niyyətin quldarlıq cəmiyyətləri hakim siniflərinin monopoliyasına çevril-
məsi insanın qabiliyyətləri və istedadının azad istifadəsi imkanlarını məh-
dudlaşdıraraq, bəşəriyyətin intellektual inkişafına böyük zərbə vurmuşdur.
Bu amil, qulların öz əməyinin nəticələrində maraqlı olmaması ilə, həmçinin
əqli və zehni əmək, şəhər və kənd, qullar və quldarlar arasındakı ümumi
ziddiyyətlərlə yanaşı, Qədim dünyanın sosial-mədəni tərəqqi templərində
mənfi əks olunurdu. Sənətkarların, kəndlilərin və əhalinin digər kateqoriya-
larının hüquqlarının qanunvericiliklə məhdudlaşdırılması ictimai münasi-
bətlərdə özünü heç də yaxşı göstərmirdi.
Qədim Şərq dövlətlərinin daxili və xarici siyasətinin əsasını, hər şeydən
əvvəl, quldarların hakim sinfinin maraqları təşkil edirdi. Daxili mühitdə
dövlət idarəçilik aparatı əkinçilik və tikinti sahəsində ictimai işlərin təşkili
üzrə fəaliyyəti təmin edir, mülkiyyətin qorunması, habelə qulların müqavi-
mətinin yatırılması və siyasi rejimin saxlanması məqsədilə dini müəssisələ-
rin (kahinlər dövlət aparatına daxil idilər) köməyi ilə cəmiyyətə ideoloji tə-
sir göstərmək funksiyalarını yerinə yetirirdi. Xarici siyasət sahəsində başlı-
ca idarəetmə vəzifələri: istilaçı müharibələrin həyata keçirilməsi və dövlət
xəzinəsinin doldurulması, ölkənin müdafıə qabiliyyətinin möhkəmləndiril-
məsi üçün muzdlu ordunun döyüş gücünün artırılması, hərbi-siyasi ittifaq-
ların yaradılmasına yönəldilmiş diplomatik fəaliyyət, habelə istila edilmiş
ərazilərin, əsasən vergi və baş vergisi yığılması yolu ilə idarə olunması idi.
Quldarlıq dövləti aparatına inzibati məmur aparatı, dövlət hakimiyyəti
orqanları, ordu, polis, məhkəmələr və həbsxanalar daxil idi. Dövlət idarəçi-
liyi sisteminin xüsusiyyəti bütün seçkili və təyin olunmuş vəzifələrin məva-
cibsiz olması idi və buna görə yalnız imkanlı adamlar tərəfindən tutula bi-
lərdi. Bu səbəbdən vəzifələrin tutulması yalnız əyanlar üçün mümkün idi.
Dövlətin əsas orqanları hərbi, maliyyə idarələri və ictimai işlər idarəsi idi.
Dövlətçilik mədəniyyətinin xüsusiyyətləri hər bir ayrı ölkənin inkişaf
mədəniyyətinin obyektiv-tarixi amilləri ilə şərtlənirdi. Quldarlıq dövlətçili-
yi mədəniyyətinin əsas formaları: monarxiya, zadəgan respublikası və de-
mokratik respublika idi.
Şərqin ilk monarxiya sivilizasiyalarında, onlar üçün səciyyəvi olan tor-
pağa xüsusi sahibliyin olmaması və suvarma əkinçiliyi ilə, bütün hakimiy-
yət irsi monarxa - sağlığında və ölümündən sonra monarxın şəxsiyyətini ilahi-
ləşdirən irsi zadəganlara söykənən istibdadçıya (ağaya, sahibkara) məxsus
Fuad Məmmədov
104
idi. İstibdad şərq monarxiya dövlətçiliyi üçün idarəetmənin mərkəzləşdiril-
məsi, dövlət başçısının təkbaşına hakimiyyətinin qeyri-məhdudluğu xarak-
terik idi. İstibdadçı idarəçilik aparatına başçılıq edirdi, təkbaşına qanunveri-
cilik, məhkəmə idarəçiliyi və orduya rəhbərlik hüququna malik idi.
Şərq istibdad hakimiyyəti ölkələrinin monarxiya dövlətçiliyindən fərqli
olaraq, Qədim Yunanıstanın demokratik dövlətçiliyi (Afina demokratiyası):
hakimiyyətin ali orqanı qismində xalq məclisinin fəaliyyəti, ümumi seçki
hüququ (vətəndaşlar üçün), hər il qanunlara yenidən səs verilməsi, vəzifəli
şəxslərin yenidən seçilməsi, dövlət vəzifələrinin seçki üsulu və haqqının
ödənilməsi xüsusiyyətləri ilə xarakterizə edilir. Lakin əhalinin 10-12%-ni
təşkil edən bütün vətəndaşların heç də hamısı eyni hüquqlardan istifadə et-
mirdilər. Yoxsul kəndlilər və sənətkarlar üçün siyasi hüquqların böyük
məhdudiyyəti müəyyən edilmişdir. Dövlət vəzifələrinin tutulması yüksək
əmlak senzi ilə tənzimlənirdi. Qadınlar siyasi hüquqlardan, ümumiyyətlə,
məhrum idilər.
Quldarlıq dövlətçiliyinin digər tipi - klassik nümunəsi Roma və Sparta
hesab olunan aristokratik respublika idi. Onun fərqi ondan ibarət idi ki,
dövlət hakimiyyəti ali orqanlarının seçilməsində iştirak etmək hüququna
yalnız imtiyazlı quldarlarlar malik idi. Azad əhalinin qalan hissəsi bu hü-
quqdan, ümumiyyətlə, məhrum idi. Qanunverici hakimiyyət rəsmən, qul-
darların daha varlı hissəsinin daxil olduğu xalq məclisinə mənsub idi. Əs-
lində tam hakimiyyətli orqan, iri hərbi-torpaq aristokratiyasının maraqlarını
təmsil edən senat idi. Senatorlar yüksək dövlət vəzifələrini tutan aristokrat-
lar ola bilərdilər, “senator” adının özü isə sonralar irsən ötürülürdü. Sparta-
da aristokratik respublika, həm qulları, həm də istila edilmiş vilayətlərin
hüquqsuz əhalisi – ilotları və ətraf vilayətlərin əhalisi - periekləri istismar
edən, ölkənin tam hüquqlu vətəndaşları olan, iri torpaq və mal-qara sahiblə-
rinin maraqlarının qanunverici ifadəsi idi.
Əksər quldarlıq ölkələrinin dövlətçiliyi, bir qayda olaraq, unitar, yalnız bəzi
hallarda və müəyyən zaman müddətində konfederasiya və ya federasiya xarak-
teri daşıyırdı. Unitar dövlət quruluşu, ölkənin bütün ərazisinin dövlət başçısına
tabe olduğu mərkəzləşdirilmiş hakimiyyət demək idi. Bununla bərabər ərazi
bölgüsünün əsas vahidi, kənd icması ilə təmsil olunan kənd idi.
Quldarlıq mülkiyyəti və quldarlıq istismar vasitəsi - quldarların iradəsi-
nə rəğmən qanun səviyyəsinə yüksəldilmiş, əhalinin sosial bərabərsizliyini
açıq şəkildə qanuniləşdirən quldarlıq hüququnda möhkəmləndirilmişdi.
Hüquq, quldarlıq ictimai münasibətlərini tənzimləyən müəyyən sərəncam
və qanunları təsdiqləyən mühüm dövlətçilik aləti oldu. Bərabər olmayan
hüquq səlahiyyəti prinsipi, həm də azad vətəndaşların hüquqi mövqeyinin
əmlak vəziyyəti ilə müəyyən olunmasında əks olunmuşdur. Məsələn, hüqu-
İdarəetmə mədəniyyəti
105
qi məhdudiyyət Qədim Babildə “muşkenə”, Qədim Romada “plebeylərə”,
Afinada “meteklərə”, həmçinin əcnəbilərə və qadınlara aid edilirdi. İctimai
münasibətlərin fəaliyyətini təmin edən quldarlıq hüququnun əsasını quldar-
lıq şəxsi mülkiyyətini tənzimləyən və qoruyan normalar təşkil edirdi. Belə-
liklə, dövlət idarəçilik vasitəsi olan hüquq, tədricən kollektiv mülkiyyəti sı-
xışdırıb aradan çıxardı və quldarlıq dövlətinin dayaqlarından biri olan şəxsi
mülkiyyəti təsdiq etdi. Qədim dünyada çoxlu qanunlar, o cümlədən, Ham-
murapi qanunları, Eşnuna qanunları, Şulqa qanunları (Mesopotamiya), Ma-
nu qanunları (Hindistan), Drakon qanunları (Yunanıstan), XII Cədvəl qa-
nunları (Roma) və başqa qanunlar yaradılmışdır. Lakin şəxsi mülkiyyətə
əsaslanan hüququn daha mükəmməl forması, sonralar burjua vətəndaş hü-
ququnun formalaşmasına böyük təsir göstərən Roma hüququ oldu. Quldar-
lıq cəmiyyətində hüquq yaradıcılığı dövlət hakimiyyəti orqanları və ya xü-
susi vəzifəli şəxslər tərəfindən hamı üçün məcburi qərarların dərc edilməsi
formasında həyata keçirilirdi. Romada bu funksiyalar senat və ya magistrlə-
rin ediktləri tərəfindən həyata keçirilirdi.
Qeyd etmək maraqlıdır ki, monarxiya və respublika zaman keçdikcə öz
sosial məzmununu dəyişərək, idarəetmə forması kimi feodal və kapitalist
ölkələrində də saxlanılmışdır. Məsələn, müasir Küveyt monarxiyadır.
Amma bu dövlətdə ölkənin hər bir vətəndaşı üçün sabit və ədalətli sosial
təchizatı təmin edən neftçıxarma istehsalı təşkilinin effektiv idarə edilməsi
və bölgü münasibətləri mədəniyyəti hesabına vətəndaşların yüksək rifah sə-
viyyəsi əldə edilmişdir. Humanist milli ideologiya ruhi (qeyri-maddi) isteh-
salla məşğul olan müəllimlərin, həkimlərin və başqa ziyalı nümayəndələrin
yüksək statusunu və həyat səviyyəsini təmin edir. Digər müasir monarxiya,
həmçinin neftçıxarma dövləti - Norveç Krallığı, əhalinin sosial təminatını
dövlət siyasətinin başlıca prioriteti kimi elan etmişdir. Pulsuz təhsil, pulsuz
səhiyyə, hər bir norveç ailəsi üçün fərdi yaşayış evlərinin güzəştli inşası –
bu, ümumrifah dövlətinin üstünlüklərinin tam siyahısı deyil.
Yeni eranın ilk yüzilliklərində dünya sivilizasiyasında, qədim zamanın
ən iri dövlətlərinin dağılması ilə müşayiət edilən, quldarlıq dövlətçiliyinin
böhranı müşahidə olunurdu. Bu böhranın xarakterik cəhətləri, siyasi hege-
monluq uğrunda mübarizədə istilaçı müharibələrə, zəbt edilmiş ölkələrdəki
qarətlər hesabına gəlirlərin artırılmasına, məhsulun əlavə artımının yenidən
zorla bölünməsinə əsaslanan beynəlxalq münasibətlər idi. Quldarlıq ölkələ-
rinin “rifaha belə yolu” onların proqressiv inkişafına kömək etmirdi. Proq-
ressiv inkişaf vektoru iqtisadi mədəniyyətin - əmtəə iqtisadiyyatının, torpa-
ğın istismarının arenda formasının, pul tədavülü və şəhərsalmanın inkişafı-
na diqqət ayırmış ölkələrdə müşahidə edilirdi. Məhz bu ölkələr feodal döv-
lətçiliyinin formalaşmasına tədricən yol açdılar.
Fuad Məmmədov
106
Bütövlükdə, quldarlıq quruluşundan, Şərq və Qərb xalqları üçün yeni
sosial-mədəni inkişaf imkanları açan feodal quruluşuna keçid, dünya mədə-
niyyəti və sivilizasiyasının inkişafında mütərəqqi addım oldu. Əgər klassik
quldarlığı keçirmiş Hindistan, Çin, İtaliya, Fransa, İspaniya və başqa bu ki-
mi ölkələrdə feodal dövlətçiliyi mədəniyyətinə keçid xalqların formalaşma-
sı üçün yeni pilləni ifadə edirdisə, quldarlığı tanımayan, ibtidai icma quru-
luşundan birbaşa feodalizm dövrünə daxil olmuş – İngiltərə, Almaniya, Ru-
siya, Polşa, Çexoslovakiya, Skandinaviya ölkələri və digər ölkələr üçünsə,
tayfa və tayfa birliklərindən xalqların yaranması tamamıilə yeni mədəni ha-
disə idi.
Feodalizm dövrü üçün şəhərlərin və yeni dövlətlərin sürətli inkişafı xa-
rakterik idi. Yeni, feodal mədəniyyətinin formalaşmasının əsas amilləri: fe-
odal mülkiyyəti və feodal ictimai münasibətlərinin yaranması, əmtəə-pul
münasibətlərinin, daxili bazarın çox sürətli inkişafı, iri dövlət mədəni mər-
kəzlərinin yaranması, inkişaf etmiş feodalizm dövründə isə - dövlətin siyasi
mərkəzləşməsinə artan tendensiya idi. Bununla belə, mədəni inkişafın qey-
ri-bərabər qanununa müvafiq olaraq, feodalizmə keçid dövründə dünyanın
müxtəlif hissələrində quldarlıq dövlətçiliyi və ibtidai cəmiyyət mədəniyyəti
mövcud olmaqda davam edirdi. Məsələn, icma mədəniyyəti Şərqi, Şimali
və Mərkəzi Asiyanın bir sıra tayfalarında, Avstraliya, Sakit və Hind okeanı
adaları əhalisində, Afrika və Latın Amerikası əhalisinin daha çox hissəsin-
də hələ uzun müddət saxlanılırdı.
İlkin feodalizmin əsas xüsusiyyəti ifrat pərakəndəlik idi. Hər bir müstə-
qil knyazlıq, hersoqluq və ya qraflıq, qismən iri feodal malikənəsi özünün
hərbi və inzibati aparatına malik az və ya çox dərəcədə müstəqil olan “döv-
lətdə dövləti” təmsil edirdi. Yalnız rəsmi olaraq kral hakimiyyətinə tabe
olan belə “dövlətlərdə” ümumi hakimiyyət feodala məxsus idi, ona səlahiy-
yət isə bağışlanma, ərazinin zəbt edilməsi yolu ilə və müddətlə əldə edilirdi.
Məsələn, alman millətinin Müqəddəs Roma İmperiyası bir-birindən asılı ol-
mayan 350-dən artıq xırda dövlətlərdən, krallıqlar, kurfürstlüklər (kurfürst -
Müqəddəs Roma imperiyasında imperator seçkilərində iştirak edən knyaz)
hersoqluqlar, knyazlıqlar, qraflıqlardan və azad imperiya şəhərlərindən iba-
rət idi. Tədricən feodallar içərisində ticarət və sənaye ilə məşğul olan
knyazlar xüsusi müstəqil idarəetmə statusu qazandılar. Onlar vergi müəy-
yənləşdirmək və yığmaq hüququna malik idilər, özlərinin daimi ordusu var
idi, müstəqil surətdə müharibələrə başlaya və başqa knyazlar və hökmdar-
larla sülh müqaviləsi bağlaya bilərdilər.
XIII-XV yüzilliklərdə İngiltərə, Fransa və bir sıra digər Avropa ölkələ-
rində siyasi mərkəzləşməyə ehtiyac yarandı. O, manifakturanın inkişafı və
əmtəə-pul münasibətlərinin natural təsərrüfatın əsasını sarsıtması ilə şərtlə-
İdarəetmə mədəniyyəti
107
nirdi. Rusiyada mərkəzləşdirilmiş Rus dövləti XV əsrdə, Zemstvo yığın-
caqlı monarxiya isə XVI əsrdə yarandı. Zadəganların, ruhanilərin və şəhər
əhlinin siyasi birləşməsi nəticəsində silki-nümayəndəli orqanlar, onların
əsasında isə silki monarxiyalar yarandı. Silki-nümayəndəli orqanlar İngiltə-
rədə - parlamentlə, Fransada - Baş ştatlarla, Rusiyada - Zemstvo Ali dini
məclislərlə, İspaniyada - korteslərlə təmsil olunurdular. Dövlət idarəçiliyi-
nin bu institutlarının əsas missiyası maliyyə yardımlarının səsə qoyulması
və qanunvericilik xarakterli tövsiyələrin hazırlanması idi.
Silki-nümayəndəli orqanlar zadəganlar, ruhanilər və üçüncü silk nüma-
yəndələrindən ibarət idi. Bu idarəetmə sistemi xüsusiyyətlərindən biri o idi
ki, müəyyən müddətlərdə bu orqanların çağırılması hüquqi cəhətdən mo-
narxın vəzifəsinə aid deyildi. XV əsrdə silklərin mübarizəsi və alman və
slavyan qaydalarının toqquşma meydanı olan Çexiyada ağası olmayan insa-
nın, ümumiyyətlə, yaşaya bilib-bilməməsi haqqında sual qoyulmuşdu. Bu
suala mənfi cavab verilirdi. Eyni dünyagörüşünə Böyük Fransa inqilabına
qədər mütləq hakimiyyətli Fransada rast gəlinir. Buna baxmayaraq, müxtə-
lif ölkələrin dövlətçilik mədəniyyətinin tarixi inkişaf prosesində köhnə və
yeni üsulun elementləri arasında, cəmiyyətin müxtəlif sosiumlarının maraq-
ları və mədəniyyətləri arasında, əvvəldən zəngin torpaq mülkiyyətinə və
nüfuza malik olan köhnə nəsillərin imtiyazları ilə yenilərin formalaşan hü-
ququ arasında dialektik mübarizə baş verirdi. Sonuncuların üstünlükləri on-
da idi ki, onlar köhnə təsəvvürlərin və qaydaların əsarətindən azad idilər, və
yeni ərazilərdəki həyat şəraiti ilə əlaqəli idilər. Bu, şəhər əhlinin torpaq
mülkiyyəti sahibkarlarından asılı olmaması ilə şərtlənən, əhalinin sürətli in-
kişafı və yeni şəhər mədəniyyətinin yaradılmasına kömək edirdi.
Bu dövrdə kral hakimiyyətinin mərkəzləşdirilməsinin əsas dayağı, göm-
rük maneələri, yerli vergilərin çoxluğu və digər məhdudiyyətlərlə bağlı
olan, maraqları feodal üsul-idarəsi ilə əzilən şəhər burjuaziyasının əmələ
gəlməsi oldu. Dövlət idarəçiliyinin mərkəzləşdirilməsi feodalların məhkə-
mə funksiyalarının tədricən aradan götürülməsi və pulkəsmənin kral səla-
hiyyətinə çevrilməsi, həmçinin kral ordusunun texniki cəhətdən yenidən si-
lahlanması idi. Knyazların separatizmi ilə mübarizəsində kral burjuaziyanın
dəstəyinə söykənirdi. Dövlət hakimiyyətinin mərkəzləşdirilməsi feodal öl-
kələrinin sosial-mədəni, o cümlədən, iqtisadi inkişafına müsbət təsir göstər-
di. Siyasi parçalanmanın saxlanıldığı Almaniya istisna olmaqla, Avropa öl-
kələrində ticarət-sənaye inkişafı dövlətçilik mədəniyyətinin və dövlət idarə-
çiliyinin təkmilləşdirilməsi də daxil olmaqla, ruhi və maddi mədəniyyətin
bütün sahələrində ciddi tərəqqini təmin etdi.
Silki monarxiyaların növbəti pilləsi mütləq monarxiya oldu. Onun əsası
zadəganlarla burjuaziya arasındakı kompromis oldu. Zadəganların və ruha-
Fuad Məmmədov
108
nilərin siyasi cəhətdən hakim sinif kimi qalmalarına baxmayaraq, kral haki-
miyyətinə dəstək verən və kapitalist elementlərinin inkişafına yardım edən
burjuaziya, dövlət hakimiyyətini və mühakimə üsulunu tədricən inhisara al-
dı. Burjuaziyanın iqtisadi gücü feodalları dövlətçiliyin idarəetmə, qanunve-
ricilik və məhkəmə fəaliyyəti kimi aparıcı mövqelərində ciddi güzəştlərə
getməyə məcbur etdi. Dövlət hakimiyyətinin mərkəzləşdirilməsi və mütləq
monarxiyanın qurulması müxtəlif ölkələrdə özünün milli xüsusiyyətlərinə
malik idi. İngiltərədə silki-nümayəndəli müəssisələr tamamilə hökumətə ta-
be edilmişdi, Fransa, İspaniya və Rusiyada onlar ləğv olunmuşdu. Mütləq
monarxiya (və ya mütləqiyyət) hakimin qeyri-məhdud hakimiyyəti demək
idi. Monarx qanunlar verir, məmurları təyin edir və dövlətin bütün gəlirləri-
ni toplayır və sərf edirdi. Monarxiya hakimiyyəti özünün başçılıq etdiyi da-
imi orduya, dövlət idarəçiliyinin müxtəlif sahələrini əhatə edən mərkəzləş-
dirilmiş məmur aparatına, dövlət xəzinə sistemini daxil edən kral xəzinəsi-
nə istinad edirdi.
Unitar dövlətçiliyin nisbətən proqressiv formasi kimi mütləqiyyətin ya-
ranması bir sıra səbəblərlə şərtlənirdi ki, onların arasında alimlər, - roma
dövlətçiliyi ideyasının bərpasını, XVI-XVII əsrlərdə kəndlilərlə feodallar
arasında mübarizənin kəskinləşməsi, kapitalist elementlərinin təsiri altında
feodal münasibətlərinin dağılmasını, şəhərlərin inkişafını, daxili bazarın
formalaşmasını, beynəlxalq ticarətin inkişafını və hakimiyyətə və məmur
aparatına burjuaziyanın iqtisadi təsirinin güclənməsini ayırırlar.
İnsan münasibətləri mədəniyyəti onunla şərtlənirdi ki, kapitalizmdən
fərqli olaraq, feodal cəmiyyətində ümumi hüquq və vəzifələr yox idi, imti-
yazların siyasi xarakteri isə bir silkdən digərinə keçidi bağlayırdı. Şübhəsiz,
feodal dövlətçiliyi və dövlət idarəçiliyi mədəniyyətinin formalaşmasında
yaradıcı-monarxların şəxsiyyətinin rolunu yenidən qiymətləndirmək çətin-
dir. Məsələn, Uinston Çörçill İngiltərənin siyasi inkişafında, parlament ida-
rəsi və vahid milli ingilis dövləti yaradan, feodal dünyasında ilk dəfə Bö-
yük Azadlıqlar Xartiyasını elan etmiş möhkəm və mübariz xarakterli şəx-
siyyətlərin rolunu xüsusi qeyd edir.
Artıq Qərbi Avropanın feodal cəmiyyəti içərisində şəhərliləri, “orta
silk” nümayəndələrini, bürgerləri burjuaziya adlandırmağa başladılar. Za-
manla burjuaziya, feodal cəmiyyətinin ali təbəqələrinə - zadəgan və din xa-
dimlərinə qarşı dura bilən sosium kimi inkişaf etməyə başladı. Sənətkarlıq
və ticarətlə məşğul olan burjuaziya pillə-pillə siyasi nailiyyətlər yolu ilə irə-
liləyir, azad şəhərlər və müstəqil şəhər respublikaları yaradırdı. Feodal cə-
miyyətinin inkişafı prosesində siyasi hakimiyyətə malik, lakin öz iqtisadi
əhəmiyyətini itirmiş zadəganlarla, hakimiyyətə malik olmayan, lakin iqtisa-
di qüdrətə yetişən burjuaziya arasında obyektiv ziddiyyətlər yarandı. Bu
İdarəetmə mədəniyyəti
109
qarşıdurma və münaqişələr burjuaziyanın, feodal üsul-idarəsindən narazı
olan xalqın ciddi rol oynadığı siyasi hakimiyyət uğrunda mübarizəsini sü-
rətləndirdi. Burjuaziyanın ciddi iqtisadi əsasına çevrilən manifakturaların
yaranması ilə o, zadəganların siyasi nüfuzu əleyhinə rol oynamağa və varlı
burjuaziyadan iqtisadi asılılığa düşən feodal dövlət hakimiyyətinə ciddi tə-
sir göstərməyə başladı. Orta əsrlərin sonunda yeni burjua (kapitalist) cə-
miyyəti ilə tarixi səhnədən getməkdə olan feodalizm arasında yaranan qar-
şıdurma şəraitində “vətəndaş cəmiyyəti” anlayışı yarandı. Bu uyğunsuzlu-
ğun dərk edilməsi dəyişən cəmiyyətə uyğun yeni tipli dövlətçiliyin yaran-
masına səbəb olan burjua sosial-mədəni inqilabı üçün göndəriş oldu. Yeni
dövr avropa dövlətçiliyinin əsas prinsipi sahibkarlıq və azad rəqabət üzərin-
də qurulan, vətəndaş cəmiyyətinin iqtisadi həyatına dövlətin qarışmaması
haqqında elan edən liberalizm oldu. Bu o demək idi ki, mədəniyyətin - is-
tehsal, mülkiyyət, əmək, ticarət və s. kimi sosial institutları dövlət hakimiy-
yəti və onun siyasi təşkilatının birbaşa müdaxiləsindən azad oldular. Burjua
sosial-mədəni inqilabları nəticəsində, istehsal vasitələrinə yiyələnən burjua-
ziya kapitalist cəmiyyətlərinin hakim sinfi oldu.
Kapitalist dövlətinin inkişafı Avropada və Asiyadakı burjua-demokratik in-
qilabları ilə şərtlənən feodal dövlətçiliyinin, ictimai münasibətlərin və dövlət
idarəçilik sisteminin dəyişdirilməsi yolu ilə həyata keçirilirdi. Bu proses nəticə-
sində cəmiyyətdə keyfiyyətcə yeni, demokratik mədəniyyət formalaşmağa, li-
beralizm prinsiplərinə əsaslanan demokratik dövlətçilik inkişaf etməyə başladı,
dövlət idarəçiliyinin demokratik üsuluna keçmə üçün qabaqcadan lazım olan
şərtlər yarandı. Yeni dövlətçiliyin və dövlət siyasətinin prioritetləri intellektual,
etik, hüquqi və idarəetmə mədəniyyəti oldu. Elmi-texniki və sosial tərəqqiyə
yetişmək, insanların rifahı və həyat keyfiyyətinin sabit inkişafını təmin etmək
məhz bu prioritetlər nəticəsində gözlənilirdi. Kapitalist mədəniyyətinin inkişa-
fında iki əsas pillə meydana çıxır: birinci pillə, bir-birindən dövlətçilik mədə-
niyyətinin xüsusiyyətləri, demokratiya və vətəndaş cəmiyyəti mədəniyyətinin
səviyyə və forması ilə fərqlənən milli dövlətlərin formalaşması ilə bağlıdır. Bu
dövlətlər sistemi Qərbi Avropada 1789-cu ildən 1871-ci ilə qədər formalaşmış-
dır. İkinci pillə, kapitalist dövlətlərinin beynəlxalq münasibətlər mədəniyyəti-
nin intensiv inkişafı və siyasət və iqtisadiyyatı əlavə etməklə, mədəniyyətlərin
yaxınlaşması əsasında əməkdaşlığın beynəlxalq strukturlarının yaradılması ilə
xarakterizə edilir.
Siyasi sabitlikdə əhəmiyyətli dərəcədə maraqlı olan, əvvəlcə kapitalın
əmək üzərində hakimliyi üstündə qurulan kapitalist dövləti, sonradan bütün
cəmiyyətin iradəsi və maraqlarının ifadəçisi olmaq və dövlətçiliyin qeyri-
sinfi xüsusiyyətinə nail olma zərurətini aşkar etdi. Bu məsələnin həlli stra-
tegiyasının əsasına əmək və kapitalın əməkdaşlığı prinsipi qoyulmuşdur,
Fuad Məmmədov
110
onun yerinə yetirilmə metodu isə şəxsiyyət və cəmiyyətin maraqlarının har-
monizasiyası, kapitalizm mədəniyyətinin sosialistləşdirilməsi, milli maraq-
lar prioritetinin qurulması əsasında ictimai münasibətlərdəki obyektiv zid-
diyyətlərin aradan qaldırılması oldu.
Orta əsrlərin sonu Avropa tarixi, hətta imperiya dövlətçiliyi şəraitində
dövlət idarəçiliyinin avtoritar sisteminin demokratlaşdırılması məqsədi ilə
dəyişikliklərin həyata keçirilməsinin zəruriliyini dərk edən mütərəqqi döv-
lət xadimlərinin olduğunu təsdiq edir. Onlardan biri XIX əsrin ikinci yarı-
sında Avropanın böyük dövlət xadimi, Alman imperiyasının banisi və ilk
dövlət kansleri, bir neçə sosial islahatlar elan edən Otto Bismarkdır. Özü-
nün siyasi təcrübəsi əsasında varislərini mümkün səhvlərdən qorumağa ça-
lışaraq, Bismark “oğullarıma və nəvələrimə keçmişi dərk etmə üçün və gə-
ləcəyə nəsihət” - “Düşüncələr və xatirələr”i qoyub getmişdir. XIX əsrdə al-
man imperiyası dövlət siyasətininin Bismark tərəfindən təhlili və tövsiyələ-
ri idarəetmə mədəniyyəti nöqteyi-nəzərindən olduqca dəyərlidir.
Almaniyada dövlət idarəçilik üsulunu təhlil edərək, Bismark patriarxal
rejim bürokratiyasını cəmiyyətin həyat fəaliyyətinə həddən artıq nəzarətinə
görə tənqid edirdi, amma bununla yanaşı kral hökuməti məmurlarının özlə-
rinin “düzgünlüyü, təhsilliliyi və nəzakətliyi” ilə fərqləndiklərini qeyd edir-
di. Onların xidmətlərinin qəbul edilməsinə mənfi təsir göstərən çatışma-
mazlıqlara, o, yerli şəraitin kifayət qədər tanınmamasını, işin effektivliyinə
təsir edən “yüksək məqsədləri” qoya bilmək bacarıqsızlığını, idarə olunan-
lara – contribuens plebs (haqq verən xalq), münasibətdə “amiranəliyi”, pe-
dantlığı və praktik həyatdan uzaqlığı, bürokratizmi aid edirdi. Bismarkın
tənqid obyekti, həm də qəbul edilən qərarların kollegiallığı idi ki, bu da
onun fikrincə, məmurların, qərarın düzgünlüyünün təminatı olan şəxsi mə-
suliyyət hissini azaldırdı. Bununla belə o, XIX əsrin sonlarında II Bilhelm
və kansler Kaprivinin “yeni kursu” çərçivəsində baş verən, imperiya bürok-
ratiyasının siyasiləşmə prosesləri ilə bağlı yeni korpusdan fərqli olaraq,
köhnə dövlət məmurlarının vicdanlı və ədalətli olmaq səyini qeyd edirdi.
İdeal kimi Bismark, ölkənin “müstəqil silki və ya peşəkar nümayəndəli-
yi” tərəfindən zəruri olan dərəcədə nəzarət ediləcəyi, nə monarxın, nə par-
lamentin mövcud hüquqi vəziyyəti birtərəfli qaydada dəyişdirə bilməyəcə-
yi, dövlətdə bütün baş verənlərin yalnız communi consensus (ümumi razı-
lıqla) aşkarlıq və mətbuatın açıq tənqidi və landtaqla (yerli qanunverici seç-
kili orqan – F.M.) dəyişdirilə bəiləcəyi” monarxiya hakimiyyətini təqdim
edirdi. O qeyd edirdi ki, mütləqiyyət hakimdən ilk növbədə qərəzsizlik,
düzgünlük, öz borcuna sədaqət, işgüzarlıq və ciddilik tələb edir. Amma mo-
narx bütün bu keyfiyyətlərə hətta malik olsa belə, “...şəxsi şöhrətpərəstlik
və təriflərə həssaslıq, dövləti kral mərhəmətinin bəhrəsindən məhrum edir,
İdarəetmə mədəniyyəti
111
belə ki, monarx hər şeyi bilən deyil və qarşısında duran bütün vəzifələri ey-
ni dərəcədə uğurla qavraya biməz”. “Saray cərəyanları və müxalifətin sahə
vətənpərvərliyinin” əksinə olaraq, Bismark dövlət maraqlarını müdafiə et-
məyə can atırdı. O, “...hökmdarı cilovlamağa çalışan, ona hökmdarlıq vəzi-
fələrini bütün həcmi ilə görməyə, sui-istifadənin qarşısını almağa mane
olan saray adamları, vəzifəpərəstlər və fantaziyaçılar“ tərəfindən hökmdara
olan təhlükə qorxusuna yol verməmək üçün parlamentdə və mətbuatda hö-
kuməti açıq tənqidin lehinə çıxış edirdi.
Qeyd etmək maraqlıdır ki, mənşəcə zadəgan və monarxist Bismark,
onun tərəfindən tətbiq edilən və 12 il müddətində sosialistlərə qarşı mövcud
olan, kapitalizmin obyektiv sinfi ziddiyyətlərini aradan qaldırmağı bacar-
mayan qanunlara baxmayaraq, əmin idi ki, respublika ən səmərəli dövlətçi-
lik formasıdır.
Dostları ilə paylaş: |