Azərbaycan Respublikasının Seçki Məcəlləsi



Yüklə 1.64 Mb.
səhifə28/29
tarix01.12.2016
ölçüsü1.64 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   29

BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ VƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİN MÜƏYYƏN OLUNMASI


   Maddə 234. Bələdiyyə seçkiləri zamanı səsvermə üçün otaq

234.1. Bələdiyyə seçkiləri zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.

234.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülleteninin nümunəsini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatları, müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhəsində yerləşdirir.

234.3. Namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatlar seçki bülletenində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.

   Maddə 235. Bələdiyyə seçkiləri zamanı seçki bülletenləri

235.1. Bələdiyyə seçkilərinin keçirilməsi üçün seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində nəzərdə tutulmuş qaydada hazırlanır.

235.2. Hər bir bələdiyyəyə seçkilərin keçirilməsi üçün ayrıca seçki bülletenləri hazırlanır.

235.3. Seçki bülleteninin hansı bələdiyyəyə seçkilərin keçirilməsi üçün nəzərdə tutulduğu başlığında göstərilməlidir.

235.4. Bələdiyyə seçkiləri üzrə seçki bülletenində bələdiyyə üzvlüyünə namizədlərin soyadı, adı və atasının adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi kimin irəli sürdüyü göstərilməlidir.

235.5. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış bələdiyyə üzvlüyünə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstərilməlidir.

235.6. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş bələdiyyə üzvlüyünə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.

235.7. Seçki bülletenində namizədin soyadından sağda boş kvadrat yerləşdirilir.

   Maddə 236. Bələdiyyə seçkiləri zamanı səsvermə qaydası

236.1. Bələdiyyə seçkiləri zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun olaraq keçirilir.

236.1.2. Seçici seçki bülletenində lehinə səs verəcəyi namizədlərin soyadından sağdakı kvadratlarda müvafiq bələdiyyə üzvlərinin sayına bərabər və ya bu saydan az sayda işarə qoyur.

236.1.3. İşarə qoyulmuş kvadratların sayı bələdiyyə üzvlərinin sayından çoxdursa, səs etibarsız sayılır.

236.1.4. Boş kvadratlarda heç bir işarə qoyulmamış səs etibarsız sayılır.

   Maddə 237. Bələdiyyə seçkiləri zamanı seçki məntəqəsində səslərin hesablanması

237.1. Seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun həyata keçirilir.

237.2. Məntəqə seçki komissiyasının protokoluna bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı məlumatlar daxil edilir:

237.2.1. seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda isə namizədlər haqqında digər məlumat;

237.2.2. hər bir namizədin lehinə verilmiş səslərin sayı.

   Maddə 238. Dairə seçki komissiyası tərəfindən səsvermənin nəticələrinin müəyyən edilməsi

238.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.

238.2. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası çoxmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir.

238.3. Seçkilərdə iştirak edən və seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər.

238.4. Dairə seçki komissiyasının protokolunda bələdiyyəyə üzv seçilmiş namizədlərin soyadı, adı və atasının adı göstərilir.

   Maddə 239. Bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi

Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq əlavə edilən sənədlərlə birlikdə) yoxlayır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq seçkilərin ümumi yekunları haqqında protokol tərtib edir.

   Maddə 240. Bələdiyyə seçkilərinin etibarsız sayılması

240.1. Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkiləri baş tutmamış hesab edir.

240.2. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə seçkiləri aşağıdakı hallarda etibarsız sayır:

240.2.1. Bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən coxunu təşkil etsin.[187]

240.2.2. məhkəmənin qərarı əsasında.

   Maddə 241. Bələdiyyə seçkilərinin yekunlarının elan edilməsi

Mərkəzi Seçki Komissiyası seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunlarını elan edir. Mərkəzi Seçki Komissiyasının bu qərarı qətidir.[188]

   Maddə 242. Bələdiyyə üzvü seçilmək haqqında vəsiqə

Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş nümunədə bələdiyyə üzvü seçilmək haqqında vəsiqə seçkilərin yekunları elan olunduqdan sonra 5 gün müddətində dairə seçki komissiyası tərəfindən verilir.

   Maddə 243. Təkrar seçkilər

243.0. Aşağıdakı hallarda Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar seçkilər keçirilir:

243.0.1. Bu Məcəllənin 240-cı maddəsinə əsasən bələdiyyə seçkiləri baş tutmadıqda və ya etibarsız sayıldıqda;

243.0.2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda.[189]

   Maddə 244. Əlavə seçkilər

Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir.

   Maddə 245. Sıradan çıxmış bələdiyyə üzvlərinin yerinin tutulması

Bələdiyyə üzvü vəfat etdikdə və ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə dairə seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni seçkilər keçirilir.

   Maddə 246. Bələdiyyə seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması

Bələdiyyə seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.


1 saylı əlavə[190]

İmza vərəqəsi

Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri «___» ___________ ______ il

Biz, aşağıda imza edənlər _______________ №-li seçki dairəsi üzrə _____________________________ deputatlığa namizəd irəli sürülməsini müdafiə edirik.




Sıra nömrəsi

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu il (18 yaşlı şəxsin həm də doğulduğu ay və gün)

Yaşayış yerinin ünvanı (rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd, küçə, ev; mənzil nömrəsi)

Pasportun və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi

İmza və onun qoyulduğu tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



İmza vərəqəsini təsdiq edirəm: ____________________________________________________________ ______________________________________________________________________________________ ______________________________________________________________________________________

(imza toplamış şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyası, nömrəsi, verilmə tarixi, şəxsin imzası və imzanın qoyulduğu tarix)

Deputatlığa namizəd ___________________________________________________________________

(soyadı, adı, atasının adı, şəxsi imzası və imzanın qoyulduğu tarix)



Qeyd: İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı, habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir.

1 «A» saylı əlavə



İmza vərəqəsi

Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri «___» ___________ ______il

Biz, aşağıda imza edənlər ___________________________ siyasi partiyası (siyasi partiyaların bloku) tərəfindən ___________ №-li seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd irəli sürülməsini müdafiə edirik.




Sıra nömrəsi

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu il (18 yaşlı şəxsin həm də doğulduğu ay və gün)

Yaşayış yerinin ünvanı

Pasportun və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi

İmza və onun qoyulduğu tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



İmza vərəqəsini təsdiq edirəm:  ____________________________________________________________ ______________________________________________________________________________________ ______________________________________________________________________________________

(imza toplamış şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyası, nömrəsi, verilmə tarixi, şəxsin imzası və imzanın qoyulduğu tarix)

Deputatlığa namizəd namizədin, siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi

 ____________________________________________________________________________________________

(soyadı, adı, atasının adı, şəxsi imzası və imzanın qoyulduğu tarix)

Qeyd: İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı, habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir.

2 saylı əlavə



İmza vərəqəsi

Azərbaycan Respublikasının Prezident seçkiləri «___» ___________ ______il

Biz, aşağıda imza edənlər ________________________________ Prezidentliyə namizəd irəli sürülməsini müdafiə edirik.




Sıra nömrəsi

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu il (18 yaşlı şəxsin həm də doğulduğu ay və gün)

Yaşayış yerinin ünvanı

Pasportun və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi

İmza və onun qoyulduğu tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



İmza vərəqəsini təsdiq edirəm:  ____________________________________________________________ ______________________________________________________________________________________ ______________________________________________________________________________________

(imza toplamış şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyası, nömrəsi, verilmə tarixi, şəxsin imzası və imzanın qoyulduğu tarix)

Prezidentliyə namizəd ___________________________________________________________________

(soyadı, adı, atasının adı, şəxsi imzası və imzanın qoyulduğu tarix)



Qeyd: İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı, habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir.

2 «A» saylı əlavə



İmza vərəqəsi

Azərbaycan Respublikasının Prezident seçkiləri «___» ___________ ______il

Biz, aşağıda imza edənlər ___________________________ siyasi partiyası (siyasi partiyaların bloku) tərəfindən _____________________________ Prezidentliyə namizəd irəli sürülməsini müdafiə edirik.




Sıra nömrəsi

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu il (18 yaşlı şəxsin həm də doğulduğu ay və gün)

Yaşayış yerinin ünvanı

Pasportun və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi

İmza və onun qoyulduğu tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



İmza vərəqəsini təsdiq edirəm:  ____________________________________________________________ ______________________________________________________________________________________ ______________________________________________________________________________________

(imza toplamış şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyası, nömrəsi, verilmə tarixi, şəxsin imzası və imzanın qoyulduğu tarix)

Deputatlığa namizəd namizədin, siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi

 _____________________________________________________________________________________________

(soyadı, adı, atasının adı, şəxsi imzası və imzanın qoyulduğu tarix)

Qeyd: İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı, habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir.

3 saylı əlavə



İmza vərəqəsi

Azərbaycan Respublikasının bələdiyyə seçkiləri «___» ___________ ______il

Biz, aşağıda imza edənlər ___________________________________________________ bələdiyyəsi üzrə _________________________________ bələdiyyə üzvlüyünə namizəd irəli sürülməsini müdafiə edirik.




Sıra nömrəsi

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu il (18 yaşlı şəxsin həm də doğulduğu ay və gün)

Yaşayış yerinin ünvanı

Pasportun və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi

İmza və onun qoyulduğu tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



İmza vərəqəsini təsdiq edirəm:  ____________________________________________________________ ______________________________________________________________________________________ ______________________________________________________________________________________

(imza toplamış şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyası, nömrəsi, verilmə tarixi, şəxsin imzası və imzanın qoyulduğu tarix)

Deputatlığa namizəd ___________________________________________________________________

(soyadı, adı, atasının adı, şəxsi imzası və imzanın qoyulduğu tarix)



Qeyd: İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı, habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir.

3 «A» saylı əlavə



İmza vərəqəsi

Azərbaycan Respublikasının bələdiyyə seçkiləri «___» ___________ il

Biz, aşağıda imza edənlər ______________________________ siyasi partiyası (siyasi partiyaların bloku) tərəfindən ___________________________________ bələdiyyəsi üzrə ____________________________ bələdiyyə üzvlüyünə namizəd irəli sürülməsini müdafiə edirik.




Sıra nömrəsi

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu il (18 yaşlı şəxsin həm də doğulduğu ay və gün)

Yaşayış yerinin ünvanı

Pasportun və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi

İmza və onun qoyulduğu tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



İmza vərəqəsini təsdiq edirəm:  ____________________________________________________________ ______________________________________________________________________________________ ______________________________________________________________________________________

(imza toplamış şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyası, nömrəsi, verilmə tarixi, şəxsin imzası və imzanın qoyulduğu tarix)

Deputatlığa namizəd namizədin, siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi

_____________________________________________________________________________________________

(soyadı, adı, atasının adı, şəxsi imzası və imzanın qoyulduğu tarix)

Qeyd: İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı, habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir.

4 saylı əlavə



İmza vərəqəsi

Azərbaycan Respublikasının referendumu «___» ___________ il

Biz, aşağıda imza edənlər __________________________________ referendum üzrə təşviqat qrupunun yaradılmasını müdafiə edirik.




Sıra nömrəsi

İmza edən vətəndaşın soyadı, adı, atasının adı

Doğulduğu il (18 yaşlı şəxsin həm də doğulduğu ay və gün)

Yaşayış yerinin ünvanı

Pasportun və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi

İmza və onun qoyulduğu tarix

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



İmza vərəqəsini təsdiq edirəm:  ____________________________________________________________ ______________________________________________________________________________________ ______________________________________________________________________________________

(imza toplamış şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyası, nömrəsi, verilmə tarixi, şəxsin imzası və imzanın qoyulduğu tarix)



Qeyd: İmza vərəqəsində göstərilmiş namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsi maddəsinin (maddələrinin) nömrəsi və adı, habelə xarici dövlətdə qüvvədə olan Cinayət Məcəlləsində cinayət sayılan əməllərə görə mühakimə edilibsə, müvafiq qanunun adı göstərilməlidir.

5 saylı əlavə



ƏMLAK BARƏSİNDƏ MƏLUMAT

Mən, __________________________________________________________________________ namizəd ______________________________________________________________________________________

(soyadı, adı, atasının adı, doğum tarixi)

______________________________________________________________________________________

(əsas iş və ya xidmət yeri, tutduğu vəzifə)

______________________________________________________________________________________

(əsas iş yeri və ya xidmət yeri olmadıqda — məşğuliyyəti)

______________________________________________________________________________________

(yaşayış yerinin ünvanı)

mənə xüsusi mülkiyyət hüququ əsasında (o cümlədən ümumi mülkiyyət hüququ əsasında) məxsus olan əmlakın haqqında məlumat verirəm:



1. Daşinmaz əmlak



Sira nömrəsi

Əmlakin növü və adi

Sahə (kv.m.)

Əmlakin olduğu yer

1

Torpaq sahəsi

 

 

2

Yaşayış sahəsi

 

 

3

Mənzillər

 

 

4

Bağlar

 

 

5

Qaraj və digər bina, tikili, avadanlıq

 

 



Torpaq sahələri hektarla ölçülür.

2. Nəqliyyat vasitələri



Sira nömrəsi

Nəqliyyat vasitələrinin növü

Say

Marka

1

Minik avtomobilləri

 

 

2

Yük avtomobilləri

 

 

3

Digər nəqliyyat vasitələri

 

 



Əmlakın haqqında təqdim etdiyim məlumatın düzgünlüyünü təsdiq edirəm:

__________________

(namizədin imzası)



 

__________________

(tarix)

1   ...   21   22   23   24   25   26   27   28   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə