AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   2   3   4   5   6   7   8   9   ...   53

 

 

                                                            

8

 Əsas strateji mənbə kimi insan kapitalının inkişafı Azərbaycan üçün də prioritet əhəmiyyət 



daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev tərəfindən insan kapitalı - 

milli inkişafın başlıca strateji resursu kimi müəyyən edilmişdir. Bu prinsipin reallaşdırılması 

məqsədi ilə respublikada müvafiq dövlət proqramları həyata keçirilir, o cümlədən, ölkədə və 

onun hüdudları xaricində dünya elmi və  təhsilinin nailiyyətləri, həmçinin  əhalinin 

kulturoloji maarifləndirilməsi  əsasında, yüksək ixtisaslı kadrlar hazırlanır. 2009-cu ildə 

Azərbaycan elminin strateji inkişafının başlıca konsepsiyaları hazırlanmış və ölkə Prezidenti 

yanında Elmin İnkişaf Fondu yaradılmışdır. YUNESKO-nun baş direktoru ilə aparılan 

razılaşma  əsasında, Azərbaycan elminin təşkili, idarə edilməsi və maliyyələşdirilməsi üzrə 

təkliflərin hazırlanması üçün respublikaya YUNESKO-nun elmi ekspertləri dəvət 

olunmuşlar. 

 

 


Fuad Məmmədov

 

 

60



Milli və beynəlxalq idarəetmə mədəniyyəti 

 

Hələ qədim zamanlardan bizim günlərə kimi, hakimiyyət – ayrı-ayrı in-



sanların, xalqların, millətlərin və dövlətlərin həyatını, fəaliyyətini və taleyi-

ni müəyyən edib və müəyyən edir. Demokratik mədəniyyətdə dövlət insan-

lar tərəfindən öz həyat fəaliyyəti tələbatlarını  təmin etmə, öz maraq və 

məqsədlərinə nail olma vasitəsi kimi yaradılır. 

Demokratik dövlətdə hakimiyyət xalqın iradəsinin mücəssəməsidir. 

Onun təyinatı xalqın rifahının və  həyat keyfiyyətinin təminatıdır, insanlar 

isə təbəə yox, azad vətəndaşlardır. Тəyinatına görə demokratik hakimiyyə-

tin öhdəsinə yüksək siyasi və mənəvi məsuliyyət düşür.  

Hakimiyyətin məhdudlaşdırılması və bölüşdürülməsi prinsipi, onun xal-

qа hesabat verməli olması, qanunun aliliyi - demokratiyanın siyasi mədə-

niyyətinin təməl daşı, Qərb ölkələrinin dövlət idarəçiliyinin ideoloji və hü-

quqi əsasıdır. Müasir qərb sisteminin dövlət inzibati idarəçiliyi üçün xarak-

terik cəhət: siyasiləşmənin artması, fəaliyyət sahələrinin bölüşdürülməsi və 

idarəçilik  əməyinin gələcək differensiasiyası, səmərəliliyin yüksəldilməsi 

yollarının axtarışı, innovativ fəaliyyətin genişləndirilməsi, idarəçi kadrların 

hazırlığının təkmilləşdirilməsi, idarəetmə üsulunun dəyişdirilməsi və s.-dir. 

“Ümumi rifaha” istiqamətlənən dövlət qulluğu institutunun formalaşdığı 

dövrdən fərqli olaraq, müasir inzibati-dövlət idarəçiliyi, əsasən, konkret si-

yasi maraq və  məqsədləri nəzərdə tutan “siyasi bürokratiya” konsepsiyası 

üzərində qurulmuşdur. Müasir dövr üçün qanunauyğun hal almış, siyasi və 

inzibati funksiyaların bir hissəsinin inteqrasiyasını, məmurların yüksək ixti-

sas səviyyəsini, onların müstəqillik və məsuliyyətinin artırılmasını şərtlən-

dirən dövlət qulluğunun siyasiləşməsi - ekspertiza və diskresion fəaliyyətini 

idarəçilik fəaliyyətinin önünə çıxarmış bürokratiyaya qərarların qəbul edil-

məsi və dövlət proqramlarının müstəqil işlənib hazırlanması üçün yeni im-

kanlar açmışdır. Bununla yanaşı, dövlət aparatının siyasiləşmiş rəhbərlərin-

dən fərqli olaraq, sıravi dövlət qulluqçuları öz xidməti vəzifələrini yerinə 

yetirərkən, siyasətdən kənarda qalırlar, yalnız qanunun tələblərini əldə rəh-

bər tuturlar. Müasir şəraitdə idarəçi kadrların peşə karyerasına təsir göstə-

rən dövlət qulluqçularının fəaliyyətinin qiymət meyarları əhəmiyyətli dərə-

cədə  dəyişmişdir. Dövlət qulluğunun - uzun müddətli xidmət, iş stajı, yaş 

kimi ənənəvi göstəriciləri məmurların vəzifə yüksəlişində daha rol oynamır. 

Yüksək idarəetmə mədəniyyəti, şəxsi təşəbbüs, işgüzar keyfiyyətlər, inno-

vatıv fəaliyyət, son nəticələrin yüksək səmərəliliyinə istiqamətlənmə, insan-

larla işləmək bacarığı  və s. kimi parametrlər – müasir bürokratın karyera 

yüksəlişinə təsir edən meyarlar olmuşdur. Demokratik ölkələrin dövlət ida-

rəçiliyi mədəniyyətində dövlət qulluğu sistemində parlament və ədliyyə nə-



İdarəetmə mədəniyyəti 

 

61



zarəti mühüm yeri tutur. Parlament müvəkkilinin vasitəçilik institutu qa-

nunverici və icra hakimiyyətləri arasında ziddiyyətləri aradan qaldırıb, mü-

nasibətləri harmonizasiya etmək iqtidarındadır.  

Məlumdur ki, milli, sosial və ümumbəşəri dəyərlərin və ölkə vətəndaşla-

rının maraqlarının əsas konsolidasiya forması olan hüquqi dövlətdə - dövlə-

tin məqsədləri və iradəsi inzabati-dövlət idarəetmə sisteminin köməyi ilə 

reallaşdırılır. İnzibati dövlət idarəçiliyi termini ilk dəfə, 1986-cı ildə demo-

kratik hökuməti elmi idarəetmə metodları olmayan, səriştəsiz elan edən 

ABŞ-ın respublika partiyasının proqramına daxil edilmişdir. 1990-cı ildən 

dövlət inzibatçılığı ABŞ-ın və  Qərbi Avropanın aparıcı ali məktəblərində 

tədris proqramlarının bir hissəsi oldu. İdarəetmə  mədəniyyətinin tədqiqat 

prinsipləri kimi, elmdə qəbul olunmuş – analiz və sintez, induksiya və de-

duksiya, müqayisə və ümumiləşdirmə prinsiplərindən istifadə edilir. Мeto-

doloji baxımdan, idarəetmə mədəniyyəti problemlərinin nəzəri təhlili üçün, 

kulturologiyada tətbiq edilən, təhlilin müxtəlif metodlarını  nəzərdə tutan 

sistemli yanaşmadan istifadə edilir. Bu metodların məcmusu siyasi, sosial 

və iqtisadi xarakterli strateji qərarların hazırlanması və qəbul edilməsi üçün 

praktik əhəmiyyət daşıyır. Dövlət qulluğu, idarəetmə elminə istinad edərək, 

cəmiyyətin rifahı və təhlükəsizliyinin, sosial tərəqqinin və dövlətin özünün 

həyat qabiliyyətinin asılı olduğu strateji məsələlərin həllini təmin edir.  



Müasir demokratik ölkələrdə dövlət idarəçiliyi - insanların maddi rifahı-

nın və  həyat keyfiyyətinin yüksəldilməsinin, ictimai tərəqqinin və xalqın 

təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyan, cəmiyyətin istehsal və 

sosial həyat fəaliyyətinin təşkili üzrə dövlət aparatının fəaliyyətidir. Dövlət 

idarəçiliyi dövlət quruculuğunun bütün başlıca proseslərinin (iqtisadi inki-

şaf, elm, təhsil, maarif, incəsənət, texnika, texnologiya və insanların digər 

fəaliyyət sahələrinin) elmi əsaslar üzrə planlaşdırılmasını və dünya siviliza-

siyasının zaman və  məkan çərçivəsində ölkənin gələcək inkişafının proq-

nozlaşdırılmasını  nəzərdə tutur. Dövlət idarəçiliyinin mühüm prinsiplərin-

dən biri – məmurlarım məsuliyyət mədəniyyətinə əsaslanan, qanunların də-

qiq və şərtsiz icrasını, dövlət aparatının fəaliyyətində nizamın və dövlət in-

tizamının qorunmasını  nəzərdə tutan qanunilikdir. Dövlət quruculuğu və 

dövlət idarəçiliyində qanunilik prinsipinə riayət edilməsi, - dövlət orqanla-

rının ölkə konstitusiyasına ciddi uyğunluqda yaradılması; hər bir orqanın və 

müəssisənin səlahiyyət hədlərinin dəqiq müəyyən edilməsi; dövlət hakimiy-

yətinin ali orqanları tərəfindən qəbul edilən dövlət normativ aktlarının qa-

nunlara tam uyğunluğu; vəzifəli şəxslər və ölkə vətəndaşları tərəfindən qa-

nunun tələblərinin və digər normativ aktların yerinə yetirilməsinin məcburi-

liyi ilə şərtlənir. Demokratik ölkələrdə ölkənin idarə edilməsində dövlət or-


Fuad Məmmədov

 

 

62



qanları ilə yanaşı qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları  və digər 

ictimai birliklər də iştirak edir.  

Dövlət müstəqilliyi, davamlı inkişaf, rəqabət qabiliyyəti və dövlətin təh-

lükəsizliyi ilə  şərtlənən ruhi və maddi istehsalın bütün sahələrində inkişaf 

sürəti və fəaliyyət keyfiyyəti dövlət idarəçiliyi effektivliyindən həlledici də-

rəcədə asılıdır. Qeyri-məhsuldar dövlət idarəçiliyi bağışlanılmaz vaxt itkisi-

nə, insanın, maliyyə və xammal ehtiyatlarının özünü doğrultmayan (bəzən 

isə əvəzedilməz) israfına gətirib çıxara bilər.  



Demokratik idarəçilik mədəniyyətinin əsas tələblərindən biri, demokra-

tik dövlətlərin malik olduğu idarəçilik strukturlarının - hakimiyyət səlahiy-

yətlərinin, inzibati, maliyyə və hüquqi vəsaitlərin cəmiyyətin inkişafı, rifa-

hın və həyat keyfiyyətinin yüksəldilməsi maraqlarında düzgün istifadə edil-

məsidir. Sovet dövründən irsən keçmiş köhnəlmiş  mədəniyyət sistemi və 

quruluşu, dövlət idarəetmə mexanizmlərinin qeyri-mükəmməlliyi - kulturo-

loji innovasiyalar üzərində qurulmuş, dünya sivilizasiyasının inkişaf təcrü-

bəsini yaradıcılıqla istifadə edən demokratik idarəetmənin yeni texnologi-

yalarının köməyi ilə aradan qaldırıla bilər və aradan qaldırılmalıdır.  

İctimai münasibətlərin möhkəmləndirilməsi və  tənzimlənməsinin mü-

hüm xidmət vasitəsi olan hüquq, - dövlətçilik və dövlət idarəçiliyinin inki-

şafında böyük rol oynayır. Demokratik ölkələrdə hüquq obyektiv tarixi xa-

rakter daşıyır, müəyyən sosiumların korporativ maraqlarını əks etdirən sosi-

al sifarışlərin icra vasitəsinə deyil, bütün cəmiyyətin ümummilli həmrəylik 

maraqlarına xidmət edir. Məlumdur ki, tarixi səciyyəsindən asılı olmayaraq, 



hər bir dövlət mütləq  onun iradəsini ifadə edən hüquq yaradır və istifadə 

edir, onun köməyi ilə öz funksiyalarını həyata keçirdiyi qanunları təyin və 

tətbiq edir, hökumət orqanları ilə qarşılıqlı münasibətləri tənzimləyir, və-

təndaşların hüquqları  və  vəzifələrini müəyyənləşdirir. Beləliklə, heç bir 

dövlətçilik dövlət tərəfindən qurulmayan, tətbiq edilməyən və qorunmayan 

hüquq olmadan keçinə bilməz. Hüququn sosial mahiyyəti dövlətin ruhi və 



maddi mədəniyyəti, rəhbərlərin şüuru və iradəsi, cəmiyyətin tarixi şəraitlə 

şərtlənən tələbatları, onun inkişafının ideoloji istiqamətləri, siyasi və iqtisa-

di xüsusiyyətləri ilə müəyyən edilir.  

Tarixi inkişaf prosesində insan münasibətləri mədəniyyətinin təsiri altın-

da dövlətin və hüququn xarakteri dəyişir. Əgər quldarlıq və feodal cəmiy-

yətlərində, həmçinin kapitalist və sosialist dövlətçiliyinin ilkin mərhələlə-

rində dövlət və hüquq - bəzi siniflərin digər siniflər üzərində diktatura və 

monopoliya hökmranlığı vasitəsi kimi nəzərdən keçirilirdisə, müasir de-

mokratik ölkələrdə bu, sosial institutların təkamül inkişafının - şəxsiyyətin 

və cəmiyyətin maraqlarının ahəngdarlıq vasitələri kimi nəzərdən keçirilmə-

si qəbul edilmişdir.  


İdarəetmə mədəniyyəti 

 

63



Demokratik dövlət, hüququ - özünün xüsusi fəaliyyətini təmin edən və 

bütün xalqın iradəsini, onun təbii həyati maraqlar cəmini ifadə edən norma 

(davranış qaydaları) və prinsiplər sistemi kimi təyin və tətbiq edir. Demo-

kratik ölkələrin dövlət idarəçiliyi aparatının texnoloji ehtiyatında hüquq, - 

səmərəli sosial dəyişikliklərə, ictimai ziddiyyətləri aradan qaldırmağa, cə-

miyyətin harmonik və mütərəqqi inkişaf məqsədlərinə nail olmağa yardım 

edən mühüm mədəni vasitədir. O, obyektiv tarixi xarakter daşıyır, bütün cə-

miyyətin ümummilli həmrəylik maraqlarına xidmət edir.  

Мilli və beynəlxalq inkişaf üçün idarəetmə mədəniyyəti strateji əhəmiy-

yətə  və geniş imkanlara malikdir. İdarəetmə  mədəniyyəti – ictimai rifahın 

yüksəldilməsi, ölkələrin və xalqların təhlükəsiz inkişafı və tərəqqisinə nail 

olma maraqlarında insanın, cəmiyyətin və dövlətin inkişafının idarə edilmə-



sinə istiqamətlənmiş elmi biliklər, texnologiyalar, mütəşəkkillik, etika və 

rəhbərlik fəaliyyətidir. O, qoyulmuş məqsədlərə nail olmaq və idarə edilən 

obyektin inkişafında effektivliyi təmin etmək üçün düzgün siyasi, iqtisadi 

və ya sosial qərarlar qəbul etməyə imkan verən idarə personalının dərin pe-

şəkar biliklərini, bacarığını, hüquqi savadını, məsuliyyətini nəzərdə tutur. 

Ümuni mahiyyətə, məqsəd və qanunauyğunluqlara malik olaraq, müəyyən 

proses və texnologiyalarda təmsil olunaraq, o, dünya sivilizasiyasının mə-

kan və zaman çərçivəsində özünün tarixi və nəzəriyyəsinə, peşəkar, hüquqi 

və etik xüsusiyyətlərinə, siyasi, iqtisadi, sosial və fərdi sahələrdə nailiyyət-

lərinə və imkanlarına malikdir. Bu, gərgin əmək, istedad və intuisiya, daimi 

özünütəkmilləşdirmə, başqa insanlar üçün yaşamaq bacarığı, dövlət və ya 

birliк tərəfindən qoyulmuş inkişaf vəzifələrinin effektiv həllinə nail olmağı 

tələb edən mürəkkəb prosesdir. Bu həm də liderlərin - universal elmi bilik-

lərlə, idarəetmə texnologiyalarına yiyələnməklə, təcrübə, mütəşəkkillik, in-

tizam və hüquq qaydası, müstəqillik, siyasi və mənəvi məsuliyyət, möhkəm 

iradə, düzgünlük və yüksək peşəkar etika, mədəniyyəti harmonizasiya et-

mək bacarığı  və kollektiv üzvlərinin maraqlarını  təmin etməklə  şərtlənən, 

məqsədyönlü mənəvi yaradıcı fəaliyyət hüququdur.  

İdarəetmə  mədəniyyəti  idarəçilik fəaliyyətinin səviyyəsini, xarakterini 

və nailiyyətlərini, idarəçilik obyektləri və subyektləri arasındakı münasibət-

ləri tənzimləyən dəyərlərin, normalar və ənənələrin məzmununu və keyfiy-

yətini, dövlətin, siyasətin, təşkilatın həyat fəaliyyətinin, iqtisadi və sosial 

institutların, bütövlükdə cəmiyyətin idarə edilməsinin effektivliyini əks et-

dirir.  Bu zaman milli idarəetmə  mədəniyyətinin səviyyəsi  cəmiyyətin və 

dövlətin intellektual, etik və hüquqi mədəniyyətinin birgə səviyyəsi, həmçi-

nin bütün səviyyələrdə siyasətçi və inzibatçıların, rəhbər və liderlərin elmi 

bilikləri və təcrübəsi, mütəşəkkilliyi və mənəvi-etik prinsipləri ilə müəyyən 

edilir. 


Fuad Məmmədov

 

 

64



İdarəetmə mədəniyyəti özündə həm idarəçilik fəaliyyətinə xas qayda və 

üsulların toplusu kimi mahiyyət və proses, statikadan və dinamikadan iba-

rət sabit kəmiyyətləri, həm də dialektik dəyişikliklərə məruz siyasi proseslə-

rə xas dəyişən kəmiyyətləri birləşdirir. Eyni zamanda mədəniyyətin ictimai-

faydalı fəaliyyəti yerinə yetirən bütün sosial institutları idarəetmə mədəniy-

yətinin görüş dairəsindədir. Bu, həm də təşkiletmə və idarəetmə sisteminin 

cəmiyyətin sosial mədəniyyətinin bütöv qarşılıqlı əlaqəli sisteminin bir his-

səsi olması ilə bağlıdır. İdarəetmə mədəniyyətinin mühüm komponentləri – 

dövlət, iqtisadi və sosial idarəetmə, insanları idarə etmək bacarığı ilə şərtlə-

nən liderlik mədəniyyətidir.  



İdarəetmə mədəniyyəti konkret vəziyyətdə düzgün istiqamətləndirməyə, 

cəmiyyətin inkişaf perspektivini görməyə, yüksək inkişaf dinamikasını  və 

dövlətin rəqabət qabiliyyətini təmin edən kulturoloji innovasiyaları müdafıə 

və inkişaf etdirməyə imkan verir. O özündə universal kulturoloji bilikləri, 

idarəetmə elminin tarixi, fəlsəfəsi, nailiyyətləri, texnologiyalarını  və mü-

rəkkəb idarəetmə problemlərini, müxtəlif vəziyyətləri və dəyişən şəraitləri 

daha yaxşı tərzdə təhlil etməyə, balanslaşdırılmış siyasi, sosial, iqtisadi və 

beynəlxalq qərarlar qəbul etməyə, dünya sivilizasiyasının inkişaf tendensi-

yalarını nəzərə alan gələcəyin pozitiv obrazını qurmağa imkan verən komp-

leks metodologiyanı təcəssüm etdirir. İdarəetmənin effektivlik meyarı - ida-

rəçilik fəaliyyətinin konkret nəticələri, milli inkişaf və ictimai tələbatların 

təmin edilməsi üçün onun praktik dəyər səviyyəsidir.  



İdarəetmənin mürəkkəbliyi həm də onunla şərtlənir ki, müxtəlif insanlar 

eyni bir əşyaları, təzahürləri, faktları, hadisələri fərqli anlama səviyyəsinə, 

öz fikirlərini müxtəlif cür ifadə etmək qabiliyyətinə malikdirlər.  İnsanın 

psixoloji xüsusiyyətləri və  qənaətləri ilə  şərtlənən  ətraf aləm haqqında tə-

səvvürləri, şəxsiyyətin şüurunda mənasını müxtəlif cür dəyişərək, ayrı-ayrı 

çalarlar və təfərrüatlar qazana bilər. Bu qanunauyğunluğa görə insanın ida-



rəetmə mədəniyyəti - insan şəxsiyyətinin tərbiyəsi, xarakteri, bilikləri, qabi-

liyyətləri, təcrübəsi, iradəsi,  əqidəsi, motivləri, dəyərləri və  məqsədləri ilə 

şərtlənən bir çox müxtəlif hədlərə malikdir. Müvəffəqiyyət orada əldə edilir 

ki, idarəetmə mədəniyyəti - insanın, sosial qrupun, cəmiyyətin, dövlətin və 

ya beynəlxalq birliyin fəaliyyətlərinə rəhbərlik üzrə dəyişən dünya şəraitin-

də onların inkişaf gedişini istiqamətləndirən və sosial-mədəni tərəqqini tə-

min edən  şüurlu humanist fəlsəfəni və  fəaliyyətin optimal texnologiyasını 

özündə sintez edir.  

Kollektivi idarə etmədə rəhbərlərə, liderlərə xüsusi rol məxsusdur. Rəh-

bərin idarəetmə mədəniyyəti – onun peşəkarlığı və etikasının sintezidir. Bu, 

məqsədləri düzgün qoymaq, “zəif cəhətləri” aşkar etmək, prioritet məsələ-

ləri və onların daha effektiv həlli metodlarını təyin etmək məharətidir, bu, 


İdarəetmə mədəniyyəti 

 

65



açıq çıxış  və  fərdi söhbətlər, koordinasiyanı, effektiv monitorinqi həyata 

keçirmək və şəxsi fəaliyyətin proqnozlaşdırılması bacarığına malik olmaq-

dır. Nəhayət, bu - özünütəkmilləşdirmə qabiliyyəti, meydana çıxan prob-

lemlərin həllinə yeni yanaşmaların aşkar edilməsi, innovativ fəaliyyəti inki-

şaf etdirmək bacarığı və onun praktik reallaşdırılmasına yardım etmək ba-

carığıdır. O, xüsusi nəzəri biliklər və praktik vərdişlər, təcrübə, dürüst mə-

lumat, faktların düzgün təhlilində intuisiyanın olmasını nəzərdə tutur. Rəh-

bərin idarəetmə mədəniyyətinin parametrləri – iradə və qətiyyət, məsuliyyət 

və zamanı duymaq, insanlarla yaxşı münasibətlər qurmaq və onların məh-

suldar işini əsaslandırmaq bacarığıdır. Cəmdə bu amillər effektiv idarəetmə 



üçün üstün əhəmiyyətə malikdir və düzgün siyasi, sosial və iqtisadi qərarla-

rın qəbul edilməsini təmin edir. İdarəetmə mədəniyyəti rəhbərə konkret və-

ziyyətlərdə düzgün istiqamətlənməyə, cəmiyyətin inkişaf perspektivlərini 

görməyə, dövlətin inkişafının və rəqabət qabiliyyətinin yüksək dinamikası-

nı  təmin edən kulturoloji innovasiyaları müdafiə  və inkişaf etdirməyə kö-

mək edir. Rəhbərin idarəetmə  mədəniyyəti  mütərəqqi sosial-mədəni dəyi-

şikliklərin keçirilməsi və böhranların aradan qaldırılması, inkişafın bütün 

səviyyələrində harmoniyaya nail olmaq üçün elmi əsaslı təhlili yerinə yetir-

məyə imkan verir.  

Dünya sivilizasiyası təcrübəsi göstərdi ki, bu gün ölkənin sabit inkişafı 

üçün yüksək inkişaf etmiş elm və müasir istehsal texnologiyalarının, ixti-

saslı alim və mütəxəssislərin olması kifayət deyil. Milli inkişafın uğuru – 

ideoloqların, siyasətçi və idarəçilərin mədəniyyətindən həlledici dərəcədə 

asılıdır.  Nailiyətlərə qiyməti ideoloqlar və siyasətçilər verirlər. Hadisələr, 

insanlar, tarix, kəşflər, ixtiralar və ya qəhrəmanlıqlar haqqında xalqın ob-

yektiv və ya subyektiv, həqiqi və ya yalan təsəvvürləri məhz onların inter-

pretasiyasından asılıdır. Alimlərin və mütəxəssislərin fəaliyyətinin kim tərə-



findən və necə idarə edilməsindən,  onların intellektual potensialının və 

əməyinin milli inkişaf maraqlarında nə dərəcədə düzgün qiymətləndirilmə-

sindən və səmərəli istifadəsindən çox şey asılıdır. Ölkənin sabit inkişafında, 

milli maraqların və artan milli tərəqqinin qorunmasında  dövlət idarəetmə 



mədəniyyətinin böyük rolu aydın olur. Qeyri-effektiv idarəetmə  iqtisadiy-

yatda, siyasətdə və ictimai psixologiyada böyük itkilərə doğru aparır. Təc-

rübə göstərir ki, insan kapitalına, ilk növbədə, insanların həyat keyfiyyəti-

nin yüksəldilməsini təmin edən elm, təhsil, səhiyyə kimi sahələrə qoyulan 

investisiyalar daha effektiv hesab edilir. 

İdarəetmə prosesinin effektivliyi gerçəkliyin dərkinə  və proqressiv dəyi-

şikliyə, sosial tələbatlar və maraqların təmin edilməsinə yönəldilmiş, idarə 

olunan obyektlərin (ayrı-ayrı insanların, kollektivlərin, müəssisələrin və s.) 

yaradıcı fəaliyyəti sayəsində əldə olunan konkret nəticələrə görə qiymətləndi-


Fuad Məmmədov

 

 

66



rilir. “Nə”etmək və “necə” etmək lazım olduğunun aydın dərk edilməsi ida-

rəetmə mədəniyyətinin vacib şərtidir, çünki düzgün qərarları vaxtında qəbul 

etmək qabiliyyəti və lazımi istiqamətə yönəltmək bacarığı bunu dərk etmək-

dən çox asılıdır. Mühüm məsələlərdən biri də  qərarların qəbulu və icrası 



proseslərinin yaxşılaşdırılması, həmçinin  inkişaf üçün yeni imkanların for-

malaşdırılması məqsədi ilə idarəetmə texnologiyalarının daim təkmilləşdiril-

məsidir. Vətəndaşların yaradıcı fəaliyyətinin, onların nailiyyətlərinin və Və-



tən qarşısındakı xidmətlərinin vaxtında və  ədalətlə qiymətləndirilməsinin 

prinsipləri və meyarlarının düzgün seçilməsi və praktik olaraq həyata keçiril-

məsi dövlət idarəçiliyinin effektivliyi üçün mühüm əhəmiyyət kəsb edir.  

Sokrat deyirdi: “Əgər mən fleytanı  təmir etdirmək istəyirəmsə, fleyta 

ustasının yanına gedirəm, əgər gəmini təmir etmək istəyirəmsə, gəmiqayı-

ranın yanına gedirəm, dövlətin düzəldilməsi üçün isə hər kəs yararlı hesab 

edilir”. Bu sitatı hələ XIX əsrdə professor Rudolf fon Skala Yunanıstanın 

inkişaf tarixinin tənqidi təhlili zamanı gətirmişdir. Ölkəni necə xilas etmə-

yin mümkün olması üzərində düşünərək, bəşər mədəniyyətinin inkişafında 

unudulmaz xidmətləri olan alim, Yunanıstanı o dövrdə düşdüyü böhrandan 

xilas etmək üçün praktik tövsiyələr tərtib etmişdir. Onların sırasında “fəa-

liyyət vərdişlərinin”, orta Avropa işi təliminin”, “əkinçiliyə  və becərilmiş 

torpaqların genişləndirilməsinə “öyrədilmənin” və s. vacibliyi qeyd edil-

mişdir. Bu zaman o, əsas vəzifə kimi aşağıdakıların zəruriliyini göstərir: 

“siyasət və jurnalistikada mühüm rol oynayan kəmsavad insanların həqiqə-

tən təhsilli olanlar tərəfindən sıxışdırılması”, “lovğalığın kökünün kəsilmə-

si”, “bürokratiya və hərbdə möhkəm nizam-intizamın yaradılması” və s. Al-

man professorunun tənqidi təhlilinin məntiqi diqqətəlayiqdir, belə ki, ayrı-

ayrı ölkələrin öz inkişafında avropa və dünya səviyyəsindən geri qalması-

nın, bu gün də əhəmiyyətini itirməyən xarakterik səbəblərini aşkar edir.

9

 



İdarəetmə mədəniyyəti ilk növbədə, əsas funksiyası mövcud qanunveri-

cilik və millətin etik mədəniyyətinə əsaslanan dövlət siyasətinin həyata ke-

çirilməsinə yönəldilmiş dövlət idarəçiliyi olan, peşəkar hazırlıqlı dövlət 

qulluqçularının xüsusi kateqoriyası –

 

siyasətçilər və bürokratiya, məmurlar 



üçün praktik əhəmiyyət kəsb edir. Bununla yanaşı o, özünüidarə, ailə, kol-

lektiv, cəmiyyətin müxtəlif sosial qruplarının, beynəlxalq birliklərin idarə 

                                                            

9

 İnkişaf etməkdə olan ölkələrdə belə nöqsanların aradan qaldırılmasına böyük əhəmiyyət 



verilir. Məsələn, Azərbaycanda 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti 

yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması, “Dövlət qulluğu haqqında” qanunun 

qəbul edilməsi, dövlət idarəçiliyi sistemində islahatın həyata keçirilməsi, bu prosesin elmi 

təminatına təcrübəli xarici ekspertlərin cəlb edilməsi və digər dövlət tədbirləri bu 

problemlərin həllinə yardım etmişdir.  

 


İdarəetmə mədəniyyəti 

 

67



edilməsi üçün çox əhəmiyyətlidir. İdarəetmə mədəniyyəti sahəsinə ideolo-

giya məsələləri, idarəetmənin elmi prinsipləri və metodları, strateji planlaş-

dırma və proqnozlaşdırma, məqsədlərin müəyyənləşdirilməsi, idarəetmə üs-

lubu, danışıq prosesi, innovativ fəaliyyət, qərarların qəbul edilməsi üsulları 

və onların icra keyfiyyəti, idarəetmə monitorinqi daxildir. Buraya, həmçi-

nin hüquqi reqlament, təşkilati və informasiya təminatı, insan kapitalı  və 

maddi-texniki vəsaitlərin formalaşdırılması  və düzgün istifadəsi, ictimaiy-

yətlə səmərəli əlaqələrin təmin edilməsi və s. aiddir. Müasir şəraitdə bütün 

bu məsələlərin effektiv həlli üçün idarəetmə fəaliyyətinin kulturoloji meto-

dologiya, texnologiya və metodlarından düzgün istifadə edilməsinin mü-

hüm əhəmiyyəti vardır. İdarəetmə mədəniyyətinin obyekti - peşəkar fəaliy-

yət, dövlət idarəçiliyi sisteminin siyasətçi və inzibatçılarının, biznes-mene-

cerlərin, bələdiyyələrin və qeyri-hökumət təşkilatları liderlərinin etik və hü-

quq mədəniyyəti, həmçinin ailə idarəçiliyi və özünüidarə  məsələləridir. 



İdarəetmə mədəniyyətinin predmeti - dövlət quruculuğu və beynəlxalq mü-

nasibətlərin aktual problemlərinin tədqiqi, sosial tərəqqi və milli təhlükəsiz-

liyi, şəxsiyyətin inkişafını, cəmiyyətin rifahı və həyat keyfiyyətinin yüksəl-

dilməsini təmin edən effektiv idarəetmə texnologiyalarının işlənib hazırlan-

masıdır. 

 

İdarəetmə mədəniyyətinin mühüm komponenti olan idarəetmə texnolo-



giyası - qoyulmuş siyasi, iqtisadi və ya sosial məqsədlərə çatma üsullarının 

məcmusudur. İdarəetmə texnologiyasının dəyəri, qoyulmuş məsələnin həl-

lində yüksək effektivliyə nail olmanı təmin edən qabiliyyətlə müəyyən edi-

lir. Öz növbəsində, idarəetmə sistemində innovatıv texnologiyaların işlənib 

hazırlanması və reallaşdırılmasının dərəcə və ölçüləri bürokratların mədəni-

lik səviyyəsi, universal kulturoloji bilikləri və liderlik keyfiyyətləri, onların 

biliyi, bacarığı, mütəşəkkilliyi və mənəviyyatı ilə şərtlənir. Peşə bacarıqları 

və təcrübəsi ilə yanaşı, məsuliyyət mədəniyyəti, şəxsiyyətə hörmət, dürüst-

lük və obyektivlik - demokratik dövlət məmurlarının fəaliyyətinin qiymət-

ləndirilməsinin mühüm meyarıdır.  



Yüksək demokratik idarəetmə mədəniyyəti – öz missiyasını yerinə yetir-

məyə, üzərinə götürdüyü öhdəliklərə, dövlət quruculuğu və idarəetmə sahə-

sində yaradıcı  fəaliyyətin templəri və keyfiyyətinə görə bütün səviyyələr-

dən olan vəzifəli şəxslərin və ölkə vətəndaşlarının məsuliyyət mədəniyyəti-

nin artırılmasını  nəzərdə tutur. O, yalnız proqramları düzgün tərtib etmək 

və birtərəfli qərarlardan uzaqlaşmaq qabiliyyətini deyil, həm də öz səhvləri-

ni görmək və onları vaxtında düzəltmək, yanlış və təhlükəli qərarların vax-

tında qarşısını ala biləcək mexanizmlər hazırlamaq bacarığını da nəzərdə 

tutur. Dövlət idarəçiliyi effektivliyinin baza şərtlərindən biri insanlarla işlə-

mək, onların yaradıcı fəaliyyətini təşkil etmək və düzgün yönəltmək bacarı-



Fuad Məmmədov

 

 

68



ğıdır. “Sosial dövlətdə” demokratik idarəetmə mədəniyyəti, şəxsiyyətin hər-

tərəfli inkişafının, cəmiyyətin sosial-mədəni tərəqqi və rifah təminatının za-

mini kimi, milli dövlətçiliyin möhkəmləndirilməsi üçün insanın qabiliyyət-

lərinin azad inkişafı  və onun istedadının, enerjisinin və yaradıcı  fəaliyyət 

nəticələrinin istifadəsi üçün şəraitin təmin edilməsini nəzərdə tutur.  

Demokratik idarəetmənin effektivliyi üçün insanların - həm dövlət struk-

turları işçilərinin, həm də ruhi və maddi istehsalın müxtəlif sahələrində çalı-

şan bütün ölkə vətəndaşlarının qiymətləndirilməsi sisteminin prinsip və me-

yarları başlıca əhəmiyyət daşıyır. Onlar ədalətli xarakter daşımalı, “qiymət-

ləndirmənin qızıl qaydası” hesabıyla qurulmalı, həm fərdi, vətəndaş, həm 

də ümummilli maraqlara cavab verməlidir. Məsələn, demokratik idarəetmə 

mədəniyyətinə malik rəhbər peşə fəaliyyəti və xidmətlərinin konkret nəticə-

lərinin açıq müzakirəsi əsasında əməkdaşların mükafatlandırılması, kollek-

tivin fikrini nəzərə almaq, səriştəli əməkdaşları qərarların qəbuluna cəlb et-

mək haqqında qərar qəbul edir. Demokratik prinsiplərə zidd, аvtoritar idarə 

üslubu üçün xarakterik olan ədalətsizlik, mənəvi və siyasi məsuliyyətsizlik, 

işdə qeyri-şəffaflıq, məxfilik, idarəetmədə volyuntarizm və favoritizm süni 

ziddiyyətlər doğurur və istehsalın səmərəliliyini azaldır, buna görə demo-

kratik dövlətlərdə qəbuledilməz hesab edilir.  

Dövlət idarəçiliyinin effektivliyinə qoyulan vacib tələblərdən biri qa-

baqlayıcı  təkrar istehsal, maddi və ruhi rifahın  əsas istehsal mənbəyi olan 

alimlərin, müəllimlərin və mütəxəssislərin düzgün qiymətləndirilməsi, mo-

tivasiyası və istifadəsidir. Demokratik ölkələrdə rəqabət qabiliyyətini qoru-

yan dövlət siyasəti və dövlət idarəçiliyinin ciddi vəzifəsi siyasətçilərdə və 

məmurlarda alimlərin elmi nailiyyətlərinə, innovasiyalarına və ixtiralarına 

vaxında reaksiya vermək və layiqincə qiymətləndirmək, onların erkən əmə-

li tətbiqi üçün şərait yaratmaq bacarığını təmin etməkdir. Cəmiyyətin həyat 

fəaliyyətinin müxtəlif sahələrində proqressiv texnoloji dəyişikliklərə yar-

dım edən intellektual potensialın və  mədəni təşəbbüslərin  əhəmiyyəti və 

strateji rolunun dövlət tərəfindən adekvat qiymətləndirilməsi bacarıqsızlığı, 

dövlətin milli inkişafında bu başlıca mənbənin itkisinə aparır. Düzgün, hə-

yat qabiliyyətli ideyalar və layihələr ekspertlərin rəyini almalı və vaxtında 

həyata keçirilməlidir. Bu isə öz növbəsində, dövlət idarəçiliyi sahəsində 

universal kulturoloji biliklərə, strateji və taktik idarəetmə problemlərinin 

sistemli və situativ təhlili üçün metodoloji imkanlar və kulturologiyanın ən 

yeni nailiyyətlərindən istifadə etmək bacarığına malik yüksək ixtisaslı mü-

təxəssislərin peşəkar hazırlığını  və yenidən hazırlığını  tələb edir. Ölkənin 

intellektual potensialının lazımınca qiymətləndirilməməsi, həmçinin zehni 

fəaliyyət və  mədəni innovasiyaların nəticələrindən  əməli istifadənin çatış-

mayan sürəti eynilə zəmanəsini qabaqlayan tərəqqipərvər alimlərin şəxsiy-



İdarəetmə mədəniyyəti 

 

69



yətinin və onların əməyinin qiymətləndirilməsinə subyektiv yanaşma kimi, 

elmi nailiyyətlərin aktuallığının itkisinə aparıb çıxarır. Bu isə hakimiyyətə 

inamın itməsi, cəmiyyətdə milli və sosial həmrəyliyin dağılması ilə nəticə-

lənə bilən vaxtın, insan əməyinin, ölkənin maddi və maliyyə  vəsaitlərinin 

itkisi deməkdir. Çətin ki, belə "məsrəflər" səmərəli dövlət idarəçiliyinin təs-

diqi olsun. Onlar cəmiyyətin sosial-mədəni tərəqqisinin ümumi templərində, 

son nəticədə isə - dövlətin rifahında, rəqabət qabiliyyətində və təhlükəsizli-

yində özünü göstərir.  

Məlumdur ki, yaranmış obyektiv və subyektiv sosial ziddiyyətləri, cə-

miyyətin ağıl, elm və yüksək idarəetmə mədəniyyəti əsasında həll etmək iq-

tidarsızlığı, çox zaman milli mədəniyyətin tənəzzülünə səbəb olan mövhu-

mat, xurafat, dini fanatizm və aqnostisizmin yayılması üçün şərait yaradır. 

Bu daxili çağırışlarla bacarmaq iqtidarında olmayan ölkələr, dünya siviliza-

siyası mütərəqqi inkişaf qanunlarının doğurduğu proseslərlə şərtlənən xarici 

çağırışlar qarşısında gerilik və köməksizlik vəziyyətində qalmaq təhlükəsi 

altındadırlar. Bu eyni zamanda dövlət idarəçiliyi mədəniyyətinə yüksək tə-

ləblərlə şərtlənir.  

Müasir bürokratа siyasətdəki dəyişiklikləri izləmək, vətəndaş cəmiyyəti-

nə, cəmiyyətin  əhval-ruhiyyəsinə qulaq asmaq və parlamentdəki rəylərlə 

hesablaşmaq məcburiyyətində olduğu mürəkkəb demokratiya şəraitində iş-

ləmək lazım gəlir. Bütün səviyyələrdə müasir liderlərin idarəetmə mədəniy-

yəti - dünya mədəniyyəti və sivilizasiyasının inkişafı, demokratik ictimai-

siyasi sistemin təkmilləşdirilməsi, demokratik ölkə vətəndaşlarının rifahına 

və həyat keyfiyyətinin davamlı inkişafına yönəldilməsi ilə bağlı dəyişiklik-

lərə həssas yanaşmalıdır. Bununla əlaqədar olaraq, BMT-nin inzibati-dövlət 

fəaliyyəti üzrə ekspertləri idarəetməyə, - mahiyyəti “dövlət proqramları və 

layihələri üzrə, həmçinin onların həyata keçirilməsi üzrə məqsədlərin inki-

şafı, planların işlənıb hazırlanması və qərarların qəbulunun müəyyən olun-

masında ictimaiyyətin daha geniş  iştirakı” ilə  şərtlənən yanaşma uğrunda 

çıxış edirlər. XX əsrin axırlarında BMT-nin ekspertləri tərəfindən, demo-

kratik idarəetmə mədəniyyəti səviyyəsinə birbaşa aidiyyəti olan, dövlət ida-

rəçilik nəzəriyyəsi sahəsində tədqiqatların inkişafını ləngidən amillər aşkar 

edilmişdir. Bu amillər bu gün də öz əhəmiyyətini itirməyib. Aşagıda göstə-

rilənlər onların sırasındadır : 

 Peşəkar dövlət qulluqçularının müasir elmin nailiyyətlərinə ma-



rağının azlığı və elmi metodların dövlət idarəçiliyi praktikasına tətbiqi 

məsələlərinə diqqətin qeyri-qənaətbəxş olması.  

 Qərarların qəbulu prosesinin elmi təhlildən ayrı düşməsi. 



 Aparılan tədqiqatların dövlət idarəçiliyinin praktik məsələlərin-

dən və hökumətin ən vacib tələblərindən ayrı düşməsi. 


Fuad Məmmədov

 

 

70



 Aktual idarəetmə problemlərinin elmi-tədqiqat məsələlərinə inzi-

bati-dövlət müəssisələrinin qeyri-qənaətbəxş diqqəti.  

 Nəzəri tədqiqatların yerli şəraitdən ayrı düşməsi.  



 Məxfiliyə aludəçilik və tədqiqatların aparılması üçün sərbəst mə-

lumat vermə məhdudiyyəti.  

 Dövlətin, sosial və iqtisadi inkişafın bu və bir çox digər mürəkkəb 

problemlərinin uğurlu həlli,  kulturologiya və demokratik idarəetmə  mədə-

niyyətinin tələbələr və bütün səviyyələrdə məmurlar tərəfindən dərindən öy-

rənilməsinin müasir demokratik dövlətlər üçün həyati vacibliyini şərtləndi-

rir. Liderlərin, effektiv idarəetmənin nəzəriyyə və praktikasını, dünya mə-

dəniyyəti və sivilizasiyasının tarixi inkişaf təcrübəsini ciddi olaraq bilməsi-

ni nəzərdə tutan demokratik idarəetmə mədəniyyətinə interaktiv öyrədilməsi, 

onlar tərəfindən sistemli kulturoloji təfəkkürün mənimsənilməsi müasir ef-

fektiv idarəetmənin mühüm şərtidir. Alimlər zənn edirlər ki, insanı demok-

ratik idarəçilik mədəniyyətinə, lider üçün zəruri olan vərdişlərə yiyələndir-

mədən, rəhbər vəzifəyə qoymaq sosial baxımdan ədalətsiz və mənəviyyat-

sız addımdır. Təlim kurslarını  fəaliyyət sahəsinin xarakter və  tələblərinə 

uyğunlaşdıraraq, ali rəhbər işçilər də daxil olmaqla, bütün səviyyələrdə li-

derlərin hazırlanmasının həyata kеçirilməsi zəruridir. Bu zaman yalnız indi-

ki deyil, qarşısını almaq lazım olacaq dəyişikliklər və çağırışları proqnoz-

laşdıraraq, perspektiv tələbləri də nəzərə almaq vacibdir.  

Dünya sivilizasiyasının tarixi göstərir ki, maddi rifah istehsalçılarının, 

iqtisadiyyatın səmərəli inkişafı və sosial tərəqqi keyfiyyətinin başlıca mən-

bəyi təbii ehtiyatlarda yox, insanın əqli inkişafındadır. Bu, iqtisadiyyatı in-

san kapitalının özəyi olan intellektual mədəniyyətə əsaslanmış Böyük Bri-

taniya, Yaponiya kimi ada dövlətlərinin inkişaf təcrübəsi, həmçinin ABŞ, 

Almaniya, İsrail, Honkonq, Sinqapur və bir sıra digər ölkələrin təcrübəsi ilə 

təsdiqlənir. Dövlət idarəçiliyi sahəsində də, inkişafın başlıca mənbəyi kimi 

intellektual mədəniyyətin  əhəmiyyətini həddindən artiq qiymətləndirmək 

çətindir. İnkişaf edən ölkələrdə dövlət quruculuğu və müasir idarəetmə mə-

dəniyyəti mərhələsinin əsas xüsusiyyəti onun effektivliyi üçün vəziyyət, və-



zifə hakimliyi deyil, insanın irsi mədəni keyfiyyətləri və intellektual mədə-

niyyəti, elmi əsaslandırılmış biliklərinin üstünlüyü ilə şərtlənən yüksək şəx-

siyyət  mədəniyyəti hakimliyidir.  

Müasir dünyada elmi biliklərin inkişafı  dövlət idarəçiliyi mədəniyyəti 

qarşısında yüksək tələblər qoyur. Özündə  bəşəriyyətin inkişaf təcrübəsini, 

təbiətin dərk edilməsini, yeni kəşfləri, dünya mədəniyyəti və sivilizasiya-

sındakı dialektik dəyişiklikləri əks etdirən əsas uğurlu idarəçilik şərti – uni-

versal kulturoloji biliklərin mənimsənilməsidir. Bunlara - tarix və fəlsəfəni, 

təbiyyat və texniki elmləri, innovativ texnologiyaları, siyasət və iqtisadiy-


İdarəetmə mədəniyyəti 

 

71



yatı, hüquq və etikanı, psixologiya və sosiologiyanı, pedaqoqika və təhsili, 

diplomatiya və dinşünaslğı, incəsənət və  mədəni irsi, tibb və ekologiyanı, 

turizm və KİV-ni, məişət və sosial mədəniyyəti, parlamentarizm mədəniy-

yətini, milli və beynəlxalq idarəetməni,  əhalinin və  bəşəriyyətin qlobal 

problemləri sahəsindəki nailiyyətləri aid etmək lazımdır. Bu biliklər mürək-

kəb problem və situasiyaları düzgün anlamağa və qiymətləndirməyə, lazımi 

metod və texnologiyaların seçilməsinə, effektiv qərarların qəbul edilməsinə 

imkan verir. Vətənin və dünya mədəniyyəti nailiyyətlərinin mahiyyətini, 

xüsusiyyətlərini, tarixini bilmək, ictimai inkişafın tələbatını, qanun və tex-

nologiyalarını düzgün anlamaq, faktların, hadisələrin və insanların düzgün 

qiymətləndirilmə bacarığı yalnız siyasətçi və idarəçilər üçün deyil, həm də 

hər bir mədəni insan üçün norma olmalıdır. Bu, idarəetmə obyektləri və 

subyektləri arasında daha yaxşı qarşılıqlı anlaşmaya, onların münasibətləri-

nin harmonizasiyasına yardım edəcəkdir.  Universal kulturoloji biliklərin 



nüfuzunun artması onunla şərtlənir ki, idarəetməyə kulturoloji yanaşma - 

bir çox idarəetmə nəzəriyyələrini, qoyulmuş məsələləri daha yaxşı həll et-

məyə kömək edən dinamik universal konsepsiyada sintezləşdirməyə imkan 

verir. O, milli maraqların və Vətənə xidmətin prioritet prinsiplərinin dəyiş-

məzliyi ilə yanaşı, zamanın tələblərindən və ölkənin real inkişaf şəraitindən 

asılı olaraq, siyasəti və idarəetmə texnologiyalarını konkretləşdirməyə  və 

korrektə etməyə kömək edir. Sistemli kulturoloji yanaşma - mədəniyyətlə-

rin harmonizasiyası  və maraqların razılaşdırılmasına  əsaslanan beynəlxalq 

səviyyəli qərarlar üçün də o qədər effektivdir.  

İdarəetmə mədəniyyətinin fundamental əsasını idarəçilik elmi, xüsusən, 

dövlət idarəçiliyi nəzəriyyəsi təşkil edir. Bütün səviyyələrdə liderlərin ida-

rəetmə mədəniyyətinə başlıca tələb ondan ibarətdir ki, rəhbər zəruri kultu-

roloji və xüsusi biliklərə və səmərəli idarəetmə qabiliyyətinə malik olmalı, 

həmçinin düzgün insan olmalıdır ki, bu çox vacibdir. Müasir elmin imkan-

larını və nailiyyətlərini lazımınca qiymətləndirməyən səmərəsiz dövlət ida-

rəçiliyi bağışlanmaz vaxt itkisinə, özünü doğrultmayan, bəzən isə əvəzedil-

məz insan, maliyyə və xammal ehtiyatlarının israfına aparır. Səmərəsiz ida-

rəçiliyin, idarə edənlərə və hakim elitaya münasıbətdə inqilablarla və zora-

kılıqlarla ifadə olunan xalq narazılığını stimullaşdırdığı zamanlara aid tarix 

bizə çoxlu nümunələr verir. Pozitiv idarəetmə modellərinin başa düşülməsi 

kimi, bu səhvlərdən nəticə çıxarılması da siyasətçilərin, məmurların və xal-

qın ümumi maraqlarına cavab verən davamlı inkişaf, tərəqqi və firavanlığı 

təmin edən idarəetmə mədəniyyətinin məntiqi və psixoloji mexanizmlərini 

daha yaxşı anlamağa imkan verir. Hər bir dövlət başçısı, siyasətçi və  mə-

mur, rəhbər və lider harmonik və təhlükəsiz ictimai münasibətləri, cəmiy-

yətin sosial tərəqqisini, məhsuldar beynəlxalq fəaliyyəti təmin edən ən opti-


Fuad Məmmədov

 

 

72



mal idarəetmə  mədəniyyətini seçmədə maraqlıdır. Bu baxımdan, qədim 

dövrlərdən bizim günlərədək müxtəlif ölkələrin idarəetmə tarixini, onun 

əsas nailiyyətlərini, qanunauyğunluqları və xüsusiyyətlərini bilmək, üstün-

lüklərini və nöqsanlarını qiymətləndirmək - bütün dünyada idarəetmə mə-



dəniyyətinin inkişafına, məqsədlərin və prioritetlərin, strategiya və texnolo-

giyaların, insan münasibətləri mədəniyyətinin, zamanın tələblərinə  və  cə-

miyyətin gözləmələrinə cavab verən idarəçilik üslubunun təkmilləşdirilmə-

sinə kömək edəcək.        

Aydın olur ki, orta əsrlər üçün xarakterik olan “maariflənmiş imtiyazlı 

elita və cahil xalq” siyasi modeli effektiv dövlət idarəçiliyini və demokratik 

cəmiyyətin sabit inkişafını, ləyaqətli həyat tərzini, sülhü və  vətəndaşların 

sosial təhlükəsizliyini təmin edə bilməz. Müasir demokratik dövlətin mütə-

rəqqi rəqabət qabiliyyətli inkişafını təmin etmək üçün dünya elmi və texno-

logiyasının ən yeni nailiyyətlərinə əsaslanan keyfiyyətli təhsil, habelə müəs-

sisə  və  təşkilat kollektivlərinin, ölkə  əhalisinin müxtəlif kateqoriyalarının 

permanent kulturoloji maarifləndirilməsi  zəruridir. Elmi biliklər üzərində 

qurulmuş  təhsil və maarif humanist tərbiyə ilə  vəhdətdə insanın inkişafı, 

daha yeni-yeni həyat mənbələrinin axtarılması və tapılması, insanların rifa-

hının yüksəldilməsi üçün geniş imkanlar açır. Bu baxımdan, daxili və xarici 

dəyişikliklər və çağırışlar şəraitində lokal, regional, dövlət və qlobal səviy-

yədə effektiv idarəetmə üçün universal kulturoloji və xüsusi elmi biliklərə 



və innovativ idarəetmə texnologiyalarına malik olan şəxsiyyət və liderlərin 

yaxşı  təhsili və yenidən hazırlığı  böyük  əhəmiyyət daşıyır.  Кulturologiya 

elminin nailiyyətlərinə  əsaslanan kulturoloji təhsil bu gün şəxsiyyətin və 

cəmiyyətin intellektual, etik və idarəetmə mədəniyyətinin inkişaf etdirilmə-

sinin ən effektiv metodudur.  

XX  əsrin ikinci yarısında, ingilis sosioloqu Mitçel Yanqın nəzəriyyəsi 

və Harvard universitetinin professoru Daniel Bellanın “postsənaye cəmiy-

yəti” konsepsiyası  əsasında,  dövlət idarəçiliyində  (praktikada çətin həyata 

keçirilən)  meritokratik  (meritokratiya – istedadlıların hakimiyyəti)  prinsip 

ifadə edildi. Meritokratiya - hakimiyyətin daha istedadlı, zəkalı insanlar, ix-

tisaslı mütəxəssislər tərəfindən həyata keçirilməsini nəzərdə tutur ki, onla-

rın qabiliyyət və nailiyyətlərinin düzgün qiymətləndirilməsi və istifadəsin-

dən ictimai inkişaf müvəffəqiyyətləri daha çox asılıdır. Bu zaman hakimiy-

yət iyerarxiyası  şəxsiyyət və liderlərin keyfiyyətləri ilə düz mütənasib ol-

malıdır. Şəxsiyyətin, onun həm intellekti, həm də özünüreallaşdırma qabi-

liyyəti ilə şərtlənən xidmətlərinin qiymətləndirilməsi üçün M.Yanq tərəfin-

dən xidmətlərin insan intellekti və nailiyyətlərinin cəminə uyğun olan “xid-

mətlər formulu” təklif edilmişdir. Meritokratiya prinsiplərinə uyğun olaraq, 

insanların sosial bərabərsizliyinə, fərqli sosial statusuna və şəxsiyyətin mü-



İdarəetmə mədəniyyəti 

 

73



əyyən imtiyazlarına bəraət - sosial mənşə, irq, etnik mənsubiyyət, dini eti-

qad və ya doğulduğu yer deyil, qabiliyyətləri, bilikləri və bacarığı, şəxsi na-

iliyyətləri, sosial tərəqqiyə hər kəsin töhfəsi ilə şərtlənən cəmiyyət qarşısın-

dakı xidmətləri olmalıdir. Meritokratik model ona əsaslanır ki, vəzifə  nə 

qədər yüksək olarsa, onu bir o qədər universal kulturoloji və xüsusi biliklə-

rə malik daha ağıllı, qabiliyyətli və təhsilli insanlar tutmalıdırlar. Hərçənd 

ki, belə insanların keyfiyyət ölçülərinin obyektiv qiymətləndirilməsinin 

problematikliyi səbəbindən praktikada bu ideal prinsip çətin həyata keçən-

dir, onu milli mənafeyə cavab verən effektiv idarəetməyə çatma maraqla-

rında istifadə etmək vacibdir.  

“Elitarizmi” siyasi demokratiya və sosial ədalət ideyası ilə birləşdirərək, 

Mitçel Yanq, Daniyel Bel, Con Adair və bir çox başqa müəlliflər deyirlər ki, 

“biliklər cəmiyyəti” şəraitində hakimiyyət yeganə effektiv, rəqabət qabiliy-

yətli siyasi, sosial, iqtisadi idarəetməyə malik intellektual elitaya məxsus 

olmalıdır. D. Bellanın elita tipologiyasına uyğun olaraq, onlar güman edir-

lər ki, aristokrat “qan elitası” və kapitalist “zənginlik elitası” tiplərini ardıcıl 

olaraq aradan qaldıran dünya sivilizasiyası inamla, arxasında gələcəyin dur-

duğu, tarixən qaçılmaz “biliklər elitası”na doğru gedir.  

Bununla belə, sivilizasiyalı cəmiyyət, insanların layiqli həyatı üçün zə-

ruri olan sosial ədalət, hüquq və humanizm, sosial rifah kimi ruhi mədəniy-

yətin siyasi prioritetlərindən kənarda qurula bilməz.  Daniya alimlərinin 

xoşbəxtlik amillərinin təhlilinə  həsr olunmuş  tədqiqatları  maraqlıdır. Belə 

ki, Daniya Mədəniyyət İnstitutunun direktoru Rikke Helis daniyalıların əsas 

xoşbəxtlik amilləri kimi: abad həyatın sabitliyini, əhalinin daha yüksək so-

sial bərabərliyini, xoşbəxtliyin səviyyəsini azaldan həsəd hissinin, korrupsi-

yanın olmamasını, yoxsulların minimal səviyyəsini, vətəndaşların azadlığı-

nı və hüquqi mühafizəsini, ictimai təşkilatların fəaliyyətində vətəndaşların 

iştirakını və başqalarını göstərirlər. O da əhəmiyyətlidir ki, Daniya, Norveç, 

Kanada və bir çox digər demokratik ölkələrdə varlılar əsas əhali kütləsin-

dən davranış  nəzakəti və sosial etika ilə  fərqlənməklə seçilmirlər, burada 

böyük xidmət cəmiyyətin ruhi mədəniyyətinə, o cümlədən, yüksək dövlət 

idarəçiliyi mədəniyyətinə məxsusdur. 

Müəllif tərəfindən dünyanın bir sıra aparıcı demokratik ölkələrinin inzi-

bati-dövlət, iqtisadi və sosial idarəetmə  təcrübəsi və  ən effektiv modelləri 

öyrənilmişdir. Belə maraq onunla şərtlənir ki, demokratik ölkələrdə idarəet-

mə tarixi və nəzəriyyəsi sahəsində vətəndaşların kulturoloji biliklərinin ge-

nişləndirilməsi və dərinləşdirilməsi demokratik cəmiyyət və hüquqi dövlət 

quran ölkələrdə idarəetmə mədəniyyətinin təkmilləşdirilməsinə kömək edə-

cəkdir. Qərb ölkələrinin təcrübəsi inkişaf etməkdə olan ölkələrdə inzibati 

dövlət fəaliyyəti, hazırlığı, harmonik inkişaf və müxtəlif səviyyəli şəxsiyyət 


Fuad Məmmədov

 

 

74



və liderlərin təkmilləşdirilməsi üçün elmi və praktik əhəmiyyətə malikdir. 

O, müasir dünyanın mürəkkəb dialektik prosesləri ilə şərtlənən, dünya sivi-

lizasiyasının yeni çağırışları şəraitində cəmiyyətin həyat fəaliyyəti inkişafı-

nın yüksək effektli və rəqabət qabiliyyətli idarəçiliyi üçün, daha yaxşı gələ-

cəyin yaradılması və qurulması üçün qiymətli mənbədir. Tələbələr və dinlə-

yicilər tərəfindən universal kulturoloji və xüsusi biliklərə əsaslanan demo-

kratik idarəetmə mədəniyyətinin öyrənilməsi və mənimsənilməsi geniş pro-

filli peşəkar idarəçilərin formalaşdırılması – demokratik sistem şəraitində 

öz yüksək effektivliyini sübut edən “ceneralistlərin” və “ceneralist” idarə-



etmə üslubunun inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Yeni kulturoloji  

idarəetmə texnologiyalarının hazırlanması və tətbiq edilməsi müxtəlif ölkə-

lərdə kulturologiyanın inkişafının hüquqi təminatını, universal elmi əsas ki-

mi idarəçi kadrların hazırlanmasını, dövlət siyasəti və dövlət idarəçiliyi sis-

teminin inkişafını, həmçinin insanların həyat fəaliyyətinin təkmilləşdirilmə-

si üçün kulturologiyanın institutlaşdırılması haqqında müvafiq qanunların 

qəbul edilməsini tələb edir.  

Milli səviyyədə dövlət idarəçiliyi mədəniyyəti beynəlxalq və qlobal ida-



rəetmə  mədəniyyəti ilə  sıx bağlıdır. Amerika ekspertlərinin proqnozlarına 

görə, 2015-ci il üçün dünyanın inkişafını təyin edən əsas hərəkətverici qüv-

vələr və tendensiyalar sırasında: demoqrafik vəziyyət, təbii ehtiyatlar və ət-

raf mühit, elm və texnika, qlobal iqtisadiyyat və qloballaşma, milli və bey-

nəlxalq idarəetmə, gələcəyin münaqişəsi və ABŞ-ın rolunun adları  çəkil-

mişdir. Bu tendensiyalara əsas təsir amilləri: maliyyə qeyri - stabilliyi, 

enerji ehtiyatlarının davamlı olaraq azalması ilə müşayiət olunan artan iqti-

sadi təbəqələşmə  və uzanan iqtisadi böhrandır. Bəşəriyyətin qlobal prob-

lemlərinin həllolma dərəcəsinin qlobal səviyyədə idarəetmə effektivliyin-

dən asılı olduğunu anlamaq çətin deyil.  

Qlobal idarəetmə beynəlxalq hüquq və bərabərhüquqlu əməkdaşlıq prin-

sipləri üzərində qurulur. Qlobal idarəetmə mədəniyyəti bərabərlik prinsiplə-

ri əsasında müxtəlif xalqların və dini etiqad nümayəndələrinin etimad və ra-

zılığını, əməkdaşlıq və insan həmrəyliyini, dünya sivilizasiyasının tarixi in-

kişaf proseslərinin sistemli kulturoloji təhlilinə  əsaslanan elmi biliklər və 

zəngin idarəetmə təcrübəsinə istinadı nəzərdə tutur. Dövlət idarəçiliyindəki 

permanent islahatlar dünya məkanında baş verən elmi, texnoloji, iqtisadi, 

ekoloji dəyişiklikləri mütləq nəzərə almalıdır.  

Altruist sivilizasiya yaradılmasının daha yaxşı yollarının axtarışı ilə, 

kulturoloq, tarixçi, filoloq, sosioloq, politoloq, psixoloq və digər alim bir-

likləri ilə yanaşı, öz fəaliyyətini “vahid ailə  fəlsəfəsi”, “birlik fəlsəfəsi”, 

“dünya mədəniyyəti” və digər mənəvi-fəlsəfi konsepsiyalar üzərində quran 

BMT, YUNESKO, Roma klubu, Budapeşt klubu, Ümumdünya Müdriklik 


İdarəetmə mədəniyyəti 

 

75



Şurası, “Bəhayi” icması, Ümumdünya Sülh Şurası, Qeyri-hökumət təşkilat-

larının Ümumdünya Assosiasiyası və digərləri kimi bir sıra beynəlxalq və 

dini təşkilatlar da, çox və ya az dərəcədə məşğul olur.  

İdarəetmə  mədəniyyətinin beynəlxalq  əhəmiyyətinin artması ilə  əlaqə-

dar, XX əsrin 60-cı illərinin ikinci yarısından BMT-nin İnkişaf Proqramı ilə 

beynəlxalq tədqiqatların təşkili, təcrübə toplanması, yayımı və mübadiləsi-

nin ümumdünya sisteminin yaradılması, xüsusi dövlət idarəçiliyi proqram-

larının, metodları və modellərinin işlənib hazırlanması, idarəçi kadrların tə-

limi və yenidən hazırlanması üzrə  məqsədyönlü fəaliyyət həyata keçirilir. 

Hər il gələcəyin vəziyyəti haqqında hesabatlar hazırlayan BMT-yə yardım 

Ümumdünya Assosiasiyalar Federasiyasının “Minilliyin Layihəsi” tərəfin-

dən beynəlxalq idarəçilik məsələlərinə ciddi diqqət yetirilir. Cerom K. Qlen 

və Teodor C. Qordonun rəhbərlik etdiyi layihə, qlobal inkişaf strategiyaları-

na yardım məqsədilə, reallığı öyrənir, gələcəyi görmək və qurmaq üçün 

metodologiyalar hazırlayır. Başlıca vəzifələrdən biri - dünya inkişafını lazı-

mi istiqamətə yönəltməyi bacaran, düzgün qərarlar qəbul etməyə imkan ve-

rən dəqiq yoxlanılmış ssenarilərin yaradılmasıdır. Bu məqsədlə “Minilliyin 

Layihəsi” müxtəlif ölkələrin alimləri ilə əməkdaşlıq əsasında, xaos nəzəriy-

yəsi və sinergetika nəzəriyyəsindən istifadə etməklə  bəşəriyyətin gələcək 

aktual problemlərinin həlli üçün “kollektiv şüur” yaratmağa səy göstərir.         

E.Teylor, A.Lonq və C.Frezer tərəfindən əsası qoyulan Böyük Britani-

yanın antropoloji məktəbi hələ XIX əsrdə müxtəlif xalqların mifologiyaları-

nın və folklorunun oxşarlığını insan təbiətinin eyniliyi və ibtidai təfəkkürün 

vahidliyi ilə izah edirdilər.  Əgər bizim günlərdə bu iki amildən birincisi 

mahiyyətcə əvvəlki kimi dəyişməz olaraq qalırsa da, ikincisi isə - dəyərlər 

sistemi, sosial mühit, təbii - coğrafi şərait, genetik kod, mədəni mübadilə, 

tarixi şəraitdən asılı olan çoxlu növ müxtəlifliyi qazanmışdır. Bu səbəbdən 

lokal, milli və beynəlxalq səviyyədə biliklərin, mədəniyyət və maraqların 

harmonizasiyasını tələb edən insanları idarəetmə mürəkkəbliyi meydana çı-

xır. 


 Hakimiyyətin üstünlüyü ondadır ki, o, effektiv idarəetmə sisteminin kö-

məyi ilə ona (hakimiyyətə) malik olanlara öz iradəsini həyata keçirməyə və 

fərdi, sosial və dövlət inkişafının strateji problemlərini həll etməyə imkan 

verir. Buna görə də, hakimiyyətin yüksək eşelonlarını təmsil edən və ölkə-

nin taleyi üçün məsuliyyət daşıyan siyasətçi və məmurlar yüksək ruhi mə-

dəniyyət daşıyıcıları, yaxşı ideoloqlar, dəyərlər sisteminin, milli idealların 

və dövlətin maraqlarının ifadəçiləri olmalı, cəmiyyətin təhlükəsiz inkişafını,  

fasiləsiz tərəqqi və xalqın həyat keyfiyyətinin yüksəlişini təmin edən məh-

suldar fəaliyyəti həyata keçirməlidirlər. Demokratik ölkələrdə dövlət fəaliy-

yətinə mənəvi hüquq - hakimiyyət nümayəndələrinin xüsusi elmi biliklərə, 



Fuad Məmmədov

 

 

76



peşəkar təcrübəyə, mütəşəkkilliyə, mənəviyyata, cəmiyyətin və dövlətin ri-

fahi üçün siyasi məsuliyyət və innovativ yaradıcılıq fəaliyyətinə nə dərəcə-

də malik olması,  demokratik idarəçiliyin müasir universal kulturoloji tex-

nologiyalarına yiyələnmə səviyyəsi ilə müəyyənləşdirilir.  

Tamamilə aydındır ki, həm dövlət, həm də beynəlxalq idarəetmə təbiət 

və  cəmiyyətin ümumi inkişaf qanunlarına, dünyanın ümumi harmoniyaya 

əsaslanan qarşılıqlı əlaqəli bütövlüyünə zidd olmamalıdır. Çətin ki, kimsə, 

insanın həyat fəaliyyətinin harmoniyasına nail olma cəhdinin təfəkkürümü-

zün və davranışımızın norması olduğunu qeyd edən Ervin Laslo və Mixael 

Laytmanın konsepsiyasının  ədalətliyinə  şübhə etsin. Lakin qlobal inkişaf 

strategiyasının universal əsası olan yüksək ruhi mədəniyyətin bütün dünya-

da məqsədyönlü inkişafı və yayılması olmasa, bu mümkün olarmı?  

Budapeşt klubunun prezidenti professor Ervin Laslo hesab edir ki, məq-

sədyönlü idarəetmə fəaliyyəti yolu ilə gələcəyə qlobal səviyyədə pozitiv tə-

sir göstərmək zəruriliyi bir sıra təhlükələr və çağırışlarla şərtlənir. Onların 

arasında aşağıdakıları qeyd etmək olar: artan demoqrafik proseslər və yox-

sulluq, iqtisadi və sosial ziddiyyətlər və müharibələr; dağıdıcı daşqınlara və 

tornadoya səbəb olan iqlim dəyişiklikləri;  ətraf aləmin istehsal tullantıları 

ilə çirklənməsi; torpaq, su və havada zəhərli maddələrin toplanması; içməli 

su, ərzaq məhsulları və enerjinin artan defisiti; ozon qatının davam edən da-

ğılması; atmosfer oksigeninin əskilməsi; bioloji müxtəlifliyin azalması; 

atom elektrostansiyalarındakı qəzaların və nüvə tullantılarından təcrübi isti-

fadənin səbəb olduğu fəlakətlərin baş vermə riski və s. Təbii vəsaitlərdən 

səmərəsiz istifadə və texnogen sivilizasiyanın məsarifləri ilə əlaqədar həya-

ti balansların pisləşməsi problemləri, hüquqi mühafizəsizliyin artması, ekst-

remizm, despotizm, terrorizm və zorakılığın müxtəlif tipləri, insanların so-

sial bərabərsizliyinin artması, varlılar və yoxsullar arasındakı fərqin böyü-

məsi, aclıq və  xəstəliklər, cəmdə, törənə biləcək bərpa olunmaz dağıdıcı 

proseslərlə ağırlaşır.  

“Sosial darvinizm” təhlükəsi haqqında danışaraq, E. Laslo diqqəti ona 

yönəldir ki, Darvinin təbii seçmə nəzəriyyəsinin insan cəmiyyətinə proyek-

siyası “varlılarla yoxsullar arasındakı  fərqi böyüdür, hakimiyyəti və var-

dövləti korporasiya rəhbərləri və beynəlxalq maliyyəçilərin əlində cəmləş-

dirir, bu da dövlətləri və bütöv xalqları müştərilərə və istehlakçılara çevirir”. 

Həqiqətən bu ziddiyyətli problemin insanın xoş  məramını  nəzərdə tutan 

həlli vardır. Siyasi və iqtisadi hakimiyyət özündə yüksək intellektual və 

mənəvi mədəniyyəti, şüurlu eqoizmlə altruizmin balansını birləşdirən “Ho-

mo cultural” - yüksək mədəniyyətli insanlara məxsus olmalıdır. Biz dərin-

dən inanırıq ki, cəmiyyətdə ”ən güclü” olan - bu, keyfiyyətləri “mədəni in-

san formulu”nda təsvir olunaraq oxucunun diqqətinə çatdırılan yüksək mə-


İdarəetmə mədəniyyəti 

 

77



dəniyyətli insandır. Bəşəriyyətin xilasının açarı məhz burada qorunur. Bu-

nun üçün yalnız yüksək eqoizmdən imtina edərək,  şüurumuzu pozitiv də-

yişmək lazımdır ki, burada mədəniyyətlərin harmoniyasına və maraqların 

balansına əsaslanan, məhsuldar həyat fəaliyyəti üçün əlverişli mühit forma-

laşdıran, razılaşdırılmış və müxtəlif ölkələrin konkret şəraitlərinə uyğunlaş-

dırılan beynəlxalq kulturoloji təhsil və maarif həlledici rol oynaya bilər. İn-

sanın xoşbəxtlik açarının pulda deyil, yüksək insani mədəniyyətdə olması 

tezisi bir çox alimlər, həmçinin, Devid Mayerson tərəfindən ifadə edilmiş 

“göylərdə süzən rifah və qəlbin cılızlaşması sindromu” ilə də təsdiq olunur.  

Müasir dünya birliyinin qeyri-sabitliyini təhlil edən E.Laslo, sistemlər 

nəzəriyyəsinə istinad edərək, ona havanı proqnozlaşdırılması sənətində isti-

fadə edilən “kəpənək effektinin” tətbiq edilməsini mümkün hesab edir. Ya-

radıcı təşəbbüsləri və insanın fəaliyyətini “titrəyişlər” kimi nəzərdən keçi-

rən alim deyir ki, elə kreativ “titrəyişlər” yaratmaq olar ki, o, insanları xaos 

nöqtəsindən sülhə  və  həyati sabitliyi saxlamağa yönəltməyə qadir olsun. 

Professor deyir: “Əgər biz əlimizdə necə bir qüvvənin olduğunu dərk etsək 

və onu təyinatı üzrə sərf etmək üçün bizdə lazımi qədər istək və müdriklik 

olsa, biz öz taleyimizin sahibi olarıq”. Şüurun təkamülünün müasir inkişa-

fın həlledici amili olduğunu qeyd edərək, E.Laslo, yeni təfəkkür tərzi sayə-

sində insanların iradəsini səfərbər edən və yaradıcı qüvvələrin yeni yüksəli-

şini təyin edən, daha adekvat dəyərlərlə  və daha inkişaf etmiş  şüurla,    

2020-ci ildə bəşəriyyətdə yeni era başlayacağı haqqında nikbin proqnoz ve-

rir.  

Fikrimizcə, bu məsələnin həlli iki şərtin olmasını tələb edir: 1) universal 



kulturoloji biliklərə malik və yeni idarəetmə texnologiyalarına yiyələnmiş 

idarəçilər – “ceneralistlər”; 2) effektiv sosial terapiyaya, destruktiv proses-

ləri və tendensiyaları aradan qaldıra bilən, yeni və daha həyat qabiliyyətli 

sivilizasiyanın qurulmasına qadir olan sağlam və əlverişli beynəlxalq mədə-

ni mühit. 

Beynəlxalq idarəçiliyin təkmilləşdirilməsi prosesinə yardım məqsədi ilə 

görkəmli alim və ictimai xadimləri birləşdirən “Simurq” Azərbaycan mədə-

niyyət Assosiasiyası tərəfindən XX əsrin 90-cı illərinin əvvəllərində BMT 

nəzdində Beynəlxalq Dünya Mədəniyyəti  Şurasının və Beynəlxalq Dünya 

Mədəniyyəti Universitetinin yaradılmasını nəzərdə tutan beynəlxalq idarə-

etmə modeli hazırlanmış və müzakirəyə verilmişdir. 1995-ci ildə bu model 

BMT-nin Azərbaycandakı nümayəndəliyi, Azərbaycana təyin edilmiş bir 

sıra xarici ölkə  səfirlikləri və beynəlxalq təşkilatlar, həmçinin görkəmli 

Azərbaycan alimləri, respublikanın ziyalı və ruhani nümayəndələri tərəfin-

dən bəyənilmişdir. Mədəniyyət anlamına bizim yanaşmamızın düzgünlüyü, 

öz prinsiplərinə görə, dünyanın bütövlüyü anlamına yaxınlığı, insanların ət-



Fuad Məmmədov

 

 

78



raf aləm haqqındakı təsəvvüründə inqilabi dəyişikliklər etmiş kvant fizikası 

sahəsindəki kəşflərlə sıx bağlı olan xolizm fəlsəfəsi ilə  təsdiqlənir. Mədə-

niyyəti bütöv sosial sistem kimi nəzərdən keçirən, tərəfimizdən seçilmiş 

metodologiya və sistemli kulturoloji təhlil - hərəkətverici qüvvələrə, ümumi 

və spesifik inkişaf qanunauyğunluqlarına malik, insanın həyat fəaliyyətinin 

müxtəlif qarşılıqlı  əlaqəli sahələrindən ibarət bütöv sistem kimi mədəniy-

yətdə ümumi və xüsusi olanı daha yaxşı tərzdə öyrənməyə imkan verir.  


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin