QazboĢalma sayğacı
. Qazboşalma sayğacı adətən qaz ilə
doldurulmuş metal silindrdən (katoddan) və onun oxu boyunca
yönəlmiş nazik məftildən ibarətdir. Qazboşalma sayğacının
ion-laşma kamerasından fərqi ondadır ki, onlarda ikinci
ionlaşma əsas rol oynayır. İki cür qazboşalma sayğacı vardır:
mütənasib və Heyger-Müller sayğacı
(şək. 2.4).
Şək. 2.4. Heyger-Müller sayğacının xarici görünüşü
52
Mütənasib sayğaclarda qeyri-müstəqil qaz boşalması baş
verir, yəni xarici ionizatorun təsiri kəsildikdə sönür. Mütənasib
sayğaclarda işçi gərginlik elə seçilir ki, onlar volt-amper xarak-
teristikalarının qeyri-müstəqil boşalmaya uyğun olan
hissəsində işləsin, yəni çıxış impulsu birinci ionlaşma ilə
(sayğaca düşən zərrəciyin enerjisi ilə) mütənasib olur (şək.
2.5). Buna görə də onlar nəinki zərrəciyi qeyd edir, həm də
onların enerjisini təyin edirlər.
Şək. 2.5. Heyger-Müller saygacının volt-amper xarakteristikası
Mütənasib sayğaclarda ayrı-ayrı zərrəciklərin yaratdığı
im-pulslar təqribən 10
5
dəfəyədək gücləndirilir. Heyger-Müller
sayğacı mütənasib sayğacdan bir o qədər də fərqlənmir,
onlarda müstəqil qaz boşalması baş verdiyi üçün volt-amper
xarak-teristikasının müstəqil boşalmaya uyğun olan hissəsində
işləyirlər. Heyger-Müller sayğacı zərrəciyin enerjisini
ölçmədən onu qeyd edir (şək. 2.6). Bu sayğacların gücləndirmə
əmsalı 10
8
-ə bəra-bərdir. Heyger-Müller sayğacının ayırdetmə
müddəti 10
-3
-10
-8
saniəyədir.
53
Şək. 2.6. Heyger-Müller sayğacının quruluşu
Vilson kamerası.
Bu üsulun mahiyyəti ondan ibarətdir
ki, qaz və onun doymuş buxarı olan həcmdə ionlar yaradan
sürətli zərrəcik hərəkət edərsə, onda ionlar üzərində damcılar
müşahidə olunur və kamerada zərrəciyin nazik duman zolağı
şəklində trayektoriyasının izi qalır. Yandan kafi qədər işıq
saldıqda zərrəciyin izini gözlə görmək və ya fotoşəklini
çəkmək olar. Zərrəciyin izinə görə kameradan keçən zərrəciyin
növünü təyin etmək olur, məsələn
-zərrəciklərin izi qalın,
-zərrəciklərin izi isə nazik olur. Bundan başqa, zərrəciyin
izinin uzunluğuna görə onun enerjisini, izin vahid uzunluqdakı
damcıların sayına görə isə ionlaşma sıxlığını təyin etmək olar
(şək. 2.7).
İlk dəfə D.V. Skobelsin Vilson kamerasını onun oxuna
paralel olan sabit maqnit sahəsində yerləşdirmişdir. Bu halda
- zərrəciklərin kütləsi böyük olduğundan onun trayektoriyası
az əyilir,
-zərrəciklərin trayektoriyası isə vint xəttinin bir
hissəsi olur.
-zərrəcikləri maqnit sahəsinə perpendikulyar
istiqamətdə hərəkət etdikdə onun trayektoriyası R radiuslu
çevrənin qövsü olur:
H
m
e
c
R
/
(2.1)
|