Çətinliklərin, uğursuzluqlaın və məğlubiyyətlərin
aradan qaldırılması
Həyat yalnız inkişaf imkanlarından deyil, həm də mürəkkəb problemlər-
dən və çətinliklərdən ibarətdir ki, onları mərdliklə qəbul etmək və onlarla
ləyaqətlə mübarizə aparmaq lazımdır. Erazm Rotterdamski hesab edirdi ki,
“hətta ən pis talelərdə belə xoşbəxt dəyişikliklər üçün imkanlar var”. “Əlve-
rişli imkanın çətinliklərin və problemlərin arasında gizləndiyini” qeyd edən
Albert Eynşteyn də onunla həmrəydir. Uğursuzluqlar bizi özümüzə olan
inamdan məhrum etməməlidir. Yadda saxlamaq lazımdır ki, ilin fəsilləri
bir-birini əvəz etdiyi kimi, insanın həyatında işıqlı və qaranlıq zolaqlar bir-
birini əvəz edir, bu - qanunauyğunluqlardır ki, onlara psixoloji cəhətdən ha-
zır olmaq, şəxsi uğursuzluqlar kimi qəbul etməmək, məqsədə çatmaq üçün
yalnız əqli və fiziki qabiliyyətlərini deyil, həm də öz qəlbini qoymaq lazım-
dır. Onu da yaddan çıxarmaq lazım deyil ki, özünüidarə prosesi, insanın in-
kişafının dəyişməz yol yoldaşı olan səhvlərsiz ötüşmür. Bu, düzgün qərarlar
qəbul etməyə və müvəffəqiyyət qazanmağa imkan verən təcrübə mənbəyi-
dir. Şəxsi hazırlıqsız, müntəzəm olaraq biliklərini artırmadan, özünün şəx-
siyyət dəyərlərini yüksəltmədən effektiv özünüidarə mümkün deyil. İnsan
özünün, onun həyat fəaliyyəti nəticələrinin ailə, cəmiyyət, dövlət və bütün
bəşəriyyət üçün faydalılıq dərəcəsi ilə müəyyən edilən qiymətini bilməlidir.
Gələcək haqqında düşünərkən indiki zamanı və ətrafdakı insanları qiymət-
ləndirmək, həyatın hər bir pozitiv anını taleyin şansı və hədiyyəsi kimi qə-
bul etmək lazımdır.
İşdə olduğu kimi, həyatda da, uğursuzluqlardan qorxmaq və məğlubiy-
yəti faciəvi qəbul etmək lazım deyil. Problemə hər bir yeni yanaşma - müəy-
yən uğursuzluğa düçar olmaq riskidir. Buna görə də biz, biliyə istinad edə-
rək, qorxu və qətiyyətsizliyi, məğlubiyyət əhval-ruhiyyəsini qəbul etməmə-
li, mərdlik və möhkəm iradə göstərməli, yeni ciddi nailiyyətlərlə özünü
İdarəetmə mədəniyyəti
571
doğrulda biləcək şüurlu riskə getməliyik. Dialektika qanunlarını xatırlaya-
raq, nəzərə almaq lazımdır ki, həyatda uğursuzluqlar və məğlubiyyətlər qa-
çılmazdır. Başlıcası, onları güclü şəxsiyyət formalaşdıran və onun özünüi-
darə qabiliyyətini inkişaf etdirən dərslər kimi qəbul etmək lazımdır. Həyat
prosesini məktəbdə uşağın təlim prosesi ilə müqayisə edərək, Templton bi-
zim həll etməli olduğumuz problemlərin çətinliklərinin daim artması haq-
qında danışır. Bu həm də yeni insanlar, amillər, şəraitlər, düşüncələr, vəziy-
yətlərdir ki, onlara uyğunlaşmaq lazımdır. Başlıcası - mürəkkəb vəzifələrin
yaranmasından qorxmamaq, lakin öz praktikasını genişləndirərək və şəxsi
təcrübəsini zənginləşdirərək, “yolun öhdəsindən yalnız yolu gedən kəsin
gələ biləcəyini” xatırlayaraq, onları ardıcıl surətdə və inamla həll etmək la-
zımdır. Problemləri nikbinlliklə, düzgün həllini tələb edən təbii, qanunauy-
ğun həyat hadisələri kimi qəbul etmək gərəkdir. Situasiyanı və onunla bağlı
olan çətinlikləri aydınlaşdırmaq, vəzifəni və onun bilik və təcrübəyə əsasla-
nan həllini müəyyən etmək lazımdır. Bu pillələrin dərk edilməsi və ardıcıl
fəaliyyət, - inamsızlığı və qorxunu aradan qaldırmağa, məsələnin düzgün
həllini tapmağa və pozitiv nəticələr əldə etməyə yardım edir. Öz növbəsin-
də, yüksək nəticələrin əldə edilməsi arzularımıza çatmaqda yeni qələbələrə
stimul olur. Bu mənada müvəffəqiyyət - ən çox istənilən məqsədə nail ol-
maqda yeni qələbələrə aparan pilləkənlərdə bir pillədir. Beləliklə, zəhmət,
inad və dözüm – güclü alətlərdir ki, onlarsız insanın inkişafı ağlasığmazdır.
Xalq hikmətini xatırlayaq: “tərpənməyən daşın altından su axmır”, “səndən –
hərəkət, Allahdan – bərəkət”.
Öz imkanlarından aşağı olmayan səviyyədə yaşamaq və işləmək üçün
nə etmək lazımdır? Özünüidarə məsələlərinə yaradıcılıq və məsuliyyətlə
yanaşmaq. Bilmək azdır, öz biliklərini praktik surətdə həyata keçirməyi ba-
carmaq lazımdır. Bacarmaq azdır, mütəşəkkil, məsuliyyətli və iradəli olmaq
gərəkdir. Mütəşəkkil olmaq azdır, ətrafdakılara münasibətdə nəcib, etik ol-
maq lazımdır. Etik olmaq azdır, işgüzar olmaq, bunun üçün konkret fəaliy-
yət sahəsi seçib, strategiya, metodika və texnologiyanı düzgün müəyyən
edib, çalışmaq, yaratmaq lazımdır. Bu gün etmək mümkün olan işi sabaha
qoymamaq. Sağlamlıq, başqa insanlarla qarşılıqlı münasibətlər, maddi rifah
məsələləri, hisslər və əmək – prioritet işlər hesab edilir. Bodo Şefer müvəf-
fəqiyyətə aparan yolda, insanın xarakteri və keyfiyyətləri ilə şərtlənən altı
maneəni göstərir. Bu - təkəbbür, cahillik, şöhrətpərəstlik, tənbəllik, şübhə-
lər və günah hissidir. Bu maneələrin aradan qaldırılması yolu – sadəlik,
təhsillilik, inadlı zəhmət, mərdlik, öz qüvvəsinə inam, möhkəm iradədir.
Razılıq və xoşbəxtlik hissinın duyulması üçün yaxşı iş seçimi və ona düzgün
münasibət bəsləmək mühüm əhəmiyyət daşıyır. Bu öz istedadını və qabiliy-
yətini həyata keçirərək, işdən zövq almağa, şəxsi rifahını təmin etməyə və
Fuad Məmmədov
572
digər insanlara dəstək olmağa imkan verir. Bu zaman yadda saxlamaq la-
zımdır ki, zaman - ən qiymətli resursdur, həyat şəraitinin yaxşılığa doğru
dəyişməsi daha çox bizim əməyimizdən asılıdır, bizim təsir etmək iqtida-
rında olmadığımız şeyləri dəyişməyə çalışaraq, enerji sərf etmək lazım de-
yil. İşi ən yaxşı tərzdə yerinə yetirərək, peşəkarlıqla sahib olduğu fəaliyyət
üzərində insanın fikrini cəmləşdirmə qabiliyyəti prinsipial əhəmiyyətə ma-
likdir. “Rəssam, şah əsərlərin surətlərini çıxara-çıxara meydana gəlir.” Baş-
qa insanların, əsasən, həyatda böyük uğurlara nail olanların təcrübəsini öy-
rənmək və onlardan yaradıcı şəkildə istifadə etmək çox vacibdir.
Piter Druker haqlı olaraq qeyd edir ki, hətta Leonardo da Vinçi, Napole-
on, Motsart və bir çox başqaları kimi görkəmli dünya mədəniyyəti xadimlə-
ri, çətinlikləri dəf edərək, daim öz üzərlərində işləmişlər. Məhz buna görə
onlar bu qədər çox şeyə nail olmuşlar. İstər-istəməz İsaak Nyutonun aforiz-
mi yada düşür: “Mən başqalarından uzağı onunçun görə bildim ki, məndən
əvvəl işləyənlərin hamısının çiyinləri üzərində qalxdım.” Belə miqyaslı xa-
dimlər az olsa da, istedad səviyyəsi və fəaliyyət nəticələri onları adi insan-
larla bir cərgəyə qoymağa imkan vermir, tamamilə aydındır ki, zəhmət və
məqsədyönlülük olmadan, onlar çətin ki müvəffəqiyyət qazanardılar, çünki
istedad ciddi əməyə vurularsa, çox gözəl nəticələr verir. Həyatda öz yerini
tapmaq üçün öz qabiliyyətlərini, iş üslubunu və öz əxlaq prinsiplərini bil-
mək lazımdır. Özünün təbii imkanları və qabiliyyətlərinin düzgün qiymət-
ləndirilməsi və istifadə edilməsi zəruriliyi haqqında danışaraq, Piter Druker
qeyd edir ki, vətəndaş cəmiyyəti şəraitində hər bir insanın seçimi var. Buna
görə də həyatda öz yerini tapmaq üçün öz qabiliyyətləri haqqında mümkün
qədər çox bilmək, bunun üçün nəticəni proqnozla müqayisə edərək, öz fəa-
liyyət nəticələrini təhlil etmək lazımdır. Nəticələrin təhlili, diqqəti özünün
güclü cəhətlərində cəmləşdirmək, qabiliyyətlərinin daha geniş surətdə aş-
karlanması üçün, onları praktikada düzgün tətbiq edərək, öz bilikləri və
vərdişlərini təkmilləşdirməyə imkan yaradır. Bizim mənəvi prinsiplərimizə
uyğun şəraitlərdə işləmək, həmçinin öz etik mədəniyyətini təkmilləşdirmək,
başqa xalqların mədəniyyətlərinə dair biliyini artırmaq, kollektivlə və təşki-
latın rəhbərliyi ilə yaxşı münasibətlər qurmaq, ictimai fəaliyyətlə məşğul
olmaq çox əhəmiyyətlidir. Druker sürətli dəyişikliklər şəraitində öz peşəkar
rəqabət qabiliyyətliliyini itirmək istəməyən əqli əmək işçilərinə qarşılıqlı
münasibətləri qaydaya salmağa görə məsuliyyəti öz üzərinə götürməyi öy-
rənməyi və aşağıdakı suallara cavab tapmağı məsləhət görür: mənim rolum
nə kimidir? məndə nəyə qabiliyyətlər var? mənim iş üslubum necədir? hə-
yatda mənim yerim hardadır? təşkilatın ümumi işinə mənim şəxsi töhfəm
necədir?
İdarəetmə mədəniyyəti
573
Özünü təkmilləşdirmə
Həyatın mürəkkəb problemlərini həll etmək bacarığı insanın təbii mə-
ziyyətlərinin inkişafına və özünüidarənin əsas məqsədlərindən biri olan in-
sanın özünü təkmilləşdirməsinə yardım edir. Daim yaxşılığa doğru dəyişmə
yeni imkanların yaranmasına səbəb olur. İnsan özünün bilikləri, vərdişləri,
bacarıqları, iradəsi, məsuliyyəti, mənəviyyatı və nəticə etibarilə səmərəli
yaradıcı fəaliyyətini daim inkişaf etdirmək hesabına şəxsiyyət olmağa can
atmalıdır. O özünün əməlləri və mənəvi, insani keyfiyyətləri, yüksək ruhi
mədəniyyəti sayəsində ətrafdakıların məhəbbətini və hörmətini qazanmalı-
dır. Lakin hörmət və məhəbbəti qazanmaq azdır, onu saxlamağı bacarmaq
lazımdır. Yüksək nəticələr əldə etmək üçün həsəd aparanlara fikir vermə-
dən, onları “təbiətin təbii məsarifləri” və istedadlı adamları müşayiət edən
yol yoldaşları kimi nəzərdən keçirərək, çoxlu və inadla çalışmaq lazımdır.
Təbiət qanunauyğunluqlarına uyğun olaraq, vicdanlı əmək və dözümün nə-
ticəsi mütləq mükafatlandırılmalıdır. Öz qüvvəsinə və qələbəyə həmişə
inanmaq lazımdır. Tamaşaçıların neqativ psixoloji əks-təsirinə baxmayaraq,
kar olması səbəbindən hündür qalaya dırmaşıb çıxan kar qurbağa əhvalatını
xatırlayaq. Bu əhvalat, bizi ən istəkli arzularımızdan məhum etməyə çalışa-
raq, öz pessimizmini və neqativ əhval-ruhiyyəsini bizə ötürməyə çalışan in-
sanlara heç vaxt qulaq asmamağı öyrədir. Sizin müəyyən qələbə qazanmaq
əzminizi görüb, “Bu mümkün deyil, sən heç vaxt bunun öhdəsindən gələ
bilməzsən” deyən insanların nüfuzunu və xeyirxahlığını şübhə altına alın.
İnsanın inkişaf səviyyəsindən, xarakterindən və özünüidarə qabiliyyətindən
asılı olaraq, həyat tərzi kimi onun mədəniyyəti, əsasən: həyata passiv uy-
ğunlaşma, seyr etmə və tələbat kimi, yaxud yaradıcı, gerçəkliyin fəal dəyiş-
dirilməsi kimi aşkar oluna bilər. Özünü təkmilləşdirmə fəal həyat mövqeyi
tələb edir. Həyat qabiliyyəti səviyyəsinin inkişafı və imkanlarının artırılma-
sı məqsədilə hər bir insan özünə kənardan baxmağı bacarmalı, özünün güc-
lü və zəif cəhətlərini qiymətləndirməlidir. Bu məqsədlə idarəetmə elminin
əsaslarını yaxşı bilmək və ondan özünüidarə məqsədi ilə yaradıcılıqla istifa-
də etmək vacibdır. Bu, özünütəsdiq və həyatda öz qabiliyyətlərimiz və im-
kanlarımızı reallaşdırmaq üçün, şəxsiyyətin zövqünə və maraqlarına cavab
verən səmərəli işin axtarışı üçün, firavan və xoşbəxt ailə qurmaq üçün yeni
imkanlar aça bilər. İnsan öz xoşbəxtliyinin yaradıcısı olmalı, təbiətin ona
bəxş etdiyi, bərpa olunan resurs olan öz fərdi qabiliyyətlərini idarə etməyi
öyrənməli, daha yüksək nəticələr verən iş üslubunu qiymətləndirməli və in-
kişaf etdirməlidir. Bu, həyatın çağırışlarını tam hazırlıqla qarşılamağa və
pozitiv təfəkkürün yetişdirilməsi və yeni fəaliyyət formalarının tapılması,
özünütəşkilin yenidən qurulması vasitəsi ilə böhran vəziyyətlərini yeni yol-
Fuad Məmmədov
574
ların və şəxsi inkişaf imkanlarının tapılması üçün istifadə etməyə kömək
edər.
Şəxsiyyətin təkmilləşdirilməsi və özünüidarə məsələlərinə XIII əsrin
görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusi böyük əhəmiyyət
verirdi. Uğurlu idarə və özünüidarə məsələlərini nəzərdən keçirərək o, insa-
nın aşağıdakı keyfiyyətlərə sahib olmasının vacibliyini qeyd edirdi: gercək-
liyin düzgün dərk edilməsinə şüurun təbii iqtidarının olması, təhsilə və tər-
biyə, həqiqətin dərk edilməsinə və inkişaf qanunlarını kəşf etməyə imkan
verən elmi biliklər, proqressiv dəyişikliklərə və bəşəriyyətin kamilləşdiril-
məsinə istiqamətlənmiş müdriklik, təcrübə, istedad, möhkəm iradə və yara-
dıcı əmək, həmçinin insan münasibətləri mədəniyyəti. Dövlətin mənafeyini
nəzərə alaraq, Tusi müdriklərə olan tələbatdan və peşəkar məmurların ha-
zırlanması zəruriliyindən danışır. Ölkənin idarə edilməsi məsələsinə toxu-
nan alim, diqqəti insanların mədəni inkişaf ehtiyaclarının, şəhər həyat tərzi-
nin inkişafına imkan yaradan insan münasibətləri sisteminin formalaşdırıl-
ması təhlilinin vacibliyinə, effektiv istehsala, dövlət quruculuğu və idarəçi-
liyi üsullarının təkmilləşdirilməsinə, sosial ədaləti və xalqın rifahını təmin
edən dövlət siyasətinin həyata keçirilməsinə xüsusi diqqət yetirirdi. İnsan
münasibətləri mədəniyyətindən danışaraq, Tusi cəmiyyətin sosial terapiya-
sını onunla əlaqələndirir. O, insanın sosial dəyərini artıran və ünsiyyət mə-
dəniyyətində mümkün səhvlərdən çəkinməyə, şəxsiyyətin inkişafına və ka-
milləşməsinə mane olan qanunsuz qərarların qarşısını almağa, sosial bəlala-
rı aradan qaldırmağa və ictimai münasibətləri təkmilləşdirməyə imkan ve-
rən insanların davranışı haqqında elmin öyrənilməsi zəruriliyinə xüsusi
diqqət yetirir.
İdeal insan, ideal ailə və ideal cəmiyyətin formalaşdırılması zəruriliyini
qeyd edən Tusi, bu prosesdə nitqin, əməyin, xeyirxahlığın və elmin inkişafı-
na xüsusi rol ayırır. Tusinin insan mədəniyyətinin həyati vacibliyini qeyd
edən konsepsiyasının əsas müddəalarının mahiyyəti aşağıda göstərilənlərə
gətirir: başa düşülən nitqin inkişafı olmadan mədəniyyət mümkün deyil; şü-
urlu əmək olmadan xoşbəxtlik mümkün deyil; məqsədin formalaşdırılması
xeyirxahlıq və xoşbəxtliyə istiqamətlənməlidir; elm və təcrübənin vəhdəti
olmadan şəxsiyyətin inkişafına və təkmilləşməsinə nail olma mümkün deyil.
Tusinin bu müddəalarının dərk edilməsi və təhlil edilməsi şəxsiyyətin özü-
nüidarəsi üçün praktik əhəmiyyətə malikdir. Onun konsepsiyasına görə şəx-
siyyətin özünü idarəsinin və onun mənəvi sağlamlığının qorunmasının baş-
lıca şərtlərindən biri - insanın nəzəri və praktik hazırlığı, onun yaxşı və fay-
dalı işlə məşğul olması, yaradıcı əməkdir. Bununla bərabər Tusi insanın
özünün öz mənəvi mədəniyyətini formalaşdırmasının zəruriliyi haqqında
danışır və bunu necə etmək lazım olduğunu izah edir.
İdarəetmə mədəniyyəti
575
Şəxsiyyətin özünüidarə problemini nəzərdən keçirərək, Tusi nəfsin idarə
edilməsi məsələsinə xüsusi diqqət ayırır. Ən böyük hünər - öz nəfsinə qarşı
olan hünərdir. O öz nöqsanlarına qalib gəlməyə və müdrikliyə yaxınlaşmağa
kömək edir. Ağıl və qəlb ilə şüurlu surətdə idarə edilən nəfs, insanı yüksək mə-
dəniyyət səviyyəsinə ucalda bilər, özbaşına buraxıldıqda isə - insanın heyvan
səviyyəsinə enməsinə səbəb ola bilər. Nəfsin tərbiyə edilməsində Tusi pey-
ğəmbərlərə, alimlərə, rəhbərlərə, tərbiyəçilərə və müəllimlərə böyük rol ayırır.
Müəllimin xüsusi missiyasından danışaraq, Tusi belə bir məlum faktı misal gə-
tirir: Makedoniyalı İsgəndər öz müəllimini atasından daha yüksək qiymətləndi-
rirdi, bunu belə izah edirdi ki, əgər atası ona həyat bəxş etmişdirsə, müəllimi
ona əbədiyyəti bəxş etmişdir. Mənəvi sağlamlığını qorumaq və öz nəfsini idarə
etmək üçün insan özünə göz qoymalı, əməllərini şüurunun nəzarəti altında sax-
lamalı, davranışını təhlil etməli və qərəzsiz olaraq qiymətləndirməli, öz xarak-
terinin neqativ xüsusiyyətlərindən qətiyyətlə azad olmalı və xeyirxah əməlləri-
nə görə öz qarşısında hər gün hesabat verməlidir. Tusi ruhi və psixi xəstəlikləri
aid etdiyi, “ölüm qarşısında qorxu” yaradan “nəfs xəstəliklərinə” toxunaraq,
ölümdən deyil, faydasız həyatdan qorxmaq lazım olduğu haqqında
59
danışır.
Ölüm qarşısındakı qorxunu dəf etmək üçün təmiz vicdana malik olmaq və öz
yaradıcı əməyi ilə insanlara xeyir vermək lazımdır.
Ünsiyyət mədəniyyəti
İnsanın ən parlaq özünüidarə keyfiyyəti göstəricilərindən biri - cəmiy-
yətdə onun davranışıdır. Uğurlu, xoşbəxt həyat yaşamaq və özündən sonra
xoş xatirə qoymaq üçün - özündə yüksək insan münasibətləri mədəniyyətini,
başqa insanlarla yola getmək qabiliyyətini yetişdirmək lazımdır. O, xeyir-
xahlığa, həqiqətə və ədalətə tərəfdarlığı, layiqli olanları qiymətləndirmək,
ehtiyacı olanlara kömək etmək, başqalarının səhvini bağışlamaq, yaxşı ol-
mayan insanların şüuru, təfəkkürü və davranışını pozitiv dəyişməyə kömək
etməyə çalışaraq, onlara qarşı səbrli və iltifatlı olmaq bacarığını nəzərdə tu-
tur. İnsanın mədəni potensialı və onun inkişaf imkanları əsas etibarilə mü-
şahidəçilik - “görmək” və “eşitmək” qabiliyyətindən asılıdır. Eşitmək və
eşitdiklərini düzgün interpretasiya etmək bacarığı bizim ətraf aləm haqqın-
dakı təsəvvürlərimizi genişləndirir, insan münasibətləri mədəniyyətinin in-
kişafına yardım edir. Mədəni insan müşahidəçi olmalı və irad tutmaq əvəzi-
nə, digər insanların motivlərini başa düşməyə çalışmalıdır. Ətrafdakılarla
ruhi harmoniyaya nail olmaq üçün onları nəyin hərəkətə gətirdiyini bilmək,
59
Qeyd etmək maraqlıdır ki, müdrikliyi həqiqətdə görən İohan Volfhanq Höte, faydasız
həyatı “vaxtsız ölüm” adlandırırdı.
Fuad Məmmədov
576
onlara diqqət, mərhəmət göstərmək, dəstək olmaq lazımdır. Burada məsu-
liyyət daha mədəni, ağıllı və güclü, möhkəm iradəyə malik insanın üzərinə
düşür. O həm də özünü dərk etməyə, öz davranışına kənardan tənqidi bax-
mağa və lazım gələrsə, onu pozitiv dəyişdirməyə qabil olmalıdır.
Məlum olduğu kimi, insanın davranışı onun ətraf aləmə bütün münasi-
bətlər sistemi, hər şeydən əvvəl onun ətrafdakı insanlara münasibəti ilə mü-
əyyən edilir. Belə münasibətin keyfiyyət meyarı insanlar tərəfindən həmişə
qiymətləndirilən insanlıq və humanizmdir.
60
Ünsiyyət mədəniyyətində nitq
çox böyük rol oynayır. Hələ XI əsrdə Key Kavus yazırdı: “Bütün qabiliyyət-
lərdən ən yaxşısını nitq qabiliyyəti hesab et.” İnsanlarla danışıq zamanı öz fi-
kirlərini dürüst ifadə edərək, sözləri düzgün seçmək lazımdır. C.Templton de-
yir ki, “sözlərimiz, - vasitəsilə dünyamızı qurduğumuz səs alətidir.” Deyilə-
nin məntiqə uyğunluğu, pozitiv energetikası, qüsursuz məntiqi və inandır-
maq bacarığı möcüzələr yarada bilər. Kimə isə verilən sözün üstündə dur-
maq lazımdır – bu bizə inamın, hörmətin və müvəffəqiyyətin rəhnidir.
İnsanın davranışı onun daxili mədəniyyətini, xarakteri, temperamenti,
tələbatları, istəklərini, dünyagörüşünü, etik prinsiplərini, emosiyaları və
hisslərini, əhval-ruhiyyəsini əks etdirir. Mədəni insan özünün pis əhval-ru-
hiyyəsini nümayiş etdirməməli, ətrafdakılara öz qayğı və həyəcanları ilə
əziyyət verməməli, onları öz gur emosiyaları ilə yormamalıdır. O yalnız öz
hərəkətlərinə deyil, həm də ətrafdakılara və insanın özünə böyük təsir gös-
tərən sözlərinə fikir verməlidir. Xeyirxah söz və yaxşılıq, səmimiyyət, baş-
qalarını dinləmək qabiliyyəti - faydalı insan münasibətlərinin formalaşdırıl-
masının ən yaxşı üsuludur. Bu zaman etik normaları və qaydaları bilmək
azdır, onların təsadüfi xarakter deyil, şəxsiyyətin ruhi dincliyini yaradan və
digər insanların həyatına yardım edən keyfiyyəti olmasına imkan yarada-
raq, real həyatda onlara dönmədən əməl etmək lazımdır. Şəxsiyyətin etik
mədəniyyəti və etiket - eyni bir şey deyil, çünki nəzakət həmişə xeyirxahlı-
ğa əsaslanır, ədəb isə - hörmətə, kəskin ton – heç də həmişə təkəbbür və eti-
nasızlıq əlaməti olmur. İnsanı başa düşmək və haqqında düzgün mülahizə
üçün onun hərəkətləri və ya münasibətinin səbəbini axtarmaq, öz davranı-
şında onun əsaslandığı motivlərə nüfuz etmək lazımdır. Bu zaman özünə
kənardan baxmaq, öz xarakterini, vicdanını, özünün dəyərlər sistemini, dü-
şüncələrini, niyyətlərini və hərəkətlərini obyektiv qiymətləndirmək eyni də-
rəcədə vacibdir. İnsanın hərəkətləri həmişə yaxşı düşünülmüş olmalı, nəza-
kəti, həssaslığı və müdrikliyi ilə seçilməlidir, çünki onlar müəyyən nəticələ-
rə səbəb ola bilər. Bu səbəbdən çalışmaq lazımdır ki, onlar ətrafdakılara və
60
Albert Eynşteyn deyir: “Yalnız başqaları üçün yaşanan həyat ləyaqətlidir.”
İdarəetmə mədəniyyəti
577
insanın özünə yaxşı təsir bağışlasın. Vicdan, məhəbbət, humanizm, xeyir-
xahlıq, borc, ədalət, düzlük kimi mənəvi kateqoriyalar aprior xarakter daşı-
yırlar, zamanla və ya şəraitdən asılı olaraq dəyişmirlər.
61
Böhran şəraitində
və ya mürəkkəb situasiyalarda daha parlaq şəkildə təzahür edən, insanın da-
xili əqidəsinə və xüsusiyyətinə çevrilərək, onlar ruhi mədəniyyətin güclü
mənəvi amili, şəxsiyyətin özünüidarə mədəniyyətinin göstəricisi olur.
Özünüidarə vəzifələrindən biri - ruhi rahatlığın yaradılmasına kömək
edən nəzakətli özünüidarə üslubunun formalaşdırılmasıdır. Bu isə bizi əha-
tə edən insanlarla münasibətlər mədəniyyətindən, bizim səxavətimiz və şəf-
qətimizdən daha çox asılıdır. Başqalarına qarşı münasibətdə yaxşılıq - ruhi
harmoniyanın əsasıdır. İnsanların xarakteri və tələbatlarını anlamaq məqsə-
dilə, özündə onlar barədə müşahidə qabiliyyəti yetişdirmək çox vacibdir.
Ətrafdakıların xarakteri, maraqları və gözləmələrini anlamaq, onlarda pozi-
tiv cəhətləri görməyə, onların xeyirxah başlanğıcını, məhəbbət və etimadını
stimullaşdırmağa çalışmaq, insanların problemlərinin həllində və tələbatla-
rının ödənilməsində onlara yardım etmə - bu yalnız şəxsiyyətin humanist
mövqeyi deyil, həm də mədəni insanın özünün sağlamlığı üçün lazım olan
ruhu tarazlıq şərtidir. İnsanlara məhəbbət bizi xoşbəxtliyə nail olmaq üçün
zəruri olan enerji ilə təchiz edir.
62
Başqa insanlara kömək göstərərək, biz
özümüz üçün onların potensial dəstəyini yaradırıq. İnsan münasibətləri mə-
dəniyyətinin psixoloji instrumentarisi şəxsiyyətin həyat fəaliyyətinin rahat-
lığı üçün lazım olan, insanlarla ruhi harmoniyaya nail olmağa imkan verən
bir sıra mühüm prinsipləri birləşdirir. Bodo Şefer səmərəli həyat mövqeyi-
nin və şəxsiyyətin düzgün özünüidarə üslubunun formalaşdırılması üçün
mühüm əhəmiyyət daşıyan 24 “qızıl qayda” ifadə etmişdir. Bu qaydaların
əsas mahiyyətini insan münasibətləri mədəniyyətinə birbaşa aidiyyəti olan
aşağıdakı tövsiyələrdə birləşdirmək olar. Bu - başqalarına maraq, hörmət və
empatiya göstərmə (həmdərd olma), onların pozitiv istəkləri və fəaliyyəti-
nin bəyənilməsi və tərifi, çətinliklərinin aradan qaldırılması və problemləri-
nin həll edilməsində diqqət və dəstək göstərilməsidir. Yaxşı cəhətlərini aş-
kar etmək, ona yaxşı münasibətin və kömək etməyə hazır olmanın ifadə
edilməsi məqsədilə insanları müşahidə etmək qabiliyyəti, şəxsiyyətin yaxşı
cəhətlərinin ədalətlə qiymətləndiriməsi və onun xidmətlərinin etirafı, insan-
lara tez-tez hədiyyələr etmək qabiliyyəti - insan münasibətlərinin gözəl psi-
xoloji mühitini yaradır. Buna bağışlamaq və nöqsanlara və səhvlərə qarşı il-
tifatlı olmaq, insanlarla ünsiyyət zamanı, qarşı tərəfdən bu gülümsəmə ol-
61
Lev Tolstoy deyir: “Sadəlik, xeyirxahlıq və doğruluq olmayan yerdə əzəmət yoxdur”.
62
Fyodor Dostoyevski qeyd edirdi: “Hamının xeyrinə özünü bütünlüklə fəda etmə -
şəxsiyyətin ən yüksək inkişaf əlamətidir”.
Fuad Məmmədov
578
masa belə, gülümsəmək qabiliyyətini; həmsöhbətində, sizə onun xahişindən
imtina etmək lazım gəlibdisə də, yaxşı əhval-ruhiyyə və ruhi məmnunluq
hissi yaratmaq qabiliyyətini əlavə etmək lazımdır. Bizim hər birimiz özü-
müzdə həyata pozitiv baxışlar formalaşdırmağa çalışmalı, hətta ən ağır və-
ziyyətlərdə belə daim nikbin olmalı, həyatın bizə bəxş etdiyi nemətləri min-
nətdarlıqla qəbul edərək, öz təbəssümünü saxlamalıdır. Gülümsəmək qabi-
liyyəti ətrafımızda müsbət aura yaradır və problemlərimizin həllini asanlaş-
dırır, bizdə yaxşı əhval stimullaşdırır, həyatı parlaq edir, ətrafdakılara ümid
və xoş əhval-ruhiyyə bəxş edir, yeni dostlar gətirir. İnsanların kürəyi arxa-
sından onlar haqqında pis danışmaq lazım deyil. Bunun əvəzinə, insanı mə-
nəvi kamilləşməyə stimullaşdıran, onların nəcibliyinə müraciət etmə daha
yaxşıdır. Zərurət yarandıqda insanları mülayim tərzdə və onların öz yanın-
da (yaxşı olar, şahidlərsiz) tənqid etmək lazımdır. Bu zaman şəxsiyyətin
özünü deyil, onun müəyyən hərəkətlərini tənqid etmək lazımdır. Yazılı şə-
kildə tənqiddən də imtina etmək lazımdır. Günahını etiraf etmək və səhvlə-
rinə görə üzr istəmək qabiliyyəti şəxsiyyətin ləyaqətlərinə aid edilir.
İnsanlarla münasibətdə xüsusi “diplomatik etika” tətbiq etmək lazımdır.
Burada əmrləri və sərəncamları xahiş və təkliflər formasında ifadə etmək; öz
ağlının və üstünlüyünün nümayişindən imtina etmək, başqalarının əhəmiyyətli-
liyini təsdiq etmək; öz fikirlərinin ifadəsində yığcamlıq, başqalarının sözünü
kəsmədən onları dinləmək bacarığı, onların problemlərini, mövqelərini, gözlə-
mələrini və davranış motivlərini anlamaq; sizdən daha az ağıllı olan adamla
mübahisədən imtina etmə, onun haqlılığı ehtimalını təsdiq etmə; susmaqla və
ya onun nə dediyinin üzərində fikirləşməyi vəd edərək, başqa mövzuya keç-
məklə mənasız mübahisəni kəsmək və ona təşəkkür etmək qabiliyyəti tövsiyə
edilir. İnsan təbiətinin xüsusiyyətlərini nəzərə alaraq, yenini görmə qabiliyyəti-
nə malik olmayan, münaqişəli, təkəbbürlü yaxud sadəcə paxıl insanlar tərəfin-
dən sizin fəaliyyətinizin subyektiv-neqativ qiymətləndirilməsinə fikir verməyə-
rək, tənqidə sakitcə yanaşmaq lazımdır.
63
Fikirlərinizi daha çox yeni peşəkar və
şəxsi qələbələrinizə stimullaşdıran uğurlarınızın üzərində cəmləşdirmək lazım-
dır. Eyni zamanda tənqidin konstruktivlik və əsaslanma xarakterini təhlil edə-
rək, ondan özünü təkmilləşdirmək üçün lazım olan rasional başlanğıc götür-
mək olar. Məlum “sevməyi bacaran kəsləri sevin” ifadəsinə riayət edərək, özü-
nə - sizi, sizin ideyalarınızı və fəaliyyətinizin nəticələrini sevən, dərk edən və
qiymətləndirən dostlar və məsləkdaşlar dairəsi seçmək vacibdir. Bu insanlar
şəxsi mövqeyimizdə bizə əminlik verən və məqsədyönlülüyümüzü möhkəm-
ləndirən mənəvi stimuldur.
63
Öz həyat təcrübəsinə əsaslanaraq, Nikolo Paqanini hesab edirdi ki, “qabiliyyətlilərə həsəd
aparırlar, istedadlılara zərər yetirirlər, dahilərdən - intiqam alırlar”.
İdarəetmə mədəniyyəti
579
İnsanlarla harmonik münasibətlərin və ruhi tarazlığın saxlanması üçün
həm genetik kodla, həm də müvafiq tərbiyə ilə şərtlənən – şəxsiyyətin alicə-
nablığı böyük əhəmiyyətə malikdir. İnsanın alicənablığını təsdiqləyən key-
fiyyət – pisliyə yaxşılıqla cavab vermək, başqasının zəifliyinə qarşı co-
mərdlik və iltifat göstərmək bacarığıdır. Lakin ədalətsiz olaraq sizi incidən
insanın hərəkətini – bir nəsildə dəyişdirmək çətin olan, insan xarakterinin,
təbiətinin xüsusiyyəti olan alçaqlıqdan ayırmağı bacarmaq lazımdır. Alçaq-
lığı, onun daşıyıcısı tərəfindən alicənablıq kimi deyil, zəiflik kimi qəbul
edilən bağışlama ilə neytrallaşdırmaq olmaz. Bununla, bilavasitə və ya do-
layısı ilə sosial hadisə olan şər üçün şərait yaradılır. İnsan alçaqlığının ara-
dan qaldırılmasının yeganə yolu, şəxsiyyətin şüurunu, dünyagörüşünü, xa-
rakterini və davranışını formalaşdıran və ya dəyişdirən xeyirxahlıq dəyərlə-
rinə əsaslanan yüksək mədəniyyətin tərbiyə edilməsidir.
64
Şəxsiyyətin alicənablıq ifadələrindən biri - öz səhvlərini etiraf etmək qabi-
liyyətidir. İnciklik, daha artıq dərəcədə isə hirs, bioenerjinin sərbəst axınına
mane olur və bununla nəinki ruhi tarazlığı pozur, həm də stresslər yaradır,
əsəb-psixi xəstərliklərə səbəb ola bilər. Şefer qeyd edir ki, əsəbiləşmə və hirs
hissinə qapılmaq olmaz, çünki eynilə poizitiv hisslər kimi, neqativ hisslər mad-
diləşməyə qadirdirlər. Onlar “ilk növbədə özümüzə qarşı istiqamətlənirlər, bizi
sağlamlıqdan məhrum edir və ömrü qısaldırlar.” Qaçılmaz neqativ emosiyaları
özündən atmağı öyrənmək, daim pozitiv təfəkkür yaratmaq və həyat fəaliyyəti-
nin müsbət enerjisini hasil etmək lazımdır. Ətrafdakılara diqqət, məhəbbət, xe-
yirxahlıq və şəfqət özündə kreativ həyat enerjisi daşıyan xeyirxah münasibətlər
yaradır. Güclü xarakterin olması, əvvəllər buraxılmış səhvlərə görə özündən
narazılıqdan və öz imkanlarının lazımınca qiymətləndirilməməsindən imtinanı
da nəzərdə tutur. Özünün və özgələrin səhvlərindən düzgün ibrət dərsi almaq
və onlardan daim öz inkişafı və özünü təkmilləşdirmə üçün istifadə etmək la-
zımdır. Alicənab insanın yaxşı cəhətləri, istedadı və nailiyyətləri nə qədər yük-
səkdirsə, o daha artıq sadədir və lovğalıqdan uzaqdır, bu bəxşişlərə görə Yara-
dana daha çox minnətdardır. Şəxsi “mən”in arxasında, “İlahi qığılcımı” təmsil
edən ali “Mən”in durduğunu qeyd edərək, C.Templton bunu ulduzları gündüz
görmək cəhdi ilə müqayisə edir. “Onlar əvvəlki kimi kainatdadırlar, lakin gü-
nəş işığına görə görünmürlər. Yalnız günəş batdırdan sonra biz bu səma məşəl-
lərini görürük”. Canlı təbiətin bütün digər nümayəndələrindən fərqli olaraq, in-
san öz həyat fəaliyyətini idarə etmək və xoşbəxtliyə nail olmaq kimi nadir im-
kana malikdir. Lusi Anney (oğul) Seneka hesab edirdi ki, “qəlbin böyüklüyü
bütün insanların xüsusiyyəti olmalıdır.” İnsanı “hər şeyin meyarı” kimi nəzər-
dən keçirən və şəxsiyyətin sonsuz imkanlarına inanan Sokrat deyirdi: “Hər bir
64
Antuan de-Sent Ekzüperi deyirdi ki, insanı tərbiyə yaradır.
Fuad Məmmədov
580
insanda günəş var. Ona yalnız işıq saçmaq imkanını verin.” Özünüidarəyə öy-
rənərək və zəkamızın tükənməz imkanları sayəsində biz öz fikirlərimizi, hisslə-
rimizi və davranışımızı daha səmərəli idarə etməyə başlayırıq.
Digər insanlarla ünsiyyətdə, ətrafdakıların obyektiv qiymətləndirilməsi və
özünün yaxşı cəhətlərini və keyfiyyətlərini özünü qiymətləndirmə əsasında in-
san müəyyən sosial rola olan hüququnu bərqərar edir. Yanlış tərbiyə, E.From-
ma görə “sizə necə lazımamsa - mən eləyəm” prinsipi ilə yaşayan “bazar xa-
rakterli” insanın formalaşmasına gətirib çıxara bilər. Bu, şəraitdən asılı olaraq
dəyişən, yüksək mədəniyyətli insana xas olan möhkəm mənəvi prinsiplərin, ar-
dıcıllığın, alicənablığın və sədaqətin ondan gözlənilməsi mümkün olmayan if-
rat konformistdir. İnsan azad olmalıdır. Bu o demək deyil ki, o, istədiyi hər şe-
yi edə bilər. Xeyr. Burada əsas meyar yüksək ruhi mədəniyyətdir. Davranış
etik mədəniyyətin və vicdanın tələbləri ilə şərtlənməlidir. Kimin isə şüurlu ola-
raq manipulyasiya edə biləcəyi “ictimai rəydən” asılılıq isə düzgün deyil, çünki
bu, şəxsiyyətin fərdiliyinin itirilməsinə səbəb olur, onun yaradıcı inkişafına
mane olur, təşəbbüsünü və mütərəqqi yeniliklərini məhdudlaşdırır. Cəmiyyət
tərəfindən daim “qiymətləndirilənlər” rolunda olma - özünütəsdiqin, inkişafın
və yaradıcılığın ən yaxşı üsulu deyil. İnsana möhkəm iradə, təmiz vicdan, öz
gücünə inam və sərbəst yaradıcılıq lazımdır. Başqa sözlə, insan “dalğaların ira-
dəsinə görə” üzməməlidir, lakin öz həyatını, şüurunu, iradəsini, arzularını və
məqsədlərini idarə etməlidir, öz taleyində mütərəqqi dəyişikliklərin və nailiy-
yətlərin memarı və inşaatçısı olmalıdır. İnsanın ünsiyyətində “əməkdaşlıq” fəl-
səfəsi və texnologiyası düzgün özünüidarəyə doğru aparır. Bu - sosial münasi-
bətlərin yüksək mədəniyyətinə, şəxsiyyətin formalaşdırılmasına və dürüstlük,
xeyirxahlıq və məsuliyyət kimi insani keyfiyyətlərin inkişafı hesabına ictimai
həyatda destruktiv hadisələrin aradan qaldırılmasına doğru yoldur. Təəssüf ki,
real həyatda biz yeni formaya düşməyi çox tez bacaran çoxüzlü ifrat konfor-
mistlərlə tez-tez rastlaşırıq. Belə adamlar üçün dərin həyat təsisləri və əqidələri
mövcud deyil. Lakin hər bir cəmiyyətdə digər insanlar da az deyil. Bu - “sın-
dırmaq mümkün olan, lakin əymək mümkün olmayan” şəxsiyyətlərdir. Bütün
həyat şəraitlərində onlar mərdlik, sarsılmazlıq, qəhrəmanlıq kimi məziyyətlərə
nümunə olurlar, həyat fəaliyyətinin sosial əhəmiyyətli obrazını və yüksək insan
mədəniyyətini nümayiş etdirirlər.
65
Məhz belə insanlar şəxsiyyətlərin və liderlə-
rin tərbiyə edilməsi üçün nümunədirlər.
65
Mişel Montenin sözlərini xatırlayaq: “Həqiqi ləyaqət çaya bənzəyir: o nə qədər dərindirsə,
o qədər az səs çıxarır”.
İdarəetmə mədəniyyəti
581
Münaqişələrin idarə edilməsi
Özünüidarə mədəniyyəti insanlarla qarşılıqlı münasibətlərdə münaqişəli
situasiyanı idarə etmək qabiliyyətini də nəzərdə tutur. Burada başlıcası,
təmkin və başqasını dinləmək, onun mövqeyini obyektiv və özünütənqid
şəklində qiymətləndirmək və düzgün nəticələr çıxarmaq bacarığıdır. Başqa-
sının rəyi sizinki ilə uygun gəlmirsə, çəkinmək lazım deyil. Sakitliyini və
təmkinini saxlayaraq, mübahisənin mahiyyətini opponentin üzərinə keçir-
məmək, onun insani ləyaqətlərinin alçaldılmasına yol verməmək və ona
münasibətdə hörmət göstərmək vacibdir. Bu zaman anlaşılmazlığı aradan
qaldırmaq və hansı hisslərin onun davranışına istiqamət verdiyini aydınlaş-
dırmaq üçün suallar vermək lazımdır. Münaqişə həm də özünə müəyyən ça-
ğırış, özünün, bəlkə də yaxşı tərəfə dəyişmək lazım olan düşüncələri və
davranışının düzgünlüyü haqqında fikirlərinə bəhanədir. Sosial münaqişələ-
rin azaldılması və qarşısının alınması üçün effektiv insan fəaliyyətinin mü-
hüm motivasiyası olan şəxsiyyətin - cəmiyyət, vətən və bütövlükdə bəşəriy-
yət qarşısındakı xidmətlərinin obyektiv ictimai qəbul edilməsidır. Öz tərə-
findən obyektiv seçim prinsipləri və meyarlarına malik olmayan ədalətsiz
qiymətləndirmələr və bölgü münasibətləri sistemi insanların sosial fəallığı-
nın və ictimai əmək məhsuldarlığının azalmasına, böyük yaradıcı imkanla-
rın itirilməsinə, ictimai münasibətlərin qeyri-sabitliyinə və vətəndaşların
hakimiyyətə inamının qırılmasına səbəb olur. İnsan münasibətləri və sosial
münasibətlərdəki ziddiyyətlər, münaqişələr və böhranlar öz başlanğıcını
məhz buradan götürür. Bunun üçün demokratik ölkələrin dövlət idarəçiliyi
sistemində hər bir vətəndaşın mədəni keyfiyyətlərinin, peşəkarlıq məziyyət-
lərinin və sosial-mədəni inkişafa töhfəsinin ədalətli qiymətləndirilməsinə
birinci dərəcəli əhəmiyyət verilir.
Xoşbəxtlik - həyat stimulu kimi
Şəxsiyyətin ən mühüm özünüidarə stimulu xoşbəxtlik olub və olacaqdır.
Fəaliyyət sahəsindən asılı olmayaraq, bütün insanlar, daha çox onların ruhi
mədəniyyəti və uğurlarının səviyyəsi ilə müəyyən edilən xoşbəxtliyə can
atırlar. Xoşbəxtliyə can atma – hər bir insanın həyat fəaliyyətinin təbii və
başlıca stimuludur, özünü təkmilləşdirməyə can atma isə - özünü mədəni
şəxsiyyət hesab edənlər üçün xoşbəxtliyin mütləq şərtidir. Bu sosial qanu-
nauyğunluq insanın tələbatları, maraqları və məqsədlərinin formalaşma mo-
tivlərini bir çox cəhətdən izah edir, insanların təfəkkürünə və davranışına
təsir edir, şəxsiyyətin psixologiyasını və xarakterini anlamaq imkanını ve-
rir. Xoşbəxtlik – insanın və onun yaxınlarının mənəvi və fiziki sağlamlığı-
Fuad Məmmədov
582
dır, şəxsiyyətin şüurlu istəkləri və ideallarının həyata keçirilməsidir. Xoş-
bəxtlik - yalnız uğur deyil. Ona nail olma alicənablıq, xeyirxahlıq və insan-
lara xidmət ilə, öz arzuları və idealları uğrunda mübarizə aparmaq, şüurlu
kompromisə getmək bacarığı ilə şərtlənir. İnsanın və onun yaxınlarının sağ-
lamlığı şərti ilə mükəmməl insan xoşbəxtliyini daxili gözəllik, pozitiv xa-
rakter, vicdan və düzgünlük, məhəbbət, dostluq və sədaqət kimi keyfiyyət-
lər olmadan təsəvvür etmək çətindir. Xoşbəxtliyin ən mühüm meyarları –
möhkəm və firavan ailə, sevimli peşə və iş, doğmaların və dostların etima-
dıdır. Həyatdan fərəhlənmək, hər şeydən zövq almaq, inandırmaq bacarığı,
başlanğıcını ailədən götürən insanın düzgün həyat fəlsəfəsindən daha çox
asılıdır. Ailədə düzgün tərbiyə və təhsilin nəticəsi olan anadangəlmə mədə-
ni keyfiyyətlər də böyük rol oynayır ki, bunlar zamanla genetik səviyyəyə
keçir, və insanın müəyyən qabiliyyətləri, mədəni dəyərləri və üstünlüklərin-
də ifadə olunur. Xoşbəxtlik üçün həyatda şüurlu və aydın məqsəd, maddi ri-
fah, öz potensialını reallaşdırmaq imkanı və cəmiyyətdə layiqli yer tutmaq
da lazımdır. Buna görə də xoşbəxtlik, şübhəsiz, əlverişli mədəni mühitin və
sosial ədalətin olması ilə bağlıdır. O nəinki insanın anadangəlmə mədəni
keyfiyyətləri və qabiliyyətlərini, həm də bilikləri və müdrikliyini, inadlı
əməyini, kamilləşmə cəhdini, inamı və dözümünü, iradəsi və məsuliyyətini,
azadlığı və cəsurluğunu, vətəndaş özünüdərkini, həmçinin ətrafdakılar tərə-
findən məhəbbət, hörmət, anlaşılma və dəstək tələb edir. Beləliklə, xoşbəxt-
liyə gedən yol insanın bilikləri, bacarıqları, mütəşəkkilliyi, mənəviyyatı və
yaradıcı fəaliyyətini nəzərdə tutan yüksək ruhi mədəniyyətdən keçir.
Məhəbbət - enerji mənbəyi kimi
Nəyə isə nail olmağı çox güclü istəmə, müəyyən işə məhəbbət, düzgün
seçilmiş yol və gərgin zəhmət şərti ilə, müvəffəqiyyət qazanmağın lokomoti-
vinə çevrilir. Lakin öz inkişafında uğur qazanmaq mütləq ətrafdakıların
maraqları və gözləmələri, altruizm kimi həyati vacib prinsipin gözlənilməsi
ilə əlaqədardır. İnsanlara məhəbbət ən mühüm energetik amil, qarşılıqlı an-
laşma və ən müxtəlif problemlərin uğurlu həlli şərtlərindən biridir. Con
Templton hesab edir ki, məhəbbət – həyatın kvintessensiyası (cövhəri),
onun ən böyük bəxşişidir, fikirlər, sözlər və hərəkətlər formasında ətrafda-
kılara məhəbbət bəxş etmək isə - hüsn-rəğbətin, xeyirxahlığın, dəstək olma-
nın, qayğı və mərhəmətin təbii təzahürüdür. O, məhəbbəti – bizə xeyirxah-
lığı çəkib gətirən və “kainatın öz təsir qüvvəsinin harmonik axınına” çevri-
lən cazibə qüvvəsi kimi nəzərdən keçirir. Məhəbbətin – “Eros” (romantik
məhəbbət), “Stroq” (ailə üzvlərinə məhəbbət), “Aqape” (altruistik məhəb-
bət) kimi qədim yunan təriflərini təhlil edərək Templton insanlara qarşı
İdarəetmə mədəniyyəti
583
humanist məhəbbət kimi, bəşəriyyətin bütün dinlərində sülh, qarşılıqlı an-
laşma və inkişaf əldə etmək üçün ən qiymətli hesab edilən, Allahdan gələn
şərtsiz məhəbbət olan “Aqape”ni ayırır. İnsanlara belə məhəbbət nə qədər
çox bəxş edilirsə, o daha da artır. Bununla bərabər insanlara qarşı məhəb-
bətin ən yüksək təzahürü və ən ali dini dəyər insanın maariflənməsidir ki,
əldə etdiyi elmi biliklər vasitəsilə ona mədəniyyətin həyati gücünü verir.
Digər ruhi dəyər – insanı ilahi müdrikliyə yaxınlaşdıran elmi fəaliyyətdir.
Lakin elmin dəyər şərti qazanılan biliklərin insanlar arasında yayılmasıdır.
Erazm Rotterdamski deyir: “İşıq bəxş et və qaranlıq öz-özünə yox olacaq”.
Vaxtın idarə edilməsi
Özünü idarə etmənin və bütövlükdə insanın həyat fəaliyyətinin ən mü-
hüm resursu vaxtdır. Özünüidarə mədəniyyəti strateji düşünmək qabiliyyə-
tini, vaxtı əhəmiyyətsiz şeylərə sərf etməməyi və böyük məqsədlər forma-
laşdırmağı, öz həyat fəaliyyəti prioritetlərini müəyyənləşdirməyi bacarmağı
tələb edir. Öz fəaliyyətinin elmi təşkili yolu ilə daha yüksək nəticələrə, mü-
asir elmin nailiyyətlərindən istifadə hesabına daha yüksək əmək məhsuldar-
lığına nail olmaq üçün vaxtdan səmərəli istifadə etmək lazımdır. Hesiod de-
yirdi: “Öz vaxtına sahib olmağı bacaran kəs həqiqətən böyük adamdır.”
Vaxtın dəyərini qeyd edən Çarlz Darvin deyirdi ki, “vaxtın bir saatını hədər
yerə keçirməyə cəsarət edən adam – həyatın dəyərini hələ dərk etməmiş-
dir”. Vaxt – hər biri geriyə dönmədən həyatımızdan gedən anlardan ibarət-
dir. Buna görə də vaxt resursunu idarə etmək bacarığı həyati zərurətdir. Hə-
qiqi məhəbbəti olduğu kimi, vaxtı da heç bir pulla almaq mümkün deyil.
Sadəcə onu öz maraqlarında düzgün idarə etməyi öyrənmək lazımdır. Vaxtı
mədəniyyətin entropiyası prizmasından nəzərdən keçirərək hiss etmək çətin
deyil ki, vaxtın dəyəri onun məhdudluğunda və dönməzliyindədir. Həyatda
hər bir insana müəyyən vaxt müddəti ayrılmışdır. Bu müddət ərzində öz ar-
zunu həyata keçirmək, özünü təsdiq etməyə müvəffəq olmaq, şəxsiyyət ol-
maq, özünə, ailəsinə və digər insanlara fayda və sevinc gətirən mənalı, ma-
raqlı, yaradıcı həyat qurmaq, harmonik bəşəri həyat prosesinə əlindən gələn
töhfəni vermək lazımdır. Situasiyanın tələblərindən asılı olaraq, bizə hər
gün fəaliyyətimizin prioritetlərini yenidən nəzərdən keçirmək lazımdır. Con
Templton jurnal məqalələrindən birinə istinad edərək, obrazlı olaraq, yaşa-
nan hər bir günü, faydalı və yaradıcı işlərə sərf etmək lazım olan 86400 sa-
niyəli “bank” bileti şəklində təsəvvür edir. İstifadə olunmayan saniyələr er-
təsi günün hesabına keçməyərək, həmişəlik yox olurlar, geriyə isə - yol
yoxdur. Buna görə də sağlamlıq, müvəffəqiyyət, xoşbəxtlik və öz həyat fəa-
liyyətində konkret nəticələr əldə etmək üçün onları səmərəli istifadə etmək
Fuad Məmmədov
584
lazımdır. İtirilmiş vaxtın həmişəlik yox olduğunu nəzərə alaraq, vaxtın hər
dəqiqəsini səmərəli idarə etmək məqsədi ilə Templton uzunmüddətli və qı-
samüddətli məqsədlər strategiyasından istifadə etməyi məsləhət görür. O
bir neçə il əvvəl üçün strateji məqsədlərin müəyyən edilməsi və monitorin-
qini, prioritetlərin yenidən nəzərdən keçirilməsi yolu ilə bu məqsədlərin
permanent korrektəsini, həmçinin gündəlik, həftəlik, aylıq və illik planlaş-
dırmanı nəzərdə tutur. Bununla bərabər zəruri məsələlərin vaxtında həll
edilməsi şərtlərindən biri gündəlik fəaliyyət planının ertəsi günün axşamı
tərtib edilməsidir.
Minnətdarlıq hissi
Özünüidarə - situasiyadan faydalanaraq ona nəzarət etməkdir, məyuslu-
ğu optimist şəkildə füsunkarlığa çevirməkdir, həyati bəxşişləri minnətdar-
lıqla qəbul edərək, xırda hisslərdən uzaq olmaqdır . Özünü idarə etmənin
baza vəzifələrindən biri - özündə sevinc və xoşbəxtlik, qeryi-məhdud inkişaf
imkanları mənbəyi kimi, həyatı sevmək və onu qiymətləndirmək bacarığını
formalaşdırmaqdır. Gündəlik həyat ətalətinə üstün gələrək, biz həyatın gö-
zəlliyini görməli və ona görə minnətdarlıq hissi keçirməliyik. Praktik olaraq
bütün psixoloqlar qeyd edirlər ki, hətta ən kədərli hadisələri belə pozitiv
şərh etməyə can atmaq, həyatın insana bəxş etdiyi hər şeyə sevinməyi ba-
carmaq, hər bir situasiyadan faydalı olanı mənimsəmək, insanları və yaşa-
nan ömrün hər bir anını əsl bəxşiş kimi qiymətləndirmək lazımdır. Həyatın
bizə verdiyi hər bir xeyirxahlığa görə minnətdarlıq - rifaha və ruhi rahatlığa
səbəb olan ən mühüm psixoloji amillərdən biridir. Yaradana, bizi əhatə
edən insanlara və bütün çətinlikləri və problemləri ilə birlikdə həyatın özü-
nə minnətdarlıq hissi insana öz gücündə əminlik verir və qoyulmuş məq-
sədlərə nail olmağa yardım edir. O, qarşılıqlı pozitiv enerji yaradır ki, bu da
insanın imkanlarını, gücünü və biliyini artırır, xeyirxahlığı və firavan yaşa-
manı insana doğru cəlb edir. “Yarımçıq stəkanı boş deyil, dolu görmək” ba-
carığı çox gözəl həyat nikbinliyidir, bizi əhatə edən hər şeydə yaxşını gör-
mə qabiliyyətidir. Bəxş edilmiş həyat nemətlərinə görə minnətdarlıq hissi
bizə həyat harmoniyası, inam və sevinc duyğusu aşılayır. Templton deyir:
“Əgər biz artıq malik olduğumuza görə minnətdarlıq hissi keçiririksə, bu
hissin özü bizə daha yaxşını çəkib gətitir. Minnətdarlıq – bizə dostları, mə-
həbbəti, sakitliyi, sağlamlığı və maddi rifahı cəzb edən güclü maqnitdir”.
İnsanın öz həyatına və artıq malik olduğu hər şeyə görə, bizi əhatə edən gö-
zəlliyi görmək, qiymətləndirmək və xoş məramın nəticəsinə olduğu kimi,
ona sevinmək qabiliyyətinə, özünün ruhi və maddi rifahına görə minnətdar-
lıq hissinin dərk edilməsi – xoşbəxtliyin sirrlərindən biridir. Minnətdarlıq
İdarəetmə mədəniyyəti
585
hissi ruhi dincliyə, razılığa və mənəvi sağlamlığa səbəb olur, uğur gətirir.
İnsan əldə etdiyi hər şeyə görə minnətdar olmalıdır, lakin özündən razılıq
hissindən çəkinməli, proqressiv inkişafın mahiyyəti kimi, öz həyat fəaliyyə-
tində daim yeni uğurlara can atmalıdır. Tənbəllik, laqeydlik, arxayınçılıq və
inkişafda maraqlılığın itirilməsi - özündən və öz nailiyyətlərindən razılıqla
yaranır. Məhəbbət kimi, özündən narazılıq da xoşbəxtliyə doğru yolda insa-
nı daim qızğın fəaliyyətə stimullaşdıran, onun inkişafının hərəkətverici
qüvvəsidir.
Rifah - özünüidarə nəticələrindən biri kimi
Müvəffəqiyyətli özünüidarə göstəricilərindən biri rifahdır. Məntiqi bü-
tövlükdə iqtisadi məntiqdən az fərqlənən, özünün iqtisadi inkişafını idarə
etməyi öyrənmək lazımdır. Həyat səviyyəsinin gəlirlərin inkişafına propor-
sional surətdə yüksəlməsini nəzərə alaraq, Bodo Şefer, xüsusi toplanan he-
sabın köməyi ilə şəxsi kapitalını formalaşdırmağı və xərclərin gəlirləri üstə-
ləməsinə yol verməyərək, əmək haqqının hər artmasından pul yığaraq, on-
dan gələn faizlərlə dolanmağı tövsiyə edir. Düzgün “maliyyə təfəkkürü” və
öz maliyyəsini tənzimləmək bacarığı həyat keyfiyyətinin yüksəlməsinə və
inkişaf üçün çoxlu sayda imkanların yaranmasına yardım edir. Biz müvəf-
fəqiyyət qazanmaq və rifahımızı yüksəltmək istəyiriksə, müntəzəm və tam
şəkildə dincəlmək şərti ilə, var qüvvəmizlə çalışmalıyıq. Uğurlu fəaliyyətdə
insanın faydalı iş əmsalı və öz mədəniyyətinin entropiyası probleminə mü-
nasibəti mühüm əhəmiyyətə malikdir. Öz peşəkarlıq potensialının maksi-
mal istifadəsi üçün lazımi qüvvə sərf edərək insan öz enerjisinin faydalı iş
əmsalını maksimuma yüksəldir və entropiyanı – səmərəsiz sərf edilən ener-
jini sıfıra endirir. Fəaliyyətin məqsədi, strategiyası və texnologiyalarının
düzgün seçimi zamanı əgər o, davamlı həyat istiqaməti olursa, inanılmaz
nəticələr verir, çox gözəl motivasiyanı, özünü təkmilləşdirməni təmin edir
və yeni həyat qələbələrinə aparır.
Sağlamlıq - özünüidarə şərti və göstəricisi kimi
İnsanı yüksək tonusla, enerji, şadlıq, gülərüzlülük və həyat keyfiyyəti ilə
təmin edən sağlamlığı haqqında qayğı - effektiv özünüidarənin əsasını təş-
kil edir. Həyat yollarında insanı yalnız sevinc, müvəffəqiyyət və uğursuz-
luqlar deyil, həm də müxtəlif xəstəliklər müsayiət edir. Xəstəliklərin əsas
mənbələri aşağıdakılardır: genetik amillər; düzgün olmayan qidalanma; or-
qanizmin həddindən artıq soyuması; infeksiyalar; əsəb gərginlikləri, düz-
gün olmayan həyat tərzi, keyfiyyətsiz istirahət, səs-küyün təsiri və s. səbəb
Fuad Məmmədov
586
olduğu psixoloji streslər və s. Xəstəliklərin qarşısının alınması və aradan
qaldırılması üçün öz tibbi biliklərinin səviyyəsini daim yüksəltmək, özündə
möhkəm iradə, dözüm və öz həyatı, rifahı və mütərəqqi inkişafı üçün mərd-
liklə mübarizə aparmaq bacarığını yetişdirərək, özünüidarə mədəniyyətini
təkmilləşdirmək lazımdır.
Artur Şopenqauer hesab edirdi ki, bizim xoşbəxtliyimizin onda doqquzu
sağlamlığımızdan asılıdır. Xoşbəxtlik duyğusunu hiss etmək və məhsuldar
fəaliyyət üçün bu qədər vacib olan enerji, sağlamlıq və gülərüzlülük sağlam
həyat tərzi ilə şərtlənir. Sağlamlığın qorunması strategiyası xəstəliklərin və
nasazlıqların müalicəsinə deyil, profilaktikasına yönəldilməlidir. Sağlamlıq
– hər şeydən əvvəl, insanın əsas həyat məqsədlərinin, qoyulmuş vəzifələrin
effektiv və vaxtında yerinə yetirilməsi, işdə fəallıq və sabitlik, dözümlülük,
dinamiklik və kommunikativlik, həyat nemətlərindən zövq almaq imkanla-
rının reallaşdırılması üçün lazım olan enerjisidir. Sağlamlığın qorunması
üçün insan bir sıra vacib qaydaları bilməli və yerinə yetirməlidir. Hər şey-
dən əvvəl bu, düzgün qidalanma mədəniyyətidir. O, yeməkdə aza qane ol-
mağı, gündəlik təmiz su içməyi, yemək vaxtı və yeməkdən dərhal sonra su
içməkdən çəkinməyi, öz orqanizminin daxili siqnallarına qulaq asmaq ba-
carığını nəzərdə tutur. Bitki mənşəli qidalara, tərəvəzlərə və meyvələrə üs-
tünlük vermək, təzə çəkilmiş şirələrdən istifadə etmək lazımdır. Yemək
zövq verməlidir. Qidanı səylə çeynəyərək, asta-asta yemək, ayaq üstə və ya
uzanmış vəziyyətdə qida qəbulundan çəkinmək lazımdır. Diqqətini yemək-
də və onun insana verdiyi zövqdə cəmləşdirmək lazımdır. Alimlər hesab
edirlər ki, yetkin orqanizm üçün insanın gün ərzində qəbul etdiyinin üçdə
bir hissəsi tamamilə kifayətdir. Maraqlıdır ki, bu fikir gündə bir dəfə yeyən
İmmanuil Kantın qidalanma rejimi ilə üst-üstə düşür. Həmçinin, yadda sax-
lamaq lazımdır ki, qidalı maddələrin hamısı bütün insanlar üçün eyni dərə-
cədə faydalı deyil ki, bu da qan qrupunda olan biokimyəvi fərqlərlə şərtlə-
nir. Əgər insan düzgün qidalanmırsa, onda bəzi maddələr qan hüceyrələrinin
fəaliyyətinə neqativ təsir göstərir. İllərlə bu mənfi effekt cəmlənir və güclənir
ki, bu da insanın sağlamlığının pisləşməsinə gətirib çıxarır. Məsələ bu və ya
digər məhsulların insan orqanizminə neqativ təsirini minimuma endirməkdən
ibarətdir. Qidalanma ilə yanaşı insanın quruluşuna və qan qrupuna daha çox
uyğun gələn cismani mədəniyyətin bu və ya digər növləri və rejimlərini
seçmək də vacibdir. Bizə elə gəlir ki, qidalanma mədəniyyətinə həsr edil-
miş əsərlər arasında amerikalı həkim-naturopat Piter D`Adamonun bəşəriy-
yətin təkamül inkişafı prinsipləri üzərində qurulmuş rasional qida nəzəriy-
yəsi diqqəti cəlb edir. Həmişə yadda saxlamaq lazımdır ki, alkoqol, tütün,
sintetik mənşəli məhsullar insan sağlamlığına zərər vurur. Buna heyvan
mənşəli yağların, şəkər, sirkə, kofe və bəzi digər məhsulların çox istifadəsi-
İdarəetmə mədəniyyəti
587
ni də əlavə etmək lazımdır. Tez-tez, xüsusən səhər tezdən, yuxudan oyan-
dıqdan sonra və yatmazdan əvvəl təmiz su içmək tövsiyə edilir. Hərəkət və
oksigen çatışmazlığı orqanizmə neqativ təsir edir. Hesab edilir ki, orqaniz-
min normal fəaliyyətini, maddələr mübadiləsini və immuniteti, yaxşı iş qa-
biliyyətini və həyat gücünü saxlamaq məqsədilə hər gün qırx dəqiqədən az
olmayaraq cismani mədəniyyətlə məşğul olmaq lazımdır. Şüurlu qidalanma
və cismani mədəniyyətlə yanaşı orqanizmə müntəzəm istirahət, hər şeydən
əvvəl sakit, rahat yuxu, yorğunluğu çıxaran yaxşı musiqi, gəzinti lazımdır.
Məhsuldar həyat fəaliyyətinə mane olan və insanın sağlamlığına zərər
vuran amillərdən biri qorxudur.
66
Bodo Şefer hesab edir ki: pozitiv təfək-
kür, diqqətin həyati problemlərin həllində və məqsədlərdə cəmləşdirilməsi,
minnətdarlıq hissi, öz nailiyyətlərinin əhəmiyyətinin dərk edilməsi, xeyir-
xah insanlarla ünsiyyət, vaxtaşırı yaxşı musiqinin dinlənilməsi və s. qorxu-
nun aradan qaldırılmasına kömək edir. Özünün məqsədi və minnətdarlıq
hissi - öz həyatına, sağlamlığına, əmlakına, imkanlarına, sizi sevən və hör-
mət edən dostlara və xeyirxah insanlara görə minnətdarlıq hissi üzərində
diqqəti cəmləşdirməklə qorxu hissinə qalib gəlmək olar və lazımdır. Rifah
və sevinc haqqında tez-tez düşünmək lazımdır ki, onlar bu tərzlə şüurlü
məqsədin həyata keçirilməsində qorxu və narahatlıq hissini sıxışdırıb çıxa-
raraq və ruhi tarazlığa səbəb olaraq, mükafat olacaqdır. Baş verməmiş fak-
ta, ehtimal olunan, ola bilsin hətta baş verməyəcək xoşagəlməzliklərə görə
vaxtından əvvəl dilxor olmaq - düşünülməmiş əzab çəkmək və öz səhhətini
pozmaq deməkdir. Çünki “sarsıdıcı hadisə” ümumiyyətlə, heç baş verməyə
də bilər, əgər baş verərsə, o, yaxşılığa doğru dəyişikliklər üçün stimul ola
bilər. Qorxu bizim ətraf aləmə münasibətimizdən, onun qavranılması və şü-
urumuzda əks olunmasından asılıdır. Öz həyatının mənasını aydın təsəvvür
etmək, öz həyat qabiliyyətinə inanmaq və ruhi tarazlığını xeyirxah insanlar-
la müntəzəm ünsiyyətlə möhkəmləndirərək, hər gün özündə istənilən bir
işin müvəffəqiyyətli nəticəsinə əhval-ruhiyyə yaratmaq lazımdır. Bununla
yanaşı həyatda gözlənilməz faciələrin də olduğunu dərk edərək, özündə də-
yanət formalaşdırmaq və destruktuv hadisələrdən özünün “yenidən doğul-
ması” və inkişafı üçün istifadə etmək lazımdır. Bodo Şefer çətinlikləri ma-
terial adlandırır ki, “ondan uğura doğru aparan pilləkən qurmaq mümkün-
dür.” Həyatı çoxpilləli pilləkənlə müqayisə edərək o, problemin aradan qal-
dırılmasının zəruriliyi haqqında danışır. Bunun üçün özünə inanmaq və öz
məqsədləri uğrunda mübarizə aparmaq, paxıl adamlara fikir verməmək,
partnyorları öz tərəfinə cəlb etmək, ehtiyatlar yaratmaq və gözlənilməzlik-
lərə hazır olmaq, sağlamlığının qeydinə qalmaq, ətrafdakıların qayğısına
66
Ernest Hemenquey deyirdi: “ Qorxaqlıq və vahimə qədər heç nə insanın canını daha çox almır.”
Fuad Məmmədov
588
daha çox qalmaq lazımdır. Bir çox mürəkkəb məsələlərin həllini asanlaşdı-
ran şəxsi təcrübəni zənginləşdirərək, çətinliklərlə mübarizə aparmaq bacarı-
ğını yetişdirmək, inkişaf etdirmək lazımdır.
Hadisələrə və faktlara insanın reaksiyası, onların interpretasiyası insan-
da psixoloji gərginlik yarada bilər ki, bu da, streslərin idarə edilməsinin ak-
tuallığını şərtləndirir. Stressləri idarə edərək biz əmələ gələn enerjini yara-
dıcı məcraya yönəldə bilərik. Bodo Şefer deyir ki, sağlamlıq üçün stress zə-
ruridir. Orqanizmin daxili balansının pozulduğu zaman əmələ gələrək, o,
bütün funksiyaların balansını və qarşılıqlı əlaqəsini bərpa edərək, bu prose-
si tənzimləyir. Əgər stress pozitiv təfəkkür hesabına nəzarət edilirsə, o, in-
sanın orqanizminə müsbət təsir göstərir. Onun tərəfindən bu emosional və-
ziyyəti pozitiv amil kimi istifadə etməyə yönəldilmiş streslər üzərində nə-
zarət qaydaları formulə edilmişdir. Bu qaydaların mahiyyəti: daxili tarazlı-
ğı saxlamaq və diqqəti indiki məqamda məşqul olduğumuz işin üzərində
cəmləşdirmək; işdə prioritet vəzifələr seçmək və işə can yandırmaq; hər
şeydə və işdə nizam-intizamı gözləmək, rahat iş tempini yaratmaq; tələsik-
likdən və narahatlıqdan çəkinmək üçün ehtiyat vaxt planlaşdırmaq; işi və
məsuliyyəti həvalə etmək, hər şeyə yumor hissi ilə yanaşmaq; iş və istirahət
vaxtını düzgün bölüşdürmək və həddən artıq məşğulluğa yol verməmək; in-
sanlarla həddən artıq əlaqələri məhdudlaşdırmaq; sadəlik göstərmək, hədsiz
şöhrətpərəstlikdən imtina etmə; qələbələri və məğlubiyyətləri sakit tərzdə
qarşılamaq, öz qələbələrinə sevinmək; öz sağlamlığının və emosional və-
ziyyətinin qayğısına qalmaq, vaxtaşırı dincəlmək, əylənmək, yuxu və istira-
hət zamanı telefonları söndürmək bacarığını birləşdirir. Ruhi dincliyin,
təmkinin və şüur aydınlığının qorunmasında sakit şərait, ibadət, meditasiya,
təbiət əvəzsiz rol oynayır.
İnsanın ruhi və psixi sağlamlığının əsasını xeyirxahlıq təşkil edir. Bu
anlayışa yaxşılığı və insanlara xidmət etməyi, alicənablığı, mərhəməti, şəf-
qəti, məhəbbəti, dostluğu və sədaqəti də əlavə etmək olar. Konfutsi ailədə
və dövlətdə rifahın əsasını, həmçinin insanları idarə etmək imkanını xeyir-
xahlıqda görürdü. Əmin-amanlıq, daxili ruhi dinclik sağlamlığın baza şərt-
lərindən biridir. Bizim daxili ruhi dünyamız xarici şəraitdənsə, bizim özü-
müzdən, öz şüurumuzu idarə etmək qabiliyyətindən, hadisələri sakit, fəlsəfi
qavramaqdan, özündə müdriklərə xas olan ataraksiya (təmkinlilik) yetişdır-
məkdən daha çox asılıdır. Ruhi tarazlığa nail olmaq üçün öz vicdanınla ra-
zılıqda olmaq və vaxtaşırı “mən çox sakitəm” və “mən hər şeyi bağışlayı-
ram” formulu üzrə autotreninqlə məşğul olmaq lazımdır. Belə vaxtaşırı
“susma” şüurun həssaslığını, daxili dünya və onun transendentallığı ilə əla-
qə duyğusunu artırır, həyatın və xeyirxahlığın rolunun daha yaxşı dərk edil-
məsinə, şəxsiyyətin ruhi işıqlandırılmasına səbəb olur.
İdarəetmə mədəniyyəti
589
Geriyə baxarkən hər bir mədəni insan şüurlu və gözəl yaşanan günlərə,
aylara və illərə görə razılıq hissi keçirməli, öz yaradıcı əməyinin nəticələri-
nə - əkdiyi ağaclara, yetişdirdiyi “meyvələrə”, tikdiyi binalara və şəhərlərə,
böyütdüyü, təhsil verdiyi və tərbiyə etdiyi insanlara görə qürur hissi keçir-
məlidir. Bu - elmi və texniki nailiyyətlərə, incəsənət əsərlərinə, dövlət
konstruksiyaları və insana xidmət üçün təyin edilmiş həyat fəaliyyəti texno-
logiyalarına da aiddir. Əkdiyimiz hər bir mədəniyyət toxumu insanın həyat
fəaliyyəti üçün zəruri olan çox bəhrələr verə bilər. Effektiv özünüidarə sis-
teminin yaradılması üçün özündə nəinki fəallığı, həm də qoyulmuş məqsə-
də nail olmayınca, qəbul edilən qərarın və ya planın yerinə yetirilməsində
sabitlyi, mətinliyi, inadkarlığı yetişdirmək lazımdır. Qəlbin səxavəti, ətraf-
dakıların səni qəbul etməsi və bəyənməsi, insanlara xidmət üçün öz ağlı,
enerjisi və vaxtının təmənnasız olaraq sərf edilməsi – insan rifahının açarıdır.
Görkəmli tarixi şəxsiyyətlərin yuxarıda gözdən keçirilən fikirləri, ya-
naşmaları və qiymətləndirmələri, müasir tanınmış analitiklər və psixoloqla-
rın, həmçinin müəllifin bəzi konseptual müddəaları, şəxsiyyətin daimi özü-
nü təkmilləşdirməsinə və özünə nəzarətə yardımı nəzərdə tutur. Əgər onlar
insanın daxili tələbatına çevrilərsə, uğurlu həyat fəaliyyətinin, insanın ruhi
dincliyi və xoşbəxtliyi üçün gərəkli olan yüksək ünsiyyət mədəniyyətinin,
digər insanlarla harmoniyanın, cəmiyyətdə məhəbbətin və hörmətin daimi
generatoru rolunu oynayacaqdır.
Dostları ilə paylaş: |