Bələdiyyə idarəçiliyi mədəniyyəti
Bələdiyyə idarəçiliyi mədəniyyəti – bələdiyyə sistemi xüsusiyyətlərinə
tətbiq edilən xüsusi idarəetmə bilikləri və texnologiyalarıdır. O, yerli əhali-
nin davamlı inkişafı, ictimai münasibətlərin tənzimlənməsi, insan maraqla-
rının razılaşdırılması və hüquqi status və bələdiyyə fəaliyyəti ilə uyğunluq-
Fuad Məmmədov
520
da vətəndaşların həyati tələbatlarının təmin edilməsi naminə həyata keçiri-
lən mütəşəkkillik, etika və rəhbər fəaliyyəti nəzərdə tutur.
Yerli özünüidarə, kökləri ilə insanın orta əsr tarixi dövrünə gedib çıxan
demokratik mədəniyyət atributlarından biridir. O, demokratik ölkələrin
konstitusiya quruluşlu əsaslarından birini, demokratik dövlətin ən mühüm
institutlarından birini təmsil edir, xalq hakimiyyətinin, vətəndaşların özünü-
idarə formasının ifadəsidir. Cəmiyyətin və dövlətin demokratik idarəçilik
sisteminin bir hissəsi və vətəndaşların həyati maraqlarının reallaşdırılma
forması olan bələdiyyə idarəçiliyi, yerli və ümumdövlət maraqlarının opti-
mal uyğunlaşdırılmasına, inkişaf məqsədlərilə yerli sosial-iqtisadi potensia-
lın daha effektiv reallaşdırılmasına yardım edir. Yerli özünüidarə əhalinin
yerli əhəmiyyətli, bələdiyyə mülkiyyətinə sahib olma, ondan istifadə və onu
idarə etmə məsələlərinin müstəqil həllini təmin edir. Bununla yanaşı yerli
özünüidarə orqanları dövlət hakimiyyətini möhkəmləndirir, onun effektivli-
yinin yüksəldilməsinə imkan yaradır.
Yerli idarəçilik orqanlarında
idarəetmə mədəniyyətinin əsas prinsipləri
Demokratik ölkələrdə yerli özünüidarə prinsipləri, Avropa Şurasına üzv
ölkələrin bələdiyyə qanunvericiliyi üçün hüquqi bünövrə olan yerli özünüi-
darə haqqında Avropa Xartiyasında özünün hüquqi təsbitini almışdır. Bu
prinsiplərin reallaşdırılması onların qanunvericilikdə, bələdiyyə nizamna-
mələrində hüquqi təsbiti ilə, bələdiyyə işinin bu prinsiplərə uyğun təşkilati
forma və metodlar sistemi ilə təmin edilir. Bələdiyyə özünüidarə prinsipləri
yerli hakimiyyətin obyektiv inkişaf qanunauyğunluqları, məntiqi və tenden-
siyaları əsasında formalaşır. Bələdiyyə quruculuğunun ideya-siyasi əsası
rolunda çıxış edərək, onlar bələdiyyə hakimiyyətinin quruluşu və fəaliyyəti-
ni təyin edir, bələdiyyə özünüidarə sistemi effektivliyinin qiymətləndirmə
meyarı olurlar.
Yerli özünüidarənin əsas prinsiplərinə bunları aid etmək qəbul edilmişdir:
1. Yerli əhəmiyyətli məsələlərin əhali tərəfindən həll edilməsi müstə-
qilliyi.
2. Yerli özünüidarə orqanları və vəzifəli şəxslərinin əhali qarşısındakı
məsuliyyəti.
3. İnsan və vətəndaş hüquqları və azadlıqlarının gözlənilməsi.
4. Yerli özünüidarənin təşkil edilməsində və fəaliyyətində qanunilik.
5. Yerli özünüidarənin fəaliyyətində kollegiallıq və vahid rəhbərlik.
6. Yerli özünüidarənin təşkilati ayrılması və praktik məsələlərin həllində
onun dövlət hakimiyyəti orqanları ilə ahəngdar qarşılıqlı fəaliyyəti.
İdarəetmə mədəniyyəti
521
7. Yerli ğzünüidarənin maddi və maliyyə resurslarının onun səlahiy-
yətlərinə uyğunluğu.
8. Yerli özünüidarənin təşkilati həyata keçirilmə formalarının müxtəlifliyi.
9. Yerli özünüidarənin fəaliyyətində aşkarlıq və şəffaflıq.
10. Yerli özünüidarənin dövlət təminatı.
Bələdiyyə idarəçiliyinin
funksiyaları, formaları, resursları və modelləri
Yerli özünüidarə funksiyaları onun təbiəti, xalq hakimiyyəti sistemində
yeri, bələdiyyə fəaliyyətinin məqsədləri və vəzifələri ilə şərtlənmişdir. Əsas
yerli özünüidarə funksiyalarına aiddir:
Yerli əhəmiyyətli sosial-mədəni və iqtisadi problemlərin həllində
əhalinin iştirakının təmin edilməsi.
Bələdiyyə mülkiyyətinin və yerli özünüidarə maliyyə resurslarının
idarə edilməsi.
Bələdiyyə təşkili ərazisinin kompleks sosial-iqtisadi inkişafının tə-
min edilməsi.
Əhalinin sosial-mədəni, kommunal-məişət və digər həyati əhəmiy-
yətli xidmətlərinə olan tələbatlarının ödənilməsinin təmin edilməsi.
İctimai asayişin qorunması.
Yerli özünüidarənin konstitusiya və mövcud qanunvericiliklə təmin
edilmiş hüquq və maraqlarının müdafiəsi.
Yerli özünüidarənin təşkilati formaları bunlardır:
Bilavasitə iradəsini bildirmənin müxtəlif formaları vasitəsi ilə həya-
ta keçirilən birbaşa demokratiya (seçkilər, referendumlar, yığıncaq-
lar və s.).
Gündəlik nizamnamə fəaliyyətini həyata keçirən yerli özünüidarə-
nin seçkili orqanları.
Yaşayış yeri üzrə ictimai ərazi özünüidarəsi - bələdiyyənin ərazi
hissələrində fəaliyyət göstərən icmalar, şuralar, komitələr və s.
Bələdiyyə idarəçiliyi resursları bunlardır: bələdiyyə mülkiyyəti; mədə-
niyyətin insan kapitalı (kadrların biliyi, bacarığı, mütəşəkkilliyi, mənəviy-
yatlılığı və yaradıcı fəaliyyəti); maddi resurslar; maliyyə resursları; texno-
loji resurslar; informasiya resursları; təşkilati resurslar; hüquqi resurslar.
Bələdiyyə idarəçiliyinin əsas modelləri bunlardır:
Anqlosakson model. Geniş muxtariyyət, açıq tabeçiliyin olmaması,
yerli birliklərin bərabərliyi, mərkəzdən asılı olmaması ilə xarakteri-
Fuad Məmmədov
522
zə edilir (əsasən, federativ dövlətlərdə – Böyük Britaniya, ABŞ,
Kanada, Avstraliya və digər dövlətlərdə yayılmışdır ).
Fransız (kontinental) modeli. Mərkəzi dövlət hakimiyyətinin yerli
orqanlar üzərində nəzarətinin geniş sistemi ilə xarakterizə edilir
(əsasən, unitar dövlətlərdə – Fransa, İtaliya, Belçika, Hollandiya,
İspaniya və s. yayılmışdır).
Qarışıq model. Anqlosakson və fransız elementlərini birləşdirir (Al-
maniyada, Yaponiyada, Avstriyada və digər dövlətlərdə yayılmışdır).
Sovet modeli. Sosialist idarəçilik prinsiplərinə istinad etməsi ilə
fərqlənirdi (keçmiş SSRİ-də və bəzi sosialist ölkələrində yayılmış-
dır; hazırda KXDR, ÇXR, Kubada və Vyetnamda istifadə edilir).
Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin idarə edilməsi
Qeyri-hökumət təşkilatlarının idarəetmə mədəniyyətinə qoyulan tələb-
lər, öz məsuliyyət səviyyəsinə görə, dövlət idarəçiliyi orqanlarına qoyulan
tələblərlə müqayisə edilməzdir. Buna baxmayaraq, bu idarəçilik də xüsusi
biliklər, bacarıqlar, mütəşəkkillik, etika və yaradıcı fəaliyyət tələb edir.
Müstəqil vətəndaş strukturları olan QHT-nin idarə edilməsi - öz fəlsəfə-
si, konsepsiyası, proqramları və layihələrinin, strateji və cari planların, hə-
yat qabiliyyətli strukturun yaradılmasını və təkmilləşdirilməsini nəzərdə tu-
tur. Zərurət yaranarsa, öz yaradıcı fəaliyyətini həyata keçirmək üçün vəzifə-
lərə uyğun olaraq və təşkilatın müəyyən olunmuş strukturu çərçivəsində de-
partamentlər, sektorlar, komissiyalar və digər bölmələr yaradılır, qurultay-
lar, konfranslar və görüşlər keçirilir. İdarəçiliyin effektivliyi məqsədi ilə
mütləq - planlaşdırılmış tədbirlərin alınan nəticələrlə uyğunluğunun təhlili,
əməkdaşların fərdi məsuliyyətinə nəzarət və vaxtın idarə olunmasını daxil
edən monitorinq nəzərdə tutulur.
Rəhbərlərin seçilməsi və təşkilat üzvləri arasında vəzifə bölgüsü demokra-
tik prinsiplər əsasında, biliklər, bacarıqlar, vərdişlər, nüfuz, təcrübə və könüllü
seçim əsasında həyata keçirilir. Funksiyaların təyini, səlahiyyətlərin həvalə
edilməsi və məsuliyyətin müəyyən edilməsi, - əməkdaşların kompetensiyaları,
real imkanları və istəklərinin nəzərə alınması ilə həyata keçirilir.
QHT-lər öz missiyasının həyata keçirilməsi məqsədi ilə müxtəlif layihələr
yerinə yetirir, kitablar, jurnallar, broşüralar nəşr etdirir, elmi-tədqiqatlar, milli
və beynəlxalq konfranslar, seminarlar, dəyirmi masalar, debatlar, fokus-qrup-
lar, teleproqramlar, müsabiqələr və festivallar keçirir, saytlar yaradır, kurslar
təşkil edir, sertifikatlar verirlər. İnsanın və cəmiyyətin aktual sosial inkişaf
problemlərinin həlli üçün onlar dövlət orqanları, biznes strukturlar və ictimai
təşkilatlarla, həmçinin beynəlxalq fondlar və idarələrlə əməkdaşlıq və partnyor-
İdarəetmə mədəniyyəti
523
luq edirlər. Vətəndaş həmrəyliyinin inkişaf etdirilməsi və vətəndaşların sosial
fəallığının stimullaşdırılması məqsədi ilə qeyri-hökumət təşkilatları ictimai mü-
kafatlar, medallar, fəxri fərmanlar, prizlər və s. təsis edirlər.
Struktur baxımından qeyri-hökumət təşkilatları tamamilə müxtəlif for-
malarda təşkil edilə bilərlər. Bu - assosiasiyalar, ittifaqlar və digər birliklər,
cəmiyyətlər, forumlar, mərkəzlər ola bilər. Qeyri-hökumət təşkilatlarının
fəaliyyəti kifayət qədər müxtəlif planlıdır və ruhi və maddi mədəniyyətin
müxtəlif sahələrini əhatə edir. Bu – elm, təhsil, maarif, hüquq, tibb, ekolo-
giya, beynəlxalq əməkdaşlıq, xalq diplomatiyası, incəsənət, gənclər, uşaqlar
və qadınların inkişafı, sülh mədəniyyəti, münaqişələrin həll edilməsi, yox-
sulluğun aradan qaldırılması, icmaların və turizmin inkişafı və bir çox di-
gərləri ola bilər.
QHT-nin qeyri-kommersiya xarakterli fəaliyyətini nəzərə alaraq onların
həyat qabiliyyətinin saxlanılmasında beynəlxalq və milli sponsorlar tərəfin-
dən verilən qrantlar mühüm rol oynayır. Qrantlar cəmiyyətin inkişafı, və-
təndaşların bilikləri və vərdişlərinin təkmilləşdirilməsi, onların yeni peşələ-
rə və ixtisaslara, vətəndaş cəmiyyəti mədəniyyəti və sülh mədəniyyətinə yi-
yələnmələri, əhalinin aztəminatlı təbəqələrinə yardım üçün aktual əhəmiy-
yətə malik layihələrinin maliyyə dəstəyi üçün verilir.
Fəaliyyəti milli inkişaf üçün ciddi əhəmiyyətə malik olan, nisbətən iri
qeyri-hökumət təşkilatları dövlət tərəfindən qismən subsidiyalaşdırıla bilər-
lər. QHT fəaliyyətinə dövlət dəstəyi şəffaf xarakter daşımalı, meritokratiya
prinsipləri və milli maraqların prioriteti əsasında qurulmalıdır.
Qeyri-hökumət təşkilatları demokratik dövlətin mühüm atributudur. Cə-
miyyətin təşkil və idarə edilməsində, vətəndaşların bir çox sosial-mədəni
problemlərinin həllində dövlətə yardım edilməsinə istiqamətlənən aktiv fəa-
liyyəti həyata keçirərək, qeyri-hökumət təşkilatları dövlət idarəçiliyi sistemi
üçün kadrlar hazırlığının ciddi praktik məktəbinə çevrilirlər. Onlar univer-
sal bilikli şəxsiyyətlərin və liderlərin formalaşdırılmasına yardım edirlər.
Bununla belə, qeyri-hökumət təşkilatlarının liderləri və əməkdaşlarının pe-
şəkar hazırlığı üçün xüsusi məktəblər və kurslar təşkil edilməlidir.
Özünün proqramları və layihələrinin həyata keçirilməsi məqsədilə qey-
ri-hökumət təşkilatlarının idarəçilik fəaliyyəti - strategiyanı, texnologiyanı,
etikanı, sosiologiyanı və dizaynı daxil edən ümumi elmi idarəetmə prinsip-
lərinə istinad edir.
Qeyri-hökumət təşkilatlarının strateji planlaşdırma fəaliyyəti - onların
müəyyən məqsədlərə nail olunmasına istiqamətlənən fəaliyyətinin zaman
və məkan daxilində planlaşdırılmasıdır. O, özünün spesifikasına malikdir
və aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
1. Məqsədi zaman və məkan daxilində görmə.
Fuad Məmmədov
524
2. Ona doğru məqsədyönlü hərəkət.
3. Məqsədin donorlar tərəfindən bəraət qazandırılmış mümkün dəyiş-
dirilməsi.
4. Öz tələbatlarının müəyyənləşdirilməsi və korreksiya edilməsi.
5. Uyğun infrastrukturun və əlaqələrin formalaşdırılması.
6. Layihənin başlanmasına qədər kliyentlərin tələbatlarının dəqiq mü-
əyyənləşdirilməsi.
7. Ətraf aləmin müfəssəl təhlili (pozitiv və neqativ faktorları nəzərə
alaraq).
8. Resursları dəqiq bilmək (maliyyə və insan).
9. Yardım edən tərəfin mənafeyinə əsasən əks-əlaqənin həyata keçiril-
məsi.
10. Beynəlxalq təşkilatların və mətbuatın yardımı ilə hökumətə müsbət
təsir göstərmək.
QHT idarəçilik fəaliyyətinin korreksiyasına aşağıdakı suallar yardım
edir: bir ildən sonra biz öz təşkilatımızı necə görmək istərdik; arzu olunan
nəticəyə doğru hərəkət etməyə bizə nə mane olur; həmin maneələri aradan
qaldırmaq üçün biz bu gün nə etməliyik.
QHT fəaliyyətinin mühüm istiqamətlərindən biri fandrayzinqdir. Fandray-
zinq – təşkilatın missiyasının həyata keçirilməsi üçün zəruri olan resursların
formalaşdırılması üzrə fəaliyyətdir. Bu, sosial əhəmiyyətli proqramların həyata
keçirilməsi üçün xüsusi təşkil olunan ianə toplama prosesidir. Fandrayzinqin
əsas vəzifəsi – təşkilatın maliyyə axtarışı və onun idarə edilməsidir.
Fandrayzinqin idarə edilməsi aşağıdakıları nəzərdə tutur: resursların
düzgün idarə edilməsini; fandrayzinq qaydalarının yerinə yetirilməsini;
dövlət, biznes, QHT və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin
düzgün qurulmasını; layihələrin düzgün hazırlanmasını.
Resursları düzgün idarə edilməsi – maliyyə, materiallar və avadanlıqla,
insan kapitalı ilə, innovasiyalar, donorlar, texnologiyalar, informasiyalar
ilə, vaxt ilə, ictimai fikirlə olan idarəçilikdir.
Fandrayzinq qaydalarının yerinə yetirilməsi əvvəlcədən nəzərə alır: təşki-
latın prioritetlərinin müəyyən edilməsini; düzgün strateji və cari planlaşdırma-
nı; ciddi hazırlığı və vicdanlı işi; təşkilatın fəaliyyətinə uğur gətirən və ya ona
mane olan amillərin təhlilini; ictimaiyyətlə və KİV ilə daimi əlaqələrin həyata
keçirilməsini; donorların psixologiyasını, etikasını, maddi, siyasi, dini, əxlaqi,
işgüzar maraqlarını nəzərə alan məhsuldar işi; donorları inandırmaq bacarığını,
onların simpatiyasını və etimadını qazanmağı; könüllülərin fəal surətdə cəlb
edilməsini; təşkilatın fəaliyyətinin şəffaflığını.
Dövlət, biznes, QHT və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətin
düzgün qurulması – ölkə daxilində effektiv partnyorluğun təşkili; beynəl-
İdarəetmə mədəniyyəti
525
xalq təşkilatlarla sabit əməkdaşlıq; qanunverici bazadan düzgün istifadə
edilməsi; parlamentdə QHT maraqlarının lobbiləşdirilməsinin təşkili; kö-
nüllü koalisiyaların yaradılması; demokratlaşdırma proseslərinin ictimai
monitorinqidir.
Layihələrin düzgün hazırlanması nəzərdə tutur: problemin qoyuluşu və
tələbatların təhlilini; məqsəd və vəzifələrin dəqiq müəyyənləşdirilməsini;
effektiv metodların və texnologiyaların işlənib hazırlanmasını; məhsuldar
plan və iş qrafikinin tərtibini; güclü icraçı komandanın formalaşdırılmasını;
real büdcənin müəyyənləşdirilməsini; gözlənilən nəticələrin planlaşdırılma-
sını; prosesin monitorinqini.
Fandrayzinqi uğurla idarə etməyin əsas şərti – istək; daxili inam; peşə-
karliq; zaman daxilində fiziki imkandır.
Vətəndaş cəmiyyəti inkişafını idarəetmə problemləri
Vətəndaş cəmiyyəti inkişafının effektiv idarə edilməsi dövlətin və qeyri-
hökumət təşkilatlarının üç əsas istiqamətdə məqsədyönlü fəaliyyətini tələb
edir:
1. Bilikli, bacarıqlı, mütəşəkkil, yüksək mənəviyyata malik və milli
maraqlara cavab verən yaradıcı fəaliyyəti həyata keçirən şəxsiyyət-
lərin və liderlərin inkişaf etdirilməsini nəzərdə tutan - vətəndaşların
yüksək mədəniyyətinin formalaşdırılması.
2. Milli mədəniyyətin modernləşdirilməsinə, vətəndaşların intellektual
və mənəvi inkişaf prioritetlərinə, həmçinin məhsuldar beynəlxalq
mədəni, iqtisadi və siyasi əməkdaşlığa yönəldilmiş, düzgün sosial-
mədəni siyasətin həyata keçirilməsi.
3. Düzgün siyasət, yüksək hüquqi və etik mədəniyyətə əsaslanan,
yüksək dövlət və ictimai idarəetmə mədəniyyətinin yaradılması.
Vətəndaş cəmiyyətinin inkişaf səviyyəsi və konkret nəticələrin əldə edil-
məsi aşağıdakı mühüm sosial problemlərin effektiv həllindən asılıdır:
Sabit inkişafa, rifaha və tərəqqiyə nail olma.
Yoxsulluğun aradan qaldırılması.
Münaqişələrin və terrorizmin qarşısının alınması.
Korrupsiyanın aradan qaldırılması.
Ömür uzunluğunun artırılması.
Bu problemlərin həllini təmin edən əsas şərtləri daha dəqiq nəzərdən ke-
çirək. Aşkar edilmiş problemlərin effektiv həlli üçün hər şeydən əvvəl yük-
sək dövlətçilik, bələdiyyə və qeyri-hökumət idarəçiliyi, özünüidarə və ailə-
ni idarəetmə mədəniyyəti zəruridir. Belə bir “razılaşdırılmış”, dəqiq koordi-
nasiya edilmiş idarəçiliyin əsası - obyektiv və subyektiv çətinliklərin inki-
Fuad Məmmədov
526
şafı və aradan qaldırılması üçün qeyri-məhdud imkanlar açan sistemli kul-
turoloji yanaşma ola bilər.
Xalqın fiziki və ruhi sağlamlığı - sosial-mədəni siyasətin təkmilləşdiril-
məsini, milli təhsilin və tərbiyənin, səhiyyənin, vətəndaşların sosial müdafi-
əsi sisteminin inkişaf etdirilməsini, istehlakın və qida mədəniyyətinin, cis-
mani mədəniyyətin və idmanın, asudə vaxtın və turizmin səviyyəsinin yük-
səldilməsini, vətəndaşların maddi rifahının, mədəniyyət, din və maraqları-
nın harmonizasiyası səviyyəsinin artırılmasını tələb edir. Vətəndaş cəmiy-
yəti inkişafının uğurla idarə edilməsinin zəruri şərtləri bunlardır: düzgün
ideologiya, düzgün investisiya və kredit siyasəti, açıq kadr siyasəti, əməklə
kapitalın əməkdaşlığı, yüksək bölgü münasibətləri mədəniyyətini tələb
edən ədalətli sosial siyasət. Nəhayət, mühüm şərtlərdən biri, dövlətin, hü-
quq-mühafizə sisteminin, ekoloji təhlükəsizliyin şüurlu tənzimlənmə mexa-
nizmlərini nəzərdə tutan bazar iqtisadiyyatının effektivliyi, sülh mədəniy-
yəti və ölkənin effektiv müdafiə qabiliyyəti sistemidir.
Cəmiyyətin yüksək rifahına və həyat keyfiyyətinə nail olunması - huma-
nizmə, şəxsiyyətə hörmətə, müstəqilliyə və məsuliyyətə, dürüstlüyə, dö-
zümlülüyə və tolerantlığa əsaslanan vətəndaş cəmiyyətinin inkişafına yar-
dım edən əlverişli sosial-siyasi şəraitin yaradılması ilə sıx bağlıdır. Bu -
milli mədəniyyətin demokratlaşdırılması, əmək mədəniyyətinin, qanunun
aliliyini təmin edən hüquq mədəniyyətinin inkişafı, rəqabət qabiliyyətli in-
kişafın əsası olan elmin və intellektual mədəniyyətin qabaqlayıcı inkişafı
üçün, qeyri-hökumət təşkilatlarının idarəetmə mədəniyyəti və icmaların
özünüidarə mədəniyyəti üçün, dövlət və sosial idarəetmə proseslərinin icti-
mai monitorinqinin həyata keçirilməsi üçün şərait yaradılmasını nəzərdə tu-
tur. Gözlənilən nəticələrin əldə edilməsinə yönəldilən razılaşdırılmış idarə-
çiliyin əsas məqsədləri sırasında bunları qeyd etmək lazımdır: yüksək ailə,
vətəndaş və peşə etikasının, gender mədəniyyətinin, vətəndaş həmrəyliyi,
ekoloji və tibbi mədəniyyətin yaradılması.
Münaqişələrin və terrorizmin, korrupsiyanın əmələ gəlməsinə, ömür
uzunluğunun azalmasına böyük təsir göstərən, davamlı inkişaf, rifah və
proqresin əldə edilməsində qarşısıalınmaz çətinliklər törədən – yoxsulluğun
aradan qaldırılması üzrə mühüm tədbirlər sırasında – yoxsulluqla mübari-
zə proseslərinin idarəçiliyinə xüsusi yer məxsusdur.
Yoxsulluğun azaldılmasına və iqtisadi inkişafa vətəndaş yardımı, əhali-
nin yoxsul təbəqələrinin öz gəlirlərinin artırılması, həyat şəraitinin yaxşılaş-
dırılması, müstəqilliyə və davamlı inkişafa nail olma üzərində birgə iş me-
todlarına öyrədilməsini, onların həyat fəaliyyətinin təşkili və idarə edilmə-
sinə yardımı nəzərdə tutur.
İdarəetmə mədəniyyəti
527
Yoxsulluğun aradan qaldırılmasının əsas metodları kimi bunlardan isti-
fadə edilir: regionların yerli şəraitinə və potensial imkanlarına uyğun olan
yerli icmaların, qadınların, sahibkarların və biznes sahəsində digər qrupla-
rın gəlir gətirən sabit fəaliyyətinin tədqiqatları, təlimi, ekspertizası və təşki-
linə praktiki yardım.
İqtisadi fəaliyyətin idarə edilməsi nəzərdə tutur: iqtisadi məqsədəuyğunlu-
ğun təhlilini; mənfəətliliyin təhlilini; fəaliyyətin, vaxtın, müddətlərin məzmu-
nunun və məsul icraçıların göstərilməsi ilə iş planının tərtib edilməsini nəzərdə
tutan fəaliyyətin planlaşdırılmasını; məhsulun keyfiyyətinin təmin edilməsini,
onun reallaşdırılma yerinin düzgün seçimini, optimal qiymətini, cəlbedici rek-
lamı, çevik planı, ticarət personalının yüksək etikasını daxil edən marketinq
qaydalarına riayət edilməsini; zəruri maliyyə ehtiyatlarının formalaşdırılmasını;
gizli təhlükələr və risklərin əsaslı təhlilini nəzərdə tutan kreditlərlə işi. Öz növ-
bəsində, iqtisadi məqsədəuyğunluğun təhlili: gəlir gətirən fəaliyyət növünün,
satış bazarının mövcudluğunun, resursların (təlimləndirilmiş işçilər, material-
lar, nəqliyyat, istehsal resursları, vaxt, əmək) keyfiyyəti və kəmiyyətinin, ilkin
və əməliyyat xərclərinin, vəsaitlərin mənbələrinin, daxili və xarici risklərin, fə-
aliyyətin mənfəətliliyinin dəyərləndirilməsinin öyrənilməsini daxil edir. Mən-
fəətliliyin təhlili: satış qiymətinin dəyərləndirilməsi, satışdan gələn hazır gəlirin
qiymətləndirilməsi; mövcud nəğd pulun hərəkət qrafikinin tərtibi; inflyasiyanı
nəzərə almaqla, müəssisənin gəlirinin hesablanması yolu ilə həyata keçirilir.
Zəruri maliyyə ehtiyatının formalaşdırılması: kollektivin tələbatının təmin edil-
məsi; istehsalın genişləndirilməsi üçün investisiya kapitalının formalaşdırılma-
sı; maliyyə qarşılıqlı asılılığı və nizam-intizamı; kollektivin müstəqilliyi, mo-
billiyi və sabitliyinin yüksəldilməsi; sığorta fondunun formalaşdırılması; qarşı-
lıqlı yardım kassasının təşkil edilməsi; öz xüsusi kreditlərinin verilməsi məqsə-
di ilə həyata keçirilir.
Fəsil 13. Liderlik mədəniyyəti: anlayışı, effektivliyi,
Dostları ilə paylaş: |