İdarəetmə mədəniyyəti
561
Öz fikirləri və hisslərinin idarə edilməsi
Özünüidarə mədəniyyəti öz düşüncələrinin idarə edilməsindən başlayır.
Öz şüurunu pozitiv düşüncələrə, xeyirxah arzulara və şüurlu əməllərə yö-
nəldərək onu idarə etmək bacarığı - nikbin dünyagörüşünü, “tunelin sonun-
da işığı görmək” qabiliyyətini, istənilən situasuyada uğurlu sonluq gözləyə-
rək həyata və onun müxtəlif hadisələrinə pozitiv münasibət bəsləməyi nə-
zərdə tutur. Mark Avreli hesab edirdi ki, özünü təhlükəsizlikdə hiss etmək
üçün sizi narahat edən şeylərə qarşı münasibəti dəyişmək lazımdır. Haqqın-
da Ronda Bern, C. Vitale və digər müəlliflərin kitablarında yazılmış “Cazi-
bə qanununda” arzularına çatmasında insanın təxəyyülünün, fantaziyasının
rolu xüsusi qeyd edilir. “Cazibə qanununun” mahiyyəti ondan ibarətdir ki,
bizim fikirlərimiz haqqında düşündüyümüz şeyləri cəzb edir. Bunun sayə-
sində pozitiv təfəkkür pozitiv keyfiyyətlərin formalaşmasına səbəb olur, po-
zitiv hadisələri, yaxşı insanları, arzu edilən məqsədləri cəzb edir. Eyni za-
manda opponentin provokasiya məqsədilə edilməyən təcavüzünə adekvat
reaksiyadan, onun mühakimələri və cavab hərəkətlərindən özünü saxlamaq
bacarığı ilə sizə yönəldilən neqativ enerjini neytrallaşdırmaq olar. Görünür
ki, Templton bu məsələni nəzərdən keçirərək təxəyyülün nəcib təsirinə diq-
qət yetirir və qədim məsəli gətirir: “nəyi təsəvvür etmək mümkündürsə, ona
nail olmaq olar”. Bizim fikirlərimizə forma verən təxəyyülümüzü idarə et-
mək qabiliyyəti aydın obrazlar və mənzərələr yaratmağa imkan verir ki,
bunlar da böyük istək və məqsədyönlülük sayəsində həyata keçirilə biər.
Əgər insan öz qüvvəsinə inanırsa, ağlı, biliyi, bacarığı, məsuliyyəti, iradəsi
və səyi ilə fərqlənirsə, o öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir
və mümkün olmayanı – mümkün edə bilər.
İnsanın fikri azad olmalıdır. Bu, bizim müstəqil inkişafımız və həyata
düzgün münasibətimizin mühüm şərtlərindən biridir. Lakin o, şüura əsas-
lanmalı və daim elmi biliklə qidalanmalıdır. Təhsil və maarif, o cümlədən,
müntəzəm şəxsi təhsil, gerçəkliyin tənqidi təhlili - həyatın bir çox obyektiv
imkanlarından bizi məhrum edən təfəkkür məhdudluğundan xilas olmağa
kömək edir. Fikirlərin pozitiv istiqamətə dəyişdirilməsi bizim tərəfimizdən
həyatın qavranılmasının pozitiv dəyişikliyinə aparır. Biz bu problemin ardı-
cıllıq yolu ilə keçməsini dünya mədəniyyəti tarixində də görürük. Lao-Tszı
deyirdi: “Öz fikirlərinizə qarşı diqqətli olun – onlar əməllərin başlanğıcı-
dır”. “Bilik üçün, sakit həyat üçün və hər bir işin uğuru üçün insanın öz dü-
şüncələrinə sahib olması qabiliyyətindən daha vacib çətin ki bir şey olsun”, -
deyə Con Lokk qeyd edirdi. Düzgün qərar qəbul edərək və onları ardıcıl hə-
yata keçirərək, biz istənilən çətinlikləri aradan qaldırmağa, arzularımızı re-
allığa çevirməyə qadirik. Pozitiv fikirlər və əməllər, yaxınlara və dostlara
Fuad Məmmədov
562
bağlılıq və hörmət xüsusi energetika yaradır ki, bu da digər insanları bizə
tərəf çəkir, hər bir mədəni insan üçün həyati vacib olan qarşılıqlı anlaşma,
dostluq və məhəbbət atmosferini formalaşdırır. “Mənəvi mədəniyyətin
mümkün ən yüksək mərhələsi - öz fikirlərimizə nəzarət etməyə qadir oldu-
ğumuzu başa düşdüyümüz zamandır”, - deyə Çarlz Darvin qeyd edirdi. Con
Templton deyir: “Sizin öz fikirlərinizi idarə etməyi öyrəndiyiniz dərəcədə,
müsbət və yaxşı fikirlər həyatınızı daha yaxşıya doğru dəyişəcəkdir”. Mark
Avrilinin məşhur “fikirlərin sənin həyatına çevrilir” sözlərinə istinad edə-
rək, istedadlı psixoloq və humanist, insanın həyat fəaliyyətinin pozitiv ener-
jisinin saxlanması üçün “sıxışdırıb çıxartma metodunu” təklif etmişdir.
Onun mahiyyəti bundadır ki, əgər insan öz şüurunu pozitiv və faydalı fikir-
lərlə doldurarsa, orada pis fikirlərə yer qalmayacaqdır. Bizim həyati məq-
sədlərimizə çatmağa imkan verməyən gərəksiz və neqativ fikirlər şüurdan
sıxışdırılıb çıxarılır. Beləliklə, öz şüuruna nəzarət etməyi öyrənərək, təfək-
kürünü digər obyektə keçirmək mümkündür, və arzu olunmayan fikirlər
yox olur. Neqativ fikirlərin sıxışdırılıb çıxarılmasının daha bir metodu ”on-
ları sakitcə buraxmaq” bacarığındadır: neqativ fikirlər “gəldikləri sonsuz
heçliyə buraxılırlar.” C.Templtonun “sıxışdırıb çıxartma metodu”– paxıl-
lıq, nifrət, tamahkarlıq, eqoizm, gərəksiz tənqidbazlıq, qisasçılıq və s. kimi
insan sağlamlığına dağıdıcı təsir göstərən keyfiyyətləri aradan qaldırmağa
imkan verir.
Beləliklə, reallıq daha çox ağlımız və qəlbimizlə, dünyagörüşümüz və
xarakterimizlə, ruhi mədəniyyətimizlə şərtlənən - bizim daxili qavramamız-
dan asılıdır. Nəcib fikirlər nəcib əməllər doğurur. Əgər insan özünə inanır-
sa və bu inamı konkret əməllərlə möhkəmləndirirsə, öz bilikləri və bacarıq-
larını təkmilləşdirirsə, çətinliklərə və əlverişsiz şəraitlərə baxmayaraq arzu
edilənə nail olmaqda inad və mətanət göstərirsə, qəlbin nəcib niyyətləri re-
allaşır. Çətinliklər bizim qabiliyyətlərimizi inkişaf etdirir, iradəmizi möh-
kəmləndirir, həyat təcrübəmizə imkan yaradır, bizi mərd və güclü edir. Po-
zitiv obraza istiqamətlənmə, həyatın dövriliyinin ağılla qavranılması, özünə
inam, bizə bağışlanmış həyat nemətlərinə görə minnətdarlıq hissi, cəmiyyə-
tin rifahı naminə quruculuq - bizim üçün uğura, müvəffəqiyyətə, xoşbəxtli-
yə və yeni imkanlara qapılar açır. Özündə həyat qabiliyyətinin və mübariz
insan xüsusiyyətinin istehsalı - dinamik fəaliyyəti, proqressiv inkişafı və
qoyulmuş məqsədlərə çatmağı təmin edir.
İnsanın təfəkkür mədəniyyəti bütövlükdə şəxsiyyətin intellektual mədə-
niyyətini təşkil edən təbii ağlından və əldə etdiyi biliklərindən asılıdır. Fa-
les deyirdi: "Bədənin fərəhi - sağlamlıqda, ağılın fərəhi – bilikdə olur.”
Henri Tomas Bokl intellektual mədəniyyətə haqq qazandıraraq, qeyd edirdi
ki, “qaranlığı hiss etməyən kəslər, işığı heç vaxt axtarmayacaqlar”. İntellek-
İdarəetmə mədəniyyəti
563
tual mədəniyyət - insanın inkişaf imkanlarını müəyyən edən həyat fəaliyyə-
tinin başlıca hərəkətverici qüvvəsidir. Bu mədəniyyətin təbii mənbəyi – in-
san beyninin fəaliyyətini, təfəkkür prosesini idarə edən insan şüurudur. Şü-
ur fikri generasiya edir və bizim həyat proqramımızı müəyyən edir. Təfək-
kür məhdudluğundan azad olmaq, bizə həyatı kainatın imkanları müxtəlifli-
yində görməyə imkan verən ağlı və bilikləri daim inkişaf etdirmək, həyat
hadisələri və faktlarını, insanların davranışını və hərəkətlərini düzgün başa
düşmək və interpretasiya etmək lazımdır. Cahilliyi, insan mədəniyyəti və
sivilizasiyası haqqında bilikləri yaymaqla aradan qaldırmaq lazımdır. Yax-
şını pisdən ayırmaq qabiliyyətinə böyük qiymət verən Sokrat qeyd edirdi:
“Yalnız bir yaxşılıq – bilik və yalnız bir pislik – cahillik var.” Templton de-
yir: “Tırtıl yanında yarpağa qonan kəpənəyi tanımaq halında deyil. Ehtimal
ki, tırtıl kəpənəyi hətta görmür, çünki tırtılın real həyatında kəpənəklər
mövcud deyil!” Dialektikası Platona böyük təsir göstərmiş Herakl Efesski
insan cahilliyini ifşa edərək qeyd edir ki, “itlər o kəslərə hürürlər ki, onları
tanımırlar.” İntellektual mədəniyyətin açdığı imkanlardan biri – kainatın və
insanın həyat fəaliyyəti qanunlarının, baş verən təzahürlər, hadisələr, pro-
seslər və insanların düzgün dərk edilməsidir. Bu anlama insanın həyat fəa-
liyyətini və bizim emosional mədəniyyətimizi idarə edən şüurun qüvvəsini
təsdiq edir. Bu və ya digər mühüm problemlərin həlli zamanı o öz hakimiy-
yətini və özünün qalibiyyət əzmini təsdiqləyərək, qeyri-müəyyənlik qarşı-
sında yaranan qorxu hissini aradan qaldırmağa imkan verir. İntellektual mə-
dəniyyət müdrikliyə - biliklərlə, təcrübə ilə və humanizmlə zənginləşdiril-
miş ağlın keyfiyyətinə nail olmağa imkan verir. Müdriklik - həyat qanunla-
rını düzgün anlamaq, səhvlərdən ibrət almaq, olanların mahiyyətini və xü-
susiyyətlərini müxtəlif tərəflərdən görmək, pozitiv nəticələrə və insan mü-
nasibətlərinin harmoniyasına nail olmağa yardım edən ağıllı qərarlar qəbul
etmək qabiliyyətidir.
Mədəni insanın özünü idarə etməsi, öz emosional vəziyyətinə, ətrafdakı-
ların neqativ hərəkətinə qarşı öz reaksiyasına nəzarət etmək bacarığını nə-
zərdə tutur. Düzgün yol – öz enerjisini sizə layiq olmayan insanlarla müna-
sibətlərin aydınlaşdırılmasına deyil, həyatın başlıca dəyərlərinə: məhəbbətə,
dostluğa və yaradıcılığa yönəltmədir. Əlbəttə, bu zaman digər insanın dost
olmayan münasibətinin, həmçinin predmetə öz davranışının səbəblərini ay-
dınlaşdırmaq, onun digər insanlarla münasibətdə gərginlik səbəbi olub-ol-
madığını təhlil etmək vacibdir. Mədəni insanın statusu paxıllıq kimi neqativ
keyfiyyətlə bir araya sığışmır. Paxıllıq hissinə müqavimət göstərə bilməyən
insanlar özünü təkmilləşməyə qadir deyillər. Onlar başqalarının yaxşı cə-
hətlərini obyektiv qüymətləndirməyi bacarmırlar və onu ətrafdakıların gö-
zündən salmaq üçün bütün mümkün nöqsanları və çatışmazlıqları öz həsəd
Fuad Məmmədov
564
obyektinə aid etməyə çalışırlar. Paxıllıq hissinin dəf edilməsi öz qüvvəsinə
və şəxsi məziyyətlərinə inam tələb edir. Danılmaz uğurlar əldə etmiş iste-
dadlı insanların üstünlüklərini özünü təkmilləşdirmə üçün şans və təcrübə
kimi dərk etmək lazımdır.
Arzular, maraqlar, məqsədlər və özünüidarə mənbələri
Özünüidarə prosesində insan iki dəyişən amilin nüfuz dairəsində olur:
şərait və şəxsi seçim. Seçim – onun qəbul etdiyi qərarlardır. Bu qərarlar
mühüm rol oynayırlar və əgər onlar şəxsiyyətin inkişafı üçün əlverişli de-
yillərsə, şəraiti dəyişə bilərlər və dəyişməlidirlər. Bunun üçün insana, bü-
tövlükdə, şəxsiyyəti və onu əhatə edən aləmi dəyişməyə qadir olan, yüksək
mədəniyyəti təşkil edən məqsədyönlülük və möhkəm iradə, məntiq, bilik-
lər, bacarıqlar, mütəşəkkillik lazımdır. Görünür, hər idealda hər bir insan
üçün öz təyinatını, həyatının mənasını dərk etmək və buna uyğun olaraq öz
həyat fəaliyyəti proqramını hazırlamaq vacibdir ki, onun həyata keçirilməsi
ilə ola bilər, insanın inkişafına müəyyən töhfə verilsin və tarixdə bir iz qo-
yulsun. Blez Paskal deyirdi: “Öz həyatının mənasını bilməyən insanlara ya-
zıqlar olsun”. Bizim nəticələrimizin uğuru - konkret məqsədləri, problemlə-
rin mahiyyətini anlamağı, prinsiplərin və metodların seçilməsini, prioritet-
lərin müəyyən edilməsini, məqsədə çatma vaxtının təyinini nəzərdə tutan
vasitədən - düşünülmüş fəaliyyətlər planından asılıdır. Eynilə biznesdə ef-
fektiv menecmentin insanların tələbatlarının başa düşülməsi və ödənilməsi
ilə şərtləndiyi kimi, uğurlu özünüidarə - öz arzuları, maraqları və məqsəd-
lərinin başa düşülməsi və həyata keçirilməsindən asılıdır. Həyatımızın mə-
nası ilə şərtlənən həyat məqsədi haqqında daim xatırlamaq lazımdır. Hələ
XVI əsrdə intibah dövrünün görkəmli nümayəndəsi olan Mişel Monten
qeyd edirdi ki, “təyinat limanı olmayan kəs üçün heç bir külək arxadan
əsən olmur.” Aydın məqsəd - insanın həyat fəaliyyəti enerjisinin fəallaşdı-
rılması üçün texnologiyalar və iradə – müəyyən zaman müddətində həyatın
mənasına uyğun olan, qoyulmuş məqsədə nail olma üçün zəruridir. Belə
texnologiya kimi, güclü arzunun təmərküzləşməsinin, fokusunun yığılması-
nın onun real həyata keçirilmə stimulu olduğunu güman edərək, Templton,
“enerjinin bir yerə cəmləşməsinin alışma əmələ gətirənədək günəş şüaları-
nın böyüdücü şüşə ilə fokusa yığılmasında olduğu kimi, öz dərrakəsini güc
nöqtəsinədək bir yerə cəmləməyi” tövsiyə edir.
Böyük məqsədlər olmadan böyük işlər yoxdur. Lakin insanın məqsədi
iki kateqoriyada ola bilər: idealı ifadə edən böyük məqsədlər, hərəkət isti-
qamətini təyin edən mayak-məqsədlər, və real əldə edilə bilən konkret məq-
sədlər. Bizim arzularımız və istəklərimizdən doğulan böyük məqsədlər yol-
İdarəetmə mədəniyyəti
565
ları müəyyən etməyə və düzgün texnologiyalar seçməyə kömək edir. Hərə-
kət üçün bizə motivasiya və stimul verən böyük məqsədlər şəxsiyyətin key-
fiyyətli dəyişilməsi və inkişafı üçün çoxlu sayda imkanlar açır və özündə
maraqlı kəşfləri, mükafatları və yaradıcı fəaliyyətdən alınan zövqü gizləyir.
Bu imkanların istifadə edilməsi insanın intellektual mədəniyyətindən, onla-
rın mənasını, mahiyyətini və xüsusiyyətlərini başa düşməkdən daha çox
asılıdır. Bodo Şefer deyir: “Əgər siz ulduzlara yönəlmisinizsə, bu o demək
deyil ki, siz onlara çatacaqsınız, amma yəqin ki, ağaclardan yuxarı qalxa-
caqsınız.” Real məqsədlər elə tərzdə ifadə olunmalıdır ki, təyin edilmiş
vaxtda mütləq yerinə yetirilsin. Bu onunla şərtlənir ki, onlara nail olma -
şəxsiyyətin ösünütəsdiqinə xidmət edir, şəxsi ləyaqət hissini, insanın öz gü-
cünə və imkanlarına inamını möhkəmləndirir. Yüksək özünüidarə mədəniy-
yətinin və nəzərdə tutulmuş məqsədlərə nail olmaq qabiliyyətinin şərtlərin-
dən biri həyati problemlərin öhdəsindən gəlmək bacarığıdır. Problemlərin
olması – dialektik yaşayış reallıqları ilə bağlı olan sonsuz həyat prosesidir.
Bunun üçün bizim vəzifəmiz onları düzgün başa düşmək və vaxtında həll
etməkdir. Bu zaman problemə münasibət, problemin əmələ gəlməsi ilə ya-
ranan “sarsıdıcı” neqativ emosiyaları onun həllinin, şəxsiyyətin inkişafı
üçün yeni imkanlar açan pozitiv dinamik enerjisinə dəyişdirmək bacarığı
çox vacibdir. Bunun üçün problemləri özünün inkişafı və digər insanlara öz
təsir dairəsini genişləndirmək çağırışı və şansı kimi qəbul etmək; problem-
lərin həllində inama sahib olmaq; nikbinliyini, şəxsi ləyaqət hissini, qalibiy-
yət əzmini qorumaq; öz hisslərinə və reaksiyalarına nəzarət etmək; prob-
lemdən düzgün ibrət almağı bacarmaq lazımdır. Bodo Şefer doğru olaraq
qeyd edir ki, problemin həllindəki hər bir uğur insanı mükafatlandırır, hər
bir uğursuzluq isə onu daha güclü edir.
Beləliklə, çox şey bizim arzumuzdan, onu güclü surətdə həyata keçirmək
istəyimizdən asılıdır. Əgər istək mütləq həyati zərurət olursa, o zaman
onun doğurduğu ruh reallığı əlverişli tərzdə dəyişməyə kömək edir. İnsan
özü üçün xoşbəxtlik haqqında öz arzularına uyğun olan, lakin başqalarına
zərər yetirməyən layiqli həyat qurmalıdır. Bodo Şefer arzunun həyata keçi-
rilməsinin psixoloji mexanizmini göstərmişdir. O, məqsədə çatmaq üçün
özünün bütün diqqətini onun üzərində cəmləşdirməyi, daim onun haqqında
düşünməyi, onun əldə edilməsində zərrə qədər şübhəyə yol verməməyi töv-
siyə edir. Fikrin konsentrasiyası sizin can atdığınız indiki mövqe ilə arzu
arasında əlaqə yaradır. Bu obraz, müvəffəqiyyətin əldə edilməsinə yönəldil-
miş effektiv fəaliyyətlərə çevrilən əminliyi doğurur. Bilik və inam arzunun
həyata keçirilməsi üzrə texnologiyalar seçimini və fəaliyyətlər enerjisini tə-
min edir. Co Vitalenin cazibə konsepsiyasına görə güclü arzu, insanı məq-
sədyönlü və güclü edərək, ona imkan yaradır ki, kainat özü onun həyata
Fuad Məmmədov
566
keçməsinə kömək edir. Həyat fəaliyyətinin bütün sahələrində: ailədə, işdə,
şəxsi təhsildə, cismani mədəniyyətdə, ictimai fəaliyyətdə hərəkətə lazımi
impuls verərək, düzgün seçim etmək, həyat fəaliyyəti istiqamətini və öz
prioritetlərini düzgün müəyyənləşdirmək lazımdır. Onu nəzərə almaq la-
zımdır ki, arzumuzun həyata keçirilməsi yolunda bizim üçün mümkün ol-
mayan heç nə yoxdur. Bunun üçün güclü ruha – biliklərlə zəngin ağıla, nə-
cib hisslərə və möhkəm iradəyə malik olmaq, özünə və həyatını yaxşılığa
doğru özünün dəyişdirə bilmək qabiliyyətinə inanmaq lazımdır. Güclü ruh
öz fikirlərini və enerjisini yaradıcı məcraya yönəldərək, faciəli hadisələri
belə xilasa və qələbəyə işarə kimi müdrikcəsinə şərh edərək, çətinliklərə və
uğursuzluqlara mərdliklə qatlaşmağa, emosiyalarını idarə etməyə kömək
edir. Zəngin daxili aləmin, yüksək ruhi mədəniyyətin olmadığı halda, mad-
di rifah ruhi kasadlığı doldura bilməz. Başqa sözlə, ruhi mədəniyyət zən-
ginliyi həmişə maddi zənginlikdən yüksəkdir, çünki pulla ağılı, həqiqi mə-
həbbəti, dostluğu və xoşbəxtliyi almaq mümkün deyil, yüksək ruhi (əqli və
mənəvi) mədəniyyətə və xoş mərama sahib olmaqla isə həyatda zənginliyə,
uğura və xoşbəxtliyə nail olmaq olar. Mədəni insanın özünü idarə etməsi, -
həqiqəti özündə daşıyan, bəşəriyyətin bir çox nəsillərinin həyat təcrübəsi ilə
sınaqdan keçirilmiş
56
fundamental elmi biliklərə istinad etməlidir. Əgər in-
san doğru düşünürsə və elmi biliklərə və obyektiv informasiyaya əsaslanır-
sa, onun niyyətləri də düzgün formalaşır, niyyətlərin ardınca isə özündə se-
vinc və razılıq hissi daşıyan pozitiv əməllər gəlir.
57
Əksinə, doğru olmayan
və ya zərərli təfəkkür, ardınca çox zaman dağıdıcı və destruktiv xarakterli
düzgün olmayan fəaliyyətlər gətirən yanlış, düşüncəsiz əməllər doğurur.
Fəaliyyətin nəticələri - müvəffəqiyyətin meyarı kimi
Məlum olduğu kimi, “bina kərpiclərlə hörülür”. Sofokl deyirdi: “Böyük
işlər bir dəfəyə görülmür”. Müvəffəqiyyətin əsasını yalnız öz biliyini inkişaf
etdirmək tələbatı və düzgün ifadə edilmiş məqsəd deyil, həm də biliklər, şü-
urlu fəaliyyət planı, effektiv texnologiyalar, gündəlik vicdanlı əmək və nə-
hayət, dözüm təşkil edir. Müvəffəqiyyətə nail olma diqqətin, enerjinin və
qüvvənin hansısa bir işdə təmərküzləşməsini tələb edir. Qüvvələrin parça-
lanması yaxşı nəticələr əldə etməyə imkan vermir. Ona görə bizim başqa iş-
lərə yayınmağımızı doğruldan heç bir səbəblər nəzərə alınmalı deyil. Mü-
vəffəqiyyətin meyarı yalnız fəaliyyətin nəticələri olmamalıdır. Bunun üçün
56
Fridrix Şiller deyirdi: “Maarifləndirilmiş şüur mənəvi hissləri nəcibləşdirir: baş ürəyi
tərbiyə etməlidir”.
57
Jan Jak Russo qeyd edirdi: “ İnsanın bütün mənəviyyatı onun niyyətlərindən ibarətdir”.
İdarəetmə mədəniyyəti
567
nəzərdə tutulan planın yerinə yetirilməsinə mane ola biləcək mümkün qey-
ri-müəyyənlikləri nəzərə alaraq, vaxtı düzgün planlaşdırmaq, həmin vaxtda
başlıca işi ayırmağı bacarmaq və diqqəti onun üzərində cəmləşdirmək la-
zımdır. Gözlənilməz vəziyyətləri öz maraqlarına uyğun istifadə edərək idarə
etmək lazımdır. Gözlənilməz vəziyyətlər öz məhsuldarlığının: həyati təsis-
lərə nail olmaq üçün vaxtın istifadə effektivliyinin; strateji məqsədlərin və
cari vəzifələrin korrektə edilməsinin; şəxsi xoşbəxtliyinin qurulmasında
özünün fəallıq dərəcəsini yenidən mənalandırmanın qiymətləndirilməsi
üçün “lakmus kağızı” ola bilər. Bodo Şefer motivasiya və ruh yüksəkliyini
yuxarı səviyyədə saxlamağa imkan verən “üç günün qaydasını” ifadə et-
mişdir. Onun mahiyyəti budur ki, hər üç gündən bir insana psixoloji olaraq
ölçülə bilən müsbət nəticə kimi başa düşülən yeni müvəffəqiyyət tələb olu-
nur. Bu permanent müvəffəqiyyət, şəxsiyyətin inkişafı prosesində yüksək
hərəkət impulsunu stimullaşdıraraq, insanda hər zaman yeni-yeni nailiyyət-
lərə motivasiyanı saxlayır. Bunun üçün öz fəaliyyətini, onun nəticə etibarilə
səmərəliliyi məqsədilə, hər üç gündən bir düzgün planlaşdırmaq və nəzarət
etmək vacibdir. Depressiya halından çəkinmək üçün öz işlərini əhəmiyyət-
lilik dərəcəsinə görə dəqiq planlaşdırmaq və öz şüuru üçün psixoloji yükə
çevirməyərək, onları təxirə salmadan yerinə yetirmək lazımdır. Bu zaman
təcili işlər planlaşdırılmış mühüm işlərin yerinə yetirilməsi üçün maneə ol-
mamalıdır. Müvafiq qərar qəbul edildikdən sonra dərhal, lakin tələsmədən
fəaliyyət göstərmək lazımdır. A.S. Ekzüperi qeyd edirdi: “ Heç vaxt demə:
edərəm, əgər sən nə isə etmək qərarına gəlmisənsə, başla və de: mən artıq
bunu edirəm.”
Müdrik həqiqətləri və müvəffəqiyyət strategiyalarını təhlil edərək, Bodo
Şefer öz işini Roma imperatoru Mark Avrelinin məşhur sözləri ilə başlayır:
“sonda görmək istədiyin o həyatla artıq bu gün yaşamağa başla”. O doğru
olaraq qeyd edir ki, hər bir insanın qalib olmaq imkanı və hüququ vardır.
Onun, həyatın ziddiyyətlərinin əslində bir tamın tərkib hissələri, ayrı-ayrı
qanunların isə qarşılıqlı əlaqəli olması haqqında nəticələri özünüidarə mə-
dəniyyəti üçün metodoloji əhəmiyyətə malikdir. Müəllifin maraqlı müşahi-
dələrindən biri odur ki, müvəffəqiyyət bəxti gətirməkdən o qədər də çox ası-
lı deyil, lakin insanın müəyyən prinsiplər və dəyərlər üzərində qurulan hə-
yat tərzinin nəticəsidir. Seçim edərkən insan yadda saxlamalıdır ki, müvəf-
fəqiyyət - situasiyadansa, daha çox ondan necə istifadə etməkdən asılıdır.
Müvəffəqiyyət əldə etmiş insanlar haqqında danışaraq, Şefer Bessi Stenli-
nin çox gözəl sözlərini nümunə gətirir: “İnsan yaxşı yaşayıbsa, çoxlu gülüb
və sevibsə, ağıllı adamların hörmətini və balaca uşaqların məhəbbətini qa-
zanıbsa, əgər həyatda öz yerini ya yetişdirdiyi gözəl güllərlə, ya çox gözəl
şeirlərilə, ya da xilas etdiyi qəlblərlə doldura bilibsə, hesab etmək olar ki,
Fuad Məmmədov
568
o, müvəffəqiyyət qazanıb. Əgər minnətdarlıq sözlərini əsirgəməyibsə, dün-
yanın gözəlliyini qiymətləndiribsə və bu barədə danışmağa sıxılmayıbsa,
əgər o, insanlarda ən yaxşı olanı görməyi bacarıbsa və özündə olan ən yax-
şı ilə səxavətlə paylaşıbsa, əgər onun həyatı insanları ruhlandırıbsa, haq-
qındakı xatirə isə onların qəlbində qalıbsa, - o, müvəffəqiyyət qazanıb.”
Nəticə etibarilə səmərəli fəaliyyət şəxsiyyətdən xüsusi vərdişlər tələb
edir. İnsan özündə şüurlu təfəkkürü, düzgün həyat mədəniyyətini və istəni-
lən həyat situasiyasında qələbəyə yönəldilmiş uğurlu texnologiyaları tək-
milləşdirməyi bacarmalıdır. O, şəraitin qurbanı olmayaraq və öz köməksiz-
liyinə bəraət qazandırmayaraq, öz arzuları və qoyduğu məqsədləri nəzərə
alaraq, ona lazım olan şəraiti özü qurmağı və onu idarə etməyi, düzgün qə-
rarlar tapmağı və hətta faciəli situasiyalarda qələbə sonluğunu təmin etməyi
öyrənməlidir. İnsanın xarakteri və şüurlu seçimi ilə şərtlənən həyat qabiliy-
yəti haqqında danışaraq, Bodo Şefer “qartalın” və “ördəyin” xarakterləri-
nin müqayisəsini verir. O, eqoizmdən azad olmağa qadir qartalları tərbiyə
etmək zəruriliyindən danışır. “Ördəyin” prinsipi – hər bir şəraitə uyğunlaş-
ma, mübarizə və problemin həlli yollarını tapmaq əvəzinə - bəhanələrin ax-
tarışı, situasiyanı, onun innovativ təhlili əvəzinə - birtərəfli görmə, nikbin
mövqe əvəzinə - bədbin mövqedir. Ördəklər şəraitdən şikayət edirlər və
malik olduqlarını istəməyə məcburdurlar. Qartallar isə şəraiti dəyişirlər və
istədikləri şeyi əldə edirlər. Bu fərqi dərk edərək, ördəyə bənzəməmək və
“qağıldamamaq”, şikayət etməmək, lakin hərəkət etmək çox vacibdir. Mü-
vəffəqiyyətə hesablanmış özünüidarə, öz ləyaqətini, təbii keyfiyyətləri və
qabiliyyətlərini obyektiv qiymətləndirmək, öz güclü cəhətlərini məqsəd-
yönlü şəkildə inkişaf etdirmək və pozitiv nəticələr əldə etmək üçün onlar-
dan effktiv istifadə etmək və onları müntəzəm olaraq günü-gündən yaxşı-
laşdırmaq bacarığını nəzərdə tutur. Belə özünüidarənin zəruri effektivlik şərti
– biliklər, məntiq və gərgin əmək, qətiyyət, dözüm və möhkəm iradə, müəyyən
situasiyada mövcud olan əlverişli üstünlükləri görmək, dərk etmək və düzgün
istifadə etmək bacarığıdır. Hər bir insan təkrarolunmazdır. Onun təbii keyfiy-
yətləri, qəlbinin xüsusiyyətləri, xarakterinin əlamətləri, şəxsi həyat təcrübəsi
təkrarolunmazdır. Onun fərdiliyi yalnız ona məxsusdur.
Öz qabiliyyətlərini və xöşbəxt həyat qurmaq imkanlarını lazımi surətdə
qiymətləndirmək vacibdir, çünki ağıl, istedad və qabiliyyət – özünün inkişa-
fı, tələbatlarını təmin etmə və məqsədlərinə nail olma üçün səmərəli istifadə
edilməli olan şansdır. Ağılın sərvəti xeyirxahlığın sərvətindən üstündür,
çünki sərvətlə ağıl ala bilməzsən, ağılla isə sərvət yaratmaq mümkündür.
Sərvəti itirmək də olar, ağıl, bilik və vərdişlər isə şəxsiyyətin inkişafının nə-
ticəsi olan ayrılmaz insan kapitalıdır. Özündə yeniliyə həssaslığı, kreativli-
yi, innovativliyi, bəzən bu və ya digər mühitlə bizə sarınmış, bizim analitik
İdarəetmə mədəniyyəti
569
təfəkkür imkanlarımızı məhdudlaşdıran təfəkkür stereotiplərindən imtina
etmək bacarığını, taxılı alaq otundan ayırmaq qabiliyyətini, öz seçimimizi
və bizim özümüzə məxsusluğumuzu təkmilləşdirmək çox vacibdir. Özünü
bizim inkişafımıza, ruhi vəziyyətimizə pozitiv təsir göstərən, zəngin təcrü-
bəyə və məhsuldar həyat fəaliyyətinin effektiv strategiyalarına malik yaxşı
və ağıllı adamlarla əhatə etmək lazımdır. Bununla bərabər mədəniyyətinin
sizin mədəniyyətinizlə uyğunsuzluğu aşkar olan insanlarla ünsiyyətdən qəti
surətdə çəkinmək lazımdır, çünki belə insanlar sizin sağlamlığınıza, şüuru-
nuza və davranışınıza destruktiv təsir göstərən mənbə ola bilərlər. Lakin bu
zaman, əgər bu mümkündürsə, mənbəyinin sosial mühit və insanın tərbiyəsi
ilə şərtlənən müəyyən dünyagörüşü olduğu neqativ energetikaya malik in-
sanların mədəniyyətinin pozitiv dəyişilməsinə kömək etməyə çalışmaq la-
zımdır. İnsan şəraitin qulu olmalı deyil, lakin vəziyyətləri öz maraqları xid-
mətinə yönəldərək, digər insanların maraqlarına zərər yetirmədən, onları
pozitiv dəyişdirməlidir. Əgər hər hansı bir vəziyyəti dəyişmək bizim qüv-
vəmiz xarıcindədirsə, təbii hadisələr kimi onları da sakitcə qəbul etməliyik.
Bizim fəaliyyətimizi çətinləşldirən səbəbləri yalnız xarici mühitdə deyil,
həm də öz mövqeyimiz və fəaliyyətimizdə, qətiyyətimizdə və real vəziyyət-
ləri öz maraqlarımızda istifadə etmək bacarığında axtarmaq lazımdır. Bu-
nun üçün insan öz həyat fəaliyyətinə görə yüksək məsuliyyət mədəniyyəti-
nə malik olmalı, özünü şəxsi taleyinin sahibi hiss etməlidir. Mürəkkəb və-
ziyyətləri nikbin qavramaq, onlara ləyaqətlə reaksiya vermək və təmkinini
saxlayaraq imkan daxilində düzgün qərarlar və hərəkətlər qəbul etmək çox
vacibdir. Öz əlacsızlığına bəhanə axtarmaq deyil, amma bütün enerjisini
qoyulmuş məqsədə çatmağa yönəldərək, situasiyanın çağırışına ağıllı cavab
tapmaq lazımdır.
58
Bu zaman pozitiv təfəkkür və hadisələrə hakim münasi-
bət yetişdirmək, situasiyanı düzgün qiymətləndirmək və elə aktiv fəaliyyət
göstərmək lazımdır ki, vəziyyəti öz müvəffəqiyyətinin və öz xoşbəxtliyinin
maraqlarına tabe edərək, onu dəyişəsən.
Müvəffəqiyyətin əldə edilməsində şəxsi intizam və özünə nəzarət mü-
hüm rol oynayır. Biz artıq o haqda danışmışıq ki, əgər insan situasiyanı ida-
rə etmirsə, onda situasiya onu idarə etməyə başlayır. Bu bizim uğurlarımı-
zın əsasını təşkil edən gündəlik praktik fəaliyyətə münasibətdə də ədalətli-
dir. Qoyulmuş məqsədə çatmaq üçün yalnız biliklər və bacarıqlar, istedad
və qabiliyyətlər, fəaliyyət planları və texnologiyalar kifayət deyil. Nəzərdə
tutulan planların daha yaxşı tərzdə həyata keçirilməsində özünə inam, şəxsi
58
Françesko Petrarka deyirdi: “ Əgər qartal ola bilərsəndə, dolaşalar arasında birinci olmağa
çalışma”.
Fuad Məmmədov
570
mütəşəkkillik, məsuliyyət və iradə, öz fəaliyyətinə daimi nəzarət, planların
və alınan nəticələrin tutuşdurulması lazımdır. Öz fəaliyyət və nəticələrinin
qeydini,- nailiyyətlərini özünütənqid şəklində təhlil etməklə, gündəlikdən
yaxud öz fəaliyyətinin səmərəliliyinin digər yazılı monitorinq formaların-
dan istifadə edərək, yazılı formada aparmaq lazımdır. Özünün bütün fikrini
və qüvvəsini, onları dağıtmayaraq, bir işin üzərində cəmləşdirməyi bacar-
maq və yalnız onu tamamladıqdan sonra digərinə keçmək lazımdır. Öz fi-
kirlərinə nəzarət etmək və diqqəti nə isə bir işin üzərində cəmləşdirmək bi-
zim işimizin faydalı əmsalını dəfələrlə yüksəldir və səmərəli nəticə əldə et-
məyə inkan verir.
Dostları ilə paylaş: |