Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti


Şəkil 1.24. Su saatı Tənzimlənmənin fundamental prinsipləri Prinsip



Yüklə 47,51 Kb.
səhifə4/14
tarix07.01.2024
ölçüsü47,51 Kb.
#209249
1   2   3   4   5   6   7   8   9   ...   14
Sərbəst iş - Leyla Mehralıyeva M363a11 (1)

Şəkil 1.24. Su saatı
Tənzimlənmənin fundamental prinsipləri
Prinsip təbiətin dealektik qanunlarına əsaslanan sadə qaydadan ibarətdir. Misal üçün, analitik mexanikada və fizikada məlum olan Dalanber və Ferma prinsipləri. Hal - hazırda avtomatik tənzimləmə sistemlərinin qurulmasının əsası kimi üç prinsipdən istifadə olunur:
a) birbaşa və ya açıq idarəetmə prinsipi;
b) əks əlaqə prinsipi;
c) həyəcanlandırıcı təsirin kompensasiyası prinsipi.
Bu prinsiplər məlumat təminatlarına görə fərqlənirlər.
1.Birbaşa və ya açıq idarəetmə prinsipi. Bu prinsipə əsasən qurulmuş systemin məqsədi tənzimlənən y - kəmiyyətini ölçmədən y  g(t) bərabərliyini təmin etməkdən ibarətdir. Tənzimlənən y kəmiyyətinə nəzarət olunmadığından idarə prosesi zamanı onun hər hansı bir səbəbdən g(t) proqramından meyl etməsi idarə qurğusunun diqqətindən kənarda qalacaqdır. Bu səbəbdən açıq idarəetmə prinsipi gələcək fəaliyyəti tam proqnozlaşdırıla bilən obyektlərin idarəsi üçün tətbiq edilə bilər. Sistemin ümumiləşdirilmiş sxemi şəkil 1.28-də göstərilmişdir. İdarə proqramı g(t) , Р – proqram vericisi olan xüsusi texniki qurğu vasitəsi ilə hasil oluna bilər və ya sistemi layihə edərkən İQ – idarə qurğusunun tərkibində nəzərdə tutula bilər. Hər iki halda sistem açıqdövrədən ibarətdir və məlumat sistemin əvvəlindən axırına TO – tənzimləmə obyektinə doğru birtərəfli qaydada ötürülür. Məhz bu xüsusiyyət prinsipin buradakı adının meydana gəlməsinə səbəb olmuşdur.
Şəkil 1.28. Açıq sistemin ümumiləşdirilmiş sxemi
İdarə sisteminin bu prinsip əsasındaqurulması çox sadə və aşkar olduğuna görə çox vaxt açıq idarəetmə prinsipi tənzimləmənin fundamental prinsipi kimi qəbul olunmur. Tənzimlənən y kəmiyyətinə nəzarət olunmaması ilə əlaqədar olan aşkar çatışmamazlığına baxmayaraq sadəliyinə görə bu prinsipdən praktikada geniş istifadə olunur. Misal üçün, detalları qabaqcadan verilmiş profil üzrə emal etdikdə, robotların idarə olunmasında, detalların tavlanmasında temperatur və presləmə prosesində təzyiq diaqramlarını realizə etdikdə və s.

Yüklə 47,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin