Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti


Misal 1.9. Şəkil 1.29-da cəndə suyun h səviyyəsinin idarə olunmasının açıq tənzimləmə sistemi göstərilmişdir. Şəkil 1.29



Yüklə 47,51 Kb.
səhifə5/14
tarix07.01.2024
ölçüsü47,51 Kb.
#209249
1   2   3   4   5   6   7   8   9   ...   14
Sərbəst iş - Leyla Mehralıyeva M363a11 (1)

Misal 1.9. Şəkil 1.29-da cəndə suyun h səviyyəsinin idarə olunmasının açıq tənzimləmə sistemi göstərilmişdir.
Şəkil 1.29. Cəndə suyun səviyyəsinin açıq idarəetmə sistemi
2. Əks əlaqə prinsipi. Meyletməyə görə tənzimləmə (Polzunov (1765) – Uatt (1769) prinsipi). Əvvəldə deyildiyi kimi, tənzimləmənin əsas məsələsi y çıxış kəmiyyətinin g(t) tapşırıq siqnalını mümkün qədər dəqiq izləməsini təmin etməkdən ibarətdir. Əgər obyektin modeli dəqiq məlumdursa, həyəcanlandırıcı təsir olmadığı
halda bu məsələni açıq idarəetmə prinsipindən istifadə etməklə, şəkil 1.33-də göstərildiyi kimi, birbaşa dövrəyə tənzimləyici qoşmaqla həll etməyə cəhd etmək olar.
Şəkildən göründüyü kimi, bu halda T tənzimləyicisinin köməyi ilə yalnız (1-3) idarə kanalının dinamikasına təsir göstərib çıxışı arzu olunan qanun üzrə dəyişdirmək olar. Tənzimləyici (2-3) həyəcanlandırıcı təsir kanalına təsir göstərə bildiyindən f-in tənzimlənən kəmiyyət olan y çıxışına ziyanlı təsirini aradan qaldıra bilmir.


Şəkil 1.33. Əks əlaqəsiz ATS
Bu çatışmamazlığı aradan qaldırmaq üçün əks əlaqə prinsipindən istifadə edirlər. Bu prinsipin məlumat əsasını y kəmiyyətinin ölçülüb tapşırıq g ilə müqayisə edilərək nəticənin tənzimləyicidə istifadə olunması təşkil edir (şəkil1.34). Xəta və ya meyl adlanan yeni   g  y göstəricisi f-in dəyişməsi haqqında dolayı məlumata malik
olub, gec də olsa onun təsirini aradan qaldırmağa imkan verir. Xəta  ümumiləşdirilmiş göstərici olub sistemdə baş verən istənilən dəyişikliyi özündə əks etdirir. Bu halda idarə qanunu u  () şəklində formalaşdırılır. Bu səbəbdən əks əlaqə prinsipi meyletməyə görə tənzimləmə prinsipi də adlanır.
Adətən idarə qanununda təkcə  -nun özündən deyil, onun törəmə və inteqralından da istifadə olunur:
Şəkil 1.34. Əks əlaqə prinsipi ilə işləyən ATS-in sxemi
Əks əlaqə prinsipi bütün üstünlüklərinə baxmayaraq daxilən çox ziddiyətlidir. Belə ki, bu prinsip əsasında fəaliyyət göstərdikdə f-in ziyanlı təsirini ləğv etməzdən əvvəl, onun meydana çıxmasına yol verilir. Həqiqətən, bu təsiri aradan qaldıran tənzimləyici yalnız bu təsirin  xətasının meydana çıxması şəklində aşkarlanandan, deməli, yol veriləndən sonra obyektə təsir göstərməyə başlayır. Bu səbəbdən f-in təsiri dinamik rejimdə özünü göstərərək tədricən azaldılır və yalnız t halında (statik rejimdə) tam aradan qaldırılır. Yəni statik xəta olur.

Yüklə 47,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin