Dövlətçiliyin iki tarixi forması haqqında
Astronomiya, geologiya, fizika, kimya və biologiyada təbiyyat elmi
evolyusionizminin (təkamül nəzəriyyəsinin) parlaq qələbələri nəticəsində,
XIX əsrin ikinci yarısında evolyusionizm insanı və cəmiyyəti, onun mədə-
niyyət tarixini öyrənmək üçün geniş istifadə edilməyə başladı. Bunun nəti-
cəsində etnoqrafiya – humanitar biliklər çərçivəsində insan mədəniyyətinin
inkişaf qanunauyğunluqlarının aşkarlanmasına yönəldilmiş insanşünaslıq -
antropologiya elmi adlandırılmağa başlandı. Burada mühüm rol Eduard
Bernetti Taylor, Luis Henri Morqan və XIX əsrin digər məşhur etnoqrafla-
rına və tarixçilərinə məxsusdur.
Baxmayaraq ki, evolyusionizm ilk əvvəl mədəni inkişaf mahiyyətini nə-
zərdən keçirərək onun dövri, coğrafi, etnik və digər amillərlə şərtlənən xü-
susiyyətlərini diqqətdən kənarda qoymuşdu, ümumiyyətlə, o bir sıra üstün-
lüklərə malik idi. Bunlara: etnoqrafiyaya tarixilik prinsipinin tətbiq edilmə-
sini, inkişaf ideyasının dəyişməzlik ideyasına qarşı qoyulmasını; bəşəriyyə-
tin birliyi və onun inkişafının mütərəqqi xarakteri ideyasının irəli sürülmə-
sini, mədəniyyətin dinamikasının, insan cəmiyyətlərinin irqi, coğrafi və di-
gər fərqlərdən asılı olmayan müqayisəli təhlilinin tədqiqi, həmçinin mədəni
inkişafın pillələrinin aşkar edilməsini aid etmək olar.
1871-ci ildə nəşr edilmiş “İbtidai mədəniyyət” tədqiqatında mədəniyyət
haqqında elmdə evolyusionizm anlayışına toxunaraq, Taylor bəşəriyyət ta-
rixini təbiət tarixinin bir hissəsi kimi nəzərdən keçirir. İnsanın düşüncələri-
ni, arzu və əməllərini təbiət hadisələrini idarə edən qanunlara uyğunlaşdıra-
raq, o, insanlığın birliyi və inkişafın uyğun pillələrində onun mədəniyyəti-
nin oxşarlığını əsaslandırdığı - “insan təbiətinin ümumi oxşarlığı” və “insa-
Fuad Məmmədov
112
nın həyat şəraitinin ümumi oxşarlığı” qanunlarını ayırır. Bununla yanaşı o,
mədəniyyətin təkamülünü yalnız müstəqil inkişaf kimi deyil, həm də tarixi
təsirlərin və mənimsəmələrin, sivilizasiyanın müəyyən nailiyyətləri və inki-
şaf təcrübəsinin yayılması nəticəsi kimi nəzərdən keçirir. Bunu nəzərə ala-
raq o, mədəniyyətdə ümumi ilə yanaşı ayrı-ayrı xalqların mədəni xüsusiy-
yətlərinin də öyrənilməsini zəruri hesab edir və güman edir ki, “meşənin ar-
xasında ağacları görməyənlər ağacların arxasında meşəni görməyənlərdən
yaxşı deyil”. Bu baxımdan bizə elə gəlir ki, müasir idarəetmə texnologiya-
larının başa düşülməsi və qiymətləndirilməsi üçün müxtəlif xalqların idarə-
etmə mədəniyyətinə tarixi nöqteyi-nəzərdən baxmaq maraqlıdır.
Dövlət idarəçiliyi ilk dövlətlərin əmələ gəlməsi ilə meydana çıxıb. İlk
cəmiyyətlərin və dövlətlərin təşkil edilməsinin əsas zəmini ailə və qəbilə
idi. Lippertin konsepsiyasına uyğun olaraq, ilk dövlət törəmələri iki əsas
formada yaradılırdı: bəziləri, digər ailələrin sərf edilməsi və birləşdirilməsi
yolu ilə ailənin patriarxal genişləndirilməsi idi, digərlərı, ailə təşkilatının
təqlidi əsasında birliklər yaratma yolu ilə yaradılırdı. Bu zaman ailə və qə-
bilə birliyi birgə fəaliyyət və qarşılıqlı yardım, birgə mühafizə və müdafiə
olunmaq məqsədilə bərabərhüquqluluq şəraitində formalaşırdı.
Dövlətlərin ilk, patriarxal formasına: Misir, Şumer, Akkad, Babil, Aş-
şur, Çin, Yaponiya, Tibet, Türkiyə və başqaları aiddir. Bu dövlətlərdə ilk
əvvəl padşahlar və imperatorlar xalqın atası hesab olunurdular, torpağın və
onun üzərində yaşayan xalqın yeganə sahibkarı idilər, hüdudsuz hakimiyyə-
tə malik idilər və insanların həyatını idarə edirdilər. Məsələn, Misirdə firon
– ölkə allahı Amona-Ranın ruhunun yaşadığı qab, “böyük ev”, onun oğlu
və yerdəki təcəssümü hesab edilirdi. Onun haqqında “hər şeyə həyat və nə-
fəs verən” kainat hökmdarı kimi danışırdılar. Kahin “müqəddəs” yağsürtmə
mərasimini həyata keçirirdi, yəni ona Amona-Ranın ruhunu daxil edirdi,
bununla ona ilahi güc verirdi. Lap qədim zamanlardan müqəddəs əsa, atalıq
hakimiyyətinin simvolu kimi, bir hökmdardan digərinə ötürülürdü. Sonralar
bu rolu çar hakimiyyətinin simvolu olan skipetr - jezl oynamağa başladı.
Almanlarda müqəddəs əşya və atadan oğula keçən hakimiyyət simvolu qı-
lınc hesab olunurdu.
Tədricən dövlətçilik mədəniyyətinin ilkin formaları, həyat tələbatları və
insanların dəyişən dünyagörüşü ilə şərtlənən yeni məzmunla dolmağa baş-
ladı. Zaman keçdikcə Skandinaviya dövlətlərində, Frank krallığında, Yapo-
niyada, Tibetdə və digər ölkələrdə hakimiyyətin, allah ruhunun daşıyıcısı
olan kral və dövlət həyatının gündəlik idarəçiliyini həyata keçirən hakim
arasında bölüşdürülməsi tələbatı üzə çıxdı. Beləliklə, əsrin ortalarında, kral-
ların simvolik əhəmiyyət daşıdıqları bir dövrdə Skandinaviya ölkələrində
hakimlər və dövlət şuraları yaranmağa başladı. Frank dövlətində Merovinq-
İdarəetmə mədəniyyəti
113
lər dövründə (V əsrin axırı – VIII əsrin ortaları) VII əsrin ortalarından haki-
miyyəti öz əlində cəmləşdirən yüksək vəzifəli sima – Mayordom (evdə bö-
yük) zahir oldu. Mayordom Gödək Pipin 751-ci ildə Karolinqlər sülaləsinin
əsasını qoydu. Tibetdə “Qanunlar Şahı” ilahi Dalay Lamanın dövründə ida-
rə etməyə başladı. Yaponiyada dövlət işlərini Taykun idarə etməyə başladı,
ənənəvi müqəddəs missiyanı isə, əvvəlki kimi, “Allahın oğlu” imperator
Mikado yerinə yetirməkdə davam edirdi. Türk və ərəb dövlətlərində bu rolu
vəzirlər yerinə yetirməyə başladılar. Bütpərəstlik dövründə kahinlərin haki-
miyyətinin genişləndirilməsi hesabına kral hakimiyyətinin məhdudlaşdırıl-
ması prosesi alman tayfalarında da baş verirdi. Orta əsrlərdə də öz vərəsəli-
yini qoruyub saxlayan və kral hakimiyyətini ələ almağın vacib şərti olan
“allahın mərhəməti ilə” qədım tacqoyma adəti zaman keçdikcə ruhanilərin
və onların krallara göstərdikləri təsirin rolunu çox artırdı. Orta əsrlərdə Cə-
nubi Fransada və İspaniyada Roma kilsəsi kralları taxta çıxarmaq və endir-
mək hüququna malik idi. Bunu yəhudi və müsəlman din xadimlərinin səla-
hiyyəti də təsdiq edir.
Y. Lippert ən qədim dövlətlərin ilk təşkilat formasını “patriarxal mütlə-
qiyyət” adlandırırdı. Yalnız atalıq hakimiyyətinə əsaslanan bu dövlətlərdə
mütləqiyyətin dərəcəsi onların ölçüləri ilə düz mütənasib idi. Belə dövlət-
lərdə hökmdara və onun qəbul etdiyi qərarlara təsirə yalnız “hakim ailə”
malik idi. Hökmdar icmanın mülkiyyət hüququnun yeganə daşıyıcısı, mü-
qəddaratı həll edən, onun bütün üzvlərinin hökmdarı və hakimi, təbəələrinə
istifadəyə verdiyi torpağın sahibi idi. Patriarxal hakim özü, həm də kahin
funksiyalarını yerinə yetirir, allahın iradəsinin qoruyucusu və daşıyıcısı ro-
lunda çıxış edirdi, bu da ona həmtayfalarının gözündə xüsusi atalıq şərəfi
verirdi. Beləliklə, patriarxal hakim ailə səcdəgahının himayəçisi hesab edi-
lən allahın ruhunun daşıyıcısı, dövlətin hökmdarı və rəhbəri idi. İnsanların
fəaliyyətinin təşkili və rəhbərliyi ilə yanaşı o həm də allahın simvolu olan
dini ayin əşyalarının sahibi idi. Bunun sayəsində patriarxal mütləqiyyət
dövründə hökmdar mütləq nüfuz, toxunulmazlıq və tam hakimiyyət qazan-
mışdı, çünki hesab edilirdi ki, o, allahı özündə təcəssüm etdirir və onun va-
sitəsi ilə xalqı allah özü idarə edir. Bununla əlaqədar olaraq, həmçinin təbi-
ətdə və cəmiyyətdə baş verən bütün pozitiv və neqativ təzahür və proseslərə
görə məsuliyyət də onun üzərinə qoyulurdu.
İkinci formaya, sülh və qarşılıqlı maraqlar , hüquq bərabərlikləri, əmək-
daşlıq və qarşılıqlı yardım, problemin kollegial həlli prinsiplərinə əsasla-
nan, ailələrin və qəbilələrin birliyi yolu ilə yaranan dövlətlər aid edilir. Belə
dövlətlərdə, dövlət idarəçilik problemlərinin mürəkkəbləşməsi, hakimlərin
bilikləri, qabiliyyətləri və keyfiyyətlərinə tələblərin artması, dəyişən həya-
tın artan tələbatlarının təmin edilməsi zərurəti, əhalinin artımı və ictimai
Fuad Məmmədov
114
münasibətlərin inkişafı ilə diktə edilmiş dövlət idarəçiliyinin dünyəvi və di-
ni funksiyalarının ayrılması yer tutur.
Qədim Yunanıstan və Romanın dövlət quruluşunda biz, bərabər hüquqlu
ailələrin birləşməsinə əsaslanan, mühakimə üsulu və müharibədə başçılıq
hüququnun icmada qaldığı seçkili hökmdar (Roma) və kahin (Yunanıstan)
hakimiyyətini formalaşdıran təşkilatın ikinci formasının tədricən əmələ gəl-
məsini görürük. Yeni tipli dövlətlər sülhün, mülkiyyətin müdafiəsinin,
əməkdaşlıq və qarşılıqlı yardım imkanının zamini kimi, ona daxil olan üzv-
lərin hüquqlarının qarşılıqlı tanınmasına əsaslanan ittifaqda maraqlı idilər.
Beləliklə, insanlar tədricən, müvəqqəti varlanmaq metodu olan müharibə-
dən sabit rifah mənbəyi olan birgə fəaliyyətə keçidin üstün olduğunu dərk
edirdilər.
Əgər dövlətçiliyin qədim forması şəxsi mülkiyyət və ədalət hüququ anlayışla-
rını xudbincəsinə yalnız özünün dövlət çərçivələri ilə məhdudlaşdırırdısa, təfək-
kür və dünyagörüşün təkamülü nəticəsində yaranan yeni forma bu anlayışları,
ona daxil olan strukturların mülkiyyət hüququnun qarşılıqlı tanınmasına əsasla-
nan “ittifaq dövlətinin” bütün üzvlərinin ümumi varı etdi. Mülkiyyətin əldə edil-
məsinin yeni forması müharibə deyil, müqavilələrə və razılıqlara əsaslanan
əmək, mübadilə və ticarət oldu. Beləcə, patriarxal dövlətlərin içərisində addım-
addım demokratiya mədəniyyətinin qədim prinsipləri tədriclə əmələ gəlirdi.
Yeni dövlət təşkilatı tipinin ən xarakterik nümunələrindən biri Hotland
adalarındakı Skandinaviya koloniyaları və İslandiya oldu. Burada yerləşən
alman tayfaları ilk əvvəl torpağın sahibi oldular və ticarət, dini həyat və
məhkəmə icrası üçün ümumi yer seçərək, qəbilələrin ittifaqında birləşdilər.
Bu zaman ittifaqın kahin hakimiyyətinin sahibi kilsə, məhkəmə hakimiyyə-
tinin sahibi isə - patriarx oldu. Belə qəbilə birlikləri Hotlandda - “Hundari”,
Daniyada – “Hared”, İslandiyada – “Tinglag”, Almaniyada – “Zend”, Ro-
mada – “Kuriya” adlanırdılar. Bu qəbilələrin məcmusu mərkəzləşdirilmiş
idarəetməni ya qəbilə Ağsaqqallar şurası formasında, ya ümumi rəhbər-
patriarx formasında həyata keçirirdi. Məsələn, İslandiyada “Tinglag” üç
prixodun (xristianlarda: aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadı-
ğı yer, məhəllə) rəhbərlər şurası tərəfindən idarə olunurdu. Y. Lippert belə
təşkilatı arı yuvasında hər birinin öz vəzifəsini saxladığı arı şanıları ilə mü-
qayisə edir. Pomada üç kuriya “tribanı”, üç triba isə - qədim Roma patrisi
dövlətini təşkil edirdi. İctimai inkişafın ayrı-aryı pillələrində dövlət idarəçi-
liyi forması müxtəlif olub. Qədim Romada ölkənin dövlət idarəçiliyini se-
natı təşkil edən “patres consripti” qəbilə ağsaqqalları həyata keçirirdi. Qə-
dim İsraildə və Qədim İudeyada idarəetmə tayfaların ittifaqı tərəfindən hə-
yata keçirilirdi. Qədim Çexiyada Roma senatına oxşar şuranı qəbilə ağsaq-
qalları - “kmetlər” təşkil edirdilər. Əslində bu, bəzi ölkələrdə şah hakimiy-
İdarəetmə mədəniyyəti
115
yətindən qabaq olan ən qədim parlamentarizm nümunəsi idi. Parlamentin
daha ilkin idarəetmə forması Qədim Şotlandiyanın hakim parlamenti idi.
Öz imtiyazlarını normand dövründən qoruyub saxlayan, daha kübar zadə-
gan nəsilləri ilə təmsil olunmuş perlər palatası - müasir Birləşmiş Krallıq
parlamentinin yuxarı palatası da belə model üzrə yaradılmışdır.
Almaniyada idarəçilər rolunu icma birliyi üzvlərinin özləri ifa etsələr də,
bu fəaliyyətin başında, hökmdar hakimiyyəti üçün xarakterik olan patriar-
xal idarəçilik ənənələrini qoruyub saxlamış “tunginlər” və ya “qrafiolar”
dayanmışdılar. Ən qədim zamanlarda Romada hökmdar vəzifəsinə qəbilə
ittifaqlarının hər birinin başçıları növbə ilə təyin olunurdu. Sonra hökmdar-
ların idarəetmə fəaliyyətini kahin funksiyaları ilə məhdudlaşdırmağa başla-
dıqda, “atalar” öz aralarında icra səlahiyyətərini bölüşdülər və dövlət vəzi-
fələrini qısa müddətə tutmağa başladılar. Zamanın təsiri altında ənənəvi döv-
lətlərin hökmdar hakimiyyəti tədricən, torpaq mülkiyyəti hüququ və dini ayin
vəzifələrini özündə saxlayaraq, özlərinin idarəetmə səlahiyyətlərini qəbilə itti-
faqları rəhbərləri ilə bölüşməyə başladılar. Patrisilərin torpağa xüsusi mülkiy-
yəti artdıqca, kral dövlətin yalnız xam torpaqlarının mülkiyyətçisi oldu. Buna
baxmayaraq, qəbilə ittifaqlarının birləşməsi nəticəsində yaranan dövlətlərdə də,
onların inkişaf səviyyəsinə görə, bütün xalqın maraqlarını təmsil edə biləcək
hökmdarın və ya kralın seçilməsinə ehtiyac yarandı.
İngiltərənin, ölkə feodalizminin formalaşması prosesini tamamlayan
normand istilası zamanlarında (1066-cı il), ölkədə mülkiyyət hüquqları mü-
nasibətləri patriarxal hökmdar hakimiyyəti prinsipləri ilə şərtlənirdi. Ümu-
mi torpağın “inklərin torpağı”, “günəşin torpağı” və “xalqın torpağı”na bö-
lündüyü İnk dövlətindəki (XIII-XV) ali hakimiyyət idarəetməsinə oxşar XI
əsr İngiltərəsində də torpaq krala məxsus rıtsar lenlərinə, kilsə lenlərinə və
xalq lenlərinə bölünmüşdü.
Əhalinin artması, dünyanın müxtəlif ölkələrinin sosial-mədəni inkişafın ta-
rixi pillələri ilə irəliləməsi ilə əlaqədar sivilizasiyanın müxtəlifliyi artırdı və
dövlət idarəçiliyi problemləri mürəkkəbləşirdi. Qədim Yunanıstanda aristokrat-
lar və demokratlar, Qədim Romada patrisilər və plebeylər, orta əsr avropa şə-
hərlərində “qəbilələr” və “sexlər” (silki təşkilatlar) arasındakı mübarizə nümu-
nələrində biz görürük ki, bir vaxt qəbilələrin birləşməsindən əmələ gələn şəhər
əhli, buna baxmayaraq, şəhər həyatının yeni şəraitində zaman keçdikcə öz hü-
quqlarının, həmçinin idarəçilik hüquqlarının tanınmasına nail olmağı bacardı.
“Şəhər azadlıqları” uğrunda inadlı mübarizə sayəsində əldə edilmiş yeni həyat
və idarəetmə forması alman şəhər quruluşunda dayaq və müdafiə aldı, sonralar
isə slavyan dövlətçilik mədəniyyətində də yayıldı.
Almaniyada orta əsr kralı artıq – torpağı və onun üzərində yaşayan xalqı
özünün bölünməz mülkiyyəti kimi nəzərdən keçirən qədim dövrün zalım
Fuad Məmmədov
116
patriarxal hökmdarı deyildi. O, sülhün, Almaniya xalqının həyatının və mül-
kiyyətinin qoruyucusu, ölkədəki əcnəbilərin təhlükəsizliyinin zamini, məhkə-
mə hakimiyyətinin sahibi hesab olunur, ticarətin və istehsalın inkişafına yardım
edir. XIV əsrdə alman və Çexiya şəhərləri siyasi hüquq bərabərliyi uğrunda za-
dəganlarla əbəs yerə mübarizə aparmırdılar. Orta əsrlər İngiltərəsinin parla-
menti, tədricən başlıca dövlət idarəçiliyi orqanı oldu. 1215-ci ildə ingilis kralı
İohan Bezzemelni tərəfindən imzalanmış Böyük Azadlıqlar Xartiyası rıtsar-
lara, azad kəndlilərin yuxarı təbəqəsinə və şəhərlərə bəzi imtiyazlar verə-
rək, kralın hüquqlarını məhdudlaşdırırdı. 1265-ci ildə İngiltərə parlamentin-
də, sonralar dünyanın bir çox ölkələrinin parlamentlərində iki dəfə artıq nü-
mayəndə seçmə qaydası üçün presedent olan, icma palatalarının seçkili ins-
titutu tətbiq edildi.
Qədim və orta əsr dövlət idarəçiliyində məhkəmə mühüm yer tuturdu. Mü-
hakimə üsulunda baş verən dəyişikliklər dövlət idarəçiliyindəki tendensiyaların
dəyişməsinin göstəricisi oldu. Atalıq hakimiyyətinə əsaslanan patriarxal məh-
kəmə yeni sosial-mədəni şəraitdə xalqın ruhuna daha çox uygun olurdu. Avro-
pa cəmiyyətinin tədricən demokratlaşması və xalqın hüquq düşüncəsinin art-
ması ölçüsündə hüquqi prinsiplərin dəyişməsi baş verirdi. Əgər qədim dövrdə
məhkəmənin əsas prinsipi yalnız, “icmanın rifahı”na yönəldilmiş atalıq iradəsi-
nin ifadəsi idisə, orta əsrlər dövründə daha çox hüquqi bilik belə prinsip oldu.
Əgər əvvəllər günahı cəzanın dərəcəsi ilə tutuşduraraq ölçmək cəhdi olmurdu-
sa, bunun nəticəsində “ata”nın qanunlarını pozan insanların cəzasında heç bir
məhdudiyyət yox idisə də, həyatın real tələblərinə uyğun olaraq, müəyyən hü-
quq normaları tədricən formalaşmağa başladı.
İkinci tip Avropa dövlətlərində formalaşan hüquqi qayda onunla şərtlənirdi
ki, məhkəmə hər bir ailədə - həmin ailənin üzvləri və qullarına münasibətdə
atanın hüquqlarının məhdudlaşdırılmasına yönəlmişdi. İdarəetmənin hüquqi
əsası kimi yeni hüquqi münasibətlərin mənbəyi bərabərhüquqlu ailələrin sülh
ittifaqı oldu. Mülkiyyət haqqında məsələnin həlli, əslində özü məhkəmə təşki-
latçısı olan icma təfəfindən tanınmasından asılı olmağa başladı. Məhkəmə qə-
rarlarının hamı tərəfindən qəbul edilməsi məqsədilə mülkiyyətin əldə edilməsi
və verilməsi müəyyən yerdə və müəyyən vaxtda açıq şəkildə həyata keçirilmə-
yə başladı. Bir qayda olaraq bu, bütpərəstlərdə ibadət yeri idi. Məsələn, frank-
larda o, “Malberq” adlanırdı və patriarxın palatasının yanında yerləşirdi. Xristi-
anlıq dövründə belə yer kilsə meydanı oldu.
Xalqın belə yığıncaqlarda iştirakı izazə xarakteri daşıyır və iştirakçıların
üzərinə, hüquqi qüvvədənsə, müəyyən məsuliyyət qoyurdu. Vaxt keçdikcə
və əhalinin sayının artması ilə “ali məhkəmə ittifaqları” xarakteri alan məh-
kəmə yığıncaqlarında icmaların nümayəndəlik sistemi yaradıldı. Almaniya-
da müəyyən hüquqi təsəvvürlərə və hüquqi biliklərə malik xalq nümayən-
İdarəetmə mədəniyyəti
117
dələrinin - Şefferlərin qədim məhkəmə sistemi belə yarandı. Azad alman
şəhərlərində məhkəməni şəhərlilər aparırdılar və hətta hakim şəhər tərəfin-
dən təyin edilirdi, lakin “Blutbann” cinayət məhkəməsini icra etmək hüqu-
qu krala qalırdı. Mühakimə üsulu vasitələri kimi – şahidlərin ifadələri, an-
diçmə, “mərc”, məhkəmə çəkişməsi, püşk, kahinin qərarı, ordaliyalar və iş-
gəncə tətbiq edilirdi. Orta əsrlər dövründə Avropada, xüsusən İspaniya və
Romada mühakimə olunanın günahının Allaha qarşı cinayət olduğunu sü-
but etmək üçün “Müqəddəs inkvizisiya” tərəfindən işgəncə geniş istifadə
edilməyə başladı.
Özündə patriarxal məhkəmənin ənənələrini mənimsəyən yeni məhkəmə,
kral məmurları və Şefferlərin birgə fəaliyyətini təşkil edirdi. Onun mahiyyəti
bunda idi ki, cinayətkara qarşı münasibətdə zərərçəkənin ailəsinin intiqam al-
masına icazə verərək məhkəmə eyni zamanda “zərər vurulmuşun qisasının
yeni bir qisasa səbəb olmaması” arzusunu irəli sürürdü. Bunun əvəzində ci-
nayətkar cəmiyyətin ona verdiyi bütün hüquqlar və faydalardan – su, od, ailə,
əmlak, həyatını qoruma imkanlarından məhrum edilirdi. Bu zaman məhkum
zərərçəkənin ailəsinə ona vurduğu zərərin əvəzini verməli idi, cəmiyyətə isə
“pozulmuş asayişə görə” cərimə ödəməli idi, bu da qan qisası almaq borcu
olan qohumlara pul kompensasiyasını ifadə edirdi.
Bəşəriyyətin ilk sivilizasiyalarında dövlətçilik
mədəniyyəti tarixindən
Bəşəriyyət öz inkişafında bir sıra tarixi pillələr keçmişdir. Onların hər
birində sosial-mədəni tərəqqinin, ictimai münasibətlər və iqtisadi inkişaf
mədəniyyətinin, dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin müəyyən
səviyyəsinə nail olunmuşdur. İlk sivilizasiyaların quldarlıq cəmiyyəti şərai-
tində ictimai siniflərin, silklərin yaranması ilə dövlətlərin yaradılması, zid-
diyyətli ictimai münasibətlərin, insanların dini və istehsal həyatının tənzim-
lənməsi zərurəti meydana çıxdı. Sonrakı tarixi dövrdə insan cəmiyyəti inki-
şafının başlanğıc nöqtəsi olan ümuməhəmiyyətli mədəni ənənələr və eta-
lonlar qədim dünyanın məhz quldarlıq cəmiyyətində əmələ gəlmişdir.
Dünya mədəniyyəti tarixində qədim cəmiyyət mədəniyyətinin yeni sosi-
al institutu olan dövlət ilk dəfə Şumer və Misirdə formalaşmışdır. Dövlətçi-
lik tarixi b.e.ə. IV minilliyin ikinci yarısından, yəni Şumer və Misirdə ilk
şəhər-dövlətlərin meydana gəlməsindən başlayan Qədim Şərq coğrafi ba-
xımdan bir çox ölkələri əhatə edirdi. Onlara Şumer, Misir, Het şahlığı, Babi-
listan, Aşşur, Finikiya, Suriya, Fələstin, Frigiya və Lidiya şahlıqları, Aratta,
Manna, Midiya, Urartu, dünya Persiya monarxiyası, Mərkəzi Asiya, Hindistan,
Çin və Cənub-şərqi Asiya dövlətləri aiddir. Bu ölkələrin mədəniyyət və sivili-
Fuad Məmmədov
118
zasiyalarının formalaşması əsasən onların yerləşdiyi təbii-coğrafi şəraitdən və
xalqın mədəni-genetik kodundan asılı idi. Eyni zamanda mədəni mübadilə, ta-
rixi şərait və hakim rejimin ideologiyası, dini, ənənələri və siyasətindən asılı
olan sosial mühit də çox böyük əhəmiyyətə malik idi.
Qədim Şərq dövlətləri etnik cəhətdən müxtəlif görünüşlü olsalar da, on-
ların dövlətçiliyinin əsas formalaşma qanunauyğunluqları bir çox ümumi
cəhətə malikdir. İlk Qədim Şərq dövlətləri kiçik vilayətləri – nomları təşkil
edən bir neçə yaşayış məntəqələrinin birləşməsi yolu ilə yaranmışdır. Bura-
da başçının iqamətgahı və ali qəbilə səcdəgahının müqəddəs məbədi yerlə-
şən şəhər mərkəzi formalaşırdı. B.e.ə. IV minillikdə başlayan ilk sivilizasi-
yalar dövründə Yaxın Şərq regionunda mədəni mübadilə, mədəniyyətlərin
yaxınlaşması və qarşılıqlı faydalı əməkdaşlığın tədrici prosesləri baş verir-
di. Kulturoloji nöqteyi-nəzərdən bu - mutasiyalı, təcrid olunmuş inkişafdan,
mədəni artefaktların birbaşa mənimsənilməsinə və stimullaşdırılmış trans-
formasiyasına əsaslanan kulturogenezə doğru hərəkat prosesi idi.
B.e.ə. IV minilliyin ikinci yarısında Şumer və Misirdə şəhərlərin əmələ
gəlməsi ilk sivilizasiyaların formalaşmasında inqilabi əhəmiyyətə malik idi.
Şəhərlər dövlət idarəçiliyinin və dini ibadətin ilk mərkəzləri oldu. İlk əvvəl
burada, hökmdarın və onun administrasiyasının, din xadimlərinin, şəhər,
həm də kənd təsərrüfatı ilə məşğul olan əhalinin ehtiyaclarını təmin edən
sənət istehsalı cəmləşmişdi. İstehsal qüvvələrinin, sosial həyatın və dövlət-
çilik mədəniyyətinin inkişafı ilk növbədə hakim siniflərin idarəetmə mədə-
niyyəti, enerjisi, təşəbbüskarlığı və intellektual mədəniyyət səviyyəsindən
asılı idi. İstehsalın və ticarətin aşağı səviyyəsində məhsullara və xammala
malik olan ölkələr arasındakı qarşılıqlı faydalı əlaqələr çox vaxt qarət mü-
haribələrinə çevrilirdi.
İlk dövlətlərin təşəkkül tapmasında köləlik mühüm rol oynamışdır.
Onun yaranması fərdin cəmiyyətin inkişafı üçün zəruri olan əlavə məhsulu
verə bilməməsi ilə şərtlənirdi, bunun nəticəsində bütün hüquqlardan məh-
rum olmuş qullar əməyə məcbur edilirdilər. Köləlik cəmiyyətin əmlak təbə-
qələşməsi və özünün sosial statusu, əmlak vəziyyəti, əməyin ictimai təşki-
lində yeri və rolu, həmçinin ictimai sərvətdən aldığı payla fərqlənən siniflə-
rin formalaşmasına böyük təsir göstərirdi. Bununla əlaqədar ictimai inkişafı
idarə edən və ictimai münasibətləri tənzimləyən subyekt kimi dövlətin rolu
çox mühüm əhəmiyyət kəsb etməyə başladı.
Qədim Şərq ölkələrində dövlət idarəçiliyinin mühüm obyekti yalnız müxtə-
lif siniflər və sosial qruplar arasında münasibətlərin tənzimlənməsini tələb edən
istehsal və maddi nemətlərin bölgüsü deyil, həm də onların arasında yaranan
ziddiyyətlərin aradan qaldırılması idi. Quldarlıq cəmiyyəti üç sinfə bölünürdü.
Mülkədarlar, saray əhli, xidmətdə olmuş zadəganlar, kahinlər, ordunun koman-
İdarəetmə mədəniyyəti
119
da heyəti, əkinçilik icmasının yuxarı varlı təbəqələrinin daxil olduğu, dövlət
idarəçilik aparatı ilə sıx bağlı olan - hakim sinif. Azad və asılı mülkədarlar və
sənətkarlardan ibarət - xırda istehsalçılar sinfi. Hüquq səlahiyyəti elementlərini
saxlamış ev qulları və əşyalara bərabər tutulan yadelli qullardan ibarət - qullar
və qullara yaxın asılı işçilər sinfi. Hər bir sinif - hüquq, əmlak və məişət vəziy-
yəti baxımından müxtəlif təbəqələrə bölünürdü.
Qədim Şərq ölkələri üçün səciyyəvi cəhət o idi ki, Qədim Yunanıstan və
Roma ilə müqayisədə, onlarda nisbətən zəif inkişaf tempi yer tuturdu. Bu, in-
tellektual mədəniyyətin inkişafına kifayət qədər diqqətin ayrılmaması, dini
təsəvvürlər çərçivəsində inkişaf edən çoxallahlılıq, Qədim Şərq iqtisadiyyatı-
nın durğunluq xarakteri, əmtəə təsərrüfatının zəif inkişafı, texnika və texnolo-
giyanın tədriclə təkmilləşdirilməsi, səthi əmək bölgüsü və onun məhsuldarlı-
ğının aşağı səviyyəsi ilə şərtlənirdi. Qədim Şərq ölkələrinin xüsusiyyəti həm
də o idi ki, onlarda ictimai quruluşun əsas sosial və ərazi vahidləri qismində,
bir-birinə və dövlətə münasibətdə hüquq və vəzifələri olan, lakin bununla ya-
naşı özlərinin mədəni mübadiləyə az meylli, ənənəvi qapalı dünyası ilə yaşa-
yan icmalar çıxış edirdilər. Spesifik Qədim Şərq iqtisadiyyatı, dövlət haki-
miyyətinin sosial strukturu və forması ilə şərtləndirilmiş icma, həyatın və is-
tehsalın kollektivçilik formasını saxlamışdı ki, bu da xüsusi mülkiyyətçilik
münasibətlərinin inkişafını ləngitməyə bilməzdi. Bütün bunlar çoxsaylı icma-
ların səylərinin birləşməsinə və koordinasiyasına yönəldilmiş dövlət idarəçi-
liyinin rolunu şərtləndirirdi. Qəbilə demokratiyasının ənənələrini aradan qal-
dıran belə hakimiyyətin spesifik forması, ədəbiyyatda “Qədim Şərq istibdad
hakimiyyəti” adı ilə məlum olan qeyri-məhdud monarxiya oldu.
İlk sivilizasiyalarda formalaşan dövlət idarəçiliyi sistemi iyerarxik prinsip
üzrə təşkil olunmuş çoxsaylı administrasiyaları birləşdirirdi. Dövlət idarəçili-
yi aparatı rütbə və subordinasiya sisteminə malik idi. Məmurların ictimai
mövqeyi onların xidməti pillədəki yerindən asılı olaraq müəyyənləşdirilirdi.
Administrasiyanın vəzifələri dövlətin daxili və xarici siyasəti ilə müəyyən
edilirdi. Ən mühüm daxili vəzifə - əkinçilik irriqasiyasının təşkili və torpaq
mülkiyyətinin idarə edilməsi idi. Dövlət sərəncam, nəzarət, icmaların irsi
mülkü olan torpağın istifadəsi üçün vergi yığmaq hüququna malik idi. Tor-
paqların bir hissəsi onların üzərində şəxsi təsərrüfat yaradan, torpaq vergisi
ödəyən və müəyyən mükəlləfiyyətlər daşıyan saray adamlarına, zadəganlara
və döyüşçülərə paylanırdı. Əsas torpaqlar istibdadçının və ondan asılı olan
kahinlərin əlində cəmləşmişdi. Alluvial çayların vadilərində yerləşən, əlveriş-
li təbii şərait və güclü irriqasiya sistemlərinin yaradılması ilə şərtlənən qədim
şərq ölkələrinin əkinçilik məhsullarının yüksək məhsuldarlığı əlavə məhsulun
yüksək həcmini təmin edirdi, bunun hesabına da inkişaf etmiş bürokratik
aparat, ordu və hakim sinfin rifahı üçün xərclər təmin olunurdu.
Fuad Məmmədov
120
İstibdad dövləti başçısının xüsusi mövqeyi onunla şərtlənirdi ki, hökm-
dar qanunverici, icraçı və məhkəmə hakimiyyətinin tam hüquqlu daşıyıcısı
hesab edilirdi, onun şəxsiyyəti isə ilahiləşdirilirdi. Bununla bərabər Qədim
Şərq ölkələrində, xüsusən, Qədim Hindistanın bir sıra dövlət qurumlarında
və Finikiyanın bəzi şəhərlərində dövlətçiliyin qeyri-monarxiya formasını
təmsil edən “oliqarxiya respublikaları” mövcud idi.
Mədəni inkişafın qeyri-bərabərlik qanununa uyğun olaraq, Qədim Şər-
qin ayrı-ayrı ölkələri sivilizasiyanın müxtəlif pillələrinə çatmışdılar. Döv-
lətçilik mədəniyyəti və dövlət idarəçiliyi mədəniyyətində - Qədim Misir,
Şumer-Mesopotamiya sivilizasiyası, Finikiya, Het şahlığı, Qədim Hindistan
və Çin liderlik mövqeləri əldə etmişdilər.
Dostları ilə paylaş: |