Tayvanın iqtisadi inkişaf xüsusiyyətləri
Tayvan - dünya iqtisadi inkişaf təcrübəsinin, ilk növbədə Yaponiya inki-
şaf təcrübəsinin tənqidi təhlili və yaradıcı istifadəsi əsasında, yüksək effekt-
li milli iqtisadi model yaratmanın ən yaxşı nümunələrindən biridir. Yüksək
effektli idarəçilik sayəsində XX əsrin ikinci yarısında bu ada-dövlətdə fan-
tastik sosial-iqtisadi inkişaf müşahidə edilirdi. İqtisadiyyatın böhran vəziy-
yəti, demoqrafik çətinliklər və s. ilə bağlı bir sıra obyektiv çətinliklərə bax-
mayaraq, ölkə yoxsulluqdan yüksək rifah səviyyəsinə doğru nümunəvi bir
yol keçmişdir. Qısa tarixi dövr ərzində Tayvan sənayeləşdirmənin üç əsas
pilləsini keçmişdir: əmək, kapital tutumlu və elmtutumlu. Dünyada ən yük-
sək iqtisadi inkişaf templərindən birini göstərərək o, dörd onillik ərzində
aqrar dövlətdən sənaye dövlətinə çevrildi.
Tayvanın iqtisadi mexanizminin effektivliyi, məhsulun eksportuna, xari-
ci investisiyaların cəlb edilməsinə və nisbətən ucuz işçi qüvvəsinə yönəldil-
miş milli iqtisadiyyat çərçivəsində lazımi sosial-iqtisadi strukturların ardıcıl
yaradılması ilə təmin edilirdi. Düşünülmüş idarəçilik strategiyaları nəticə-
sində Tayvan, kənd təsərrüfatının zərərinə olaraq sənayeləşdirmənin rolu-
nun həddən artıq qiymətləndiriməsi, və sənayeləşdirmə prosesində sənaye-
nin ağır sahələrinin vaxtından əvvəl inkişaf etdirilməsi kimi “üçüncü dünya
ölkələrinin” səhvlərindən yaxa qurtara bildi. Bu, ölkəyə vaxt qazanmağa və
inkişafın təbii resurslarından düzgün istifadə etməyə imkan verdi. İlk əvvəl
İdarəetmə mədəniyyəti
513
qüvvələr, qoyulmuş vəsaitlərin sürətli dövriyyəsini təmin edən və iri kapital
qoyuluşunu, yüksək texnologiyaları və yüksək ixtisaslı personalı tələb et-
məyən kənd təsərrüfatı və yüngül sənayenin inkişafına yönəldildi. Artıq ke-
çən əsrin 50-ci illərində, əsasını - azad fermer təsərrüfatlarının yaradılması-
na, dövlətin düşünülmüş vergi və qiymət siyasəti ilə möhkəmləndirilmiş
torpağa sahiblik şərtlərinin dəyişdirilməsinə və istehsalın diversifikasiyası-
na imkan verən islahatın təşkil etdiyi kənd təsərrüfatının modernləşdirilmə-
sinə nail olunmuşdur. Əmək məhsuldarlığının yüksəldilməsi nəticəsində ar-
tıq 1953-1966-cı illərdə kənd təsərrüfatı istehsalı iki dəfədən çox artdı, ər-
zaq problemi həll olundu, yeyinti sənayesi üçün xammal bazası yaradıldı.
Uğurlu idarəçilik qərarlarından biri emaledici müəssisələrin bilavasitə Tay-
van kəndlərində yerləşdirilməsi oldu. Ölkədə elmi-tədqiqat laboratoriyaları
və institutları şəbəkəsinin yaradılması, istehsalata yerli və xarici texnologi-
yaların tətbiqi, həmçinin dövlətin dəstəklədiyi korporasiyaların geniş inki-
şafı sayəsində sonrakı dövrdə, 1954-cü ildən 1984-cü ilədək kənd təsərrüfa-
tında əmək məhsuldarlığı 5 dəfə artdı. Bu, daxili resurslar hesabına milli
kapital qoyuluşu fondunu formalaşdırmağa imkan verdi. Eksport məhsulla-
rına istiqamət götürmə, Tayvana dünya iqtisadiyyatındakı dəyişikliklərə tez
reaksiya verən iqtisadi mexanizm yaratmağa imkan verdi. Bu zaman kənd
təsərrüfatı məhsullarının eksportu hesabına ölkənin sənayeləşdirilməsinin
maliyyələşdirilməsi üçün əhəmiyyətli vəsaitlər əldə edildi.
Tayvanın iqtisadi inkişaf təcrübəsi sabit inkişaf və tərəqqi təminatçısı
olan dövlətin iqtisadiyyatın idarəçiliyinə rasional müdaxiləsinin məhsuldar-
lığını göstərir. Güclü intellektual və maddi resurslara malik olan “böyük
menecer” rolunu oynayaraq, dövlət məqsədləri düzgün təyin etməyə, inki-
şafın strategiya və taktikasını işləyib hazırlamağa, prioritet vəzifələri müəy-
yənləşdirməyə qadirdir. Tayvanın iqtisadi uğurunun əsasını iqtisadiyyatın
çevik dövlət tənzimlənməsi ilə bazar münasibətləri bazasında özünütənzim-
ləmə prosesləri inkişafının uyğunlaşdırılması təşkil edir. İqtisadiyyat idarə-
çiliyinin dövlət konsepsiyasında “bazara istiqamətlənmiş planlı iqtisadiy-
yat” tərifi qəbul edilmişdir, indikativ planlaşdırma isə direktivdən əhəmiy-
yətli dərəcədə üstün idi. İdarəçilik vasitələri qismində inzibati hakimiyyət-
dən deyil, biznesmenin öz güçünü, inkişaf potensialına malik və dünya ba-
zarında tələb olunan sahələrə yönəltmək marağına hesablanmış iqtisadi sti-
mulyatorlar istifadə edilirdi. Təşkilati strukturlarının köməyi ilə dövlət özəl
biznesə öz inkişaf prioritetlərini təyin etməyə kömək edirdi və maksimum
gəliri təmin edən kapital qoyuluşunun formaları və sahələrini göstərirdi.
Dövlət hesabına bütün investisiyaların ən azı üçdə bir hissəsi formalaşırdı.
Onların böyük hissəsi sosial infrastrukturun inkişafına yönəldilirdi. Qeyd
etmək kifayətdir ki, artıq 50-ci illərdə mədəniyyətin, təhsilin və elmin inki-
Fuad Məmmədov
514
şafına dövlətin ümumdaxili məhsulunun 3-dən 5%-ə qədəri lazım gəlirdi.
Belə bir strategiya 90% savadlılıq səviyyəsinə nail olunmasına imkan verir
və ölkənin sənayeləşdirilməsi üçün sənayeni zəruri iqtisadi əmək resursları
ilə təmin edirdi.
XX əsrin 70-80-ci illərində Tayvanın iqtisadiyyatına xarici investisiya-
nın axını üçün şərait yaradıldı, vergi güzəştləri sistemi hesabına xarici kapi-
talın istifadəsini effektiv tənzimləyən milli qanunvericilik fəaliyyətə başla-
dı. Adanın məhdud təbii resurslarını nəzərə alaraq dövlət elmtutumlu məh-
sulun eksportuna xüsusi diqqət yetirirdi. Bu, xarici investisiyanın əsas his-
səsini elmi tədqiqatların və konstruktor işləmələrinin aparılması, müxtəlif
sənaye sahələrində yüksək texnologiyaların yaradılması, elmtutumlu məh-
sulların – yarımkeçirici texnika, fərdi kompüterlər, biotexnologiya məhsul-
larının eksportunun kəskin şəkildə artırılmasına yönəltməyə imkan verdi.
Burada əmək haqqının nisbətən aşağı səviyyəsi ilə istehsalat mütəxəssislə-
rinin yüksək hazırlıq səviyyəsi, Amerika nümunəsi üzrə yeni elmi mərkəz-
lərin yaradılması, Çin mənşəli Amerika alimlərinin cəlb edilməsi, həmçinin
yüksək effektli birgə müəssisələrin təşkili mühüm rol oynayırdı. Tayvan iq-
tisadiyyatının dünya bazarına adaptasiya qabiliyyəti də artdı. Milli iqtisa-
diyyatın inkişafının effektiv idarə edilməsi ona gətirib çıxardı ki, 1981-ci il-
dən 1987-ci ilədək olan dövr ərzində Tayvanın valyuta ehtiyatları Səudiyyə
Ərəbistanı, Küveyt və BƏƏ-nın (Birləşmiş Ərəb Əmirlikləri) birlikdə götü-
rülmüş valyuta ehtiyatlarını iki dəfə aşaraq, 7,2 dəfə artdı. Beləliklə, keçən
yüzilliyin sonuna doğru Tayvan dünya kredit bazarına maliyyə resurslarının
iri tədarükçüsü və Malayziya, Tayland, Filippin kimi ucuz əmək resursları
rayonlarına sahibkarlıq kapitalının eksportçusu oldu.
Çinin “iqtisadi möcüzəsi”
Müasir dünya iqtisadiyyatında Çinə xüsusi yer məxsusdur. XX əsrin ilk
üç rübü ərzində Çin iqtisadiyyatı çox aşağı inkişaf templərinə malik idi, on-
lar da dövri olaraq pisləşirdi ki, fikrimizcə, bu, dövlət quruluşu və siyasi re-
jimin xüsusiyyətlərindən asılı idi. Yaxın dövrlərə qədər Çin dünyanın ən
yoxsul ölkələri sırasına aid edilməkdə davam edirdi, real aclıq təhlükəsi isə
yalnız keçən əsrin sonunda aradan qaldırıldı. 1952-1978-ci illərdə Çində
əhalinin adambaşına düşən ÜDM orta dünya səviyyəsindən aşağı endi. Yal-
nız 70-ci illərin sonunda, iqtisadi islahatlar nəticəsində ölkənin inkişaf ten-
densiyasında dönüş yarandı və Çin dünyanın bir çox ölkələrindən öz gerili-
yini çox böyük sürətlə azaltmağa başladı.
XX əsrin son rübündə Çinin iqtisadiyyatı öz inkişafında görünməmiş
uğurlar əldə etdi. Çinin inkişaf templəri bütün dünya iqtisadiyyatı üçün uni-
İdarəetmə mədəniyyəti
515
kal oldu. Demokratiya mədəniyyəti dəyərlərinə istiqamətlənmiş otuz isla-
hatlar ili ərzində Çində ÜDM 15 dəfə artdı. İqtisadi islahatların əvvəlindən,
1978-ci ildən 1997-ci ilədək Çinin ümumdaxili məhsulu 5,7 dəfə və ya orta
hesabla ildə 9,6% çoxaldı. Bu o deməkdir ki, o, rekord sürətlə, hər 7,5 ildən
bir iki dəfə artırdı! Elə həmin dövr ərzində Çində adambaşına düşən ÜDM
istehsalı 4,4 dəfə, əmək məhsuldarlığı (bir məşğul nəfər üçün ÜDM) - 3,6
dəfə artdı. Əgər 1978-ci ildə Çinin ÜDM-u Rusiyanınkından 23% az idisə,
1997-ci ildə o artıq Rusiya ÜDM-nu 6,2 dəfə ötüb keçdi. Planlı iqtisadiy-
yatdan bazar iqtisadiyyatına keçidi təmin edən islahatlar nəticəsində, dörd
rüb ərzində hər bir sakinin şəxsi istehlakı üç yarım dəfə artdı. Əgər islahat-
lar başlayana qədər 250 milyon çinli özünü yedirtmək və geydirmək iqtida-
rında deyildisə, islahatlar həyata keçirildikdən sonra tam yoxsul insanların
sayı əhalinin 25-dən 3 faizinədək azaldıldı. Uzunmüddətli istifadə malları
əldə etməyə qabil 250 milyon insan meydana çıxdı. İşsizliyə görə vəsait
xərclərinin azaldılması sayəsində Çində iş qabiliyyətli vətəndaşların işsiz
kimi qeydiyyatı üçün stimullar hiss olunacaq dərəcədə azaldı. Bunun nəti-
cəsində işsizliyin səviyyəsi təqribən iki dəfə – 5,3 %-dən 2,9%-dək azaldı,
əhalinin bütün məşgüllarının payı isə 1978-ci ildə 42,3 % -dən 1997-ci ildə
53%-ə qədər yüksəldi ki, bu da sosial-iqtisadi inkişafın sürətlənməsinə sə-
bəb oldu. Cəmiyyətin polyarlaşma səviyyəsi maksimal dərəcədə endirildi
və istehsal qüvvələrinin inkişafı üçün stimullar genişləndirildi.
Rusiya iqtisadi təhlil institutunun mütəxəssisləri hesab edirlər ki, Çinin
iqtisadi inkişafının fenomenal nəticələri, milli iqtisadiyyatda mütərəqqi is-
lahatlar və onun dünya iqtisadi sisteminə inteqrasiyası üçün yollar açan
dövlət siyasəti mədəniyyətində və dövlət idarəçiliyi sistemindəki inqilabi
dəyişikliklərlə şərtlənirdi. Sözsüz ki, sosial-iqtisadi dəyişikliklərdə mühüm
rol yalnız islahatların seçilmiş demokratik modelinə deyil, həm də Çin mə-
dəniyyəti xüsusiyyətlərinə, Çin milli xarakterinin unikal, o cümlədən zəh-
mətsevərlik, fədakarlıq, aza qane olma kimi xassələrinə məxsusdur.
Çin üçün ehkamçılıqdan praqmatizmə doğru taleyüklü dönüşü Çin isla-
hatının patriarxı, “Çin iqtisadi islahatları və sosialist modernləşdirilməsinin
baş memarı” adlandırılan Den Syaopin həyata keçirmişdir. Şüarlara deyil,
konkret nəticələri qiymətləndirmək lazım olduğuna dərindən inanan dahi is-
lahatçı qeyd edirdi ki, islahatlar o zaman məna kəsb edir ki, birincisi, onlar
istehsalın yüksəlişinə aparır, ikincisi, insanların həyatını yaxşılaşdırır,
üçüncüsü, ölkənin ümumi gücünü çoxaldır.
Den Syaopin islahatların keçirilməsi üçün nəzəri əsas və siyasi dəstək
təqdim edən ideoloq idi. İqtisadiyyatın inkişafına yeni yanaşmanın mahiy-
yəti onun aforizmində ifadə olunmuşdur: “Pişiyin hansı rəngdə olması va-
cib deyil. Vacibdir ki, o, siçanları tutsun.” İslahatlar peşəkar hazırlıqlı mə-
Fuad Məmmədov
516
murlar tərəfindən həyata keçirilən planlı, mərkəzləşdirilmiş idarəetmə ele-
mentlərini özündə birləşdirirdi ki, bu da, Mao Tzedunun dövründə hakim
olan kütləvi idarəetmə praktikasından imtina etmə demək idi. Kənd təsərrü-
fatında əksər “xalq kommunaları” buraxıldı, kəndlilər isə əsasən ailə podra-
dına keçdilər. İslahatın ikinci mərhələsində (1984-1992-ci illər) planlı siste-
min demontajı və bazar iqtisadiyyatına keçid baş verdi. Beləliklə, ölkə da-
xilində sosial, siyasi və iqtisadi sistemlər ciddi dəyişikliklərə məruz qaldı.
Den Syaopin “dörd modernləşmə” prinsipini bütün islahatların əsası elan
etdi. Bu prinsipə görə iqtisadiyyat 4 sektora bölünmüşdü – kənd təsərrüfatı,
elm, sənaye istehsalı və müdafiə sənayesi. Prioritet kimi “sosialist bazar iq-
tisadiyyatı” strategiyası seçilmişdi. İdeoloji prinsiplər iqtisadiyyatda mini-
mal rol oynamağa başladı ki, bu da vaxtı gələndə öz effektivliyini göstərdi.
O, Çində xüsusi iqtisadi zonaların yaradılmasının təşəbbüsçüsü də oldu ki,
bunun sayəsində ölkəyə xarici kompaniyalar və investisiyalar cəlb edildi.
Çin islahatları təcrübəsi göstərir ki, yalnız son dərəcə liberal iqtisadi si-
yasət dünya iqtisadi məkanında dövlətin yüksək rəqabət qabiliyyətini təmin
edə bilər. Çində xarici iqtisadi fəaliyyətin liberallaşdırılması idxal malları-
nın əslində yığılan gömrük rüsumunun 1978-ci ildə 17,7% idxal həcmindən
1996-cı ildə 2,5%-dək azalması ilə nəticələndi. Çin praktik olaraq, milli
valyutanın devalvasiyası kimi belə proteksionizm siyasəti vasitəsindən isti-
fadə etməmişdir. Valyuta məzənnəsinin orta illik enmə tempi 1979-1997-ci
illərdə (8,3%) son dərəcə mülayim idi. Çində liberal xarici iqtisadi siyasət
keçirilməsinin nəticəsi xarici ticarətin illik artım templərinin 1978-ci ildə
2-3%- dən 1996-cı ildə 17-20%-dək yüksəlməsi və ÜDM-da ixrac və idxa-
lın xüsusi çəkisinin islahatqabağı 5-6 %-dən 1996-cı ildə 15-17 %-dək art-
ması oldu. 18 il ərzində Çin eksportunun həcmi 15,2 dəfə, ixracatının həc-
mi isə 12,5 dəfə artmışdır. Çin iqtisadiyyatına xarici investisiyaların birbaşa
axını 1978-ci ildə 0,11% ÜDM-dan 1997-ci ildə 5,08% ÜDM-dək çoxal-
mışdır. Çinin beynəlxalq əmək bölgüsündə iştirakının fəallaşması onun iqti-
sadi inkişaf templərinin artmasına imkan yaradırdı.
Çin iqtisadi modelinin xüsusiyyətlərindən biri - dövlət tərəfindən iqtisa-
diyyata mühüm nəzarətin, iqtisadi inkişafda bu qədər yüksək nəticələrə sə-
bəb olan fəal rolunun saxlanmasıdır. İqtisadi həyatda dövlətin iştirakı, dəyi-
şikliklərin istiqamətlərinə, sürətinə və nailiyyətlərə onun təsiri - məşğulluq,
sosial, xarici-iqtisadi, pul-kredit, büdcə siyasətini daxil edən iqtisadi siya-
sətlə müəyyən edilir. Bütün islahatlar müddəti ərzində Çin hökuməti son
dərəcə ehtiyatlı pul-kredit siyasəti yeridirdi. Çin Milli bank kreditlərinin or-
ta illik artım templəri 1992-1997-ci illərdə 15%-i, real ÜDM-un artım
templərini çıxmaqla pul kütləsinin orta illik artım templəri isə 17,3%-i aş-
mırdı. Bunun sayəsində Çində orta illik inflyasiya templəri 10%-dən bir qə-
İdarəetmə mədəniyyəti
517
dər artıq, iqtisadi inkişafa onun neqativ təsiri isə cüzi oldu. Çində inflyasi-
yanın nisbətən aşağı templərini pul kütləsinin orta artım templəri sayəsində
təmin etmək mümkün oldu ki, bu da öz növbəsində Milli bankın ehtiyatlı
kredit verməsi ilə şərtlənirdi. Kredit vermənin orta miqyasları büdcə kəsiri-
nin kiçik ölçüləri sayəsində saxlanılırdı. Onun kəmiyyəti 1979-cu ildə 5,1%
ÜDM-dan 1981-ci ildə 1,2% ÜDM-dək azaldıldı, və sonra islahatların bü-
tün dövrü ərzində 1,4-2,2% ÜDM hədlərində saxlanıldı.
Çin hakimiyyəti dünya iqtisadi təcrübəsində vergilərin görünməmiş
azaldılmasını həyata keçirdilər: 1979-cu ildə 30,4% ÜDM-dan 1996-cı ildə
10,3% ÜDM-a qədər. Vergilərin azaldılması bütün dövlət gəlirlərinin azal-
dılmasına səbəb oldu: 1979-cu ildə 31,3% ÜDM-dan 1996-cı ildə 11,5%
ÜDM-a qədər. Dövlət gəlirlərinin həddindən artıq azaldılması yalnız ona
görə qeyri-stabil makroiqtisadi nəticələrə səbəb olmadı ki, bununla eyni
vaxtda və hətta qabaqlayıcı sürətlə, bütün dövlət xərclərinin radikal azaldıl-
ması baş verirdi: 1979-cu ildə 36,4% ÜDM-dan 1996-cı ildə 13,1% ÜDM-a
qədər. Azalmaya xərclərin praktik olaraq bütün tərkib hissələri, xüsusən isə
investisiyalara, subsidiyalara, dotasiyalara, müdafiəyə, xalq təsərrüfatına,
sosial təminata qoyulan investisiyalar məruz qaldı. Dövlət istehlakı 15,2%-
dən 10,6 % ÜDM-a qədər azaldıldı. Ümumi dövlət xərcləri strukturunda
mərkəzi hakimiyyətin xərcləri daha kəskin şəkildə azaldıldı: 1979-cu ildə
20,7% ÜDM-dan 1996-cı ildə 3,8% ÜDM-a qədər. Xərclərin əyalət səviy-
yəsində azaldılması kiçik, lakin buna baxmayaraq həm də təsirli ölçülərdə
həyata keçirildi: 15,7-dən 8,3% ÜDM-a qədər.
Beləliklə, Çinin sürətli inkişafını şərtləndirən əsas səbəb aparılan iqtisa-
di siyasətin xarakteridir. Geniş yayılmış yanılmaların əksinə olaraq, 1979-
1997-ci illərdə Çində tədrici (qradualist) deyil, liberal iqtisadi siyasət həya-
ta keçirilirdi. Bu zaman həyata keçirilən islahatların liberallıq və radikallıq
dərəcəsinin, görünür ki, dünya tarixində analoqu yoxdur. Liberal iqtisadi
modelin praktikada real şəkil almasının nəticəsi, Çin iqtisadiyyatının rekord
inkişaf templərini təmin edən bütün istiqamətlərdə dövlət yükü miqyasları-
nın görünməmiş azaldılması oldu. Çində liberal iqtisadi siyasət yalnız müs-
təsna iqtisadi nəticələri təmin etmədi, o, insanın bütün inkişaf göstəriciləri-
nin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına səbəb oldu.
XX əsrin 80-90-cı illərində islahatlar və aşkarlıq şəraitində ölkənin iqti-
sadi inkişafı sürətləndi və ÇXR 20 ildən artıqdır ki, ÜDM-un inkişaf temp-
lərinin sabitliyinə görə dünya lideridir. 1991-2001-ci illərdə Çində ÜDM 5
dəfədən çox artmışdır (cari qiymətlərdə). ÜDM-un yüksək inkişaf templəri,
planlı sosialist iqtisadiyyatı əsasında planlı tənzimləmə prinsiplərinin bazar
metodları ilə effektiv birləşdirilməsi, o cümlədən, xalq təsərrüfatının inkişaf
templəri və proporsiyaları hesabına əldə edilmişdir. 2001-ci illə müqayisə-
Fuad Məmmədov
518
də 2010-cu ildə ÜDM-u 2 dəfə, o cümlədən dünya iqtisadiyyatında ÇXR-
nın iştirakını genişləndirmək yolu ilə artırmaq nəzərdə tutulur.
Kənd təsərrüfatında 1996-2000-ci illərdə istehsalın artımının orta illik
sürəti 3,5% təşkil edirdi. ÇXR buğda, ət, tərəvəz, pambıq, dəniz məhsulları
və balıq istehsalı üzrə dünyada birinci yeri tutur. Son on ildə kənd yerlərin-
də kəndlilərin gəlirinin və ÇXR-nın kənd təsərrüfatı inkişafının əsas yüksə-
liş mənbəyi olan emal sahələri fəal surətdə inkişaf etmişdir. Sənayedə
1979-2000-ci illərdə əlavə dəyər (müqayisə edilən qiymətlərdə) hər il orta
hesabla 11,6% artırdı. 2001-ci ildə o, 8,9% çoxaldı və 4,26 trilyon yuana
çatdı. 1996-cı ildə polad, kömür, sement, kimyəvi gübrələr, televizorlar is-
tehsalı üzrə Çin dünyada birinci yerə çıxdı.
İqtisadi inkişafın mühüm amili ölkə iqtisadiyyatına investisiyaların cəlb
edilməsidir. Çin investisiyaların cəlb edilməsinin bir neçə yolları və forma-
larından, o cümlədən: xarici dövlətlər, beynəlxalq maliyyə təşkilatları və
xarici kommersiya bankları kreditlərini, eksport kreditlərini, xarici borc is-
tiqrazlarını daxil etməklə, - xarici istiqrazlardan; qarışıq kapital, birgə təsər-
rüfatçılıq və 100%-lik xarici kapitalla olan müəssisələri daxil etməklə, - bir-
başa xarici investisiyalardan; digər xarici investisiyalardan (beynəlxalq li-
zinq, kompensasiya ticarəti, xammalın yenidən emalı və quraşdırma isteh-
salı üzrə istehsal obyektləri, həmçinin xarici bazarda səhmlərin emissiyası)
istifadə edir. 1979-2001-ci illərdə Çin 394 milyard dollar xarici investisiya-
lardan istifadə etmişdir. Cəlb edilən xarici investisiyaların məbləğinə görə
ÇXR üçüncü minilliyin əvvəli üçün ABŞ-dan sonra ikinci yeri tuturdu.
2002-ci ilin əvvəli üçün dünyanın 500 aparıcı transmilli kompaniyalarının
400-dən daha artığı ÇXR-nın iqtisadiyyatına kapital qoymuşlar.
Davamlı iqtisadi inkişafa Çinin gömrük-tarif siyasəti də imkan verir.
1990-2001-ci illərdə ÇXR hökuməti tarifləri bir neçə dəfə endirdi. Məsələn,
1 aprel 1996-cı ildən təqribən 5 min adda mala idxal tarifləri endirildi, və
gömrük rüsum dərəcəsi orta hesabla 35-dən 23%-dək aşağı düşdü. 1 okt-
yabr 1997-ci ildə 4,9 min adda mala idxal tarifləri endirildi və gömrük rü-
sumların dərəcəsi orta hesabla 23-dən 17 %-dək aşağı düşdü. 2001-ci il
yanvarın 1-dən gömrük rüsumlarının dərəcəsi orta hesabla 15,3% azaldıldı
(bütün vergi və yığımların 50%-ə yaxınına düşən 3,5 min adda mala).
Çinin valyuta-maliyyə sistemi əhəmiyyətli inkişaf dinamikası ilə xarak-
terizə olunur. 1994-cü ildə ÇXR-nın Ticarət-sənaye bankı, Çin Bankı, həm-
çinin Tikinti və Kənd təsərrüfatı bankları Dövlət kommersiya banklarına
çevrildilər; üç yeni bank da təsis edildi – Dövlət inkişaf bankı, İdxal-ixrac
bankı, Kənd təsərrüfatı inkişaf bankı. 1995-ci ildə kommersiya bankları
haqqında Qanun qüvvəyə mindi. 1996-cı ildə ilk Səhmdar kommersiya
bankları təsis edildi və bank xidmətləri sahəsi əhəmiyyətli dərəcədə geniş-
İdarəetmə mədəniyyəti
519
ləndirildi. 1998-ci ildə ÇXR-nın Xalq bankı bank əməliyyatlarına, maliyyə
axınları, sığorta, səhmlərlə əməliyyatlara nəzarət sistemini yaratdı. Bu ban-
kın 9 əyalətlərarası filialı yaradıldı.
Çin BYİB-nın (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı) və BVF-nun
(Beynəlxalq Valyuta Fondu) üzvüdür. 1985-ci ildə ÇXR Afrika İnkişaf bankı-
na daxil olmuş və 1986-cı ildə Asiya İnkişaf bankının üzvü olmuşdur. 1994-cü
ildə ÇXR-da valyuta sistemi islahatı aparılmışdır; yuana nisbətdə əsas valyuta-
ların vahid kursu tətbiq edilmişdir; valyuta hesablamaları, satışı və köçürülmə-
ləri sistemi yaradıldı ki, onun əsasında banklararası valyuta bazarı təşkil edildi.
1996-cı ildə müəssisələr tərəfindən xarici bazarda valyuta alqı-satqısı üzrə
əməliyyatlar konvertasiya bank sisteminə daxil edilmişdir. 1996-cı ilin sonunda
ÇXR-da BVF ilə sazişin 8-ci maddəsi rəsmən həyata keçirildi və yuanın xarici
valyutalara dəyişməsi tətbiq edildi. 1999-cı ildə xarici kapitala malik banklar
mərkəzi tabeçilik şəhərlərində filiallar açmaq hüququ qazandılar. ÇXR-nın bir-
ja bazarı dövlət müəssisələrinin bazar şəraitində fəaliyyətə keçməsinə, həmçi-
nin kiçik və orta dövlət müəssisələrinin səhmləşdirilməsinə imkan verdi. 2001-
ci ildə ÇXR-nın valyuta ehtiyatı 212 milyard dolları ötüb keçirdi. 80-90-cı il-
lərdə Çin bazarında xarici maliyyə strukturlarının fəaliyyəti genişlənirdi. Hal-
hazırda ÇXR-nın 23 şəhərində və Xaynan əyalətində 190 maliyyə strukturu xa-
rici kapital ilə fəaliyyət göstərir.
Sözsüz ki, Çinin “iqtisadi möcüzəsində” Yaponiyanın və digər “Asiya
iqtisadi pələnglərinin” təşrübəsi mühüm rol oynamışdır.
Fəsil 12. Bələdiyyələrin və qeyri-hökumət
təşkilatlarının idarə edilməsi mədəniyyəti
Bələdiyyə idarəçiliyi. Yerli idarəçilik orqanlarında idarəetmə mə-
dəniyyətinin əsas prinsipləri. Bələdiyyə idarəçiliyi funksiyaları, for-
maları, resursları və modelləri. Qeyri-hökumət təşkilatları fəaliyyəti-
nin strateji planlaşdırılması. Qeyri-hökumət təşkilatlarında fandray-
zinq. Vətəndaş cəmiyyəti inkişafının inkişaf problemləri. Yoxsulluqla
mübarizə proseslərinin idarə edilməsi.
Dostları ilə paylaş: |