AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

 

Fəsil 14. Özünüidarə mədəniyyəti 

 

Mədəniyyət - insan həyatının qorunması və yaxşılaşdırılması haqqın-

da qayğı kimi. İnsan dəyərinin mədəni ölçüsü. Özünüidarənin effektivlik 

formulu. Özünüidarənin baza prinsipləri, qaydaları və məntiqi. Öz “mə-

ni”ni idarə etmə. Öz fikirlərinin və hisslərinin idarə edilməsi. Şəxsi təyi-

nat və həyatın mənası. İki dəyişən amil: şərait və seçim. Arzular, maraq-

lar, məqsədlər və özünüidarə mənbələri. Fəaliyyətin nəticələri- müvəffə-

qiyyətin meyarı kimi. Çətinliklər, uğursuzluqlar və  məğlubiyyətlərin 

aradan qaldırılması. Özünü təkmilləşdirmə. Ünsiyyət mədəniyyəti. Mü-

naqişələrin idarə edilməsi. Xoşbəxtlik - həyat stimulu kimi. Məhəbbət - 

enerji mənbəyi kimi. Rifah - özünüidarə  nəticələrindən biri kimi. Sağ-

lamlıq - özünüidarə şərti və göstəricisi kimi.  

 

  

Mədəniyyət - insan həyatının qorunması və yaxşılaşdırılması  

haqqında qayğı kimi  

 

Mədəniyyət – hər şeydən əvvəl, insan həyatının yaxşılaşdırılması və qo-

runması haqqında qayğının əks olunduğu tarixi prosesdir. Həyati zərurətlər 

insanın enerjisini yaradır. Fasiləsiz öyrənmə ilə bağlı olan yaradıcı fəaliy-

yət insanın ömrünü uzadır, onu mənalı edir. Lesli Uayt mədəniyyəti enerji 



baxımından nəzərdən keçirir, belə ki, bu, bioloji enerjinin fasiləsiz hərəkət 

prosesidir. Enerji mübadiləsi kimi, Bodo Şefer, Con Templton və digər mü-

əlliflər həyatı, kainatda qanunauyğun enerji mübadiləsini əks etdirən hadisə 

kimi nəzərdən keçirirlər. İnsanlar arasındakı münasibətlərin əsasını da mün-

təzəm mübadilə  təşkil edir. İnsanlar daim nə isə verirlər və  nə isə alırlar. 


Fuad Məmmədov

 

 

554



Belə mübadilənin məhsuldarlığı daha çox insanın səxavəti və mərhəmətin-

dən, xeyirxahlığı  və yaxşılığından, digər insanlara xidmət etmək, onlara 

müəyyən şeylər vermək, hədiyyələr bagışlamaq qabiliyyətindən, dəyərləri, 

bilikləri, hisslərindən, qayğı, diqqət və empatiya göstərməkdən, insanlara 

onların problemlərinin həllində  və ehtiyac hiss etdikləri nəyi isə  əldə et-

məkdə kömək göstərməkdən asılıdır. Bu “enerji” mövzusu, ətraf aləmin 

ibarət olduğu müəyyən enerjini bizim arzularımızın da daşıdığını, bunun 

sayəsində insanın enerjisinin dünyanı yaxşılığa doğru dəyişə biləciyini he-

sab edən Bodo Şefer tərəfindən diqqətlə nəzərdən keçirilmişdir. L. Uaytın 

mədəni inkişaf proseslərinin izahı üçün istifadə etdiyi enerji konsepsiyasın-

dakı təkamül prinsipləri düzgün praktik tətbiq olunduqda insanın həyat qa-

biliyyəti potensialını yüksəltməyə kömək edir. Bu özünüidarə mədəniyyəti 

üçün mühüm əhəmiyyət kəsb edir. Öz gücünə inanmaq və mütərəqqi dəyi-

şikliklərə hazır olmaq, mühüm nəticələr əldə etmək üçün risk etmək və na-

məlum olanın qarşısında yaranan qorxu hissini dəf etmək lazımdır. Bunun 

üçün düzgün, düşünülmüş qərar qəbul etmək və onu həyata keçirmək lazım-



dır. Düzgün qərar yalnız məntiqə, elmi biliklərə və praktik təcrübəyə əsas-

landırılan zaman - yeni imkanlardır. Qətiyyətsizlik  ən böyük təşəbbüsləri 

də  məhv edir. İnsan öz üzərində  işləməli və  qələbə niyyətində olmalıdır. 

Daimi özünü təkmilləşdirmədə şəxsiyyətin inkişafının, onun həyat keyfiyyə-

tinin yüksəldilməsi imkanlarının  əsası qoyulmuşdur. Bilik və  əqli  əmək – 

həyatın stimullaşdırılması və qocalmanın gedişini azaldan sonsuz prosesdir.  



Mədəni inkişaf prosesi insanın yalnız maddi və ruhi tələbatlarının ödənilməsi-

ni deyil, həm də onun yaşadığı mühitin formalaşdırılmasını, insanın sağlamlığı 

və xoşbəxtliyi üçün aktual əhəmiyyət daşıyan, digər insanlarla onun münasibət-

lərinin ekologiyasını nəzərdə tutur. Beləliklə, sağlamlıq və xoşbəxtlik – ən mü-



hüm motivdir, insanın dərk edilmiş və dərk edilməmiş tələbatıdır ki, onların tə-

min edilməsi şəxsiyyətin düzgün özünüidarəsini tələb edir. Təbii-coğrafi şərait, 

anadangəlmə keyfiyyətlər, sosial mühit, tarixi şərait və mədəni mübadilə kimi 

obyektiv-tarixi amillərlə bağlı olan insanın fərdi mədəniyyətinin inkişafı daha 

çox onun tərbiyəsi, təhsili, tələbatları, intellekti, ruhi dəyərlər sistemi, idealları, 

məqsədləri, xarakteri, qabiliyyəti, fəaliyyəti və imkanları ilə şərtlənir. Bunların 

arasında, ilk növbədə tərbiyəni və təhsili ayırmaq vacibdir. Sokrat biliyi - yax-

şılıq, tərbiyəni, “özünü və öz yaxınlarının təhsilini” isə hər bir insanın müqəd-

dəs borclarından biri hesab edirdi.  

 

İnsanın  mədəni dəyər ölçüsü 

 

Mənim dərin inamıma görə, insan üçün onun yüksək mədəniyyətli insan 

kimi qəbul edilməsindən yuxarı qiymətləndirmə yoxdur və ola da bilməz. 


İdarəetmə mədəniyyəti 

 

555



Yer üzünün hansı nöqtəsində olsa da, insanın ruhi mədəniyyəti – onun də-

yər meyarıdır. Bu keyfiyyət nə milli, nə dini mənsubiyyətdən asılı deyil. Bu - 

genetika, təhsil və  tərbiyə  məcmusudur, yalnız qismən insanın irqi, cinsi, 

yaşı, etnosu və yaşayış yerindən asılı olan, millidən və dinidən yuxarı me-

yardır. Bütün dünyada insanın bundan yüksək dəyər meyarı yoxdur. Bizim 

insani dəyərimiz  tutduğumuz vəzifə ilə deyil, mədəniyyətimizin, bilikləri-

mizin, həyata keçirdiyimiz fəaliyyətimizin və onun nəticələrinin əhəmiyyəti 

ilə müəyyənləşdirilir. Bununla bərabər keçmiş xidmətlərimiz hazırkı səmə-

rəsizliyimizə bəhanə ola bilməz, çünki insan hər vaxt yüksəlməli və inkişaf 

etməli, özü üçün yeni imkanlar açmalı, gələcəyi görməyə və onu qurmağa 

qadir olmalıdır. Mədəni insan daim təkmilləşməyə can atmalı, öz həyat və 

fəaliyyət texnologiyalarını yaxşılaşdırmalı, əməyinin effektivliyini artırma-

lı, yeni nəticələrə nail olmalı, yeni ideyalar generasiya etməli və müvəffə-

qiyyət üçün innovasiyalı imkanlar yaratmalıdır.  İnsan haqqında sözlərinə 

görə deyil, əməllərinə görə mülahizə yürüdürlər.

55 

İnsanları şəxsi həyat fəa-



liyyəti nümunəsi ilə inandırmaq lazımdır. Başqalarına təsir göstərmək üçün 

işlərində  şəxsi nümunəsi ilə özünün inamını və həqiqiliyini təsdiq edərək, 

onları ruhlandırmaq lazımdır. Bizim sözlərimizin ən yaxşı inandırıcılıq va-

sitəsi fəaliyyətimiz və tərəfimizdən əldə olunan nəticələrdir. İnsan özündə 



təbii eqoizmi və altruizmi şüurlu surətdə birləşdirməyi bacarmalıdır. Çünki 

ifrat eqoizm, başqalarının tələbatlarına etinasızlıq göstərərək, daxili, ruhi 

sakitliyin yoxluğu ilə  nəticələnir ki, bu da uğur üçün çox yüksək qiymət 

olur. Başqasına qarşı özünə olduğu kimi münasibət göstərmə, ətrafdakıların 

uğurunu anlama və həqiqi maraqlılıq, insanlara ehtiyacında olduğunu ver-

məyə can atmaq, onlar tərəfindən inam və xeyirxahlıq doğurur, bizə kömək 

etmək, bizimlə dostluq və əməkdaşlıq etmək arzusuna səbəb olur. 

 

Dünyanı ruhi mədəniyyət – ağlın mədəniyyəti və  qəlbin mədəniyyəti 



idarə edir. Məhz o, Krinstian Bove tərəfindən bütün qanunların ən böyüyü 

kimi təyin edilən mütərəqqi inkişaf qanununun gerçək məğzi və hərəkətve-

rici qüvvəsidir. Öz şüuruna və öz iradəsinə sahib olma, özündə həyata nik-

bin münasibət yaratma bacarığı insanın mütərəqqi inkişafı üçün həlledici 

əhəmiyyətə malikdir. Əgər günəşin həyatyaradıcı enerji mənbəyi təbii daxi-

li istilik-nüvə reaksiyalarıdırsa, onda mədəniyyət – həyatın və insan inkişa-



fının tükənməyən süni mənbəyi, xeyirxahlığın, məhəbbətin və quruculuğun 

faydalı enerjisidir. İnsanın həyati təminatı üçün təbii işıq, hava, su, od, tor-

paq, bitkilər və heyvanlar, qida, hərəkət, yuxu kimi, mədəniyyət enerjisi də 

o qədər əhəmiyyətlidir. 

                                                            

55

 Demosfen əməlsiz sözü dəyərsiz və mənasız hesab edirdi.  



 

Fuad Məmmədov

 

 

556



Özünüidarənin effektivlik formulu 

 

Biliklərin, bacarıqların, mütəşəkkilliyin, mənəviyyatın və yaradıcı  fəa-

liyyətin məcmusu - insanın yüksək ruhi mədəniyyəti, özünüidarə mədəniy-

yəti olmadan təsəvvüredilməzdir. Piter Druker xüsusi şəxsiyyət menecmen-

tini, “hər birimizdən, xüsusilə əqli əmək işçilərindən tamamilə yeni fəaliy-

yətlər tələb edir”, - deyə qeyd edərək, onu insana yanaşmada inqilab adlan-

dırırdı.  Şəxsiyyətin menecmenti məsələlərinə toxunaraq o, effektiv həyat 

fəaliyyətinə imkan verən biliklərin tətbiqinin əhəmiyyəti haqqında, öz key-

fiyyətləri və qabiliyyətlərinin yaxşılaşdırılması, həmçinin öz əxlaqi prinsip-

lərinə və mənəvi dəyərlər sisteminin qorunmasına riayət edilməsi haqqında 

danışır. O qeyd edir ki, uğurlu karyera üçün həyatda öz yerini tapmaq, istə-

nilən imkanlar üçün açıq olmaq, öz münasibətlərini məcburiyyət üzərində 

deyil, etimad və qarşılıqlı anlaşma üzərində qurmaq çox vacibdir.  

Əgər özünüidarə mədəniyyətinə onun mahiyyəti baxımından nəzər yetir-



sək, onda biz, cəmdə həyatımızı təmin edən prinsiplərin, metodların, məq-

sədli istiqamətlərin və qaydaların bütöv sistemini aşkar edərik. Özünü idarə 



etmək - öz həyatını düzgün qurmaq, öz sağlamlığını qorumaq, şəxsiyyət ki-

mi formalaşmaq, öz biliklərinin və bacarıqlarının səviyyəsini yüksəltmək, 

digər insanlarla düzgün münasibətlər qurmaq, möhkəm ailə yaratmağı ba-

carmaq və öz qabiliyyətlərimizə uyğun sevimli sənət seçmək, vicdanla ça-

lışmaq, öz fəaliyyətində yaxşı nəticələrə nail olmaq, bizi güclü edən çətin-

liklər qarşısında heç vaxt geri çəkilməmək, cəmiyyətə, dövlətə və bəşəriy-

yətə faydalı olmaq deməkdir. Özünü idarə etmək – həyatın problemləri və 

çətinliklərindən çəkinmək deyil, öz həyat səbatını  və  mərdliyini, özünün 

mübarizə aparmaq və qalib gəlmək bacarığını möhkəmləndirərək, onları 

aradan qaldırmaq deməkdir, çünki çətinliklər – müvəffəqiyyətin tərkib his-

səsidir. Özünüidarə - özü və digər insanlar qarşısındakı məsuliyyəti, özünə 

və yaxınlarına görə, öz sözlərinə, hərəkətlərinə və özünün hörmət və etiraf-

la mükafatlandırılan fəaliyyət nəticələrinə görə  məsuliyyəti nəzərdə tutur. 

Mənə elə gəlir ki, şəxsiyyətin özünüidarə effektivliyinin formulunu aşağıda-

kı tələblərlə şərtləndirmək mümkün olardı: biologiya, fiziologiya, antropo-

logiya, psixologiya, tibb, ekologiya, cismani mədəniyyət, düzgün qidalan-

ma, etika, hüquqlar, insan münasibətləri mədəniyyəti, din və insanın həyat 

fəaliyyətinin digər sahələrinin əsaslarını bilməklə; məqsədlərin düzgün tə-

yini və mənəvi həyat prinsiplərinin seçimi ilə; insanın digər insanlarla mü-

nasibətlərinin harmoniyasına və ətraf mühitə onun məsuliyyətli münasibəti-

nə yardım edən təbiət və həyat qanunları biliklərinə, təcrübəyə və xoş mə-

rama əsaslanan müdrikliklə; şüuru vasitəsi ilə öz təfəkkürünü, niyyətləri və 

davranışını istiqamətləndirmək və  nəzarət etmək qabiliyyəti ilə; insanın 


İdarəetmə mədəniyyəti 

 

557



seçdiyi prinsiplərin həyata keçməsini təmin edən möhkəm iradə, düzgün 

həyat tərzi və şəxsiyyətin davranış mədəniyyəti ilə.  

Lusi Anney Seneka deyirdi: “Öz üzərindəki hakimiyyət - ən yüksək ha-

kimiyyətdir”. Həyatda qoyulmuş  məqsədlərə yetişmək, həmçinin insanları 

uğurla idarə etmək üçün insan özünü idarə etməyi bacarmalıdır. Bu, kifayət 

qədər çətin, lakin yerinə yetirilə bilən tapşırıqdır. O, müəyyən biliklər və 

praktik məharət, məqsədyönümlülük, mütəşəkkillik, iradə, etika və vicdanlı 

əmək tələb edir. Özünə tabe ola bilmək bacarığı olmadan çətin ki, başqala-

rının tabe olmasına nail olmaq mümkün olsun. Özünüidarə mədəniyyətinin 

formalaşdırılmasına universal kulturoloji biliklər imkan yaradır. Onlar bizə 

həyatımızı düzgün qurmağa, mənəvi və fiziki sağlamlığımızı qorumağa, hə-

yatda uğurlara və xoşbəxtliyə nail olmağa yardım edir. Biz necə də tez-tez 

insanın təyinatı, həyatın mənası, mövcudluğumuzun məqsədi haqqında, çə-

tinliklərin və böhranların səbəbləri haqqında, həyatımıza nəzarət etməyin 

zəruriliyi haqqında, düzgün qərarların vaxtında qəbul edilməsi haqqında 

suallar veririk. Bu və digər həyati vacib suallara düzgün cavab almağa, çə-

tinlikləri dəf etməyə və harmonik inkişafa nail olmağa “kulturologiya pira-

midasının” pillələri üzrə  şüurumuzun məntiqi yolu kömək edir.  Mahiyyə-

tin, xüsusiyyətlərin, tarixin və nailiyyətlərin ardıcıl surətdə dərk edilməsi - 

təbiətin və cəmiyyətin inkişaf qanunlarını, həmçinin həyatı yaxşılaşdırma-

ğın və daha yaxşı gələcəyi qurmağın kreativ imkanlarını açan – həyat fəa-



liyyəti texnologiyalarını başa düşməyə aparır. Bu formul yalnız milli və qlo-

bal səviyyəli idarəetmə qərarları üçün deyil, şəxsiyyətin özünüidarə sisteminin 



təkmilləşdirilməsi üçün də ədalətlidir. Bu universal kulturoloji metodun praktik 

əhəmiyyəti onunla şərtlənir ki, o, konkret situasiyanı düzgün planlaşdırmaq və 

qiymətləndirmək, idarəetmə sisteminin hərəkət vektorunu korrektə etmək, göz-

lənilən nəticələrə nəzarət etmək və insanın baza tələbatlarına və dəyişən maraq-

larına cavab verən şüurlu modellər yaratmağa imkan verir.  

 

Özünüidarənin baza prinsipləri, qaydaları və məntiqi 



 

Özünüidarə  və  uğurlu fəaliyyət problemlərinə çoxlu kitablar həsr edil-

mişdir. Onların bir sırasında obyektiv məntiq və bəşəriyyətin bir çox nəsil-

lərinin həyat təcrübəsi əsasında sağlam həyat tərzi yaratmağa və şəxsi uğur 

qazanmağa kömək edən qanunauyğunluqlar sistemləşdirilmişdir. Özünüi-

darə, həyatda uğur və xoşbəxtlik qazanmaq kimi problemlər bu və ya digər 

dərəcədə çoxlu sayda görkəmli əsərlərdə - onların arasında Key Kavusun, 

Nəsirəddin Tusinin, Mişel Monten, Deyl Karneqi, Piter Druker, Con Adair, 

Con Templton, Bodo Şefer, Brayan Adams, Co Vitale, Robin Şarm, Paolo 

Koelo, Markes, Mark Fişer, P.S.Taranov, M.Norbekovun kitablarını xüsusi 



Fuad Məmmədov

 

 

558



ayırmaq lazımdır - görkəmli tarixi şəxsiyyətlərin aforizmlərində  və  əxlaq 

qaydalarında öz əksini tapmışdır. İ.V.Dubrovina, A.B.Qolubovski, Y.L.Ko-

lominski, B.S.Kruqlov, A.B.Obolonski, V.A.Rıbakov, M.Knyazev və bir 

çox sovet müəllifləri öz əsərlərində müxtəlif sosial-mədəni situasiyaları, in-

san münasibətlərini, həyat fəaliyyəti və müvəffəqiyyətə nail olma texnolo-

giyalarını təsvir edirlər.  

Özünüidarə mədəniyyətinin mənbəyi öz kökləri ilə əsrlərin dərinlikləri-

nə gedib çıxır. Qədin yunan filosofu Fales deyirdi: “Hakimiyyətdə olarkən, 

özünü idarə et”. Görünür ki, hələ o vaxtlar daxili intizam və qətiyyətə, ina-

da, məqsəd üzərində diqqətini cəmləmək qabiliyyətinə sahib olmağın zəru-

riliyini, “tələsmədən tələsməyi”, öz resurslarını səmərəli istifadə etməyi hə-

yat özü antik insana diktə edirdi. Özünüidarə mədəniyyətinin əsasını da bü-

tövlükdə insanların idarə edilməsində olan baza prinsipləri, qaydalar və 

məntiq təşkil edir. Lakin onlar öz xüsusiyyətlərinə malikdirlər. Özünü ida-

rənin effektivliyi məsələlərinə toxunaraq Piter Druker deyir ki, bunun üçün 

“hər bir əqli əmək işçisi yüksək səviyyəli rəhbər kimi düşünməli və fəaliy-

yət göstərməlidir”. Özünüidarə müvəffəqiyyəti əsas etibarilə insanın biliklə-

ri və qabiliyyətləri, tələbatları  və  məqsədlərindən asılıdır. Özünüidarənin 

məqsədi insanın özü, onun həyat fəaliyyəti, rifahı, sağlamlığı və xoşbəxtli-

yidir.  Özünüidarə  mədəniyyətinin  əhəmiyyəti  onunla  şərtlənir ki, məhz in-

san, fərd - ailənin, dövlətin, cəmiyyətin və bütün bəşəriyyətin  əsasıdır və 

beləliklə, sosial-mədəni tərəqqinin hərəkətverici qüvvəsi və  məqsədi kimi 

çıxış edir. Həyat və dünya onun üzərində dayanır, onun köməyi ilə daha 

yaxşı  gələcək qurulur. Dünya sivilizasiyasının bu günü və  gələcəyi üçün 

özünüidarə mədəniyyətinin dəyəri daha çox bununla şərtlənir.  



Öünüidarə  mədəniyyəti  zamanın sınağından çıxmış  ruhi prinsiplər və 

qaydalara,  insan münasibətlərinin yüksək mədəniyyətinə, bəşəriyyətin 

müxtəlif mədəniyyətləri və sivilizasiyalarına mənsub olan bir çox nəsillərin 

həyat fəaliyyəti təcrübəsinə istinad edir. O, həyatın - qanunauyğunluqların 

və  təsadüflərin birləşməsi olduğu anlayışını  nəzərdən keçirir. Həyat qabi-

liyyətinin yüksək səviyyəsinə yetişmə üçün birinciləri dərk etmək və ikinci-

lərə hazır olmaq lazımdır. Mədəni insan bugün dünənkindən daha yaxşı, sa-

bah isə - bugünkündən daha yaxşı olmağa can atmalıdır. Bununla bərabər 



öz həyat fəaliyyətinin müxtəlif sahələrində göstəriciləri daim yaxşılaşdır-

maq lazımdır. Bu - sağlamlıq, şəxsiyyətlərarası münasibətlər, peşə və icti-

mai fəaliyyət, iqtisadi vəziyyət, biliklərin və qabiliyyətlərin inkişafı, imkan-

ların genişləndirilməsi, mədəni asudə vaxt və s.-dir. Bodo  Şefer bunun 

üçün bizə nümunə olan insanların, bizi ruhlandıran kitabların, öz həyatımızı 

daha yaxşı anlamağa kömək edən gündəliklərin, həmçinin bizə yeni yollar 

göstərən və yeni stimullar verən seminarların köməyindən istifadə etməyi 



İdarəetmə mədəniyyəti 

 

559



tövsiyə edir. O, qələbəyə istiqamətlənən və öz arzusunu həyata keçirməyi 

arzulayan insanlara səhvlər üzərində öyrənməyi və özündə inam formalaş-

dırmağı, bu məqsədlə “ideyalar” , “öyrənmə” və “müvəffəqiyyət” gündəlik-

lərini tutmağı təklif edir. Con Templton qeyd edir ki, öz həyatını faydalı və 

xoşbəxt etmək üçün həyatın ruhi qanunlarını dərk etmək və onlara əməl et-

mək, düzgün prinsipləri əldə rəhbər tutmaq, hikmət öyrənmək, bəşəriyyətin 

mədəni irsini və müasir nailiyyətlərini mənimsəmək lazımdır. Yüksək mə-

dəniyyətin tərbiyə edilməsi, həm əlverişsiz genetika, həm də insanın yaşa-

dığı sosial mühitlə törənmiş neqativ keyfiyyətlərin təcəssüm olunduğu şəri, 

tədriclə, addım-addım aradan qaldırmağa imkan verir. Uilyam Şekspir de-

yirdi: “Hamını sev, seçilmişlərə inan, heç kimə pislik etmə”. Həyatda sağ-

lamlığın, rifahın, uğurun və xoşbəxtliyin asılı olduğu  şüurlu mənəvi prin-

sipləri gözləmək çox vacibdir. Bu altruist prinsiplər insanlara təmənnasız 

xidmət etməyi, onlara xeyirxahlıq və diqqət təzahürünü, onlara - sözlə, 

əməllə, məsləhət və şəfqətlə qayğı göstərməyi nəzərdə tutur. Bütün dinlərin 



qızıl əxlaq qaydası belədir ki, insan özünə qarşı necə münasibət göstərilmə-

sini istəyirsə, digər insanlara o cür münasibət göstərməlidir. Yaxşılığı yük-

sək qiymətləndirən Fales qeyd edirdi ki, “yaxşılıq sayəsində bütün özgə 

olan öz tətbiqini tapa və faydalı ola bilər”. Albert Eynşteyn hesab edirdi ki, 

“ayrılıqda götürülmüş insanın həyatı yalnız, onun başqalarının həyatını da-

ha gözəl və daha nəcib olmasına kömək etdiyi dərəcəyə qədər mənaya ma-

likdir”.  

 

Öz “məni”ni idarə etmə 



 

Mədəni insan güclü ruha və öz “mənini” idarə etməyə imkan verən mü-

əyyən müdriklik dərəcəsinə sahib olmalıdır. Bu - təmkini, özünə  nəzarəti, 

səmimi və ardıcıl olmaq bacarığını, insanları sevməyi və eqosentrizmdən 

uzaq olmağı nəzərdə tutur. Sofokl müdrikliyi səadətin doğma anası adlandı-

rırdı. Bodo Şefer parlaq həyati nümunələr üzərində o haqda danışır ki, öz 

daxili aləmi üzərində hakimiyyəti saxlayaraq, müdrik insan neqativ hisslə-

rin və dağıdıcı əməllərin qarşısını alır. Sosial ədalətsizlik, çətinliklər və ma-

neələr şəraitində təbii kimi görünən acıqlılığı dəf edərək, mədəni insan “şə-

raitin qurbanı” psixoloji mövqeyindən çəkinir və müqəddaratını öz öhdəsi-

nə götürərək, qoyulmuş məqsədə çatmaq imkanlarını axtarır. Söhbət nifrət 

hissindən, bu hiss üçün bütün əsaslar olsa belə, azad olma bacarığından, 

hiddət enerjisini idarə etmə və onu öz vəziyyətinin və başqa insanların və-

ziyyətinin yaxşılaşdırılmasına yönəltmə qabiliyyətindən gedir. Bizim pozi-

tiv və nikbin ruhdan doğulan  şövqümüz yalnız bizi uğura aparan enerjini 

yaratmır, həm də başqalarını yüksək düşüncələrə və nəcib əməllərə ilham-



Fuad Məmmədov

 

 

560



landırır. Keyfiyyət və müvəffəqiyyət əldə etmək üçün hər bir işi ağılla, vic-

danla, məhəbbətlə görmək lazımdır. Belə yanaşma ən mürəkkəb problemlə-

rin həllinə doğru bizə yol açır və qeyri-məhdud imkanları ortaya çıxarır. 



Vaxt və gərgin əmək bizi addım-addım arzu edilən məqsədə gətirib çıxarır. 

İnsan ruhunun mədəniyyəti və yaradıcı gücünün görkəmli rəmzlərindən biri 

olan İohan Volfhanq Höte, özünün yekun fəlsəfi əsərində - “Faust” faciə-

sində həyatın mənasının axtarışını təcəssüm etdirmişdir. Jan Jak Russodan 

sonra şəxsiyyətin azad inkişafı konsepsiyası ilə çıxış edərək, Höte tezliklə 

əmin oldu ki, cəmiyyətin həyatında nəyi isə dəyişmək yalnız bütün sistemi, 

qoyulmuş qaydanı, ictimai həyatın formalaşmış quruluşunu (cəmiyyətin so-

sial mühitini – F.M.) dəyişməklə mümkündür. Cəmiyyəti və mühiti dəyiş-

mək iqtidarinda olan qüvvəni o, - sxolastik elmə, meşşan əxlaqına və orto-

doksal xristian dininə qarşı müharibə elan etmiş insanda görürdü. Doktor 

Faustun obrazında o, taleyə baş əyməyən, həqiqət axtaran, məhəbbət və əsl 

azadlıq əldə etməyə can atan insana özünəməxsus himn yaratmışdır.  



İnsanın uğurlu inkişaf və özünüidarə imkanlarını nəzərdən keçirən çox-

lu sayda müasir konsepsiyalar mövcuddur. Məsələn, Moskva İnsanın özü-

nübərpası institutunun rəhbəri, “qalib gəlmək məharəti” üzrə mütəxəssis ki-

mi tanınmış professor Mirzəkərim Norbəyov orqanizmin sağlamlaşdırılma-

sı və cavanlaşdırılması və müvəffəqiyyət əldə etmənin orijinal sistemini ya-

ratmışdır. Bu sistemin əsasını insanın – bədənin, ağlın, hisslərin və qəlbin 

vahid tamı olaraq nəzərdən keçirilməsi təşkil edir. İnsanın uğursuzluqları 

və ya onun fiziki xəstəlikləri “tarazlığın itirilməsinə” gətirən bu sistemin 

bütövlüyünün pozulması kimi nəzərdən keçirilir. Xəstəliklərin və uğursuz-

luqların əsas amillərindən biri qorxudur ki, onu arzuların həyata keçirilmə-

sinə imkan verən ruhi harmoniyanı əldə etməklə dəf etmək lazımdır. Əsas 

ideya – həm sağlamlıq, həm də  uğur  əldə etmək üçün lazım olan, pozitiv 

enerjini yaradan və ya cəlb edən pozitiv təfəkkürün və nikbin əhval-ruhiy-

yənin aprior yaradılması zəruriliyindən ibarətdir. Ən ekstremal situasiyalar-

da öz gücünə inanmaq, daxili müqaviməti dəf etmək, öz üzərində inadla iş-

ləmək lazımdır. Bu psixoloji yanaşma insanın sağlamlaşdırılmasının  əsası 

kimi götürülür və “Millionerlər məktəbi” kursunda istifadə edilir. Əsas ide-

ya ondan ibarətdir ki, əgər insan uğurlu olmaq istəyirsə, ruhi qüvvələrini sə-

fərbər etməli, fikrən uğurlu insana çevrilməli və psixoloji olaraq “uğur oyu-

nunu oynamağa” başlamalıdır. Norbəyov hesab edir ki, əgər insan varlan-

maq  - konkret məqsədi qoyursa, onda çox qısa müddətdə buna nail olur. 


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin