Fəsil 9. Unitar tipli dövlət idarəçiliyi olan
ölkələrdə dövlət qulluğu mədəniyyəti
Dövlət idarəçiliyinin ən mühüm özəyi dövlət qulluğudur. Müasir dövlət
idarəçiliyinin qərb təcrübəsi üçün dövlət qulluğunun iki modeli daha xarak-
terikdir: karyera və pozisiya. Karyera modeli əsasən Fransa, Almaniya,
Avstriya, Yaponiya, Macarıstan, Polşa və digər ölkələrdə yayılmışdır.
İdarəetmə mədəniyyəti
449
Onun üçün vəzifəyə ömürlük təyinatı, məmurların karyerasını, kadrların
xüsusi hazırlığını və müsabiqə yolu ilə seçilməsini nəzərdə tutan mühafizə-
karlıq və ciddi bürokratik iyerarxiya xarakterikdir. Meritokratik sistem
prinsiplərinə əsaslanan, ən çox Böyük Britaniya, ABŞ, Kanada, Hollandiya,
Avstriya, Yeni Zellandiya və Skandinaviya ölkələrində geniş yayılmış pozi-
siya modeli - yüksək mobilliyi və karyera sabitsizliyi ilə fərqlənir. O, işə
qəbulun müqavilə formasını, daxil olan zaman müsabiqəli seçimi və qul-
luqda gələcək irəliləməni nəzərdə tutur. Hər iki sistemdə başlıca tələb -
özündə peşəkar bilikləri, texnologiyaları, mütəşəkkilliyi, qanuna istinadı,
məsuliyyəti və yüksək insan münasibətləri mədəniyyətini birləşdirən - yük-
sək idarəetmə mədəniyyətidir.
Qərb ölkələri dövlət qulluğunun müasir inkişaf tendensiyası əhaliyə
dövlət xidmətlərinin təşkilini təmin edən modernləşdirmədir. Bu, dövlət
sektorunun daha çox aşkarlığının təmin edilməsində və cəmiyyətə təqdim
edilən dövlət qulluqları keyfiyyətinin yüksəldilməsində, onların informasi-
ya tələbatlarının və hökumətin fəaliyyətindən gözləmərinin daha dolğun şə-
kildə təmin edilməsində, cəmiyyətdə və dövlətdə, həmçinin beynəlxalq mü-
nasibətlər mədəniyyəti sahəsində aparılan proqressiv dəyişikliklərdə öz ifa-
dəsini tapır. O, yeni srukturların yaradılması, tədqiqatların, təhsilin, maari-
fin, dövlət qulluğu ilə bağlı konsultativ xidmətlərin genişləndirilməsi ilə
müşayiət olunur. Xidmətlərin göstərilməsi üzrə belə fəaliyyətin daha geniş
yayılmış formaları – “sərbəst daxilolma mərkəzləri" (məsələn, internet-re-
surslara) və “telefonlaşdırma mərkəzləri” (Kanada), “elektron hökumət”
proqramları (Almaniya, Macarıstan), “informasiya mərkəzləri” (Macarıs-
tan, Polşa), “keyfiyyət proqramlarıdır” (Yunanıstan).
Birləşmiş Krallıq
Daimi mülki qulluq institutunun yaradılması. Norkkot-Trevelyan
islahatı. İnzibati-dövlət idarəçiliyinin mərkəzi və yerli səviyyələri. Si-
yasi və inzibati idarəetmə sahələrinin bölünməsi səbəbləri. Fulton is-
lahatı. Dövlət qulluğunun menecer modeli. Siyasi və inzibati rəhbər-
lər qrupu. İnzibati qrup. Elmi-peşəkar işçilər və texniki mütəxəssislər
qrupu. “Ceneralistlərin” hazırlanmasının üstünlükləri. D. Stilin dörd
arqumenti. İnzibati-dövlət sistemi idarəçiliyinə tarixən formalaşmış
dörd nəzarət forması. Mülki qulluğa qəbul və qulluqda irəli çəkilmə.
Məmurların yenidən hazırlanması sistemi.
Fuad Məmmədov
450
Tarixən ilk nazirliklər Böyük Britaniyada hələ XVIII əsrin ikinci yarı-
sında meydana çıxmışdır. Bu nazirliklərin ştatlarını ilk əvvəl klerklər təşkil
edirdilər ki, onların kral patentlərinin sahibləri tərəfindən öz şəxsi mülkiy-
yəti kimi mənimsənilən vəzifələri satılır və alınırdı. Məmurlar, Taxtda vəzi-
fə sahibinin patentdən gələn gəlirin bir hisəsini alan şəxsi köməkçiləri he-
sab edilirdilər. Belə bir şəraitdə ölkədə nepotizm inkişaf edirdi. Dövlət və-
zifələrinin təqdim edilmə qaydası hamilik idi, imtahanlar və ya müsabiqələr
sistemi isə yox idi.
Daimi peşəkar mülki qulluq institutu Böyük Britaniyada yalnız XIX əs-
rin ikinci yarısında meydana çıxdı. 1850-1870-ci illərdə İngiltərədə daimi
peşəkar dövlət qulluğunun əsasını qoyan və XX əsrin 70-ci illərinə qədər
konstruktiv dəyişikliklərə məruz qalmayan Norkkot-Trevelyan islahatı hə-
yata keçirildi. İslahat görkəmli siyasi xadimlər – iri məmur Ç.Trevelyan və
İcmalar palatasının üzvü S.Norkkot tərəfindən hazırlanmış və reallaşdırıl-
mışdır. Norkkot-Trevelyan islahatının mahiyyəti hamilik sisteminin ləğvi və
açıq müsabiqə imtahanları sisteminin tətbiqi idi. Norkkot-Trevelyan islaha-
tını İngiltərədə, bürokratiyanın simasında, hakim sinfə inzibati-dövlət idarə-
çiliyi aparatına nəzarət aləti yaratmağa imkan verən mühüm töhfə kimi nə-
zərdən keçirmək qəbul edilmişdir. Yenilik həm də o idi ki, bütün nazirliklə-
rin personalı vahid mülki qulluqda birləşdirildi. Vəzifədə irəliləmədə, təqa-
üdlərin ödənilməsi və təyin edilməsində də yeni qaydalar müəyyən edildi.
1855-ci ildə namizədlər üçün müsabiqələr keçirən Mülki qulluq işləri üzrə
komissiya yaradıldı. Buna baxmayaraq, məxfi hamilik nəzarətini müdafiə
edən mühafizəkar dairələrin müqaviməti ilə əlaqədar, islahatın praktik tət-
biqi illərlə uzandı. 1870-ci ildə açıq imtahanların məcburiliyini tətbiq edən
və məmurların qəbulunun bütün yeni sisteminə rəhbərliyi Komissiyaya ve-
rən əmrin dərc edilməsi ilə vəziyyət dəyişdi.
Birləşmiş Krallıq unitar tipli inzibati-dövlət idarəçiliyi tipinə malik ölkə-
dir. Dünya praktikası göstərir ki, federal tiplə müqayisədə, unitar tipli ölkə-
lərin hökuməti və mərkəzi administrasiyası cəmiyyətin həyatına daha dərin
təsir göstərirlər. Buna əsas etibarilə, milli polis qüvvələrinin olması, yerli
polisə ciddi nəzarət, həmçinin əməkdaşları adətən mərkəzi administrasiya
tərəfindən təyin edilən vahid məhkəmə sistemi imkan verir.
Böyük Britaniyada inzibati-dövlət idarəçiliyinin iki əsas – mərkəzi və
yerli səviyyəsi mövcuddur. Britaniya hökumətinin mərkəzi administrasiya-
sına peşəkar administrator olan daimi katib rəhbərlik edir. Onun rəhbərliyi
altında çoxlu köməkçilər, müavinlər və inzibati idarəçiliyin daha aşağı sə-
viyyəli qulluqçuları çalışırlar. Bürokratlar öz nazirinin siyasi xəttinə loyal-
lığı və sadiqliyi ilə fərqlənirlər, şəxsi təşəbbüs isə ümumiyyətlə, onların fəa-
liyyhəti üçün xarakterik deyil.
İdarəetmə mədəniyyəti
451
Böyük Britaniyanın milli keyfiyyətlərindən biri - unitar sistem çərçivə-
sində güclü özünüidarə ənənələrinin saxlanmasıdır. Ölkədə inzibati haki-
miyyətin müəyyən desentralizasiyasına Britaniya hökumətinin XIX əsrdə
yer alan yerli səviyyədə gücləndirilməsi səbəb oldu. Böyük Britaniyanın
bütün qraflıqları və şəhərləri öz Şurasını seçir. Şuraların hər biri müəyyən
idarəetmə sahəsi: təhsil, səhiyyə, polis və sosial məsələlər üzrə məsuliyyət
daşıyır. Mərkəzi administrasiyanın yerli işlərə qarışmaq kimi müstəsna hü-
ququ praktikada az təsadüf ediləndir, belə ki, britaniyalılar yerli muxtariy-
yəti yüksək qiymətləndirirlər.
Birləşmiş Krallıqda XX əsrin əvvəlində formalaşan dövlət idarəçiliyi
sisteminin xüsusiyyəti siyasi və inzibati sahələrin bölünməsi idi. Mülki qul-
luq Taxtın siyasi (parlament) qulluğundan ayrılıqda mövcud idi. İngilis po-
litoloqlarının fikrincə, ölkədə qeyri-siyasi mülki qulluq institutunun bərqə-
rar olması və inkişafı iki əsas səbəblə şərtlənmişdir. Birincisi - ingilis mə-
murlarının vəzifəyə, tarixən şəxsi mülkiyyətə formalaşan münasibəti ilə,
ikincisi - inkişaf etməkdə olan ingilis burjuaziyasının kralın parlamentə tə-
sirini məhdudlaşdırmaq cəhdi ilə. Parlamentdə üzvlülüklə Taxtda ödənişli
vəzifədə olmağın bir araya sığışmazlığı hələ 1701-ci ildə vəliəhdlik haqqın-
da aktda müəyyən edilmişdir.
İngilis mülki qulluğunun bu fərqli xassələrinə baxmayaraq, onun inkişa-
fı Dövlət qulluğunun tədricən siyasiləşməsilə möhkəmlənən Qərbi Avropa
ölkələri və ABŞ-ın dövlət idarəçiliyi sisteminin inkişaf tendensiyaları ilə
sıx əlaqəli idi. XIX əsrin axırından etibarən yüksək dövlət məmurları siyasi
məsələlər üzrə təkliflər irəli sürürdülər. Nazirə siyasi məsləhətlər verməyin
nazirliklərin ali məmurlarının öhdəsinə qoyulması zərurəti 1940-cı ildə təs-
diqləndi.
Birləşmiş Krallıqda müasir Mülki qulluq institutunun təşəkkülündə XX
əsrin 70-ci illərində həyata keçirilən Fulton islahatı çox böyük rol oynadı.
Mülki qulluq islahatı üzrə Komitə başçısı lord Fulton tərəfindən hökumətə
təqdim edilən “Mülki qulluq” haqqında məruzədə islahatın əsası kimi qəbul
edilən 158 novator tövsiyə ifadə edilmişdir. Fulton Komitəsi tərəfindən
mülki qulluğun prinsipial cəhətdən yeni – “menecer” modeli təklif edildi.
Bu modelin mahiyyəti, biznesdə müvəffəqiyyətlə istifadə edilən, dövlət
idarəçiliyi sistemində rasional və effektiv rəhbərlik metodlarının yaradıcı-
lıqla tətbiqindən ibarət idi. Böyük Britaniyanın yeni mülki qulluq sistemi-
nin yaradılmasının əsasını inzibati-dövlət idarəçiliyinin Amerika modeli
təşkil edirdi.
İslahatın keçirilməsinin 1971-ci ildə başlanan birinci mərhələsi siniflərin
ləğv edilməsi və məmurların üç əsas qrupunun yaradılması oldu: siyasi və in-
zibati rəhbərlər qrupları; inzibati qruplar; elmi-peşəkar işçilər və texniki mütə-
Fuad Məmmədov
452
xəssislər qrupları. Birinci qrup – mülki qulluq heyətinin zirvəsidir. Bu qrupun
üzvləri öz idarəçilik sahələri üzrə rəhbərliyə görə nazir qarşısında şəxsi məsu-
liyyət daşıyırlar. Qrup, inzibati sinfin müavin köməkçisi, daimi katibin müavi-
ni, daimi katib dərəcəsində olan məmurları ilə təmsil edilmişdir. İkinci qrup -
dövlət idarəçiliyi aparatının fəaliyyət koordinasiyası və nazirlərin işinə rəhbər-
likdən adi dəftərxana vəzifələrinin icrasına qədər olan geniş məsələlər dairəsini
həll edir. Bu qrup iki pillədən ibarətdir: administratorun şagirdi və baş icraçı.
Üçüncü qrup - məmurların təhsili və peşə hazırlığı problemləri ilə məşğul olan
alim və mütəxəssislərdir. Buraya - alimlər, mühəndislər, memarlar daxildirlər.
İcra işlərini yerinə yetirən kargüzarlar və çertyojçuların daxil olduğu texniki iş-
çilərin köməkçi qrupu da fəaliyyət göstərir.
Dövlət qulluğunun meneceral modeli, nazirliklərin həm gündəlik, həm
də uzunmüddətli siyasətinə aid siyasi qərarların hazırlanması və qəbul edil-
məsi prosesində inzibati aparatın fəal iştirakını nəzərdə tutur. Bu səbəbdən
Böyük Britaniya nazirliklərinin təşkilati strukturu, onların siyasi qərarların
həllinə yaxınlaşdırılmasını nəzərə almaqla qurulmuşdur. Bu məqsədlə na-
zirliklərdə siyasətin planlaşdırılması şöbələri yaradılmışdır ki, onlara gün-
dəlik siyasi qərarların uzunmüddətli siyasi perspektivini nəzərə almaqla qə-
bul edilməsi həvalə edilmişdir. Mülki işçilərə aid olmayan şəxsin təyin edil-
diyi, siyasi məsələlər üzrə nazirin baş müşaviri vəzifəsi daxil edilmişdir.
Nazirlərə müvəqqəti əsasda müvafiq ekspertləri işə götürmək hüququ da
verilmişdir.
Fulton kabineti tərəfindən təklif edilən model, nazirə, onun kabinetini
təşkil edən siyasi rəhbərləri özü ilə gətirmək hüququnun verildiyi Amerika
və fransız modellərinə yaxındır. Bu zaman nazirin kabinetini təşkil edən,
dövlət qulluqçuları sırasından olan siyasi müşavirləri onunla birlikdə istefa-
ya gedirlər. Bununla bərabər onun özünəməxsusluğu həm də onunla əlaqə-
dardır ki, burada dövlət qulluğunun “neytrallığı” konsepsiyası mövcud ol-
maqda davam edir ki, ona uyğun olaraq, D.Qarnerin ifadəsinə görə, “mülki
işçilər” hakimiyyətdə olan hökumətə sadiq olmalı və müxtəlif siyasi əqidə-
lərin tərəfdarı olan hökumətlərə vicdanla xidmət etməlidirlər”. Böyük Bri-
taniyanın mülki işçilərə əsas tələblərdən biri – loyallıq, siyasi məsələlərdə
təmkinlilikdir. Siyasi fəaliyyətdə iştirak üçün aşağı pillə qulluqçuları rəh-
bərlikdən xüsusi icazələr almalıdırlar. “Sol” partiyalara üzvlük loyallığın
pozulması kimi nəzərdən keçirilir.
Muzdluluq sistemi, təlim və xidmətdə irəli çəkilmə sistemi - universal
kulturoloji biliklərə malik “ceneralistin” – geniş profilli peşəkar idarəçinin
yaradılmasına yönəldilmişdir. Tanınmış ingilis politoloqu D.Stilin qiymət-
ləndirməsinə görə, Böyük Britaniyada inzibati iş üçün birtərəfli “mütəxəs-
sislər” deyil, məhz geniş profilli administratorlar uyğundurlar. D. Stil ona
İdarəetmə mədəniyyəti
453
əsaslanır ki, dövlət idarəçiliyini - ayrı-ayrı nazirliklərin ekspert qiymətlən-
dirmələrində təqdim edilən xüsusi maraqlar və təzyiq qruplarının arqument-
lərində təcəssüm etdirilmiş xarici maraqlar arasındakı qərarların razılaşdı-
rılmış qəbulu prosesi kimi nəzərdən keçirmək lazımdır.
Özünün universal bilikləri və iş təcrübəsi sayəsində məhsuldar məmur
olan ceneralist, müxtəlif maraqlar arasında balans tapmaq qabiliyyətinə
malikdir. Buna görə də Britaniya nazirliklərinin siyasi rəhbərləri cenera-
listləri xüsusi qiymətləndirirlər.
44
Dövlət idarəçilik sistemi effektivliyinin
təmin edilməsi üçün, peşəkar ceneralistlərin üstün tutulan istifadəsi xeyri-
nə, D.Stil tərəfindən irəli sürülmüş dörd arqument məlumdur.
45
Birincisi,
onlar ekspertlərin mülahizələrinin düzgün dərk olunması və nazirə aydın
təkliflərə və layihələrə transformasiya edilməsi üçün geniş imkanlara ma-
likdirlər. İkincisi, universal kulturoloji biliklərə malik ceneralistlərin istifa-
dəsi, ümumi idarəetmə koordinasiyası məsələsini asanlaşdırır. Üçüncüsü,
dar profilli mütəxəssislər və ya ayrıca götürülmüş ənənəvi sosial və ya hu-
manitar elmlərə tabe olmayan dövlət idarəçiliyinin ümumi vəzifələrinin sis-
temli kulturoloji təhlilini həyata keçirməyə imkan verir. Dördüncüsü, əgər
konkret fəaliyyət sahələrində ekspertlərin funksiyalarının yerinə yetirilməsi
dayanarsa, ceneralistlər bütün dövlət mexanizmi təcrübəsinin ümumiləşdi-
rilməsinə qabildirlər. Birləşmiş Krallıqda, dövlət administrasiyasında mütə-
xəssislərin amerikan modelinə istiqamətlənmiş rolunun gücləndirilməsi tə-
rəfdarları da az deyil. Onlar belə yanaşmanı müasir şəraitdə dövlət idarəçi-
liyi proseslərinin mürəkkəbləşməsi, həmçinin bütün idarəetmə sisteminin
təkmilləşdirilməsinə diqqətin artırılmasının konkret istiqamətlərə və məq-
sədli vəzifələrə zərər yetirməsi ilə izah edirlər ki, fikrimizcə, bu kifayət qə-
dər əsaslı deyil. Britaniya praktikasında ali məmurların ümumi rəhbərliyi
altında ceneralistlərin və mütəxəssislərin birgə işini nəzərdə tutan “inteqral
iyerarxiya” da istifadə edilir. XX əsrin sonuna doğru Birləşmiş Krallığın
dövlət idarəçiliyi sisteminin məmurları arasında elmin, texnikanın, hüquq
və iqtisadiyyatın müxtəlif sahələri üzrə 25%-ə yaxın mütəxəssislər çalışır-
dılar. Onlar dövlət aparatı bölmə rəhbərlərinin 60%-ni təşkil edirdilər.
Ümumiyyətlə isə Böyük Britaniyanın inzibati-dövlət idarəçiliyi sistemində
ölkədə məmurların ümumi sayının 75% -ni təşkil edən ceneralistlər üstün
idilər.
44
Bununla əlaqədar müasir elmi nailiyyətlər mövqeyindən diqqəti, ceneralistlərin hazırlığı
və inkişaf etməkdə olan ölkələr üçün universal kulturoloji biliklərin xüsusi roluna yönəltmək
istərdik.
45
Şübhəsiz, Böyük Britaniyada yüksək effektivli dövlət idarəçiliyinin inkişafı üçün tanınmış
Britaniya kulturoloqu Arnold Toynbinin əsərləri fundamental əhəmiyyətə malik idi.
Fuad Məmmədov
454
Birləşmiş Krallıqda dövlət inzibati idarəetmə sistemi üzərində tarixən
formalaşmış dörd nəzarət növü mövcuddur. Bu - parlament və məhkəmə
nəzarəti, inzibati tribunal sistemi və parlament müvəkkili institutudur. Par-
lament nəzarəti nazir məsuliyyəti doktrinasına əsaslanır ki, ona uyğun ola-
raq, nazirliyin fəaliyyətinə görə məsuliyyəti öz üzərinə götürmüş nazir,
İcmalar Palatası tərəfindən ona etimadsızlıq rəyi göstərildiyi halda, istefaya
getməlidir. Lakin bu formanın az effektivliliyi onunla şərtlənir ki, ikiparti-
yalı sistem şəraitində nazir hökumət çoxluğunun müdafiəsindən istifadə
edir. Böyük Britaniyada normalar və prinsiplərin ayrıca sistemi kimi xüsusi
inzibati hüququn olmaması səbəbindən mülki işçilər və dövlət təşkilatları
arasındakı mübahisələr adi məhkəmələr tərəfindən nəzərdən keçirilir, inzi-
bati-dövlət idarəçiliyi üzərində məhkəmə nəzarəti isə ümumi hüquq doktri-
nasından çıxarılır. Britaniya məhkəmələrinin yurisdikdiyası səlahiyyətlərin
artırılması doktrinası üzərində qurulur ki, ona uyğun olaraq, məmurların
yalnız parlament tərəfindən verilən səlahiyyətlər daxilində icra edilən fəa-
liyyətləri həqiqi hesab edilir. Parlament müvəkkili institutunun funksiyası
Taxtın adından icra edilən inzibati fəaliyyətlərin nəzərdən keçirilməsindən
ibarətdir. Bu institutun cüzi praktik effektivliyi onunla əlaqədardır ki, inzi-
bati funksiyaların həyata keçirilməsi zamanı nazirliklərin və idarələrin fəa-
liyyəti nəzarət obyekti olur.
Böyük Britaniyanın müasir Dövlət Qulluğu Sistemində mühüm yeri
mülki qulluğa seçilmə və qulluqda irəli çəkilmə təşkil edir. Qulluğa seçilmə
ilə hələ 1855-ci ildə yaradılmış Mülki qulluq işləri üzrə Komissiya məşğul
olur. Birinci qrupa qulluğa başlıca daxilolma şərti - ümumi tipli yazılı im-
tahanın verilməsidir. İmtahan aparıcı universitetlərin - Oksford və Kembri-
cin proqramları əsasında keçirilir ki, o səbəbdən, rəhbər vəzifələrə nami-
zədlərin əksər hissəsinin təchizatçıları məhz bu universitetlərdir. İkinci qru-
pa qəbul (inzibati sinif) üç pilləni daxil edən imtahan əsasında həyata keçi-
rilir: ümumi fənlər üzrə yazılı məruzələr, idarələrdə mülki işçilərin son se-
çimi üzrə keçirilən testlər və müsahibə. İkinci qrupa qəbul üçün 20-dən 28
yaşadək universitet məzunlarının ərizələri qəbul edilir. Üçüncü qrupa qəbul
ilə təhsil standartları nəzərdə tutulmamışdır, lakin yalnız imtahanın proqra-
mına uyğun təhsil alanlar müvəffəqiyyətə ümid edə bilərlər.
Böyük Britaniyada məmurların yenidən hazırlığına ciddi diqqət ayrı-
lır. O, 1970-ci ildə əsası qoyulmuş mülki qulluqçuların təlimi üzrə Kol-
lecdə keçirilir. Burada nazirliklərin qulluqçuları və dövlət sektorunda ça-
lışan digər vəzifəli şəxslər ixtisasartırma keçirlər. Kollec mülki qulluq iş-
ləri üzrə nazirliyin rəhbərliyi altında fəaliyyət göstərir. Kollecin işi inzi-
bati idarəçilik fəaliyyətində ixtisaslaşmanın gücləndirilməsi ümumi vəzi-
fəsinə əsaslanaraq qurulur.
İdarəetmə mədəniyyəti
455
Qulluqda irəli çəkilmə müxtəlif səviyyələrdə həyata keçirilir . Siyasi və
inzibati rəhbərlər mülki qulluq işləri üzrə nazirlik tərəfindən təyin edilirlər.
Bu məqsədlə nazirlikdə, gizli seçim əsasında işləyən, rəhbər heyətin təyin
edilməsi üzrə seçim komitəsi fəaliyyət göstərir. Bu komitənin xüsusi qrupu
ali administratorların xidmətdə irəli çəkilməsi üzrə təkliflərin işlənib hazır-
lanması ilə məşğul olur. Digər məmurların qulluqda irəli çəkilməsi üzrə
təkliflər isə onların fəaliyyətinin ayrı-ayrı nazirliklər səviyyəsində tərtib
edilən illik hesabatlar əsasında qiymətləndirilməsi yolu ilə formalaşdırılır.
Hesabatlar, nazirliyin xidməti iyerarxiyasında qulluqda irəli çəkilməyə təq-
dim edilənlərdən bir-iki pillə yuxarıda dayanan məmurlar tərəfindən tərtib
edilir. Təqdimat məmurların irəli çəkilməsi üzrə nazirlik Şurası tərəfindən
nəzərdən keçirilir. Qulluqda irəli çəkilmə haqqında son qərarı nazir qəbul
edir. Böyük Britaniyada qulluqda irəli çəkilmə prosesi üçün xarakterik cə-
hət, məmurların peşə xidmətlərinə görə deyil, böyüklüyünə (stajına) görə
nazirlik iyerarxiyasında onlara verilən ənənəvi üstünlükdür. Qulluqda irəli
çəkilmə bir qrupdan və ya bir nazirlikdən digərinə keçmənin məhdudluğun-
da ifadə edilən sərtliyi ilə fərqlənir.
Fransa
XVIII əsrdə dövlət aparatının mərkəzləşdirilməsi və ayrılmasına
doğru sərt kurs. Napoleonun tətbiq etdiyi institutlaşdırma və mərkəz-
ləşdirmə prinsipləri. XIX əsrin əvvəlində Fransada məmurların mü-
sabiqə yolu ilə işə qəbul sistemi. Namizədlərin ümumi mədəniyyətinə
və sosial mənşəyinə verilən əhəmiyyət. XIX əsrdə fransız bürokrati-
yasının ilk böhran səbəbləri. “Meritokratik” sistemin prinsipləri.
“Məmurun ümumi statusu haqqında” 1946-cı il qanunu. Məmurlar
dərəcəsində dörd iyerarxik səviyyə. 1981-ci ildən sonra Fransa döv-
lət idarəçiliyinin desentralizasiyası. Vəzifəyə iddiaçı namizədlərin
qiymətləndirilmə və seçim meyarları. Pillələrlə irəliləmə və rütbədə
yüksəlmə. Siyasi məmurlar institutu. Nəzarət sistemi: inzibati ədliyyə
və vasitəçi institutu.
Unitar tipli müasir avropa dövlətlərinin əksəriyyəti, strukturu fransız nü-
munəsinə əsasən qurulmuş bürokratiyaya malikdir. Tarixən dövlət idarəçili-
yinin mərkəzləşdirilməsi prosesi, dövlət aparatının vətəndaş cəmiyyətindən
ayrılması, funksiyaların spesifikasiyası əsasında peşəkar bürokratiyanın ya-
radılması, əməyin bölüşdürülməsi və rolların differensiasiyası - Fransada
Avropanın digər ölkələrindən daha əvvəl baş vermişdi. Bu proses artıq
Fuad Məmmədov
456
XVIII əsrin ortalarında fransız mütləqiyyəti şəraitində başlanmışdı. Peşəkar
bürokratiya, bələdiyyə imtiyazlarının tədricən ləğv edilməsinə səbəb olan
kral hakimiyyətinin dayağı oldu. Dövlət aparatının mərkəzləşdirilməsi və
ayrılmasına yönəldilən sərt kurs Böyük Fransız inqilabı dövründə də davam
etmişdir. Belə ki, 1789-cu ildə dövlət qulluğunda bütün feodal imtiyazları
ləğv edildi, 1790-cı ildə əyalətlərin adı departamentlərə dəyişdirildi, 1791-
ci ildə Le Şapelye qanunu dövlətlə vətəndaşlar arasında hər hansı bir könül-
lü birliklərin yaradılmasını qadağan etdi. Dövlət aparatının institutlaşdırıl-
masında və mərkəzləşdirilməsində I Napoleona xüsusi rol məxsusdur. Na-
poleon Vatikanla konkordat (Roma papası ilə hər hansı bir hökumət arasın-
da bağlanan müqavilə) bağlayaraq, dövlətin kilsə üzərində effektiv nəzarə-
tini təmin etdi, vətəndaş məcəlləsini işləyib hazırladı, prefektlər və supre-
fektlər institutunu yaratdı, jandarmeriya təşkil etdi və Fransanın bütün şə-
hərlərində polis komissarları təyin etdi. O, yalnız ictimai maraqlara xidmət
edən məmurlar korpusunun yaradılması məsələsini qoydu. Onların fəaliy-
yətinin lazımi motivasiyasını təmin etmək məqsədi ilə o, məmurlara imti-
yazların verilməsini gərəkli hesab edirdi, lakin bu zaman onların nazirlər-
dən və imperatordan müəyyən siyasi asılılıqda olmamasının təmin edilməsi
zərurətini qeyd edirdi. “Yarımhərbi tipli” Napoleon bürokratiyası: iyerarxi-
ya, intizam və unifikasiya kimi üç prinsip üzərində qurulmuşdur. Bu onunla
şərtlənirdi ki, fransız bürokratik sisteminin əsas elementləri Napoleon tərə-
findən ordu və kilsə kimi iki sosial institutun mədəniyyətindən götürülmüş-
dü. Fransız dövlətinin başçısı güman edirdi ki, idealda imperiya məmuru
“qismən hərbçi, qismən ruhani” olmalıdır. Dövlətin əsas sosial institutları-
nın yaradılması və fransız bürokratiyası ənənələrinin formalaşdırılması
Fransız İmperiyası dövrünə təsadüf etdi. Napoleon ən istedadlı insanlar
üçün dövlət qulluğu açmağı təklif etdi. Onun əmri əsasında Parisdə məmur-
ların, Fransada peşəkar dövlət qulluqçuları hazırlığının aparıcı milli mərkə-
zi olan ali elitar məktəb - “Ekol politeknik” yaradıldı. Milli bürokratiya pe-
şəkarlığının inkişafına, onun mühitində yeni dövlətçilik təsəvvürləri, dəyər-
ləri və normalarının yayılmasına Fransada XIX əsrin əvvəlində məmurların
müqabiqə yolu ilə işə qəbul sisteminin tətbiq edilməsi səbəb oldu. Ölkənin
inzibati elita hazırlığını həyata keçirən “Ekol Politeknik”, Mədən məktəbi,
Yollar və körpülər məktəblərində fəaliyyətin ideoloji əsası kimi, ümumi ri-
faha və dövlət maraqlarına xidmət ideyaları elan edildi. Dövlətə xidmət
ideyasını təbliğ edən ali hökumət məmurları özlərinə ictimai maraqların qo-
ruyucuları kimi baxmağa başladılar. Fransız politoloqlarının fikrincə, bu
yeniliklər əsasında peşəkar bürokratiyanın onu doğuran sosial mühitdən ay-
rılması baş verdi, “ikinci növ” fəaliyyət sahəsi kimi fərdi sahibkarlığa qarşı
fransız məmurlarının qərəzi yarandı. XIX əsrdə fransız bürokratiyasının ha-
İdarəetmə mədəniyyəti
457
zırlığının fərqli xüsusiyyəti məmur vəzifəsinə namizədlərin ümumi mədəniy-
yətinə verilən əhəmiyyət idi. Qəbul müsabiqə imtahanında ruhi mədəniyyətə
- namizədin əqli və etik mədəniyyətinə, onun klassik fənləri, ilk növbədə,
şəxsiyyətin təhsillilik meyarlarından biri olan latın dilini bilməsinə xüsusi
diqqət yetirilirdi. Məmurun şəxsi işində peşəsi və peşə xidmətlərinin göstə-
rilməsi ilə yanaşı, onların sosial davranış xarakteristikaları da ifadə edilirdi.
XIX əsrdə ali fransız bürokratiya mədəniyyəti üçün xarakterik cəhət
onun həddən ziyadə yüksək siyasi loyallığı idi ki, bu səbəbdən hakimiyyət
dövlətin məmur aparatını nazirlərin və deputatların seçilmə mənbəyi kimi
nəzərdən keçirirdi. Bu zaman hakimiyyət məmurların sosial mənşəyinə bö-
yük diqqət yetirirdi. Fransanın hakim sinfi məqsədyönlü sosial seleksiya və
siyasi nəzarətin köməyi ilə siyasi elitaya xalq arasından çıxanların daxil ol-
masına imkan vermirdi. Bu siyasət nəticəsində dövlət müsabiqə sisteminin
mövcud olmasına baxmayaraq demokratlaşdırma, ölkənin praktik olaraq
bütünlüklə cəmiyyətin yalnız imtiyazlı təbəqələrindən, başlıca olaraq iri
burjuaziya nümayəndələrindən formalaşan ali administrasiyasına demək
olar ki, toxuna bilmədi. Belə ki, 1851-1876-cı illərdə nazirliklərin şöbə mü-
dirlərinin 95%-i, prefektlərin 82%-i, dövlət müşavirlərinin 87%-i burjuazi-
yadan və ya aristokratiyadan çıxmışdı. 1871-1940-cı illərdə “böyük korpus-
ların” 546 üzvündən yalnız 10%-i “xalq siniflərindən” və xırda burjuaziya-
dan çıxmışdı. Məmurların peşəsi irsi oldu. Nəsildən-nəslə oğullar ataları
əvəz edirdilər. Belə ki, 1840-cı ildə Dövlət şurası üzvlərinin 68%-i iri mə-
murların oğulları idi. Bürokratlığa namizədlərin öhdəsinə uyğun zəmanətlə-
rin təqdim edilməsi qoyulurdu. Vəzifəyə təyin edilərkən “qohumluq əlaqə-
ləri, xidmətlər mübadiləsi, rüşvətlərdən geniş istifadə edilirdi”. Bütün bun-
ların nəticəsi, iyul monarxiyası dövründə (1830-1848) yer alan fransız bü-
rokratiyasının ilk böhranı oldu. Fransız politoloqlarının qiymətləndirməsi-
nə görə, böhran nepotizmin və siyasi favoritizmin, dövlət qulluğuna məmur-
ların seçimi zamanı administrasiya özbaşınalığının, bürokratların hüquqi
zəmanətlərinin olmamasının, yuxarı və aşağı məmurların məvacibindəki
çox böyük fərqlərin, sıravi qulluqçuların əmək haqqının aşağı olmasının
qanunauyğun nəticəsi idi. Yaranmış şəraitdə, kral Lui Filippin (1773-1850)
hakimiyyəti dövründə ölkənin hətta ali məmurları arasında bütün sosial tə-
bəqələrdən seçilən, daha istedadlı insanların idarəçiliyini təmin etməyə ça-
ğıran “meritokratik” sistem prinsiplərinin dövlət aparatına tətbiq edilməsi
tələbləri irəli sürüldü. Bu tələblər siyasi cəhətdən neytral bürokratiyanın
yaradılmasını və daha layiqli namizədlərin obyektiv seçilməsinə imkan ve-
rən müsabiqə sisteminin hər yerdə tətbiqini nəzərdə tuturdu. Dövlət qulluq-
çuları şəxsi həyatlarında təmkinli olmağa və inzibati sirləri qorumağa borc-
lu idilər. Onlara işə toxunan məsələlər üzrə polemika aparmağın arzuolun-
Fuad Məmmədov
458
mazlığı ilə əlaqədar, bəzi təşkilatlarda isə – iş yerini tərk etməyə, qəzet və
ya xarici kitablar oxumağa müəyyən məhdudiyyətlər də qoyulmuşdu.
XIX əsrin ikinci yarısında Fransada dövlət qulluğu sosial müdafiə sahəsi
kimi nəzərdən keçirilirdi. Dövlət aparatında vəzifə sosial prestij, stabillik və
irəliləyiş amili kimi nəzərdən keçirilirdi. Bürokratlar minimal təhsil səviyyə-
sinə malik olmalı, onların “ağ yaxalıqlılara” aid olduqlarını simvollaşdıran
mundir yaxud münasib kostyum geyməli idilər. 1853-cü ildə dövlət qulluq-
çularının təqaüd təminatı tətbiq edildi. Dövlət qulluğuna qəbul unifikasiyası
problemini müzakirə edərək, Dövlət şurası 1874-cü ildə məmurların vahid
status tətbiqini qəbul etmədi və inzibati idarələrin özlərinin reqlamentini və
bürokratları seçmə qaydalarını yaratmaq hüququnu təsdiq etdi. Ali administ-
rasiya iyerarxiya və qeyri-məhdud hakimiyyət prinsipini saxladı.
Birinci Dünya müharibəsindən sonra Fransada inzibati fəaliyyətin nüfu-
zu kəskin şəkildə azaldı. Bu, məmurların hazırlıq səviyyəsinin aşağı düşmə-
si, dövlət aparatının ekstensiv inkişafı, idarəetmə fəaliyyətinin bəzi növləri-
nin feminizasiyası, özəl sektorla müqayisədə sıravi məmurların əmək haq-
qının azalması ilə şərtlənirdi. İkinci Dünya müharibəsindən sonra, idarəçi-
lik islahatları nəticəsində Fransada, məmurların əsas və xüsusi statusları və
sinifləri, imtahanların keçirilməsi qaydalarının, vəzifəyə namizədlərin seçil-
məsi və təyin edilməsi, pillələrlə irəliləmə və rütbədə yüksəlmə meyarları-
nın, mülki xidmət strukturu və məmurların əməyini ödəmə sisteminin aydın
müəyyən edildiyi, müasir dövlət qulluğunun əsasını qoyan bir sıra qərarlar
qəbul edildi, müvafiq anlayışlı aparat tətbiq olundu.
1946-cı ildə vətəndaş qulluğu strukturunu və məmurların əmək haqqı
sistemini reqlamentləşdirən “Məmurun ümumi statusu haqqında qanun”
qəbul edildi. Qanunla mülki qulluq sisteminə “məmur”, “kadr”, “məmur-
lar sinfi” anlayışları daxil edildi. Hüquqi baxımdan, “məmur” anlayışı
dövlət xidmətinə aid olan şəxsləri nəzərdə tutur, yəni bu - “dövlət qulluqçu-
sudur”. 1959-cu ildə Ordonans tərəfindən bu qanuna məmurların hakimiy-
yətə iyerarxik tabeliyini gücləndirən bəzi əlavələr daxil edildi. “Kadr” an-
layışı mülki xidmətçilər tərəfindən tutulan bütün eyni dərəcəli vəzifələrin
birləşdirilməsi deməkdir. “Məmurlar sinfi” anlayışı məmurların, müvafiq
olaraq, A, B, C, D hərfləri ilə işarə olunan, iyerarxiya cəhətdən aşağı salı-
nan dörd sinfə bölünməsini nəzərdə tutur. Hər bir sinif üçün müəyyən vəzi-
fələr dairəsi və zəruri təhsil səviyyəsi müəyyən edilmişdir. İnzibati - dövlət
idarəçiliyi məmurlarının ümumi sayının 20%-ni təşkil edən A sinfinin funk-
siyası idarəçilik qərarları və göstərişlərinin işlənib hazırlanmasıdır. A sinfi-
nə müsabiqə imtahanları vermə üçün namizədlər geniş ümumi və texniki
biliklərə, intellektual qabiliyyətlərə və möhkəm xarakterə, həmçinin ali təh-
sil haqqında diploma malik olmalıdırlar. Məmurların 40%-ni təşkil edən
İdarəetmə mədəniyyəti
459
B sinfinin vəzifəsi, bu qərarların yerinə yetirilməsidir. Bu səviyyəyə iddialı
olanlar yüksək səviyyəli ümumtəhsil və peşə biliklərinə, ona hesabat ver-
məli olan personalın fəaliyyətini müəyyən etmək, qiymətləndirmək və həll
etmək bacarığına malik olmalıdırlar. A sinfi ilə müqayisədə bu sinfin müsa-
biqə imtahanları daha texniki xarakter daşıyır. Məmurların 32%-ni təşkil
edən C sinfinin funksiyası - vəzifələrin ixtisaslaşdırılmış icrasıdır. C sinfinə
iddialı olanlardan şəxsi təşəbbüs qabiliyyəti tələb olunmur, müsabiqə imta-
hanları isə onlarda icraçı-texniki vərdişlərin aşkar edilməsinə yönəldilmiş-
dir. Öz statusuna görə C sinfindən az fərqlənən D sinfinin vəzifəsi - tapşı-
rıqların sadə texniki icrasıdır. Bu kateqoriyaya iddialı olanlardan xüsusi pe-
şə ixtisası tələb olunmadığına görə, onların müsabiqə imtahanları məktəb
proqramı çərçivəsi ilə məhdudlaşdırılmışdır. 1946-cı ildə müəyyən edilmiş
məmurların status qanunu ilə yanaşı - hakimlərə, hərbçilərə, iqtisadi və ti-
carət xarakterli dövlət qulluğu əməkdaşlarına, həmçinin polislərə tətbiq edi-
lən xüsusi statuslar da vardır.
Fransız qanunvericiliyinə uyğun olaraq, dövlət vəzifələrinə təyin olun-
manın zəruri tələbləri bunlardır: fransız vətəndaşlığının olması; vətəndaş
hüquqlarına malik olma və əxlaqi davranış tələblərinə təminat; hərbi qul-
luq haqqında qanunvericiliyin gözlənilməsi. Seçimin ümumi meyarı, nami-
zədlərin - peşə ixtisasının qiymətləndirilməsi ilə müəyyən edilən, onlara hə-
valə edilmiş vəzifələri yerinə yetirmək qabiliyyətidir. Müsabiqə yazılı və şi-
fahi imtahanları daxil edir. Yazılı imtahan anonimlik prinsipinin gözlənil-
məsi şərti ilə müxtəlif formatda keçirilə bilər. Namizədlərin şifahi imtaha-
nın başlıca meyarı - onların ümumi mədəni səviyyəsi, xüsusi bilikləri və öz
fikirlərini məntiqi ifadə etmək qabiliyyətidir. Zəruri hallarda testləşdirmə də
keçirilir. Müsabiqə komissiyası bitərəf səlahiyyətli, administrasiyadan asılı
olmayan mütəxəssislərdən seçilir.
Fransada xarici və daxili müsabiqə mövcuddur. Xarici müsabiqə yeni
məmurların seçilməsi üçün keçirilir, daxili müsabiqə - bürokratların iyerar-
xik pillə ilə irəliləməsi məqsədi ilə keçirilir. Kadrların seçilməsi və hazırlı-
ğına fransız yanaşmasının başlıca xüsusiyyətlərindən biri ondan ibarətdir
ki, vəzifəyə iddialı olanların əsas qiymətləndirmə və seçilmə meyarı peşə-
karlıq keyfiyyətləri deyil, klassik humanitar təhsilə əsaslanan ifadə üslubu-
nun ümumi erudisiyası və zərifliyidir. Birləşmiş Krallıqda olduğu kimi,
Fransa dövlət qulluğunda da ən müxtəlif vəzifələri yerinə yetirmək qabiliy-
yəti olan, ümumi mədəniyyətin yüksək səviyyəsinə malik namizədlərin seçil-
məsinə xüsusi diqqət yetirilir. Hər iki Avropa ölkəsində personalla iş kon-
sepsiyası həm inzibati, həm də texniki funksiyaların yerinə yetirilməsi üçün
zəruri olan universal biliklərə malik qulluqçuların geniş hazırlığı tələbləri
üzərində qurulur. Qeyd etmək maraqlıdır ki, Fransa və Birləşmiş Krallıq-
Fuad Məmmədov
460
dan fərqli olaraq, Almaniya və ABŞ-da dövlət idarəçiliyi aparatında qulluq-
çuların ixtisaslaşması konsepsiyası üstünlük təşkil edir.
Fransız məmurlarının vəzifə artımının obyektiv qaydasına pillələrlə irə-
liləmə və rütbədə yüksəlmə aiddir. İş stajından asılı olaraq, məvacibin art-
masında ifadə olunan pillələrlə irəliləmədən fərqli olaraq, rütbədə yüksəlmə
iki yolla həyata keçirilir. Birinci – inzibati paritet komissiyası tərəfindən
uzunmüddətli xidməti nəzərə alınmaqla, məmurun əldə etdiyi illik qiymət-
ləndirmələr əsasında formalaşan, onun illik yüksəlmə siyahısına daxil edil-
məsi vasitəsilə seçilməsidir. İkinci – xüsusi peşə imtahanı əsasında seçilmə-
dir. Beləliklə, xidməti pillə ilə avtomatik irəliləmənin olmadığı ABŞ-ın ək-
sinə olaraq, Fransada bürokratın karyerası, uzunmüddətli xidmətə və ya hə-
min idarədə olma stajına görə tədriclə, lakin düzgün irəliləmə zəmanəti ilə
şərtlənmişdir. Obyektiv qayda ilə yanaşı Fransada sinifdə və ya sinifdaxili
vəzifədə xüsusilə nəzərə çarpan məmurların xidmətdə sürətli irəliləməsi
üçün nəzərdə tutulan – bürokratların komplektləşdirilməsinin subyektiv,
”müstəsna qaydası” da mövcuddur. Burada da iki əsas yanaşma müəyyən
edilmişdir. Birinci, perspektivli qulluqçuya müsabiqə imtahanlarına vaxtın-
dan əvvəl hazırlaşmağa xüsusi imkan verən şəraitin yaradılmasıdır. Bu za-
man təşkilatın rəhbəri belə işçi üçün uyğun vəzifəni əvvəlcədən ehtiyatda
saxlayır. İkinci yanaşma, bürokratın vəzifədə irəliləmə hüququnu saxlaya-
raq, onun xaricə və ya beynəlxalq təşkilata xidmətə ezam edilməsindən iba-
rətdir.
Fransanın dövlət qulluğu sistemində, inzibati-dövlət idarəçiliyi iyerarxik
sisteminin rəsmən neytral bürokratik aparatı üzərində qurulmuş imtiyazlı
siyasi “üstqurumu” təşkil edən “siyasi” məmurlar institutuna mühüm yer
ayrılır. Bu siyasi elita bütün məmur aparatının fəaliyyətinə rəhbərlik edən
ideoloji rəhbər rolunu oynayır. Belə insanların təyinatı ya hökumətin qəra-
rı ilə, ya da əlaqədar nazirlik tərəfindən həyata keçirilir. Qəbul edilmiş
qaydalara görə siyasi məmurlar istefaya hökumətlə birlikdə gedirlər. Fran-
sada siyasi məmurlar sırasına nazirlər kabinetlərinin direktorları və üzvləri,
inzibati departamentlərin direktorları, baş komissarlar, departamentlərin baş
katibləri daxildir. Fransa dövlət aparatının ali kadrlarının formalaşdırılma-
sında Milli administrasiya məktəbi - “Ekol Nasional d`Administrasyon” xü-
susi yer tutur. Ali inzibati və siyasi məmurlar elitanı – Fransa mülki qullu-
ğunun ali korpusunu təşkil edirlər. Bu elitanın üzvləri, bir qayda olaraq, ey-
ni tədris müəssisələrindən çıxanlardır, yüksək həmrəylik hissinə malikdir-
lər, eyni “mədəniyyət dilində” danışırlar ki, bu da fransız siyasi elitasının
“ailə” təşkilatına çevrilməsinə səbəb olur. Bu elitanın sayının artması sərt
seçmə yolu ilə məhdudlaşdırılır ki, bunda yalnız kompetentlik haqqında
qayğı deyil, həm də nüfuzun qorunması cəhdi ifadə edilir ki, onun saxlan-
İdarəetmə mədəniyyəti
461
ma vasitəsi simaların məhdud sayı hesab edilir. Qapalı ali qrupa mənsubiy-
yət müvafiq vəzifə mövqeyi və vəzifə məvacibini təmin edir. Ali inzibati
aparatın elitarlığını tənqid edərək, Mişel Krozye qeyd edir ki, fransız mə-
murlarının əsas kütləsi elitanın baxışları ilə həmfikir deyillər ki, bu da fran-
sız məmurluğunun ayrılmasına səbəb olur. Fransa dövlət qulluğu və inziba-
ti islahatlar naziri, sol qüvvələr hakimiyyətini təmsil edən Le Por, dövlət
qulluqçularının yuxarı təbəqələrinin millətin sosial reallığını əks etdirməli
olduqları inamına əsaslanaraq, 1981-ci ildə fəhlə uşaqlarının, şagirdlərin
ümumi sayının yalnız 3%-ni təşkil edən MAM (Milli Administrasiya mək-
təbi) şagirdləri heyətində böyük bərabərsizliyin aradan qaldırılması zərurili-
yini göstərirdi. Buna baxmayaraq XX əsrin sonu üçün Fransa ali administ-
rasiyası əvvəlki kimi elitar qapalılıqla fərqlənirdi.
Fransanın xüsusiyyətlərindən biri də odur ki, Avropanın digər ölkələri
və ABŞ-ın dövlət qulluqçularındansa, fransız məmurları böyük siyasi hü-
quqlardan və azadlıqlardan istifadə edirlər. Fransada loyallıq dövlətə de-
yil, millətə və konstitusiyaya sədaqət kimi başa düşülür. Fransız hüquqi
doktrinası dövlət qulluqçularının siyasi fəaliyyətinə münasibətdə onlara si-
yasi, fəlsəfi və dini baxışların tam azadlığını verərək, onların siyasi haki-
miyyətə loyallıq zəruriliyini istisna edir. Bu azadlıq yalnız özünün siyasi,
fəlsəfi yaxud dini baxışlarının açıq şəkildə ifadə edilməsindən imtinanı nə-
zərdə tutan, “qulluq zamanı təmkinli olmaq vəzifəsi” ilə məhdudlaşdırılır.
Dövlətə münasibətdə məmurun “ümumi loyallıq” prinsipi onun hakim par-
tiyaya daxil olmasını və ya hökumət kursunu dəstəkləməsini tələb etmir. Si-
yasi konformizm yalnız yüksək mənsəbli vəzifəli şəxslərdən tələb olunur.
Müqayisə üçün qeyd edək ki, ABŞ-da, Birləşmiş Krallıqda və Almaniyada
inzibati hüquq məmurların dövlət hakimiyyətinə sadiqlik borcunu tələb
edir, yəni onların yalnız peşəkar fəaliyyətini deyil, həm də siyasi loyallığını
tənzimləyir.
İnzibati dövlət idarəçiliyinə nəzarət sistemi inzibati ədliyyə və vasitəçi
institutu daxil edir. Fransa – 1953-1964-cü illərin islahatlarından əmələ gə-
lən inzibati ədliyyə sistemini yaradan ilk ölkədir. Ölkənin inzibati ədliyyə-
sində əsas rolu, səlahiyyətləri həm inzibati, həm də məhkəmə xarakteri da-
şıyan Dövlət Şurası oynayır. Dövlət şurasına baş nazir rəhbərlik edir, lakin
real olaraq, o, ədliyyə naziri olan sədr müavini tərəfindən idarə edilir. Şura-
ya birinci instansiya məhkəmə hüquqlarında məmurların işlərini nəzərdən
keçirmək, aşağı ədliyyə administrasiyası orqanlarına münasibətdə apellya-
siya məhkəməsi rolunda çıxış etmək, administrasiya üçün rəy vermək, inzi-
bati islahatların keçirilməsi zəruriliyi haqqında qərarlar çıxarmaq səlahiy-
yətləri verilmişdir. Əslində administrasiya tərəfindən hüquq pozuntularının
tədqiqat orqanı olan vasitəçi institut, 1973-cü ildə baş nazir P.Mesmerin tə-
Fuad Məmmədov
462
şəbbüsü ilə yaradılmışdır. Vasitəçi, respublika prezidentinin dekreti (qərarı)
ilə 6 il müddətinə təyin edilir. Onun funksiyasına administrasiyanın fəaliy-
yəti haqqında ölkə parlamentindən daxil olan şikayətlərə baxılması daxildir.
Vasitəçi, dövlət aparatı fəaliyyətində aşkar edilmiş nöqsanlar haqqında
Fransa hökumətini məlumatlandırmağa borcludur.
Fransada inzibati-dövlət idarəçiliyinin əsas səviyyələri ilə tanışlıq aşağı-
dakı mənzərəni aşkar edir. 1981-ci ilə qədər burada dövlət idarəçiliyi mə-
dəniyyəti mərkəzi administrasiyanın güclü hakimiyyət fəaliyyəti ilə şərtlə-
nirdi. Etatizm prinsiplərinə sadiq olan Fransız hökuməti və onun administ-
rasiyası, ölkənin bütün bürokratik şəbəkəsinə sərt şəkildə nəzarət edirdi.
İstənilən bürokratik qərarların həlli zamanı yerli problemlər, xüsusiyyətlər
və təşəbbüslər ikinci plana çəkilirdi. Dövlət idarəçiliyinin sərt şəkildə mər-
kəzləşdirilməsini, məqsədi inzibati idarəçilik koordinasiyasının yaxşılaşdı-
rılması olan prezident de Qollun 22 regionun təşkil edilməsi haqqında dek-
reti də pozmadı. 1981-ci ildə Fransa dövlət idarəçiliyi mədəniyyətində
əsaslı dönüş qeyd olundu. Ölkədə desentralizasiya keçirildi ki, onun nəticə-
sində iqtisadi və sosial planlaşdırma səlahiyyətlərinin bir hissəsi mərkəzi
administrasiyadan regionlara verildi. Regionlar və departamentlər admi-
nistrasiyasının səlahiyyət sahəsi vergiqoyma, təhsil, səhiyyə və iqtisadi in-
kişaf oldu. 1982-ci il qanununa uyğun olaraq, Parisin təyin etdiyi prefektlə-
rin adları Respublikanın xüsusi müvəkkillərinə dəyişdirildi, onların haki-
miyyəti isə polis və yanğından mühafizə hakmiyyətini əhəmiyyətli dərəcə-
də ötüb keçdi.
Dostları ilə paylaş: |